Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

NAMAZ QILMAYAN GUNAHAMI BATIR

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Namaz
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Tuba



Daxil ol: C.a. Apr. 29, 2004 10:58
İsmarışlar: 2
Şəhər/ölkə: Baki Azerbaycan

İsmarışGöndərilib: B. May 02, 2004 9:18 pm    İsmarış mətni: NAMAZ QILMAYAN GUNAHAMI BATIR Sitatla cavab ver

MEN DINI QEBUL EDIREM.PEYQEMBERLERI TANIYIRAM AMMA NAMAZ QILA BILMIREM. CHUNKI BUNUN UCHUN SAF OLMAQ GEREK. BU CEMIYYETDE ISE SAF OLMAQ MUMKUN DEYIL. DEMELI...........
_________________
Tuba
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 141

İsmarışGöndərilib: B. May 02, 2004 10:30 pm    İsmarış mətni: Re: NAMAZ QILMAYAN GUNAHAMI BATIR Sitatla cavab ver

Tuba yazıb:
MEN DINI QEBUL EDIREM.PEYQEMBERLERI TANIYIRAM AMMA NAMAZ QILA BILMIREM. CHUNKI BUNUN UCHUN SAF OLMAQ GEREK. BU CEMIYYETDE ISE SAF OLMAQ MUMKUN DEYIL. DEMELI...........


Bacım, namaza başlamaq üçün ən əsas niyyətdir. Sən saf olmaĝın üçün və Allaha dönməyin üçün namaza başlamalısan. Namaza başladıqdan sonra isə pis əməllərdən tədricən çəkinəcəksən. Bir bax Allahu Təala Qur'ani Kərimdə necə buyurub:
"Ya Rəsulum! Qur’anda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab e’tibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!" Əl-ənkəbut surəsi 45-ci ayə.
Bu ayəni oxuyub özün də görürsənki, namaza başlamaq üçün məhz pak olub başlamaq deyil. Pak olmaq üçün niyyət edib namaza başlamaq lazımdır, ondan sonra isə, namaz qılaraq çirkin əməllərdən çəkinəcəksən. Istər-istəməz namaz səni pis əməllərdən çəkindirəcək.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Qonaq






İsmarışGöndərilib: Ç.a. May 04, 2004 2:23 pm    İsmarış mətni: Sitatla cavab ver

Es-selamun-aleykum.Mende Shahmar qardasimla razilasiram.Namaz insani pis emellerden cekindirir.Ele ozumu misal getirim men namaz qilandan beri ne qeder yaxshilasdigimi gorurem,bu o demek deyil ki,evveller pis idim yox,amma o vaxtima nisbeten indi ozumde yaxsiliga dogru cox deyisdiyimi gorurem.Tuba bacim size de bu gozelliyi yasamagi arzu edirem.InsALLAH namaz qilarsiniz.ALLAHA emanet olun.XUDAHAFIZ. :)
Əvvələ qayıt
Ashiqi_Huseyn
Qonaq





İsmarışGöndərilib: C.a. May 13, 2004 1:17 am    İsmarış mətni: Sitatla cavab ver

Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ve rahmetullah

Namaz qilmaq uchun saf olmaq lazim deyil. Saf olmaq uchun namaz qilmaq lazimdir.

Bax sizin probleminiz bu cumlededir Tuba xanim. Yaxshi fikirleshseniz bu barede yeqin ki, cavab taparsiniz niye namaz qilmamaginiza...
Əvvələ qayıt
Bəndə



Daxil ol: Ç.a. İyun 15, 2004 15:43
İsmarışlar: 8

İsmarışGöndərilib: Çər. İyun 16, 2004 12:29 am    İsmarış mətni: Sitatla cavab ver

Salam mo`minler!

Ele bilirem bu sher namaz qilmaq isteyenleri maraqlandirar:


وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

«Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!»
(Zariyat surəsi, 56-cı ayə)


Süruri can namazidir, güli-cahan namazidir,
Cahan fənadı sərbə-sər , sənə qalan namazidir!

Eleyki qəbrə qoydular, qayıtdı getdi əqrəba,
O xofinak mənzilə çıraq olan namazidir.

124 min ənbiya namazı tapşırıb gedib,
Mərami məqsədi Xoda, peyambəran namazidir.

Yatarsan orda yüz min il gedəndə daşlar altına,
Sənin ənisi-munisin həmən zaman namazidir.

_________________
الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُوْلَئِكَ هُمْ أُوْلُوا الْأَلْبَابِ
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Muslim_79



Daxil ol: C. İyun 18, 2004 09:50
İsmarışlar: 6
Şəhər/ölkə: Baki

İsmarışGöndərilib: C. İyun 18, 2004 10:00 am    İsmarış mətni: Sitatla cavab ver

Salam Aleykum!
Namaz insani həqiqətqn gunah işlətməkdən goruyur.Allah butun mömunlərin namaz və dualarini qəbul etsin Amin! İNŞAllah
_________________
La ilahe illellah
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Bəndə



Daxil ol: Ç.a. İyun 15, 2004 15:43
İsmarışlar: 8

İsmarışGöndərilib: Ç.a. İyun 22, 2004 4:02 pm    İsmarış mətni: Sitatla cavab ver

Salam mo`minlere!
Dostlar bu hedis namazin sherafwtin daha da bize qosterir:

НАМАЗ ГЫЛМАҒЫН 29 МҮКАФАТЫ

Зəмир ибни Һəбиб нəгл едир ки, Ислам Пејғəмбəриндəн (сəллəллаһу əлејһи вəалеһи вəсəллəм) намаз барəсиндə сорушдулар, бујурду:

1-Намаз динин ваҹиб əмəллəриндəндир. 2-Аллаһын разылығына сəбəб олур. 3-Пејqəмбəрлəрин јолудур. 4-Мəлəклəрин мəһəббəтини ҹəлб едир. 5-Һидајəт вə имандыр. 6-Мə`рифəт нурудур. 7-Рузинин бəрəкəтидир. 8-Бəдəнин раһатлығыдыр. 9-Шејтанын хошуна ҝəлмəјəн əмəлдир. 10-Кафирлəр мүгабилиндə ҹиһаддыр. 11-Дуанын гəбул олмасына сəбəб оландыр. 12-əмəллəрин гəбул олмасыдыр. 13-Мə`минин ахирəт азугəсидир. 14-Oлүм мəлəјинин јанында шəфаəтчидир. 15-Инсанын гəбр достудур. 16-Гəбрдə инсан үчүн истираһəтдир. 17-Нəкир вə Мүнкирин ҹавабыдыр. 18-Гијамəтдə бəндəнин таҹыдыр. 19-Мүсəлманын үзүнүн нурудур. 20-Инсанын либасыдыр. 21-Атəшлə инсан арасында пəрдəдир. 22-Атəшлə инсан арасында дəлилдир. 23-Ҹəһəннəmдəн ниҹат васитəсидир. 24-Сират кoрпүсүндəн кечиддир. 25-Беһиштин ачарыдыр. 26-Һурул-ејнин мəһəббəтидир. 27-Беһиштин гијмəтидир. 28-Инсаны əн јүкск мəгама чатдыран намаздыр. 29-Намазда, Аллаһа тəсбиһ, тəһлил, тəкбир, тəмҹид вə тəгдис олдуғуна ҝəрə данышыг вə дуадыр.

НАМАЗЫ ЈҮНҜҮЛ САЈЫБ ГЫЛМАГ ФИКРИНДə ОЛМАМАҒЫН БəЛАЛАРЫ

Ислам Пејғəмбəри (сəллəллаһу əлејһи вə алеһи вə сəллəм) бујурур:

Һəр ким (истəр киши, истəрсə дə гадын) сəһлəнкарлыг едиб намаз гылмамаг фикриндə олса, Аллаһ-таала она 17 бəла верəр: 5-и дүнјада, 3-ү oлəн вахтда, 3-ү гəбрдə, 3-ү Гијамəтдə вə 3-ү дə Сиратын кəрпүсүндəн кечəндə:
Дүнјада: 1. Јашајышында рузи вə бəрəкəти чəкилəр.
2. Үзүндəн нур чəкилəр. 3. Ислам дининдəн она бəһрə чатмаз. 4.Салеһ шəхслəpин онун барəсиндə етдији дуалары гəбул олунмаз. 5. oз дуасы да гəбул олунмаз.
Oлəн вахтда: 1. Зиллəтлə ҹан верəр. Oзүндə елə ағырлыг һисс едəр ки, санки дағ алтында галыб вə елə зəифлəјəр ки санки она шаллаг вурурлар. 2. Елə тешнə олар ки, əҝр дүнјанын бүтүн сујуну ичсə јенə дə дојмаз. 3. Елə аҹар ки, əҝəр дүнјанын бүтүн јемəклəрини јесə јенə дојмаз.
Гəбрдə: 1. Шиддəтли гəм вə гаранлыгда олар. 2. Гəбр сыхынтысы вə Гијамəтə гəдəр əзаб чəкəр. 3. Рəһмəт мəлəклəринин мүждəсиндəн мəһрум олар.
Гијамәтдә: Һејван сурәтиндә мәһшур олар. 2. Әмәл мәктубу сол әлинә вериләр. 3. Һесабы узун чәкәр.
Сират көпүсүндә: 1. Аллаһ, рәһмәт нәзәрини она салмаз вә (ҝүнаһдан) пакламаз. 2. Ҝүнаһындан әвәз гәбул олунмаз. 3. Һесабына ҝөрә мин ил сахланылар сонра ону Ҹәһәннәмә дахил едәрләр. Аллаһ Гур`анда бујурур: “(Ҹәһәннәм әһлиндән сорушулар) Сизи Ҹәһәннәмә салан нәдир? Ҹаваб верәрләр: Биз намаз гыланлардан дејилдик!” (Мүддәссир сурәси, 42-ҹи ајә)
_________________
الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُوْلَئِكَ هُمْ أُوْلُوا الْأَلْبَابِ
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Faiza.
yazar


Daxil ol: B.e. Mar. 15, 2004 11:55
İsmarışlar: 32
Şəhər/ölkə: Baki.Azerbaijan.

İsmarışGöndərilib: C. İyul 09, 2004 2:41 pm    İsmarış mətni: Re: NAMAZ QILMAYAN GUNAHAMI BATIR Sitatla cavab ver

Tuba yazıb:
MEN DINI QEBUL EDIREM.PEYQEMBERLERI TANIYIRAM AMMA NAMAZ QILA BILMIREM. CHUNKI BUNUN UCHUN SAF OLMAQ GEREK. BU CEMIYYETDE ISE SAF OLMAQ MUMKUN DEYIL. DEMELI...........


Bajijan sen niye cemiyyete baxirsan? Cemiyyet pis emeller edecek sen de onlarin dalinca gedeceksen?
Kimse o dunyada sene cavabdeh olmayacag, ancag sen ve senin emellerin. Her birimiz calishmaliyig ki, oz cemiyyetimizi saf, temiz edek, pis insanlar, nankorlar yox olsun, (tebii ki, pislik hemishe var ve olajag da) amma yene de onlarin sayini azaltmaliyig. Bu ise biz genclerden de cox asilidir, cunki bizler Vetenin, Dovletin geleceyidir. Gelecek bizlerin elindedir , ona gore de cemiyyetimize temiz fikirli, saf dushunceli , dini, imani olan gencler lazimdir.
Allah komeyin olsun
_________________
Allah Taala hamimiza komek etsin, gunahlarimizi bize bagishlasin ve pis emellerden ve pis insanlardan gorusun,. Amin!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Elif-lam-mim
Forumdan xaric olunmuş


Daxil ol: C.a. İyul 22, 2004 12:08
İsmarışlar: 95
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: B.e. İyul 26, 2004 9:44 pm    İsmarış mətni: Sitatla cavab ver

Assalamu aleykum ya eyyuhellezine amenu

Adin qoyubdu "Hemd"de
"Ceza gununde Padishah" (Maliki yovmiddin)
Seni O Padishah ile
Danishdiran namazidir

Amandi qoyma kusmeye
Kuser chetindi kusmeyi
Seni O Mehriban ile
Barishdiran namazidir
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Yorgun-Demokrat



Daxil ol: B.e. Avq. 30, 2004 22:14
İsmarışlar: 1

İsmarışGöndərilib: B.e. Avq. 30, 2004 10:49 pm    İsmarış mətni: Sitatla cavab ver

tuba-valla pis cixmasin mende sizin kimiyem Namazdan nese meni cekindirir
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Administrator
site-admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 357
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: Ç.a. Avq. 31, 2004 2:21 am    İsmarış mətni: Re: NAMAZ QILMAYAN GUNAHAMI BATIR Sitatla cavab ver

Tuba yazıb:
MEN DINI QEBUL EDIREM.PEYQEMBERLERI TANIYIRAM AMMA NAMAZ QILA BILMIREM. CHUNKI BUNUN UCHUN SAF OLMAQ GEREK. BU CEMIYYETDE ISE SAF OLMAQ MUMKUN DEYIL. DEMELI...........


Deməli...
Deməli sözlər çox olacaq.
Onu yaradanı sevən, Onun qoyduğu qanunlara əməl etməyə çalışan, Onun Rəsulunun yolunda olmağı istəyən, Cəmiyyətin saflaşmasını istəyən, özündən sonra saf bir mühit qoymaq istəyən və s. ... istəyən Adəm övladının hər biri...
Deməli namaz qılamlıdır.
Bu bizə Rəbbimizin əmridir.
Ondan gələn hər bir əmrə isə ağıl sahibi bəhanəsiz tabe olmalıdır.
Necə demişlər:
"Bu ümmətin əvvəli nə ilə islah oldusa, sonu da onunla islah olacaq."
_________________
İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
Administrator
site-admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 357
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: Ç.a. Avq. 31, 2004 2:33 am    İsmarış mətni: Sitatla cavab ver

Yorgun-Demokrat yazıb:
tuba-valla pis cixmasin mende sizin kimiyem Namazdan nese meni cekindirir


Əziz qardaş, nə ...krat olursaq olaq açıq-aşkar olan düşmənimiz şeytan hər saniyə məhz sizin dediyiniz kimi bizim namazla tikdiyimiz haqq qalamızda balaca bir daşın düşdüyünı görmək və ya o daşın birinin laxlamasını istəyir ki, öz fitnə-fəsadını o saat orada yerləşdirsin.
Bir dosstum var idi. Bir müddət görüşə bilmədik. Görüşəndə isə namazı atdığını dedi.
1-ildən çox bir vaxtda namaz qılmasına baxmayaraq atdı onu... Təəssüf.
Səbəbini isə belə izah etdi.
Baxın şeytan onu necə azdırdı.
"Bilirsən, mənə elə gəlirdi ki, mən namazı Allah sevgisindən qılmıram sadəcə olaraq özümü buna məcbur edirəm. Belə namaz isə qəbul olmaz."
Görün onun imanının zəifliyindən şeytan necə də məharətlə istifadə etdi və onu Sıratəl mustəqim yolundan döndərdi.
Allah hamımızı şeytanın vəsvəsəsindən qorusun. Amin!
Yolunu azmış qardaş və bacılarımıza isə Allah hidayət versin. Amin!

Zəif olamyın qardaş və bacılarımız. Bu cəmiyyətin saflığı biz gənclərdən asılıdır. İndi bu mühiti necə saxlayıb təmizləməyə çalışacağıqsa eləcə də davam edəcək inşAllah.
Elə isə Allaha doğru gedən yolda bir olaq və Rəsulullahın (s) yoluna möhkəmcə sarılaq inşAllah.
_________________
İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
Atəş
yazar


Daxil ol: B.e. Mar. 29, 2004 17:35
İsmarışlar: 25

İsmarışGöndərilib: C. Sen. 24, 2004 1:05 am    İsmarış mətni: Sitatla cavab ver

Salamun aleykum. Bedenimizin gundelik yemeye ehtiyaci oldugu kimi ruhumuzun da qidaya ehtiyaci var. Bu ehtiyaclardan biri de Namazdir.
Namaz qildiqda insan onu yaradanin qarsisinda durmush olur.
Ne yaziq o insana ki, onu yaradanin ona verdiyi shansdan istifade ederek gunde 5 vaxt Onunla goruse telesmir.
Vay olsun o keslerin halina...
Allah onlara iman qismet etsin ve butun xalqimiza hemcinin.
_________________
Qorxun o atəşdən ki, onun yanacağı insanlar və daşlar olacaq...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
kor arab



Daxil ol: Ş. Noy. 20, 2004 12:44
İsmarışlar: 48

İsmarışGöndərilib: C.a. Dek. 02, 2004 6:06 pm    İsmarış mətni: Re: NAMAZ QILMAYAN GUNAHAMI BATIR Sitatla cavab ver

Tuba yazıb:
MEN DINI QEBUL EDIREM.PEYQEMBERLERI TANIYIRAM AMMA NAMAZ QILA BILMIREM. CHUNKI BUNUN UCHUN SAF OLMAQ GEREK. BU CEMIYYETDE ISE SAF OLMAQ MUMKUN DEYIL. DEMELI...........

yaAllah
sen ele sohbet edirsenki,guya (oz payima deyirem)namaz qildin qutardi geddi saf oldun.Peyqemberlerden ve ehlibeyt umumiyyetle saqliqlarinda iken cennetle mujdelenmish shexslerden bashqa.qalan muselimanlarin demiremee,lap momin muselimanlarda saf deyil ,hec saf olada bilmezler.emin olmaq isdeyirsense ged ozlerinnen sorush.kimnen sorushsan deyrki saf insan yoxdu.ona gore bele fikirleri bashindan cixar.
yaAllah deyib cirmalan el uzunu yu bashla Allaha dua edmeye
Alhamdulillah
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 141

İsmarışGöndərilib: Çər. Yan. 05, 2005 9:14 pm    İsmarış mətni: Sitatla cavab ver

Namaz qılmağın fəziləti və tərk etməyin günahı

((O kəslərki daim namaz qılırlar)) Əl-Məaric surəsi 23-cü ayə

((və O kəslər ki, namazlarını hifz edərlər – Məhz onlar cənnətlərdə ehtiram olunacaq, əzizlənəcək kimsələrdi!)) Əl-Məaric surəsi 34-35-ci ayələr.

((…və namaz qıl. Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirər.)) Əl-Ənkəbut surəsi 45-ci ayə

((Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər [səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar] )) Əl-Məun surəsi 4 və 5-ci ayələr.

((Həqiqətən, mö’minlər nicat tapmışlar! O kəslər ki, namazlarinda müt’I olub boyun əyərlər!)) Əl-Muminun surəsi 1 və 2-ci ayələr

((Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) ğəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar). Məryəm surəsi 54-cü ayə

Peyğəmbərimiz (S.A.S) buyurmuşdurki: “Əgər birinizin qapısının önündən çay keçərsə və o hər gün həmin çayda 5 dəfə yuyunarsa, natəmiz (çirkli) qalarmı?” Dedilərki xeyir, natəmiz qalmaz. Dedi “Bu, 5 vaxt namaz kimidir, bununla (5 vaxt namazla) Allahu Təala xətaları (günahları) təmizlər”
Müttəfəq hədislərdəndir

Peyğəmbərimiz (S.A.S) eləcə də buyurmuşdurki: “Bizimlə (müsəlmanlarla) onların (kafirlərin) arasında olan əhd, namazdır. Kim onu tərk edərsə, küfr etmiş olur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Həqiqətül-islam



Daxil ol: Ş. Fev. 12, 2005 01:16
İsmarışlar: 76

İsmarışGöndərilib: B. Fev. 13, 2005 10:34 pm    İsmarış mətni: Sitatla cavab ver

Allahın salamı olsun Onun əziz bəndələrinə
Allahın salamı olsun əziz islam Peyğəmbərinə və onun pak Əhli-Beytinə

Qəbul olunmuş namaz və onun şərtləri
Insan kamillik yolunu keçib həqiqi səadətə yetişmək üçün həm Allah, həm də Allahın bəndələri ilə əlaqəni möhkəmləndirməlidir. Allahla əlaqəni möhkəmləndirməyin ən yaxşı yolu namazdır. Əlbəttə ki, dini vəhyə əməl etmək və kamilliyə yetişmək ayrı-ayrı məsələlərdir. Namaz qılıb oruc tutmaq sadəcə vəzifəyə əməl etməkdir. Bu əməllərlə əzabdan qurtarmaq olar, amma kamilliyə yetişmək üçün başqa şərtlər də vardır. Namaz vasitəsilə kamala çatmaq üçün namazda bəzi incəliklərə əməl etmək lazım gəlir. Imam Sadiq (ə) hədislərində namazın bəzi şərtlərini açıqlayır.
1. Ilkin şərtə görə namaz zamanı Allahın əzəmətini dərk etdiyimiz zaman öz kiçikliyimizi daha çox anlayıb təvazö göstərməliyik.
2. Ikinci şərtə görə namazın qəbulu üçün insan Allah xatirinə öz nəfsani istəklərindən əl çəkməlidir. O, acizliklə ərz etməlidir ki, Xudaya, Səni sevdiyim üçün şəhvət və günah ardınca getmirəm. Namazın qəbulu üçün insan Allah xatirinə nəfsani istəklərindən əl çəkməlidir. Hansısa dostuna müəyyən istəklərini qurban verən insan Allah xatirinə də nədənsə keçməlidir. Insan öz namazına diqqətli olduqca çirkin işlərdən uzaqlaşır. Məryəm surəsinin 58-ci ayəsində buyurulur: “Onlar Allahın ayələrini oxuduqları zaman aьlayaraq səcdəyə qapanırdılar.” Sonrakı ayədə isə buyurulur: “Onlardan sonra namazı tərk edib şəhvətinə uyan bir nəsil gəldi.” Həqiqi namaz qıla bilməməsinin səbəbi ilə maraqlanan insan öz günahlarına nəzər salmalıdır.
3. Üçüncü şərtə görə namaz qılan insan gününü Allahı yada salmaqla keçirməlidir. Az da olsa, dili, daim Allahın zikrində olan insanlarla rastlaşırıq. “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahın zikrindən, namazdan və zəkatdan yayındırmaz.” (Nur, 37) Dünya işindən ayrılmadan Allahı zikr etməyin mümkünlüyü haqqında mərhum Əllamə Təbatəbai buyurur: “Əzizini əldən vermiş insan gündəlik işi ilə məşьul ola bilirsə, böyük insanlar da gündəlik fəaliyyətlərindən ayrılmadan Allah haqqında düşünə bilirlər.” Digər bir şərtə görə də Allah qarşısında təvazö göstərən insan Onun bəndələri ilə təkəbbürlü davranmamalıdır. Əsl abid imkanı daxilində acları doyurmaqla bir növ zəkatını ödəməlidir. Axı zəkat təkcə vacib buyurulmuş zəkat deyil. Allah yolunda verilən hər bir şey zəkat hesab oluna bilər. Bilirik ki, islamda yalnız qeyd olunmuş şeylərin zəkatı vacibdir. Amma sədəqə, nəfəqə kimi müstəhəbb zəkatları da unutmaq olmaz. Məryəm surəsinin 31-ci ayəsində buyurulur: “O, harada oluramsa olum, daim məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tapşırdı.” Bu və digər ayələrdə namazla zəkatın adı qoşa çəkilir. Demək bəndələr qarşısında təvazö, onlara yardım namazın qəbul şərtlərindəndir. Namazın digər qəbul şərti çılpaqları geyindirməkdir. Insanın libasa olan ehtiyacını ödəmək, evsizlərə sıьınacaq vermək hər birimizin müsəlmanlıq borcudur. Namazın qəbul şərtlərinə əməl edən insanın çöhrəsi məna aləmində günəş tək parlayır. Bəsirət gözlü möminlər bu nuru elə bu dünyada da görə bilirlər. Aramızda bəsirət gözü açıq olan insanlar var ki, bir baxışda insanın günahkar, yoxsa abid olduьunu hiss edirlər. Çünki ibadətin təsirindən qəlb və ruhun işıqlanması zəruridir. Allah namazı qəbul olunmuş şəxsin həyatını işıqlandırır. Hədid surəsinin 28-ci ayəsində buyurulur: “Allah sizə öz mərhəmətindən iki pay versin. Sizə (onun yolu ilə) getməyiniz üçün nur bəxş edib, sizi baьışlasın.” Təqvalı insanlar maddi zülmətlərə düşdükdə belə Allah onlara hissi bir nur əta edir. Quranı üzündən oxuyan korlar az olmayıb. Ariflərdən biri nəql edir ki, gecə kor tələbənin hücrəsinə girərkən gördüyüm səhnədən heyrətə gəldim. Onun gözlərindən əlindəki Qurana iki şüa yönəlmişdi.
Bəzən həyatda elə insanlarla qarşılaşırsan ki, səbr kasanı daşdırır. Belə məqamlarda insanın özünə nəzarət etməsi olduqca çətindir, amma namazı qəbul olunmuş şəxslərə gözəl səbr əta olunur. Ömrü faydalı olduьundan Allah belə insanları mələklərlə hifz edir, onun duası tez qəbul olur. O, behişt çiçəkləri kimi hələ təravətlidir, onda dini elmlərə olan maraq sabit və ülvidir.
Allah bizim namazları qəbul olunmuş namazlardan qərar versin. Amin!
_________________
İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Ehli Beyt



Daxil ol: B. Mar. 20, 2005 11:18
İsmarışlar: 47

İsmarışGöndərilib: B.e. Mar. 28, 2005 6:16 pm    İsmarış mətni: Sitatla cavab ver

Tuba xanımdeyirsiz men dini qəbul edirəm amma namaz qilmiram.Sizə tövsiyəm əvvəlcə Tövhidi öyrenin qəbul edin sonra namaz haqqında fikirləşərsiniz.Mən Tövhid haqqında mövzu açmışam.Əgər həqiqətən müsəlman olmaq istəyirsinizsə Orda sizə lazım olan hər şey var.Sadəcə oxumanız və əməl etməniz sizin müsəlman olmaniz üçün kifaytədir.O kiqaldı namaza .Namazı tərk edənin müşrik olduğu haqda bəzi ayələr yazmaq istərdim.
"(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müşriklərdən olmayın! "Rum:30/31
" Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını - keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! "Tövbə:9/5.
Bax bu ayədə Allah :Rəsuluna və möminlərə xitabən, haram olan ayları çıxmaq şərti ilə müşrikləri öldürmələrini əmr edir.Bu ölümdən qurtulmaları üçün onlara 3 şərt qoyur.
1- Şirkdən dönərək tövbə etmək.
2- namaz qılmaq.
3- zəkat vermək..Bu 3 şərtin icinə namaz da girdiyinə görə namazi tərk etmək küfrdür.
İndi isə bəzi hədislər:
Rasulullah belə deyir:
" Şübhəsiz ki, insanla şirk və küfr arasındakı şey namazdır." (Muslim:82; Əbu Davud 4678; Tirmizi 2619; Nəsayi 465; İbn Macə 1078)
" Namazı tərk etmək küfrdür" ( Abdurrızzaq Musannaf 5009; Muhamməd İbn Nasır Kitabus-salət 888; Hibətullah`t-Təbəri Usulus-sunnə 1513)
" İnsan ilə şirk arasında namazı tərk etməkdən başqa bir şey yoxdur.Onu tərk etdiyi zaman şirk qoşmuşdur." ( İbn Macə 1080; Albani İbn Macənin səhihində 880)
Rasulullah belə buyurudu:
" Bzimlə onlar arsındakı əhd namazdır. Kim bu namazı tərk edərsə kafir olar" (Tirmizi 2623; İbn Macə 1079; əhməd 5/346 ; Nəsai 1/231.)
" Hər kim qəsdən namazı tərk edərsə açıqca küfrə düşmüşdür."(Bu hədisi Təbərani Əvsafda rəvayət etmişdir.Heysəmi Məcmau-Zəvaid 1/295
Ənəs (r.a) Rəsulullahı belə deyərkən eşitdim dedi:
" İnsan ilə şirk və ya küfr arasındakı şey namazdır.Namazı tərk etdiyi zaman kafir olar." İbn Nasır Kitabus- Salət 899.
Bütün bu yazdıqlarımdan sonra güman edirəm ki, İslamı qəbul edib Namaza başlayarsınız.Allah hidayət versin.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Ramla



Daxil ol: Ç.a. Avq. 31, 2004 19:32
İsmarışlar: 3
Şəhər/ölkə: Baki

İsmarışGöndərilib: Çər. Apr. 06, 2005 11:56 pm    İsmarış mətni: Re: NAMAZ QILMAYAN GUNAHAMI BATIR Sitatla cavab ver

Tuba yazıb:
MEN DINI QEBUL EDIREM.PEYQEMBERLERI TANIYIRAM AMMA NAMAZ QILA BILMIREM. CHUNKI BUNUN UCHUN SAF OLMAQ GEREK. BU CEMIYYETDE ISE SAF OLMAQ MUMKUN DEYIL. DEMELI...........

Salam aleikum!
Tuba inanin ki men de sizin kimi fikirleshirdim. Ancaq ELHEMDULLEH qildim ve bu fikirler menden yan kecdi. Bele bir soz var"Namaz ruhun qidasidir" bu heqiqeten de beledir. Her namazdan sonra men ciynimdeki borcun qismen de olsa azaldiqinqi hiss edirem. Bu da meni menevi olaraq rahatlayir. Yazan qardashlar duz deyir birinci Tovhidden bashlamaq lazimdi. Allah komek olsun size ve isteyib ancaq qila bilmeyenlere! AMIIIIIN!!!
Wesselam!
_________________
Allahu Akbar!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Namaz Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran