"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 130
Göndərilib: Ş. Mar. 13, 2004 11:04 am İsmarış mətni: ISLAM
Hamımız bilirik Islam nədir. Islam şəriətində olan əsas qanun-qaydalardan çoxlarını bilirik. Islamın müsəlman üzərində olan şərtlərindən də çoxlarını bilirik. Amma yenə də, din və əqidə insan həyatında böyük rol oynadıĝı üçün, bunun haqqında həmişə söhbət açmalıyıq.
Hamımız müsəlmanıq Allaha şükür. Bu mövzuda isə, Islamın əsas xüsusiyyətlərindən və müsəlmanın əməl etməsi vacib olan şərtlərdən söhbət gedəcək. Yə’ni, necə deyərlər, Islam ümumi şəkildə.
Bəlkə də yazılanların 90%-dən xəbərimiz var. Amma burda onları yenidən yazmaĝın ziyanı yoxdur. Çünki, həm bizim üzərimizdə olan şərtləri bir-bir nəzərdən keçirib yada salarıq, həm də həmin bilmədiyimiz 10%-i öyrənərik.
P.S. Xahiş edirəm mövzunu sadə və həmişə təkrar olunan bir söhbət kimi görüb, oxumadan çıxmayın. Bir az səbrli olun və oxuduĝunuzdan inşAllah fayda görərsiniz. Bildiklərinizi möhkəmlədərsiniz.
Göndərilib: B.e. Mar. 15, 2004 11:19 am İsmarış mətni:
Islamın əsas xüsusiyyətləri
1- Islam, tövhid (tək Allahlılıq) dinidir. Bu aləmin yalnız tək bir yaradanı olması, bütün fikirləşən aĝılları qane edir. Yalnız O yaradan, bütün ibadətlərə layiqdir. Əyilmək, namaz qılmaq, qurban kəsmək, nəzir vermək, xüsusilə də dua etmək, yalnız Ona olmalıdır. Tirmizinin rəvayət etdiyinə görə, Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - buyurmuşdurki: “Dua, özü ibadətdir”
2- Islam toplayır və birləşdirir, heç vaxt ayırmır. Allahu Təala tərəfindən insanların hidayəti üçün və həyatlarını tənzimləmək üçün göndərilən bütün Peyĝəmbərlərə inanmaq lazımdır. Eləcə də Muhəmməd - səllallahu aleyhi və səlləm - onların ən sonuncusudur. Allahu Təala Muhəmməd - səllallahu aleyhi və səlləm --i, bütün insanları təhrif olunmuş dinlərdən xilas etmək üçün göndərdi, onları ədalətli və hifz olunmuş Islama də’vət etmək üçün göndərdi.
3- Islamı öyrənmək asand və aydındır. Islam, çaşdırıcı və azdırıcı fəlsəfədən istifadə etmir, aĝlabatmaz e’tiqadlar irəli sürmür. Islam, hər bir zaman və hər bir məkan üçün yararlıdır, o həmişə tətbiq oluna biləcək dindir.
4- Islam, maddi və mə’nəvi olaraq fərq qoymur. Islam, həyatı maddi və mə’nəvi olduĝu kimi qəbul edir, həyat onların ikisindən ibarətdir. Birinə əhəmiyyət verib, o birisinə laqeydlik göstərmir.
5- Islam, ədalət və birliyi, bütün müsəlmanların qardaş olduĝunu tə’kid edir. Iqlim, qitə, cins və sair kimi fərqləri rədd edir, insanlar arasında fərq qoymur.
6- Islamda dini qruplaşma və ya səlahiyyatlı olan bir hökümət yoxdur. Məntiqsiz, inanılmaz fikirləri yoxdur. Hər bir şəxs, Qur’ani Kərimi və Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm --in hədislərini asanlıqla oxuya bilər.
Göndərilib: Çər. Mar. 24, 2004 11:51 pm İsmarış mətni:
Islam, həyat üçün ən kamil qanundur
1. Islam, bəşəriyyətə və insan həyatında lazım bütün meydanları (iqtisadi, siyasi, mədəni, ictimai…) onun üçün tənzimləyir. Eləcə də bu yolda düzgün addımlaması üçün ona düzgün xəritə qoyur və problemlərini həll etmək üçün çıxış yolları qoyur.
2. Islam, insan həyatını düzgün və müntəzəm şəkildə qurmaq istəyir. Həyatın düzgün qurulması üçün lazım olan ən əsas rol, vaxtdır. Vaxt və ya zaman, insan həyatında ən əsas amillərdən biridir. Islam isə, insanın dünyada və axirətdə müvəffəqiyyət qazanması üçün ən qüvvətli prinsipdir.
3. Islam, şəriət və ya qanun olmazdan əvvəl, əqidədir. Buna görə də, Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - Məkkədə olarkən ən əsas tövhidə diqqət yetirirdi, insanlara tövhidi çatdırmaq istəyirdi. Ondan sonra isə Islam şəriətinin əsaslarını qoymaĝa başladı, o vaxtki artıq O, Mədinədə idi və Islam dövlətini yaratmaq istəyirdi.
4. Islam, elmə və biliyə çaĝırır, xeyirli elmin inkişafı üçün həmişə çəhd göstərir, insanları elmi inkişaf etdirmək üçün həvəsləndirir. Heç kimə gizli deyilki, orta əsirlərdə müsəlman alimlər nə qədər olub.
5. Islam, halal yolla qazanılmış mala icazə verir. Eləcə də halal yolla qazananları, kasıb və kimsəsizlərə əl tutmaĝa, kömək etməyə çaĝırır. Beləcə ədalət və əmin-amanlıq yaranır ölkədə.
6. Islam, həyat və cihad dinidir. Ona görə də Islam, hər bir müsəlmana fərz (vacib) etmişdirki, Islamın uĝrunda malı və ruhu ilə mübarizə aparsın. Islam həm də həyat dinidir. Müsəlmanların firəvan yaşamasını istər, bu dünyada axirətləri üçün yaşamaqlarını istər.
7. Insanların fikirləri Islami qaydada formalaşmalıdır, yə’ni sərhədlərini aşmalı deyillər, xüsusi Islam qaydasıyla davam etməlidirlər. Hər tərəfdən gələn və daxil olan müxtəlif təxribatçı fikirlər Islamın gözəlliyini itirib, kirlədib. Buna görə də müsəlmanlar inkişaf edə bilmirlər, xürafatlar, bid’ətlər, uydurmalar baş alıb gedir.
1. Allahdan başqa Ilah (Rəbb) olmadıĝına və Muhəmməd onun rəsulu (elçisi) olduĝuna şəhadət gətirmək. (Yə’ni Allahdan başqa ibadət ediləcək bir kəs və ya bir şey yoxdur, Muhəmməd - səllallahu aleyhi və səlləm - isə Ondan bizə hər şeyi çatdırıb.)
2. Namaz qılmaq. (Namazı olduĝu kimi qılmaq, əsasları, şərtləri ilə və Allahu Təaladan qorxaraq, Onun Əzəmətini hiss edərək)
3. Zəkat vermək. (Hər hansı bir müsəlmanın, 85 qram qızılı və ya onun dəyərində pulu-parası varsa, həmin məbləĝdən və ya dəyərdən hər il 2.5% kimsəsizlərə, yoxsullara, möhtaclara zəkat verməlidir.
4. Oruc tutmaq. (Hər bir müsəlman, Ramazan ayında oruc tutmalıdır. Buyurulduĝu kimi, yeməkdən-içməkdən və sair mübah əməllərdən imtina etməlidir.)
5. Həcc etmək. (Hər bir müsəlman, ömründə bir dəfə həcc etməlidir. Əgər imkanı varsa, kifayət qədər pulu varsa, eləcə də saĝlam və sair kimi imkanları olmalıdır.
Göndərilib: B. Apr. 04, 2004 10:38 pm İsmarış mətni:
Dua – ibadətdir.
Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - buyurmuşdurki; “Dua etmək (özü) ibadətdir” Hədis səhihdir, Tirmizi rəvayət etmişdir.
Bu hədis bizə deyirki, dua etmək ən əsas ibadətlərdəndir. Necəki başqasına, yə’ni hər hansı peyĝəmbərə və ya övliyaya namaz qılmaq olmaz, eləcə də Allahdan başqasına dua etmək olmaz.
1 – Hansı müsəlman desəki; (Ya Peyĝəmbər, Ya filan övliya, ya filan imam, imdad et, kömək et) Allahdan başqasına dua etmiş olur, eləcə də Allahdan başqasına ibadət etmiş olur, lap desə də və ya niyyəti Allah üçün olsa da. Həmin şəxs, şirk etmiş şəxslə eyni olur. Belələri deyirlərki, mən ürəyimdə bir Allahı tutmuşam, yalnız Onu niyyət edirəm. Onların etdikləri onlardan qəbul olunmur. Niyə? Çünki, əməllərin və ya sözlərin, niyyətə uyĝun olması labüddür. Ürəyində bir kəsi tutub, başqasından niyə istəməlisən?! Dua, Allaha edilmirsə və ya Allahdan istənilmirsə, şirk və küfr sayılır, bunları isə Allahu Təala baĝişlamır, yalnız tövbə edilərsə baĝışlanar.
2 – Yaxud da, həmin müsəlman kəs desəki, mən çaĝırdıĝım adamı, vasitəçi çaĝırıramki məni Allaha çatdırsın, necəki hər hansı bir şahın və ya sultanın hüzuruna vasitəçisiz daxil ola bilmirəm. Bu sözləri deməklə həmin müsəlman, Allahı, qullarına qarşı zülümkar bir yaradan (xaliq) kimi qələmə verir. Bu təşbeh (oxşarlıq) isə, küfrdür. Allahu Təala əş-Şura surəsinin 11-ci ayəsində buyurmuşdurki:
“Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!”
Allahı, ən yaxşı və adil bir insana belə bənzətmək küfrdür, onda zalim bir bəndəyə bənzətmək necə?!
3 – Müşriklər, Peygəmbərimiz - səllallahu aleyhi və səlləm - dövründə, Allahu Təalanın Xaliq və Raziq (ruzi verən) olduĝunu e’tiqad edirdilər. Ancaq onlar, butlərə ona görə ibadət edirdilərki, onları Allaha yaxın etsin. Allahu Təala isə bu vasitəçiliyi onlardan qəbul etmədi və belə buyurdu:
“Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” əz-Zumər surəsi 3-cü ayə.
Allahu Təala həmişə yaxındır və hər şeyi Özü eşidir, vasitəçiyə ehtiyacı yoxdur. Allahu Təala əl-Bəqərə surəsində 186-cı ayədə belə buyurmuşdur:
“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm.”
Göndərilib: B.e. Apr. 05, 2004 3:32 pm İsmarış mətni:
4 – O müşriklər, ancaq başlarına bəla gələn zaman, acınacaqlı hallarda Allaha dua edirdilər. Qur’ani Kərimdə də belə buyurulmuşdur;
“onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!” Yunus surəsi 22-ci ayə.
Amma həmin müşriklər, başqa vaxtları öz bütlərinə ibadət edirdilər.
Bəs onda bə’zi müsəlmanların halı necə olsunki, onlar Peyĝəmbərlərə, saleh qullara, övliyalara dua edib, onlardan imdad diləyirlər?! Belə müsəlmanlar, hətta başlarına bəla gələn zaman da övliyalardan imdad diləyirlər. Heç Allahu Təalanın Qur’ani Kərimdə buyurduĝuna nəzər yetirməyiblərmi;
“Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər! İnsanlar məhşərə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər.” əl-Əhqaf surəsi 5,6-cı ayələr.
5 – Bir çox insanlar belə düşünürlərki, keçmişdəki müşriklərin ibadət etdikləri bütlər sadəcə daşdan düzəlmə bütlər idi. Bu fikir isə səhvdir. Çünki, onların ibadət etdikləri bütlər, əslində saleh əməlli, yaxşı insanlar olublar. Bu, Qur’ani Kərimdə belə buyurlmuşdur;
“Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suva’ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!”
Bu adlar, bütlərin adları idi. Əl-Buxari rəvayət edirki, bu adlar, Nuh qövmü zamanı yaşayan saleh əməlli qullar idilər. Onlar həlak olandan sonra, elm qeyb olandan sonra, onlara ibadət olunmaĝa başlandı.
Göndərilib: Ş. May 01, 2004 8:41 pm İsmarış mətni:
6 – Allahu Təala bu əməli münkər olaraq vəsf etmişdir Qur'ani Kərimdə;
" De: “(Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!” Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!" Əl-Isra surəsi 56-57
Bu ayədən biz açıq-aydın görürükki, Allahdan başqasına dua etmək olmaz.
8 – Ölüdən də kömək istəyənlər var, diridən də. Amma, təəssüfki çoxlarımız bunların ikisinin arasında fərq görmür. Qur'ani Kərimdə buyurulurki; "Dirilərlə ölülər də eyni deyillər!" Əl-Fatir surəsi 22-ci ayə.
Ölü insanın duasını eşidə də bilər, eşitməyə də bilər. Ancaq eşitsə də heç nə edə bilməz və dua edənin imdadına çata bilməz. Axı Allahu Təala Qur'ani Kərimdə belə buyurmuşdur; " Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar." Əl-Fatir surəsi 14-cü ayə.
10 – Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm --in həyatından və ya tarixdən də sübut gətirmək olar. Ömər -Allah onlardan razı olsun- yaĝış yaĝsın deyə dua etmək üçün Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - əmisi Abbasın -Allah onlardan razı olsun--ın yanına getmişdir. O zaman isə, Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - dünyada yox idi, vəfat etmişdir. Bu da bir dəlildirki, lazım olsaydı Ömər -Allah onlardan razı olsun- gedib Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - qəbrinin üstündə dua edərdi və ya elə Peyĝəmbərdən istəyərdi. Amma ölüdən imdad və kömək dilənməz.
Göndərilib: Ç.a. May 18, 2004 11:59 am İsmarış mətni:
Islamı batil edən şeylər
Islamı batil edən əməllər və ya şeylər varki, onları edən hər hansı bir müsəlman şəxs şirk etmiş sayılır. Allahu Təala onu heç bir zaman baĝışlamayacaq, yalnız səhv etdiyini başa düşüb tövbə edərsə, baĝışlayar. Həmin şəxs əbədi olaraq cəhənnəm əzabında yanacaqdır.
1 – Allahdan başqasına dua edənlər. Peyĝəmbərlərə, övliyalara, ölülərə və sair kimi dua edənlər. Beləki Allahu Təala Qur'ani Kərimdə, Yunus surəsinin 106-cı ayəsində belə buyurmuşdur: " Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!, - deyə buyurulmuşdur."
Eləcə də, Buxarinin rəvayət etdiyi hədisdə, Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - buyurmuşdurki; "Kim Allahdan başqasını Allaha şərik qoşaraq ölərsə, Cəhənnəmə daxil olar"
2 – Qəlbin, Allahın təkliyinə, Tövhidə inanmaqdan çəkinməsi. Yə'ni, bə'zi insanlarda olurki, Allaha, yalnız tək olaraq ona dua edərkən könülləri xoş olmur, yalnız Ondan imdad diləyərkən ürəkləri rahat olmur. Eləcə də, Peyĝəmbərdən, övliyalardan və ölülərdən kömək diləyərkən ürəyi rahat olan insanlar. Belə insanlar isə, Allahu Təalanın buyurduĝu ayəyə uyĝun gəlirlər: " Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər." Əz-Zumər surəsi 45-ci ayə
3 – Peyĝəmbərə və ya övliyaya filan qurban deyənlər, kəsənlər. Bunlar da unutmasınlarki, Allahu Təala Əl-Kövsər surəsində buyurmuşdurki: "Rəbbin üçün namaz qıl və qurban kəs!"
4 – Eləcə də, kiməsə nəzir demək. Əl-Imran surəsinin 35-ci ayəsində Allahu Təala belə buyurur; " Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” – dediyini xatırla!" Deməli Allahu Təaladan başqasına nəzir demək olmaz.
5 – Qəbirlərin və ya bə'zi daşların başına fırlanmaq, təvaf etmək. Bunu yalnız və yalnız Kə'bənin ətrafında etmək olar. Çünki Allahu Təala bizə Əl-Həcc surəsində belə əmr edib; "...qədim evi (Kə’bəni) təvaf etsinlər!" 29-cu ayə.
6 – Allahdan başqasına təvəkkül etmək, güvənmək və ya sıĝınmaq. Allahu Təala bizə, ancaq Ona təvəkkül etməmizi əmr edir. " Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!” Yunus surəsi 84-cü ayə.
7 – Allahdan başqasına, yə'ni böyük adamlara, sultanlara, ölülərə və sair kimilərə baş əymək, səcdə etmək.
8 – Islamın hər hansı bir şərtini inkar etmək. Məsələn; namazı, yaxud orucu, yaxud zəkatı inkar etmək. Eləcə də imanın şərtlərindən hər hansınısa inkar etmək. Bunlara əlavə olaraq, Islam dinində və şəriətində mə'lum və vacib olan şeylərdən hər hansınısa inkar etmək.
9 – Islamda olan bə'zi qanun-qaydalara, ibadətlərə və ya vacib əməllərə nifrət etmək və ya həmin qaydalarla razılaşmamaq. Yaxud da, Islamda olan əxlaqi cəhətlərlə razılaşmamaq. Allahu Təala Muhəmməd surəsində belə buyurur " Allahın nazil etdiyini bəyənmədilər, (Allah da) onların əməllərini puç etdi." 9-cu ayə.
10 – Qur'anki Kərimdə yazılanlarla, səhih hədislərdə rəvayət olunmuşlarla, yaxud da Islam dinində icma ilə təsdiq olunmuş qanunlarla istehza edənlər. Tövbə surəsinin 65 və 66-cı ayələrində belə buyurulur; " De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! Üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz."
11 – Allahı söymək, dinə lə'nət etmək və ya Peyĝəmbərə laĝ etmək, onu söymək.
12 – Qur'ani Kərimdə və hədislərdə bizə bildirilən Allahu Təalanın sifətlərindən və ya ismlərindən hər hansınısa inkar etmək.
13 – Allahu Təala tərəfindən göndərilmiş bütün Peyĝəmbərlərə inanmamaq, onlardan hansınısa inkar etmək. Allahu Təala onların hamısını bəşəriyyəti hidayət etmək üçün göndərmişdir. Əl-Bəqərə surəsində 285-ci ayədə buyurulurki; " Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq." Deməli Peyĝəmbərlər arasında fərq qoyulmalı deyil. Hamısına inanmaq lazımdir.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.