MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

geza namazi

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
nilufer



Daxil ol: Ş. Avq. 19, 2006 21:45
İsmarışlar: 36
Şəhər/ölkə: baki

İsmarışGöndərilib: C. Avq. 25, 2006 7:16 pm    İsmarış mətni: geza namazi Sitatla cavab ver

essalau aleykum.bu menimcun cox maraqlidir.umumiyyetle esitdiyime gore subh namazinin gezasini ancaq subh namazinda qilmaq lazimdir bu dogrudurmu?sagolun
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B.e. Avq. 28, 2006 8:32 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Va alaikum asSalam va RahmatuLLah, Nilufər bacı.
Namazlar müsəlmanlar tərəfindən iki halda buraxılır:
1. Əgər müsəlman bilməyərəkdən, yuxuya qaldığı yaxud unutduğu üçün qılmırsa.
Bu halda müsəlman qılmadığı namazın qəzasını yadına düşən kimi o dəqiqə qılmalıdır. Buna dəlil, Peyğəmbərimizin (səlləlləhu aleyhi və səlləm) və səhabələrinin yuxuya qalaraq, Sübh (Fəcr) namazını qıla bilməmələri barədə hədisidir. Həmin hədisdə qeyd edilir ki, yuxudan oyanmış səhabələr bir-birindən qılmadıqları namazın günahına əvəz olaraq, necə kəffarə (əvəz) ödəməkləri barədə soruşurdular. Bunun cavabında isə Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) demişdir:"(Bilməyərək) yuxuya qalıb namazı uraxmağınız sizin namaza barmaqarası baxmağınız mənasına gəlmir. Namaza barmaqarası o adam baxır ki, o biri namazın vaxtı gəlib çatır o isə hələ də namazını qılmır. Ona görə də (qəza) namazını yadınıza düşən kimi qılın"
Müslim, 681.
Hədisdən də göründüyü kimi qəza namazının xüsusi bir vaxtı yoxdur, elə ki, müsəlmanın yadına düşür ki, o namazı qılmayıb, qalxıb qəzasını etməlidir.
Lakin hədis onu göstərmir ki, müsəlman istədiyi qədər yata bilər, sonra da yuxuya qalmağını namazı qılmamaq üçün bəhanə kimi gətirə bilər. Əksinə, müsəlman gərək namaza oyanmaq üçün əlindən gələni etsin. Məsələn, gün ərzində özünü ehtiyac yoxdursa çox yormamalı, imkan tapsa günorta bir az da olsa yatmalıdır. Yatmamışdan əvvəl çox yemək və su içmək də səhər yuxudan gec oyanmaöın səbəbləridir. O cümlədən zəngli saatı gecədən namaz vaxtına qurmaq, imkan varsa, ev əhlindən yaxud başqa müsəlmanlarınn telefonlar onu oyatmalarını xahiş etməlidir.
2 . Müsəlman namazı bilə-bilə vaxtı keçsə də qılmır.
Bu olduqca böyük günahdır. Namaza barmaqarası yanaşmaq, onu yalnız kefə görə, istənilən vaxtda qılmaq olmaz. Çünki uca Allah hər bir namazın öz vaxtını təyin etmişdir:
"Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir. "
(Quran, Nisa, 103)
Namazasəhlənkar yanaşmaq o qədər böyük günahlardandır ki, hətta bəzi alimlər belələrini kafir (dindən çıxmış) hesab edirdilər. (Məcmu əl Fətəva va Məqalat Səmahat əl-Şeyx ibn Baz, 10/374) Lakin daha üstün rəyə görə belə müsəlman kafir olmasa da, böyük günah etmişdir. (Şeyx Useymin, əl-Şərh əl Mümti, 2/89)İstənilən halda bu insan tezliklə tövbə etməli və namazlarını böyük məsuliyyətlə qılmalıdır.
Qaldı ki, tövbədən sonra qılınmayan namazların qəzasını qılmağa, bu barədə iki rəy mövcuddur. Birinci rəyə əsasən, qılınmayan namazların qəzası qılınmalıdır. Lakin İbn Teymiyyənin (Allah ona rəhmət eləsin) öz "əl-İxtiyarat", 34 əsərində qeyd etdiyi daha güclü rəyə əsasən, bu halda namazın qəzasının qılınmasına dair heç bir səhih rəvayət gəlməmişdir, ona görə də bu halda tövbə etmək və çoxlu nafilə namazlar qılmaq kifayət edir.
Və Allah ən doğrusunu bilir!
AsSalamu alaikum.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.