Daxil ol: Ş. Avq. 19, 2006 21:45 İsmarışlar: 36 Şəhər/ölkə: baki
Göndərilib: B.e. Avq. 28, 2006 12:48 pm İsmarış mətni: quran
Salamun aleykum.cox-cox xais edirem mene bu ayedeki mohur sozunun hansi menada islendiyini izah edesiz.Qabaqcadan minnetderligimi bildirirem
. Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (mö’minlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki mö’minlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) və’d buyurmuşdur!(EL-feth;29)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Avq. 28, 2006 5:51 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahn adı ilə!
Va alaikum asSalam va RahmatuLLahi va Barakatu, Nilufer bacı.
Sizin gətirdiyiniz ayənin Azərbaycan dilinə tərcüməsidir, bacıcan. Səhv etmirəmsə, Z. Bünyadovun və V.Məmmədəliyevin tərcüməsindən istifadə etmisiniz. Bu tərcümənin əsas xüsusiyyəti tərcüməçilərin mötərizədə orijinal tərcüməyə öz izahlarını(ərəbcə desək təfsirlərini) əlavə etmələridir. Bu təfsiri isə heç kəs öz başından verə bilməz, çünki ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) demişdir:
"Kim ki, Quranı yalnız öz fikirlərinə əsaslanıb izah etməyə çalışırsa (Quran və Sünnəyə əsaslanmırsa), öz yerini Odda hazır bilsin" (Tirmizi)
Həmçinin Cəndabı (Allah ondan razı olsun) Peyğəmbərdən (səlləlləhu aleyhi və səlləm) rəvayət etdiyi digər hədisdə deyilir:
"Kim ki, Quranı ancaq öz fikrinə əsaslanıb izah etməyə girişirsə, hətta düz təfsir etsə də yenə səhvə düşmüşdür" (Əbu Davud)
Ona görə də Quran aylərini başa düşmək üçün hökmən Allah Rəsulu(səlləlləhu aleyhi və səlləm) necə izah eləyib, ona baxmaq lazımdır.
Qeyd etdiyiniz "möhür" sözünə gəldikdə isə, mən bilirəm ki, bir çoxları bunu elmsiz olaraq, namazı möhürlə qılmağa dəlil kimi gətirirlər. Amma diqqətlə fikir versək, görərik ki, sözügedən "möhür" sözü mötərizə içərisində yazılmışdır, yəni ayənin orijinal ərəb variantında bu söz qeyd edilmir, bu tərcüməçilərin əlavəsidir:
سيماهم فى وجوههم من اثر السجود
Simə um fi vucuhim min əfəri əl sücud
(onların üzlərində olan əlaməti səcdə izidir).
İndisə baxaq görək, ayədəki bu cümləni Peyğəmbərimiz (səlləlləhu aleyhi vəslləm) necə izah edir. İmam Əhməddən, Mücahiddən, İmam Maalikdən və Əbu Davuddan (Allah bu alimlərin hamısına rəhmət etsin) gələn hədislərdə göstərilir ki, ayədə qeyd olunan "səcdə izi" o mənaya gəlir ki, insan nə qədər gözəl əməllər eləyirsə, gözəl əxaqa sahib olursa, Allah elə edir ki, bu onun üzündə də əks olunsun. (Təfsir ibn Kəsir)
El arasında deyilən kimi adamın üzünə sanki nur, parlaqlıq gəlir.
Həmçinin hamıya məlumdur ki, çox yeriyən adamın ayaqlarında, çox tikiş tikən qadının da əllərində döyənək(mozol) əmələ gəlir. Eləcə də əgər məciddə fikir versəniz görərsiniz ki, elə müsəlmanlar var ki, onların ayaq barmaqlarından bir az aşağıda, alınlarında və burunlarında adətən kobudlaşma, döyənək müşahidə olunur. Çünki onlar əməllərin ən gözəlini - namazı çoxlu qılanlardır və alınlarını yerə qoyub səcdədə uzun müddət və periodik olaraq qaldıqlarından istər-istəməz döyənək əmələ gəlir. Şəxsən mən müsəlmanlarda bu hala çox rast gəlmişəm, bunun möhürlə əlaqəsi yoxdur.
Əgər doğrudan da ayədə söhbət namazı möhürlə qılmaqdan gedirsə, onda bunu birinci edən Peyğəmbərimiz(səlləlləhu aleyhi və səlləm) edərdi. Halbuki onun möhürlə namaz qılması barədə bir dənə də olsun səhih hədis yoxdur. Əksinı tarixə nəzər saldıqda görmək mümkündür ki, möhürlə namaz qılmaq Səvəfivlərin dövründə şah Təhmasibin hakimiyyəti zamanı dinə sonradan əlavə edilmişdir. Və məşhur səhih hədisdə gəldiyi kimi dinə sonradan əlavə edilən hər şey isə oddadır...Allah bizi bundan qorusun..Ameen!
Nə isə, bu məsələ polemika xarakterli olduğundan çox uzatmaq istəməzdim.
Allah hamımızın köməyi olsun...Ameen!
Allaha əmanət ol, bacıcan.
AsSalamu alaikum va RahmatuLlah. _________________
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.