.:: Azerislam.com Forum ::. "Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: C. Mar. 31, 2006 10:34 pm İsmarış mətni: Qadın və kişilərin qarışdığı məkanlar - SOS!!!
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Qadın və Kişilərin qarışıq məkanlarda iştirak etməsi.
Uca Allaha həmd olsun!
Bir-birinə yad (naməhrəm) olan kişilərin və qadınların eyni məkanlara, eyni qələbəliklərə toplaşması Şəriətə görə qadağandır. Bu qadağanın səbəbi belə məkanların fitnəyə (günaha aparan yola) səbəb olması, nəfsin oyanması və İslam baxımından qeyri-etik davranışların meydana gəlməsidir.
Gəlin bu məsələni ilk əvvəl ilkin mənbələrə (Quran və Sünnəyə) nəzər salaraq, dərindən araşdıraq:
Uca Allah Qurani Kərimdə kişilərə müraciətlə belə buyurur:
"Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər..." (Quran, Əzhab, 53)
İbn Kəsirin (Allah ona rəhmət etsin!) təfsirində bu ayə belə izah olunur:"Burda "pərdə arxasından soruşun" o deməkdir ki, evə daxil olub, yad qadınlara baxmaq ümumiyyətlə qadağandır. Əgər onlardan nəsə götürmək yaxud nəsə soruşmaq lazmdırsa, bunu onlara baxmadan (pərdə arxasından) etmək lazımdır".
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) qadın və kişilərə insanın ibadətdən başqa ağlına bir şey gətirə bilməyəcəyi ən hörmətli məkan olan məscidlərdə belə bir-birinə qarışmamağı əmr etmişdir. Belə ki, məhz bu məqsədlə kişilərə camat namazlarında ön cərgələrdə, qadınlara isə onlardan sonrakı crəglərdə dayanmaq buyurulmuşdu. Məhz bu səbəbdən Peyğəmbər (səlləhu aleyhi və səlləm) namazdan sonra, qadınların onlar üçün ayırılmış xüsusi qapıdan çıxmağı üçün imkan yaradaraq, kişilərə gözləməyi əmr etmişdi. Bu barədə səhih Sünnədəki aşağıdakı hədislərə baxaq:
ÜmmSələmə (Allah ondan razı olsun!) rəvayət edir ki, Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) namazın sonunda təsilimi(2 dəfə "ƏsSələmu əleykum və RəhmətuLLah) dedikdən sonra qadınlar qalxıb gedərdilər. O isə bir az gözlədikdən sonra məscidi tərk edərdi. İbn Şihabın fikrincə Peyğəmbərin(səlləlləhu aleyhi və səlləm) belə etməyi qadınların kişilərdən əvvəl məsciddən çıxmağa imkan tapmağına görə idi." Buxari 793, Əbu Davud 876 ("Qadınların namazdan sonra kişilərdən əvvəl məsciddən çıxması babı") İbn Ömər (Allah ondan razı olsun!) rəvayət edir ki, Allah Rəsulu buyurmuşdur:"Biz (məscidin) bu qapısını qadınlar üçün qadınlar üçün saxlamalıyıq". Naafi bildirir ki, İbn Ömər (Allah ondan razl olsun!) ölənədək bir də o qapıdan keçmədi" ƏbuDavud, 484. Əbu Hüreyrə (Allah ondan razı olsun!) rəvayət edir ki, Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) buyurmuşdur:"(Namazda) kişilər üçün ən əfzəl sıralar birinci, ən pis sıralar sonunculardır və qadınlar üçün ən əfzəl sıralar sonuncu, ən pis sıralar birincilərdir." Müslim, 664.
Yuxarıdakı hədisdən də gördüyümüz kimi Şəriət qadınların və kişilərin bir-birinə qarışmasını qadağan edir, kişilərin cərgələri qadınlardan nə qədər uzaqdıdırsa -bir o qədər yaxşıdır, nə qədər yaxındırsa bir o qədər pisdir, bir o qədər ehtiyatlı olmaq gərəkdir. Anoloji hal qadınlara da aiddir.
Əgər bu ehtiyat tədbirləri insanın Allaha ibadətdən başqa ağlına demək olar ki, heç bir şey gətirmədiyi məcidlərdə görülürsə, onda əziz müsəlmanlar, özünüz düşünün, məsciddənkənar həyatda biz nəfsimizi, imanımızı qorumaq, Allahın qəzəbinə düçar olmamaq üçün gərək min dəfələrlə daha ehtiyatlı olaq.
Əbu Useyd əl-Ənsari (Allah ondan razı olsun!) rəvayət edir ki, o Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) qadın və kişilərin məsciddən evə qayıdarkən, bir-birinə qarışmış halda yolla getdiklərini gördükdə, qadınlara belə müraciət etdiyini eşitmişdir:"Yol verin (kənara çəkilin), yolun ortası ilə getmək sizə uyğun deyil."Bu hadisədən sonra qadınlar divara o qədər yaxın şəkildə gedirdilər ki, palatarları ora (divara) sürtünürdü" Əbu Davud, "Kitab əl-Ədəb min Sunanihi".
ARDI VAR...
Redaktə edən: Humeyra, son redaktə tarixi: Ş. Apr. 01, 2006 11:15 pm, cəmi 1 dəfə
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: Ş. Apr. 01, 2006 11:14 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Kədərli haldır ki, qadın və kişilərin eyni məkanlarda qarışması günümüzdə ticarət mərkəzlərinin, xəstəxanaların, təhsil ocaqlarının və s. bunun kimi zəruri ehtiyacların ödəndiyi məkanların ayırılmaz hissəsidir. Lakin bu halda belə müsəlmanlar fitnəyə səbəb olmasınlar deyə belə məkanlarda aşağıdakı qaydalara riayət etməlidirlər:
- Əgər müsəlmanların öz zəruri ehtiyaclarını ödəmək üçün iki yaxud daha çox yolu varsa, onların içindən fintədən daha uzaq olanını seçməlidir;
- Qarışıq məkanlarda maksimum ehtiyatlı olmaq, yad qadınlara (kişilərə) toxunmamağa çalışmaq gərəkdir. (Əgər imkan varsa) qadınların və kişilərin ayrı-ayrı qapılardan, vaqonlardan, otaqlardan, cərgələrdən və i. istifadə etməsini təşkil etmək daha məsləhətlidir. Əgər bu mümkün deyilsə, onda birinci növbədə çıxış (giriş) qadınlara(uşaqlara) verilməldir. Təhsil ocaqlarında, xəstəxanalarda qadınlar və kişilər ilk növbədə öz həmcinslərinə müraciət etsələr daha yaxşı olar. O cümlədən gələcəkdə digər müsəlmanların çətinlikləri olmasın deyə müsəlman qızların (halal şəkildə) müəllim və həkim peşəsinə yiyələnməsinə bütün müsəlmanlar bacardıqları qədər kömək etməlidirlər;
- Belə məkanlarda müsəlman öz səs tonuna, danışıq ədəbinə, lüzumsuz baxışlara maksimal tərzdə hakim olmalıdır.
Statistika:
Bəzi müsəlman sosioloqları tərəfindən qarışıq məkanlar barədə sorğu tərtib edilmişdir. Sorğunun nəticələrini burda yerləşdirmək məqsədəuyğun olardı:
"İslam qadın və kişilərin eyni məkanlarda qarışmasına necə baxır?" sualına:
- 76% "qadağandır";
- 12% "qadağan deyil, əgər əxlaq normalarına riayət edilirsə";
- 12% "bilmirəm" cavabını vermişdir.
"Əgər sizə qarışıq məkanda və qadın və kişilərin ayrı-ayrı yerlərdə çalışdığı məkanlarda iş təklif olunsaydı hansını seçərdiniz?" sualına:
- 76% "qadın və kişlərin ayrı-ayrı çalışdığı yeri seçərdim";
- 9% "qarışıq yerləri seçərdim";
- 15% "bacarığıma harda çox qiymət verilirsə oranı seçərdim" cavabını vermişdir.
"Qarışıq məkanlarda məhz bu qarışıqlıqla əlaqəli hər hansı utandırıcı hadisənin şahidi olmusunuzmu?" sualına:
- Qadın əmədaşlarımdan birinin hicabını (kişilərdən heç kəs olmadığını düşünərək) çıxardığı zaman birdən şöbəyə daxil oldum. Hər ikimiz utandığımızdan bilmədik nə edək;
- Universitetin laboratoriyasında təcrübə keçirmək üçün təyin olunmuş gün gələ bilməmişdim. Ona görə də növbəti gün gəlməyə məcbur idim. Müəllim və laborantlardan əlavə tələbələrin də hamısı qadın idi. Həmin gün məni hər tərəfdən əhatə edən qadın nəzərləri altında həyadan tər tökürdüm;
- İşdə öz dolabımdan (heyz halı üçün) qadın bezi çıxaran anda ona ayırılmış dolabdan nəsə götürmək üçün gələn kişi əməkdaşımı gördüm. Nəzərlərimiz qarşılaşanda məni pis vəziyyətdə qoymamaq üçün tezcə otaqdan çıxdı;
- Universitetdə bir qız leksiyaya gecikdiyi üçün tələsə-tələsə qaçırdı. Məni görcək, sürətini azaltmağa çalışsa da bacarmadı. Nəticə də elə bir hal yarandı ki, yıxılaraq, qucağıma düşdü. Yəqin o qızın və mənim digər tələbələrin gözü qarşısında necə vəziyyətə düşməyimizi təsəvvür edirsiniz;
- Qadın müəllimələrdən biri universitetdə pilləkənlərdən yıxıldı və örtülü yerləri açıldı. Müəllimə elə bir şəkildə idi ki, ağrıdan özünə kömək edə bilmirdi. Nəticədə biz gənclər onun paltarını örtərək, yerdən qalxmasına yardım etdik;
- Mən qadınların və kişilərin bir yerdə çalışdığı firmada işləyirdim. Bir dəfə öz rəisimə bəzi sənədləri imzalatdırmaq üçün gətirmişdim. Əynimdə açıq rəngli paltar var idi. İşimi qurtarıb getmək üçün geri çevriləndə, rəisimin məni çağırdığını eşitdim. Fikirəşdim ki, yəqin nəyisə yaddan çıxarmışam. Geri çevrilib nə istədiyini sörüşdüqda, qəribə, utancaq bir təzdə nəzərlərini məndən qaçırdıb heç nə demədi. Onun baxdığı istiqamətə baxdıqda geyimimin heyz qanına bulaşdığını gördüm. Həmin anda o qədər utanmışdım ki, yer yarılsaydı içinə girməyə razı olardım...
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: B. Apr. 02, 2006 11:29 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
İtirilmiş ümidlər-ibrətamiz real həyat səhnələri.
40 yaşlı ÜmmMəhəmməd nəql edir:
Ərimlə birlikdə orta səviyyəli bir həyatımız var idi. Onda qadınların bəyənəcəyi xarici görünüş olmasa da ailə qurmaığıma səbəb həlim və mülayim xasiyyəti olmuşdu. İkimizdən daha möhkəm xarakter məndə olduğundan ailədə bütün inisiativlər mənim əlimdə idi.
Tez-tez öz yaxın dostu barədə döhbət açar və hərdən bu dostu ilə evimizin bir tərəfində yerləşən ofisində görüşərdilər. Uzun müddət davam edən bu dostluq nəticədə ailəvi gediş-gəlişə çevrilmişdi. Tez-tez ya biz onun ailəsigilə qonaq gedir, ya da onlar bizə gələrdilər, hamımız bir yerdə oturar, söhbətləşərdik. Bəzən də bizə təkbaşına gələr, saatlarla üçümüz bir yerdə deyib-gülər, danışardıq. Ərimin öz dostuna olan inamı hədd-hüdud bilməzdi. Və günlərin bir günü özümü dostunun necə ağıllı, yaraşıqlı olduğunu fikirləşərkən, bu fikir üstündə tutdum. Getdikcə ona daha çox heyran olur, daha çox bəyənirdim. Və ən əsası bu hislərin qarşı tərəfdən də gəldiyini hiss edirdim.
Bu kişinin tam arzuladığım xasiyyətə, görünüşə malik olduğunu anlayandan bəri hadisələr qəribə bir hal almışdı. Təəssüflənirdim ki, niyə o illərdən sonra indi qarşıma çıxmışdı. O mənim nəzərlərimdə günü-gündən ucaldıqca, öz ərimə həqarətlə baxmağa başlayırdım, təmamilə gözümdən düşmüşdü. Sanki kimsə məni vadar edirdi ki, onları daima müqayisə edim.
Əvvəllər bütün bu hislərim məni gecə-gündüz məşğul edən fikirdən başqa bir şey deyildi. Getdikcə hiss edirdim ki, ərimə onun zəif xarakterinə görə əvvəllər hiss etmədiyim bir nifrət baş qaldırıb və bu hiss günü-gündən daha çox qaynayır. Özüm də başa düşmürdüm, necə ola bilərdi ki, mən bu qədər ili onunla bir yerdə yaşamışdım. Vəziyyət o qədər pisləşdi ki, ərimdən boşanmağımızı tələb etdim. Və talaq verməyə məcbur oldu. Bundan sonra ərimin də, övladlarımın da həyatı bərbad oldu...
Ən pisi də bu idi ki, günlərin birində həmin kişinin də ailəsində problemlər baş qaldırdı. Zövcəsi qadın intuisiyası ilə onun qəlbinin dərinliklərində baş verdiyini hiss etmişdi və həmin gündən kişinin həyatı Cəhənnəmə döndü. Qısqanclıq krizisləri zamanı həmin qadın gecə saat 2-də mənim evimə gələr, qışqırar, ağlayar və məni günahlandırardı. Beləliklə kişinin də ailəsi dağılmaq üzrə idi.
Əlavə edim ki, bütün bu hadisələr bizim bir-birimizi daha yaxından tanımağımıza imkan verdi. Və başa düşdüm ki, bu heç də mənim xəyallarımda canlandırdığım o adam deyil. Ayrıldıq.
Nəticədə mən dəyərli hesab etdiyim hər şeyimi - ailəmi, övladlarımı, dostlarımı, ətafımdakıların hörmətini itirdim. Səhvlərimin böyüklüyünü dərk etdiyimdən başqa düşürəm ki, geriyə qayıdıb bağışlanma tələb etməyə haqqım yoxdur. İndi xoşbəxtlik illüziyası üçün hər şeyini puç etmiş mən həmişə olduğumdan daha da bədbəxtəm. Təkcə itirilmiş ümidlərə sahibəm...
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: Çər. Apr. 05, 2006 2:54 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
İntiqam -ibrətamiz real həyat səhnələri.
ÜmmƏhməd başına gələnləri danışır:
Ərimin ailəli bir neçə dostu ilə yaxın dostluğumuz var idi. Həftədə bir gün birimizin evində toplaşar, hamımız bir yerdə söhbət axşamı düzəldərdik.
Ürəyimin dərinliklərində heç vaxt belə atmosfer xoşuma gəlməzdi və özümü qadınlı-kişili, hamının deyib güldüyü, yeyib-içdiyi, müxtəlif yersiz, bayağı, əxlaqi normalardan kənara çıxan zarafatlarla müşaiət olunan belə məclislərdə rahat hiss etməzdim.
Bizim məclislərimizdə dostluq adı altında bütün sərhədlər çoxdan yox olmuşdu, tez-tez başqasının zövcəsi, əri ilə səmimi zaraf edən qarşı cinsi görmək olardı və bütün bunlar normal hal kimi qarşılanırdı.
Baxmayaraq ki, bu abır-həyadan uzaq insan kütləsinin içində mən də vardım, lakin vicdanım mənə rahatlıq vermirdi. Və günün birində baş verən bir hadisə məni sanki yuxudan silkələyib ayıltdı:
Telefonun zəng çaldığını eşidib dəstəyi qaldırdım və ərimin həmin dostlarından birinin səsini eşitdim. Salamlaşdıqdan sonra üzr istəyib bildirdim ki, ərim evdə deyil. O isə açıq şəkildə bildirdi ki, ona yox, mənə zəng edib. Bunu dedikdən sonra mənə çox həyasız və əxlaqsız bir təklif etdi...Mən qəzəbimdən bilmədim nə edim, ona telefonda lənət oxumağa başladım. O isə gülərək mənə dedi:" Özünün necə əxlaqlı olduğunu göstərməkdənsə, get öyrən gör ərin sənə necə xəyanət edir...". Bu sözləri eşidəndə, sanki ayağımın altından yer qaçdı. Lakin özümü ələ alıb sərt şəkildə bildirdim ki, inanmıram, o bu sözləri ailəmi dağıtmaq üçün deyir. Dəstəyi asdıqda başa düşdüm ki, şeytan qəlbimə vəsvəsə verir...
Tezliklə aydın oldu ki, ərim doğrudan da mənə başqa qadınla xəyanət edirmiş. Bu məsələ mənim üçün ölüm-dirim məsələsinə çevrildi. Ərimə onun xəynətindən xəbər tutduğumu bildirdim və dedim:" Elə bilmə ki, təkcə sən xəyanət edə bilərsən". Və onun dostu ilə telefonda danışdıqlarımın hamısını nəql elədim. Ərim şok vəziyyətində idi. Mən davam edərək dedim:"Əgər o qadınla əlaqəni davam etdirmək niyyətindəsənsə, onda mənə də bir çıxış yolu qalır: səndən eyni formada intiqam almaq!". Bunu eşitmək yoldaşım üçün ağır zərbə idi. O bilirdi ki, həqiqətdə mən dediyimi əsla etmərəm və etməyəcəm də, lakin birdən-birə sanki o da ayıldı. Başa düşdü ki, indiyə qədərki həyatımız necə çirkin səhnələrlə dolu idi, başa düşdü ki, belə qarışıq məclislər nəyə gətirir, başa düşdü ki, etdiyi əməl-zina nə qədər murdar və çirkin əməldir.
Düzdür, bu hadisədən sonra ərim həmin qadından ayırıldı və evinə, ailəsinə qayıtdı. Lakin bütün olanları tez-tələsik yaddan çıxarmaq məgər mümkündürmü? Ürəyimdə onun xəyanət və yaşadığımız atmosferə olan nifrət yarası hələ də qanadığı halda mən ona əvvəlki nəzərlələr necə baxım axı? Bütün bu olanları xatırladıqca, mən bu "məsum" qonaqlıqların əsl həqiqətdə heç də məsum olmadığını bir daha anlayıram. Və ürəyim hələ də Allahdan bağışlanma diləyir...
ARDI VAR...
Redaktə edən: Humeyra, son redaktə tarixi: B. Apr. 09, 2006 11:01 pm, cəmi 1 dəfə
Daxil ol: Ş. Sen. 10, 2005 08:42 İsmarışlar: 79 Şəhər/ölkə: Baku, Azerbaijan
Göndərilib: Çər. Apr. 05, 2006 7:03 am İsmarış mətni: Allah SENDEN RAZI OLSUN
Assalamu Aleykum ve Rahmatullahi ve Barakatuhu.
Humeyra Baci, bilmirem size nece Dua edimki ozume rahatlig tapim. seninkimi insanlara chox ehtiyacimiz var ve her yerde: ailede, ishde, heryerde, heryerde.
Allah SENDEN RAZI OLSUN. _________________ Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: C. Apr. 07, 2006 2:26 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum va RahmatuLLah.
Sitat:
Humeyra Baci, bilmirem size nece Dua edimki ozume rahatlig tapim. seninkimi insanlara chox ehtiyacimiz var ve her yerde: ailede, ishde, heryerde, heryerde
Allah razı olsun, qardaş...Ameen!
İntellekt də fitnə ola bilər...- ibrətamiz real həyat səhnələri.
AbdulFəttah nəql edir:
Mən böyük bir müəssisənin şöbə rəisi vəzifəsində çalışıram. Uzun müddətdən bəri əmrimdə işləyən qadın əməkdaşlarımdan birinin xarici görünüşünə yox, məhz iş bacarığına, ağlına, intellektinə - bununla yanaşı gözəl insani xüsusiyyətlərən olan təvazökarlığına, olduqca sadə və başıaşağı olmağına heyran olmuşdum.
Günlərin bir günü başa düşdüm ki, bu heyranlıq ona qarşı istəyə çevrilib. Və Allahdan qorxan, heç bir namazını qəzaya saxlamayan, ailə, ovlad sahibi olan mən bu evli qadına öz hislərimi açdım. O, məni qəti şəkildə rədd etdi və əlavə etdi ki, aramızda iş əməkdaşlığından başqa heç bir şey ola bilməz və olmayacaq. Qəribə burasıdır ki, bu qadının etirazından sonra geri çəkilmək əvəzinə, mənim beynimə pis fikirlər gəlməyə başladı. Çox arzulayırdım ki, əri ondan ayırılsın və mən onu əldə edə bilim.
Beləliklə, təslim olsun deyə ona vəzifəmdən sui istifadə edərək, təzyiq göstərməyə, başqa əməkdaşların qarşısında pis vəziyyətdə qoymağa başladım. Ola bilsin ki, bu mənim tərəfimdən rədd edilməyi qəbul etməyən bir kişinin bir intiqamı idi. Lakin nə edirdimsə də, qadın mənim bütün pisliklərimi səbirlə, gözəl əxlaqla qarşılayırdı, bu barədə heç kəsə şikayət etmirdi. Əksinə, başını aşağı salıb öz işi ilə məşğul olur, bu sahədə uğurlar qazanır və mənim ağlımı başımdan alırdı.
Məni özündən nə qədər çox itələyirsə, mənim ona aludəliyim, istəyim bir o qədər artır. Başqa vəziyyətlərdə Allahdan qorxduğum üçün qadın gözəlliyi heç vaxt ağlımı başımdan almamışdı. Amma bu qadının intellekti məni ahənruba kimi özünə cəlb edir və anlayıram ki, şeytan təkcə qadın açılmış gözəlliyini əlində silah etməyib....
Sabah nə olacaq? - bunu heç kim bilmir. Özüm onu görcək əlimdən daha nə xəta çaıxacağını gözləyərək, səksəkə içində yaşayıram...
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: Ş. May 06, 2006 9:42 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Övladlarımız davamçılarımızdır - ibrətamiz real həyat səhnələri.
19 yaşlı N.A.A. danışır:
Onda mən balaca qız idim. İndi danışacaqlarımın o vaxtlar nə ifadə etdiyini uşaq olduğumdan bilmirdim. Amma illər keçdikcə, mən hadisələrin əsl mahiyyətini anlayıram və bu xatirələr məndə dərin iz salır... Tez-tez evimizə qadınlı-kişili qonaqlar gələrdilər. Atamın gələn qadınların saçlarına, sinələrinə necə hərisliklə, maraqla baxdığını xatırlayıram. Xüsusi heç nəyi ilə fərqlənməyən avam bir qadın idi. İşi-gücü gələn qonaqların qayğısına qalmaq idi və vaxtının əksər hissəsini mətbəxdə qonaqlar üçün nəsə hazırlamaqla keçirərdi. Evimizə gələn qonaqlar arasında özünü bilə-bilə, qəsdlə atama göstərən, tez-tez onunla baxışan, ona gülümsəyən bir qadın da var idi. Görürdüm ki, anam mətbəxdə olan vaxt ərzində bu qadın atama yaxınlaşaraq, başdan çıxaran hərəkətlər edirdi. Lakin birdən-birə bu yığıncaqların arası kəsildi. Uşaq olduğumdan, nəyə görə belə olduğunu başa dümədim. Bircə onu xatırlayıram ki, anamn səhhəti təmamilə pozulmuşdu. Atamın adı onun yanında çəkiləndə əsəb sistemi darmadağın olurdu. Bəzən mənim yanımda danışılan üstüörtülü danışıqlardan bir-iki kəlmə eşidirdim, amma nə baş verdiyi mənə çatmırdı. Böyüklər gizlicə öz aralarında "xəyanət"dən, "yataq otağında"n, "öz ərini başqa qadınla biyabırçı vəziyyətdə tutmaq" barədə pıçıldaşardılar...Bu sözlər mənim nəzərimdə hansısa əsrarəngiz hadisəni aydınlaşdıran "açar" sözlər idi.
İllər ötdükcə, böyüyür, böyüdükcə hadisənin əsl mahiyyəti mənə aydın olurdu...Qəlbimdə bütün kişilərə qarşı nifrət var idi. Onların hamısı mənim üçün xəyanətkar idi. Anamın həyatı təmamilə bərbad olub. Buna səbəb atam idi. Ən dəhşətlisi də budur ki, atam öz sevimli "hobbi"sindən hələ də əl çəkməyib...Hələ də yad qadınlara utanmaz nəzərlərlə baxmaq ona sonsuz həzz verir...
İndi mənim 19 yaşım var və bir çox cavan oğlanlarla tanışam. Mən onları başdan çıxarıram, alkin yaxına buraxmıram və bununla da atamdan intiqam alıram. Çünki bu kişilərin hamısı atam kimidirlər və mən onlara nifrət edirəm...Küçələrdə, mağazalarda, kafelərdə kişilərin çevrilib mənə baxmasından, aramsız çalan mobil telefon zənglərindən bəzən qürur hissi keçirirəm...Amma özümlə tək qalanda başa düşürəm ki, dünyada məndən bədbəxd qadın yoxdur və bu bədbəxtlik məni boğur...Həyatımın üstünə qapqara bir bulud var və bu buludun adı atamdır...
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.