MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Mütləq oxuyun - Forumun qanun-qaydaları
Səhifə Əvvəlki  1, 2
 
Yeni mövzu aç   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> FORUM BU GÜN
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: Ç.a. Apr. 11, 2006 2:45 am    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Elchin Bextiyaroglu müsəlman bacılara qarşı etdiyi İslam əxlaqına yaraşmayan təklifinə görə forumdan xaric olunur.
Allah hidayət versin!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. May 04, 2006 10:20 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Əssələmu aleykum və Rəhmətullahi və Bərəkətu, əziz forum iştirakçıları!


Azerislam.com Forumunun istifadəçilərə ünvanlanmış yenilənmiş qaydaları:

Həmd yalnız Allaha məxsusdur. Biz Ona həmd edir, Ondan kömək və bağışlanma diləyirik. Nəfslərimizn şərindən, pis əməllərimizdən Ona sığınırıq. Allah kimi hidayətə yönəldərsə, onu heç kim zəlalətə sala bilməz, kimi də azdırarsa, onu Allahdan başqa heç kəs hidayətə yönəldə bilməz.
Allahdan başqa ilah yoxdur, O təkdir və şəriki yoxdur. Məhəmməd Onun qulu və elçisidir.

Aşağıdakı yazıya nəzər salmaqla, iştirakçı və istifadəçilər Allahın iznilə forum daxilində tətbiq olunan qaydalarla tanış ola bilərlər:
1. İnşaAllah forumda Şəriət qanunları hökm sürür. Bu o deməkdir ki, problem və suallara Quran və Peyğəmbərimizin səhih hədisləri(yəni Sünnəsi) işığında aydınlıq gətiriləcəkdir, inşaAllah. Başqa sözlərlə, mövcud forumda Quran və Sünnə müzakirə obyekti yox, müzakirə vasitəsidir. Bu qaydanın əksini ifadə edən, həmçinin mənbəsi qeyd olunmayan yazı və mətnlərin forum daxilində yerləşdirilməsi qadağandır.
2. Azerislam.com forumunun əsas məqsədi Azərbaycan dilli oxucu kütləsinə İslamın ilkin ehkamlarını izah etmək olduğundan, ixtilaflı, polemika xarakterli yazıların yerləşdirilməsi bəyənilmir.
3. Forumda açılmış mövzulardan istənilən kənaraçıxmalar qadağandır.
4. Əcnəbi didlə təcüməsiz mətnlər yerləşdirmək qadağandır.
5. İstifadəçilər arasında həll oluna biləcək məsələlərin ümumi oxucu kütləsinə çatdırılması qadağandır. Bu tip problemlər şəxsi ismarışın köməyilə yoluna qoyula bilər.
6. Avatar olaraq, canlı insan yaxud heyvan şəkillərindən istifadə etmək qadağandır.
7. Müzakirə zamanı müsəlman əxlaqına yaraşmayan leksikondan istifadə etmək, atmaca, istehza, fitnə xarakterli yazıların yerləşdirilməsi qadağandır.
8. İstifadəçi adı olaraq, internet ünvanlarını və s. götürmək qadağan olmaqla yanaşı, seçilən istifadəçi adının oxucularda müsbət təəssürat yaratması da şərtdir.
9. Oxuculara çətinlik törətməmək baxımından, latın şriftindən istifadə etmək, həmçinin şriftin rəngini, ölçüsünü və s. tənzimləmək gərəkdir.
10. İdarəçi və nəzarətçilərə ünvanlanan suallar, təklif və iradlar, şəxsi ismarışda yox, "Təklif və iradlarınız" mövzusunda yerləşdirilməlidir.

Yuxarıda sadalanan qaydalardan istənilən kənaraçıxma forumun idarə heyətinin nəsihətləşməsindən sonra, yazının(mətnin) redaktəsi, silinməsi, istifadənin tədriclə (3 xəbərdarlıq alaraq) yaxud birbaşa forumdan xaricolunması ilə nəticələnəcəkdir, inşaAllah.

Forumun idarə heyətinin yuxarıdakı qaydalara əlavələr gətirmək yaxud qaydaların bir hissəsini (hamısını) ləğv etmək hüququ vardır. Qaydaların dəyişilməsində (yenilənməsində) ümumi istifadəçi kütləsinin təklif və iradları, maraqları da rol oynayacaqdır. Qaydalar ümumi oxucu kütləsinə çatdırılan andan etibarən qüvvəyə minəcəkdir, inşaAllah.
Uca Allah bizi ibadətimizdə səmimi etsin, haqq yolunu göstərsin və əməlimizi riyadan, ikiüzlükdən və küfrdən qorusun...Amin!

Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabına salam olsun!

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B.e. İyun 12, 2006 5:34 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

babek adlı istifadəçini forumdan xaric edir və əsəblərini yaşadığı məkanın ruhi-stasionar xəstəxanalarında müalicə etdirməyini məsləhət görürük. Ümid edirik, orda bəyənmədiyiniz İslamın insanlara verdiyi əxlaqla öz pozuq əxlaqınızı müqayisə etməyə vaxt tapacaqsınız. Xoş getdiniz.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. İyul 27, 2006 8:14 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

abdullah_elnur müsəlman əxlaqına yaraşmayan yazıları ilə, nöqteyi nəzərini tolerant ifadə edə bilmədiyinə görə və ən əsası ixtilaflı məsələləri araya salıb məzhəblərarası münaqişələri qızışdırdığı üçün forumdan xaric edilir. Allah hidayət versin...Amin!

AsSalamu alaikum.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C. Sen. 01, 2006 8:30 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

AsSalamu alaikum va RahmatuLlahi va Barakatu.

Hörmətli iştirakçılar, avatarlarda yerləşdirilimiş bütün canlı insan (heyvan) şəkilləri silinmişdir, çünki bu, forumun yuxarıdakı qaydalarına, konkret olaraq 6-cı bəndə ziddir. Bu qayda elə-belə qoyulmamışdır. İslamda canlı insan təsvirləri konkret olaraq haramdır.
Yalnız istisna şəklində şəkillər müvafiq mövzularda yerləşdirilə bilər və yalnız aşağıdakı şərtlərə riayət etməklə:
- İslama dəvət məqsədilə müsəlmanların həyatından nümunələr göstərilirsə (məs. namaz qılarkən, Həcc zamanı və s.);
- Qadın şəkilləri bütöv hicaba (üzün (niqabla) bağlı olması və yaxud göstərilməməsi) riayət etmək şərti ilə.


Sizə tövsiyyəm avatar olaraq, halal çərçivədə gözəl şəkillərin seçilməsidir. Qaydalardan kənaraçıxma xəbərdarlıqla nəticələnəcəkdir, inşaAllah.
AsSalamu alaikum.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. Noy. 02, 2006 7:56 pm    İsmarış mətni: Sitatla cavab ver

Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.

tebligci adkl istifadəçi forumun qaydalarını heçə saydığı və qeyri-etik davranış göstərdiyi üçün forumdan xaric edilir. Xoş getdiniz.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C. Yan. 12, 2007 8:34 pm    İsmarış mətni: Sitatla cavab ver

AsSalamu alaikum.

Müzekkir adlı istifadəçi, forumda fitnə-fəsad yaydığı və mənasız, uydurma yazılar yerləşdirdiyi üçün xaric olunur. Allah hidayət versin..Amin!

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: B. Yan. 21, 2007 7:17 pm    İsmarış mətni: Sitatla cavab ver

AsSalamu alaikum.

Qarabagli_323AZERBAYCANLI istifadəçi adlı şəxs hər iki adına və e-mailinə qadağa qoyularaq, forumdan xaric olunur. Səbəb:
1) Polemika xarakterli yazılarla məzhəblər arası mübahisəni qızışdırmağa cəhd;
2) Bunu əsaslandırılmamış böhtan xarakterli mətnlərin köməyi ilə etmək;
3) Mövzulardan kənarlaşmaq.

İstifadəçilərdən bir daha xahiş edirəm. Yazılarınızı yazmamışdan əvvəl forumun qaydalarını diqqətlə nəzərdən keçirin! Əks halda müvafiq tədbirlər görüləcəkdir.

_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> FORUM BU GÜN Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2
2 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.