.:: Azerislam.com Forum ::. "Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: Ç.a. Mar. 14, 2006 7:56 pm İsmarış mətni: Tövhid.
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
TÖVHİD.
Allah Subhanahu va Taala hər bir şeydə birdir. Zatında, əməlində, İsim və Sifətlərində də. İbadət edilməyə layiq olub, bu xüsusda tək haqq sahibi olmaqda da birdir. Bu sayılanların heç birində ortağı (şəriki) yoxdur. Həmçinin yaratmaqda da, əmr etməkdə də, öldürməkdə də, diriltməkdə də, ruzi verməkdə də, xəstəlik göndərməkdə və şəfa verməkdə də ortağı (şəriki) yoxdur.
"Həqiqətən Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra Ərşə yüksələn, sürətlə təqib edən, gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək, yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca və böyükdür." (Quran, Əraf, 54) "Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir ilah yoxdur. Elə isə necə döndərilirsiniz?" (Quran, Fatir, 3) Tövhid sözünün lüğəti mənası "bir şeyi bir etmək", "birləmək" deməkdir. Bu nacaq nəfy və isbatla olur.
Termin olaraq isə Tövhid "yalnızca uca və böyük olan Allaha ibadət etmək" mənasında istifadə olunur.
Yəni heç bir şeyi, nə bir rəsul, nə bir peyğəmbər, nə bir mələk, nə bir cinn, nə bir hakim, nə bir övliya, nəyir seyyid, nə bir daş, ağac, dəmir, nə də yaradılmışlardan hər hansı şeyi Ona-Allaha ortaq (şərik) qoşmayaraq, ibadət etmək deməkdir. Sevərək, təzim edərək, mükafatını umaraq, cəzasından qorxaraq yalnızca Allaha qulluq etmək, ibadətə sadəcə onu layiq görməkdir. Bu da Nuhdan (əlyehissəlam) nəbimiz Məhəmmədə (səlləlləhu əleyhi və səlləm) qədər gələn bütün peyğəmbərlərin gətirdiyi Tövhiddir. Bu Tövhid də Lə iləhə illəllah kəlməsinin mənasını ifadə edir. Bütün Peyğəmbərlərin dəvət etdiyi Tövhid də elə budur. Yəni Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: Çər. Mar. 15, 2006 10:49 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Məkkə dövrünün müşrikləri bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən, uca və böyük Allahdandır.
"De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən də ölü çıxaran kimdir, hər işi düzüb qoşan, səhmana salan kimdir. Onlar Allahdır deyəcəklər. Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?" (Quran, Yunus, 31-32) "De ki, əgər bilirsinizsə, bu yer və yer üzərində olanlar kimindir? Onlar mütləq Allahındır. Sən de ki, bəs elə isə düşünmürsünüz. De ki, yeddi göyün Rəbbi və böyük əzəməli ərşin sahibi kimdir? Müşriklər "mütləq Allahındır" deyə cavab verəcəklər. Onda sən de ki, bəs elə isə qorxmursunuz? De ki, əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir? Onlar Allahındır deyə cavab verəcəklər. Bəs elə isə nə üçün qaçırsınız?" (Quran, Mumniun, 84-89)
Gördüyünüz kimi bu şeyləri müşriklər də belə rədd etmirlər. Lakin onlar Lə iləhə illəllah kəlməsinin nə məna ifadə etdiyini başa düşüb :
"Əcəba o, ilahların hamısını bir ilahmı edir? Bu doğrudan da çox təəccüblü bir şeydir. Onların əyanları çıxıb gedərək belə dedilər:" Gedin öz ilahlarınıza (ibadətdə) möhkəm olun"" (Quran, Sad, 5-6)
Müşriklər, hətta cahillər də bu sözün həqiqi mənasını bilirdilər. Özünün müsəlman olduğunu irəli sürən, müşriklərin, cahillərin bu kəlməni ondan daha yaxşı başa düşdüklərini bildikdən sonra özünə müsəlmna deyən insana heyrət edilir. Hətta bu insan etiqad etmədən sadəcə bu sözü hərflərlə tələffüz etməklə işin bitdiyini zənn edir. Lə iləhə illəllahın mənasını müşriklərin və cahillərin ondan daha yaxşı bildiyi kimsədə xeyir yoxdur.
Kimisi də bu kəlmədə məqsəd yalnız Rububiyyət tövhidi olduöunu, yəni Allahdan başqa yaradıcı, ruzi verən olmadığına inanmaq olduğunu zənn edirlər.
Lakin bu belə deyil. Tövhid həm qəlb, həm dil, həm də əməl ilə qaçınılmazdır. Əgər bir kimsə Tövhidi bilməklə əməl etməzsə, o kimsə Firon, İblis və s. bənzəri kimi bir kafirdir. Çünki qəlbin Tövhidinin arxasından söz və əməl ilə Tövhid də gəlir. Əgər bir kimsə qəlbi ilə Tövhid edərsə, lakin Allaha söz və əməlləri ilə Tövhid etmirsə, bu kimsə haqqı kəsin olaraq, bilməklə yanaşı batil üzərində israr və inadkarlıq etmiş hesab olunur.
"Möcüzələrimizin həqiqiliyinə daxilən əmin olduqları halda, haqsız yerə və təkəbbürlük üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu?" (Quran, Nəml, 14) "Musa da ona:"Sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşlar möcüzə olaraq, endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni məhv olmuş zənn edirəm". (Quran, İsra, 102)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: Ş. Mar. 18, 2006 9:48 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Onlara görə ilah istər rəsul, cin, övliya, seyid, ağac, daş, qəbir və s. olsun, şəfa, övlad diləmək, ruzi istəmək və s. məqsədlər üçün yönəldilmiş şeydir.
Bəziləri hətta instituta girmək, öz övladlarını evləndimək üçün və s. boş-boş bə faydasız şeylərlə müraciət edirlər. Baxın: Allah bizi Qurani Kərimdə daima bu kəlməyə tərəf gəlməyimizi, ona sarılmağımızı və bu ayələrdə ağıl, hikmət sahibləri üçün ibrətlər faydalar olduğunu buyurur: Bu Tövhidin təməl qaydalarındandır. Onun bənzəri heç bir şey yoxdur:
"Ona bənzər heç bir şey yoxdur" (Quran, Şüəra, 11)
O, yaratdıqlarından heç birinə bənzəməz. Yaratdıqlarından heç biri də ona nə zatında, nə felində, nə ismində, nə sifətində, nə də hüququnda bənzəməz. Heç bir şey Ona güc çatdırıb Onu aciz buraxmaz. O, dilədiyi hər şeyi etməyə qadirdir.
"Bir şey istədiyi zaman Allahın buyurduğu ona ancaq "Ol!" deməkdir. O da dərhal olar" (Quran, Yasin, 23)
Heç bir şey ona zor gələ bilməz. Heç bir şey də onu gücündən qoya bilməz.
"Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur" (Quran, Fatir, 44)
Bu Onun qüdrətinin kamilliyindəndir. Nəyi dilərsə, o olmuşdur, nəyi də diləməmişsə, o, olmamışdır. Bu da Onun Rübubiyyətinin kamilliyindəndir. Ondan başqa ilah yoxdur kəlməsi- Tövhid budur. Bütün rəsulların çağırışı da budur.
"Biz hər ümmətə Allaha ibadət edin, Tağutdan çəkinin deyə Peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yolundan azmalı olmuşdur. (Ey müşriklər) yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu." (Quran, Nəhl, 36)
Allahdan başqa ibadət olunmağa layiq heç bir ilah yoxdur deməkdir. Çünki yaradan, ruzi verən, hər şeyə malik də Odur. Ondan başqa ibadət edilənlərə isə ancaq və ancaq batil bir yolla ibadət olunmuş olur. Bu belədir, cünki Allah haqqın özüdür.
"Çünki, Allah haqq, müşriklərin Ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən Allah Uca və Böyükdür" (Quran, Həcc, 62)
Baxın, bu qədər kamil, gözəl ad və sifətlərə malik olan Allahı buraxıb, ehtiyacı olan, möhtac, aciz olan hər hansı bir şeydən kömək istəmək olarmı?
Fikirləşin...
Tövhid 3 növdür:
1. Rububiyyət4
2. Uluhiyyət;
3. İsim və Sifətlərin Tövhidi.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: C. Apr. 07, 2006 1:19 am İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
RÜBUBİYYƏT TÖVHİDİ.
Rübubiyyə- Rəbb sözündəndir. Lüğətdə "tərbiyə edici", "yardımçı", "islah edən" və s. mənalarını ifadə edir. Şəriətdə isə hər bir şeyin Rəbbinin və mütləq Malikinin Allah olduğuna, ortağının olmadığına, tək yaradıcı o olduğuna, bütün kainatı idarə edən, qullarını yaradıb, onları ruzləndirən, həyat verən və canlarını alanın O olduğuna qəti olaraq inanmaq, Allahın qəza və qədərinə, zatında vəhdaniyyətinə, yəni bir və tək olduğuna inanmaq deməkdir:
"Həmd olsun Allaha- aləmlərin Rəbbinə" (Quran, Fatihə, 1) "Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür" (Quran, Əraf, 54) "Hökm əlində olan Allah nə qədər uca, nə qədər uludur. O hər şeyə qadirdir!" (Quran, Mülk, 1) "Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq, onu yeddi qat göy halında düzəldib, nizama salan Odur. O hər şeyi biləndir!" (Quran, Bəqərə, 29) "Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun!" (Quran, Ənam, 1)
Tövhidin bu növünü Məkkə dövrünün müşrikləri belə qəbul edirdirlər. Onlar bilirdilər ki, hər şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən Uca və Böyük olan Allahdır:
"(Ya Rəsulum!) De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?”
O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə (haqdan) necə döndərilirsiniz?” " (Quran, Yunus, 31-32) "(Ya Rəsulum! Bu müşriklərə) de: “Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar (bütün məxluqat) kimindir?”
Onlar mütləq: “Allahındlr!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?”
De: “Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?”
(Müşriklər) mütləq: “(Bunlar) Allahındır!” – deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?”
De: “Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü əlində olan, (istədiyini) himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?”
Onlar mütləq: “(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz? " (Quran, Muminun, 84-89) "(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!”" (Quran, Loğman, 25)
Gördüyünüz kimi bu şeyləri müşriklər belə rədd etmirdilər. Bunun belə olmasına səbəb qulların qəlbləri fitrətdən yeganə Rəbb olmuşu qəbul edəcək şəkildə yaradılmış olmalarıdır.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: B. Apr. 09, 2006 10:51 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Allah Subhanahu va Taalənin ruzi verməsi! "Mən onlardan ruzi istəmirəm, mən onlardan məni yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət və hikmət sahibi olan Allahdır" (Quran, Zariyat, 57-58) "De ki, göylərdən və yerdən sizə ruzi verən kimdir?(əgər onlar sənə "bilmirik" deyə cavab versələr) de ki, Allahdır.Elə isə doğru yolda olan, yaxud açıq-aşkar azan bizik, yoxsa siz?" (Quran, Səba, 24) "Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (Qiyamət günü) dirildən məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edən varmı?" (Quran, Rum, 40) Əbu AbdurRahman Abdulla b. Məsud (radıyallahu anhu) rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah (səlləlləhu aleyhi və səlləm) buyurdur:"Sizdən hər birinizin yaradılışı onun anasının qarnında 40 gün nütfə (Nütfə-məni mənasındadır. Nütfə bəzən də saf su adlanır) şəklində olaraq, bir yerə gətirilir. Sonra bu müddət qədər alaka (laxtalanmış qan, ziyil deməkdir. [b]"O insanı laxtalanmış qandan yaratdı"(Quran, Ələq, 2))[/b] şəklində olur. Sonra yenə bu müddət qədər mudaka (çeynənilmiş ət parçasına oxşadığı üçün bu ad verilmişdi) şəklində olur. Sonra ona bir mələk göndərilir, mələk ona ruh üflədikdən sonra 4 xüsusiyyəti yazmaqla əmr olunur: Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını" (Buxari, Müslim)
Allahın bizi ruziləndirməsinə ağlı dəlilə gəlincə, bizlər yemək yeyərək və içərək yaşaya bilərik. Yeyəcək və içəcək şeyləri isə Allah yaratmışdır.
"Bəs əkdiyiniz toxuma nə deyirsiniz? Əgər biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb:"Biz ziyana uğramış, bəlkə də məhrum olmuş kimsələrik"deyərsiniz. Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı bir su edərdik. Elə isə niyə şükr etmirsiniz?" (Quran, Vaqiə, 63-70)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 577
Göndərilib: B.e. Apr. 10, 2006 8:46 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
. . .
Allah Subhanahu va Taalənin bizi əbəs yerə yaratmaması! "Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?!" (Quran, Muminun, 115) "Məgər insan elə güman edir ki, başlı-başına buraxılacaq? Məgər o tökülən bir qətrə nütfə deyilmi? Sonra laxtalanmı qan oldu və Allah onu yaradıb surət verdi. Sonra ondan biri kişi, biri qadın olmaqla iki çift yaratdı. Elə isə O- Allah ölüləri diriltməyə qadir deyilmi?" (Quran, Qiyamət, 40)
O ölüləri diriltdikdən sonra da Dirildicidir, diriltdikdən əvvəl də Dirildicidir.
Hər şey Ona möhtacdır.
Hər işin sonu Ona dönəcəkdir.
O, heç bir şeyə ehtiyacı olmayandır.
Allah heç kimsəni yaratmazdan əvvəl də Rübubiyyət sifətlərinə sahibdir.
Allah yaratdıqlarını onlar öldükdən sonra da onları yoxdan yaratdığı kimi, eləcə də dirildəcəkdir.
O, yaratdıqlarını var etmədən əvvəl də yaradıcı idi.
Üluhiyyət, İsim və Sifətlərin Tövhidindən fərqli olaraq, Adəm oğullarının fitrətdən, qəlbdən qəbul etdikləri Tövhid də elə budur.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.