Göndərilib: Çər. Mar. 01, 2006 8:05 am İsmarış mətni: Halal qidalan, halal yaşa!
''Ey insanlar! Size verdiyimiz nemetlerin halal ve gözel olanlarından yeyin, şeytana uymayın, çünki şeytan sizin apaçıq düşmanınızdır.'' Bakara 168
Günlük heyatımızda halal qidaya ne qeder ehemiyyet veririk? Bu gün Bakı şeherınde neçe İçki satılmayan mağaza var? Üzerıne halal yazılan malların(xüsusen kolbasa, sosis ve s.) neçe faizi heqiqeten halaldır? _________________ buta
Göndərilib: C. Mar. 03, 2006 1:57 am İsmarış mətni:
Burda bu məsələnin fiqhi barədə kiçik bir məlumat vermək yerinə düşər. Bu günlərdə mübahisəsi keçən məsələlərdən biri də ət kəsilməsi məsələsidir. Çünki bəşəri qanunlarla idarə olunan ölkələrdə dindən çıxan mürtədlərin sərbəst olmaqları səbəbi ilə heyvanı kəsənlərin halı bilinmədiyi təqdirdə, mürtəd olmaq ehtimalı vardır. Çünki İslam ölkələrində islamı qanunlarla mürtədlər cəzalandırılar. Belədirsə əti alarkən və ya yeyərkən tərəddüd edilməlidirmi və ya ət alan şəxsin əti satanın halını araşdırması vacibdirmi?
Bu məsələdə mübahisə əslən mürtədin kəsdiyinin haram olması ilə əlaqədardır. Şəvkani Allahın adını çəkdiyi halda kafirin kəsdiyinin yeyilə bilinəcəyini , bunun haramlığına dair dəlilin olmadığı rəyini mənimsəmişdir. (bax: əs-Seylul-Cərrar, 4/64) Lakin bu rəy xətadır. Şeyx Mənsur əl-Bəhvatinin sözləri bu məsələdə dəlil sayılır: "Mürtəd istər əhli kitabın dininə dönsün, istər məcusi, büdpərəst və ya zındıq olsun, ya da durziliyə, təyaminəyə və ya Şam nusayriliyinə dönsün, kəsdiyi hala deyildir. Çünki Allahu Təala belə deyir: "Əhli-Kitabın yeməkləri sizə halal edilmişdir." (əl-Maidə, 5) Ayədən aydın olan Əhli-Kitabdan başqa kafirlərin yeməklərinin haram edilmiş olmasıdır." (Kəşşaful Kina, 6/205)
Bu halda Azərbaycan kimi ölkələrdəkəsilən heyvanlar üç qismdir:
-Heyvanı kəsənin halı qapalı (aydın olmayan, qeyri-məlum, yəni necə kəsməyi, və yaxud zahirən müsəlman əlamətləri ilə tanınan, lakin etiqadı və ya inancı barədə heç bir şey məlum olmayan) bir müsəlman və yaxud əhli-kitab olduğu bilinərsə bu halaldır.
-kəsənin mürtəd və ya bütpərəst bir kafir olduğu bilinərsəbu qətiyyən haramdır.
-Kəsənin ümumiyyətlə halı bilinmirsə, yəni onun müsəlman və ya əhli.kitab olduğu bilinmirsə, məhz ixtilaf elə burdadır. Dar ul-İslam ölkələrində belə bir problem yaşanılmır, bu xüsusi ilə əvvəllər dar ul-islam olub, sonradan küfrü tərceh edən ölkələrə aid bir ixtilafdır. Çünki dar ul-islamda əsasən bazarlarda ümumilikdə halal ət satıldığı üçün alimlər ətin soruşulmadan alına biləcəyinin caiz olduğunu söyləmişlər. Hətta Şeyx Mənsur əl-Behvati "Şərhul İkna"da belə deyir:" Xalqın çoxunluğunun kəsdiyi halal olan bir yerdə kəsilib atılmış bir heyvan kəsənin Allahın adını anib anmadığı bilinməsə də halaldır. Çünki hər kəsilənin üzərinə Allahın adının anıldığını bilinməsi çətindir və bu vəziyyətdə zahirə görə əməl olunur." (Kəşşaful-Kina, 6/212)
Lakin Azərbaycan kimi çoxlarının halı bilinməyən və ateist bir cəmiyyətdən mirasla dolu bir ölkədə bu problemli bir məsələ olmuşdur. Burada halallıq və haramlıq, şübhənin qüvvət və zəifliyinə görədir. Hər hansı bir yerdə dinsizlik və irtida geniş yayılmışdırsa, halı bilinməyən ətlərlə şübhə qüvvə qazanırvə haramlıq tərceh edilir. buradan ət almazlar. Bunun əksi olduğu halda isə hökm də əksdir. İbn Teymiyyə belə buyurur: "Sayılmayacaq qədər çox olan bir şeydə haram olan halalın içinə qarışmışsa: məsələn, birinin bacısı bir bölgənin əhalisi arasına qarışmışsa. və yaxud ölü əti ya da qəsb edilmiş bir şey yenə bir bölgədə qarışmışsa bu vəziyyət bacının bir yad qadınla qarışması və kəsilmiş heyvanın ölü əti ilə qarışması vəziyyətindəki kimi hər ikisinin də haram olduğu kimi, o bölgədə olanların hamısının haram olmasına səbəb olmaz. Qeyd etdiyimiz bu miqdar bir qarışıqlıq vəziyyəti bilinməyən kəsilmiş heyvanların haramlığına səbbə olmaz." (Məcmuəl-Fətava, 21/532) Yenə belə buyurur: "Haramın halalla qarışması halı iki şəkildə olur: Birisi, haram olan şeyin ölü əti və ya süd bacı kimi haram li aynihi (özü ilə haram olan) olması. Belə bir haram saysız şey ilə qarışdığında haramlıq olmaz. Məsələn hər hansı bir bölgədə birinin süd bacısının olduğunu bilməsi, lakin onu tanımaması və ya burada ölü əti satanlar olduğunu bilərsə, lakin bu ətlərin hansı olduğunu bilmədiyi hallar kimi. Bu halda həmin adama nə qadınlar, nə də ətlər haram deyildir. Amma bacısı yad bir qadınla və ya kəsilmiş heyvan bir ölü heyvan ilə qarışsa hamısı haram olur." (Məcmuəl-Fətava, 29/272)
Alimlərin böyük əksəriyyəti bu qaydanı qəbul ediblər: "Harma olanın həddsiz, yəni çox sayda halal ilə qarışması halında mübahlığın, müəyyən hədddə, yəni az sayda halal ilə qarışması halında isə haramlığın tərceh edilməsi qaydası" Bu qayda haqqında bax: "əl-Muğni məə ş-Şərhil Kəbir" 1/51, İbnul Qayyim, "Bədaiul-fəvaid", 3/258, İbn Rəcəb əl-hənbəli, "əl-Qavaid", s.3, Alauddin əl-Mərdavi, "əl-İnsaf" 1/78-79, əş-Şəvkaninin "Rasailus-Sələfiyyə" kitabının tərkib hissəsi olan "Risalətu Kəşfiş-Şubuhəti Anil-Muştəbihət" s.16.
Buna görə də məsləhət olan ilk əvvəl
1. dinindən əmin olduğu kəsləri axtarıb taparaq onlardan ət almaq
2. əgər bunu edə bilmirsə satan kəsdən kəsənin halını və dinini soruşması
3. əgər bu da mümkün deyilsə o zaman yuxarıda izah olunmuş qaydaya əməl etməsi məsləhət görülür.
Bu halda araşdırma etmədən sadəcə əti yeyərkən Allahın adının anılması yetərli deyil. Çünki bu barədə gələn hədisdə müsəlmanlıqları bilinənlərin, lakin bismilləh deyərək kəsməyin qaydasını bilməmələri ehtimal olunanlara işarə edilmişdir. Onun üçün bu hədisi belə hallara dəlil gətirənlər xəta edirlər.
Ona görə də əziz müsəlmanlar, bu cür vəziyyətlərdə ən doğrusu etibar etdiyiniz və şəhərdən kənarda yaşayan müəyyən iman əhlinə bu işi tapşırmaqdır və bu məsələdə ən gözəl tədbir bir arada toplaşaraq ət tədarükündə ortaya çıxan şübhələri aradan qaldırmaq üçün ətin məlum bir mənbədən alınmasını təşkil etməkdir. Zəfər Allah ilədir və Ona dönəcəyik!
Allahdan etdiyimiz xətaları bağışlamasını diləyirik və İnnəhu əl-Mustəən! _________________ Doğrusunu Allah bilir!
Göndərilib: B.e. Mar. 06, 2006 2:40 am İsmarış mətni:
Həqiqət, sual verməyinin məqsədini anlamıram! sənin üçün fərq varmı? səni tanıdığımız qədər sən müsəlman deyilsən, o zaman bunun səni maraqlandırması məni təəccübləndirir. Lakin necə deyərlər "lyubapitsva" edirsənsə, bil ki, bunlar halaldır! ceyran etinin ise oz lezzeti var! ;) _________________ Doğrusunu Allah bilir!
Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
Göndərilib: B. Sen. 17, 2006 9:26 pm İsmarış mətni:
Assalamu aleykum.
Ümumiyyətlə mən oxumuşdum ki, hədislərin birində deyilir ki, donuz əti yemək insanda "ğayyi" (səhv etmirəmsə belə yazılır) hissini öldürür. Bu söz Azərbaycan dilində "namus", "yaxınlarının qeyrətini çəkmək" mənasındadır. Doğrudan da əgər donuz əti ilə qidalanan çoxlu ölkələrə baxanda görmək olar ki, həqiqtətən bu belədir.Assalamu aleykum.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.