.:: Azerislam.com Forum ::. Forumun ana səhifəsi .:: Azerislam.com Forum ::.
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18)

 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

İbrətamiz hekayələr
Səhifə Əvvəlki  1, 2, 3
 
Yeni mövzu aç   Cavab göndər    .:: Azerislam.com Forum ::. Forumun ana səhifəsi -> Ədəbiyyat
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 132
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: B.e. Yan. 31, 2005 3:19 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-
Mirzə Əmi, sən şer əhlisən. Bəlkə bu beytlə könlünü ala bildim?????????????

Hər nə vardı gözəl idi,
Bəlkə söz də hədər idi.
Canavar da gözəl idi,
Dünyanın gözəl vaxtında.

_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Mirzə əmi



Daxil ol: Ç.a. May 18, 2004 00:07
İsmarışlar: 47

İsmarışGöndərilib: C. Fev. 04, 2005 2:04 pm    İsmarış mətni: Sitatla cavab ver

Hənif yazıb:
بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
Mirzə Əmi, sən şer əhlisən. Bəlkə bu beytlə könlünü ala bildim?????????????

Hər nə vardı gözəl idi,
Bəlkə söz də hədər idi.
Canavar da gözəl idi,
Dünyanın gözəl vaxtında.

:D !-hello Hənif səndən yoxdu daa... De gəlsin ee.... Amma hec bu dünyanın gözəl vaxtın görmədim.
Dünya düzəlmir ki, düzəlmir,baba! :-(

_________________
Etdim nə yaman əsrə təsadüf, aman ey vah!
La hövlə və la qüvvətə illa və Billah!
(M.Ə.Sabir)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 132
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: C. Fev. 04, 2005 4:18 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-
Mirzə əmi yazıb:
Amma hec bu dünyanın gözəl vaxtın görmədim.
Dünya düzəlmir ki, düzəlmir,baba! :-(


Heç mən də görmədim Mirzə Əmi. Amma Peyğəmbər(s) deyir axı "ən xeyirli dövr mənim dövrümdür, sonra ondan sonra gələnlər və sonra da ondan sonra gələnlər."
Ancaq ümidini üzmə Mirzə Əmi. Başqa hədisdə Peyğəmbər(s) deyir: "Nə xöşbəxtdir mənə iman gətirənlər.Səhabələr sevinir. Sonra isə deyir ki, onlardan 7 qat daha xöşbəxtdir məni görməyib mənə iman gətirənlər"
Başqa bir hədisdə isə deyir: "Mən mələklərin imanına təəccüb etmirəm. Onlar Allahda əmr qəbul edib, Ona itaət edirlər. Mən peyğəmbərlərin də imanına təəccüb etmirəm. Onlar mələkləri görür və Allahdan vəhy qəbul edirlər. Mən səhabələrin də imanına təəccüb etmirəm. Onlar peyğəmbərləri və onların göstərdiyi möcüzələri görürlər. Mən mənim qardaşlarımın imanına təəccüb edirəm."
Səhabələr dedilər: "Ey Allahın Rəsulu məgər biz sənin qardaşların deyilikmi?"
Peyğəmbər(s) dedi: "Siz mənim səhabələrimsiniz. Mən məni görmədən mənə iman gətirən qardaşlarımın imanına təəccüblənirəm"

Mirzə Əmi deyəsən biz buranı əməlli başlı dərdləşmə poliqonuna çevirdik. Nə qədər ki, bizim ikimizi də bayıra atmayıblar şələ-şüpəmizi yığıb gedək.
Axı biz müsəlmanıq!
;)
_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 110

İsmarışGöndərilib: C. Fev. 04, 2005 4:26 pm    İsmarış mətni: Sitatla cavab ver

Salam aleykum.

Qardashlar, bir az da kechse Humeyranin meshhur "Movzudan yayinma hali bash verdiyi uchun silinmishdir" sozleri ile qarshilashacaqsiniz, ya da Elmeddinin ayrisechkilik haqqinda iradlariyla. :)

Salam aleykum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 110

İsmarışGöndərilib: C. Fev. 11, 2005 5:38 pm    İsmarış mətni: Sitatla cavab ver

Salam aleykum.

* * * * *

Revayet edirler ki, bir emelisaleh adam yol gedirmish. Yol uste achig bir gapi gorur. Bu gapidan aglaya-aglaya komek dileyen bir oglan ushagi chixdi. Anasi onu doyrek, evden govub chixartdi. Sonra gapini ortdu. Ushag bir geder gem-gusse ichinde gezdi ve chox fikirleshdi. Yene bayag govuldugu evden bashga bir siginacag yeri tapa bilmedi. Anasindan bashga hech kes ona sahib durmazdi. Gelbi sinmish, gem ve keder ichinde geri dondu. Amma gapi bagli idi. Bashini gapinin astanasina goyub yuxuya getdi, goz yashlari yanaglarina axmishdi. Bir geder sonra anasi bayira chixdi. Ushagi bu veziyyetde gorende davam getirmedi, ozunu onun ustune atib o uz-bu uzunden ope-ope ve aglaya-aglyay bunu dedi:
- Oglum, hara gedeceksen, menden bashga kim sene sahib duracag? Sene demedim, soze bax, seni cezalandirmaga meni mecbur etme? Halbuki Allah meni sene munasibetde rehm ve shefget hissi ile yaratmishdir.
Bundan sonra ushagi goturub icheri apardi.

Peygember bu kehaye barede bele demishdir:
"Allah oz bendelerine munasibetde bu gadinin ushagina munasibetinden gat-gat merhemetlidir" Muslim.


* * * * *
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 132
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: B.e. Mar. 28, 2005 9:51 am    İsmarış mətni: Sitatla cavab ver

-b-
Bu yaxınlarda eşitdiyim və mənə həddən artıq çox təsir etmiş bir hadisəni sizə danışmaq istəyirəm. Hadisə Bakıda baş verib. Bir müsəlman qardaşımızın ailəsində.
Hadisənin şahidi olmuş qardaşımız danışır ki, bir gün o, öz müsəlman qardaşını ziyarət etmək üçün onların evinə gedir. Evdə camaatın narahat halda o yan bu yana getdiklərini görür və səbəbini soruşanda məlum olur ki, ev sahibinin 13, 14 yaşlı oğlu bərk xəstələnib, vəziyyəti çox pisdir. Biri həkim dalınca, biri maşın dalınca hərə bir tərəfdə başını itirmiş halda dolaşdıqları vaxt qonaq uşaqla otaqda tək qalır və başlayır ona Lə İləhə İlləllah kəlməsini təlqin etməyə. Uşağa başa salır ki, Lə İləhə İlləllah de Allah səni Cənnətə daxil etsin. Bir neçə dəfə təlqin etdikdən sonra uşaq Lə İləhə İlləllah deyir və dünyasını dəyişir.
Evdəkilər artıq uşağın öldüyündən xəbər tutub uşaq olan otağa gəldiklərində uşağın öldüyünün, qonağın isə ağladığının şahıdı olurlar. Lakin uşağın atası onun dostunun üzündə kədər deyil, sevinc göz yaşları görəndə təəccüblənir və dostuna deyir:
"Sən nəyə sevinirsən? Mənim oğlum ölüb sən isə sevincdən ağlayırsan!"
Qonaq ona deyir:
"Mən onun ölümünə sevinmirəm. Əksinə mən onun müsəlman kimi öldüyünə sevinirəm"
Valideyinləri ona etiraz edərək: "Məgər o müsəlman deyildi ki, məgər o kafir idi? Əlbəttə o müsəlman idi və müsəlman kimi də öldü" - dedikdə qonaq onlara hər şeyi olduğu kimi başa salmağa başladı.
"Siz məni düzgün başa düşmədiniz. Sixin oğlunuz Lə İləhə İlləllah deyərək üldü"
Busözdən heyrətə gələn uşağın atası dostuna: "Sən nə danışdığını heç bilirsən? Mənin oğlum anadangəlmə lal idi! O danışa bilmirdi!"

Açığını deyim ki, mən bunu hər dəfə kiməsə danışanda eyni həyəcanı və eyni hissləri keçirirəm. Və təsəvvür edə bilmirəm ki, mən bu hadisənin şahidi olsaydım, hansı hissləri keçirdərdim.


Allah bizə Lə İləhə İlləllah deyib ölməyi nəsib etsin! AMİN!
_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 172

İsmarışGöndərilib: Ç.a. Mar. 29, 2005 2:02 am    İsmarış mətni: Sitatla cavab ver

Yazıçı "Taqiyyu-Din Al-Hilali"-nin kitablarından götürülüb. Yazıçı, xarici dil öyənmək müsəlman üçün nə qədər əhəmiyyətli olduğunu bildirir və kitablarının birində belə hekayə edir:


Bir dəfə Almaniyaya gedərkən, hava limanında çantamı yoxlarkən, Mərakeşdən gətirdiyim çayı gördülər və dedilərki, bu çaya görə 8 Alman markası rüsum ödəməlisən. Dedim axı bunun heç qiyməti o qədər deyil, mən indi bu çayı elə bilki təzədən sizdən alıram. Zabitlər qanunun belə olduğunu bildirdilər və bu rüsum ödənməlidir dedilər.
Amma zabitlərdən biri onun geyiminə diqqətlə fikir verir, başındakı əmamə, əynində uzun əba və ayağındakı şəp-şəplər. Buna təəccüblənərk ondan soruşurki, sən Alman dilini hardan bilirsən, belə sərbəst danışırsan? Şeyx Taqiyyud-Din deyirki, bizim dinimiz belə buyurur, Peyğəmbərimiz müsəlmanlara başqa dilləri öyrənməyi buyurub. Mən də ən gözəl dil kimi Alman dilini seçdim, bu dil xoşuma gəldi və öyrəndim.
Zabit deyirki; indiki belədir və bizim dilimiz haqqında sənin belə gözəl təəssüratların var, mən səndən bu çayın rüsumunu almayacağam.
Belə fürsəti görən Şeyx o zabitdən xahiş edirki, ona bir yer göstərsin, gecikmiş olduğu namazını qılsın. Ona hava limanında bir otaq tapırlar və namaz qılmağa yer göstərirlər.


Şeyx əlavə edirki, elə Almaniyada olarkən bir dəfə də metroda başıma belə bir əhvalat gəlir:

Vaqonların birində, oturmuşdum. Ayağımdan şəp-şəpi çıxarıb, ayağımı altıma söykədim, yə'ni oturacağın üstünə qoydum. Bunu görən alman qadınlarından biri mənə yaxınlaşdı və qəzəblə dediki, bura oturacaqdır, sən isə çirkli ayaqlarını onun üstünə qoyursan, natəmizlik edirsən. Mən də dedimki; ay xanım olar sizdən bir şey soruşum? Qadın; buyur – dedi. Soruşdumki; Siz üzünüzü gündə neçə dəfə yuyursunuz? Dediki; Nə bilim, hardasa bir dəfə. (səhər duranda). Dedimki; Mən bu ayağımı gündə 5 dəfə yuyuram, bu ayağım sizin sifətinizdən təmizdir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
azeri



Daxil ol: B. Fev. 29, 2004 13:53
İsmarışlar: 54

İsmarışGöndərilib: B.e. Apr. 04, 2005 8:21 am    İsmarış mətni: Cennetde Musa peygembere qonshu Sitatla cavab ver

Bir gun Musa peygember Allahdan sorushur:"Allahim,menimle cennetde qonshu olacaq bir kimse varmi?""Var.qonshu kenddeki bir baqqalci..."cavab gelir qeybden.
Musa peygember hemin kende gedir ve baqqalin ishlediyi yerde baqqalla gorushur.Baqqal onun Musa peygember oldugunu bilmirdi.Bir az sohbet etdikden sonra baqqal onu evine devet edir.Evde bir qab yemek bishirir,bir boshqab Musa peygembere verir,diger boshqab dolu yemeyi de ozuyle goturub deyir."Siz burda yeyin men gelirem."Musa peygember o getdikden sonra onun ardinca gedir.Gorur ki,kishi yatagda uzanan bir adama yemek yedirdir.Hemin adam da nese deyir,kishi ise "amin,amin"deyir.
Musa peygember otaga qayidib kishini gozleyir.Kishi qayidir.Musa peygember deyir ona:"Chox uzr isteyirem,men sizin dalinizca getdim ve her sheyi gordum.Sirr deyilse o kimdir?"
Kishi her sheyi danishmaga bashlayir."Men balaca olanda atam oldu,anam da agir xesteliye tutuldu.Men anama baxmaga bashladim,o ne yeriyir,ne ayaga qalxa bilir.Men evlenmedim ki,arvadim men ishe gedende ona pis baxar deye.Senin gorduyun adam menim anamdir.Her gun ishe gedir ,ishden tez tez gelib ona bash chekirem."
"bes o sene ne deyirdi?"deye Musa peygember sorushur.
"Her defe ona qulluq edende mene "Allah seni cennetde Musa peygemberle qonshu etsin"deyir.men de umidsiz halda "amin."deyirem.bilirem ki,bu mumkun olan bir shey deyil.O,Allahn sevimli peygemberi, mense onun aciz quluyam."
Musa peygember elini kishinin chiynine qoyub deyir."Senin artiq cennetde yerin menim qonshulugumdadir.Men Musa peygemberem ve ele bele bura gelmemishem.Mene Allah senle qonshu olacagimi dedi.Men de bunun sebebin oyrenmek uchun burdayam."

Eziz baci ve qardashlarim,ananizi ,umumiyyetle valideynlerinizi sevin,ana ve ata muqeddesdir
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
zarkavi



Daxil ol: Ş. Apr. 30, 2005 21:04
İsmarışlar: 12
Şəhər/ölkə: baki

İsmarışGöndərilib: Çər. May 04, 2005 9:30 pm    İsmarış mətni: Sitatla cavab ver

XƏBƏRDARLIQ 2: Bu istifadəçi adında sizə ikinci dəfə xəbərdarlıq olunur. Növbəti 1 xəbərdarlıqdan sonra İP ünvanınıza qadağa qoyularaq, forumdan xaric olunacaqsınz. Odur ki, ehtiyatlı olmağınız tövsiyyə olunur.
_________________
zarkavi
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 172

İsmarışGöndərilib: Çər. May 04, 2005 10:24 pm    İsmarış mətni: Sitatla cavab ver

zarkavi yazıb:
|indi sualim budur ki bu az muddetli evlenmek duz idi ya yox? xahish edirem qardashlar bu mesele barede oz fikirlerini bildirsinler.
aya bu da mi namussuzluqdur?




MaşAllah, Allahın dini ilə istədikləri kimi oynayırlar, sübhanallah. Lap istəyir sünni olsun, nə olsunki? Bu o demək deyilki düz edir. Hardan gətirdi sübutu? Hansı ayədən, hansı hədisdən? Elə bilki Allahu Təala ailə qurmaq və nikah kəsmək kimi qanunları belə məqsədlər üçün qoyub.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
azeri



Daxil ol: B. Fev. 29, 2004 13:53
İsmarışlar: 54

İsmarışGöndərilib: Ş. İyul 23, 2005 8:00 pm    İsmarış mətni: Namaz Sitatla cavab ver

Bir gun zengin birisi masindan enerek ellerini yumaq ucun yaxinliqda yerlesen bir yere yaxinlasir.Heyete girerken bir genc oglanla rastlasir,oglan "Dayi,namaz qilmaq isteyirsiniz ?bura namaz yeridir,destemaz almaq ucun,namaz qilmaq uchun xususi otaqlarimiz var."deyir.
Kisi oglani basdan ayaga suzerek sorusur;"sen burda isleyirsen? "he" oglan cavab verir,"men burda temizlik islerine baxiram."oglan kuncde dayanan supurgeye isare ederek sozune davam edir.
Kisi istehzali gulusle oglana deyir;"Namaz senin kimiler ucundur,ay zavalli."
oglan hec ne demir.Kisi ellerini yuyub orani terk edir,ele ordan bir az uzaqlasmishdi ki,basi agrimaga bashlayir.Cox dehsetli agri onu yerimeye qoymur.Yolun ortasinda dayanir."deyesen bayaq restoranda yediyim kabab tezyiqimi qaldirib"deye fikirleshir.Agri getdikce daha da siddetlenir,kisi doze bilmeyib diz cokur,bashinin agrisi daha da keskinlesir,basini yere dayayir.Etrafdakilarin ona baxdigindan utanaraq bashini qaldirir,amma agri yeniden basini yere dayamasina sebeb olur,kisi basini yeniden yere dayayir.
Ele bu zaman yashli bir kishinin ona yaxinlasdiginin shahidi olur.Yasli adam deyir;"oglum,Allah namazini qebul etsin,ama qible sol terefeydi."
Kisi basini qaldirir ve bir az once genc oglana dediklerini xatirlayir.
Beli,Allah ona oz varligini subut etdirmishdi ve namazin vacibliyini gostermishdi.
Eziz muselman baci ve qardashlarim ,gelin namaza riayet edek,Allaha layiqincesine ibadet edek.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
mumina



Daxil ol: Çər. İyun 29, 2005 16:52
İsmarışlar: 51
Şəhər/ölkə: Bakı/Azərbaycan

İsmarışGöndərilib: Çər. Okt. 05, 2005 7:12 am    İsmarış mətni: Sitatla cavab ver

salam aleykum
Harz məlikinin qızı(olmuş hadisə)
Harz-şəhər boyda çox boyuk bir qaladir,Fərat çayinin kənarında yerləşir.
Sabur zul-Əqtaf ilə Harz məliki Saturun arasında iki il davam edən muharibə baş verir.Bir gün Saturunun qızı (deyilənə görə onun adi Nadirədir ) pəncərədən Saburu görür.Sabur Atlas parçadan paltar geyinmiş, başında üstü yaqut və inci ilə bəzənmiş taci olan ozu də cox gözəl bir oğlan idi.Bu qiz ona gizlince dedi ki,”Əgər sənə Harzin qarisini açsam ,mənimlə evlənərsən?”Sabur da razilaşdı.Axşam Saturun içib sərxoş oldu.O həmişə belə gecələyirdi.
Beləliklə qiz Harzin qapisinin açarlarını atasının başinin altından götürüb qulluqçusu ilə Sabura göndərdi.Qapı açildı,Sabur gəlib Saturunu öldürdü.Harzı talan etdi və qiz ilə evləndi.
Bir dəfə Sabur gördü ki, qiz gah sağa dönür, gah sola, amma yata bilmir.Ona bir mum gətirdi.
Yatağını yoxladı və yatağının üstündə bir reyhan yarpağı tapdı və soruşdu:”Sən elə buna göre belə narahat olursan?”Qız da dedi:“hə”.Sabur:
--Atan sənə nələr edirdi?
Qız:
--Məni atlasdan yataqlarda yatizdirirdi,mənə ipək geyindirirdi,mənə beyin yedizdirirdi və mənə içki içizdirirdi.
Sabur:
--Sən atana bütün bu yaxşılıqların əvəzini beləmi verdin? Bunu mənə daha asan edərsən.Əmr verdi qızın saçları bir atin quyruğuna bağlansin və onu öldürtdü.

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ
(zəlzələ:6)

Rasulullah(s.a.s.)-dən İbni Abbas(r.a):Mənə cəhənnəmliklər göstərildi,gördüm ki,Onların çoxu qadinlardi.Onlar nankorluq edərlər və yaxşılığı inkar edərlər.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
zeyneb



Daxil ol: Ş. Apr. 02, 2005 15:43
İsmarışlar: 27
Şəhər/ölkə: Azerbaycan,Baki

İsmarışGöndərilib: Ç.a. Fev. 07, 2006 4:13 pm    İsmarış mətni: Sitatla cavab ver

Salamu aleykum. Bu kiçik hekayə Sədi Şirazidəndir.Oxumağa dəyər.

Bir neçə böyük şəxslərlə gəmidə oturmuşduq ki, birdən arxadan gələn bir qayığın çevrildiyini gördük.İçindəki iki qardaş burulğana düşdü.Böyüklərdən biri gəmiçiyə dedi:
-Onlardan hər ikisini xilas et.Hərəsi üçün əlli dinar verərəm.
Gəmiçi dərhal suya atılıb qardaşlardan birini xilas etdi.Digəri isə boğuldu.Mən: “O biri qardaşın əcəli çatmışdı.Buna görə də gəmiçi onu xilas edə bilmədi.”-dedim.Gəmiçi bu sözümə güldü və dedi:
-Orası elədir, amma birinci qardaşı qurtarmağa mən özüm artıq səy göstərdim.Çünki bir dəfə biyabanda piyada qaldığım vaxt o məni dəvəyə mindirib xilas etmişdi. O biri qardaşdan isə uşaqlıqda qamçı yemişəm.
Dedim: “Allah düzgün buyurub-yaxşılıq etsən də pislik etsən də sənin özünə qayıdar”
Dostların qəlbini qazanmaq üçün
Ata bostanını satsan yaxşıdır
Hətta pislərə də yaxşılıq elə
İtə də bir sümük atsan yaxşıdır
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 577

İsmarışGöndərilib: Çər. Fev. 08, 2006 9:57 pm    İsmarış mətni: Sitatla cavab ver

ahli-wasat yazıb:


Sizlərlə həqiqi bir həyat hekayəsini bölüşmək istəyirəm! Bunu bu forumda qeyd etmədən yan keçə bilmədiyimi bilmənizi istəyirəm. Bu həyat misalı sevgi, təqva, və göz yaşları ilə doludur!
Hekayədə danışılan iki bacının əsl adları əvəzinə Fatimə və Zeynəb adları istifadə olunacaqdır. Hadisəni danışan isə Zeynəb özüdür:

Mənim bacım arıq və eybəcər idi, çox qəmgin sifətə malik idi, lakin Qurani Kərimi çox oxuyardı...Onu axtaran öz namaz otağında namaz qılarkən, əlləri səmaya doğru yönəlmiş halda tapardı, gecə, gündüz və hüç vaxt bundan bezməzdi. ...Mən isə əlimə keçən qəzetləri oxuyardım, qeybətlər, hekayələr, müxtəlif növ qəzetlər. ...Video filmləri o qədər seyr edərdim ki, hamının bundan xəbəri var idi...və müntəzəm olaraq namaz qılmazdım.
Bir gün 3 saat boyunca dayanmadan müxtəlif filmləri seyr etdikdən sonra videonu bağladım, və məsciddən azan səsi gəldi. Və yatağıma gedərkən bacımın məni namaz otağından çağırdığını eşitdim. Mən soruşdum
:"NƏ İSTƏYİRSƏN?" O sərt bir səslə cavab verdi: "Sübh namazını qılmamış yatmayacaqsan!"
Ohho, fikirləşdim mən, sübh namazına bir saat qalıb, və eşitdiyim azan ilk azan idi. Mənim bacım həlim, və nəzakətlidir...O hələ xərçəng xəstəliyinə tutulmamışdan da əvvəl belə idi. O yüksək səsli məni çağırdı və söylədi:
-"Yanıma gəl!"
Onun dediyini edə biləcək halda olmadığıma baxmayaraq öz istəyimə qarşı onun yanıma getdim, onun nə istədiyi məni maraqlandırdı.-"otur yanımda!" söylədi O.
-"Yaxşı, oturdum indi, nə istəyirsən?"-"Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir.(Ali-İmran, 185)"
Birdən susdu və sonra məndən soruşdu:
-Ölümə inanmırsanmı?
-Yox, inanıram!
-Xırda və böyük əməllərinin hesab olunacağına inanırsanmı?
-Hə, amma Allah Rəhmli və Mərhəmətlidir və həyat uzundur.
-Bacı, ölümdən və onun əzabından qorxmursanmı? Hində bax, səndən yaşda kiçikdir və maşın qəzasında öldü. Ölüm yaşa fikir vermir və ölçmək də mümkün deyil...
Mən qorxu dolu səslə ona həmin qaranlıq otaqda cavab verdim:
-Qaranlıqdan qorxuram, sən məni ölümlə daha da qorxutdun. İndi necə yatacam? Fikirləşdimki sonradan düşündün və bizimlə semestrə getmək istəyirsən.
Fatimənin səsi alçaq və ciddi oldu, ürəyim isə az qala yerindən çıxsın...
Arzu edirəm bu il uzun bir səyahətə çıxım, elə bəlkə burda...Yaş Allahın əlindədir.
Fatimənin gözlərindən yaş sel kimi axmağa başladı...Mən onun qorxunc xəstəliyi haqqda fikirləşdim (ki, o artıq yaşaya bilməyəcək), lakin kim ona bunu söyləyib, bəlkə ürəyinə damıb!
Fatimə: Nə haqqda fikirləşirsən? -Bu səfər ağır bir səslə söylədi- Elə bilirsən ki, xəstə olduğum üçün bunları söyləyirəm? Yox, bəlkə mən çox yaşadım, amma SƏN, nə qədər yaşayacaqsan? bəlkə 20 il, bəlkə 40, sonra? -əllərini qaranlıqda birləşdirdi və bərk silkələdi-Hamımızın arasında heç bir fərq yoxdur,...biz köçəcəyik, bu həyatdan ya Cənnətə, ya da Cəhənnəmə gedəcəyik. Allahın sözünü eşitmirsənmi? ..."Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır...." (Ali İmran, 185)
-Gecən xeyrə qalsın! deyərək otaqdan tez çıxdım, lakin onun sözləri qulağımda cingildəyirdi.
-Allah sənə hidayət etsin, namazı unutma!
Səhər saat 8-dir. Kiminsə qapıya döydüyünü eşidirəm...Mən adətən bu vaxtlar yatağımdan qalxmıram. Sükunət və hıçqırtı səsləri hər yanda..Ay, Allah, nə olub?
Bacımın vəziyyəti ağırlaşmışdı, və onu xəstəxanaya götürmüşdülər. Biz Allaha aidik və Ona geri dönəcəyik!
Bu il heç bir semester olmadı, bu il evdə qalmaq yazıldı bizə. Uzun bir gözləyişdən sonra, saat 13:00, atam xəstəxanadan zəng etdi.

-Onu ziyarət edə bilərsiz, yallah, tələsin!
Anam atamın səsinin əminliklə hiss olunmadığını söylədi və səsi dəyişmişdi. Əbayamı əqoluma qoydum. Şofer hardadır? Şofer gəldi, sürətlə yola düşdük, gün adama çox uzun görsənirdi. Anam yanımda oturub, yol boyu bacıma dua edirdi, O təmiz, yaxşı və müti bir qızdır, indiyə qədər vaxtını boşa sərf etdiyini görməmişəm...Nəhayət xəstəxanaya çatdıq. Ağrılar içində burulan bir qocanı, maşın qəzasına düşmüş başqasını və gözündə nasazlıq olan üçüncü bir xəstəni görürəm, adam onun bu dünyadan yoxsa Axirətdən olduğunu bilə bilmir...ömrümdə görmədiyim mənzərələri görürdüm...Bacım intensivdə, huşusuz yatırdı, lakin bir az yaxşılaşdı...Onun yanına bir-bir getməyə icazə verdilər, bütün aparatların və həkimlərin içində, orada, xəstəxana yatağında uzanmışdı...Anam ağlayaraq çölə çıxdı.
Bacımın yanına girmək üçün 2 dəqiqə izn verdilər.

-Can bacım, necəsən? Dünən axşam yaxşı idin....Nə oldu?
Cavab verdi:
-İndi, əlhəmdulilləh yaxşıyam!
-Əlhəmdulilləh, amma əllərin soyuqdur....-bu zaman dizinə toxundum və o kənara çəkildi...-oy, bağışla, incitdimsə...
-Yox, incitmədin! Amma Allahın dediyi haqqda fikirləşdim:"Və qıçı-qıçına dolaşacağı zaman, Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! (Qiyamə, 29-30)...dua et mənim üçün, bəlkə tezliklə mənim üçün axirətdir, yolum uzundur...
Dediklərindən sonra gözlərimdən yaşlar axmağa başladı, bilmədim harda idim və hardayam...
O qəmli gündə günəş batarkən bütün evdə sükut var idi, o zaman xalam qızı otağa daxil oldu. Çox insan gəldi..................................

Bacım ÖLMÜŞDÜ! Bacım ÖLMÜŞDÜ!
-Aman Allahım, mən hardayam, bu baş verənlər nədir?
Bacımın alnından öpdüm, sonuncu dəfə onunla vidalaşdım, yadıma yalnız yeganə bir şey gəldi, onun söylədikləri: "Və qıçı-qıçına dolaşacağı zaman, Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır.."
Mən həmin gecə onun otağında oturduğum haqqda fikirləşmədim, əkiz olduğumuz yadıma düşdü, problemlərimi kiminlə bölüşdüyüm yadıma düşdü...və mənə Allahdan hidayət diləyən yadıma düşdü! Allah əl-Mustəən!
Qəbrində ilk gecə. Allah ona xeyr dua etsin və qəbrini nurlandırsın!
Onun Quranı, onun namaz xalısı...Onun əşyaları. O itirilmiş günləe üçün ağladım, Aııahdan mənə qarşı rəhmli olmağı dua etdim, tövbəmi qəbul etməsini və bağışlamasını dilədim. Allah qəbrində ona səbatət versin! O bu duanı sevərdi!
Sonra özümə sual verdim, düşün ki, o ölünün yerində mənəm, o zaman mənim aqibətim nədir? mənim cəzam nədir? Belə qorxduğum halda cavabı tapmaq istəmədim...ağlayırdım...Artıq məni sübh namazına çağıran azanı eşitdim. Müəzzinin arxasınca sözləri təkrarladıqca məni əminlik hissi bürüdü. Sübh namazı qılmaq üçün ayağa qalxdım, həmin günü bacım kimi namaz qıldım, və bu onun sonuncu namazı idi.
İndi isə belə yaşayıram:

Əgər oyanıramsa, axşamı gözləmirəm.
Və əgər yatıramsa, sabahı gözləmirəm....
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 411

İsmarışGöndərilib: C.a. Fev. 09, 2006 6:52 pm    İsmarış mətni: Sitatla cavab ver

- Təkrarlanan yazılar silinir. Mövcud mövzunun 2-ci səhifəsinə nəzər yetirin və diqqətli olun.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 411

İsmarışGöndərilib: C.a. Fev. 09, 2006 6:54 pm    İsmarış mətni: Sitatla cavab ver

- Təkrarlanan yazılar silinir. Mövcud mövzunun birinci ismarışına nəzər yetirin.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər    .:: Azerislam.com Forum ::. Forumun ana səhifəsi -> Ədəbiyyat Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2, 3
3 səhifə (Cəmi 3 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran