Göndərilib: Çər. Yan. 25, 2006 10:41 pm İsmarış mətni: Ateistlər yaxşı insan ola bilərlər?
Salam ey əziz insanlar! Deyin görüm sizcə ateistlər yaxşı insan ola bilərlər.
Bəlkə də bəziləriniz bilmirsiniz amma dünyada ne Allahın olduğu ne de olmadığı sübut edilməyib. Kimsə durub desə ki qatıq qaradır, bunun əksini asanlıqla sübut etmək olar. Amma kimsə desə ki Allah yoxdur, bunun nə əksini, nə də düzlüyünü sübut etmək olmur. Odur ki mənə elə gəlir ki inanan inanmayana, inanmayan da inanana qarışmamalıdır.
Sizi bilmirem amma men ateist olan yaxşı insanlar görmüşem.
Belə çıxır ki, sən də ateistsən...
yaxşı insan ola bilər..bəli insan kimi digər insanlar üçün yaxşı ola bilər...amma yaxşı bəndə deyil...ateistlər "murdar" bəndələrdir..
Aydın olmadısa..sənə izah edə bilərəm...
Təsəvvür et ki, bir kəs dostlarına qarşı çox mehriban, alicənab və səxavətlidir...amma atasına qarşı əxlaqsız, ata düşmanı, nakam birisidir...o zaman o yaxşı dost ola bilər (kimlərə görəsə), lakin yaxşı övlad sayəlmaz...
keçək sənin ikinci sualına...
Yalnız elmdən qafil olanlar sənin kimi iddialar irəli sürər...
Alimlərin dediklərini oxusan onda belə sözləri yazmağa barmaqların yalnız qəlbində nifrət olduğu halda cürət edər...
Əgər ingilis dilini bilirsənsə onda başa düşəcəksən, əks halda yanında ingilis dilini sənə izah edən olsun ki. alimlərin bu həqiqətləri necə izah etdiklərinə şahid olasan...bu məlumatları bu linkdən də sözlərinin tərcüməsi ilə görə bilərsən...
http://www.islam-guide.com/ch1-1-h.htm
videolar köhnə olduğu üçün bir az problematik ola bilər..amma haqqı axtaranlar üçün heç bir maneə ola bilməz!
Allah sənə doğru yolu göstərsin!
AMİN! _________________ Doğrusunu Allah bilir!
yaxşı insan ola bilər..bəli insan kimi digər insanlar üçün yaxşı ola bilər...amma yaxşı bəndə deyil...ateistlər "murdar" bəndələrdir..
Aydın olmadısa..sənə izah edə bilərəm...
Təsəvvür et ki, bir kəs dostlarına qarşı çox mehriban, alicənab və səxavətlidir...amma atasına qarşı əxlaqsız, ata düşmanı, nakam birisidir...o zaman o yaxşı dost ola bilər (kimlərə görəsə), lakin yaxşı övlad sayəlmaz...
Başqaları da bunu mənə belə izah etmişdilər. Ata ilə Allah arasında fərq var. Atanı görürsən. Görğrsən ki səni uşaqlıqdan böyüdür tərbiyə verir. Allahı isə başqaları deyir. Eger bir ailə tenha bir adada yaşasalar və heç vaxt Allah keliməsini işlətməsələr onda o uşaq Allah ne olduğun bilməz.
Sitat:
Allahı qəbul etmək...sağlam düşüncənin məhsuludur...inkar etmək isə xəstəliyin əlaməti...
Mən neytralam.
Sitat:
bunu anlamaq üçün iki suala cavab vermək lazımdır...
Bütün materiya necə meydana gələ bilər...burdan iki yol ayrıla bilər...
Təsadüfi və ya Ən Ali Varlıq tərəfindən...
birincisini seçə bilməzsən..çünki bu sözü heç kəs söyləməyib...yalnız ağılsızlardan başqa...yalnız keçən əsrin əvvəlində və 19-cu əsrdə bir qrup materiyalist tərəfindən söylənən "materiya əbədidir" formulu isə, measir elm tərəfindən rədd olundu...çünki müasir elm mövcud materiyanın əvvələ və sona sahib olduğunu sübut edir...Bunu anlamaq üçün "Big Bang" barədə maraqlan...o zaman astrologiya və fizika elmlərinə yiyələnmən lazımdır...metafizikanı oxuyanlar isə səni iki kəlimədə çaşdırarlar...
Elm dünyanın sonunun olduğunu deyir. Mən heç vaxt bunu inkar etməmişəm. Məsələn əvvəl axır günəş sönəcəkdir. Çünki ondakı hidrogenlər sonsuz deyil.
Qaldı ki elmi məlumatlara dini dəstəkləyən elmi məlumatlar olduğu kimi dinə əks olan məlumatlar da vardır.
Əgər ingilis dilini bilirsənsə onda başa düşəcəksən, əks halda yanında ingilis dilini sənə izah edən olsun ki. alimlərin bu həqiqətləri necə izah etdiklərinə şahid olasan...bu məlumatları bu linkdən də sözlərinin tərcüməsi ilə görə bilərsən...
http://www.islam-guide.com/ch1-1-h.htm
videolar köhnə olduğu üçün bir az problematik ola bilər..amma haqqı axtaranlar üçün heç bir maneə ola bilməz!
Allah sənə doğru yolu göstərsin!
AMİN!
Bu linklərə görə çox sağ ol. Yüklədim onlara baxacağam. Gecen xeyrə qalsın.
Daxil ol: C.a. Dek. 08, 2005 23:01 İsmarışlar: 19 Şəhər/ölkə: Azerbaycan , Sheki
Göndərilib: C.a. Yan. 26, 2006 8:54 am İsmarış mətni:
As-Salamu aleykum va rahmatullahi va barakatuh.
Mənim iki cür cavabım olacaq:
1-ci si, sənin kimi düşünənlər tərzində.
Deyək ki ateistsen, hərtərəfli yaxşı insansan və hamıya yaxşılıq edirsən. O zaman yaxşı bir insan kimi bu dünyada yaşayıb və yaxşı insan kimi öləgəksən. Lakin bir anlıq düşün ki, Allah (c.c.) var, və sənin bütün bu yaxshı əməllərinin sənə o dünyada heç bir köməyi dəymiyəcək. Əgər ibadət etsəydin sənin bu əməllərin necə qiymətləndirilərdi. Belə çıxır ki hər iki halda (Allah (c.c.) var ya yoxdur) ibadətin heç bir ziyanı yoxdur, ibadət etməməyin isə bir halda (Allah (c.c.) var) çox böyük günahı var. Belə isə sən hansını seçərdin?
2-ci si, Qurani-Kərimdən.
Bismillahir–rəhmanir-rəhim!
Al Bəqərə
159 - Kitabda (Tövratda) insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar.
160 - Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!
161 - Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!
162 - Onlar həmişəlik lənət içərisində qalarlar. (Qiyamətdə) onların əzabı əskilməz və üzlərinə də baxılmaz (üzrləri qəbul olunmaz).
163 - Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir.
164 - Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır.
165 - İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xabərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şıddətli olacağını bilərdilər.
Sadakallahul-Azim.
O ki qaldı
Sitat:
Qaldı ki elmi məlumatlara dini dəstəkləyən elmi məlumatlar olduğu kimi dinə əks olan məlumatlar da vardır.
Burada â€Elm†sözü ikiyə bölünür : Allahın bizə verdiyi elm (Qurandan aldığımız elm) və insanların kəşf etdiyi elm. Allahın elminə hələlik bir zidd olan bir şey tapılmayıb və belə bir misal gətirədə bilməzsən (bilirsənsə buyur), insanların elmindən isə heç danışmağa dəyməz (dünən icad etdikləri bu gün görürlər səhvdir) . Bunları görmək çətin deyil.
As-Salamu aleykum va rahmatullahi va barakatuh. _________________ -------------------------------------------
Biz yalnız Allaha ibadət edirik və yalnız Allahdan kömək diləyirik!
Bismilleh...
Assalamu Aleykum va Rahmatullahi va Barakatuhu...
Heqiqet, Senin problemin dini elmle dunyevi elm arasinda olan six elaqeler haqqinda biliyinin az olmasidir...
Sene birinci meslehetim "Allahsizla mubahise" (rus dilinde Spor s bezbojnikom) kitabini oxumaqdi.. Bu kitabda chox meqamlar aydinlashacaq seninchun...
Indi ise munasibetim...
1- ci deyirsen ki, ateist yaxshi insan ola biler... Seninle razi ola bilmirem.. Chunki ateist (yeni imanin shertlerini qebul etmeyen - Allaha, ilahi kitablara, Peygemberlere, meleklere, axirete, qeder ve qezaya inanmayan) tebii ki, beshere yeni bu dunyaya bagli adamdir.. Yeni onun heyati boyu gosterdiyi fealiyyet bu dunya ve bu dunyada yashayan varliqlar uchundur.. Buna gore de hemen "yaxshi ateist" dediyin insanlar etdiyi yaxshi emellerin evezini mutleq gozleyirler bu dunyada.. Ve maraqli da orasidir ki, evezini ele bu dunyada insanlardan gozleyirler.. Onlarin yashi emel gostermelerinin hereketverici quvvesi riyakarliq (kimese gostermek) olur. Evez gormedikde ise pissimizme qapilib, bextsizliyinden shikayet edib, taleyinden naraziliq edirler.. Chunki onlar da insan olduqlari uchun heyatda chetinliklerden uzaq yashamaq, rahat yashamaq isteyirler, bu olmadiqda temamen bu dunyaya baglanmish adam yaman dushgun bir hala dushur.. En dehshetlisi ise bele adamlar qocalanda olur.. Olumunu real gorub ve gozleyen bele qocalar chox bedbinleshirler (her menada). Ne uchun yashadiqlarini chox dushunseler de anlaya bilmirler ve sonda da olub Allahin huzuruna eli bosh gedirler... O ki, qaldi umumen Allahin varligi deveti chatmayan adamlara o adamlar ateist deyil.. Ateist bilib, eshidib inkar edendir... Bilmeyen eshitmeyenin, devet olunmayanin axiretde sinagi ayri cur olacaq.
Senin yazdigin "Bəlkə də bəziləriniz bilmirsiniz amma dünyada ne Allahın olduğu ne de olmadığı sübut edilməyib. " (Euzubilleh) sozlerine ise teesufle yanashiram.. Bir az kitablar oxu. Harun Yehyanin Quran mocuzeleri haqqinda oxu, filmlere bax...
Belkede bilmirsen ancaq yaradilish haqda "Big Bang" ve "Big Kranch" nezeriyyeleri artiq umumdunya seviyyesinde qebul olunmushdur.. Bunu men fizika muellimimden eshidende ve ona deyende ki, bu nezeriyyeler Quranda 1400 il bundan evvel oz eksini tapib o meetel qaldi... Indi Elhemdulillah namaz qilir. Big Bang - Boyuk partlayish nezeriyyesi bu gunki dunyevi elmde yaradilishi esaslandiran en onde geden nezeriyyedir. Bu nezeriyyeye esasen, her shey bashlangic anda V (hecm) = 0 ve t (zaman) = 0 sherti ile bir anda boyuk partlayish neticesinde yaranib.. Bu ise o demekdir ki, her shey bir anda yoxdan var olub.. Eyni ile muqeddes Quranda El- Enam suresi 101-ci ayede gosterildiyi kimi - "O, göyləri və yeri yoxdan var edəndir" Bu barede 0nlarla Quran ayesinden birini yazdim...
Big Kranch ise - Boyuk yigilma nezeriyyesine gore kainat genishlendikce ele bir hedde chatacaq ki, sonda geri yigilacaq... Geri yigilmanin neticesi ise gravitasiya quvvesinin (cazibe) mesafe artiqca choxalmasidir... Bu ise muqeddes Quranin ez-Zumer suresinin 67-ci ayesinde bele gosterilib "Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir"
Bunu butun dunya qebul etse de bunun Quranda oldugunu ya bilmir ya da inkar edirler (bilerekden, tesaduf adi ile, dinde ise tesaduf ola bilmez)
O ki qaldi gozle gorduyunun inanilan olmaqina.. onda sen niye radio dalgalara ve elektromaqnit dalgalarina inanirsan.. Sen niye deyirsen ki, insanlarda shur, agil, sevgi ve s var.. BUNLARI MEGER GORURSEN????
Neise helelik bu qeder sualin olsa davam ederik... Allah hidayet versin... Sheytana qelbine girmeye imkan verme.. Allaha iman QURTULUSH!!! inanmamaq ise ZELALETDIR (axiretde)
1- ci deyirsen ki, ateist yaxshi insan ola biler... Seninle razi ola bilmirem.. Chunki ateist (yeni imanin shertlerini qebul etmeyen - Allaha, ilahi kitablara, Peygemberlere, meleklere, axirete, qeder ve qezaya inanmayan) tebii ki, beshere yeni bu dunyaya bagli adamdir.. Yeni onun heyati boyu gosterdiyi fealiyyet bu dunya ve bu dunyada yashayan varliqlar uchundur.. Buna gore de hemen "yaxshi ateist" dediyin insanlar etdiyi yaxshi emellerin evezini mutleq gozleyirler bu dunyada.. Ve maraqli da orasidir ki, evezini ele bu dunyada insanlardan gozleyirler.. Onlarin yashi emel gostermelerinin hereketverici quvvesi riyakarliq (kimese gostermek) olur. Evez gormedikde ise pissimizme qapilib, bextsizliyinden shikayet edib, taleyinden naraziliq edirler.. Chunki onlar da insan olduqlari uchun heyatda chetinliklerden uzaq yashamaq, rahat yashamaq isteyirler, bu olmadiqda temamen bu dunyaya baglanmish adam yaman dushgun bir hala dushur.. En dehshetlisi ise bele adamlar qocalanda olur.. Olumunu real gorub ve gozleyen bele qocalar chox bedbinleshirler (her menada). Ne uchun yashadiqlarini chox dushunseler de anlaya bilmirler ve sonda da olub Allahin huzuruna eli bosh gedirler
Səhvin var qardaşım. Bunlar müsəlman insana da aid ola bilər. O qədər helə müsəlmanlar, ibadət edənlər var ki sən sadaladığın şeylərə malikdirlər. Bütün ateistlər sən dediyin kimi olmur. Bəziləri var ki heç bir yaxşılıq ummadan xeyirli hərəkətlər edirlər. Məsələn M.F.Axundzadə xalqı elmləndirməyə çalışdı və bütün həyatını buna sərf etdi. Əksinə dindarlar yaxşılıqlarının əvəzinə hədiyyə (cənnət) gözləyirlər.
Sitat:
Belkede bilmirsen ancaq yaradilish haqda "Big Bang" ve "Big Kranch" nezeriyyeleri artiq umumdunya seviyyesinde qebul olunmushdur.. Bunu men fizika muellimimden eshidende ve ona deyende ki, bu nezeriyyeler Quranda 1400 il bundan evvel oz eksini tapib o meetel qaldi... Indi Elhemdulillah namaz qilir. Big Bang - Boyuk partlayish nezeriyyesi bu gunki dunyevi elmde yaradilishi esaslandiran en onde geden nezeriyyedir. Bu nezeriyyeye esasen, her shey bashlangic anda V (hecm) = 0 ve t (zaman) = 0 sherti ile bir anda boyuk partlayish neticesinde yaranib.. Bu ise o demekdir ki, her shey bir anda yoxdan var olub.. Eyni ile muqeddes Quranda El- Enam suresi 101-ci ayede gosterildiyi kimi - "O, göyləri və yeri yoxdan var edəndir" Bu barede 0nlarla Quran ayesinden birini yazdim...
Big Kranch ise - Boyuk yigilma nezeriyyesine gore kainat genishlendikce ele bir hedde chatacaq ki, sonda geri yigilacaq... Geri yigilmanin neticesi ise gravitasiya quvvesinin (cazibe) mesafe artiqca choxalmasidir... Bu ise muqeddes Quranin ez-Zumer suresinin 67-ci ayesinde bele gosterilib "Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir"
Bunlardan xəbərim var. Verilişdə baxmışdım.
[quote]O ki qaldi gozle gorduyunun inanilan olmaqina.. onda sen niye radio dalgalara ve elektromaqnit dalgalarina inanirsan..[quote]
Bunlar kəşf olunub.
Sitat:
Sen niye deyirsen ki, insanlarda shur, agil, sevgi ve s var.. BUNLARI MEGER GORURSEN????
Bunları hiss edirəm.
Sitat:
Neise helelik bu qeder sualin olsa davam ederik... Allah hidayet versin... Sheytana qelbine girmeye imkan verme.. Allaha iman QURTULUSH!!! inanmamaq ise ZELALETDIR (axiretde)
Heqiqet, menim ateist haqda yazdiqlarim muselmana aid ola bilmez..eger aiddirse demek o muselman deyil.... cahildir, riyakardir, ve s.
Sohbet sidq urekle ozunu Allaha teslim etmishlerden gedir.. Bedbextchiliyimizde odur ki, hamisi bele deyil...
Allahdan cennet istemek halaldir... Bununla bizi Ulu Yaradan mujdeleyir... Muselman oldugumuz uchun isteyirik...
Maraqlidir ki, saydiqlarimi hiss edirsen ancaq Allahin bu qeder etdiklerini hiss etmirsen... Bir az oxu.. Bu senden xahishimdir... _________________ ALLAHU AKBAR
Göndərilib: C. Yan. 27, 2006 3:20 am İsmarış mətni:
Sitat:
Bəziləri var ki heç bir yaxşılıq ummadan xeyirli hərəkətlər edirlər. Məsələn M.F.Axundzadə xalqı elmləndirməyə çalışdı və bütün həyatını buna sərf etdi. Əksinə dindarlar yaxşılıqlarının əvəzinə hədiyyə (cənnət) gözləyirlər.
Axundovun etdiyi əməllərinin qarşılığında heç bir şey istəmədiyini iddia etmək sadəlövhlükdür...Axundovun istədiyi çox ola bilər...
1. hörmət qazanmaq
2. məşhurlaşmaq
3. xalqın sevgisini qazanmaq
Axundovun həyatı sənə nümunə olsun...çox uşaqlı ailə sahibi olan Axundovun arvadı onun üzərinə küfr edərdi..."Bəsdir Allaha küfr etdin!" ...Allah bütün uşaqıarımızı əlimizdən aldı"...və Allah həqiqətən də o xoşbəxt uşaqları o kafir atanın əlində tərbiyə almağa qoymadı..eyni ilə ona böyük bir əzab oldu.... _________________ Doğrusunu Allah bilir!
Daxil ol: B. Dek. 18, 2005 13:01 İsmarışlar: 23 Şəhər/ölkə: Baki
Göndərilib: C. Yan. 27, 2006 12:18 pm İsmarış mətni:
Assalamu aleykum wa rahmatullahi wa barakatuh!
Allahin s.t. mübarək kitabı ibrətlərlə doludur. Mən o ibrətli ayələrdən bir neçəsini burda verirəm. Allah Rasulu s.a.s qurani kərimlə insanları dəvət edirdi:
189. Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!
190 - Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
191 - O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!
192 - Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!
193 - Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!†– deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !
194 - Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!â€
195 - Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!â€
Assalamu aleykum va rahmatullahi va barakatuh! _________________ Zəfər Allahın, Rəsulunun, Möminlərindir.
Hidayətə tabe olanlara Salam olsun!
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: C. Yan. 27, 2006 6:57 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!.
AsSalamu alaikum.
Heqiqet:
Növbəti İslamla ziddiyət təşkil edən hər iddianızı müvafiq mənbələrdən konkret, obyektiv faktlarla təsdiqləmədiyiniz halda, yazılarınız silinəcək, özünüz isə xəbərdarlıq alacaqsınız. Diqqətli olun.
Daxil ol: B. Dek. 18, 2005 13:01 İsmarışlar: 23 Şəhər/ölkə: Baki
Göndərilib: Ş. Yan. 28, 2006 12:53 pm İsmarış mətni:
Həqiqət, əgər sənin konkret sualın varsa verə bilərsən. İnşAllah qardaş və bacılar bacardıqları qədər dəlillrə əsaslanaraq sənə cavab verərlər. İstənilən mövzuda, istənilən sahədə. Özü də əxlaqlı şəkildə. Bu mənim sənə nəsihətimdir. İnşAllah pis qəbul etməzsən. Xahiş edirəm konkret suallar qoyş
Sağ ol! _________________ Zəfər Allahın, Rəsulunun, Möminlərindir.
Hidayətə tabe olanlara Salam olsun!
Göndərilib: Ş. Yan. 28, 2006 11:18 pm İsmarış mətni:
Yazdığın linkə baxdım...təbii ki, skeptiklərdən bu cavabı gözləmək olardı...Qurandan xəbərləri olmadığı halda...guya bunlar həqiqəti bilirlərmish kimi faktları inkar etməyə bashlayıblar....
əz-Zariyat suresinde sozu geden ayə ərəbcə bu şəkildə səslənir
"Vəssəmə əbəneynəhə bi əydin və innə ləmusi'un"...
Ayənin hərfən tərcuməsi..."Biz Səmanı bina etdik və Biz Genishlədiciyik."
Sənin dayandığın mənbənin müəllifi isə, zəlaləti göz qabağındadır, qəlbi qaranlıqlar içində, işıq üzünə həsrət qalmış...bu gözəllikləri və həqiqətləri görə bilmir..və nəfsinə uyğun gəlmədiyi üçün inkar etməyə tələsərək...Harin Yahyanı özündən Qurana nəsə fabrikasiya etmək də ittiham edir...halbu ki, heç bir muselman belə şeyi heç ağlından da keçirməz...
indi keçək onun sitat gətirdiyi tərcümələrə...
bəli adını çəkdiyi tərcüməçilər həqiqətən də bu ayəni elə tərcümə ediblər... və deyirəm ki, tərcümə tam deyildir və bunlar heç də bizim dediyimizin əksini göstərə bilməz...
digər tərcümələr də məhz bizim dediyimizi dəstəkləyir!
1. Türkcə
"Göğü kendi ellerimizle biz kurduk ve biz (onu) elbette genişleticiyiz"
http://quran.al-islam.com/Targama/DispTargam.asp?nType=1&nSora=51&nAya=47&nSeg=1&l=eng&t=trk
2. Rus dilində
Krachkovski
И небо Мы воздвигли руками, и ведь Мы - раÑширители
http://koran.ru/kr/page051.html
Əslində bu ayəni Krachkovski hərf bə hərf tərcümə edib...və bu ayənin ən doğru və ya doğruya ən yaxın formasını Krachkovski tərcümə edib..soruşa bilərsən nə üçün? Ayədə fikir versən... Və Səmanı əlimizlə Biz yaratdıq...hərfbəhərf tərcümə..əlimizlə yaratdıq..."
Sonra Poroxavanın tərcüməsinə fikir verək
"Своим державием Мы водрузили Ñвод небеÑный
И Ð´Ð»Ñ Ð½ÐµÐ³Ð¾ раÑкинули беÑкрайнее проÑтранÑтво;"
Daha sonra ingilis dilində digər tərcümələrə fikir verək
"With power did We construct the heaven. Verily, We are Able to extend the vastness of space thereof"
Bu tərcüməni isə həm ərəb dili üzrə, həm də ingilis dili üzrə professorlar olan Dr. Muhsin Khan və Dr. Muhamməd əl-Hilali tərcümə ediblər...
http://www.quran.net/
Kechek rus dilində digər səhifədəki tərcüməyə baxaq...
47. Мы воздвигли небо Ñвоею мощью, и Мы его раÑширÑем.
Bu ayənin Abdurrahmən əs-Sadinin təfsirinin rus dilindəki formasındandır...
Zənnimcə bu tərcümə Elmir Quliyevə aiddir...Allahu Alim! Aşağıdan isə həmin məşhur təfsiraliminin bu ayə haqqındakı izahına fikir ver...
Мы Ñотворили небо прекраÑным, Ñовершенным творением, Ñделали его Ñводом Ð´Ð»Ñ Ð²Ð°ÑˆÐµÐ¹ земной обители и раÑширÑем его за ÐºÑ€Ð°Ñ Ð¸ концы
http://tafsir.narod.ru/51.html
Azərbaycan dilində isə Vasif Məmmədəliyevin tərcüməsini görmək istəyirsənsə onda qabaqcadan deyim ki, Vasif bəy burda hər iki variantı da istifadə edib!
"47 - Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik). "
http://www.quran.azer.net/cat.php?page=51
Yəqin ki, bunlar sənin bura vurduğun linkdəki yazıların yalanlar üzərində qurulduğuna əmin olmağa kömək olar..yəqin ki, daha da izah etməyə gərək yoxdur...
Əgər diləsən, sənə Ayədəki "ləmubisun" kəliməsinin qamuslardan tərcüməsini yazım..yəni genishləndirici anlamını daşıdığını isbat edim!?
Əgər sualın varsa..buyur...!
Yenə deyirəm ki, sənə bu qədər yazdığımızı gülünc linklərlə inkar etməyə çalışmağın sənin açıq qəlblə məsələlərə yanaşmadığını göstərir...ingilis dilində qəşəng söz var..."open-minded" ol! ok?
Bir də bu qədər alimlərin Qurandakı möcüzələr barədəki video filmlərini təqdim etdik...bəs onlara münasibətin nədir? _________________ Doğrusunu Allah bilir!
Redaktə edən: ahli-wasat, son redaktə tarixi: B. Yan. 29, 2006 12:44 am, cəmi 1 dəfə
Göndərilib: Ş. Yan. 28, 2006 11:47 pm İsmarış mətni:
YUSUFALI: With power and skill did We construct the Firmament: for it is We Who create the vastness of space.
PICKTHAL: We have built the heaven with might, and We it is Who make the vast extent (thereof).
SHAKIR: And the heaven, We raised it high with power, and most surely We are the makers of things ample.
Bir də sənin yerləşdirdiyi linkdə verilmiş tərcümələrdən üçüncüsünü nə üçün o sıraya aid edib anlamıram...çünki SHAKİR tərcüməsi dediyimizi dəstəkləyir...
"We are the makers of things ample." ..."ample" mənalarından biri də geniş anlamındadır...burda ingilis dilindən tərcümə bu şəkildə olacaq. "Genişləndirən Bizik!... _________________ Doğrusunu Allah bilir!
Göndərilib: B. Yan. 29, 2006 12:20 am İsmarış mətni: Salam
Salam Ehli-Wasat
Cavabın üçün çox sağ ol. Men başa düşdüm. Amma onu oxuyan her adam gelib başqa yerde araşdırmır. Onda o yazılanlara inananlar günaha batırlar?
Bir de ki vermiş olduğun linkleri yüklemişem amma açılmır hansısa proqrama ehtiyacım var. Mendeyse video görüntüye baxmaq üçün proqram var. İndi bilmirem hansı proqram yoxdur ki onlar açılmır.
Göndərilib: B. Yan. 29, 2006 12:40 am İsmarış mətni:
Sitat:
Amma onu oxuyan her adam gelib başqa yerde araşdırmır. Onda o yazılanlara inananlar günaha batırlar?
Bu barədə dıqiq bir şey deyə bilmərəm, bu vəziyyətdən asılıdır...əgər kimsə haqqı axtarırsa və bu yolda əlindən gələni edirsə, o zaman Allah o insanın qəlbinə görə hökm edəcək...çünki Allah bilir ki, o insan haqqı tapsa onu qəbul edər, yoxsa təkəbbürlük göstərib inkar edər...
Sitat:
Bir de ki vermiş olduğun linkleri yüklemişem amma açılmır hansısa proqrama ehtiyacım var. Mendeyse video görüntüye baxmaq üçün proqram var. İndi bilmirem hansı proqram yoxdur ki onlar açılmır
.
Mən onlara Real Playerdə baxa bilirəm..sadəcə olaraq linkin uzərinə bas...sonra real Playerin ekranı çıxacaq və ya səndə ki default program hansıdırsa o çıxacaq....çıxan ekranda iki cür surət verilib...ikisindən uyğun olanını seç və bax... _________________ Doğrusunu Allah bilir!
Göndərilib: B. Yan. 29, 2006 1:11 am İsmarış mətni:
assalamu aleykum
linkdəki videolar Real Player olmadan açılmayacaq. www.home.real.com bu səhifədən Real Player proqramını yükləmək olar(10-cu versiyanı yüklə)
mənim cahiliyyədən ateist dostum qalıb. onu hər zaman İslama dəvət edirəm amma inad edir. indi mən neyləməliyəm? ona deməliyəm ki, daha dost deyilik? astalavista? _________________ vəssalamu_aleykum
Göndərilib: B. Yan. 29, 2006 1:16 am İsmarış mətni:
astalavista deme! sayanora de! :D
bir de o senin dostun ola bilmez...Müsəlman Allaha görə dostluq edər, Allaha görə düşmənlik...
ikincisi isə...ona qarşı yaxşı münasibətdə olmağı İslam qadağan etmir..xüsusilə əxlaqlı olmaq önəmlidir.
tərk etməyə ehtiyac yoxdur...amma həqiqəti qəbul etmirsə və bildiklərini ona izah etmisənsə sadəcə olaraq metodunu dəyişə bilərsən...məclislərə dəvət edib..Dünyəvi elmlərdə professor olan qardaşlardan biri ilə danış, onunla görüşdür variantlar çoxdur...
ümumiyyətlə dəvət son nəfəsə qədər var..amma əgər alınmırsa o zaman özün qərar ver!
Allah ona hidayət etsin! _________________ Doğrusunu Allah bilir!
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.