MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

bu milletin axiri hara gedir?

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> AsudəVaxt
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
dr_eldaniz



Daxil ol: C. Yan. 07, 2005 20:36
İsmarışlar: 6
Şəhər/ölkə: azerbaycan/baki

İsmarışGöndərilib: Ç.a. May 10, 2005 11:43 am    İsmarış mətni: bu milletin axiri hara gedir? Sitatla cavab ver

Assalamu aleykum va rahmatullahu va barakatu!muselman baci ve gardashlarim,bele axarla getse bizim millet ne elde edecek?lap biabirchiligdir!Fitne -fesad bash alib gedir!
_________________
dr_eldaniz
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
teymurlang



Daxil ol: Çər. May 18, 2005 20:26
İsmarışlar: 45
Şəhər/ölkə: baki

İsmarışGöndərilib: Ş. Noy. 12, 2005 5:11 pm    İsmarış mətni: Sitatla cavab ver

bu millet cox eziiyetden kecib, bu nada dozerik.
_________________
Inna lilahi ve inna ilayhi Rajiun
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
Abu Turab



Daxil ol: C.a. Okt. 06, 2005 13:58
İsmarışlar: 72
Şəhər/ölkə: Sumqayit

İsmarışGöndərilib: B.e. Noy. 14, 2005 2:11 pm    İsmarış mətni: Sitatla cavab ver

Assalamu Aleykum....

Teymurlang yazib
"bu millet cox eziiyetden kecib, bu nada dozerik"

Bunu da xocaniz dedi???
_________________
ALLAHU AKBAR
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
vuqar iqt



Daxil ol: C.a. Yan. 05, 2006 21:53
İsmarışlar: 5
Şəhər/ölkə: tovuz

İsmarışGöndərilib: C. Yan. 20, 2006 5:59 pm    İsmarış mətni: assalam aleykum Sitatla cavab ver

qardas ve bacilar belkede bu movzuda sohbet acmaq duzgun deyil.amma ne qederki QARABAG unudulacaq ne qederki SUNNI SIYE meselesi ortadadi onda axiri hec fikirlesmeye deymez.adam axirindan qorxur.axirindan ALLAHA siginaq.salam aleykum rehmetullah ve bereketu
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Atilla



Daxil ol: Ş. Yan. 14, 2006 01:07
İsmarışlar: 1
Şəhər/ölkə: Baki

İsmarışGöndərilib: B.e. Yan. 23, 2006 10:42 am    İsmarış mətni: Essalamu eleykum eziz muselmean baci veqaedaslar Sitatla cavab ver

Siz bir tesevvur edin. Bir millet sunnet kimi dini ainde araq icib muqeddeslein adini anirsa, bade qaldirib tanridan arzu dileyirse, sunnet olunacaq usaqlari zala vagzali sedasi altinda getirirse ozunuz fikirlesin biz indi ne gundeyik. Bu yaxinda meni devet etdiler ki oglum sunnet olur gel. getdim ve yuxarida sadaladigim dehsetleri gordum. Evveler yene bir az da olsa iman vardi indi o da qalmayib. Tamada deyir ki kirve muqeddesdir qaldirin badeleri icek onun sagligina. sohbete baxin bu felaketdir.
_________________
Heyatim boyu tanrini hiss etdim. Shukurler olsun uca yaradana.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər Yahoo
Heqiqet



Daxil ol: Ç.a. Noy. 01, 2005 22:18
İsmarışlar: 47

İsmarışGöndərilib: Çər. Yan. 25, 2006 5:11 pm    İsmarış mətni: Sitatla cavab ver

Nə qədər ki türklüyümüzü unutmuşuq heç vaxt qabağa gedə bilməyəcəyik. Azərbaycanda vətənpərvərlik, türkçülük, mərdlik yoxdur. Ancaq bir birimizin ayağının altını qazırıq. Yolda gedən qızlara sataşırıq. Cinayət edib özümüzü kişi sayırıq. Ama vətəni düşünmürük. (elbette bu söz hamıya aid deyil. hərə öz payını götürdü) Bəlkə sizin xəbriniz yoxdur amma Qarabağ muharibəsində döyüşdən qaçanların sayı heç də az deyil.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Çər. Yan. 25, 2006 6:52 pm    İsmarış mətni: Sitatla cavab ver

Həqiqət, türklər digər müsəlmanlardan nə üçün seçilməlidir...ümumiyyətlə türkçülük deyəndə nəyi nəzərdə tutursan...sən özünü türk adlandır, o biri müsəlman kürd desin, digəri ərəb, sonra fələstinli..sonra bosniyali...və hər kəs öz maraqlarını qabartsın...onda bu müsəlman ümməti necə birləşsin? desən ki, milliyətçilik etmirsən...xeyr, edirsən...türkçülük deməyin artıq bunu göstərir...çünki türkçülük milliyət deyil...yer adı da deyil...bu ideologoya adıdır...
nəyi nəzərdə tutduğunu aydınlaşdır!
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Heqiqet



Daxil ol: Ç.a. Noy. 01, 2005 22:18
İsmarışlar: 47

İsmarışGöndərilib: Çər. Yan. 25, 2006 9:26 pm    İsmarış mətni: Sitatla cavab ver

Milliyyətçilik edirəm. Dinsizin üstündən imansiz gələr. Azərbaycanda kürdlər də, talışlar da, lezgiler de milliyyətçilik edirlər. Əgər biz etməsək vay halımıza. Qaldı ki müsəlman qardaşlığına farslar bizə din qardaşı deyə deyə zülm edirlər. Ərəblərin isə ermənipərəstliyini bilməmiş olmazsan.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Çər. Yan. 25, 2006 9:49 pm    İsmarış mətni: Sitatla cavab ver

Həqiqət, sənin yazdıqlarından din barədə anlayışını görməmək mümkün deyil...
Əgər kimsə milliyətçilik edirsə bu sənin milliyətçilik etməyin üçün nə səbəb, nə də bəhanə ola bilməz...necə ki, biri səndən oğurlayırsa, sənin ondan oğurlamağa yenə də haqqın yoxdur...çünki oğurluq hər halda qınanmışdır....

Dinsizin üstündən nə imansız gələr, nə də qolu zor...onun aqibəti vicdanındadır..və ən əvvəl Allahın Rəhmində..

Sitat:
Qaldı ki müsəlman qardaşlığına farslar bizə din qardaşı deyə deyə zülm edirlər.


Farslar nə vaxtdan bizə müsəlman qardaş olublar...onların içindən bizə qohum olan varsa, yalnız əmi oğlu ola bilərlər...qaldı ki, dediyin bu gülməli müqayisəyə..heç özün diqqət etmədən...cümləndə milliyətçiliyin gətirdiyi bəlalara işarə edirsən..dediyin sözün üzərində bir az düşünsən sənə nə demək istədiyimi anlayarsan...deyirsən ki, farsların içindən...görürsən..fars deyirsən..yəni..milliyət ayırımı var...milliyət...onlar da milliyətçilikləri üzündən müsəlmançılığa bu milliyət çərçivəsindən baxırlar...çünki milliyət ayırıcıdır...mən tarixdə birləşdirici milliyətçilik görmədim!

Sitat:
Ərəblərin isə ermənipərəstliyini bilməmiş olmazsan


Sən yəqin ki, ərəbləri yox, fələstinliləri nəzərdə tutursan...və səndən tələbim ədalətli olmandır..bir dənə "zalım" Ərafatın üzündən bütün fələstinli milləti ermənipərəst etmə...Qarabağda vuruşanların isə Ərafatın şəxsi qvardiyası olduğu söylənilir...Yəni fərqi belə qoyaq "dünyəvi" fələstinlilər erməni pərəstdirlər..dindarlar isə "müsəlmanpərəst"..

Qaldı ki, erməni-azərbaycanli və ya türk söhbətinə...
sualım belədir: Sənə kim daha əzizdir: İslamı inkar edən, lakin milləti üçün canını qurban verməyə hazır olan azərbaycanlı, yoxsa İslamı qəbul etmiş və dinindən ötrü şəhid olmağa hazır erməni?
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Heqiqet



Daxil ol: Ç.a. Noy. 01, 2005 22:18
İsmarışlar: 47

İsmarışGöndərilib: Çər. Yan. 25, 2006 10:59 pm    İsmarış mətni: Sitatla cavab ver

ahli-wasat yazıb:
Həqiqət, sənin yazdıqlarından din barədə anlayışını görməmək mümkün deyil...
Əgər kimsə milliyətçilik edirsə bu sənin milliyətçilik etməyin üçün nə səbəb, nə də bəhanə ola bilməz...necə ki, biri səndən oğurlayırsa, sənin ondan oğurlamağa yenə də haqqın yoxdur...çünki oğurluq hər halda qınanmışdır....

Dinsizin üstündən nə imansız gələr, nə də qolu zor...onun aqibəti vicdanındadır..və ən əvvəl Allahın Rəhmində



Bu cavabın yaxşıdır. Sən təmiz oğlansan. Düz deyirsən amma yenə mən düşmənə kin bəsləmədən dura bilmərəm.

ahli-wasat yazıb:
Farslar nə vaxtdan bizə müsəlman qardaş olublar...onların içindən bizə qohum olan varsa, yalnız əmi oğlu ola bilərlər...qaldı ki, dediyin bu gülməli müqayisəyə..heç özün diqqət etmədən...cümləndə milliyətçiliyin gətirdiyi bəlalara işarə edirsən..dediyin sözün üzərində bir az düşünsən sənə nə demək istədiyimi anlayarsan...deyirsən ki, farsların içindən...görürsən..fars deyirsən..yəni..milliyət ayırımı var...milliyət...onlar da milliyətçilikləri üzündən müsəlmançılığa bu milliyət çərçivəsindən baxırlar...çünki milliyət ayırıcıdır...mən tarixdə birləşdirici milliyətçilik görmədim


Din ayrımcılığı da pis şeydir. Din insanın öz seçimi deyil. İnsan doğulur, tərbiyə alır, ata anasından, çevrəsindən dini öyrənir. Cemiyyetde formalaşır. Eger din insanın öz seçimi olsaydı Azerbaycanın ekseriyyeti müselman, Yaponyanın ekseriyyeti ise sintoist olmazdı. Çox az adam din seçimi edir. Din insanları birleşdirmir. Dil, medeniyyet, mentalitet ve s. yeni milliyyetçilik birleşdirir.



ahli-wasat yazıb:
Sən yəqin ki, ərəbləri yox, fələstinliləri nəzərdə tutursan...və səndən tələbim ədalətli olmandır..bir dənə "zalım" Ərafatın üzündən bütün fələstinli milləti ermənipərəst etmə...Qarabağda vuruşanların isə Ərafatın şəxsi qvardiyası olduğu söylənilir...Yəni fərqi belə qoyaq "dünyəvi" fələstinlilər erməni pərəstdirlər..dindarlar isə "müsəlmanpərəst


Livanı da misal göstermek olar. Felestinliler de erebdir. Seudiyye Erebistanında da türklere qarşı nifret var.


ahli-wasat yazıb:
Qaldı ki, erməni-azərbaycanli və ya türk söhbətinə...
sualım belədir: Sənə kim daha əzizdir: İslamı inkar edən, lakin milləti üçün canını qurban verməyə hazır olan azərbaycanlı, yoxsa İslamı qəbul etmiş və dinindən ötrü şəhid olmağa hazır erməni?


İslamı inkar edən, lakin milləti üçün canını qurban verməyə hazır olan azərbaycanlı
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C.a. Yan. 26, 2006 12:10 am    İsmarış mətni: Sitatla cavab ver

Sitat:
Düz deyirsən amma yenə mən düşmənə kin bəsləmədən dura bilmərəm.

Sənə düşmənə nifrət etməməyi heç kəs məsləhət görmür..sadəcə olaraq düşmənini doğru seçməyi məsləhət görürük...

Sitat:
Din ayrımcılığı da pis şeydir.


Din ayrıseçkiliyi bəzən pis ola bilər..amma baxır dinə kim və necə baxır...Allaha inanan insan din dedikdə Allahın haqqlarını anlayır..və hər Allah bəndəsi Rabbinə qarşı haqqsızlıq edənlərə qarşı mərhəmət göstərməz...Bunu anlamaq üçün sən gərən ilk mərhələdən başlayasan...sən Allahı tanımadığın halda bu sözlərin heç bir əhəmiyyət kəsb etməz...\
Sitat:
Din insanın öz seçimi deyil. İnsan doğulur, tərbiyə alır, ata anasından, çevrəsindən dini öyrənir. Cemiyyetde formalaşır
.
Dediyinin ilk hissəsi Quranın dediyidir...Lakin sən bir şeyi unudursan və ya bundan xəbərsizsən...Allah insanı təmiz etiqadda yaradır...insanın xilqətində ibadət etmək vardır...insan ibadətsiz yaşaya bilməz..kimsə pula ibadət edir..puldan ötrü canına qıyanlar da var...bunu anlaman üçün gərək sənə ayrıca bir mövzu yazım...inşaallah bu barədə yazacam...Lakin Allah uşaq böyüdükdən sonra ona həqiqəti göstərir..səncə məni bu əqidədə böyüdən anam atam olub..yox..məni bu əqidədə böyüdən Allahın Kitabı Quran oldu...sən çox az dində bu həqiqəti görə bilərsən..yalnız Təkallahlıq hakim olan dinlərdə...İndi isə mən Atama-anama bu dini başa salıram..demək olar ki. anamın və bacımın namaz qılmağına mən səbəb olmuşam...gördüyün kimi, həqiqət heç də sənin dediyin kimi deyil...Amerikalı antropoloq Mid xüsusi bir cəmiyyət formasından danışır...və bunun dövrümüzdə tendensiyasını görə bilərik...O post-modernist cəmiyyətlərdə gənclərin böyüklərə nümunə olacağını söyləyir...Və Peyğəmbər Muhammədin Qiyamətin əlamətlərindən danışarkən bu sözünü sənə xatırladıram ki, mənaca "cariyə anasına ağalıq etmədikcə Qiyamət qopmaz..."
və sən bu Dini ilkin totemist dinlərlə müqayisə edirsən????!!!!

Sitat:
Eger din insanın öz seçimi olsaydı Azerbaycanın ekseriyyeti müselman, Yaponyanın ekseriyyeti ise sintoist olmazdı.

Sənin söylədiyin coğrafiya fənnindən öyrəndiklərindəndir...Azərbaycan ərazisi. əhalisi, hakim din:İSlam və s....
səndən soruşsalar nəsən, desən ki, müsəlman avropalı ola bilsin ki, bunu qəbul edər..amma mən islamı bildiyim üçün bunu qəbul etmərəm...Ona görə də bilki, insan cəmiyyətdə formalaşır..din isə gəldiyi şəkildə də qalır...və o həmişə insanlar üçün açıqdır...tövbə edənlər o qapıdan daxil ola bilərlər...Ona görə də bu millətin hansı hissəsinin müsəlman, hansı hissəsinin kafir olduğunu Allah bilir...bu sözün də gördüyün kimi xətalıdır...
Sitat:
Çox az adam din seçimi edir.

Çoxluğa nisbətdə azlıq özü din seçimini edir...bəli..dini məlumatlar kasıb olan yerde seçim də az olar..Amma dünyəvi görüşü olan insan bilir ki, dünyada ən surətlə yayılan din İSLAM dinidir...və bu dini bizim savadsız kütlələr yox...Amerika cəmiyyətinin savadlı təbəqələri qəbul edirlər...mənim tanıdığım Avropalıların bəlkə bu dini məndən də çox sevdiklərinə özüm şahidəm...və hər il bu rəqəmin raçionu artır...Gördüyün kimi dini seçimini özü edənlər çoxdur...və bunu görənlər buna qarşı müharibə də başladıblar...bu barədə statistikanı bilmək istəyirsənsə bu barədə sənə məlumat verə bilərəm...
Sitat:
Din insanları birleşdirmir. Dil, medeniyyet, mentalitet ve s. yeni milliyyetçilik birleşdirir.

Bu gün məsciddə namazda sağımda fələstinli, ərəb, bosniyalı, türk, ingilis, isveçli, somaliyalı, eritreyalı, sudanlı, nigeriyalı, əfqan, fars, alban, alman, bərbər və digər millətlər namaz qılırlar...
VAxtı ikən Malcolm X İslamın yalnız qaralar üçün olduğunu söylədiyi halda fikirlərini birdən dəyişdi..bunu dəyişməyə bilsən nə səbəb oldu...Həcc mərasimi..orda milliyətindən. pulundan. rəngindən fərqli olmayaraq hər kəsin eyni əlbisədə eyni hərəkətləri və eyni əziyyəti çəkdiklərini gördü...sən hansı mıntiqlə dinin insanları birləşdirmədiyini söyləyirsən?
Milliyət isə yalnız qısa məzmunda eyni milliyət kimliyinə məxsus insanları birləşdirir...
Sitat:
Livanı da misal göstermek olar. Felestinliler de erebdir. Seudiyye Erebistanında da türklere qarşı nifret var.

Yenə də məsələlərdən xəbərsiz olduğun üçün belə deyirsən...
Livanın yarısı xristian ərəblərdir...Prezidentləri də xristiandır...ermənilər isə orda çoxsaylı bir millətdir...hətta Livandan anası erməni. atası ərəb olan müsəlmanlığı qəbul etmiş bir dostum da var...
fələstinlilər isə mənşə etibarı ilə ərəb deyillər...ərəb dilli millət sayılırlar...oxu Bibliya tarixini..fələstinlilər hətta yəhudilərdən əvvəldə o torpaqlarda məskunlaşmışdılar...Səudiyyə Ərəbistanda isə təkcə türklərə qarşı yox, bütün millətlərə qarşı milliyətçilik ayrıseçkiliyi yox, lovğalıqları var....

Sitat:
İslamı inkar edən, lakin milləti üçün canını qurban verməyə hazır olan azərbaycanlı

Onda özün qəbul et ki, sən müsəlman deyilsən! bəlkə də qəbul edirsən...
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Heqiqet



Daxil ol: Ç.a. Noy. 01, 2005 22:18
İsmarışlar: 47

İsmarışGöndərilib: C.a. Yan. 26, 2006 4:13 pm    İsmarış mətni: Sitatla cavab ver

ahli-wasat yazıb:
Dediyinin ilk hissəsi Quranın dediyidir...Lakin sən bir şeyi unudursan və ya bundan xəbərsizsən...Allah insanı təmiz etiqadda yaradır...insanın xilqətində ibadət etmək vardır...insan ibadətsiz yaşaya bilməz..kimsə pula ibadət edir..puldan ötrü canına qıyanlar da var...bunu anlaman üçün gərək sənə ayrıca bir mövzu yazım...inşaallah bu barədə yazacam...Lakin Allah uşaq böyüdükdən sonra ona həqiqəti göstərir..səncə məni bu əqidədə böyüdən anam atam olub..yox..məni bu əqidədə böyüdən Allahın Kitabı Quran oldu...sən çox az dində bu həqiqəti görə bilərsən..yalnız Təkallahlıq hakim olan dinlərdə...İndi isə mən Atama-anama bu dini başa salıram..demək olar ki. anamın və bacımın namaz qılmağına mən səbəb olmuşam...


Sənə qoy bir misal çəkim. Mənim bibimgilin 5 nəfərlik ailəsində bir adam namaz qılmağa başladı. Və sonra digəri namaz qılmağa başladı. Nəticədə indi bütün ailə namaz qılır. Çünki o ailədə biri dindən xəbərdar olan kimi onu təbliğ etməyə başlayıb. Başqalarını cəhənnəm əzabıyla qorxutmağa başlayıb. Amma elə yerlər var ki onların din haqqında anlayışları yoxdur. Bəs onlar necə!! Onlara ki təbliğ edən yoxdur. Mənim bir bibimoğlu qabaqlar avara idi. Sonra isə dindarların təsiri altına düşdü və namaz qılmağa, ibadət etməyə başladı. O elə oğlandı ki ou təkcə din yox başqa ideologiyanın da təsiri altına salmaq olar. Məsələn o terror edənlərin çoxsunun bir növ beyinləri yuyulur. Onlar helə təsir altına düşüblər.



Sitat:
Sənin söylədiyin coğrafiya fənnindən öyrəndiklərindəndir...Azərbaycan ərazisi. əhalisi, hakim din:İSlam və s....
səndən soruşsalar nəsən, desən ki, müsəlman avropalı ola bilsin ki, bunu qəbul edər..amma mən islamı bildiyim üçün bunu qəbul etmərəm...Ona görə də bilki, insan cəmiyyətdə formalaşır..din isə gəldiyi şəkildə də qalır...və o həmişə insanlar üçün açıqdır...tövbə edənlər o qapıdan daxil ola bilərlər...Ona görə də bu millətin hansı hissəsinin müsəlman, hansı hissəsinin kafir olduğunu Allah bilir...bu sözün də gördüyün kimi xətalıdır...



Məni müsəlman hesab etməyə bilərsən. Amma Azərbaycanda mənim kimi adamlar çox azdır. Hamı kor-koranə Allaha inanır. Onlar pirlərə, yalançı mollalara da inanırlar. Onlara deyəndə ki bu budur, soruşmurlar ki niyə. Ona görə də həqiqəti bilmirlər. Hər şeyə inanırlar. Araşdırmırlar və ya araşdırmaqdan qorxurlar.


Sitat:
Çoxluğa nisbətdə azlıq özü din seçimini edir...bəli..dini məlumatlar kasıb olan yerde seçim də az olar..Amma dünyəvi görüşü olan insan bilir ki, dünyada ən surətlə yayılan din İSLAM dinidir...və bu dini bizim savadsız kütlələr yox...Amerika cəmiyyətinin savadlı təbəqələri qəbul edirlər...


:D :D :D

M.Jackson, 2Pac, M.Tayson savadlıdırlar? Jackson manyakdır. 2Pac narkotık alverçisi olub. Tayson qıza təcavüz etməsi səbəbiylə türməyə girib və orada İslam dinini qəbul edib.



Sitat:
Bu gün məsciddə namazda sağımda fələstinli, ərəb, bosniyalı, türk, ingilis, isveçli, somaliyalı, eritreyalı, sudanlı, nigeriyalı, əfqan, fars, alban, alman, bərbər və digər millətlər namaz qılırlar...
VAxtı ikən Malcolm X İslamın yalnız qaralar üçün olduğunu söylədiyi halda fikirlərini birdən dəyişdi..bunu dəyişməyə bilsən nə səbəb oldu...Həcc mərasimi..orda milliyətindən. pulundan. rəngindən fərqli olmayaraq hər kəsin eyni əlbisədə eyni hərəkətləri və eyni əziyyəti çəkdiklərini gördü...sən hansı mıntiqlə dinin insanları birləşdirmədiyini söyləyirsən?


Din insanla Allah arasında olan bir şeydir. O insanları birləşdirə bilməz.

Sitat:
Milliyət isə yalnız qısa məzmunda eyni milliyət kimliyinə məxsus insanları birləşdirir...



Hər bir millətin öz psixologiyası olur. Adət - ənənəsi, mentaliteti olur. Hər bir millətin öz dili olur. Budur birləşdirici amillər.

Sitat:

Yenə də məsələlərdən xəbərsiz olduğun üçün belə deyirsən...
Livanın yarısı xristian ərəblərdir...Prezidentləri də xristiandır...ermənilər isə orda çoxsaylı bir millətdir...hətta Livandan anası erməni. atası ərəb olan müsəlmanlığı qəbul etmiş bir dostum da var...
fələstinlilər isə mənşə etibarı ilə ərəb deyillər...ərəb dilli millət sayılırlar...oxu Bibliya tarixini..fələstinlilər hətta yəhudilərdən əvvəldə o torpaqlarda məskunlaşmışdılar...Səudiyyə Ərəbistanda isə təkcə türklərə qarşı yox, bütün millətlərə qarşı milliyətçilik ayrıseçkiliyi yox, lovğalıqları var....


Burda haqlı ola bilərsən.


Sitat:
Onda özün qəbul et ki, sən müsəlman deyilsən! bəlkə də qəbul edirsən...
[

Mən neytralam.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
HUTEME



Daxil ol: Ş. Avq. 19, 2006 16:24
İsmarışlar: 1
Şəhər/ölkə: BAKI AZERBAYCAN

İsmarışGöndərilib: Ş. Avq. 19, 2006 5:04 pm    İsmarış mətni: Sitatla cavab ver

:evil:ASSALAMU ALEYKUM :evil:
_________________
NE QEDER VAR OLSA INSAN DINIMIZDE VAR OLACAQ TOVBEKAR ISLAMA GELSE QELBI NURLA DOLACAQ ZERRE QEDERDE OLSA YOXDU BU DININ EMMASI NADAN OLAN DERK ELEMEZ QURANDI OMRUN MENASI
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər AIM ünvanı Yahoo MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 316
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: B. Fev. 04, 2007 7:31 pm    İsmarış mətni: Sitatla cavab ver

Hormetli qardas ve bacilar tek bu milletin deyil butun milletin axiri Qiyamete dogru gedir!
_________________
Dunya bir gun, O da bu gun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> AsudəVaxt Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.