MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

USUL ul-FİQH

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> SİZİN MÖVZU
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Çər. Yan. 25, 2006 6:57 pm    İsmarış mətni: USUL ul-FİQH Sitatla cavab ver

USUL UL-FİQH

Şeyx Abdurrahmən ibn Nasir əs-Sadi

mənbə: Risaləh Lətifəh Cəmiə fi Usulil Fiqh Muhimməh

1. Fəsil
Usuli Fiqh: bu fiqhin hərtərəfli dəlillərini əhatə edən bir elmdir. Usuli fiqh iki hissədən ibarətdir.
1. məsəil (bir məsələnin 5 hökmdən hansına aid olduğunu müəyyən etmək)
2. dələil (məsələlərin müəyyən olunmasında istifadə olunan dəlillər)

Dələil iki cürdür:

a. ümumi (əhatəli) dəlillər: bunlar hər hökmü əhatə edir, başdan fiqhin sonuna qədər: “əl-əmr lil vucub” (əmr vacibliyə, fərzliyə işarədir) və “ən-nəhi lit-təhrim” (qadağalar haramlara işarədir) və digər bənzər dəlillər. Bunlar fiqhin hissələridir.
b. Dəqiq dəlillər: bunlar hərtərəfli dəlillərin işığı altında fəhm olunur. Və bunlar bir bütövlük təşkil edirsə o zaman “əhkam” (hökmlər) çıxarılır.

Beləliklə əhkamlar dəqiq dəlillərdən asılıdır, dəqiq dəlillər ümumi dəlillərdən asılıdır. Bununla biz usul ul-fiqh elminin əhəmiyyətini anlaya bilərik.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Çər. Yan. 25, 2006 7:22 pm    İsmarış mətni: Sitatla cavab ver

2. Fəsil

Hökmlər 5-dir.

1. VACİB: buna əməl edən əcr alır, bunu tərk edən cəzalandırılır.
2. HARAM: bu vacibin əksidir.
3. MƏSNUN: (məsləhətlidir) buna əməl edən əcr əldə edər, tərk etdiyi halda isə cəzalandırılmaz.
4. MƏKRUH: bu “məsnun” un əksidir.
5. MÜBAH: burda hər ikisi də bərabərdir...

Vacib olan hökmlər iki növdür: fərzül ayn və fərzul kifayə. Fərzul ayna hər bir “mükəlləf” (mənəvi cəhətdən məsul olan), “bəliğ” (yetkin) və “aqil” (şüurlu) əməl etməlidir. Şəriət hökmlərinin çoxu bura aiddir. Fərzul kifayə isə hər fərdin üzərinə vacib olan əməl deyil.

Əgər bir şeydə “məsləh” (xeyir) varsa Allah bizə bunu əmr etmişdir, əgər “məfsədəh” (ziyan) varsa Allah haram etmişdir.

Allahın izn və rüxsət verdiklərinə gəldikdı isə bəzən bunlar yaxşı şeylərə aparır, ona görə də bunlar da əmr olunmuş şeylər sırasına aid edilir. Bəzən isə pisliklərə və şərə gətirir, o zaman bu haram olunmuşlar sırasına aid edilir. Bu səbəblə bu dində böyük bir “əsl”dir. “Əl-Vəsailu ləhə Əhkamul Məqasid” -yəni “Vasitələr üçün məqsədlərinin hökmü vardır. Yəni istifadə olunan vasitənin hökmü əməlin məqsədinin hökmündən asılıdır.

Burdan biz digər bir qaydanı öyrənirik.
“Mə yətimmul Vacib illə bihi fəhuva Vacib”, yəni bir vacibi, fərzi yerinə yetirmək üçün tələb olunan əməllər də vacibdir. burdan çıxış edərək eyni şeyi digər hökmlərə də aid etmək olar. “Məsnun”un tamamlanması üçün gərəkli olan əməllər də məsnundur. Və yaxud məkruha səbəb olan, və ya məkruh olması üçün tələb olunan əməllər də məkruhdur.
_________________
Doğrusunu Allah bilir!


Redaktə edən: ahli-wasat, son redaktə tarixi: Çər. Fev. 15, 2006 10:03 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C.a. Yan. 26, 2006 4:19 am    İsmarış mətni: Sitatla cavab ver

3. Fəsil

Fiqhin üzərində qurulduğu dəlillər 4-dür.
Quran və Sünnət , icma və “əl-qiyasus-sahih” (sağlam və doğru müqayisə) və son iki dəlil özləri də Quran və Sünnətdən qaynaqlanır.


ALLAHIN KİTABI VƏ SÜNNƏT HAQQINDA FƏSİL

Allahın kitabı, əl-Quranul Azim, dillərimizdə oxuduğumuz, “məsahif”də (surətlərdə) yazılmış, və sinəmizdə hifz etdiklərimizdir. “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz O, hikmət sahibi, şükrə layiq olan tərəfindən nazil edilmişdir. (Fussilət, 42)

Sünnətə gəldikdə isə bu Allahın Rasuluna aid ”əqual” (sözləri), ”əfəl” (hərəkətləri) və ”təqrir”dən (təsdiq etdiyi və razılıq göstərdiyi əməllər) ibarətdir.
”Əhkamuş-Şəriah”, Şəriət hökmləri bəzən kitab və sünnətdə mövcud mətnin birdən çox mənaya sahib olmadığı, açıq-aydın, müəyyən bir mənadan çıxarılır.
Bəzən də ”zahiri” mənadan götürülür. ”Zahiri məna” deyildikdə, mətnin ümumi şəkildə həm sözlər, həm də məna etibarı ilə işarə etdiyi məna nəzərdə tutulur.
Bəzən də ”məntuq”dan (aydın və konkret məna) çıxardılır. ”Məntuq” mətnin sözlərinə uyğun hökmə dəlalət edən mənadır.
Və bəzən də hökmlər ”məfhum” (qəsd olunan məna) dan çıxarılır; ”məfhum” ümumi mətn ilə uyğun gələn hökmə işarə edən mənadır; ; ”məfhum”un ”məntuq” ilə eyni olduğu və ya güclü olduğu zaman və ya ”məfhum” ilə ”məntuq” işarə etdikləri məna fərqlərinə görə hökmlərdə fərqlənərsə bu zaman hökmlər ”məfhum”dan çıxarılır; baxmayaraq ki, ”məfhum” ”vəsf” (əlamət) və ”şərt”ə bağlıdır. Bunlar olmadığı zaman hökmlər də fərqlənir.


”Dələləh” (işarələr) Quran və Sünnətdə 3 növdür:
i. ”dələləh mutabiqah”: bu zaman söz bütün mənaları ifadə etmək üçün istifadə olunur.
ii. ”dələləh tadəmmum” bu zaman söz mənaların içindən yalnız birini ifadə etmək üçün istifadə olunur.
iii. ”dələləh iltizam”: bu zaman söz mətnin tələb etdiyi məna üçün istifadə olunur, bu zaman mətn və ya hökm sözün bu mənası olmadan tamamlanmaz.

_________________
Doğrusunu Allah bilir!


Redaktə edən: ahli-wasat, son redaktə tarixi: Çər. Fev. 15, 2006 10:27 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
abdulhalim



Daxil ol: C. Yan. 27, 2006 13:57
İsmarışlar: 4
Şəhər/ölkə: baki/azerbayjan

İsmarışGöndərilib: B.e. Yan. 30, 2006 8:00 pm    İsmarış mətni: Sitatla cavab ver

XƏBƏRDARLIQ 1: İstifadəçi, bu sizə ünvanlanan ilk xəbərdarlıqdır. İstifadəçilərlə şəxsi münasibətlərinizi şəxsi ismarışın köməyilə tənzimləyə bilərsiniz. Forum isə bu məqsəd üçün nəzərdə tutulmayıb. Qaydalara riayət etmədiyiniz halda növbəti 2-ci xəbərdarlığınızı alacaqsınız.
_________________
haqq bir dene olur, 2 dene yox !!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər Yahoo
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C.a. Fev. 16, 2006 12:00 am    İsmarış mətni: Sitatla cavab ver

Fəsil 5.

Kitab və Sünnətdəki əmrlərlə əlaqədar olaraq ”əsl” (fundamental əsas) onların vacibliyini bildirir (yəni mənbələrdə mövcud əmrlər vacibliyə işarə edir və bu bir ”əsl”dir (əsas)). İstisnalar hər hansı bir əmrin mübah və ya müstəhəb olduğuna işarə edə biləcək dəlillərin mövcud olduğu halda edilir. Edilən yasaqların ”əsl”i isə ”təhrim”ə (haram olmasına) işarədir. Yalnız bu yasaqların məkruh olduğunu göstərən dəlillərin mövcud olduğu halda istisnalar edilir.
Sözlərin və mətnlərin ”əsl”i isə onların işarə etdikləri ”həqiqi” mənalarını qəbul etməyin vacibliyini göstərir. ”həqiqi” mənaları ”məcazi” mənalarla üvüz etmək caiz deyildir, yalnız ”həqiqi” mənanı tətbiq etmək mümkün olmadığı halda ”məcazi” mənaya müraciət etməkdə istisna edilir.


”əl-Həqaiq” (həqiqi mənalar, yəni mətn və ya sözdən anlayacağımız ilk mənalar) 3 növdür:
i. ”Şəriyyə” - şəriyətin müəyyən etdiyi məna
ii. ”luğaviyyə” - dilin müəyyən etdiyi məna
iii. ”urfiyyə” - adət-ənənənin, örfün müəyyən etdiyi və ya ümumi qəbul olunmuş məna


Beləliklə ”Şəri” (Qanun verici, Allah) hər hansı hökmü müəyyən etdiyi halda, onu ”şəri” mənasına götürmək lazımdır. Lakin Qanunverən Allah hökm verərsə, hökmü müəyyən etməzsə və lüğəvi mənası ilə kifayətlənərsə onu lüğəvi mənasına götürmək vacibdir. Lakin bu halların heç biri mövcud deyilsə o zaman hökmün mənasını insanların arasında qəbul olunmuş mənaya götürülməlidir. Qanunverən Allah məsələləri adət-ənənəyə götürməyi müəyyənləşdirə bilər, məs: yaxşılığı əmr etmək, zövcələrimiz ilə yaxşı həyat yaşamaq və buna bənzər hallar.


Kitab və Sünnətdə mövcud olan mətnlət iki cür ola bilər: ”aam” (ümumi) və ”xaas” (xüsusi). Ümumi mətnlər tərkibində ”əcnəs” (cinslər), ”ənva” (növlər) və ”əfrad” (fərdlər) olmaqla geniş kateqoriyaları əhatə edə bilər. Mətnlərin əksəriyyəti bu təbiətdədir. Digər mətnlər isə ”xaas”dır, və yalnız müəyyən kateqoriyaları tərkibində daşıyır, növlər və fərdlər. Əgər ”aam” və ”xaas” mətnlər arasında ixtilaf yoxdursa hər biri ayrılıqda müstəqil bir dəlil ola bilər. Lakin əgər belə bir ixtilaf mövcuddursa o zaman ”aam” mətnlər ”xaas” mətnlər ilə xüsusiləşdirilir və sistemləşdirilir.

Mətnlər eləcə də ”mütləq” və ”muqayyad” (məhdud) olaraq iki yerə ayrılır. ”muqayyad” detallı təsvir və səhih məhdudiyyətlə məhdud olur. Beləliklə ”mütləq” ”muqayyad” ilə məhdudlaşdırılır.

Bundan başqa mətnlər ”mucməl” (əhatəli, geniş) və ”mubəyyən” (dəqiq, detallı) olaraq yenə də iki cür müəyyənləşdirilə bilər. Əgər Allah nəyisə bir yerdə geniş mənada qeyd edibsə, və bunu digər yerdə daha dəqiq və konkret mənada izah edibsə, o zaman ”mubəyyən” olana üz tutmaq vacibdir. Quranda mövcud olan hökmlərin çoxu təbiət etibarı ilə ”mucməl”dir, lakin Sünnətdə ”mubəyyən” olaraq izah edilmişdir. Bu zaman Rasulullahın, səllallahu aleyhi və səlləm, ”bəyan”ına müraciət etmək vacibdir, çünki Allah tərəfində aydın izah edən odur.

Eynilə mətnlər ”muhkəm” (yalnız bir mənanı ihtiva edən) və ”mutəşabih” (daha çox mənaya açıq olan) ola bilər. ”mutəşabih” mətnlər ”muhkəm” mətnlərin vasitəsi ilə başa düşülməlidir.

Mətnlərin arasında fiqhdə ”nəsix” (ləğv edən) və ”mənsux” (ləğv edilmiş) adlanan mətnlər də mövcuddur. Quran və Sünnətdə ”mənsux” sayda azdır. Əgər hər biri ilə öz şərtlərinə uyğun əməl etməklə iki mətnin arasını bir yerə gətirmək mümkündürsə, o zaman bunu etmək vacibdir (yəni iki fərqli mətnlər mövcuddursa və lakin bu mətnlərdəki hökmlər ayrı-ayrı vəziyyətlərə görə fərqlənirsə və bu vəziyyətlərə uyğun olaraq hər bir mətnə ayrılıqda sərbəst olaraq əməl etmək imkanı varsa bu mətnləri bir araya gətirmək, onlar üçün ortaq məxrəci tapıb ortaya çıxarmaq vacibdir). Bir mətn ”mənsux” ola bilməz, yalnız iki haldan başqa; Allahdan gələn açıq aydın nəsx (ləğv) edici mətnin mövcud olduğu halda və bir-birinə acıq-aydın zidd iki səhih mətn mövcud olduğu halda. İkinci halda daha gec gələn mətn daha əvvəlki mətni nəsx edir. Lakin, əgər hansının əvvəl və hansının daha sonra gəldiyini müəyyən etmək mümkün deyilsə o zaman ”tərceh”in (bir mətnə digər mətnə nisbətdə üstünlük vermək) başqa vasitələrindən istifadə olunur. Misal üçün; əgər peyğəmbərin, səllallahu aleyhi və səlləm, sözləri ilə onun əməlləri arasında açıq.aşkar ziddiyət varsa, bu zaman onun sözlərinə üstünlük verilir. Çünki onun sözləri bu Ümmət üçün ya əmrdir ya da yasaq, lakin bu zaman onun əməli yalnız onun özünə xas olan bir hökm kimi şərh olunur. Beləliklə ”xəsais” (peyğəmbərə, səllalahu aleyhi və səlləm, xas olan hökmlər) əslində bu ”əsl”ə əsaslanaraq ortaya çıxır.

Eləcə də peyğəmbər, səllalahu aleyhi və səlləm, hər hansı bir ibadəti edərsə, lakin onu əmr etməzsə bu zaman onun bu əməlinin müstəhəb olduğu hökmü çıxarılır. Əgər o hər hansı bir əməli bir adət, ənənə olaraq edərsə, bu bu əməlin mübah olduğuna işarədir.
Peyğəmbər, səllalahu aleyhi və səlləm, hər hansı bir sözü və ya əməli təsdiq edərsə o zaman bu ”ibəhə” (caizlik) hökmlərindən birinə aid edilir.

_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: C.a. Fev. 16, 2006 1:10 am    İsmarış mətni: Sitatla cavab ver

Fəsil 7.

”İcma”ya gəldikdə; bu müctəhid alimlərin razılıq verdikləri hökmdür. Hər hansı bir hökmdə icmanın olduğuna yəqin olduğumuz zaman onunla əməl etmək vacibdir, ona müxalif olmaq isə haramdır. İcmanın Quran və Sünnətə əsaslanması vacibdir.
”qiyasus-sahih” ilə əlaqədar olaraq: bu köməkçi hissənin kök ilə aralarında tapılan adi ”illəh” (təsir edici səbəb, bağ) səbəbi ilə birləşdirilməsi və ya bir araya gətirilməsinə deyilir. Yəni Allah hər hansı bir şey barəsində hökm verərsə və bunu müəyyən bir ”vəsf” (özəllik) ilə təsvir edərsə; və ya alimlər hər hansı bir məsələdə verilmiş bir hökmün müəyyən bir ”vəsf” ilə əlaqəli olduğunu müəyyən edərlərsə, və sonra məhz eyni ”vəsf” Allahın barəsində heç bir hökm vermədiyi digər bir məsələdə də tapılarsa -bununla və mətnlər arasında heç bir fərq olmadığı halda-bu zaman hər iki məsələ eyni hökm altında bir araya gətirilir. Çünki Allah özəlliklərində eyni olan məsələlər arasında fərq qoymur, eləcə də fərqli və ziddiyətli məsələləri də eyniləşdirmir.

Bu səhih və doğru qiyas Allahın nazil etdiyi ”əl-Mizən”dir (tarazlıq). Bu ədalətin bir hissəsidir və ədalət bununla tanınır.

Qiyas hər hansı bir mətnin mövcud olmadığı halda baş vurulur. Beləliklə bu ”əsl”ə digər heç bir mənbə olmadığı halda müraciət olunur. Və qiyas mətni təsdiq edir. Buna görə də Allahın haqqında hökm verdiyi bütün mətnlər qiyas ilə razılıq halındadır, onun ziddinə deyildir.



Fəsil 8.

Usul alimləri Kitab və Sünnətdən bir çox ”usul” (”əsl”lər, fundamental əsaslar) ortaya çıxarmışlar. Onlar bu ”usul”ların vasitəsi ilə çoxlu hökmlər vermişlər, və bununla həm özləri, həm də digərləri faydalanmışdır.

Bu ”usul”lardan:

1. ”əl-yəqin lə yəzulu biş-şəkk” (yəqinlik şübhə ilə aradan qalxmaz)
Bu ”usul” əsasında bir çox ”ibadət”, ”muamələt” (sosial münasibətlər) və ”huquq” (haqqlar) daxil etmişlər. Kim bu məsələlərdən hər hansı birində şübhəyə sahibdirsə, bu halda yəqinlik ”əsl”inə müraciət etməlidir. Bu ”usul”dan digər qaydalar da öz əsasını tapır: ”əl-əslut-taharah fi kulli şey” (bütün şeylərin əsası onların təmiz hökmündə olduğudur) və ”əl-əslul-ibəhəh illə mə dalləd-dəlilu alə nəcasətihi əv təhrimihi” (”əsl” istənilən şeyin istifadəsinin halal olduğudur, yalnız onun natəmiz və ya haram olduğuna işarə edən dəlil olduğu hal istisnadır).


2. ”əl-məshəqah təclibut-taysir” (çətinlik və ya əziyyət asanlığa səbəbdir)
Buna əsaslanaraq səfər zamanı bütün rüxsətlər caizdir, bura ibadətlərin asanlaşdırılması, muamələt və digər məsələlər də aiddir.


3. ”lə vacib məəl-əcəz və lə muharram məəd-darurah” (imkansızlıqda vacibiyyət yoxdur, zərurətdə isə haram)

Allah ümumilikdə bizlərə bacarmadığımız şeyləri vacib etməmişdir. Əgər Allah bir şeyi vacib qılmışdırsa və bəndə buna əməl etmək imkanına sahib deyilsə onda məsuliyyət onun üzərindən götürülür, bununla belə əgər o bunun bir hissəsinə əməl etmək imkanına sahibdirsə o zaman ona əməl etməsi vacibdir, qalan hissəsi ilə əlaqədar məsuliyyət üzərindən qaldırılmışdır. Buna aid çoxlu misallar mövcuddur.

Eləcə də məxluqatın ehtiyac duyduğu şeylər haram edilməmişdir. ”Xəbəis”ə (şər işlər) gəldikdə isə Allah onları haram etmişdir, lakin əgər qulun buna (zərurət səbəbi ilə) ehtiyacı varsa, onda onun istifadəsinə görə ona günah yoxdur. Çünki zərurət sabit edilmiş və haram edilmiş işləri caiz edir. Və zərurət şərri azaltmaq üçün ehtiyacın səviyyəsinə görə ölçülür. Beləliklə zərurət haram edilmiş yemək, içki və başqa şeylərin istifadəsinə cəvaz verir.



4. ”əl-umuri bi məqasidihə” (məsələlər motivlərinə görə hökm olunur)
Buna aid olanlar ”ibadətlər” və ”muamələt”lərdir. ”hiyəl”lərin (hərbi hiylə və vasitələr) qadağan olunması bu əsasa bağlıdır. Eləcə də ”kinayət” (kinayə) sözlərlə müraciət etməyin ”sarih” (açıq-aydın) olması bu əsasla bağlıdır. (çünki kinayə motivindən asılı olaraq izah olunur) Bunun formaları təbii ki, çoxdur.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ahli-wasat



Daxil ol: Ş. Noy. 26, 2005 01:58
İsmarışlar: 394

İsmarışGöndərilib: Ş. Fev. 25, 2006 3:37 am    İsmarış mətni: Sitatla cavab ver

5. "Yuxtəru aləl-məsləhəteyn və yərtəkəb əxafəl-mufsadateyn indat-tazahum" (iki xeyrdən ən xeyrlisini seç və iki zərərdən ən az zərərli olanı qəbul et!) Bu əsl üzərində böyük məsələlər qurulmuşdur. Və əgər xeyr ilə ziyan bərabər dərəcədədirlərsə, o zaman bu əslə uyğun hərəkət edilir: "darul-məfəsid uvlə min cəlbil-məsəlih" (ziyanın qarşısını almaq xeyrdən faydalanmaqdan önəmlidir)


6. Bu böyük prinsiplərdən biri də: "Lə tutimmul-əhkəm illə bi vucudi şurutihə və intifə məvaniihə" (hökmlər şərtlətin olmadığı halda və maneələrin aradan qaldırılmadığı halda hazır deyildir)
Bu çox əzəmətli əsldir, bunun üzərində məsəildən, əhkamdan və digər məsələlərdən çox əsaslar qurulmuşdur. Beləliklə hər hansı bir "ibadət" və "muamələt" və ya haqqların tamamı üçün tələb olunan şərt mövcud deyilsə o zaman hökm səhih deyildir və tətbiq oluna bilməz. Və eyni ilə əgər zikr olunanların tamamı üçün "məvanih" (maneələr) mövcuddursa hökmlər səhih deyildir və tətbiq olunmaz.
"ibadət" və "muamələt"in şərtləri ibadət və muamələtin səhihliyinin asılı olduğu bütün məsələlərdir. Bu şərtlər "Şəriətin" diqqətlə və detallı öyrənilməsi zamanı bilinir. Bunun köməyi ilə faqihlər bütün"fəraiz"ləri (fərzləri) və onların şərtlərini müəyyən edə bilmişlər. Eynilə muamələt üçün "şurut" və "məvanih"i müəyyən edə bilmişlər.


7. Və burdan digər əsl ortaya çıxır: "əl-hukm yuduru məə illətihi tsəbutən və adəmən" (Hökm həm təsdiqi, həm də ləğvi üçün öz illəti (təsir edici səbəb) ətrafında dövr edər (yəni öz illətindən asılıdır)
Əgər Şəriətin müəyyən bir məsələdə həmin məsələyi illətə ("illətut-taməh" (tam illət) aid etmişdirsə, bu illətin mövcudluğu zamanı hökm də mövcuddur, illətin mövcud olmadığı zaman hökm də tətbiq olunmaz.
_________________
Doğrusunu Allah bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> SİZİN MÖVZU Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.