Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B.e. Dek. 26, 2005 11:12 pm İsmarış mətni: Qadın fitnədir.
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Qadın fitnədir. - yaxud zinadan qorunmağın yolları -
Uca Allah insanı imtahanlar və sınaqlar dünyasında yaratmaqla, bütü çətinliklərə, fitnələrə rəğmən Ona təslim olanları Cənnətlə müjdələmiş, asi olanları isə Cəhənnəmlə qorxutmuşdur. Şübhəsiz ki, bu məslədə düşünənlər üçün böyük hikmət var. Bu barədə Qurani Kərimdə Allah belə buyurmuşdur:
" həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik. " (Quran, Məryəm, 19:63) "Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə,
Həqiqətən, onun yurdu Cənnətdir! " (Quran, Naziat, 79:40,41)
Və Uca Allah Cəhənnəm əhlinin əhvalından xəbər verərək, buyurur:
"Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar). " (Quran, Məryəm, 19:59)
Həmçinin:
"Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına görə budur onların cəzası - Cəhənnəm! " (Quran, Kəhf, 18:106) "Kim (dünyada) azğınlıq etmişsə,
Dünyanı (axirətdən) üstün tutmuşsa,
Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!" (Quran, Naziat, 79:37,39)
Beləliklə, ayələrdən də aydın olduğu kimi, müsəlman Allahın qoyduğu qanunlara qeydsiz, şərtsiz tabe olmalı, Onun qəzəbinə düçar olacaq şeyləri isə tərk etməli, onlardan uzaqlaşmalıdır. Çünki bilməlidir ki, Allah yolunda görülən işi hökmən mükafat gözləyir:
"Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!)" (Quran, Ənkəbut, 29:69)
Bəşəriyyətin mövcudluğundan etibarən sınaq olaraq, göndərilən fitnələrdən ən təhlükəlisi qadın fitnəsidir. Belə ki, bu barədə Peyğəmbərimiz (səlləlləhu əleyhi və səlləm) bildirmişdir:
"Özümdən sonra kişilər üçün qadından böyük fitnə qoyub getmədim" (Buxari 5096, Müslim 2740)
İstər tarixə nəzər saldıqda, istərsə də günümüzdə müsəlmanların bu fitnəyə (qarışıq məkanlarda, internetdə, televizor vasitəsilə, kütləvi nəqliyyat vasitələrində, kafelərdə, restoranlarda və s. və i.) düçar olduqlarını, şeytanın vəsvəsəsi və nəfsin istəyi ilə hətta böyük günhalardan olan zinaya qədər davam etdiyini görürük.
Aşağıda müsəlman qardaşlarımızı riaət etdikləri halda bu fitnədən uzaq olmasına kömək edə biləcək, bir neçə qaydanı sadalamaq istərkdik: Uca Allahdan müsəlmanları doğru yoldan ayırmamağını diləyirik:
1. Allaha iman etmək, Allahdan qorxmaq.
İnsanda olan Allaha iman və Allah qorxusu, onun nəfsinin haram istəklərinə qarşı qoruyucu klapan rolunu oynayır.
Müsəlmanın Allahın gözəl adlarını və sifətlərini bilməsi, onlar haqqında düşünməsi doğrudan da bu baxımdan çox faydalıdır. Şübhəsiz ki, Allahın Hər Şeyi Bilən, Hər Şeyi Eşidən, Hər Şeyi Görən, Hər Şeyi Əhatə Edən Olduğunu bilən, bu barədə tez-tez düşünən müsəlman istər gizlində, istərsə də açıq-aşkar günah etməkdən çəkinəcək, nəfsinin buyurduğu haram əməllərdən bacardıqca uzaq duracaqdır;
2. Baxışları haram olandan çəkindirmək.
Haram olan şeyə baxmaq, qəlbdə pis fikirlərin yaranmasına, pis fikirlər pis istəklərə, pis istəklər pis qərarlara, pis qərarlar isə pis (qadağan olunmuş) əməllərə meydan verir. Baxışlar və əməllər arasındakı əlaqəni aydınlaşdıran bu ayəyə diqqət edin:
"(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! " (Quran, Nur, 24:30)
İbn Kəsir (rəhimullah) bu ayənin təfsirində bildirmişdir: " Bu ayə möminlərin haram olan şeylərə yox, yalnız halal olana baxmaları haqqında Allah tərəfindən nazil olmuşdur. Əgər kiminsə gözü təsadüfən harama sataşırsa, müsəlman həmin andaca gözünü ondan çəkməlidir".
3. Pis şeylər haqqında fikirləşməmək.
Pis fikirlər qəlb üçün təhlükəlidir. Əgər müsəlman bu fikirləri beynindən qovmursa, onlar pis istəklərə, pis istəklər pis qərarlara, pis qərarlar isə haram əməllərə gətirib çıxarır. Ona görə də hətta ani olaraq belə fikirlər beyninə girən müsəlman bu fikirləri sıxışdırıb çıxarmaq üçün, gərgin şəkildə, yaxşı, halal şeylər haqqında fikirləşməli, Allahı çoxlu zikr etməlidir.
4. Evlənmək.
Abdullah ibn Məsuddan (Allah ondan razı olsun!) rəvayət olunur ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) demişdir: " Sizdən kimin evlənmək imkanl varsa, qoy evlənsin. Kimin də ki, imkanı yoxdur, qoy oruc tutsun, həqiqətən bu onun üçün qalxandır." (Buxari, 5065);
5. Oruc tutmaq.
Yuxarıda qeyd olunan hədisə əsasən görürük ki, Peyğəmbərimiz(səlləlləhu əleyhi və səlləm) evlənmək imkanı olmayan müsəlmanlara oruc tutmağı məsləhət görür.
Əl-Qurtubi demişdir: İnsan nə qədər az yeyirsə, onun nəfsinin istəkləri də bir o qədər zəifləyir. Nəfsinin istəkləri zəiflədikcə isə o, günahlardan bir o qədər uzaqlaşır;
6. Pis yoldaşlardan uzaq olmaq.
Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) demişdir:" İnsan öz dostunun yolu ilə gedir, odur ki, dostlarınıza fikir verin." (Əbu Davud,8443, əl-Albani hədisin Abi Davudda, 4046 hədisi həsən qeyd etmişdir);
7. Fitnə olan yerlərdən uzaq olmaq.
Məlumdur ki, yaşadığımız cəmiyyət müxtəlif və çoxsaylı fitnələrlə doludur. Müxtəlif tipli kütləvi informasiya vasitələri, televiziya, radio, internet, restoran və kafelər və s. və i. Bütün bunlardan yalnız zərurət halında, həddi aşmamaq şərtilə istifadə, yaxud əgər mümkündürsə heç istifadə etməmək dinimizdən uzaqlaşmamaq baxımından daha xeyirlidir;
8. Yaşayış məkanlarını qəbristanlığa bənzətməmək.
Elə edin ki, eviniz sizə günahları yox, Allahı, Ona ibadəti xatırlatsın. Əgər məkan(ev, otaq) günahlarla bağlıdırsa, bu müvafiq olaraq, hər dəfə ora daxil olanda həmin xatirələrə, pis xatirələr isə pis əməllərə yol açacaqdır. Odur ki, müsəlman çalışmalıdır ki, evini bacardıqca yaxşı əməllərlə doldursun. Belə olduğu halda ordakı Mushaf oxuduğu Quranı, nafilə və gecə namazlarını, riayət etdiyi Sünnələri ona xatırladacaq, bu da onun yaxşı əməllərələ bağlılığını artıracaqdır. Yaxşı əməllər isə pislikdən çəkindirən əsas silahdır. Və beləliklə, insan nəfsinin haram istəklərindən tədricən uzaqlaşacaqdır;
9. Zamanı mümkün qədər çox Allaha ibadət və itaət üçün istifadə etmək.
Vaxt, zaman Allahın insanlara bəxş etdiyi ən gözəl nemət olsa da, bir çox insanlar onu lazımi kimi qiymətləndirmir, ondan lazımi kimi istifadə etmirlər. İbn Abbasdan(Allah ondan razı olsun!) rəvayət olunur ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) demişdir: "Bir çox insanın kifayət qədər qiymətləndirmədiyi iki nemət var: Sağlamlıq və boş vaxt." (Buxari, 6412) ;
10. Axirət həyatını xatırlamaq.
Cənnəti, xüsusən də Cənnət məxluqlarından olan huriləri, onların xüsusiyyətlərini xatırlamaq müsəlmanı günahlardan çəkinməyə sövq edir. Belə ki, Axirəti düşünən müsəlman dünya həyatının, dünya ləzztlərinin əbədi olmadığını və onlara uymaqla, daha böyük, qat-qat əhəmiyyətli mükafatı itirməkdən çəkinəcəkdir.
Uca Allahdan bizi açıq və gizli fitnələrdən qorumağı diləyirik. Həmd yalnız Aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Euzi Billehi Minesh Sheytanir Recim, Bismillahir Rehmanir Rehim.
ALLAHIN SALAMI butun Muselman/Momin Baci/Gardashlarima olsun.
Humeyra Baci. Allah Senden Razi olsun. ALLAHIN izni Senin yazdiglarinla chox shey oyrendik. Amma Senden bir Xahishim var. Yazirsiz ALLAHIN gozel adlarini ve Sifetlerini bilmek. ALLAHIN gozel adlarini, 99 adini bilirem, amma Sifetleri hagda xahish edirem achiglama vererdiz. Allah RZASI UCHUN. _________________ Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1205
Göndərilib: B. Yan. 01, 2006 7:12 pm İsmarış mətni:
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
AsSalamu alaikum.
Allah Taala sizdən də razı olsun, qardaş...Ameen!
İnşaAllah bu yaxınlarda Tövhid bölməsində Əsma-ul-Hüsna haqqında ətraflı məlumat yerləşdirəcək.
Hələlik isə asan dillə başa salmağa çalışacam. Məsələn, hamı bilir ki, Allah Taalanın 99 gözəl, qüsursuz adı var. Bu adlardan biri ər-Rəhmandır. Bəndələrinə qarşı Rəhman olmaq isə Allahın xüsusiyyətidir, sifətidir. Ər-Rəhman adı yalnız Allaha məxsusdur, müsəlman övladlarıni belə adlandıra bilməz. Amma o oğluna Rəhman adı qoyursa, burda problem yoxdur. İnşaAllah, qısa da olsa, anlayışınız oldu hələlik. Dəlillərlə geniş şəkildə isə yaxın günlərdə müvafiq mövzu forumumuza yerləşdiriləcəkdir, Allahın iznilə.
Daxil ol: Ş. Sen. 10, 2005 08:42 İsmarışlar: 139 Şəhər/ölkə: Baku, Azerbaijan
Göndərilib: C. Yan. 06, 2006 9:05 am İsmarış mətni: ALLAHIN GOZEL ADLARI
Euzi Billehi Minesh sheytanir Recim, Bismillahir Rehmanir Rehim.
ALLAHIN SALAMI butun Muselman/Momin Baci/Gardashlarima olsun.
Humeyra Baci, Allah Senden razi olsun. Allah Seni cennetle mujdelediklerinin yoluna yoneltsin ve bir daha o yoldan ayirmasin. AMIN! ALLAHIN gozel adlarindan biri ER-REHMAN, dua etdikde YA REHMAN deye cagirmag lazimdir yoxsa YA ER-REHMAN? _________________ Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.
Humeyra
Fitnədən qorunmanın yolu haqda yazın çox səviyyəli və sistemli yazılıb. Belə yazılar yazmağa davam etmən yaxşı olardı. Səni bu işə müvəffəq qılan Allaha həmd olsun.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.