.:: Azerislam.com Forum ::. Forumun ana səhifəsi .:: Azerislam.com Forum ::.
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18)

 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Ramazan ayının fəzilətləri

 
Yeni mövzu aç   Cavab göndər    .:: Azerislam.com Forum ::. Forumun ana səhifəsi -> RAMAZAN
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 172

İsmarışGöndərilib: C. Okt. 08, 2004 7:01 pm    İsmarış mətni: Ramazan ayının fəzilətləri Sitatla cavab ver

Bismillahirrahmanirrahim

Hörmətli müsəlman qardaşlar və bacılar. Çoxumuz bilirik ki, Ramazan ayı ən xeyirli və fəzilətli aylardandır. Bu ayın başqa aylara müqayisədə bəzi fəzilətləri və üstünlükləri vardır. Bunlar çoxdur amma ən əsaslarından isə;
1. Bu ayda Qurani Kərim (bütün müsəlmanların hökm edə biləcək, yeganə nicat yolu tapa biləcəkləri qüsursuz kitab) nazil olmuşdur.
2. Məhz bu ayda, Peyğəmbərimiz (S.A.S) peyğəmbərlik (elçilik) almışdır.
3. Bu ayda, ən məşhur sayılan Bədr döyüşündə müsəlmanlar məhz Allahu Təalanın köməyi ilə müşrikləri yenmişdilər.
4. Bu ayda Məkkənin fəthi olmuşdur.
5. Bu ayda elə bir gecə varki, həmin gecədə olunan ibadət, 1000 ayda olunan ibadətdən üstün və xeyirlidir. Bu, Qədr gecəsidir.
6. Bu ayda cənnətin qapıları açılır və cəhənnəmin qapıları bağlanır.
7. Bu ayda, şeytanlar qandallanırlar (bağlanırlar).

Bu ayın fəzilətlərindən çoxunu saymaq olar. InşAllah bu ay boyunca, bu müqəddəs ayın fəzilətlərindən və bu ayda edə biləcəyimiz ibadətlər haqqında yazaq.

Allah cümləmizdən razı olsun!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 172

İsmarışGöndərilib: C.a. Okt. 14, 2004 7:26 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismillahirrahmanirrahim
Hörmetli müsəlman qardaş və bacılarım!
Ramazan ayının daxil olması münasibəti ilə sizləri təbrik edirəm və sizə bir neçə nəsihət yazmaq istərdim. Allahdan diləyirəmki, bizə, bunlara riayət etməkdə kömək olsun.
Hər bir müsəlman, Allaha etdiyi ibadətdən çəkinməli deyil, bunu səmimi qəlbdən və ixlasla etməlidir. Eləcə də ibadət mövsümlərindən fürsəti əldən verməli deyil. Müsəlman, belə mövsümlərə hazırlıq və necə deyərlər planlı olmalıdır. Xeyir və savab işlərə can atmalıdır, belə əməllər etməyə tələsməlidir, sanki yarışırlar kimi. Allahu Təala, möminləri xeyirli əmələ tələsməyə çağırır və Əl-Mutəffifun surəsinin 26-cı ayəsində belə buyurulur:
((…Qoy yarışanlar, onun üçün yarışsınlar!))
Ona görə də, əziz müsəlman qardaş və bacılarım, xeyirli əməlləri etməkdə yarışaq və Ramazan ayına hazır olmaq üçün belə edək;
1. Dua edək ki, Ramazan ayında Allah bizə sağlamlıq və qüvvət versin. Ibadətləri yerinə yetirməkdə çətinlik çəkməyək deyə və Allah bizə, bu müqəddəs ayı xeyirli bitirməyi nəsib etsin. Rəvayətə görə Peygəmbərimiz (S.A.S), Rəcəb ayı girərkən belə deyərdi: “Allahım, Rəcəb və Şaban ayını bizə bərəkətli et və bizi Ramazan ayına yetişdir!)) – Əhməd və Təbərani rəvayət etmişdir. Ramazan ayı girərkən isə belə dua edin: ((Allahu Əkbər, bu ayı bizə əmin-amanlıqla və imanla gətir, salamatçılıq və Islamla gətir, sənin sevdiyin və razı qaldığın əməlləri etməyə bizi muvəffəq et))
2. Ramazan ayının daxil olmasına və bizlərə hələ də sağ-salamat bu ayı qarşılamaq nəsib olduğuna şükr və həmd etməliyik. Müsəlman şəxs, xeyir iş olduqda və ya bədbəxtçilik aradan qalxdıqda Allaha şükür etməlidir. Bu mübarək aya yetişməyimiz isə Allahın bizə nəsib etdiyi böyük nemətdir və buna layiq olaraq Allaha şükr etməliyik.
3. Bu müqəddəs ayın daxil olmasına sevinməliyik və bir-birimizi təbrik etməliyik. Peygəmbərimiz (S.A.S) ramazan ayı daxil olarkən səhabələrini müjdələyərək belə deyərdi: “Ramazan ayı gəldi sizin üçün, Ramazan ayı mübarəkdir, Allah sizə oruc tutmağı əmr etdi, bu ayda cənnətin qapıları açılır və Cəhənnəmin qapıları bağlanır” – Əhməd rəvayət etmişdir.
4. Bu aya möhkəm iradəylə, ruh yüksəkliyi və tam hazırlıqla başlamalıyıq. Bizlərdən çoxumuz, dünyada görəcəyimiz işlər üçün qabaqcadan əməlli hazırlaşırıq, dəqiq plan qururuq, amma heyifslər olsunki, ibadət üçün və bu müqəddəs mövsümlər üçün düzgün plan qurmuruq. Ibadətləri düzgün etmək üçün dəqiq hazırlaşmırıq. Müsəlman bu ayda özünü tərbiyə etmək üçün və təmizləmək üçün yaxşı hazırlaşmalıdır, axirəti üçün dəqiq plan qurmalıdır. Bu müqəddəs ay, sanki Allahu Təala ilə müsəlman arasında hazırlanmış görüş kimidir və biz buna necə hazırlıqsız ola bilərik?! Bu ayda namazları vaxtında qılmağı, gecə namazlarını, Quran oxumaği və sair kimi ibadətləri davam etdirməliyik.
5. Bu aya, sidq ürəkdən və ixlasla başlamalıyıq ki, Allahu Təala da bizə kömək olsun.
6. Bu ayı necə qarşılamağı, ibadətləri necə düzgün etməyi və orucun necə düzgün olmağını qabaqcadan öyrənməliyik. Müsəlman belə əməllərdə səhv etməmək üçün bunları öyrənməlidir və buna görə ya lazımı kitablardan oxumalı, ya da elm sahiblərində soruşub tam dəqiqliyi ilə öyrənməlidir. Əməli və ya ibadəti tam başa düşərək və qüsursuz etməliyik ki, Allahu Təala da bizdən onu qəbul etsin.
7. Eləcə də, bu aya tövbə ilə başlamalıyıq. Bütün pis əməllərdən və günahlarımızdan Allaha tövbə etməliyik. Bu aya başlamaqla pis və çirkin əməllərdən uzaq olmağa qərar verməliyik.
8. Bu ay boyunca, hər gün özümüzü sabahkı ibadətlərə hazırlamalıyıq. Elə etməliyik ki, ibadətlərimizi eyni şəkildə davam etdirək, Ramazan ayı bitincə ruhdan düşməyək, yorulmayaq, tənbəllik etməyək.
Sonun da isə, əziz müsəlmanlar, bu ayı təzə ağ vərəq açmış kimi başlayın. Pis əməllərinizdən tövbə edərək, onlardan əl çəkin. Allaha layiqincə ibadət etməyə hazır olun və hər zaman xeyirli işlər görməyə çalışın.
- Valideynlərə, evdəkilərlə, həyat yoldaşı və uşaqlarla gözəl davranın.
- Ətrafınızdakılarla, qonşularla, işdəkilərlə gözəl davranın, həmişə kömək etməyə can atın.
- Pis iş edən gördükdə onu çəkindirik, nəsihət verin. Oruc və ibadət etməyi başqalarına anladın. Belə kitablarınız varsa başqalarına və bilməyənlərə oxumağa verin.
- Oruc tutanlara iftar verin, yeməyə dəvət edin.
- Kimsəsiz və imkanzıslara sədəqə verin, əl tutun… və sairə…

Allah sizdən razı olsun və Allah ibadətlərimizi qəbul etsin. Amin!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
teymurlang



Daxil ol: Çər. May 18, 2005 20:26
İsmarışlar: 46
Şəhər/ölkə: baki

İsmarışGöndərilib: Çər. Noy. 02, 2005 5:10 pm    İsmarış mətni: Sitatla cavab ver

- Mənbəsi qeyd olunmamış yazılar silinir. Diqqətli olun. (!)
_________________
Inna lilahi ve inna ilayhi Rajiun
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər    .:: Azerislam.com Forum ::. Forumun ana səhifəsi -> RAMAZAN Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran