Sizlərə Ömər Sevinçgülün "Kulluğum Sultanlığımdır" adlı kitabını hissə-hissə tərcümə edib təqdim etmək istəyirəm.
İnşAllah bu yazı imanı olmayanların imana gəlməsində, olanların isə imanının güclənməsinə kömək edər. Amin!
Göndərilib: C.a. Sen. 15, 2005 11:02 pm İsmarış mətni:
Alın yazısı bir əzəl sirridir.
Bir hadisələr okeanında yaşayırsan. Bir təzada bax! Hər yanda bir yaradılış, bir qaynaşma, bütünləşmə və ardından yıxılma, dağılma, məhv olma və yenidən yaranma hərəkətləri var.Daima bəziləri gəlir, bəziləri isə gedir. Amma bu aləmdəki ahəng heç vaxt pozulmur. Hər varlıq və hər yoxluq, qurulmuş nizamın yıxıcısı deyil, tamamlayıcısı olur.
İndi özün özündə sual ver! Bu ahəng bir elmin nəticəsidir, yoxsa təsadüfün? Sən kainata atılmış bir daşmısan? Təsadüfənmi doğulursa və ölürsən?
Bilirsən ki, hər bir əsər bir planın nəticəsidir. Memar bir bina tikəcəksə, qabaqcadan planını hazırlayar. Hər bir cihazın ilk addımı lahiyədir. Şair şerini, ressam portreti və yazıçı romanını zehnində hazırladıqdan sonra meydana gətirir.
Kainat və içindəki hər bir varlıq möhtəşəm bir saraya, ahəngli bir ədəbi əsərə, mükəmməl bir portretə, çalışan bir cihaza bənzəmirmi? Bunların plansız, proqramsız və lahiyəsiz yaradıldığını söyləməyə imkan varmı?
Sadə bir məktub belə, ilk əvvəl insanın zehnində formalaşır, sonra kağıza köçürülərkən; çiçəkləri, yarpaqları, meyvələri və budaqları ilə möhtəşəm bir sənət əsəri olan ağacın təsadüfən meydana gəlməsini söyləmək mümkündürmü? Əlbəttə bu aləmin bir ilahi planı var. Adı alın yazısıdır.
Göndərilib: C.a. Sen. 15, 2005 11:06 pm İsmarış mətni:
Hər şey alın yazısı ilə hifz edilmişdir...
Bir ölçüyə görə şəkillənirik.Gözün böyüklüyü, dilin uzunluğu, başın ağırlığı, belin incəliyi və digər üzvlərimizin ölçümü görünməz bir sirr cizgisinə boyun əyir. Vücudumuzdakı atomları, müəyyən səddlərdə tutan bir qüvvə var. Atomların bu şüura sahib olmadığını bilirik. Bu işdə bizim də rolumuz yoxdur. Hüceyrəyə genetik kodu özümüz qoymadıq. Genlərdəki bilgiləri oxuyaraq o plana görə vücudumuzu inşa etmədik.
Bu ölçmə və öçüyə görə yaratma işi hədsiz bir elmin, iradənin və qüdrətin nəticəsidir.
Bəs, səncə bu xüsusiyyətlər kimə aid ola bilər?
Elmin inkişafı ilə alın yazısını anlamağımız daha da asanlaşdı. Artıq hüceyrədəki genlərin möhtəşəm bir plan nümunəsi olduğunu bilirik. Yumurtalar, toxumlar, tumlar və nütfələr alın yazısının bir səyfəsi kimidir.
Ağac bu alın yazısı proqramına görə böyüyür, heyvan bu möhtəşəm plana görə şəkillənir və insan o tək hüceyrədəki öçülər işığında böyüyür.
Redaktə edən: Fronder, son redaktə tarixi: C.a. Sen. 15, 2005 11:41 pm, cəmi 1 dəfə
Göndərilib: C.a. Sen. 15, 2005 11:12 pm İsmarış mətni:
Alın yazısının qavramları.
Alın yazısı məsələsində 3 təməl qavram var: Alın yazısı, qəza və iradə. Alın yazısı Allahın hər şeyi bilməsi və yazmasıdır. Başqa sözlə, kainatın plan və proyektidir. Olmuşlar, olanlar və olacaqlar “alın yazısı†dəftərində mövcuddur.
Qəza yazılanın baş verməsidir. Başqa sözlə, alın yazısındakı bir hökmün gerçəkləşməsidir. İradə isə, insanlardakı seçmək qüvvəti, önündəki imkanlardan birinə üstünlük vermək qabiliyyətidir.
Misal olaraq, mənim harada, nə zaman nə edəcəyim yazılmışdır. Bu oxumaqda olduğunuz sətrləri yazmaq da alın yazımda varmış. Yazdığım anda bu hökm gerçəkləşdi. Yazmaq və ya yazmamaq barəsində bir tərəddüt keçirdikdən sonra yazmağa qərar verdim ki, bu da iradəmi göstərir. “Allah olancaqları bilir, alın yazısında yazılan qəza olacaq, əldən nə gəlir†deyib məsuliyyətdən qurtula bilərikmi?
Heç vaxt!
Allah, alın yazısını məqbul edərkən insanın nəyə üstünlük verəcəyini bilmiş və ona uyğun yazmışdır. “Bilmək†isə “etmək†demək deyil. Çünki bir hərəkətin baş verməsi üçün İlahi elmin yanında iradənin və qüdrətin olması da lazımdır. Əgər Allah, insanın alın yazısındakıları bilərkən iradə də etsəydi, o zaman qulun edə biləcəyi bir iş qalmazdı.
Redaktə edən: Fronder, son redaktə tarixi: B.e. Sen. 19, 2005 10:10 am, cəmi 1 dəfə
Göndərilib: C.a. Sen. 15, 2005 11:17 pm İsmarış mətni:
İki cür alın yazlısı...
Alın yazısını iki yerə ayıra bilərik: İstək xaricindəki alın yazısı və istəyə bağlı alın yazısı.
İstək xaricindəki alın yazısına biz heç cürə təsir edə bilmirik. O, tamamən iradəmiz xaricindədir. Dünyaya gələcəyimiz yer, anamız, atamız, şəklimiz, bacarıqlarımız məcburi tabe olduğumuz alın yazısıdır. Bunların heç birinə özümüz qərar vermirik. İstək xaricindəki alın yazısına da cavabdeh deyilik.
İkinci növ alın yazısı isə, bizim üstünlük verdiklərimizlə yaxından bağlıdır. Biz nəyə qərar verəcək, nə edəcək olduğumuzu Allah əzəli elmi ilə bilmiş və o cür məqbul etmişdir.
Qəlbimiz döyünür, qanımız təmizlənir, hüceyrələrimiz böyüyür, çoxalır və ölür. Bədənimizdə bizim bilmədiyimiz bir çox proseslər gedir. Bunların heç birini edən biz deyilik. Yuxuda olduğumuz zaman belə bu cür fəaliyyətlər davam edir.
Amma bunu da cox yaxşı bilirik ki, öz istəyimizlə etdiyimiz işlər də var. Yemək, içmək, danışmaq, yerimək kimi hərəkətlərə qərar verən bizik. Zəyif də olsa bir iradəmiz, az da olsa bir elmimiz, cılız da olsa bir gücümüz var. Yol qovşağında hansı yoldan gedəcəyimizə özümüz qərar veririk. Həyat isə yol qovşaqları ilə doludur.
Bu halda, bilərək seçdiyimiz, heç bir təzyiqə məruz qalmadan qərar verərək etdiyimiz bir günahı özümüzdən başqa kimin üstünə yıxa bilərik?
Göndərilib: C.a. Sen. 15, 2005 11:19 pm İsmarış mətni:
Əzəl nə olan şeydir?
Gəl, əvvəlcə əzələ baxaq, nə imiş... Kainat var olmamışdan qabaq zaman yox idi. Çünki zaman, maddənin və hərəkətin məhsuludur. “Əzəl†isə, bir zaman parçası deyil...
“Əzəlâ€i, keçmişdən uzanıb gələn bir ip kimi düşünüb, zamanı bu ipin ucuna əlavə etmək, gələcəkdəki hadisələrə o düyün nöqtəsindən baxmaq, xəyalın oyunudur.
Bəs əzəl nədir?
İç üzünü bilmirik: Əzəl keçmişi, indini və gələcəyi eyni anda göstərən bir aynaya bənzəyir. Bizim üçün keçmiş, gələcək olan hadisələr, əzəl baxımından “indiâ€dən ibarətdir.
Bunu bir misal ilə izah etməyə çalışaq: Gəncədə olan bir adam üçün Gəncədən Bakıya yola düşməyə hazırlaşan bir avtomobil "indi"dir. Bir neçə saat bundan qabaq yola düşmüş avtomobil artıq "keçmişdir". (Yəni onu tərk edib yola düşdü və bununla da hadisə qurtarıb). Lakin, Gəncəyə yaxınlaşan bir avtomobil isə onun üçün hələ "gələcəkdir".
Bir başqa adamın da yüzlərlə kilometr yuxarıdakı bir göy cismindən onları seyr etdiyini təsəvvür edək. Yüksəkdən baxdığı üçün vəziyyət dəyişir. O, bu üç avtomobili birlikdə görür. Hər birinin hərəkətini eyni anda izləyə bilir. Yəni onun üçün "keçmiş", "indi" və "gələcək" deyə 3 ayrı zaman dilimi yoxdur. Onların üçünün də hərəkəti onun üçün "indi"dir.
Budur, Allahın əzəli elminə bu misalla bir balaca nəzər sala bilərsiniz. İlahi elm üçün kainatın bütün zamanları, bütün anları, bütün gələcək və keçmişləri "indi"dən ibarətdir.
Göndərilib: B. Noy. 20, 2005 12:12 am İsmarış mətni:
Niyə alın yazısı və iradə?
Şübhəsiz ki, alın yazısının və iradənin böyük önəmi var. İnsanın quruluşu ilə yaxından bağlıdırlar. Onlar həyat yolunun ətrafındakı iki cizgidir. İnsanı yolunu azmaqdan qoruyur.
Nəfs qazandığı müvəffəqiyyətdən qürurlanmağı sevər, övünməkdən xoşlanar, şöhrət dəlisidir. Sahib olduğu nemətlərin yalnız özünün olmasını istəyər. Hər zaman mənlik davası edər.
İnsanı bu təhlükədən qorumaq üçün alın yazısı çəkilib. Bu gerçək onun önündə durub "təkəbbürlənmə" deyər. "Allah lazım bilməsəydi sən heç bir şeyə sahib olmazdın. Elmini də, malını da, bunları qazanmaq üçün lazım olan bacarıqlarını da yaradan Allahdır. Mənim deyə dörd əllə sarıldığın nemətlər Onun əsərləridir."
Nəfsin bir başqa fərqi isə günahı qəbul etməmək, bacardığı qədər başqasının üzərinə yükləmək, özünü təmizə çıxarmağa çalışmaqdır. Ömrü xətalar etməklə keçsə də, özünü günahsız sayar. Bəhanələr axtarmaqda əvəzsizdir.
Bax nəfsin bu amansız xəstəliyinə görə insana iradə verilib. O insana məsuliyyətini xatırladır. "Yaxşı ilə pisi, gözəl ilə çirkini biləcək, anlayacaq ikisindən birini seçəcək qabiliyyətə sahibsən. Müstəqil iradənlə pisi seçdinsə, günah işlədinsə günahının cəzasını əlbəttə ki çəkəcəksən!" deyər.
Bu iki yönlü xəbərdarlıq qarşısında, insan doğru yolla gedər, cənnətə layiq bir qiymət alar.
Göndərilib: B. Noy. 20, 2005 12:29 am İsmarış mətni:
Rollar paylanıb.
Bir tiyatr düşün. Tamaşa ilə bağlı düzələn səhnə, rolların dağıtımı, işlənən mövzu, inkişaf edən hadisələr, geyilən kostyumlar, qısaca hər şey insana pərdə arxasındakı rejissoru xatırladır. Bütün olanların arxasında o vardır.
Həyat da gerçək bir tamaşaya bənzəyir. Yer üzü səhnəsinə özümüz gəlmirik, göndərilirik. Bənzər tərəflərimizlə yanaşı, fərqli cəhətlərimiz də var. Rollarımız paylanıb.
Lakin, müəyyən bir nöqtədə aktyorlardan seçilirik. Müəyyən sərhədləri keçməmək şərtilə rolumuzu istədiyimiz kimi oynaya bilirik. Senarinin necə bir yol getdiyini bilmədiyimiz üçün gələcəkdəki hadisələri necə diləsək elə yönləndirə bilirik. Bununla bərabər, bu dünya səhnəsini quran, bizləri yaradan, ehtiyacları verən, olacaqları nizamlayan birinin varlığını da anlaya bilirik.
O, hadisələrin axışını planlayarkən bizim seçimimizə də önəm verir. İradəmizlə bağlı işlərimizə görə bir məsuliyyətlə yüklənirik. Bir gün gələcək tamaşa bitəcək, səhnə başlanacaq və biz də müstəqil iradəmizlə gördüyümüz işlərimizdən dolayı hesaba çəkiləcəyik...
Göndərilib: B. Noy. 20, 2005 12:57 am İsmarış mətni:
Rüzgarın önündə quru bir yarpaqsanmı?
Alın yazısını bəhanə edərək "Mənim nə günahlm var?" deyən insanın iradəni yox saydığı açıq görsənir. Ondan soruşaq:
Əgər insan "rüzgarın önündə uçan bir yarpaq"dırsa, seçmək qabiliyyəti yoxdursa, etdiyinin məsuliyyətini daşımırsa, o zaman günahın nə mənası qalır?
Belə deyən insan bir haqsızlığa düçar olan zaman məhkəməyə müraciət edirmi?
Amma anlayışına görə belə düşünməliydi: "Bu insan mənim evimi yandırdı, namusuma dil uzatdı, övladımı öldürdü, amma onu günahlandırmaq yersizdir. Alın yazısında bu hərəkətləri etmək varmış, nə etsin başqa cür etmək əlindən gəlməzdi ki."
Haqqı tapdalanan həqiqətən beləmi düşünür?
İnsan etdiyinin məsuliyyətini daşımasaydı "yaxşı" və "pis" kəlmələri də mənasız olardı. Qəhrəmanlar təqdirə, xainlər isə məzəmmətlənməyə layiq olmazdı.
Gəl bu incə mövzunu misallar üzərində biraz daha incələyək...
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.