MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Rasulullahı (s.a.s.) sevmək.

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> SİZİN MÖVZU
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
mumina



Daxil ol: Çər. İyun 29, 2005 16:52
İsmarışlar: 52

İsmarışGöndərilib: Çər. İyun 29, 2005 7:35 pm    İsmarış mətni: Rasulullahı (s.a.s.) sevmək. Sitatla cavab ver

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
Assalamu aleykum va rahmatullahi va barakatuh
Muhammadi (s.a.s.) sevmək
Muhammad peyğəmbərə (s.a.s.) olan sevgi İnsanın imanının ölçüsüdür və bizim imanımız ancaq o zaman tamamlanır və mükəmməlləşir ki, bizim Muhammada (s.a.s.) olan sevgimiz dünyada başqa hər şeyə olan sevgimizi üstələsin,əlbəttə bizim şəxsi həyatımızdakıları da.Qurani Kərimdə deyilir.Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır”(Əl-Əhzab;6)

النَّبِيُّ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ
Bu cumlə bizə iman gətirən olmaq üçün nəyin lazım olduğunu təyin edir:Rasulullahi (s.a.s.) hətta özündən də çox sevmək.Bunun təsdiqi Rasuluillahın aşağıdakı hədisində açıq aydın göstərilir:
“Sizdən heç biriniz mən sizə sizin uşaqlarınızdan, valideynlərinizdən və bütün bəşəriyyətdən sevimli olmadıqcaiman etmiş sayılmaz.(Buxari /Muslim).Başqa bir rəvayətdə isə “sizin həyatınızdan, sizin malınızdan və sizn ailənizdən sevimli olmadiqca” kimi ifadə olunur.Səhabələr, xüsusi ilə onların ən tanınmışları (ən imanlıları) Muhammad (s.a.s.)-i çox sevirdilər.Həzrəti Əli (r.a.) bütün Mədinə səhabələrinin adından deyirdi:Muhammad (s.a.s.) bizə bizim malımızdan,bizim uşaqlarımızdan,bizim atalarımızdan,bizim nəslimizdən, bizim analarımızdan və dəhşətli, dözülməz susuzluq vaxtı sərin sudan daha sevimlidir.
İslam dinində belə bir prinsip var ki,bizim imanımızın möhkəmliyi Rasulullaha (s.a.s.) olan sevgimizdən aslıdır və bir Urdu şairi bunu kifayət qədər düzgün və dəqiq belə ifadə edib:Muhammad (s.a.s)-i sevməyərək Allahı tapmaq çox çətindir;Və əgər o sevgi rasulullah(s.a.s.)-ə unvanlanmayıbsa,Allaha unvanlana bilmir;Gündəlik ibadətlər, xeyriyyə, oruc, həcc gözəldir; Ancaq bütün bunlara baxmayaraq mən Sadiqlərin arasında ola bilmərəm;Əgər mən Rasulullahın (s.a.s.) izzəti üçün özümü Allah yolunda qurban verməyə hazır olmasam;Allah şahiddir- mən imanımım tamamlanmasına nail ola bilmərəm
.
Nə üçün Rasulullahi (s.a.s.) sevməliyik.
Ən birinci baxışda iman gətirənlərin nə üçün peyğəmbər (s.a.s.)-i sevməli olduğu çox aydın görünür.Rasulullah (s.a.s.)onların müəllimi, yol göstərəni və başçısıdır və əgər onlar rasulullahı (s.a.s.)sevməsələr,rasulullahın (s.a.s.) onların müəllimi, yol göstərəni və başçısı olması qeyri mümkündür.Ancaq ümumiyyətlə rasulullahı ( s.a.s.) sevməyin imnın böyük ayrılmaz bir hssəsi olmasinda çox dərin bir anlam var:Rasulullahı (s.a.s.) sevmək bütün gözəlliyi sevməkdir və nəcibliyi, düzlüyü, ədalətliliyi, itaətkarlığı və insanın daxili möhkəmliliyini, dözümlülüyünü sevməkdir.Çünki Muhammad (s.a.s.) əl-insən əl-kəmil-mükəmməlləşmiş, kamil insan idi. Rasulullahı (s.a.s.) sevmək Allahın insanlar arasında yaratdığı böyüklüyü və xeyirxahlığı təsdiq etmək, yaymaqdır.Həmçinin itaətkarları sevməkdir.Söhbət ancaq mukəmməlləşmişlərdən getmir,eyni zamanda itaətkarlığı tam bacarmayan və tabelilikdə hər cur nöqsanı və zəifliyi olan, bundan daima əziyyət çəkənləri sevməkdir.Rasulullah (s.a.s.) təkcə kamil bir insan deyil, eyni zamanda qiyamət günü insanların zəiflikləri və çatışmayan xüsusiyyətlərinə görə onların adından Allahdan (s.w.t.) bağışlanma diləyəcək bir nümayəndədir. Peyğəmbəri sevmək bir tərəfdən bizə ümid verərək saleh yola yönəldir,digər tərəfdən öz zəifliyimizi qəbul etməyə və bu yolla da Allahın (s.v.t.) rəhmətinə ümid edən tövbəkar bir qul kimi hüzur içində yaşamağa kömək edir.Buna görə də peyğəmbərə olan sevgi imanın ölçüsüdür. İman iki bir-birinə yaxın hissələrdən ibarətdir.Birincisi Allahı tanımaq və ondan razı olmaqdır. İkincisi isə özünü tanımaqdır.İmanın bu iki qolu qəpiyin iki üzünə bənzəyir.Hansı ki, biri digəri olmadan mövcud ola bilməz.Bu bir çox Quran ayələrindəvə peyğəmbərin hədislərində bildirilmişdir.Məsələn, peyğəmbərimiz (s.a.s.) demişdir:”Kim ki, özünü tanıyır, Rabbini də tanıyır.”Quran isə bu barədə deyir:”Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir! “(Əl-Haşr; 19)
وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنسَاهُمْ أَنفُسَهُمْ أُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ
Rasulullah (s.a.s.) də bizi sevirdi.

İman gətirənlər Rasulullahı (s.a.s.) sevirdilər.Lakin bunu birinci edən onlar deyildi.İlk olaraq Rasulullah (s.a.s.) onları sevirdi.Quran aşağıdakı ayə ilə bunu təsdiq edir:
(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbçr gəldi ki,Sizin məşəqqətə, əziyyətə düşməyiniz ona ağırdır, o (sizin iman gətirməyinizi ) çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir.(ət-Tövbə:128)

لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ

Muhammad (s.a.s.) təkcə iman gətirənləri sevmirdi,O Allahın yaratdığı hər kəsi sevirdi.Allah (s.w.t.) Quranda belə deyir: (Ey Muhammad!) Biz səni ancaq aləmlərə bir rahmət olaraq göndərdik.(Əl-Ənbiyə 107)
وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ
Düzdür, Rasulullah (s.a.s.) öz nəfislərinə zülm edənlərlə müharibə etməli və onlara cəhənnəmin reallığını və dəhşətini xatırlatmalı idi, lakin bu sevgidən və rahmətdən irəli gəlirdi, düşmənçilikdən və ya nifrətdən deyil.Hər hansı bir insanı məhvə aparan yolda tək tənha qoymaq olduqca asandır. Ancaq bunun əksinə olaraq onlara kömək etmək həddindən artıq böyük sevgi və cəsarət tələb edir. Hansı ki, elə məhz Rasulullah (s.a.s.) ömrünün sonuna qədər bunu etməyə çalışırdı. Rasulullah (s.a.s.) o qədər rahmət dolu idi ki, onun rəqibləri belə bunu çox asnlıqla görürdülər. Peyğəmbər (s.a.s) onların hamısını Məkkənin fəthində bağışlamışdı.
-----------------------
Ardı var...


Redaktə edən: mumina, son redaktə tarixi: C. İyul 08, 2005 9:39 am, cəmi 2 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
mumina



Daxil ol: Çər. İyun 29, 2005 16:52
İsmarışlar: 52

İsmarışGöndərilib: C.a. İyun 30, 2005 10:29 am    İsmarış mətni: Sitatla cavab ver

Rasulullahın (s.a.s.) çəkdiyi əziyyətlər
Rasulullahın (s.a.s.) həyatının hər dönəmində çəkdiyi əziyyətlərdə bizim üçün əsaslı ibrətlər vardır.Bu bizə öyrədir ki, dünya yaxşılıq və pislik, düz və yalan, ədalət və zülm arasında döyüş meydanıdır.Baxmayaraq ki, Allah elə edir ki, axır nəticədə həmişə yaxşılıq düzlük və ədalət qələbə çalır. Eyni zamanda Allah göstərir ki, bu qələbə asanlıqla əldə olunmur.Həmçinin Rasulullahın (s.a.s.) çəkdiyi əziyyətlər bizə açıq aydın xatırlatmadır ki, insanın yaxşılıq etməyə böyük ikanları olmaqla bərabər, pislik etmək üçün də çoxlu imkanlar var.Rasulullah (s.a.s.) öz qəbiləsini Allaha inama dəvət edərkən qarşılaşdığı əks müqavimət ərzində insanın imkanları çərçivəsində yaxşılığın ən son həddini təmsil edirdi.Hansı ki, bununla yəni sevgi və müdriklik göstərməklə insanların etdiyi pisliyi fəth etmişdi. Lakin biz Rasulullahı (s.a.s.) təqib edənləri mühakimə etməməliyik. Rasulullahın (s.a.s.) bu qədər əziyyət çəkməsinə cahillik, inad, təkəbbür səbəb olmuşdu. Hansı ki, bu xasiyyətləri indi bizim hər birimizdə tapmaq heç də çətin deyil.Kim deyə bilər ki,əgər biz həmin dövrdə Məkkədə yaşasaydıq Rasulullahın (s.a.s.) üstünə zibil atmazdıq və ona başqa yollarla əziy-yət etməzdik?! Məsələn, bizdən qat-qat fəzilətli olan Həzrəti Ömər və Xalid b. Valid vaxtında Rasulullaha (s.a.s) əziyyət ediblər. Rasulullah (s.a.s.) əziyyət çəkdiyinə görə bizə kimisə mühakimə etməyi əmr etməyib. Rasulullah (s.a.s.) çəkdiyi əziyyətlə bizə ümid etməyi və rəhimliliyi bacarmağı öyrədirdi. O əziyyət çəkirdi ki, biz yaxşılıq etmək üçün nə qədər imkanlarımız olduğunu aydınlaşdıra bilək və bilək ki, cahillik və təkəbbürlülük pisliyin mənbəsidir, köküdür-bunu da etməyə çoxlu imkanlarımız var.Biz bu imkanların hər birini özümüzdə müşahidə etməliyik.Bu imkanlardan birincisini müşahidə etmək bizə həyatımızın hər çağında və hər vəziyyətində ümid verir. İkincisini müşahidə etmək isə bizə həlimlilik və rəhimlilik verir.Rəhimlilik və ümid bizim irəliləyişimiz üçün lazım olan şərtdir.Rasulullahın (s.a.s.) çəkdiyi əziyyətlər bizi daxilimizdə olan pislik barədə düşünməyə təhrik edir və bizi qəti surətdə bu pisliyi üstələməyə məcbur edir.Bu pisliyi üstələməyin ən gözəl yolu isə, Rasulullahı (s.a.s.) sevməkdir və biz rasulullahı (s.a.s.)nə qədər çox sevsək o qədər də xeyirxahlığımızı möhkəmləndirərik və pisliyimizi məhv etməyə daha çox qadir olarıq.
Ardı var...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
mumina



Daxil ol: Çər. İyun 29, 2005 16:52
İsmarışlar: 52

İsmarışGöndərilib: C.a. İyun 30, 2005 10:26 pm    İsmarış mətni: Sitatla cavab ver

Assalamu aleykum.
Rasulullah (s.a.s.)bəşəriyyət üçün necə narahat olurdu.

Rasulullahın (s.a.s.) insanlara olan sevgisinin göstəricilərindən biri öz rəqiblərinin ucbatından – hansı ki, onların hamısını Məkkənin fəthindən sonra çox asanlıqla bağışlamışdı-qarşılaşdığı saysız hesabsız əziyyətlərə dözməsidir.Rasulullaha (s.a.s.) oz ilahi vəzifəsinə başlamaq əmr olunanda, Məkkən əhalisinin demək olar ki, hamısı ona qarşı çıxdılar, baxmayaraq ki, onu uşaqlıqdan əmin və ağıllı biri kimi tanıyırdılar.Onlar başlanğıcda Rasulullahı (s.a.s.) şifahi hücumlara təhqirlərə məruz qoyur, pərt edirdilər.Lakin daha sonra onlar bu şifahi hücumlara fiziki təcavüzləri də əlavə eməyə başladılar.Onlar peyğəmbərin yoluna tikanlar düzür, üstünə toz və zibil atırdılar. Həttə bir dəfə o, üstü-başı toz içində evə gəlir.Qizlarından biri göz yaşlarına boğularaq, onun paltarını təmizləməyə başlayır.Peyğəmbərə (s.a.s.) qızının göz yaşlarını görmək Məkkə əhalisinin münasıbətindən daha ağır idi.O:”Ağlama qızım, Allah sənin atanın yardımçısıdır.”-deyərək qızını sakitləşdirirdi. Bir gün Muhammad (s.a.s.)evdən çıxdı və yolda rast gəldiyi elə bir adam olmadı ki, onu sözləri ilə təhqir etmiş olmasın və ona əziyyət verməsin.Onların: “sən bizdən deyilsən, çünki bizim adətlərimizə qarşı çıxırsan.” -deyən baxışları Rasulullaha (s.a.s.) təhqirdən və pərt edici sözlərdən daha çox əzab verirdi.Beləliklə, rasulullah (s.a.s.) artıq Məkkəlilərlə heç nəyə nail ola bilməyəcəyini hiss edəndə, Məkkəyə gələn zəvvarları dəvətə başladı.Lakin onun bu cəhdərini də Əbu Ləhəb kimi insanlar pozmağa çalışırdı.O Muhammadi izləyir və hündürdən qışqırırdı:”Ona inanmayın,o yalançı bir xaindir!”Bir gün bu, Muhammadi xüsusi ilə məyus etmişdi.Ancaq onun edə biləcəyiyalnız dua etmək idi:”Ya Rabbi sən istəsən bunlar belə olmaz.”Miladi 620-ci ildə Muhammad Məkkədən kənara çıxmağı qərara aldı.Beləliklə o, Məkkəli düşmənləri tərəfindən təqib edilmədən insanları doğru yola dəvət edə bilərdi.Taif ilk seçim oldu. Bu şəhər Məkkədən 60 mil şərqdə yerləşərək ona ən yaxın yaşayış məskəni idi. Yalnız Zeyd tərəfindən müşaiyət olunan Rasulullah (s.a.s.) qayalıqların arası ilə yorucu bir səfərə çıxmışdı.O Taifdə 10 gün keçirdi və adi insanlar kimi qəbilə başçılarını da dəvət etdi.Lakin onların hamısı yeni dinin xətrinə Məkkəlilərlə əlaqələri korlamaq istəmədiklərini bildirərək Muhammədi rədd etdilər.Günlər keçdikcə Taifin əhalisi düşmən kəsildilər, onuncu gün peyğəmbəri (s.a.s.) küçələrdə təqib etməyə və daşlamağa başladılar.Hətta peyğəmbər (s.a.s.) şəhərdən qaçıb canını qurtardıqdan sonra da azğın əhali onu səhra boyu iki üç mil də qum təpələrinə qədər təqib etdilər.Nəhayət yorğun və hər iki ayağı qanamış Muhammad (s.a.s.) bir bağda ozunə sığınacaq tapır.Peyğəmbəri bütün gücü ilə daşlardan qorumağa çalışan Zeyd də başından yaralanmışdı.
İki ildən sonra peyğəmbərə (s.a.s.) Mədinədən yetərli dəstək almaq nəsib oladu və ora köçməyi qərara aldı.Ancaq peyğəmbərin (s.a.s.) Məkkəli düşmənləri Mədinəyə hicrətindən əvvəl ona sui-qəsd hazırlamışdılar.bu asanlıqla müvəffəqiyyətli ola bilərdi.Hətta onun düşmən Məkkədən doğma, dost Mədinəyə hicrətindən sonra da əziyyətləri davam edirdi.Qureyş və digər ərəb qəbilələri onunla və tərəfdarları ilə ardicil olaraq döyüşüürdülər.Mədinədə də Yəhudilər öz gizli sui-qəsdləri ilə peyğəmbəri incidir və əziyyət verirdilər.Hətta bir dəfə onu zəhərləməyə də cəhd etmişdilər.Peyğəmbərin müsəlman olmaqdan imtina etmiş ikiüzlü, gizli düşmənləri də var idi.Bunların ən qabarıq nümunəsi peyğəmbərin zövcəsi Aişə (r.a.)-yə şər atanlardır.bu peyğəmbərə də, Aişə (r.a.)-yə də çox ağır təsir etmişdi.Bəzən hətta müsəlmanlar da peyğəmbərə bilməyərəkdən əziyyət verirdilər.Məsələn bir dəfə onlar peyğəmbəri kobud bir şəkildə tərk edib, yalnız qoymuşdular.Bu ahdisə haqqında quranda bildirilir:”Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular.De ki, Allah dərgahında olan savab, əyləncədən də, ticarətdən də xeyirlidir.Allah ruzi verənlərin ən yaxşısıdır! “(62;11)
وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا قُلْ مَا عِندَ
اللَّهِ خَيْرٌ مِّنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ وَاللَّهُ خَيْرُ الرَّازِقِينَ

Bir çox illər ərzində peyğəmbər bu və digər şeylərdən əziyyət çəkdi.O məcbur deyildi.Öz ilahi vəzifəsinə başlamazdan əvvəl bir kişinin istəyə biləcəyi hər şeyi var idi.Sağlamlığı, işi, onu sevən zövcəsi, yaxşı uşaqları, etibarlı qohumları, dostları və Məkkəlilərin ona olan inamı və hörməti.Əgər o istəsə idi, o da Məkkədəki hər kəs kimi rahat yaşayardı.Ancaq o Əziyyəti və çətinliyi seçdi. Bununla da bütün bəşəriyyətin firavanlığı üçün çox şey etdi.
-----------------------
Ardı var...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
mumina



Daxil ol: Çər. İyun 29, 2005 16:52
İsmarışlar: 52

İsmarışGöndərilib: C.a. İyul 07, 2005 12:00 pm    İsmarış mətni: Sitatla cavab ver

Rasulullahı (s.a.s.) salamlamaq və ona xeyir dua vermək.
Biz Rasulullaha (s.a.s.) olan sevgimizi onu salamlamaqla və xeyir dua verməklə ifadə edə bilərik.Ərəb dilində “ salat alə”kəliməsində üç anlam var:1)kiməsə sevgi və bağlılıqla müraciət etmək 2) kiməsə salam vermək və ya tərif etmək 3)kiməsə xeyir dua vermək və ya yaxşılıq etmək.Bunların hər üçü düzgündür.” Həqiqətən Allah və mələkləri peyğəmbərə xeyir dua verirlər.Ey iman gətirənlər! Siz də ona xeyir dua verib , lazımınca salamlayın!”(33:56)
إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا
عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
Bəs Allah və mələkləri Rasulullahı (s.a.s.) necə sevib, xeyir dua verib və salamlayırdılar? Biz bunu necə edə bilərik?Bunun ən asan yolu Allahı (s.v.t.) sevib ona tabe olan Muhammadin (s.a.s.) arxasınca getməkdir.Qurani kərimdə deyilir :”De ki, əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki,Allah da sizi sevsin və günahlarınızı bağışlasın.(3:31)
قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ
Yalnız Allahın (s.v.t.) özü bilir ki, O,Rasulullahı (s.a.s.) necə sevir.Rasulullahın (s.a.s.) adının Muhammad və ya Əhməd olması da bu sevginin bir göstəricisidir.Allah (s.v.t.) onun gələcəyini əvvəlki peyğəmbərlərə gözəl xəbər kimi bəyan etmişdi.Muhammadın (s.a.s.) gəlişi bütün bəşəriyyətə müjdə idi.(Bax:3:81, 7:157, 61:6) Allah (s.v.t.) onun dərəcəsini bu dünyada və axirətdə artırmışdı.”Sənin ad-sanını, şan- şöhrətini ucaltmadıqmı?”(94:4)
وَرَفَعْنَا لَكَ ذِكْرَكَ
Və bununla da,onu şərəfləndirir,onu bu dünya və axirətdəizzət sahibi edir.Allahın (s.v.t ) Muhammadi sevdiyinin başqa bir göstəricisi onu bütün bəşəriyyətə başcı və nümunə etməsidir. Mələklər, Allahın(s.v.t.) tamami ilə özünə itaətkar yaratdığı olduqları üçün Allahın sevdiyini onlar da sevirlər.Onlar Muhammadi (s.a.s.) çox sevirlər.Mələklər Rasulullahı (s.a.s.) cənnətdə tərifləməklə onu şərəfləndirirlər və Allahdan (s.v.t.) çox-çox xeyir dua istəməklə də ona xeyir dua verirlər.
İman gətirənlər isə, Muhammadi (s.a.s.) öz başçıları kimi tanımalıdırlar və onu bütün yaradılanlardan çox sevməlidirlər.Onun adı şərəfinə sahib olduqları hər şeyi qurban verməyə istəkli olmalıdırlar.Möminlər Muhammadi (s.a.s.) öz nəzm və nəsr əsərlərində, yazdıqda və danışdıqda, radioda,televizorda,internetdə, müsəlmanların və qeyri müsəlmanların məclislərində, bir sözlə mümkün olan hər vəziyyətdə tərifləyərək məşhurlaşdırmalıdırlar.Beləliklə İslamı, Rahmənə inamı yaymalıdırlar.
Salam olsun Muhammada!

---------------------------
Ardı var...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
mumina



Daxil ol: Çər. İyun 29, 2005 16:52
İsmarışlar: 52

İsmarışGöndərilib: C. İyul 08, 2005 9:55 am    İsmarış mətni: Sitatla cavab ver

Son söz.
İndi gərək mu`minlər sual etsin öz-özünə...
1)Biz qarşımıza çıxan bütün imkanlardan faydalanaraq Rasulullahı (s.a.s.) insanlara təbliğ edirikmi?...
2)Biz islamı genişlətmək, heç olmasa öz ətrafımızdakılara yaymaq üçün bütün qüvvəmizi sərf edirikmi?...
3)Bəs bu gün nə etmişik?
4)Bizə sonsuz nemət bəxş edən Rahmana (s.v.t.) itaətkar bir qul olmaq üçün doğurdanmı əlimizdən gələni edirik?...
5)Həqiqətənmi indiyə qədərki qazancımız bizə axirətdə məsud olmağa bəs edir?...
6)Muhammadı (s.a.s.) sevən ona itaət etməlidir, onun etdiklərini etməyə çalışmalıdır.Rasulullah (s.a.s.) insanları sevərdi, onların çəkəcəkləri əzabdan narahat olardı. Bəs biz həqiqətən də bunu edirikmi?Biz insanların xoşbəxtliyi üçün nələrə cəhd etmişik?...
7)Mu`min Allahın (s.v.t.) nuruyla nəzər edər.(hədis) Bəs bizim nəzərlərimiz nəyi andırır?...Həqiqətənmi mu`minik?...

Son.
Assalmau aleykum wa rahmatullahi wa barakatuh.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 169

İsmarışGöndərilib: C. İyul 08, 2005 11:47 am    İsmarış mətni: Sitatla cavab ver

Bismillahirrahmanirrahim
Həqiqətən də, Peyğəmbərimiz (S.A.S), bütün Islam ümmətinə, istisnasız olaraq bir miras qoyub gedib, o miras da də'vətdir. Həmin bu mirası götürərək və ona əməl edərək, biz sanki Peyğəmbərimiz (S.A.S)-in etdiklərini etmiş oluruq. Onun (S.A.S)-in yolunu davam etdirmiş oluruq. Də'vət etməklə və bilməyənlərə bu dini çatdırmaqla, biz həqiqətən də Onu (S.A.S)-i sevmiş olduğumuzu bildiririk.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
selam



Daxil ol: Ç.a. Apr. 24, 2007 14:24
İsmarışlar: 5

İsmarışGöndərilib: Ş. May 05, 2007 12:47 am    İsmarış mətni: Sitatla cavab ver

Allah her şeyde hayırlısnı versin ve Bizi Hz MUHMMED(SAV) SEVMEKTEN MAHRUM ETMESİN (amin)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> SİZİN MÖVZU Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.