"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Daxil ol: Ç.a. May 18, 2004 19:27 İsmarışlar: 120 Şəhər/ölkə: Azərbaycan. Bakı
Göndərilib: Ç.a. May 03, 2005 1:34 pm İsmarış mətni:
Bismiləhir-Rahmənir-Rahim!
Hörmətli Əhli Beyt ümumi sözlər danışaraq insanları çaşdırmayın. Özünüzü alim və hətta məsum kimi aparmağınız müsəlmana yaraşan sifət deyil. Bilin ki, kafirə kafir deməyin vacib olduğunu biz də bilirik, amma biz sizdən fərqli olaraq bunu həmən adamın kafir olduğunu sübut etdikdən sonra edirik. Bunu unutmayın. Lə İləhə İlləllah deyib, namaz qılan, oruc tutan və gecə namazlarına qalxan bir insanı müsəlman saymamaq, kafir olmağı hələ sübut olunmayan adama kafir deməkdən daha təhlükəlidir. Ona görə ki, əgər kafir dediyin insan həqiqətdə kafir deyilsə, sən kafir olursan. Bunun üçün də birinə kafir deməzdən əvvəl bu haqda yaxşı-yaxşı fikirləşin.
Millətçilik məsələsində sizinlə həmfikirəm. İslamda millətçiliyi dindən və əqidədən üstün tutmaq olmaz. Amma bir insanın mən Azərbaycanlıyam, yaxud Türkəm, yaxud İngilisəm deməyində heç bir qəbahət yoxdur. Bunu elə belə aydın olsun deyə yazdım. Yoxsa irad başa düşüb məni yalançı adlandırmayın.
Vətini sevmək imandandır hədisinin uydurma olması da məlumdur. Ancaq vətini qorumaq haqqında Ali-İmran 200 də Allah bizə xitab edir. Ayədə deyilir ki, sərhəd boyu keşik çəkin. Yəni müsəlmanlar yaşayan ərazini qoruyun. Azərbaycanın da kafirlər ölkəsi olmağını dediyim kimi hələ sübut etmək lazımdır. _________________ Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Göndərilib: Ç.a. May 03, 2005 3:37 pm İsmarış mətni:
Tövhid əhlinə salam aleykum.
İbn Teymiyyə belə demişdir:
Allaha həmd olsun. Rəsulullahın (s.ə.s) bu sözünə gəlincə;
“ Hər uşaq fitrət üzrə doğar. Onun valideyinləri onu Yəhudi, Nəsrani və ya Məcusi edər.”
Doğru olan bu fitrətin Allahın insanları üzərində yaratdığı fitrət olmasıdır. Bu da islam fitrətidir. Yəni insanların belı dediyi gündə yaratdığı fitrət:
“ Mən sizin Rəbbiniz deyiləmmi ? Onlar da bəli dedilər. (Əraf: 172)
bu batil etiqadlardan qurtulub səhih əqidəni qəbul etmək deməkdir. Çünki şübhəsiz İslamın əsli başqasına deyil, sadəcə Allaha təslim olmaqdır. Əslində bu da Lə iləhə illəllah-ın mənasıdır. Rəsulullah (s.ə.s) buna belə misal vermişdir. Deyir ki:
“ Eynən heyvanın saölam bir uşaq doğması kimi. Onda bir nöqsanlıq görürsünüzmü? “
Yəni qəlbin qüsursuz olması, bədənin salamtı kimidir. Qüsurluluq isə cirkin bir vəziyyətdir. Səhih Muslimdə isə İyaz b. Himardan gələn hədisdə Rəsulullah (s.ə.s), Rəbbindən rəvayət etdiyi hədisdə belə deyir.
“ Mən qullarımı həniflər olaraq yaratdım. Lakin şeytanlar onlara sarıldı və onlara halal qıldığım şeyləri haram qıldı. Onlara, mənim haqqında heç bir dəlil endirmədiyim şeyləri mənə ortaq qoşmağı əmr etdi.”
Bu səbəblə İmam Əhməd (r.h) özündən gələn məşhur görüşə görə belə düşünmüşdür:
Uşağı kafir valideyinlərindən biri ölsə artıq o uşağın müsəlmanlığına hökm verilir. Çünki onun fıtrıtinin əslini dəyişə biləcək səbəblər aradan qalxmış olur. Yenə o və İbn Mubarakdan edilən rəvayətə görə belə deyilmişdir:
“ Uşaq xoşbəxlik və bədbəxtlik olaraq üzərində yaradıldığı fitrət ilə doğular.”
Bu söz birincisini nəhy etməz. Şübhəsiz uşaq qüsursuz olaraq doğular. Allah isə onun küfr edəcəyini bilməkdədir. Dolayısı ilə onun da Ümmü Kitabda onun üçün var olana çevrilməsi lazımdır. Eynən heyvanın qüsursuz doğuşu kimi. Oysa Allah onun qüsurlu olacağını bilmişdır...
Əsasən onların doğum əsnasında fitrər ilə doğmuş olmaları, felən İslama inanır olmalarını gərəkdirməz. Çünki Allah bizi analarımızın bətnindən bir şey bilmədiyimiz halda çıxarmışdır. Lakin bu, İslam demək olan haqq üçün qəlb qüsursuzluğu və onu qəbul və iradə edəcək fitrəttə yaratmış olması deməkdir. Belə ki əgər bir azdırıcının təsiri olmasa o bir müsəlman olaraq qalmağa davam edəcək. Budur onu önləyəcək bir əngəl olmadıqca şəxsən İslamı gərəktirən bu elmi və əməli güc, Allahın insanları üzərində yaratdığı fitrətdir.( Fətva, 4/245. Külliyat, 4/220. 56)
Əgər bunu diqqətlə oxusan görərsən ki əvvəla sən gətirdiyin hədis yeni doğmuş uşaqlar üçün keçərlidir. Və diqqətlə oxusan görərsən ki İbn Teymiyyə o uşağı Valideyinlərinə görə qiymətləndirir. Hətda Əhmd b. Hənbəldən də gətirir ki “Uşağın kafir valideyinlərindən biri ölsə artıq o uşağın müsəlmanlığına hökm verilir. Çünki onun fıtrıtinin əslini dəyişə biləcək səbəblər aradan qalxmış olur”.Burdan da anlaşılır ki əgər kafir valideyinləri sağdirsa ona müsəlman hökmü vürilmir.
Məncə bu dəlil yetərlidir, bu dəlil sizi qane etməsə başqa alimlərdən də dəlil gətirə bilərəm.
Bər də ki mən özümü alim saymıram. Mən sənə dəlil yazıram amma sən isə elə öz dediyini deyirsən.
Daxil ol: B.e. Apr. 25, 2005 16:22 İsmarışlar: 19 Şəhər/ölkə: Azərbaycan
Göndərilib: Çər. May 04, 2005 9:49 am İsmarış mətni:
Əhli-beyt qardaş yazdıqlarının alınan nəticələr haqqında düşünmüsən?
Deməlı Qarabağ alınan kimi orada fahişəxanalar, disko-barlar və s. əxlaqsız yerlər açılacaq? Yəni bu xalqın başqa mənəvi zənginliyi yoxdur. Deməli Azərbaycanda elm ocaqlari, məscidlər olmayıb və yoxdur, biz ancaq əxlaqsızlıqla maşhuruq. Demak istəyirsiz ki, - əgər mənim xalqımın çoxluq təşkil edən hissəsi mömin olsaydı, daha dəqiq desək çoxluq təşkil edəh hissə fahişələr və kafirlər olmasaydı mən bu torpaq uğruna mübarizə edərdim.
Azərbaycanda isə əməlisaleh, mömin insanlar günbəgün artır. 70 il dinin boğulduğu, imanli insanların təqib olunduğu, ateist, materialist ideyalar yeridildiyi bir ölkənin son 10, 15 ildə Allaha inam və etiqad baxımından nə qədər irəliləyiş etdiyini gormək çətin deyil. 95-ci ildə məscidlərdə namaz qılanların sayı çox az idi, indi isə cümə namazlarında mascidlərdə yer olmur.
Və yenədə əgər siz əxlaqsızlıqla mübarizə etmak istəyirsinizsə yenə də Qarabağdan başlamaq lazımdır. Çünki ermənilərin əsir düşən azərbaycanlı qız-gəlinlərimizin başlarina gətirdikləri müsibətləri təsəvvür etmək çətin deyil
Nə isə Əhli-beyt qardaş uzun sözün qısası axır vaxtlar yaman şok açıklamalar edirsiz
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 167
Göndərilib: Çər. May 04, 2005 10:02 pm İsmarış mətni:
ulya yazıb:
Və yenədə əgər siz əxlaqsızlıqla mübarizə etmak istəyirsinizsə yenə də Qarabağdan başlamaq lazımdır. Çünki ermənilərin əsir düşən azərbaycanlı qız-gəlinlərimizin başlarina gətirdikləri müsibətləri təsəvvür etmək çətin deyil
Əlbəttə Ulya xanım, bir müsəlman kimi hər birimiz vətənimiz uğrunda mübarizə aparmalıyıq və eləcə də millətimizi qorumalı onu müdafiə etməliyik.
Peyğəmbərimiz (S.A.S) müşriklərə və kafirlərə də'vət etməyə gedərkən, onu incidirdilər, onu döyürdülər. amma O (S.A.S) onlara nifrət etmirdi, əksinə Allahdan onlara hidayət diləyirdi. Biz isə, Allaha şükürlər olsun millətimiz azdan-çoxdan Islamın nə olduğunu bildiyinə görə, dilləri ilə müsəlmanıq dediklərinə görə, heç olmasa onlara yiyə çıxmalıyıq. Millətimizi qoruyub, müdafiə edib, dinc bir vəziyyət yaradandan sonra onlara hər şeyi təbliğ edə bilərik. Amma hal-hazırda kimsə tövhidi tam anlamırsa, ona görə şikayət etməli deyilik, əksinə yenə də əlimizdən gələni etməliyik və heç vaxt yorulmalı deyilik. Ona-buna kafir deməklə və dinini bilmirsən deməklə isə, biz heç kimi yola gətirə bilməyəcəyik, əksinə camaatı özümüzdən qaçıracayıq.
Göndərilib: Çər. May 04, 2005 11:35 pm İsmarış mətni:
Ulya xanım sözüm evvela sizedir. Men Allahın Dinini ve ona tabe olanları qrumaga hazıram. Siz gedin kafirlerin yolunda özünüzü qurban verin ve menim kimi düşünenleri de yalnız Allah ve müselmanları qorumaq niyyetinden dolayı qınayın.Men hec de sıxılmıram ve hec de üzülmürem. Allah yalnız onun dinini qoruyanlarladır. Eger ele qeyretli iseniz gedin İraqdakı efqanıstandakı müselmanları qoruyun. Orda döyüşenlere min cür ad qoşurlar amma öz torpaqlarına gelen de '' CİHAD'' olur. Dogurdan da sizin kimi özlerini islama nisbet edenler Tagutun oyuncagı olaraq hec özleri de hiss etmeden onlara her xidmeti edirler. Ve Ulya xanım o ki qaldı Mecidlerin tikilmesine namaz qılanların coxalmasına Amerikada qılınan cüme namazları Fransada olan mecidlerin sayı heddinden artıq coxdur. Lakin buna baxmayaraq ele İslamı bogan da ele o cür kafirlerdir. Eger mescidler namaz qılanlar kafirler ücün tehlükeli bir şey olsaydı tebii ki onlar buna da icaze vermezdiler. Onsuzda muselmanların cumeden cumeye mecıde gelmelerı namaz qılıb oruc tutmaları Kafirlere hec bir zerbe vurmayacaq. Kafirlerin en böyük düşmeni Tevhid ehlidir. Teessüf ki siz onlardan deyilsiz.
Şahmar indi ise sözüm senedir calış kimlerise müdafüye ederken şexsiyyetine göre deyil haqqlı olduguna göre müdafiye et. O ki qaldı nifrete men o insanlara deyil onların emellerine nifret edirem ve sizin kimi onların şirklerini müdafiye etmekden cekinirem. Beli onları devet edirik Allah istese onlara hidayet verecek. İslamı qebul edenler de qardaşım ve bacılarımdır. Lakin İslamdan kenarda qalanlar milliyyetinden yaxınlıgın qohumlugundan asılı olmayaraq düşmenlerimdir. Baxın görün Allah ne deyir.
“ Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən…” Mücadələ: 58/22
Men Allahın bu buyuruguna uyuram ve Allaha ve Resuluna tabe olmayan ınsanlara ne müselman deyirem ne de sizin ki onlarin yolunda özümü qurban verirem. Bu cani mene Allah verdi ve bu canida Allah ücün serf etmeye hazıram.
Alla başqa bir ayede deyir.
''İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “ Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə, bizimlə sizin aranizda həmişə nifrət və ədavət olacaqdır! ” Mumtehəne 60/4
Sizden soruşuram İbrahim peygemberden daha gözel ve ya dahamı veten ve xalq seversiniz. İbrahim Allahı ve onun dinini secdi ve xalqi Allaha tabe olana qeder onlarla ebedi olaraq elaqeni kesemesini söyledi. Ve men de Allahın bu teklifini ve İbrahimin bu örneyini secirem. Siz ise milliyetcilik hislerinizi İslamdan üstün tutaraq ne edirsiniz edin. Allah qelblerinizi ve emellerinizi görür.
Baxın Allah başqa ayede ne deyir ve bu aye üzerinde düşünün.
“De: ”Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz! ” Tövbə: 9/24
Ayede Allah xoşunuza gelen meskenler deyir. Yeni sizin kimiler ki vetenini meskenini Allahdan ve onun dininden ve Allah yolunda '' TORPAQ YOLUNDA YOX'' cıhaddan üstün tuturlarsa oturun ve Allahın ezabını gözleyin. Allah fasiqleri sevmez. Yene deyirem menim vetenim Allahın hökmü hakim olan torpaqlardır. Demokratiya üzerinde qurulan ve geri qaytarıldıgı zaman kafırlere xidmet eden torpaqlar deyil. Bu bir oyundur ve görürem ki ziz de artıq bu oyunun iştirakcılarısınız. Allah iman nesib etsi. AMİN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Bundan sonra da ınad ederseniz size demeye sözüm yoxdur.
Daxil ol: B.e. Apr. 25, 2005 16:22 İsmarışlar: 19 Şəhər/ölkə: Azərbaycan
Göndərilib: C.a. May 05, 2005 1:26 pm İsmarış mətni:
Salam əleykum.
Bilirsiz ƏhliBeyt qardaş, sizin, Hənif qardaşın Babək və millətcilik haqqinda tutduğunuz iradlarla razilaşdım, anladım ki, din hər şeydan üstündür. Buna göra tövbə etdim, Allah təala bağışlayan və tövbələri qəbul edəndir. Bunu mənə başa saldığınıza görə Allah sizdən və forum istifadəçilərindən razı olsun.
Amma vətəni qorumaq, daha dəqiq desək qorumamaq haqqindaki fikirlerinizlə heç razı deyilem. Bu qədər.
Göndərilib: C.a. May 05, 2005 11:15 pm İsmarış mətni:
Ulya xanım sizin bu addımınız heqiqeten de cox gözel ve edaletli addımdır. Allah tövbenizi qebul etsin. Baxın bu torpaq meselesine gelince Torpagın tebii kiİslamda yeri ve qiymeti var. Amma hansı torpagın. Tebii ki Allahın hökümlerine üstünlük verilen ve onunla hökm verilen torpaqlar. Yeni bilavasite torpağı qiymetli eden de ele İslam nizamıdır. Yeni hansı torpaqlarda İslam hakimdirse demek ora izzetli bir mekandır ve Müselmanın da veteni oradır.
Menim qarabağ haqqındakı düşüncem beledir. Eger orada Allahın hökümleri hakim olacaqsa quran ve sünnetle idare olunacaqsa men o yolda canımı feda etmeye hazıram. Neinki Qarabağ ferqi yoxdur başqa torpaqlarda bele Allahın dini uğrunda savaş gedirse men o döyüşlerde iştirak etmeyi özüme borc bilirem ve bunun ne qeder mesuliyyetli bir şey olduğunu da derk edirem. Amma bir az düşünseniz görersiniz ki Qarabağın azad edilmesinde İslam ücün hec bir fayda yoxdur. Yeni bu kafirlerin problemidir bizi maraqlandırmaz. Ne vaxtsa gücümüz olar Allahın dinini azerbaycanda hakim qılarıq o zaman qarabagda bizim olar. Ve o torpaqlarda Allahın dinini qorumaq bizin ücün vacib olar.
Yeni bu vetenperverlik hisleri milliyetcilik duyğuları bizi caşdırmasın. Bizim her düşüncemiz her meseleye yanaşmamız İslam cercivesinde olmalıdır. Çünki Allah bu dini biz müselmanlara Kanstitusiya olaraq gönderdi. İslam bir nizandır. Sadece namaz oruc ve zekatdan ibaret deyil. İslan dövletcilikdir İslam bir sistemdir. Sadece bunu bizlerden gizledirler ve '' DİN DÖVLETDEN AYRIDIR'' prinsipi ile bizleri yanıltmağa calışırlar. Amma bilmemiz lazımdır ki ele İslam dini Dövletcilikdir.
Bir de qeyd etmişdiniz ki ordakı azerbaycanlı qadınların qızların başına gelen oyunlar ve sair. Baxın ordakı ana bacı dediklerimiz Allahın dininden üz cevirdiklerinde Allahın haqqını vermediklerinde bu cür belaların olacagını düşünmemişlerdimi ?
Bizim borcumuz azerbaycan ehalisini İslkama devet etmek onları şirkden uzaqlaşdırmaq Ve Tehid eqidesine cağırmaqdır. İslamı qebul eden her bir Azerbaycanlı qadın ve qız menim anam bacımdır ve onların qeyreti namusu menim qeyretim namusumdur. Her bir cavan yaşlı menim atam qardaşımdır. Amma İslamdan kenarda qalanlar ise İslamı qebul edene qeder Allahın Resulu Muhemmedin ve biz müselmanların düşmenleridir.
Heqiqeten de sizin bu cesur addımınız meni sevindirdi. Bu veten meselesini de gözelce düşünün inşaallah başa düçeceksiniz..
Allah haqqı arşdırmanızda size yardımçı olsun
Göndərilib: C. May 06, 2005 11:00 am İsmarış mətni:
Ulya xanım bu sizin şexsi fikrinizdi. Amma men size Allahın qoyduğu qaydanı deyirem. Nese görünür siz haqqı qebul etmek istemirsiniz. Men artıq elimden geleni etdim Allah rızası üçün sizi başa salmağa caloşdşm. Amma nedense bu meselede inad etdiniz ve qebul etmediniz. İnşaallah qiyamet günü Allah kimin haqlı olduğuğnu ortaya qoyacaq. Allah hidayet versin.
Eli Beyt qardaşım sənə hamının səviyyəsi haqda mühakimə yürütməyə kim icazə verib
Amma səninlə o barədə razıyam ki, ola bilər İslamı sənin qədər dərindən bilmirəm. Bilməmək isə ayıb deyil. Heç kim anadan gəlmə alim deyil.
Sən məni lap mətləbdən uzaqlaşdırdın. Bəlkə biraz kobud səslənəcək amma sənin dediklərindən belə çixir ki, oturub gözləyəcəksən nə vaxt bu dünya restoranlardan, barlanlar təmizlənəcək onda sən də bir şey edəcəksən. Bəs özünə sual vermisənmi ki, mən bunun üçün nə etmişəm. Mən istisna etmirəm ki, sən də əlindən gələn qədər çalışmısan. Amma bu bədbin əhval ruhiyyə ilə mənim fikrimcə nailiyyət əldə etmək çətindir.
Bir şeyi anlayaq ki, artıq geriyə yol yoxdur. Hər şey bu sürətlə, bu cürə də gedəcək. Biz isə əlimizi üzüb otursaq ki, hamı pisdir, kafirdir bir şey çıxmayacaq.
Əvvəla Ehli Beyt qardaş sənin də özünə görə ağıllı fikirlərin var. Amma bir fikrinlə razılaşmıram.
Sitat:
Mecidlerin tikilmesi namaz qılanların coxalması Amerikada qılınan cüme namazları Fransada olan mecidlerin sayı heddinden artıq coxdur. Lakin buna baxmayaraq ele İslamı bogan da ele o cür kafirlerdir. Eger mescidler namaz qılanlar kafirler ücün tehlükeli bir şey olsaydı tebii ki onlar buna da icaze vermezdiler
Xristianlığın mərkəzində kim isə məscid tikib namaz qılırsa məncə bu özü böyük qələbədir. Amma sən onlara "kafir" damğası vuraraq təhqir edirsən.
Məgər bu cür gedişlə harasa çatmaq olar???
Digər bir
Sitat:
Bir düşünün bir kafirin səddində digər kafirə qarşı döyüşdük
[b]Bir kafirin səddi dedikdə Azərbaycanı mı nəzərdə tutursan??? Birdəki mənə maraqlıdır "bir kafirdən alıb digərinə vermək" deyərkən nəyi nəzərdə tutursan? Biz torpağımızı kimsə üçün deyil, özümüz üçün azad edirik!
Hal-hazırda orada kafirlər yaşayır və inkişaf edir. Amma sən oranı azad edib, kafirlərdən təmizləyib, orada məscidlər ucaldıb, İslam toxumu səpmək arzusunda deyilsən. Bu isə özü kafirlərin inkişafına mane olmamaqdır.
Bunlar mənim şəxsi düşüncələrimdir və heç də onlarla razılaşmaq məcburiyyətində deyilsən. Sadəcə məntiqli cavablar almağı arzu edirəm. Yuxarıdakı kimi deyil. Bir fikrinlə razıyam:
Sitat:
Hər bir müsəlmanın üzərinə düşən İslam torpaqlarını və müsəlmanları qorumaq və İslamı hakim qılmaqdır
Tövhid əhlinə Allahın salamı olsun. Fronder sənin sualın məni cox narahat etdi. Mən sənin sualının nə məna daşıdığını anladiğimdan dolayı onu cavabsız qoydun. Fronder bunu bir dəfəlik anlayaq ki kimlerinse bu muharibəyə erməni Mğsəlman davasi deməsi orda döyüşənlərin Müsəlman olması anlamına gəlməz.
Müsəlman olmağın şərtləri var. Kimlərsə kənardan baxıb döyüşən iki qrupdan birinə müsəlman deyirsə bu o demək deyil ki o qrup həqiqətən müsəlmandır. Müsəlma olmağın şərtləri Allah və Rəsulu tərəfindən bizə bildirilib. Əgər kimlərsə Allah və rəsulunun ölçüsünü qoyub kimlərinsə verdiyi ala müsəlman olmağa inanırsa bu yene o insanın islami sevəyyəsini göstərir.
Fronder sən mənin yazılarımı diqqətlə oxusan və ədalətli olsan anlayarsan ki mənim dedəklərim Allahın və Rəsulunun qoyduğu qaydadır. Bir dəfəlik anlamalıyıq ki bir müsəlman yalnız və yalnız İslamın hakim oldğu torpaqlar uğrunda savaşmalıdır. Və savaşdaki yeganə məqsəd də torpaqlari azad etmək yox Allahın dinini hakim qılmaq olmalıdır. Amma sənin və sənin fikrini dəstəkləyənlərin isəaşırı vətən sevgisi və hisslərinə qapanması Allah və Rəsulunun qoyduğu qaydaları aşmasına səbəb olur.
Məscid məsləsinə gəlincə Tövhidin olmadıgı məkanlarda məscidlərin və ya namaz qilanlarin sayı nə qədər cox olsa da o yerdə nə xeyir nə bərəkət nə də İslam var. Cünki İslam dininin əsli Tövhiddir. Hasiki bir cox namaz əhlinin ondan xəbəri yoxdur. Sən danışdıqların həqiqətəndə sənin şəxsi fikirlərindir. Cünki Allah və rəsulu sənin dediklərini dəstəkləmir. Deyirsənki oturub gözləyək?
Sən istəyirsən gözləmə elə günü sabah Küfür uğrunda kafirlərə dəstək uğrunda Şirk uğrunda zəlalət uğrunda savaşa cıx. Amma mən Allah və Rəsulu uğrunda və Allahın dininin hakim qılınmasi uğrunda canimi verməyə hazıram ve inşaaallah verəcəyəmdə. Qəlbimi və niyyətimi Allah bilir bu mənə yetər.
Əgər məqsədin Qarabağda məscid tikib İslam toxumu səpməkdirsə elə Bakida o tuxumları ək və becər gerisini sonra düşün. Cuki yaşadığın torpaqlarında bu İslam toxumlarina cox coxz ehtiyacı var. Siz ise kimlərinsə oyununa dənk gəlmisiniz kimlərinsə oyununda artıq iştirakçısınız amma xeberiniz yoxdur. İslamı oxuyun Tövhidi oyrənin Allah üçün savaşmağın vətən üçün savaşmaqla bir araya sığmadığını öyrənin hər şeyi anlayacaqsınız. Yetər ki bu məsələrərə şəxsi fikirlərinizlə yox Allah və Rəsulunun fikirləri ilə qiymət verin.
Allah iman nəsib etsin. Tövhid əhlinə Allahın salamı olsun.
Göndərilib: C.a. İyun 23, 2005 12:33 am İsmarış mətni:
Ehli Beyt sənə mövzudan yayınsa da (İNSALLAH idarəçilər silməz) bir sualım var. Belə bir şey eşitmişəm ki, bilmirəm Qurandamı var, yoxsa hədisdəmi deyilir ki,
"Allahı inkar edənlərdən və ona şərik qoşanlardan başqa hər kəsin cənnətə düşmə ehtimalı (şansı) var".
Buna münasibətin necədir?
Göndərilib: C. İyun 24, 2005 2:04 pm İsmarış mətni:
Tevhid ehline Allahın salamı olsun. Fronder umumıyyetle dinde bele bir qayda var. Dünya ve Axiret hökmü. Bizim ınsanlara verdiyimiz sifetler dunya hokmune ve zahırlerıne goredır. Yenı bır ınsada sırk ve ya kufur gorsek o ınsana kafır ve ya musrık hokmu verırık. Hemcının bır ınsanda İslami elamet görsek ona da müselman hökmü veririk. Unutmayaq ki bu bizlerin verdiyi höküm dünyaya aiddir. Lakin o insanların axiret hökmünü Allahdan başqa heç kes bilmir. Yeni bizler sadece gördüyümüz zahiri elametlere göre insanlara hökm veririk. Meselen bizim zahiren müselman saydığımız bir insan qelbinde belke de iman getirmeyib minafiqdir. Ona göre de biz ona zahirine göre müselman deyirik lakin onun münafiq olduğunu Allah bilir ve qiyamet günü onu ebedi cehenneme salacaq baxmayaraq ki biz ona muselman kımı yanaşırdıq. Hemcinin birinin küfür emeline göre kafir deyirirk belke de Allah qatında o insanın özürü vardır ve ya bu mövzunu bilmirdi. Yeni qısacası bizim birine muselman ve ya kafir demeyimiz onun cennetlik ve ya cehennemlik olması demek deyil. Bu hökmler Allaha aiddir. O ki qaldı Allahı inkar edenlere Allah onların ebedi olaraq cehenneme gireceyini söyleyir. Lakin haqq çatmamış Müşriklerin ezab görüb görmeyeceyi haqda alimler ixtilaf edibler. Bezileri deyir ebedi olaraq cehenneme girecekler bezileri ise deyir ki Allah onları özürlerine göre bağışlayacaq. Men bu suala bele cavab vererdim. '' Beli kafir müşrik ve munafiqlerden başqa her kes cennete girecek.'' Cunkı ınsanlar ya kafır ya munafiq ya müşrik ya da ki muselman olurlar. Muselmanlardan başqa ise heç kim cennete girmeyecek.
Tövhid ehline Allahın salamı ve bereketi olsun.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.