Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

KİMİN KƏSDİYİ YEYİLİR ?

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Sizin mövzu
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Ehli Beyt



Daxil ol: B. Mar. 20, 2005 11:18
İsmarışlar: 56

İsmarışGöndərilib: Çər. Apr. 27, 2005 8:48 am    İsmarış mətni: KİMİN KƏSDİYİ YEYİLİR ? Sitatla cavab ver

Tövhid əhlinə salam aleykum. Qardaşlar məndə olan məlumata görə müsəlmandan başqasının kəsdiyi əti yemək haramdır. Bu haqda bilginiz varsa mövzuya bir açıqlama gətirərdiniz. Allah və rəsuluna tam şəkildə tabe olanlara Allahın salamı və bərəkəti olsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 106
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: Çər. Apr. 27, 2005 11:16 am    İsmarış mətni: Sitatla cavab ver

Bismilləhir-Rahmənir-Rahim!
Bü gün pak ne¬mətlər sizə halal edildi. Kitab verilənlərin yemək¬ləri sizə halal, sizin də yeməkləriniz onlara halaldır.
(əl-Maidə 5)
_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Ehli Beyt



Daxil ol: B. Mar. 20, 2005 11:18
İsmarışlar: 56

İsmarışGöndərilib: Çər. Apr. 27, 2005 11:32 am    İsmarış mətni: Sitatla cavab ver

Tövhid əhlinə salam aleykum. Qardaş sə bu haqda cox az məlumat yazmisan.Məncə indi kitab əhli yoxdur ki. Cunki kitab əhli kitaba tutununlardir. Gunumuzdəki xristiyan və yihudilər isə kitablarina tutunmurlar. Məncə onlar musrikdirlər. Və onlarin kəsdiyi yeyilməz. Cunki müşriklərin kəsdiyi ətin yeyilməməsi barədə Alaimlər ixtilaf etməyib hamisi buna haram deyib. Amma mən fikir verirəm ki qardaşlar və bacilar buna fikir vermir. Hər yerdən ət alob yeyirlər. Hec araşdirmirlar ki bunu kəsən musəlmandir yoxsa muşrik. Azərbaycanin da 90 % bildiyimizə gorə muşrikdir. İnşaallah ən gozəli özün kəsib yeyəndir. İnşaallah bir şübhə varsa alimlərin bubnla bagli goruşlərini yaza bilərəm.Tövhid əhlinə salam aleykum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 106
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: C.a. Apr. 28, 2005 10:02 am    İsmarış mətni: Sitatla cavab ver

Bismilləhir-Rahmənir-Rahim
Məncə bu barədə yuxarıdakı ayədən daha geniş və ətraflı məlumat vermək mümkün deyil. Mən yalnız Allahın kəlamını sizə xatırlatmışam. Ayədə isə açıq aydın kitab əhlinin yeməyinin bizə halal olduğu bildirilir. Burda yemək deyəndə isə kitab əhlinin kəsdikləri heyvan qəsd olunur. Kitab əhli də elə o vaxt da kitab əhli idi indi də. Məgər o vaxt kitab əhli şirk etmirdi? Allah Quranda nəsranilərin İsa Allahın oğludur, yəhudilərin isə Üzeyir Allahın oğludur dediklərini söyləmirmi? Onların şirk etmələri onları kitab əhlindən olmamaları demək deyil. Yəni etdikləri küfrə və şirkə baxmayaraq ümumilikdə nəsrani və yəhudilər kitab əhli olaraq qalırlar. Xüsusilikdə isə hər bir insan barəsində hökm vermək üçün məlum qaydalara əməl etmək lazımdır. Eyni ilə Azərbaycanın əhalisi barədə müşrik demək çox məsuliyyətli işdir.
Birincisi hər bir insan anadan müsəlman kimi doğulur. Sonradan valideynləri onu xristian yaxud yəhudi kimi tərbiyə edir.
İkincisi Azərbaycan əhalisinin çoxluğunu müsəlmanlar təşkil edir. Elmsiz, cahil, fasiq, asi olsalar da belə onlar müsəlmanlardır. Onların kafir və ya müşrik olduqları hələ təsdiq olunmalıdır. Bunun isə yuxarıda qeyd etdiyim kimi konkret yolu və qaydası var.

_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Ehli Beyt



Daxil ol: B. Mar. 20, 2005 11:18
İsmarışlar: 56

İsmarışGöndərilib: C. Apr. 29, 2005 7:37 am    İsmarış mətni: Sitatla cavab ver

Hənif mən yazdıqlarımı yaxşı oxu sonra cavab yaz. Mən axı qey etdimişəm ki kitab əhli kitaba tutunanlardır, yəni kitabları ilə əməl edənlərdir. Günümzdə isə sən haranı misal verə bilərsən ki orda kitab əhli dediklərin kitabları ilə getsinlər?
O ki qaldi azərbaycan əhalisinin Müsəlman olmasın görünür sən ya İslam elmindən xəbərsizsən yada ki dirəşirsən. Məscidə gedənlər belə Tövhidin ana prinsiplərini bilmirlər qaldı ki siravi adamlar. Siz birdəfəlik bilin Tövhidin ana prinsiplərində cahiliyyə yoxdur.Əgər varsa mənə bir alimdən dəlil gətir? Darul küfürdə də ümumən insanlar kafir hökmündədirlər. O ki qaldi fərdlərə İslamını biruzə verirsə bəli o adama müsəlman hökmü verilir yox vermirsə yenə kafir hökmündə qalır. Bu qaydadı. Darul Hərb fiqhini oxusan məsələlərə bu cür yanaşmazsan. Mən sizi qınamıram. Cünki siz kimlərisə təqlid edib sadəcə onların görüşünü alırsınız. Əgər elə deyilsə bismilləh dəlillərlə mənə isbat et görüm Azərbaycanın əhalisi müsəlmandır.
Bir də ki sizə tövsiyəm odur ki bir məsələ hakkinda elmsiz danişmayın araşdırın etrafli Alimlərin fikrini sonra hökm verin. Hər kəsin ayələrə hədislərə öz başına yorum verməsi düzgün deyil.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 106
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: Ç.a. May 03, 2005 1:06 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismillihir-Rahmənir-Rahim!
Hörmətli Əhli Beyt mən sizin yazdıqlarınızı yaxşı-yaxşı oxumuşam. Sizin yazıda sizin üzünüzün də başa düşmədiyiniz bir mətləb var. O da kitab əhlinin kimlər olmasıdır. Siz mənə deyin görüm indiki kitab əhli ilə 1400 il bundan əvvəlki kitab əhli arasında hansı fərq var. Əgər o vaxtkı kitab əhli öz kitabları ilə gedirdilərsə onda yeni Peyğəmbər göndərmək nə üçün idi. Mən axı sizə ayə yazdım ki, o vaxtkı kitab əhli də elə indikilərin etdikləri şirki edirdilər. Bununla belə yenə kitab əhli sayılırdılar.
İnsanın kafir yaxud müsəlman olmağına gəlincə isə Peyğəmbərin (s) açıq-aydın hədisinə məna verməyin. Peyğəmbər (s) deyir ki, hər bir insan anadan müsəlman kimi doğulur. Siz isə deyirsiniz ki, kafirin övladı kafir, müsəlmanın övladı isə müsəlman olur. Üstəlik buna mötəbər alimlərin adından dəlil də gətirisiniz. Qaydalardan danışırsınız amma ən birinci qaydanı unudursunuz. İnsanın müsəlman olması deyil, kafir olması sübut olunmalıdır. Çünki artıq hər bir insanın müsəlman kimi dünyaya gəlməsi hədis ilə sabit olub. Bundan başqa fitrət əhli deyilən bir qism insanlar var ki, onlar üçün əzab yoxdur. Ona görə də Azərbaycanlıların müsəlman olmasını yox, kafir olmalarını sübut etmək lazımdır.

_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Ehli Beyt



Daxil ol: B. Mar. 20, 2005 11:18
İsmarışlar: 56

İsmarışGöndərilib: Çər. May 04, 2005 8:09 am    İsmarış mətni: Sitatla cavab ver

Tövhid əhlinə salam aleykum. Hənif məndedim axı şırk işləmələrində fərq yoxdur Amma onlara kitablarına bağlı idilər yeni öz kitabları ilə hərəkət edirdilər. Amma günümüzdəkilər isə kitablarına bağlı deyillər. O ki qaldı sənin sualıva ki Onlar eger kitabları ilə gedirdilərsə niye peyğəmbər gəldi? Sənin bu sualın cox mənasızdır. Cünki həqiqətən o dövrdə xristiyanlar da yəhudilər də öz təhrif olunmuş kitablarına bağlı idilər və onunla əməl edirdilər. Peyğəmbərin gəlmə səbəbi isə onların təhrif olunmuş kitabla getmeleri və şirk icində olmaları idi. Həm də ki birilərinin Qurandan başqa kitaba bağlanması və o kitabla əməl etməsi onların haqlı olması demək deyil.Hədisin əlilinə gəlincə bir alimdən yazıram.
İbn Teymiyyə belə demişdir:
Allaha həmd olsun. Rəsulullahın (s.ə.s) bu sözünə gəlincə;
“ Hər uşaq fitrət üzrə doğar. Onun valideyinləri onu Yəhudi, Nəsrani və ya Məcusi edər.”
Doğru olan bu fitrətin Allahın insanları üzərində yaratdığı fitrət olmasıdır. Bu da islam fitrətidir. Yəni insanların belı dediyi gündə yaratdığı fitrət:
“ Mən sizin Rəbbiniz deyiləmmi ? Onlar da bəli dedilər. (Əraf: 172)
bu batil etiqadlardan qurtulub səhih əqidəni qəbul etmək deməkdir. Çünki şübhəsiz İslamın əsli başqasına deyil, sadəcə Allaha təslim olmaqdır. Əslində bu da Lə iləhə illəllah-ın mənasıdır. Rəsulullah (s.ə.s) buna belə misal vermişdir. Deyir ki:
“ Eynən heyvanın saölam bir uşaq doğması kimi. Onda bir nöqsanlıq görürsünüzmü? “
Yəni qəlbin qüsursuz olması, bədənin salamtı kimidir. Qüsurluluq isə cirkin bir vəziyyətdir. Səhih Muslimdə isə İyaz b. Himardan gələn hədisdə Rəsulullah (s.ə.s), Rəbbindən rəvayət etdiyi hədisdə belə deyir.
“ Mən qullarımı həniflər olaraq yaratdım. Lakin şeytanlar onlara sarıldı və onlara halal qıldığım şeyləri haram qıldı. Onlara, mənim haqqında heç bir dəlil endirmədiyim şeyləri mənə ortaq qoşmağı əmr etdi.”
Bu səbəblə İmam Əhməd (r.h) özündən gələn məşhur görüşə görə belə düşünmüşdür:
Uşağı kafir valideyinlərindən biri ölsə artıq o uşağın müsəlmanlığına hökm verilir. Çünki onun fıtrıtinin əslini dəyişə biləcək səbəblər aradan qalxmış olur. Yenə o və İbn Mubarakdan edilən rəvayətə görə belə deyilmişdir:
“ Uşaq xoşbəxlik və bədbəxtlik olaraq üzərində yaradıldığı fitrət ilə doğular.”
Bu söz birincisini nəhy etməz. Şübhəsiz uşaq qüsursuz olaraq doğular. Allah isə onun küfr edəcəyini bilməkdədir. Dolayısı ilə onun da Ümmü Kitabda onun üçün var olana çevrilməsi lazımdır. Eynən heyvanın qüsursuz doğuşu kimi. Oysa Allah onun qüsurlu olacağını bilmişdır...
Əsasən onların doğum əsnasında fitrər ilə doğmuş olmaları, felən İslama inanır olmalarını gərəkdirməz. Çünki Allah bizi analarımızın bətnindən bir şey bilmədiyimiz halda çıxarmışdır. Lakin bu, İslam demək olan haqq üçün qəlb qüsursuzluğu və onu qəbul və iradə edəcək fitrəttə yaratmış olması deməkdir. Belə ki əgər bir azdırıcının təsiri olmasa o bir müsəlman olaraq qalmağa davam edəcək. Budur onu önləyəcək bir əngəl olmadıqca şəxsən İslamı gərəktirən bu elmi və əməli güc, Allahın insanları üzərində yaratdığı fitrətdir.( Fətva, 4/245. Külliyat, 4/220. 56)
Əgər bunu diqqətlə oxusan görərsən ki əvvəla sən gətirdiyin hədis yeni doğmuş uşaqlar üçün keçərlidir. Və diqqətlə oxusan görərsən ki İbn Teymiyyə o uşağı Valideyinlərinə görə qiymətləndirir. Hətda Əhmd b. Hənbəldən də gətirir ki “Uşağın kafir valideyinlərindən biri ölsə artıq o uşağın müsəlmanlığına hökm verilir. Çünki onun fıtrıtinin əslini dəyişə biləcək səbəblər aradan qalxmış olur”.Burdan da anlaşılır ki əgər kafir valideyinləri sağdirsa ona müsəlman hökmü vürilmir.
Məncə bu dəlil yetərlidir, bu dəlil sizi qane etməsə başqa alimlərdən də dəlil gətirə bilərəm. Mən sənə dəlil yazıram amma sən isə elə öz dediyini deyirsən.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 106
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: Çər. May 04, 2005 10:04 am    İsmarış mətni: Sitatla cavab ver

Bismilləhir-Rahmənir-Rahim!
1. Əgər o vaxtki və indiki kitab əhlinin şirkində fərq yoxdursa və sizin dediyiniz kimi o vaxtkı kitab əhli təhrif olunmuş kitablarına bağlı idilərsə, onda yenə də onlar arasındakı fərqin nədən ibarət olması aydın deyil. Bir də ki, o vaxtkıların öz kitablarını indikilərə nisbətdə az təhrif etmələri onların halını heç də yüngülləşdirmir. Təhrif təhrifdir, istər bir kəlmə olsun, istər bir kitab. Maidə surəsindəki ayə də hələ ki öz hökmündədir və nəsx olunmayıb.
2. Mən əbəs yerə sizi alimlərin adından yalan danışmaqda ittiham etməmişdim. Əlhəmdulilləh bunu siz özünüz təsdiq etdiniz. Siz əvvəl yazmışdınız ki,

Sitat:
Kafir ailəsində dogulan uşaq kafir müsəlman ailəsində dogulan uşaq isə müsəlman hökmündədir. Bu haqda İmam Nəvəvi İbn Teymiyyə Əbdulvəhhab öz sozlərini deyiblər.

indi isə öz yazdıqlarınızı diqqətlə oxuyun və nəticə çıxardın. Sizin yuxarıdakı sözünüz Peyğəmbərin (s) hədisi ilə tam ziddiyət təşkil edir. Alimlərin sözü isə əksinə hədisi izah edir. Nəticə odur ki, uşaq anadan müsəlman kimi doğulur. Valideyninin kim olduğundan asılı olmayaraq. Odur ki, hər hansı bir insanın müsəlman olmasını deyil, kafir olmasını sübut etməyə ehtiyac var. Başa düşün ki, söhbət konkret bir şəxsin kafir olub-olmamasından getmir. Bunu müəyyən etmək üçün konktet qayda mövcuddur. Söhbət ümumilikdən gedir. Məsələn biz deyirik ki, xristian və yəhudilər kafirdir. Amma siz mənə deyə bilərsinizmi konkret olaraq hansısa bir İvan kafirdir. Eləcə də Azərbaycanda yaşayan əhalinin çoxu müsəlmandır. Kimlərin kafir olduğunu hələ sübut etmək lazımdır. Məgər bu o qədər çətin başa düşülən məsələdir?

_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
zarkavi



Daxil ol: Ş. Apr. 30, 2005 21:04
İsmarışlar: 14
Şəhər/ölkə: baki

İsmarışGöndərilib: Çər. May 04, 2005 9:41 pm    İsmarış mətni: Sitatla cavab ver

i]assalamu aleykum
gardash niye mucadile edirsiz? shexsen man eshitmishem, bir nefer abu bakr mescidinin axunduna sual verdi.amerikadan gelen budlari yemak olar. cavab: olar.

_________________
zarkavi
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Ehli Beyt



Daxil ol: B. Mar. 20, 2005 11:18
İsmarışlar: 56

İsmarışGöndərilib: Çər. May 04, 2005 10:50 pm    İsmarış mətni: Sitatla cavab ver

Allahu akbar sen yamen deyeni başa düşmürsen yada ki inad edib qebul etmirsen. Deyirsen ki sen getirdiyin delil senin eleyhinedir. Allah sene hidayet versin. Göster görüm harası menim eleyhimedir. İbn Teyymiyye Əhmd b. Hənbəldən də gətirir ki “Uşağın kafir valideyinlərindən biri ölsə artıq o uşağın müsəlmanlığına hökm verilir. Çünki onun fıtretinin əslini dəyişə biləcək səbəblər aradan qalxmış olur”.Burdan da anlaşılır ki əgər kafir valideyinləri sağdirsa ona müsəlman hökmü vürilmir. Sen cahilsen. Her bir ivan kafirdir. Ümumen de xüsusen de. Bilirem sıradan ibr müselmanların delili sizi qane etmir. İstesen gedib TEQLİD etdiyin İmamlardan soruşa bilers.
Sübhenallah men cox teesüf edirem ki senin kimi insanlar bu cür düşünür. Ay kişi ayılın besdirin Teqlid etdiniz. Hec olmasa özünüz bir kitab oxuyun araşdırın. Allah rızası ücün düzünü de sen bu fitret üzre muselman olaq meselesini özün araşdırıb oxumusan. Men eminem ki oxumamısan. Tövsiyye edirem gedib araşdırıb oxuyasan. Teqlid sizi ucuruma aparır. Men sene bu mövzu ile baglı dıger Alimlerin görüşünü de yazacam.
Sen ele hedisi götürmüsen öz başından şerh verirsen Delil getir Alimlerden. Forum idarecileri de edaletsizlik edirler. Menden her şeye delil isteyirler. Amma baxırsan o biriler agızlarına geleni danışır onlardan delil isteyen yoxdur. Men hedis yazıram o deqiqe menbeyini isteyirler. Edaletli olmaq lazımdır. Eger edaletlidirlerse qoy hamıdan delil istesinler. Ele sendende. amma men bu mövzu ile baglı sene tutarlı deliller getırecem. Amma bil ki qalıb gelmek ücün deyil sadece Allahın haqq dinini size isbatr etmek ücün.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Mutavakkil



Daxil ol: C.a. May 05, 2005 01:48
İsmarışlar: 4

İsmarışGöndərilib: C.a. May 05, 2005 2:14 am    İsmarış mətni: Sitatla cavab ver

Men görürem bu forumda İslam adina her kes aglına geleni danışır!
Forum idareçilerine de deyirem ki buna göre sözsüs ki siz de cavab vereceksiniz.
Burdakı söhbetler çoxu küfr ve şirkle doludur. Siz niye buna icaze verirsiniz?
Daha sonra Ehli beyti alimlerin adından yalan danishmaqda ittiham etmisiz. Amma onun dediyi haqdır ve sizin bundan xeberiniz yoxdur. Alimler kafirlerin uşaqları haqda əqidə kitablarında yazıblar .Arada bir kitab zad oxuyun görün bu dinin əsli nədir bəlkə hidayət olundunuz inşAllah. Böyük alim İBNİ KAYYİMİN kafirlerin uşaqları haqdakı sözünü bir oxuyun:
"Qiyamət günü bəlli adamlara hüccətin qaldırılıb qaldırılmayacağına hökm vermək Allaha aiddir və axirətdəki əzab və savab bu hökmə bağlıdır. Ancaq dünyada zahirə görə hökm verilir. Ona görə də kafirlərin uşaqları və onlardan dəli olanların da dünyadakı hökmü kafirdir. Çünki onlar dünyadakı vəlilərinin hökmünü alarlar.” Tarikul Hicreteyn 17 ci təbəqə səh 382.
İbni Sehman və Abdurrahman əl-Hafiydini iki oğlu, Abdullətif və İshak, İbni Kayyimdən alimlərin üzərində icma etdiyi bu məsələni nəql edərək dedilər ki:
“Fitrət dövründə yaşayan və rəsulun xəbəri çatmayan kimsələr müsəlman sayılmaz. İslam adı onlara verilməz. Hətta onları təkfir etməyənlər belə onları müsəlman saymamışlar. Bu səbəblə bu kimsələr üçün ən layiqli sifət şirk sifəti olub, müşrik adıyla adlandırılmalıdırlar. Çünki, İslamın əsli və şəhadət kəliməsi pozulduqdan sonra, İslamdan geriyə nə qala bilər ki?” Nəcd alimlərinin fətvaları c-3 s.94
O ki qaldı sizin konkret ivan haqqındakı sözlərinizə bu küfrdür və bir müsəlman bunu deyə bilməz. Heç kim de Tövhidi bilib ona bağlananı təkfir etmir. Təkfir olunanlar Tövhiddən xəbərsiz ya da bilərkdən inkar edənlərdir ki bu cəhalətləri onları xilas etməyəcək! İBN KAYYİMİ dinlə:
“İslam Allahı birləmək, ancaq Ona ibadət etmək, heç bir şeyi Ona şərik qoşmamaq, Allaha və Rəsuluna iman etmək və rəsulun gətirdiklərinə tabe olmaqdır. Bunları yerinə yetirməyən qul müsəlman deyildir. Əgər bunları yerinə yetirməyən kimsə inadçı kafir deyilsə, cahil kafirdir. Cahil qrupuna girən bu kimsələr haqqa qarşı inad etməmələrinə baxmayaraq, cəhalətləri səbəbiylə küfrə girdilər. Onların inad etməmələri onların kafir olmasına mane olmadı..."
İBN TEYMİYƏNİ dinlə:
“Buna görə də Allaha ibadət etməyən adam mütləq Allahdan başqasına ibadət edər. Adəm övladları iki qismdir. Muvahhid olanlar, müşrik olanlar və ya Tövhidlə şirki bir-birinə qarışdıranlar ki bunlar: xristianlar, yəhudilər və özlərini islama nisbət edən sapıq kimsələrdir və onların bənzərləri olan, Tövhidə şirki qatışdırmış müşrik kimsələrdir.” Fətva c 14 s 282
Şeyx Süleyman bin Abdullah belə demişdir:
“Ləə iləhə illəllahın mənasını bilməyən, Tövhidin tələblərinə əməl etməyən, şirkin hər bir növünü tərk edib, tağutu da rədd etməyən insanın bu sözü ancaq dillə söyləməsinin alimlərin icmasıyla ona heç bir faydası yoxdur. Təfsirul Azizul Hamid s53
Şeyx Abdurrahman bin Həsən belə demişdir:
“Səhabələr, tabiin, sələfi-saleh və əhli-sünnət alimlərinin hamısı, bir adamın şirki tərk etmədən, ondan uzaq durmadan müsəlman olmayacağı mövzusunda icma etmişlər.” Dirar c.11 s 545-546
Muhəmməd bin Abdulvahhab Karmatilər tayfası haqqında belə dedi:
“Bu tayfa namaz, həcc, oruc, zəkat kimi İslam şüarlarını zahirən yerinə yetirir, cümə namazı və camaat namazını zahirən qılırlar. Müftilər xalq arasındakı ixtilafları çözmək üçün İslama görə hökm edən qazılar təyin etmişlər. Ancaq bunlara baxmayaraq şirk qoşmuşlar və İslam şəriətinə müxalif hərəkətlər etmişlər. Buna görə də bütün alimlər onların kafir olduğunda icma etdilər.” Muhtasar əs-Siyrə
Muhəmməd bin Abdulvahhab başqa bir yerdə belə demişdir:
“Hər kim: “müşriklərə qarşı cıxmaram, onlar haqda pis bir şey söyləyə bilmərəm” deyə sənə söyləsə bil ki! Belə düşünən insan İslama girməmişdir. Çünki İslama girmək üçün müşriklərə buğz etmək, onları sevənlərə buğz etmək, onlara söymək və onlara düşmən olmaq lazımdır...
Sonra bu ayəni zikr edir:
“İbrahim və bərabərində olanlarda sizin üçün gözəl örnəklər vardır.Bir zaman onlar öz qövmlərinə belə demişlər:biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzağıq.Sizi rədd edirik.Siz bir olan Allaha iman gətirənə qədər bizimlə sizin aranızda həmişə ədavət və kin olacaqdır...” (Əl-Mumtəhinə-60/4)
Bir insan: “mən Rəsulullaha sas tabeyəm. O haqq üzrədir. Ancaq Əbu Cəhl və onun kimi olanlara qarşı çıxmaram” deyərsə o adam İslama girməyib və İslamı da səhih deyildir.”
Əd-Dirar c.2 s 109
Muhəmməd bin Abdulvahhabın iki oğlu olan Hüseyin və Abdullah belə demişlər:
“Hər kim: “Mən müşriklərlə düşmən olmaram” deyərsə və ya düşmən olduğu halda onları təkfir etməz və ya: “mən küfr etsələr, şirk qoşsalar belə, Allahın dininə düşmən olsalar belə “Ləə iləhə illəllah” deyənlərə qarşı çıxmaram “ ya da “qəbirlərə ibadət edənlərə qarşı çıxmaram” deyərsə o adam müsəlman deyil.
Bunlar Allahın haqlarında belə buyurduğu insanlardır:
“...”Bir qisminə inanır, bir qismini isə inkar edirik” deyənlər və bunlar arasında bir yol tutmaq istəyənlər. Onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırladıq.” Nəsa 150-151
Halbuki Allah müşriklərə düşmən olmağı, onlarla sərt davranmağı və onları təkfir etməyi fərz qılmışdır.
Allah belə buyurur:
“Allaha və axirət gününə inanan heç bir tayfanın Allaha və Rəsuluna düşmən olanlara dostluq etdiyini görməzsən. Bunlar öz ataları, oğulları, qardaşları, qohumları olsalar belə. Onlar o kəslərdir ki, Allah onların qəlblərinə iman yazmış, öz qatından bir ruhla onları dəstəkləmişdir. Onları altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidir. Bilin ki, qurtulacaq olanlar məhz Allahın firqəsidir.” Muc 58+22
“Ey iman gətirənlər! Mənim də, sizin də düşməniniz olanları dost tutmayın. Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edirsiniz...” mumtəhinə: 1"

dirar c.10 s. 139-140
Şeyx Abdurrahman Aleş-Şeyx belə demişdir:
“Qul “Ləə iləhə illəllahın mənasını bilsəydi, Allaha şərik qoşan adamın təkfir olunması mövzusunda şübhə edən və ya tərəddüd edən adamın tagutu rədd etmədiyini bilərdi” Dirar c 11 sh 523

Şeyx Əbu Batin ona:
“Siz müsəlmanları təkfir edirsiniz” deyən kimsəyə belə cavab vermişdir:
“Bizim haqqımızda: “siz müsəlmanları təkfir edirsiniz” deyən bir adam nə İslamı, nə də Tövhidi bilir. Bu kimsənin sözündən onun İslamının səhih olmadığı anlaşılır. Çünki bu kimsə günümüzdəki şirki rədd etməməkdə və etdiklərinin Tövhidi pozan şirk olduğunu görməməkdədir. Bu vəziyyətdə olan kimsə isə müsəlman deyil.”
Məcmuətur-rəsail c.1 Qism 3 s 655
Abdullətif İbni Hafiyd, şəhadəti söylədiyi halda böyük şirk edən kimsənin İslama girmədiyi mövzusunda alimlərin icma etdiyini nəql etmişdir. Əl-Minhəc s. 10 ,Nəcd alimləriniun fətvaları c.3 səh 93.

Bu yazılardan hər kəs özünə aid olan cavbı çıxarsın və boş danışmağı tərk etsin!
_________________
“İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Mutavakkil



Daxil ol: C.a. May 05, 2005 01:48
İsmarışlar: 4

İsmarışGöndərilib: C.a. May 05, 2005 2:35 am    İsmarış mətni: Sitatla cavab ver

Ey özünü hənif sayan!
Sən gətirdiyin prinsipin yəni fitrət üzrə müsəlmandırlar biz onların kafir olmasını isbat etməliyik- prinsipinin yanlış olduğu İBNİ TEYMİYƏNİN bu sözlərindən anlaşılır:
Adəm oğlunun İslam fitrəti üzrə yaradılması doğulduğu andan etibarən həqiqətən İslama inanan insanlar olaraq yaradılması demək deyildir!...Fəqət İslam fitrətindən qəsd olunan-qəlbin şirk və küfrdən uzaq olması, haqqı qəbul etməyə və haqqı, yəni İslamı istəməyə meyli yaradılması deməkdir….
Fətvalar c 4 səh. 245.

Bunları söyləmədən qabaq bir düşünsəydin yaxşı olardı. Məkkə müşrikləri də anadan olmuşdular göydən düşməmişdilər. Amma Allah onların kafir olduğunu bildirdi və Rəsul göndərdi. Rəsul müsəlman olanlara gəlmir kafirlərə gəlir və onları İslama dəvət edir!

Və bil ki insanlaar Rəsul gəməmiş belə şirk qoşanlaar müşrik sifəti verilir:
İBNİ TEYMİYƏ belə deyir:
Müşrik sifəti risalətdən əvvəl də verilmişdir!
Məcmu əl Fətava c 20 səh. 37.
_________________
“İbrahim: “Sizin və atalarınızın ibadət etdiyi şeyləri gördünüzmü? Onlar mənim düşmənlərimdir. Aləmlərin rəbbi olan Allah müstəsna” dedi.”
Əş-Şuara/75-77
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Ehli Beyt



Daxil ol: B. Mar. 20, 2005 11:18
İsmarışlar: 56

İsmarışGöndərilib: C.a. May 05, 2005 7:13 am    İsmarış mətni: Sitatla cavab ver

Tövhid əhlinə Allahın salamı və rəhməti olsun. Mutavakkil qardaş Allah səndən razı olsun. Bu insanlara heç nə isbat etmək olmur. Təqlid bunların evini yıxıb. Mən sevinirəm ki Azərbaycanda sənin kimi düşünən müsəlmanlar var. Təəssüflər olsun ki bu cür insanlar özlərini islama nisbət edib Tövhid əhlinin adını ləkələyirlər. Allah tövhid əhlinə yardımşı olsun. Və bucür insanlara iman nəsib etsin. Amin!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Sizin mövzu Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan