"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Göndərilib: C.a. Mar. 17, 2005 5:08 pm İsmarış mətni:
-b-
Yuxua yalan qarisdirmaq.
Bezi adamlar yuxuda gormedikleri halda qesden ozlerinden yuxu uydururlar. Insanlarin arasina ad qazanmaq, ozlerine yer ede bilmek ve ya maddi menfeeti elinde saxlaya bilmek, ya da aralarinda dusmencilik olanlari qorxutmaq ve s. ucun bu jur yalandan istifade ederler. Ekser insanlarin yuxularla bagli inanjlarini ve buna bagliliqlari var. Bele adamlar da yuxu ile asanliqla aldadilirlar. Bu jur hereket edenlere qarsi shiddetli tohmet var.
Rasool(s) bele buyurur:"Insanin atasindan basqa atasi oldugunu iddia etmesi, gormediyini gormus kimi gostermesi ve ya Rasoolun demediyi 1 seyi onun adindan danismasi shubhesiz ki, en bouk bohtanlardandir"Buxari
Allah Rasool- səllallahu aleyhi və səlləm -u yene buyurur:
"kim gormediyi 1 yuxunu gorduyunu deyerse, 2 arpa denesini 1-1ne baglmaqla vezifelendirilejek ve bunu da ede bilmeyejekdir..." Buxari
2 arpa denesini 1-1ne baglamaq mumkun olmayan isdir ve jezasi da etdiklerine goredir.
Göndərilib: Ş. Mar. 19, 2005 12:16 pm İsmarış mətni:
-b-
Qebrin ustunde oturmaq ve tapdalamaq ve qebristanliqdan ayaqyolu kimi istifade etmek.
Abu Hureyra(ra)nin bele dediyi revaet edilir. Rasool(s) buyurdu:"Sizden birinizin bir alovun ustune oturaraq, paltarlarinin yanmasi ve odun derisine qeder kecmesi onun ucun 1 qebrin ustunde oturmasindan daha xeirlidir." Muslim.
Bezi insanlarin olulerini basdirarken qebirlerin ustunu tapdaladigini gormek olar. Diger olulere hormet etmeden yaxindaki qebrlerin ustune cixarlar. Hetta ayaqqabili cixdiqlari halda bele buna ehemiet vermezler.
Bu yaxsi olmayan hereketn boukluyu ile bagli Rasool(s) bele buyurur:"Bir odun ve ya qilinjin ustune yerimeim ya da ayaqqabilarimin ayaqlarimi doymesi mene 1 muselmanin qebrinin ustunde yerimeimden daha sevimlidir.." Ibn Maja
Qebrin ustune cixmaqla bagli bele buyuruldugu halda qebristannliqlarin altini ustune cevirib bina ve s. insa edenlerin hali neje olar?
Qebristanliqlardan ayaqyolu kimi istifade etmek ve pislemek ise exlaqsizlarin hereketleridir. Ayaqyoluna getmek lazim olanda qebristanliqdaki bezi adamlar basqa qebrlere yaxinlasib onlarin yaninda ehtiajlarini hell etmeye calisirlar. Bu jur hereketler iyi ve pisliyi ile olulere eziet verir.
Rasool(s) bele buyurur:"Qebrlerin arasindan ayaqyolu kimi istifade etmek bazarin ortasinda etmekle menimcun eynidir" Ibn Maja
Yeni qebristanliqda yaqyolu ehtiajini aradan qaldirmagin bazarin ortasinda aib yerini acib eyni hereketi etmekden hec 1 ferqi yoxdur. Pis ne varsa zibilleri qebrlerin ustune atmaq ve qebristanliqlari batirmaq da bu hokme daxildir. Qebrleri ziaret ederken qebrlerin arasi ile yetirmek isteyen ayaqqabilarini sounmalidir. Bu 1 qaydadir.
Göndərilib: Ş. Mar. 19, 2005 4:44 pm İsmarış mətni:
- Mənbəsi dəqiqləşdirilməmiş və mövzu ilə əlaqəsi olmayan məlumatlar silnir. _________________ İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Göndərilib: C.a. Mar. 24, 2005 4:30 pm İsmarış mətni:
-b-
Ayaqyoluna gedərkən diqqətli hərəkət etməmək.
Şəriətin gözəlliklərində biri də insanın həyatına uyğun olan hər şeyi gətirməsidir. Bunlardan biri də pisliyin təmizlənməsidir. Buna görə "istinca" və "isticmar" qaydaları qoyulub. Bu tərzdə təmizlənməyin şəkilləri də açıqlanıb.
Bəzi insanlar ayaqyoluna gedəndən sonra pisliyin təmizlənməsinə fikir vermirlər. Bu da bədənin və paltarların çirklənməsinə və qıldığın namazların səhih olmamasına gətirib çıxarır.
RəsuLlah Mədinənin bağlarından birinə gəldi. Qəbrlərində əzab görən iki nəfərin səsini eşitdi. Belə buyurdu"Əzab çəkirlər. Böyük şeyə görə əzab çəkmirlər". Sonra belə dedi:"Xeyr". Başqa bir rəvayətdə:"Şübhəsiz, o böyük şeydir. Onlardan biri idrardan(kiçik ayaqyolundan) çəkinməzdi. Digəri də insanlar arasında söz aparıb-gətirərdi..." Buxari Hətta RəsuluLlah(s):"Qəbr əzabının əksəriyyətinin idrara görə olduğunu xəbər verib" Əhməd
Ayaqyolundan yarımçıq çıxmaq, üstünə sıçrayacaq şəkildə getmək, belə bir yerdə bilərək ehtiyacını ödəmək, "istinca" və "isticmar"ı tərk etmək və ya lazım olan şəkildə etməmək bu hökmə daxildir.
Günümüzdə kafirlərə oxşamaq o qədər geniş yayılmışdır ki, artıq bizimkilər "mədəniyyət" adı altında bəzi ayaqyollarında divarlara bitişik kiçik nəsnələr qoymağa başlayıblar. Adam ora girər və utanmadan girib-çıxanın gözü önündə ehtiyacını ödəyib çıxar. Bu cür hərəkət edən adam 2 haram iş birdən görür: Birincisi, idrardan özünü qorumur və ikncisi pisliyi təmizləmədən geyinir.
Göndərilib: B.e. Apr. 18, 2005 9:34 pm İsmarış mətni:
-b-
İstəmədikləri halda başqalarının söhbətinə qulaq asmaq.
Allah Taala buyurur:
"Bir-birinizin eyibini arayıb axtarmayın" (Quran, Hücurat, 12)
İbn Abbasdan (ra) RəsulAllahın(s) belə buyurduğu rəvayət edilir:
"Kim 1 qrup insanların xoşlanmadıqları halda qulaq asarsa, qiyamət günü həmin adamın qulağına qurğuşun tökülər..." Təbərani, Buxari
Onların xəbəri olmadığı halda, zərər vermək üçün sözlərini başqalarına çatdırarsa, gizli qulaq asmaq günahının yanına bir günah da əlavə edər və RəsulAllahın(s) bu hədisindəki söləri ilə qarşı-qarşıya gələr:
"Qattat(1 camaatın danışdıqlarını onlara hiss etdirmədən qulaq asıb sonra başqalarına xəbər verən adam) Cənnətə girə bilməz" Buxari
Uca Allah Qurani Kərimdə qonşulara münasibətdə yaxşı davranmağımızı istəyərək, belə buyurur:
"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz! " (Quran, Nisa, 36)
Qonşuya əziyyət vermək haramdır. Çünki qonşuluq haqqı böyükdür.
Əbu Şureyhdən(ra) RasulAllah(s)ın belə buyurduğu rəvayət edilir: "Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz!". "Kim, ey Allahın Rəsulu?"-deyə soruşdular. RəsulAllah(s) belə buyurdu:"Əziyyətindən qonusunun əmin olmadığı adam" Buxari
Hz. Peyğəmbər(s) qonşunun qonşunu tərifləməsinin və pisləməsinin yaxşılığın və psiliyin ölçüsü olduğunu bildirib.
İbn Məsuddan(ra) Allah Rəsulunun belə dediyi rəvayət edilir:"Qonularını "yaxşı etdin" deyərkən eşitsən, bil ki, yaxşı etmisən. Onları "düz etmədi" deyərkən eşitsən, bil ki, həmin işi düz etməmisən" İmam Əhməd.
Qonşuya əziyyət ermək müxtəlif şəkillərdə də ola bilər. Aralarında ortaq divar olduğu halda tir qoymasına mane olmaq, binanı yüksəldərək, qonşusunun icazəsi olmadan hava və gün işığının qarşısını almaq, onun evinin işinə tərəf pəncərə açaraq evindəki özlərinə aid halları bilməyə çalışmaq, xüsusilə də istirahət vaxtlarında müxtəlif narahatedici səslərə əziyyət vermək, uşaqlarını döymək və qapısının qabağına zibil atmaq bunlardandır. Günah qonşunun haqqına təcavüz etmək olanda daha da böyük olur və bunu edınin günahı RəsulAllah(s)ın buyurduğu kimi olur:
"Kişinin 10 qadınla zina etməsi qonşusunun xanımı ilə zina etməsindən daha yüngüldür. İnsanın 10 evdən oğurluq etməsi qonşusunun evindən oğurluq etməsindən daha yüngüldür." Buxari
Bəzi xainlər qonşusunun axşam növbətçisi olduğunu bilib, onun yoxluğunu fürsət sayaraq, pislik etmək üçün evinə girərlər. Əzab verən günün əzabına düçar olanda vay onların halına!
Bütün saatlar GMT + 4 Saat Səhifə Əvvəlki1, 2, 3, 4, 5
5 səhifə (Cəmi 5 səhifə)
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.