Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Qardaşlara tövsiyyələr

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 414
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. Apr. 18, 2005 9:28 pm    İsmarış mətni: Qardaşlara tövsiyyələr Sitatla cavab ver

-b-

Qardaşlara tövsiyyələr.

Hz. Peyğəmbər(s): "Aranızda ən xeyirli olanlarınız qadınları və zövcələrilə ən yaxşı davrananlarınızdır". (Buxari, Muslim)

1. Ailənizə, zövcənizə, uşaqlarınıza xərclədiyinizin sədəqədən daha əfzəl olduğunu unutmayın;

2. Hər qəzəbləndiyiniz anda "talaq" (boşanma) sözünün işlədilməsinin ağır məsuliyyətini düşünərək, bu kəlməni istifadə etməməyə çalışın;

3. Evə gec qayıtmağı planlaşdırarkən, orda sizin yolunuzu gözləyənlərin olduğunu düşünün;

4. Zövcənizin ailəniz üçün göstərdiyi səy və fədakarlığı xoş sözlə, nəvazişlə mükafatlandırmağa çalışın;

5. Həyat yoldaşınız xəstə, başı qarışıq olduqda, yaxud heç bir səbəb olmasa da ona ev işlərində kömək edin;

6. Gündəlik iş problemləri, qayğı, kədər və narazılıqları evinizin qapısını döyərkən, bayırda qoyun və evə qayğısız, gülər üzlə daxil olmağa çalışın;

7. Həyat yoldaşınızın sizin şəxsi mülkiyyətiniz yox, Allah tərəfindən verilmiş olan əmanət olduğunu heç vaxt unutmayın və onunla müvafiq şəkildə davranın;

8. Vaxtaşırı zövcənizi kiçik də olsa, hər hansı bir hədiyyə ilə sevindirin. Unutmayın ki, qadınlar belə şeyləri çox xoşlayırlar;

9. Həyat yoldaşınızdan Allahın qəzəbinə gələcək heç bir şey istəməyin ( );

10. Evinizə apardığınız hər qəpiyin, hər loxmanın halal olmasına çalışın;

11. Zövcənizin sizə verdiyi sevgi, hörmət və qayğının əvəzini eynilə ona qaytarın;

12. Həyat yoldaşınızla tez-tez məsləhətləşin, onun fikirlərinə qiymət verin;

13. Öz valideyn və yaxınlarınıza göstərilməsini istədiyinizi sevgi və hörməti zövcənizin valideyn və yaxınlarına göstərin;

14. Nə qədər yorğun və məşğul olsanız da, zövcəniz və övladlarınıza gündəlik vaxt ayırmağa və onlarla birlikdə dincəlməyə çalışın;

15. Ailənin bütün ehtiyaclarını təmin etmək kişinin borcudur. Bu məqsədlə qadın istəmirsə, onu evdənkənar işlərə məcbur etməyin;

16. Dükan, bazar, qadının gücü çatmayan ağır fiziki işləri yerinə yetirmək zövcənizin deyil, sizin vəzifənizdir;

17.
Övladlarınızın təlim, tərbiyəsinin təkcə həyat yoldaşınıza tapşırmamalı, bu işdə ikiniz də Quran və Sünnəyə əsaslanan birgə əmək sərf etməlisiniz;

18. Zövcənizə özünə vaxt ayırmasına, valideyn və yaxn rəfiqələriylə görüşməsinə imkan yaradın;

19.
Həyat yoldaşınız üçün yaraşıqlı görünməyə, təmizliyinizə və sağlamlığınıza diqqət edin;

20. Zövcəniz və övladlarınızla birlikdə Quran öyrənməyə, oxumağa, İslami biliklərinizi artırmağa, məsciddə keçirilən dərslərdə iştirak etməyə vaxt ayırın;

21.
Heç kimin kamil olmadığını bilərək, həyat yoldaşınızın kiçik qüsurlarına göz yummağa çalışın, şirin dillə səhvlərini Peyğəmbərimizn(s) və saleh insanların həyatından misallarla ona başa salmağa çalışın.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran