"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Göndərilib: Ç.a. Mar. 22, 2005 4:25 pm İsmarış mətni:
O ki, qaldi dini kitablari az oxumaga, sizi amin ediram ki, manim qadar hec bir dindan basiniz cixmaz, manim oxudugum dini kitablarla kitabxana qurmaq olar. Va manim Quranin elmi aciqlamalari haqqinda maqalem var. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: Ç.a. Mar. 22, 2005 5:41 pm İsmarış mətni:
Agar bir insanin sana va dinina ziyani daymayibsa ondan uzaq olmaga daymaz. Quranin bu ayelerine nezer yetirin: 4:86, 60:8-9, 5:5. Agar kimsa ahli kitabdan bosbosuna uzaq durursa, yaqin ki, onlardan qorxur. Kimsaya islami anlatmaq ucun ona "musalman deyilsan, radd ol!" deyib "hurmak" lazim deyil. Onunla mulayim olub islami anlatmaq lazimdir, o zaman islami qabul edar, har halda ahli kitab kafirlara nisbatan islama olduqca yaxindirlar. islam bela yol ila insallah butun dunyaya yayilacaq. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: Ç.a. Mar. 22, 2005 5:42 pm İsmarış mətni:
Yani islamdan basga din qalmayacaq insallah. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: Ç.a. Mar. 22, 2005 9:14 pm İsmarış mətni: Haqq
Bəli Allah qatında İSLAMdan başqa din qəbul olunmayacaq.
" Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Əli-İmram:3/85
Bir də xayiş edirəm yazdıqlarımı diqqətlə oxu.
Sən həqiqətən İslamda VƏLA VƏ BƏRA (DOST VƏ DÜŞMƏN) məsələsini anlamamısan.Anlasaydın onlara bu cür məhəbbət bəsləməzdin.Bir də deyirsən ki onda onları harda tusan öldür.Birinə düşməncilik göstərmək onu öldürmək anlamına gəlməz.Sadəcə onlardan uzaq duracaqsan.Bax sen men yazdıgım delilləri oxu hər şeyi başa düşəcəksən.Görürəm yazdıqlarımı oxumamış həmən cavab yazırsan.Ətraflı oxu gör nə yazmışam.İndi də başqa dəlillər yazıram.
“(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: "Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!" Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.” (Bəqərə: 2/120)
Şexulislam İbni Teymiyyə deyir ki:
“ Burada din mövzusunda nə buyurulduğuna, onların hava və həvəslərinə uymaqdan çəkindirmə xüsusunda hansı cür əmr gətirildiyinə diqqət edilməlidir. Yəhudi və xristiyanlar, öz dinlərinə uymadıqca möminlərdən əsla razı olmazlar.İstər az istər çox olsun hərhansı bir mövzuda Yəhudi və xristiyanlara tabe olmaq, onlara uymaq qətiyyən caiz deyildir.
“Ey mö’minlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.” (Əl-i İmran: 3/100)
“ Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən…”(Mücadələ: 58/22)
Sənə də məludur ki onlar Muhammədi peygəmbər kimi qəbul etmirlə ona düşməncilik göstərirlər.
Şeyxulislam İbni Teymiyyə deyir ki:
“ Bu ayədə hər hansı bir möminin; atası belə olsa, Allah və Onun Peyğəmbəri əleyhinə çıxanları dost tutğuğunun, onlara sevgi bəslədiyinin görülməyəcəyi həqiqəti ortaya qoyulmuşdur.Heçbir möminin bir kafiri sevdiyi görülməz. Kim bir kafiri sevər və onunla dost olarsa, o artıq mömin deyildir.”
Bu ayədə Allaha və Rəsuluna (s.ə.v.) düşmən olub, savaş açdıqları halda atalarını, qardaşlarını ya da yaxınlarını seven, onlara dostluq gösteren kimsələrin imansız olduqları açıqlanmışdır. İnsanın belə halda ən yaxınlarıyla əlaqələrini kəsməsi istənilirsə, görəsən uzaqda olan kafirlərə qarşı sevgi göstermek necə açiqlana bilər?
İndi də sünnətdən dəlil.
Ömər b. Xəttab (r.a), Cəbiyyədə Qüdsün fəthini müzakirə edirdi. Ömər b. Xəttab (r.a) Kə`bə belə dedi:
“ Harda namaz qılmağımı istəyirsən? ” O da:
“ Məncə qayanın arxasında qılsan yaxşıdır. Çünki, Qüds tam gözlərinin önündə olacaqdır.” Dedi. Bu zaman Ömər (r.a):
“ Olmaz, mən namazımı ancaq Rəsulullahın qıldığı yerdə qılaram.” Dedi. Sonra qibləyə yönəldi və Kəbəyə doğru namazını qıldı. Sonra gəldi və örtüsünü yerə sərərək üzərindəki cör-cöpü silkələyib süpürdü. Camaat da onun elədiyini elədi.” (Əhməd: 1/38, Heysəmi Məcmauz-zəvaid: 4/6, Ibn Kəsir əl-Bidəyə vən-Nihəyə: 7/58.)
Ömər (r.a), Kə`bi, sadəcə yəhudilərin döndüyü qayaya dönərək, yəhudilərə bənzəməsi səbəbiylə tənbeh etmişdir.
Səhabələr onlara bənzəməkdən çəkindikləri halda sen ay İlkin onlara qarşı məhəbbət bəsləməyimizi istəyirsən.
Böyük səhabə Cənnətlə müjdələnən ÖMƏRin Əhli kitaba qarşı tutduğu mövqe, İslamın öngördüyü şərtlər çərçivəsində olmuş, kafirlərin dövlət işlərində vəzifələndirilməsini qadağan etmiş, onların güvənilir insanlar olaraq qəbul edilmələrini əngəlləmiş və Allah zəlil qıldıqdan sonra kimsənin onları əziz qılmağa haqqı olmadığını vurğulamışdır. Hətda rəvayətə görə; Kafirlərə aid kitabların yandırılmasını əmr etmiş, bidət işləyən insanları sürgün etmiş, onların hər an və hər yerdə alçaldılmalarını əmr etmiş və buna nəzarət etmişdir.
İlkin bax Allah, zalımlara yönəlməyi, onlara meyletməyi və güvənməyi qadağan etmiş, bunu edənləri Cəhənnəm atəşi ilə təhdit edərək, onlara kömək etməyəcəyini xəbər vermişdir.
“Zülm edənlərə meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz yoxdur. Sonra sizə kömək olunmaz! “(Hud: 11/113)
Bu ayədəki zalımlar allaha şərik qoşan amma sənin dəstəklədiyin xristiyan və yəhudilərdir.
Bütün bu dəlillərdən sonra bu fikrindən dönməzsənsə vəziyyətin con pis olar.
Cavabını gözləyirəm amma dəlillərlə.
Bir də yazdığın ayələr var onlara baxdım.
1-ci 4/86 ayə belədir.
"Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır".Mən göstər görüm bu ayədə onlarla dostluq etmək barəsində nə var.
2-ci 60/8-9 ayə belədir.
"Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! "
" Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır! "
Bəzi alimlərin rəyinə görə bu ayənin nazil olma səbəbi hicrət etməyən müsəlmanlar haqqındadır.Yəni kafirlərin işində qalıb lakin onlala birlikdə müsəlmanlara qarşı döyüşməyən müsəlmanlar haqqında nazil olub.
3-cü 5/5 ayə belədir.
"Bu gün pak ne’mətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Mö’minlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar! "
bu ayədə də onların yeməklərini yemək barəsində söhbət gedir.Bu da onları dost tutmaq anlamına gəlməz.O ki qaldı ayədə ki onlarla evlenmek O başqa bir mövzudur.Onlarla evlənmək dostluq anlamına gəlməz. Məsələn Rəsulullah Yəhudi kralını öldürü sonra onun qızı ilə evlənir
Bəqərə 62 ayəsini də oxudum.Ayə belədir.
"İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər." Ax İlkin burda kecən musəvi isəvi o peygəmbərlərin vaxtında onlara iman gətirənlərdir.İslam gəldikdən sonra o dinlərdə olanlar hamisi İslamı qəbul etməli idilər.Axı Allah deyir İSLAMDAN başqa din qəbul etməyəcək.
.Sən gətirdiyin ayələrin heç birində açı şəkildə sənin dediklərinə bir dəlil yoxdur.
Amma mən yazdıqlarım açıq ayələrdir.Allah rızası üçün oxu və nəticə çıxart.
Göndərilib: Çər. Mar. 23, 2005 5:19 pm İsmarış mətni:
Yaziram: Quran 2/111:"Va onlar deyirlar:"Yahudi va xristiandan basqa kimsa cannata girmayacak."Bu onlarin arzusudur. De:"Dogrusunuzsa dalilinizi gatirin."" Bela anlanilir ki, takca yahudi va xristian cannata girmayacak, ham da musalmanlar giracaklar. 2/112:"Xeyr, kim isini gozal edarak ozunu Allaha taslim edarsa (yahudilar da Allaha inanirlar va Ona taslim olublar), onun mukafati tanrinin yanindadir. Onlara qorxu yoxdur va onlar uzzulmayacaklar." 2/113:"Va yahudilar dedilar:"Xristianlar hec na uzarinda deyillar." Va xristianlar dedilar:"Yahudilar hec na uzarinda deyillar." Amma har ikisi kitabi oxuyurlar. Bilmayanlar da eyni onlarin dediklari kimi demislar.Ayriliga dusduklari sey haqqinda Allah aralarinda hokm veracak." Yani har ikisi tamal uzarindadir, va Allah deyacak niya onlar ayriliga dusub.3/75:"Kitab ahlindan elasi var ki, onlara kintar (coxlu mal) amanat versan, onu sana qaytarar, elasi da var ki, onlara dinar versan uzarilarinda durmayinca onu sana vermazlar." Bu aye deyir ki, kitab ahlinin hamisi eyni deyil. Yani pisi da var, yaxsisi da. 5/69:"inananlar, yahudilar, sabilar va xristianlar Allaha va axirat gununa inanan va saleh islar edanlara qorxu yoxdur va onlar uzulmayacaklar." Bu ayeni oldugu kimi anlayiram, Allah bela deyib artiq sharha ehtiyac yoxdur. novbati ayenin nomrasini daftarda qeyd etmayi unutmusam, amma galan dafa nomrasini yazacagima soz veriram:"...ard-arda elcilarimizi gondardik, Maryam oglu isani da onlarin ardina qatdiq, ona incili verdik va ona uyanlarin qalblarina shafqat va rahmat qoyduq..." Bu aye de incila uyanlarin hamisinin manfi obrazli oldugunu inkar edir. Novbati ayeya baxaq, bu aye de kitab ahlinin hamisinin eyni olmadigini demakdadir.3/199:"Kitab ahlindan elalari var ki, Allaha inanirlar, siza endirilanlara va ozlarina endirilanlara inanirlar, Allaha qarsi sayqilidirlar, Allahin ayelerini qapik-qurusa satmazlar. Onlarin da Tanri qatinda mukafatlari vardir. Subhasiz Allah hesabi tez gorandir." Ahli beyt laqabli qardas va ya baci, Qurandan gatirdiyim ayalara asaslanaraq deyiram ki, Allaha and olsun ki, ahli kitabin hamisi eyni deyil, yxsilari da var, pislari da, mominlari da var, kafirlari da. Agar ahli kitab haqqinda yazdiqlarimi oxusaniz, (agar nazaratcilar pozmasalar tabii ki), man hamisa "kitab ahli" va ya "xristianlar" sozundan sonra motarizada (sarik qosanlari yox) yaziram.Galin nivbati ayelere de baxaq:60/8-9:"Allah siza din haqqinizda savasmayan va sizi yurdlarinizdan cixarmayan kimsalara yaxsiliq etmayi, onlarla adalatli davranmagi qadagan etmaz. Allah siza ancaq sizinla din haqqinizda savasan, sizi yurdlarinizdan cixaran va cixardilmaginiz ucun yardim edan kimsalarla dost olmagi qadagan edar. Kim onlarla dost olursa, zalim olanlardir." Agar 60/9 da gostarilanlarla dost olmaq haramdirsa, 60/8 da gostarilanlarla dost olmaq haram deyil. Axi 60/9 da "Allah siza onlarla dost olmagi qadagan etmissa, 60/8da adlari gostarilanlarla etmamisdir. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: Çər. Mar. 23, 2005 6:45 pm İsmarış mətni:
Ey adəm övladı.Sən nə inadtçı adamsan.Ayələri gətirib özündən şərh verirsən.Allahdan qorx.Bax Maədə:5/3 ayə hökümlər haqqında sonuncu ayədir.
Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdimMaədə:5/3
AY İNSAN OGLU bu o deməkdir ki İSLAM gəldiktən sonra obiri dinlər nəsx olundu.Allah İSLAM DAN BAŞQA DİN qəbul etməyəcək. Sən isə deyirsəki onlar iman gətirib.De gorum hansi dinə iman gətirib. Allaha iman onun TÖVHİDİNƏ İMAN GƏTİRMƏKLƏ OLUR.
Mən şahid oldum ki xristiyan və yəhudilərdə olmayan TÖVHİD imanı səndə də yoxdur.Xristiyan və yəhudilər kafirdir onlari dost tutanlarda onlar kimi kafirlərdir.
Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz! 5/51
Nəisə görünür sən haqq aramırsan.
Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö’minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir. 4/115
Səndə bu ayədə sözü gedən kimsələrdənsən.
Göndərilib: C.a. Mar. 24, 2005 3:37 pm İsmarış mətni:
Xristianlari biliram (Allah 3 hissadan ibaratdir, Ata va ogul va sair), amma xahis ediram gostarin yahudilarin Allaha sarik qosmalarini indiki zamanda. Kimisa islama cakmak ucun MUTLAQ, umumiyyatla har hansi bir dina cakmak ucun, o cumladan da islama, MUTLAQ onunla mulayim raftar etmak, onunla dost munasibatina girmak, bununla da yavas yavas islami onun beynina yeritmak lazimdir, bir gun ozu mascida gedib kalmeyi sahadati demak istayacak. Amma sizin versiyanizla isa islami yaymaq olmaz, bu mumkun deyil sadece. Uzaq durun xristiandan, yaxin durmayin ona, ancaq oz dini olanlarla unsiyyatda olsun, bas sonra? Usaqlari da, sonraki nasli da xristian olacaq. Bas islami neca tablig edak, axi o musalmanlarla tamasda olmalidir. Cunki kimsa ona islami oyratmasa neca oyransin? Neca ondan musalman alinsin? Neca islam daha da cox yayilsin? Axi islamdam onca biz atesperest idik, musalman olmus arablarla unsiyyat bizi islama apardi, duz deyil? Amma onlar "azeriler musalman deyil, atesperestlerle yaxinliq etmayin" prinsipi uzra da harakat eda bilardilar. Baxin gorun missionerlar neca harakat edirlar, kucada birini sohbata, sirin sirin dila tutub neca oz dinlarina cakirlar? _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: C.a. Mar. 24, 2005 3:44 pm İsmarış mətni:
Man na isa ozumu hec kafir kimi hiss etmiram, aksina daha cox musalman missioner kimi hiss ediram. Ahli beyt bilin ki, musalmana kafir demak gunahdir. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: C.a. Mar. 24, 2005 6:38 pm İsmarış mətni:
ilkin sən həqiqətən qatı cahiliyyə üzrəsən.Özü də deyirsən ki nəsə özümü kafir kimi hiss etmirəm.Amma Vallahi bu hal üzrə ölsən vəziyyətin cox pis olacaq.
Artıq sənə ayədə yazmıram.Cünki qatı cahilsən qəbul etmirsən.Mən sənə o qədər dəlil verdim amma sən inad etdin.Nəsə mübahisəmizə burda son qoyuram.
Və sənə son olaraq böyük məshəb imamı olan MALİKin sənin kimilər üçün dediyi sözlərini xatırlatmaq istəyirəm.
"YÜZ ALİMLƏ MÜBAHİSƏ EDƏRƏM AMMA BİR CAHİLLƏ YOX."
Məndə onun bu sözlərinə hörmətlə yanaşaraq mübahisəni dayandırıram.
Allah ONUN DÜŞMƏNLƏRİNİ SEVƏNLƏRİ SEVMƏZ!!!!!!!!!!!!!
Göndərilib: C. Apr. 01, 2005 4:18 pm İsmarış mətni:
UFF, Sizin kimi "savadlilara" cox rast galmisam, hamisi da ozunu sizin kimi kamikadze rolunda gormak fikrindadir. Siz mana ayeler getirdiniz, men de size tutarli ayeler getirdim. Buradan 2 versiya ortaliga cixir; ya siz islami sona qadar oyranmamisiniz va tam tahlil bacariginiz yoxdur (adeten onu bunu cahil adlandiranlar ozlari 2-ni 2-ya vura bilmirlar), ya da iranin siyasatinin tasirina maruz qalmisiniz. Buna baxmayaraq siza hayatinizda ugurlar va Tanridan hidayet arzulayiram. Muzakireye gore de cox sag olun. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
XƏBƏRDARLIQ # 2: Hörmətli istifadəçi, bu sizə ünvanlanan 2-ci xəbərdarlıqdır. Qaydalara riayət etməyiniz tövsiyyə olunur. Əks halda növbəti, son xəbərdarlıqdan sonra forumdan xaric olunacaqsınız. Diqqətli olun. _________________ sunna
Göndərilib: B.e. Apr. 11, 2005 2:09 pm İsmarış mətni:
Bilirsiniz, man ahli kitabla dostluq dedikda, maqsadimi da demisam axi, maqsadim da o olub ki, onlarla dost olaraq yavas yavas onlari gercak din olan islama cakmak. Duzdur, bazilarina bu bir az gulunc goruna bilar, amma har bir musalmanin borcudur ki, bunu etsin. Cunki, yahudi va xristianlarin dini digar dinlara nisbatan islama cox yaxindir, indi onlarin indiki nasillarinin gunahi deyil ki, asrlar bundan onca incili va Tovrati korlayib yararsiz hala saliblar, biz musalmanlarin borcudur ki, onlari avvalki dinlarina qaytaraq, yani asrlar bundan onca oldugu kimi musalman edak, bunu ucun isa onlarla unsiyyatda olmaqdan, onlara haqiqi dini tam sakilda anlatmaq lazimdir. Kimin agli basindadirsa, musalman olacaq, kim korlanmis dinda qalmaq istayirsa, bu basqa masaladir, onlarla dostluq etmaya daymaz. Manca burada ela da bir problemli masala yoxdur ki, har dafa aqressiya ila muzakira olunsun. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: Ç.a. Apr. 12, 2005 8:28 am İsmarış mətni:
-b-
AsSalamu alaikum.
ilkin,
Sizinlə təmamilə razıyam. Kitab əhlinə onları İslama dəvət etmək məqsədilə yaxşı münasibət göstərmək olar. Lakin onların bu dəvəti qəbul etməyib, amma bu köməkdən sui-istfadə etdiklərinin çox şahidi olmuşam. Odur ki, dəvət xaricində yalnız şəxsi mənafelərə əsaslanan dostluq, əməkdaşlıq İslam baxımından düzgün deyildir. Bunun isə səbərləri aşağıdakılardır.
1. Allah Qurani Kərimdə bu dostluğa izn vermir;
2. İslam dinini, tək olan Allahı tanımayan birisindən müsəlmana dost ola bilməz;
3. Müsəlman qardaşına əziyyət verən Kitab əhli bu gün sənə ziyan yetirməsə də, sabah bunu sənə qarşı da tətbiq edə bilər.
Humeyra xanim, man basqa bir masalani da sizdan sorusmaq istardim. Azerbaycan coxmillatli olkadir, tabii ki, bu olkada aksariyyati musalman olan xalqlarla barabar xristian millatdan olan xalqlar da- misal ucun ruslar yasayirlar. Bela alinib ki, azeri va rus qapi qonsusu olublar, usaqlari da ta usaqliqdan bir yerda oynayirlar, dostlasiblar, qardaslasiblar. Dar gunlarinda bir- birilarina komak olurlar. Siz indi neca baxardiniz bu masalaya? Onlar ayrilmalidirlar? Sizca bu duzgundur ya yox? Ona gora da mana ela galir ki, bu masalada bazi istisna hallar ola bilarlar. Siz neca cavablandirardiniz bu masalani? Manda sual doguran mahz bela hadisalar va elaca da Quranda kitab ahlinin tam olaraq kafir adlandirilmamasidir, Allah deyir ki, isa Allahdir (yani xristian ucluyunun ikincisi) va Allah ucun ucuncusudur deyanlar kafir olmuslar, yani birinciya- Allahin ozuna Allah deyanlar kafir deyillar, ela deyilmi?.
Siz bu barede ne deyerdiniz, Humeyra xanim? Cavabinizi gozlayiram. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Hədayətə tabe olanlara salam aleykum. İlkin sənin bu sualıva mən yenə də aciqlama gətirmək isteyirəm. Ola bilsin deyəcəksən ki sen menimlə mubahisəyə son qoymuşdun noldu ? Amma görürəm ki sen bu məsələdə həqiqətən elmsizsən. Bu qədər ayə səni qane etmirmi ki hələ öz fikirlərivi irəli sürürsən.
İnan ki sənə yazdiğimiz ayələri xristiyan qardaşlariva yazssaydıq bəlkə İslamı qəbul etmişdirlər.Sənə hec kim demir onlari islama dəvət etmək olmaz. Bəli onlari İslama dəvət etmək bizim boynumuzda haqdır.Amma onlarin İslama girənə qədər yəni müsəlman olana qədər bircə adlari var ki o da KAFİRDİR.
Bunu mən və ya Humeyre və yaxud başqa birisi yox uca Allah deyir.Hansi ki uzun müddətdir o buyuruqları sənə yeridə bilmirik. Mən bilirəm sən niyə bu məsələləri başa düşmürsən. Çünki hər şeyi ağlınla başa düşməyə calışırsan. Lakin unutma ki Allahın hər əmrini Sənin o zəki ağıl dərk edə bilməz.
İnşaalah bir az düşün inad etmə hər şeyi başa düşəcəksən.Bu sənin mənim fikrim yox Aləmlərin Rəbbi olan Allahın qəti əmridir.
Bu mövzu haqda bir az bilkgisi olmayan qardaş və bacilarıma məlumat vermək istəyirəm.
Əvvəllər olduğu kimi günümüzdə də bəzi cahil və inadçı insanlar, Allahın müsəlmanlara fərz qıldığı “ Müsəlmanlara dostluq, kafirlərə düşmənlik ” göstərmə prosesini inkar edərək, buna zidd hərəkət etməktədirlər. Din əhlindən olduqlarını iddia edən bu insanlar “ vəla ” mövzusunda bir neçə qrupa ayrılmışlar.
Bunların bir qismi, açıq söyləməsələr də, cahiliyyə əhlinin bu azğınlığını gözəl qarşılayırlar və bu vəziyyətdən razıdırlar. Bir qismi isə, bunu gözəl görməməklə bərabər, belə davrananları cahil qəbul edərək, üzürlü görərlər. Allah, müsəlmanlara dostluq göstərib , kafirlərə düşmən olmalarını vacib qıldğı halda, buna zidd davrananları təkfir etməyib, onlara qarşı göstərilməsi lazım olan münasibəti göstərməzlər.
Allah belə buyurur:
“ Kitabda insanlara bəyan etdikdən sonra nazil etdiyimiz açıq-aşkar dəlilləri və hidayəti gizlədənlər Allahın lənətinə düçar olar və lənət edə biləcək kimsələr də onlara lənət oxuyar. ” Əl-Bəqərə:2/159
“ Allah kitab əhlindən:“ Siz onu gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız! ” deyə əhd almışdı. Onlar bu əhdə arxa çevirdilər və onu az qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir. ” Əli-İmran:3/187
Ayədə, kafir və müşriklərə düşmənçılık göstərilərək, onlarla hər növ bağın qoparılmasının vacibliyi üzərində durulmuşdur.
Bir başqa ayədə Allah belə buyurur.
“ Ey iman gətirənlər! Yəhudə və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz! Ona görə də qəlblərində mərəz olanları onların içində vurnuxan və: “ Bizə bir fəlakət üz verməsindən qorxuruq ”, -deyən görərsən. Amma, ola bilsin ki, Allah bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar. ” Maidə:5/51-52
Allah ayədə aciq şəkildə bildirir ki onlarla dostluq edənlər onlar kimi kafirlərdir. Yəni qəlbi xəstə olanlar, münafiqlər onlarla müəyyən bəhanələrlə dostluq qurmağa calışarlar.Mən sizləri kafirlərlə dost olmaqdan cəkinməyə cağırıram. Çünki kafirlərin bir məqsədi var müsəlmanları azdırmaq. Özləri kimi kafir etmək. Bunu mən yox Allah deyir:
“ Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər..." Nisa:4/89
Bəzi özlərini İslama nisbət edən insanlar deyirlər ki, onlarin hamisi kafir deyil sadəcə İsaya Allahın oğlu deyənlər kafirdir. Həqiqətən də o cahillər bu ayələri görmürlər cünki Allah bəsirət gözlərini kor edib:
“ Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Qur’anı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz)..." Mumtəhinə:60/1
İndi o Allah düşmənləri mənə cavab versin görüm hansi xristiyan hansı yəhudi Quranı, Muhammədi (s.ə.s) qəbul edir. Allah ayədə açıq şəkildə bildirir ki Quranı Muhammədi (s.ə.s) qəbul etməyənlər mənim döşmənlərimdir. Mən də bu ayəyə dayanaraq deyirən ki yəhudi və xristiyanları dost tutanlar hətda müdafiye edənlər Allahın, Rəsulunun və möminlərin düşmənləridir. Allah bizi bu cür qatı cahillərdən qorusun.Onların fitnəsindən Allaha sığınıram. Əsl münafiqlər elə belələridir.
Əziz Müsəlmalar!!!! Sizə də tövsiyəm budur ki bu cür qatı cahillərə qarşı münasibətivizi qətı şəkildə ortaya qoyun. Çünki İslamın bir nömrəli düşmənləri elə onlardır. Çünki zahirdə özlərini müsəlman kimi göstərirlər amma həqiqətdə kafirlərə meyl edirlər məhəbbət göstərirlər.
Özünüzü bucür zalımlardan qoruyun.
Hədayətə tabe olanlara salam aleykum.
Sohbat elmsizlikdan getmir, man siza, daha dogrusu Humeyra xanima sual qoydum ki, manim har bir sualima konkret cavab versin. Umumi konteksda man da raziyam bazi masalalarla, amma bacarirsinizsa, manim yuxaridaki sualima cavab verin lutfan, cunki mani mahz konkret olaraq o masalalar casdirirlar. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Mahabbata qaldiqda isa, man onlara qarsi mahabbat haqqinda bir soz demamisam, manim taklif etdiyim dostlugun arxasinda siyaset gizlanir, sayta takca musalmanlar girmadiyindan bunu dostluq adi altinda qalama veriram, amma goruram, siz bunu anlamirsiniz va man da macbur olub maqsadimi aciq sakilda siza yaziram, canab Ahli Beyt. Dostluq pardasini siz qopardiniz. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: C.a. Apr. 14, 2005 8:50 am İsmarış mətni:
Hidayətə tabe olanlara Allahın salamıolsun.
İlkin Sən deyirsən uşaqlıqdan bir yerdə böyümüş, dar gündə bir birinə kömək olmuş iki insan təsəvvür edək. Bunların biri müsəlman biri də kafirdir. Onlar ayrılmalıdır ya yox? Bax sənə gözəl bir örnək verirəm.
Allah c.c belə buyurur:
“ Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən…” Mücadələ: 58/22
Şeyxulislam İbn Teymiyyə deyir ki:
“ Bu ayədə hər hansı bir möminin; atası belə olsa, Allah c.c və Onun Peyğəmbəri s.ə.s əleyhinə çıxanları dost tutğuğunun, onlara sevgi bəslədiyinin görülməyəcəyi həqiqəti ortaya qoyulmuşdur.Heçbir möminin bir kafiri sevdiyi görülməz. Kim bir kafiri sevər və onunla dost olarsa, o artıq mömin deyildir.”
Bu ayədə Allaha və Rəsuluna (s.ə.v.) düşmən olub, savaş açdıqları halda atalarını, qardaşlarını ya da yaxınlarını seven, onlara dostluq gösterən kimsələrin imansız olduqları açıqlanmışdır. İnsanın belə halda ən yaxınlarıyla əlaqələrini kəsməsi istənilirsə, görəsən uzaqda olan kafirlərə qarşı sevgi göstərmək necə açiqlana bilər?" Ola bilsin yenə mözunun istiqamətini dəyişmək ücün yeni bəhanə gətirəsən ki " mən Allaha c.c və Rəsuluna s.ə.s qarşı savaşanları demirəm ki " savaş açmayanları deyirəm. Mən də sənə deyirəm ki xristiyanların və yəhudilərin hamısı Allah c.c və Rəsuluna s.ə.s savaş açıblar. Savaş o demək deyil ki əllərinə silah alıb bizə qarşı döyüşsünlər. " Hətta bir qismi bunu da edir". Yəni onların bu gün İslamı qəbul etməmələri Allaha qarşı ən böyük savaşdır.Sənə sual verirən Allahdan gələn son və kamil olan İslam dinini qəbul etməyən Allaha c.c və Rəsuluna s.ə.s qarşı savaşmırmı ? Muhəmmədi s.əs rəsul kimi qəbul etməyən İslama qarşı döyüşmürmü ?
O ki qaldı kitab əhlinin hamısının kafir olub olmamasına, əgər sən Qurandakı kitab əhli ilə bağlı olan ayələri diqqətlə oxusan görərsən ki İslam gəldikdən sonra bütün kitab əhli Allah tərəfindən kafir adlandırılır. Taki İslamı qəbul edənə qədər. Səhabələrin, xüsusiylədə Ömər bin Xəttabın kitab əhlinə göstərdiyi münasibəti və onlara qarşı qoyduğu tavırları oxumağı sənə tövsiyə edirəm.
Ömər (r.a) bu nöqtədə olduqca həssas bir siyasət yürütmüşdür. Bu tutumuyla o İslamı əziz qılmış, küfrü və küfr əhlini də zəlil etmişdir. İslamın bağını çürüdəcək nə varsa, hamısını qadağan etmiş və bu xüsusda Allah və Rəsulunun əmrlərinə itaət edərək dinin əsaslarını təmin etmişdir. O hər zaman Allahın c.c kitabı və Rəsulunun s.ə.s sünnətinə bağlı qalaraq Əbu Bəkrin (r.a) izini izləmiş, İslamda seçkin olan səhabələrlə istişarə etmişdir. Əhli kitaba qarşı tutduğu mövqe, İslamın öngördüyü şərtlər çərçivəsində olmuş, kafirlərin dövlət işlərində vəzifələndirilməsini qadağan etmiş, onların güvənilir insanlar olaraq qəbul edilmələrini əngəlləmiş və Allah c.c zəlil qıldıqdan sonra kimsənin onları əziz qılmağa haqqı olmadığını vurğulamışdır.
Hətda rəvayətə görə; Kafirlərə aid kitabların yandırılmasını əmr etmiş, bidət işləyən insanları sürgün etmiş, onların hər an və hər yerdə alçaldılmalarını əmr etmiş və buna nəzarət etmişdir.
Bu şərəfli Səhabələr hər nazil olan ayəni həyatlarında yaşadılar. Və İslamı olduğu kimi başa düşdülər. Onların kitab əhlinə olan münasibəti bizim üçün baris nümunədir.
Əbu Şeyx əl-İsvahanidən gələn rəvayətə görə, Ömər (r.a) belə bir qanunnamə nəşretdirmişdir:
“ Zimmilərdən ( kitab əhli ) yazı işlərində istifadə etməyin. Əks halda sizinlə onlar arasında sevgi yaranar. Onlara sirlərinizi verməyin, onları zəlil qilib alçaldın; ancaq özlərinə zülm etməyin.”
Başqa bir hədisdə:
Əbu Musa (r.a) deyir ki:
“ Ömərə (r.a):
“ Mənim bir xristiyan katibim var.” Dedim. O da mənə dedi ki:
“ Nə edirsən? Allah hidayət versin! Sən Allahın:
“ Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! “ Maidə: 5/51 buyurduğunu eşitmədinmi?
Tövhid əhlindən birini katib edə bilməzdinmi?”
Mən də:
“ Ey möminlərin əmiri! Onun yazı işlərində işləməsi mənim üçündür, dini də özünə aiddir.” dedim.
Ömər (r.a):
“ Madam ki, Allah c.c onları alçaldıb, sen onlara hörmət qazandırma, Allah onları zəlil qılmışkən, sən onları əzizləmə. Allahın uzaqlaşdırdıqlarını sən yaxınlaşdırma! ” dedi. ” ( Beyhaki Sunənu'l-Kubra: 9/204, Əhməd )
Əsri səadətdə yaşayan Rəsulullahın s.ə.s yandaşları kitab əhlinə qarşı bu cür münasibət bəsləyirdilər. Və onlar bizim üçün nümunədir. Sənin irəli sürdüyün dəlilsiz istisnalar isə keçərli deyil ay ilkin. Onları İslama dəvət etmək üçün onlarla dostluğa gərək yoxdur. Sıradan bir insan kimi onları İslama dəvət edə bilərsən. Təbii ki gözəl əxlaqla hikmətlə İslamı onlara anlatmaq lazımdır. Lakin dostluq qurmaq qətiyyən olmaz.
Güman edirəmki bu dəfə inad etməyəcəksən. Haqqı haqq olduğu üçün qəbul edəcəksən. Allah hidayət versin.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Allah tövhid əhlinə kafirlər üzərində qələbə nəsib etsin.AMİN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Tövhid əhlinə Allahın c.c salamı, izzəti, bol neməti, bərəkəti olsun.
Göndərilib: C.a. Apr. 14, 2005 10:37 am İsmarış mətni:
-b-
AsSalamu alaikum.
ilkin,
Əgər söhbət elmsiz, İslamın yaxud xristianlığın fərzini yerinə yetirməyən, ya da ayda-ildə bir dəfə yerinə yetirənlrdən gedirsə, belə dostluqlara çox rast gəlmişəm. Bu mən deyərdim, Allahı tam mənası ilə tanimamazlıqdan irəli gəlir.
Amma bir halda ki, insan sözün həqiqi mənasında Allaha təslim olub, yalnız Onun qanunları ilə oturub-durur, bu dostluq ya daha da möhkəmlənəcək, yaxud da öz-özünə yox olub gedəcək. Bunu öz praktikama əsasən deyirəm.
Belə ki, İslamdan əvvəl bir neçə cahil-xristian, cahil-müsəlman, yəni ata-anası xristiandır, müsəlmandır deyə bu dini öz dinləri hesab edən rəfiqələrim vardı. İslamı qəbul etdikdən sonra günü-gündən, elmim artdıqca bu dinin necə gözəl və kamil olduğunu, insanları həm dünyada, həm də Axirətdə xoşbəxtliyə aparan dinin məhz İslam olduğunu hiss elədim. Öz-özümə fikirləşdim ki, madam, xoşbəxtlik, xilas bu dindədir, niyə özümə rəva gördüyüm bu dini, xoşbəxtliyi yaxınlarım üçün, rəfiqələrim üçün də arzulamayım? Niyə İslamdan başqa bir din üzərində olərək, odda olanlardan olmasına göz yumum axı? Axı indiyədək, bir yerdə sevinib, kədərlənmişik. Və başladım dəvət aparmağa, Allahdan, İslamdan danışmağa. Kimə ki, Allah hidayət verdi, müsəlman oldular. Bu günə kimi də tez-tez görüşürük, birlikdə camaat halında namaz qılırıq. Kim də ki, öz ağılsızlığı, təkəbbürü ucbatından Allahın qanunlarına baş əymədi, əvvəlki, cahiliyyə qaydası ilə davam etmək istədi, buna mən icazə vermədim. Əlbəttə kobud şəkildə yox. Elə ki, görürdüm söhbətlərini dünyadan salırlar, bu məsələyə aid Quran ayələrindən, Peyğəmbər- səllallahu aleyhi və səlləm -in öz səhabələrinə məsləhətlərindən söz açırdım. Yenə də bəziləri şükr olsun ki, İslamı qəbul elədi. Etməyənlər isə artıq əvvəlki kimi boş, mənasız söhbətləri məndə tapmadıqları üçün bezib qaçdılar. Aramızda qarşı-qarşıya gəldikdə ayaqüstü hal-əhval tutmaqan başqa heç nə qalmayıb. Və düşünürəm ki, onu İslama dəvət edikdən sonra belə Allahı tam mənasıyla tanımayan, Ona insani sifətlər qoşan, daşdan, torpaqdan, cadugərdən, falçıdan kömək istəyərək, Allahın haqqını tapdalayandan dar gündə mənə həqiqətən kömək edən çıxmaz. Odur ki, beləsinə vaxt sərf etmək məncə israfdır. Allah isə israf edənləri sevmir.
Man da onu demak istayiram da, deyiram ki, onlarla mulayim raftar etmak lazimdir, islama davat etmak lazimdir, bali, yalniz islama davat maqsadi ila onlarla mulayim danismaq lazimdir, tabliogat aparmaq lazimdir, bir nafar musalman qardasim va ya bacim isa dediyini tutub deyir:"YOX EEE YOX! KAFIRDIR ONA YAXIN DURMA! YOX OLMAZ ONLARA YAXINLASMAQ! IT IS DANGER! ONLAR OZLARI UZAQDAN ULTRAQIRMIZI SUALAR VASITASI ILA ISLAMI QABUL EDACAKLAR, SAN ONLARLA DANISMA!" Man na deyiram o na deyir. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.