Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

AZERİSLAM İLİN ƏN YAXŞI SAYTI OLDU

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> FORUM BU GÜN
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Administrator
site-admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 357
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: B. Apr. 03, 2005 10:05 pm    İsmarış mətni: AZERİSLAM İLİN ƏN YAXŞI SAYTI OLDU Sitatla cavab ver

BIZ ƏSL MÜKAFATIMIZI ALLAHDAN ISTƏYIRIK!

Allahın salamı ilə sizləri salamlayırıq əziz oxucularımız.
Bir ay bundan əvvəl Azərbaycan internetinin inkişafına həsr olunmuş "Birinci Milli İnternet Mükafat NETTY"yə "Azərbaycan Gənc Reportyorlar Birliyi"nin ilk layihələrindən biri olan Azerislam da qatıldı.
Biz oxucularımıza bu barədə məlumat verdik və yüzlərlə dünyavi internet saytları arasında qaliblərdən olmaq üçün onların səslərinə ehtiyacımızın olduğunu bildirdik.
Dəyərli oxucularımız bizi tək qoymadı, davamlı olaraq Azerislama səs verdilər, "Elm və Təhsil" kateqoriyasında ilk üçlüyə düşdük. Bundan sonra isə NETTY akademiya üzvləri 10 kateqoriya üzrə ilin ən yaxşı internet saytlarını təyin etdilər. Aprelin 2-də keçirilən mükafatlandırma mərasimində "Elm və Təhsil" nominasiyasında Azerislam.com ilin ən yaxşı Elmi resursu elan olundu. Təqdimetmə mərasimində çıxış edən AGRB sədri Ceyhun Abdulla mərasim iştirakçılarına bunları söylədi:

- Biz Azerislam-ı hazırladıq ki, dünya azərbaycanlıları öz dinlərini olduğu kimi öyrənə bilsinlər, asudə vaxtılarını səmərəli keçirsinlər, elmlənsinlər və sağlam cəmiyyətimizin formalaşmasında öz töhfələrini versinlər.
Əslində bütün bu mükafatlar simvolik xarakter daşıyır. Biz əsl mükafatımızı Allahdan istəyirik!


Budur, Azerislam Allahın dinini ucaldır, Allah da Azerislamı bu dünyada qələbəyə çatdırır. Allaha sonsuz həmdü-sənalar edərək müsəlman bacı və qardaşlarımızı həm bu, həm də axirət yurdunda daim qələbəyə çatdırmasını istəyirik. Amin!

Yeri gəlmişkən fürsətdən istifadə edib bizi oxuyan bütün oxucularımıza, Azerislam kollektivinə, teoloqlarımıza, dizayner və proqram mütəxəsilərimizə, jurnalistlərimizə, forumumuzun idarəçi və nəzarətçilərinə, Azerislam adının müəllifinə, bu ünvanın ərəyə-ərsəyə gəlməsində rolu olan hər kəsə və bu mükafatlandırmada bizə səs verən NETTY akademiyasının jurilərinə Allahdan bağışlanma diləyir və daim onları xeyir əməllərə müvəffəq etməsini istəyirik.

Biz “Azərbaycan Gənc Reportyorlar Birliyi”nin ən böyük istəklərindən biri də tezliklə Qarabağ torpaqlarının işğaldan azad olması, bu torpaqları öz əllərimizlə geri ala bilmək və Şuşa məscidinin minarəsindən ilk əzan səsini bütün Qarabağ çöllərinə yaymaqdır.

Allah bu işdə hamımıza, bütün dünya müsəlmanlarına yardım etsin, onlara faydalı elm versin və onları bir etsin. Amin!

Hörmətlə: Azerislam xəbərlər xidməti
_________________
İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 141

İsmarışGöndərilib: B.e. Apr. 04, 2005 7:14 am    İsmarış mətni: Sitatla cavab ver

Bunu görüb çox sevindim. Əlhəmdulillah, maşAllah.
Allaha çox şükürlər olsunki, heç olmasa axirətdən əvvəl bu dünyada bizə mükafat verməklə, düzgün yolda irəlilədiyimizi bizə bəyan etdi.
Bununla kifayətlənmək olmaz, daha irəliyiə və daha zirvəyə qalxmaq lazımdır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 420
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. Apr. 04, 2005 8:12 am    İsmarış mətni: Sitatla cavab ver

-b-
AsSalamu alaikum.

AlhamdAllah! Muslima baji zeng edib bu xeberi deyende men de ele sevindim ki. Allah bizi hem bu dunyada hem de Axiretde xeirle mukafatlandirsin...Ameen!

WasSalam.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 105
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: B.e. Apr. 04, 2005 11:29 am    İsmarış mətni: Sitatla cavab ver

-b-
Bizi yaradan və sonra da doğru yola yönəldən Allaha həmd olsun!
Allahın düşmənlərinin hər cür üsullarla bizə haqqı deməkdə mane olmaq istəklərinə baxmayaraq haqqı deməyi bizə nəsib edən Allaha həmd olsun!
Allah bizə haqqı haqq olaraq görsədib haqqa yönəltsin, batili isə batil olaraq görsədib ondan uzaq etsin!
Allah bizə elm və hikmət versin! Qəlbimizi dində sabit etsin! Və Uca Rəbbimizi görməyi bizə nəsib etsin!

Bunlar bizim bu günkü uğurlarımıza görə Allaha etmək istədiyim şükürün dua şəklində ifadələridir. Təbii ki, Allaha nə qədər şükür etsək yenə də azdır. Lakin buna baxmayaraq biz şükr edənlərdən olmağa daim çalışmalıyıq.
O ki, qaldı azerislamın bu günki uğuruna, bu xəbəri eşitdikdə əvvəl çoxsevindim. Sonra isə dərhal yadıma bir sələf aliminin sözü düşdü.
"Nə zaman görsən ki, danışmağın sənin xoşuna gəlir, onda sus. Yox əgər görsən ki, susmağın xoşuna gəlir, onda danış"

_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
kapitan



Daxil ol: C. İyun 18, 2004 15:44
İsmarışlar: 140

İsmarışGöndərilib: Çər. Apr. 06, 2005 4:39 pm    İsmarış mətni: Sitatla cavab ver

assalamu aleykum təbrik edirəm inşAllah əsrin saytı olsun Allah cənnətlə mükafatlandırsın
_________________
http://islam.kz/modules.php?name=Forums&file=viewtopic&t=545
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ilkin



Daxil ol: Ç.a. Fev. 15, 2005 14:39
İsmarışlar: 78
Şəhər/ölkə: Azerbaycan, Baki

İsmarışGöndərilib: C.a. Apr. 07, 2005 4:48 pm    İsmarış mətni: Sitatla cavab ver

Har bir musalmana insallah veracayi kimi, siza da mukafat veracak Allah insallah. Saytin butun iscilarini samimi qalbdan tabrik ediram, onlara bol bol ugurlar arzulayiram. Allah har bir saleh isinizda siza komak etsin.
_________________
Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> FORUM BU GÜN Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran