"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Göndərilib: Ş. Mar. 19, 2005 4:10 pm İsmarış mətni:
“Qərb mədəniyyəti” yoxsa “Qərb siyasəti” - Xristianların təbliğatı
.....Bu gün Qərb özünün texniki inkişafı ilə müasir dünyada nəzərə çarpacaq dəyişikliklər yaradıb. Amma diqqətdən yayınan bir məsələ var ki, o da Qərbin maddi şeylərə olan kəskin rəğbəti və mənəvi dəyərlərin aradan getməsidir. Qərb dünyası insani və əxlaqi dəyərləri sərbəst elan edərək, insanların boynuna texnikanın köləlik zəncirini atmışdır. Qərb mədəniyyəti bəşəriyyətə müəyyən qiymətli hədiyyələr (xüsusən texnikanın inkişafı və bunun sayəsində maddi rifahın yaxşılaşması) versə də, digər tərəfdən minlərlə dəhşətli cinayətlər və qorxulu fəsadlar da törətmişdir. Nəfsani istəklərin sonsuz və rəhmsiz atəşi, ruh və canlara hücum çəkərək insanların mənəvi rahatlıqlarını əllərindən almışdır. Bu gün Qərb mədəniyyəti, Qərb siyasətinin təzahürü olaraq, ayrı-ayrı mənafelərin xidmətindədir. Bu mənafelər isə maddi şeylər əldə etməklə, mənəviyyatın itməsinə zəmin yaratmışdır. Diqqət edin, “alman radiosunda cavan bir qız öz problemlərindən danışaraq, onlardan ona yol göstərmələrini xahiş edir: “Mən cavan qızam və uzun illərdir ki, bir cavan oğlanla ailə qurmadan dostluq əlaqəsi yaradıb, onunla birgə yaşayıram. Amma indi ona rəğbətim azalıb və başqa bir oğlana meylim artıb. Mən keçmiş dostumla əlaqələrimi kəsib, təzə tanışımla əlaqə yarada bilərəmmi? Yaxud yeni dostumla ünsiyyətdə ola-ola köhnə sevgilimlə də əlaqə saxlaya bilərəmmi? Xahiş edirəm bu işdə mənə yol göstərin.” Onun cavabında isə həmin “yol göstərən” radio əməkdaşı deyir: “Siz 28 yaşına qədər azad surətdə qeydsiz-şərtsiz bir və ya bir neçə cavanla əlaqə saxlaya bilərsiniz. Buna görə də özünüzü heç bir əzab və iztiraba salmayın.” Bax bu əsl “Qərb əxlaqı”dır və həmin bu “əxlaq” və “mədəniyyət” radio, televiziya, qəzet və jurnallar və s. vasitələrlə bir çox ölkələrdə və o cümlədən Azərbaycanda da geniş şəkildə təbliğ edilir.
.....Bu gün Qərb informasiya vasitələri bütün gücü ilə İslamı pisləməkdə və insanlara, onların istədiyi əsl mənəvi dəyərləri verməkdə aciz olan digər dinləri (xüsusilə xristianlığı) təbliğ etməkdədir. Bu gün Qərb telekanalları car çəkərək İslam qanunlarından məlumatı olmayan insanları aldadır, İslamın məcburiyyət və köləlik dini olduğunu, insanların azadlığını və hüquqlarını onların əlindən aldığını söyləyir.
.....Xristianlar indiyə qədər “İncil”i bütün dünya dillərinə tərcümə etmiş və onun milyonlarla nüsxəsini müsəlman ölkələrində geniş şəkildə yaymış və yaymaqdadırlar. Vatikan öz gündəlik qəzetini 300 min nüsxə ilə, 50-yə yaxın jurnal və kitabçalarını isə ayda bir neçə milyon nüsxə ilə dünyaya yaymaqdadır. Оnların 32 mindən artıq məktəbləri mövcuddur.
.....Xristian dini qurumları bütün dünyada, o cümlədən Azərbaycanda dini fəaliyyət göstərirlər. Xristian dini icmaları nə yəhudi, nə də buddizm dinlərindən qorxmurlar. Çünki bu dinlər yalnız müəyyən xalqlara bağlıdır və həmin mühitdən kənara çıxa bilmir. Onların nüfuz dairələri bağlı olduqları millətlərlə məhdudlaşır. Xristian təşkilatları yalnız əhatə dairəsi bütün dünya xalqlarına şamil olan Islam dinini özləri üçün təhlükə sayırlar. Roma papası Vatikanda keşişlər Şurasının açılışı zamanı söylədiyi nitqində demişdi: “Afrikada xristianlıq və Qərb üçün real təhlükə olan Islam, dünyadakı kommunizm təhlükəsindən daha qorxuludur.”
.....Lakin Qərbin Islam əleyhinə olan bütün səylərinə və dünyada Islam təbliğatının zəif aparılmasına baxmayaraq Islamın zəngin maarifi və hərəkətverici qüdrəti dünyada, xüsusən də Afrikada geniş yayılmaqdadır. “Rio de Paris” jurnalı bütpərəstlər, xristianlar və müsəlmanlar haqqında statistik məlumatları qeyd etdikdən sonra müsəlmanların say çoxluğunu qeyd edir və yazır: “Ümumiyyətlə afrikalıların yarısı müsəlman hesab olunur, hər il burada 500 mindən çox insan Islamı qəbul edərək müsəlman olur. 1950-ci ildə Əl-Əzhər Universitetinin dörd nəfər məzunu Mabaku şəhərində bir mədrəsə açdılar və burada Islam dini ildırım sürəti ilə inkişaf etməyə başladı. Amma Fransa dövləti tez bir zamanda onu bağladı.” _________________ İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Göndərilib: B. Mar. 20, 2005 12:52 pm İsmarış mətni:
Agar xristian deyirsa ki, islam tahluka yaradir, o axmaqdir va basi bos qazana banzayir ki, danqiltisi var, ici bosdur. Agar musalman deyirsa ki, xristianliq tahluka yaradir, o da hamin o axmaq xristian kimidir. Allah onun dinlarindan olan adamlar arasinda dusmanciliyin olmasini istayarmi? Tabii ki, yox. Sadece insanlar bir birilarini didib dagidirlar. Axmaq insanlar... Bir birilarini qira qira galiblar, qira qira da gedacaklar... _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: B. Mar. 20, 2005 3:38 pm İsmarış mətni:
Əgər bi xristian islamı "təhlükə" sayaraq bu yöndə antiislam təbliğatı aparırsa və bu bir müsəlmanı narahat etmirsə o, axmaq müsəlmandır. _________________ İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Göndərilib: Ç.a. Mar. 22, 2005 3:49 pm İsmarış mətni:
Narahat etmasa idi cavab yazmazdi, mani Allaha inananlar arasinda olan qarsidurmalar daim narahat edir. Bela narahatsinizsa cavabi musalmanlara deyil, o sozu deyanlara yazin. Man da biliram xristian siyasetcilarinin qarni agrayir, amma ba xristian dininin gunahi deyil, anladiniz? DININ GUNAHI DEYIL!!! _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 138
Göndərilib: Çər. Mar. 23, 2005 6:21 pm İsmarış mətni:
Bismillahirrahmanirrahim
Hörmətli qardaşım, sənin yazılarını oxudum
ilkin yazıb:
Agar xristian deyirsa ki, islam tahluka yaradir, o axmaqdir va basi bos qazana banzayir ki, danqiltisi var, ici bosdur. Agar musalman deyirsa ki, xristianliq tahluka yaradir, o da hamin o axmaq xristian kimidir. Allah onun dinlarindan olan adamlar arasinda dusmanciliyin olmasini istayarmi? Tabii ki, yox. Sadece insanlar bir birilarini didib dagidirlar. Axmaq insanlar... Bir birilarini qira qira galiblar, qira qira da gedacaklar...
ilkin yazıb:
Narahat etmasa idi cavab yazmazdi, mani Allaha inananlar arasinda olan qarsidurmalar daim narahat edir. Bela narahatsinizsa cavabi musalmanlara deyil, o sozu deyanlara yazin. Man da biliram xristian siyasetcilarinin qarni agrayir, amma ba xristian dininin gunahi deyil, anladiniz? DININ GUNAHI DEYIL!!!
Allahın nazil etdiyi din üçün ürəyin yandığı görünür. Lakin bir şeyi yadına salım, bəlkə də bilirsən amma unutmusan. Unutmamısansa da inşAllah bu mə'lumatdan faydalanasan. Xristian və ya Yəhudi dini deyilən bir şey əslində olmayıb. Yə'ni Allahu Təala bu iki adda din nazil etməyib. Allahu Təalanın yanında olan din həmişə Islam olub və göndərdiyi bütün peyğəmbərlər müsəlman olublar.
Mözvudan yayınmaq istəmirəm, nə də mövzunun məzmununu dəyişmək istəyirəm, sadəcə bunu demək istədim.
Ümid edirəm ki, bunu bilməyənlər buna nəzər yetirsinlər.
-------------Hər bir xalqın başçılarının həyata olan baxışları həmin millətin təfəkkür tərzinə yüksək təsir göstərir. İctimaiyyətə rəhbərlik edən təbəqənin əxlaqi fəsadlara aludə olması, ümumi mənəvi dəyərləri viran qoyan ən əsas amildir. Çünki hər bi şəxs təbii ehtirasların cazibəsi ilə üzləşdikdə, cəmiyyət başçıları onlar üçün, təfəkkürlərinin formalaşmasında həlledici rol oynayır. Əxlaqsız mühitdə böyüyən şəxs hökmən mütləq azadlıq və cinsi həyatda məsuliyyətsizlik hisslərinə yiyələnir və onun üçün iffət məfhumu öz mənasını itirir. Onlardan sonra, dünyaya gətirdikləri nəslin mənəviyyatı haqqında isə düşünmək belə insanda vəhşət hissi yaradır.
-------------Qərb “mədəni cəmiyyətlər”ində mənəviyyat itkisi onları elə problemlərlə üz-üzə qoyur ki, bu problemlərin öhdəsindən uzun illər, bəzən əsrlər boyu gələ bilmirlər. Narkotik maddələrin və içki məhsullarının kütləvi şəkildə qəbulu, cinsi azadlıьın özünün ən yırtıcı formasında təzahürü, konkret mənafelərə xidmət edən qanunların icrası, həmin ölkələrdə dəhşətli cinayətlərin baş verməsinə, bəzən isə uzun müharibələrə səbəb olur ki, bu da dünyada gedən proseslərə kəskin şəkildə öz mənfi təsirini göstərir və cəmiyyətdə tarazlıьın pozulmasının əsas amillərindən birinə çevrilir.
------------ABŞ kimi böyük və “mədəni” ölkədə hər 25 dəqiqədə bir aьır cinayət, hər sutkada 3 qətl və 5 zorlama, 3 böyük oьurluq və 3 mindən çox kiçik oьurluqlar baş verir. Nyu-York polisinin məlumatına əsasən son zamanlar Nyu-Yorkda 38 min cavan narkotik maddələrin təsirindən həlak olmuşlar. Halbuki elə təkcə Nyu-Yorkda cinayətkarlıьın qarşısını almaqdan ötrü hər il 100 milyon dollardan artıq vəsait sərf edilir. Bu vəsaitin isə həmin cinayətlərin qarşısının alınmasına təsiri nəinki olmur, hətta bu cinayətlərin sayı ilbəil artır. Bu həmin “Amerika yaşayış tərzi”dir ki, iftixarla təbliь edilir və bütün dünya xalqlarına nümunə göstərilir.
------------Fransanın alkoqollu içkilərin qəbulu ilə baьlı statistik məlumatlarındа эöstəriлir кi, həmin ölkədə xəstəxanalara müraciət edən qadınların 20%-i, isə kişilərin isə 60%-i алкоqоллу içkiлərin təsirindən щəmin вəзiyyətə düşmüşлər. Щəttа Фrаnsаdа iş o yerə gəlib çatdı ki, Fransa prezidenti belə bir bəyanatla çıxış etməyə məcbur oldu: “Ey Fransa övladlarım! Sizin ən böyük təhlükəniz alkoqollu içkilərdən istifadə etmənizdir. Onunla əsl mübarizəyə qalxın. Fransanın bu bəla nəticəsindəki itkiləri müharibələrdə verdiyi tələfatlardan çoxdur. Sizə ləzzətli görünən içkilər əslində amansız qatillərdir.” Təsadüfi deyil ki, Fransanın ikinci dünya müharibəsindəki məьlubiyyətində bu içkilərin əhəmiyyətli rolu vardı. Həmin döвrdə Fransa dünyada istehsal olunan spirtli içkilərin dörddə biri qədərini istehsal edirdi.
----------Bu cür statistik məlumatlara diqqət etdikcə “mədəni cəmiyyətlər”in üzləşdikləri problemlərin nə qədər böyük olduьunu və cəmiyyətə necə zərbə vurduьunu asanlıqla görmək olar. Bu ölkələrin azad insanları əslində azad deyillər. Onlar mənəviyyatsızlıьın, əxlaqsızlıьın həmin ökələrdə doьurduьu problemlərin kölələridirlər. Bu köləlik isə onları məhvə aparır. Bəs niyə Qərb öz “mədəniyyətin”i digər cəmiyyətlərdə, xüsusilə də islam cəmiyyətlərində təbliь edir - daha doьrusu öz siyasətini yürüdür?. Çünki onlar islamın insana verdiyi əsl azadlıьın, əsl dəyərin nə олdуьуnу bilirlər. Аnsаq islam mədəniyyətinin, islam dininin bütün dünyaya hakim olmasından, islam dövlətlərinin birliyindən qorxurlar. Məhz buna görə onlar çıxış yolunu öz “mədəniyyətlərin”in təbliьi ilə islam ölkələrini sarsıdaraq, onları da öz çirkin siyasətlərinin qurbanlarına çevirmək niyyətindədirlər.
---------Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan da bu təbliьin qurbanlarından birinə çevrilmək təhlükəsindədir. Kütləvi informasiya vasitələrinin, təşkilatların, müxtəlif icmaların vasitəsilə Qərbin zəhərli iynələri Azərbaycanın da damarına yeriməkdədir. Bu təhlükələrə qarşı mübarizə aparmaq və Islamı olduьu kimi yaşatmaq isə bütün din qardaşlarımızın, bütün müsəlmanların müqəddəs vəzifəsidir. Bizim boynumuza düşən vəzifə Allahın, Peyьəmbərin və Əhli-Beytinin buyurduьu şəkildə Islamı təbliь etmək, heç olmasa şəxsən Islam qаnуnлаrınа riayət etməkdir.
--------Allah-Təala bu yolda bütün müsəlmanlara kömək olsun. Amin! _________________ İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.