"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Göndərilib: C.a. Mar. 24, 2005 6:50 pm İsmarış mətni: TÖVHİDİ TAM ŞƏKİLDƏ BİLİRİKMİ
Hidayətə tabe olanlara salam aleykum.Hörmətli forum iştirakçıları.
Günümüzdəki namaz qılan bir cox insan TÖVHİDİ bildiyini iddia edir.
Ve bu sualı sizə verirəm TÖVHİD nədir.Onu qavraya bilmisinizmi?
Daxil ol: B.e. Mar. 14, 2005 22:06 İsmarışlar: 3 Şəhər/ölkə: baki
Göndərilib: C.a. Mar. 24, 2005 9:32 pm İsmarış mətni:
tevhid ehline salam aleykum.tevhid la ilahe illellahdir,yeni Allahdan bashqa haqq mebud yoxdur.mebud ilahdir,ilah ise her shey ola biler: but, insan,pir,olu ve.s.gunumuzde bu ilahlarin hamisina tapanlari goruruk.tevhidin gereyi tagut sayila bilecek her bir sheyi redd etmekdir.tagutu redd etmeyen tevhidi qebul etmemishdir ve mushrikdir,cani da,mali da muselmanlara halaldir.hetta gunde 5 defe namaz qilsa da,her gun oruc tutsa da,butun malini sedeqe verib her il hecce getse de.chunki butun ibadetlerin bashi le ilahe illellahdir,bunsuz butun emeller boshdur.
Göndərilib: C. Mar. 25, 2005 9:02 am İsmarış mətni:
Salam aleykum.Çox şad oldum ki İSLAMIN ana prinsipi olan bu meseleye öz münasibetini bildiren oldu.Qardaş görürem esl İSLAM nedir anlamısan.Allah razı olsun. İnşaallah aşagıda yazacaqlarım ürek sözlerimdi.Yeni hal hazırda mözu ile maraqlanan yoxdur ona göre hele ki deliller yazmıram.İnşaallah maraqlanan olar mövzu müzakire olunar onda delillerimizi yazarıq.
Forumdakı mözulara baxanda cox teessüf edirem.Bilmirem bu insanlar ne fikirleşir insanları neye devet edir.Biri xristiyanlarla yehudılerle dostluqdan danışır.Biri letifeler bölümü acır.Biri rafiziliyi müdafiye edir.TÖVHİD le maraqlanan yoxdur.Sonrada müselman olduqlarını iddia edirler.Vallahi TÖVHİDİ bilmeyen müselman deyil.Olada bilmez.Göresen forum nezaretçileri hara baxır.Tövhid üçün yaratdıqları şerait budurmu? Budurmu Allahın Muhammede(s.a.s) 23 ile nazil etdiyi 10 minlerle insanın uğrunda şehid olduğu din.Muhammed(s.a.s) bunumu tebliğ etdi.?Muhammed (s.a.s)bunun üçünmü savaşdı?Muhammed (s.a.s)bunun üçünmü daşa basıldı?.Yox Vallahi yox.Bunların tebliğ etdiyi başqa şeydir.
Bezileride TÖVHİDin bir qismini bilir bir qismini bilmir.Meselen Azerbaycandakı namaz ehline desen TÖVHİD nedir.Deyecek qebirden yardım istemek olmaz. gözmuncuğu asmaq olmaz.Onlara desen ki insan İLAH ola bile Vallahi sene gülerler.Halbuki esl gülünc veziyyetinde olan özleridir.Bir nefer gözel bir söz deyir.' Bu pirlerinde qebirlerinde ordusu gücü olsaydı onlardan da danışan olmazdı' Ne ise uzatmaq istemirem.İnşaallah tanıdığın bildiyin ''qardaşlar'' varsa denen bu mövzuya öz münasibetlerini bildirsinler.
Salam aleykum.
Göndərilib: Ş. Mar. 26, 2005 4:40 pm İsmarış mətni:
XƏBƏRDARLIQ#1: Hörmətli istifadəçi, bu sizə edilən ilk xəbərdarlıqdır. Qaydalara riayət etməyiniz tövsiyyə olunur. Əks halda növbəti 2 xəbərdarlıqdan sonra forumdan xaric oluncaqsınlz. Diqqətli olun. _________________ iman
Göndərilib: B.e. Mar. 28, 2005 4:30 pm İsmarış mətni:
Tövhid əhlinə salam leykum.Qardaşlar men de Tövhid haqqında öz fikrimi bildirmək istəyirəm.Tövhid Allaha onun istədiyi şəkildə iman etmək deməkdir.Yəni Allaha iman Tövhidlə olur.Allahın Rububiyyətinə Uluhiyyətinə Və Ad və Sifətlərinə iman gətirmək onun Tövhidinə iman gətirmək deməkdir.Yəni tövhidi olmayan bir insan müsəlman ola bilməz.Çünki , bir insanın tövhidi bilməsi fərzdir.Bəziləri deyir ki yox eger İSLAM bir insana təblig edilməyibsə o cahildir.Bəli cahildir.Amma cahil müşrikdir.Əgər təbliğ olunubsa inadçı kafirdir.Bu mövzuda hec bir alim ixtilaf etməyib.Sadəcə haqq catmamış cahil müşriklərin əzab görüb görməməklərində ixtilaf ediblər.Lakin dünya hökmünda hamısı eyni fikirdədilər.İndi isə qurandan bəzi dəlillər vermək istəyirəm.
Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.
(Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır). Beyyinəh:98/1-2
Bu ayə Rəsulullahın(s.ə.s) göndərilib Quranı insanlara açıqlamasından əvvəl, insanların küfr və şirklə vəsfləndirildiklərini açıq bir şəkildə isbat edir.Ayədə keçən"münfəkkən" Kurtubi belə açıqlayır:
" Yəni küfrlərini təkedəcək deyillərdir" (Kurtubi təfsiri)
İbn Kəsir belə deyir:
" Mücahid dedi ki, münfəkkinə" yəni haqq onlara açıqlanıncaya qədər küfrlərini tərkedəcək deyillərdir." Katabə də belə demişdir:Onlara "beyyinə" yəni Quran gəlincəyə qədər küfrlərini tərkedəcək deyillərdir." *İbn Kəsir təfsiri)
Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Qur’anı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır! Tövbə:9/6
Bu ayə: şəriətlərin undulduğu, haqqa gedən yolların qaranlıqlar içində qaldığı bir dövrdə belə, şiddətli cəhalətə baxmayara şirk qoşanlara müşrik hökmü verildiyini isbat etməkdədir. Bu ayəyə baxdığımızda sözü gedən şəxsdə iki xüsusiyyət görürük. Bunlar: Şirk və Rəsulullahın risaləsinin catmamasıdır.Burdan da görlür ki, Rəsulullahın risalətini bilməmək, şirk işləyən insana "müşrik" sifətinin verilməsinə əngəl ola bilməz.
İmam Bəqavi deyir ki:
" Allahın kəlamını dinləyincəyə qədər..." İslamı qəbul etdiklərində Allah qatında necə mükafatlar qazanacaqlarını , İslamı qəbul etmədiklərində də Allah qatında onları necə bir əzbın gözlədiyini öyrənincəyə qədər...
" Bu onların bilməyən bir qövm olmalarından dolayıdır."
Yəni ; onlar Allahın dinini Və Tövhidini bilməzlər. Bundan dolayı Allahın kəlamını dinləməyə möhtacdırlar.
Həsən dedi ki:
" Bu ayə qiyamət qopuncaya qədər keçərlidir." ( Bəqavi təfsiri)
Şevkani təfsirində belə deyir:
" Bu onların bilməyən bir qövm olmalarından dolayıdır."
Yəni istər dünya həyatları və istərsə axirətləri üçün xeyir və şəri ayırd edəbiləcək faydalı elmdən məhrum olmaları səbəbiylədir.(Fəthulqadir təfsiri)
Göman edirəm ki bu dəlillər kifayət edir ki, bir insana haqq catmayıbsa onun dünya hökmü müşrik və ya kafirdir.
Bir insanin müsəlman olmasi üçn "Lə İləhə İlləllahı" sözlə deməsi kifayətdirmi?
Yəni Lə İləhə İlləllah nə zaman keçərli olur.
“Ləə iləhə illəllah” ın düzgün anlaşılması
Alimlər “Ləə iləhə illəllah”ın düzgün alaşılmasına böyük önəm vermişlər. Bu kəlimənin əvvəlindəki “Lə” hərfi yoxluq ədatı olub, bir şeyi rədd etmək üçün işlədilir.
“İlah” isminin hərəkəsi fəthə üzərində sabitdir. Xəbəri isə gizlidir. Onun təqdiri isə “haqq” yəni (“Ləə iləhə illəllah”) haqq ilah yoxdur.
“illəllah” ibadət edilən, zərəri dəf edən, fayda verən və qəlbləri ibadətə yönəldən tək ilah vardır deməkdir.
Kim bu kəlimənin xəbərini “mevcudun” və ya “mabudun” kəlimələri üzərində təqdir edərsə böyük bir xəta etmişdir. Çünki türbələrdən və bütlərdən ibadət olunan ilahlar vardır, ancaq əsl ibadət edilməyə layiq olan yalnız Allahdır.
Onun heçbir şəriki yoxdur. Əgər ibadət edilən bir şey varsa o da, ona edilən ibadət də batildir. Bunun belə olduğuna inanmaq “Ləə iləhə illəllah”ın gərəyidir.
“Ləə iləhə illəllah”ın rüknləri
“Ləə iləhə illəllah”ın iki rüknü var:
1. Rədd: Allahdan başqalarının ilahlıq iddiasının ortadan qaldırılmasıdır.
2. İsbat: Allahın haqq ilah olduğunun isbatı. Çünki müşriklərin ondan başqa ibadət etdikləri ilahların hamısı batildir.
Allah c.c belə buyurur:
“Bu belədir. Allah haqq olandır, ondan başqa ilah edib, ibadət etdikləri isə batildir...” Həcc:22/62
İmam İbni Kayyim rh : “Ləə iləhə illəllah”ın mənası, Allahın əsl ilah olduğunu isbatlamaqdır. “Ləə iləhə illəllah” sözü, “Allah ilahdır” sözü, Allahdan başqa saxta ilahları rədd etməz. Halbuki “Ləə iləhə illəllah”ın tələbi ilahlığı ancaq Allaha xas qılmaq, Allahdan başqa saxta ilahları isə rədd etməkdir.”
Şeyx Süleyman bin Abdullah rh:
“İlah” kəliməsini qadir, yaradıcı və s. şəklində açıqlayanlara iki yöndən cavab verir:
Birincisi: Bu sələfin təfsiri olmayıb mutəahhirinin təfsiridir. Sələf alimləri və lüğət alimləri bunu bizim kimi açıqlamışlar. Bunlardan başqasının açıqlamasına etibar edilməz.
Ikincisi: Haqq olan ilah üçün gərəkli olan təfsir, bizim açıqladığımızdır.
Onlar “İlah” kəliməsini bu şəkildə təfsir edərək “Allahdan başqa yaradıcı yoxdur, Ondan başqa heçkimin hərşeyə gücü çatmaz” deyən hər kəsi müsəlman saymaqla çox böyük bir xətaya düşmüşlər. ( Təfsirul Əzizul Həmid:80)
Davamı var. Salam aleykum.
Göndərilib: B.e. Mar. 28, 2005 4:46 pm İsmarış mətni:
“Ləə iləhə illəllah”ın şərtləri
Aşağıdakı yeddi şərt yerinə yetirilmədiyi təqdirdə “Ləə iləhə illəllah” kəliməsi insana fayda verməz.
1. Elm: “Ləə iləhə illəllah”ın mənasını bilməkdir. Bu kəlimənin əvvəli inkar, davamı isə təsdiqdir. “Ləə iləhə” inkar, “illa” istisna ədatı, “illəllah” isə istisna ədatıyla bərabər isbatdır. Bu söz, Allahdan başqa bütün ilahları ortadan qaldırmaqdadır. Mənasını bilmədən bu kəliməni söyləmək insana fayda verməz. Çünki bu insan bu kəlimənin nəyə dəlalət etdiyini bilib buna dayana bilməz. Bu adamın vəziyyəti xarici bir dildə danışıb heç bir şey anlamayan adamın vəziyyəti kimidir.
Allah c.c belə buyurur:
“Bil ki Allahdan başqa ibadətə layiq ilah yoxdur...” Muhəmməd:47/19
“... Ancaq bilərək haqqa şəhədət edənlər müstəsnadır...” Zuxruf:43/86
Rəsulullah sas belə buyurur:
“Kim “Ləə iləhə illəllah”ın mənasını bilərək ölərsə Cənnətə girər.” Muslim:İman:10
“Ləə iləhə illəllah”ın mənası: “Allahdan başqa qulluq ediləcək heç kimsə yoxdur” deməkdir.
İbadət: Allahın sevdiyi və razı olduğu, bütün gizli və açıq əməllər və sözlərdir.
2. Yəqinlik: “Ləə iləhə illəllah”ın kamalıdır. Yəqinlik şübhəni uzaqlaşdırır.
Allah c.c belə buyurur:
“Möminlər ancaq Allaha və Rəsuluna iman edib, sonra imanlarında şübhəyə düşmədən Allah yolunda malları və canlarıyla cihad edən kimsələrdir. Məhs onlar sadiq olanlardır.” Hucurat:49/15
Rəsulullah sas belə buyurur:
“ “Ləə İləhə İlləllah, Muhəmmədən Rəsulullah”a şəhadət edən, Allahın hüzuruna bu ikisində şəkk etmədən çıxan kimsə Cənnətə girər.” Muslim:iman:10
3. İxlas: Şirki rədd etməkdir.
Allah c.c belə buyurur:
“Xalis din ancaq Allahındır.” Zümər:39/3
“Onlar dini yalnız Allaha xas qılaraq ibadət etməkdən başqa bir şeylə əmr olunmadılar.” Beyyinə:98/5
Rəsulullah sas belə buyurur:
“Qiyamət günü insanlar arasında mənim şəfaətimə nail olacaq ən xoşbəxt adam, qəlbindən ixlaslı bir şəkildə “Ləə iləhə illəllah” deyəndir.” Buxari:Rikak: 51, Elm: 33, Əhməd:1/173-174
4. Sidq: Nifaqa əngəldir. Münafiqlər dilləriylə haqqı söyləməkdə, ancaq qəlbən inkar etməkdədirlər.
Allah c.c belə buyurur:
“...Allah sadiqləridə düz danışanları da tanıyır .” Ənkəbut:29/3
“Haqqı gətirən və onu təsdiq edənlərə gəlincə, onlar əsl sadiqlərdir.” Zümər:39/33
Rəsulullah sas belə buyurur:
“Kim Allahdan başqa ibadətə layiq ilah olmadığını və Muhəmmədin Alllahın Rəsulu olduğunu qəlbiylə təsdiq edərək ölərsə Cənnətə girər.” Əhməd
5. Məhəbbət: Bu kəlimə münafiqlərin etdiklərinin əksinə Allahı və Allahın sevdiklərini sevməkdir. Allah c.c belə buyurur:
“İnsanlardan elələri vardır ki, Allaha şərik qoşar, onları Allahı sevdikləri kimi severlər. İman gətirənlərin Allaha məhəbbəti isə daha qüvvətlidir.” Bəqərə:2/165
Rəsulullah sas belə buyurur: “Bu bu üç şey kimdə olarsa, imanın dadını almışdır. Allah və Rəsulunu hər kəsdən çox sevmək, sevdiyini ancaq Allah üçün sevmək, Allah onu küfrdən qurtardıqdan sonra təkrar küfrə dönməkdən Cəhənnəm oduna atılacaqmış kimi qorxmaq.” Buxari:İman: 8, Muslim:İman:67, Tirmizi:İman:10, Nəsai:İman:3, İbn Macə:Fitən:23
6. Bu kəlimənin tələblərinə əməl etmək: Bunlar Allahın rizasını qazanmaq məqsədiylə, ixlasla edilən əməllərdir. Bu davranış, tam bir təslimiyyətin gərəyidir. Allah c.c belə buyurur:
“Rəbbinizə yönəlin və Ona təslim olun...” Zümər:39/54
“Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o qopmayan bir qulpa yapışmışdır...” Loğma:31/32
7. İnkarı yox edən qəbul: Allahın əmrlərinə bağlılıq göstərmək, əmr etdiklərini edərək qadağan etdiklərindən çəkinmək. (Fəthul-Məcid: 91-Burada sözü gedən “əməl etmə” şərti mütləq mənada hər əmələ aid deyil. Bu baxımdan əməllər iki qismdir.Bu şərtdəki əməllər ,edənin dindən çıxacağı, müsəlman olmayacağı ilə nəticələnən əməllərdir. Yəni hər günah edən müsəlman İslamdan çıxmaz.)
Göndərilib: B. Apr. 03, 2005 1:24 pm İsmarış mətni:
Cox sag olun "tovhid" movzusu acdiginiz ucun, cox sag olun ki, tovhidi tam manasi ila tanitmaq ucun bela say gostarirsiniz, sizin basqa movzularda oxudugum son cavablarinizdaki elanlardan gordum ki, Allahi anlamini tam manasi ila har bir insana anlatmaga calisirsiniz va buna gora narahatsiniz. Lakin Sizin elanlarinizdan bela mana da cixir ki, sanki tovhidi dunyada yalniz siz bilirsiniz, va ya tovhid haqqinda movzu acmaqla islama yenilik gatirmisiniz. Aslinda tovhid islamin asasidir va bu islam alaminda qeyri adi bir sey deyil. Muxtalif insanlar tovhidi muxtalif metodlarla anladiblar va hamisinin son maqsadi hamin eyni tovhid olub- Allahdan basqa tanri yoxdur, yalniz va yalniz Ona ibadet edilmeli va yalniz Ondan komak gozlanilmali (sohbat ilahi komakdan gedir), Onun butun amrlari sozsuz yerina yetirilmali, Allahin buyurdugu, halal, savab qabul etdiyi har bir amal cannata gora va ya cahannamdan can qurtarmaq ucun yox, har seydan onca Allahin razi olmasi ucun va Allah tarafindan qabul olunmasi ucun yerina yetirilmalidir. _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: B. Apr. 03, 2005 1:39 pm İsmarış mətni:
Artiq coxdan aydindir ki, Allahadan basqa tanri olmayib, yoxdur va olmayacaq. O unikaldir va ustunlarin ustunudur, savab islar Allahin raziligi ucun gorulur. Lakin bazi musalmanlar savab amali gorarkan Allahin raziligindan onca cannati dusunurlar, bazilari cahannamdan qorxduqlari ucun savab is gorurlar. Aslinda bir isi edarkan mukafat va cazadan onca Allahin raziligini dusunmak garakdir, Allaha qaytardigi borcu dusunmalidir. Allah insani Ona ibadte etmasi ucun yaradib, insan har seydan onca Allahi razi salmalidir. Yoxsa cannat ucun calismaq o demak deyilmi ki, Allah cannati vermasa insan savab is gormayacak? Yaxud cahannamdan qorxmaq o demak deyilmi ki, haram amallari ustunda Allah onu cahannamla cazalandirmasa, o haram islar gormakda davam edacak? Demek biz Allahla biznes alaqasi qurmaq ucun deyil, Ona ibadet etmak ucun, Ona taslim olmaq ucun- Onu razi etmak ucun Ona sacda etmaliyik va savab islar gormaliyik. (savab islar dedikda adi savab islarla- islami yaymaq, mascid tikmak va sair barabar islamin sutunlari olan namazi, zakati, orucu da nazarda tutmusam) _________________ Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Göndərilib: B.e. Apr. 04, 2005 8:23 pm İsmarış mətni:
Tövhid əhlinə salam aleykum.Qardaşlar bəzi fitnə salmaq istəyənlərə və haqdan qaçanlara fikir vermədən mövzuya davam etmək istəyirəm
“Ləə iləhə illəllah”ın mənası və tələbləri
“Ləə iləhə illəllah”ın mənası: tək ilahdan başqa ibadət, qulluq ediləcək başqa bir ilah yoxdur. O tək olan ilah da, şəriki olmayan uca Allahdır. Çünki ibadətə layiq olan ancaq Odur. Bu kəlimənin tələbi, Allahdan başqa bütün saxta ilahları rədd etməkdir. Çünki Allahdan başqa ibadət edilən məbudların ilahlıq iddiası batildir. Çünki Ondan başqa bir şey ibadətə (dua edilməyə, qanun qoymağa, nizam təsbit etməyə) layiq deyildir. Uluhiyyətin başqaları üçün rədd edilməsi, ilahlığı ancaq şəriki olmayan Allaha aid etməyi və Onun yanında ikinci bir ilaha ibadət etməməyi tələb edir. Allah c.c belə buyurur:
“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın...”Nisa4/36
“Kim tağutu inkar edib Allaha iman edərsə, şübhəsiz qopmaq bilməyən bir qulpa yapışmış olar. Allah eşidəndir, biləndir.” Bəqərə2/256
“Biz hər ümmətə, yalnız Allaha ibadət etmələri və tağutdan da çəkinmələri üçün rəsul göndərdik...”Nəhl16/36
Rəsulullah sas belə buyurur:
“Kim “Ləə iləhə illəllah” deyər və Allahdan başqa ibadət edilənləri rədd edərsə malı və qanı haram olar...” Muslim:İman,8
Bütün Rəsulların qövmlərini dəvət edikləri söz budur:
“... Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur...” Əraf7/59
İbni Rəcəb rh belə demişdir:
“İlah qorxulan, çəkinilən, ümid edilən, ucaldılan, sevilən, təvəkkül edilib istənilən, dua edilən və yalvarılan, itaət edilib üsyan edilməyəndir. Bütün bunlar ancaq Əziz və Cəlil olan uca Allaha yaraşar.” Kurrəti Uyumul Muvahhidin:25
Məhz bu səbəblə Rəsulullah sas Qureyş müşriklərinə: “Ləə iləhə illəllah” deyin dedikdə müşriklərin cavabı:
“İlahları tək bir ilahmı etdi? Həqiqətən bu çox təəcüblü bir şeydir.” Sad38/5 demək olmuşdur.
Kəlimeyi-Şəhadətin ümumi mənası Allahdan başqa ibadət edilənləri rədd edər və batil qılar. Yəni tağutu rədd və Allaha iman etməyi tələb edər.
Tağutu rədd etmək- Allahın əmr və qadağalarına zidd olan əmrlər verən insanlar və qurumları, havanı, həvəsi və şeytanı rədd etməkdir. “Ləə iləhə illəllah”ın mənası ilə birlikdə tələblərini də yerinə yetirmək, ibadətdə Allahı birləyərək Ona bənzər tutulanları tərk etməkdir.
Qul, “Ləə iləhə illəllah” dedikdə: ibadətdə Allahı birlədiyini, Allahdan başqalarına, bütlərə, qəbirlərə, övliyalara və salehlərə ibadət etməyin batil olduğunu elan edər.
“Ləə iləhə illəllah”ın tələbi, Allahdan başqa ibadətə layiq ilah olmadığını, yaradıcı, qüdrət sahibi, və hər şeyə qadir olanın Allah oldğunu qəbul etmək, Allahdan başqa heç kimin hakimiyyət haqqı olmadığına inanmaqdır. Çünki hakimiyyət yalnız Allaha aiddir. Kim ,”Ləə iləhə illəllah”ı bu şəkildə inanaraq açıqlayarsa mütləq olaraq tövhidin haqqını vermiş olar.
Allaha yaxınlaşmaq üçün ölülərə qurban kəsən, türbələrə sədəqə verən, qəbirləri tavaf edən və nəzir verənlər, Allahın yaradıcı və hər şeyin sahibi olduğuna inansalar belə, ilk Ərəb müşrikləri kimi Allaha şərik qoşarlar. Məkkə müşrikləri, qəbirlərə və bütlərə ibadət etmədiklərini söyləyir, ancaq həyatda bunun əksini edirdilər. Onlar yaradıcı və ruzi verici olduğuna inanmadıqları halda, sırf onları Allaha daha çox yaxınlaşdırsın deyə saleh olduğuna inandıqları bəzi insanlara ibadət edirdilər.
Hakimiyyət, “Ləə iləhə illəllah”ın əsl mənasının hamısını deyil, sadəcə bir hissəsini təşkil edir. Çünki ibadətdə şərik qoşan bir kimsənin, şəriətin hökmünü qəbul etməsinin bir faydası yoxdur. Əgər “Ləə iləhə illəllah”ın mənası onların zənn etdikləri kimi olsaydı, Rəsulullahla sas müşriklər arasında hər hansı bir mücadilə olmazdı, onlar da Rəsulullahı qəbul edərlərdi.
Belə bir vəziyyətdə, Rəsulullah sas onlara:
“Allahın varlığını və hər şeyə qadir olduğunu təsdiq edin, hüquqi məsələlərdə şəriətin hökmünə tabe olun” deyər və onları ibadətlərində sərbəst buraxardı. Belə olduqda Allah Rəsuluna tabe olarlardı.
Bunlar, Ərəb dilinin əhli olan bir qövm olduqları üçün “Ləə iləhə illəllah”ın bütlərə ibadəti rədd etdiyini və sadəcə ləfzi bir məna daşımadığını başa düşürdülər. Buna görədə bu kəliməyə nifrət edərək uzaqlaşdılar və belə dedilər:
“İlahları tək bir ilahmı etdi? Həqiqətən bu çox təəcüblü bir şeydir.”
Allah c.c onları belə vəsf edir:
“Onlara “Ləə iləhə illəllah” deyin deyildiyi zaman təkəbbür göstərdilər və: “dəli bir şairdən ötrü ilahlarımızı tərk edəkmi?” dedilər.” Saffat37/35-36
Onlar “Ləə iləhə illəllah”ın, Allahdan başqa ibadət edilən hər şeyi rədd etmək, ancaq Allaha ibadət etmək mənasını verdiyini çox gözəl bilirlərdi.
Əgər müşriklər “Ləə iləhə illəllah” dedikləri halda bütlərə ibadət etməyə davam etsələrdi, öz içlərində ziddiyyətə düşərək bundan narahat olarlardı.
Günümüzdə qəbirlərə ibadət edənlər, bu şiddətli ziddiyyətdən heç narahat olmurlar. Onlar “Ləə iləhə illəllah” demələrinə baxmayaraq, ibadətlərinin bir çoxunu ölülərə etməyə davam edirlər.
Əbu Cəhil və Əbu Ləhəb, bu kəlimənin mənasını günümüzdə qəbirlərə ibadət edənlardən daha yaxşı bilirdilər. Amma onların belə əli qurudu!
Nəticə olaraq: Kim bu kəliməni mənasını bilərək söyləyər, tələblərinə əməl edib, açıq və gizli şirkdən çəkinərsə, ibadəti tam bir etiqadla Allaha xas qılıb, buna əməl edərsə o əsl bir mömindir. Kim “Ləə iləhə illəllah” deyib, inanmadığı halda zahirən əməl edərsə o da münafiqdir. Kim bu kəliməni diliylə söləyər, ancaq onu pozacaq əməllərdən birini işlərsə və ya Allaha şərik qoşarsa o da müşrikdir!
“Ləə iləhə illəllah” kəliməsindən qəsd edilən: mənasını bilib, bu mənanın tələb etdiyi şəkildə Allaha ibadət etməkdir.
İbadət, müamelat, və bütün məsələlərdə Allahın hökmünü qəbul edib, bəşəri qanunları rədd etmək, insan və cin şeytanlarının meydana çıxardığı bütün xurafələri , bidətləri ortadan qaldırmaq bu kəlimənin əməli tələblərindəndir.
Allah c.c belə buyurur:
“Yoxsa onların Allahın dində izin vermədiyi bir şeyi onlar üçün halal edən şərikləri vardır?” Şura42/21
“...Əgər onlara itaət etsəniz, şübhəsiz ki siz də müşrik olarsınız.” Ənam6/121
“Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə Rəbb etdilər.” Tövbə9/31
Nəbi sas bu ayəni oxuduqda Adiyy bin Hatim ra Rəsulullaha sas dedi ki:
“Onlar, onlara ibadət etmirdilər.”
Rəsulullah sas:
“ Onlar Allahın haram qıldığı şeyi halal, halal qıldığı şeyi haram etdikləri zaman onlara itaət etmirdilərmi? ” dedi.
Adiyy bin Hatim : “Bəli” deyincə, Rəsulullah sas: “Bax beləcə onlara ibadət edirdilər” buyurdu.” tirmizi:Təfsir:10, Təbəri14/210(61632-61634)
Şeyx Abdurrahman bin Həsən rh demişdir: “ Allahdan başqalarına itaət etməklə alimlərini rəbb etdilər. Eyni şeylər bu ümmətin də içində baş verməkdədir. Bu isə ən böyük şirk olub, “Ləə iləhə illəllah”ın mənasını ortadan qaldırır.”
Bu kəliməni söyləyən bir kimsənin, bəşəri qanunlarla muhakimə olunmağı da rədd etməsi lazımdır. Çünki ancaq Allahın kitabıyla mühakimə olunmaq, bəşəri sistemləri tərk etmək vacibdir.
Allah c.c belə buyurur:
“...Əgər bir şeydə ixtlafa düşsəniz, onu Allaha və Rəsuluna həvalə edin.” Nisa4/59
“ Hər hansı bir şey haqqında ixtlafa düşsəniz, onun barəsində hökm vermək haqqı Allahındır. Mənim Rəbbim olan Allah Odur...” Şura26/10
Allah öz endirdiyi şəriətlə hökm etməyənlər haqqında- kafir, fasiq, zalım deyə hökm vermişdir. Allahın endirmədiyi ilə hökm verən insanda iman yoxdur.
“Ləə iləhə illəllah” müsəlmanların həyatlarının hər yönünə hakim olmalı bir həyat nizamıdır.
Bəzilərinin zənn etdikləri kimi, sadəcə mənasını anlamadan, tələblərinə əməl etmədən, səhər və axşam məclislərində bərəkət üçün təkrar edilən bir sözdən ibarət deyildir.
“Ləə iləhə illəllah”ın tələblərinə bağlılıq, Allahın ad və sifətlərinə, Allah və Rəsulunun bildirdiyi şəkildə iman etməyi istəyir.
Allah c.c belə buyurur:
“ Ən gözəl adlar Allahındır .Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində sapanları tərk edin. Onlar etdiklərinin cəzasını alacaqlar!” Əraf7/180
Abdurrahman bin Həsən rh demişdir:
“Ərəb dilində ilhad kəliməsinin mənası, Allahın ad və sifətləri haqda azmağa meyl etmək və yalana yönəlməkdir. Bilərək və bilməyərək, bəzi təvillərlə Allahın ad və sifətlərinin haqq olan mənasını inkar etmək və Onu məxluqata bənzətməkdir.
Hər kim Allahın ad və sifətlərini pozar, təvil edər və ya qəbul etməz,
Cəlil olan mənalarına dəlalət edən mənasını ortadan qaldırarsa, Cehmiyyə, Mötəzilə və Əşarilər kimi “Ləə iləhə illəllah”ın dəlalətinə muxalifət etmiş olar. Çünki ilah, ad və sifətləri ilə dua edilən və vəsilə olunandır. Allah c.c belə buyurur:
“ Ən gözəl adlar Allahındır .Onu bu adlarla çağırıb dua edin...”
Ad və sifətləri olmayan necə ilah ola bilər? Ona nə ilə və necə dua edilər?”
İmam İbni Kayyim rh demişdir:
“İnsanlar əhkam ayələrinin təfsirində ixtlafa düşdülər. Ancaq Allahın sifətləriylə bağlı ayə və hədislərin hər hansı birində ixtlafa düşmədilər, əksinə səhabə və tabiin bu ayələrin mənasını anladılar və gərəyilə əməl etdilər.
Quranda olan əhkam ayələrinin mənasını elm əhlindən başqası anlaya bilməz, ancaq sifətlə bağlı ayələrin mənasını bütün insanlar anlaya bilər. Bundan qəsd etdiyim mənanın keyfiyyətinin deyil, əslinin anlaşılmasıdır.”
“Bu mövzu sağlam fitrət və səmavi kitablarla bilinən bir mövzudur. Kamal sifətlərini itirən ilah, müdəbbir və Rəbb ola bilməz. Əksinə qüsuru səbəbiylə ələ salınar.
Həmd, əzəldə və əbəddə Cəlal və Kamal sifətlərinə sahib olana aiddir. Çünki həmdə layiq olan ancaq Odur.”
“Allahın kamal sifətlərinə sahib olduğuna və bütün nöqsan sifətlərindən və məxluqata bənzəməkdən uzaq olduğuna mütləq inanmaq lazımdır.” İbni Kayyim:Mədarcus-Salikiyn1/26
salam akykum va rahmatullahu va barakatuhu menim muvahid qardaslarima.Allah sizden razi olsun ki bele bir movzu acmisiniz.men cox sad odum ki bele bir bolum acilib.beli ey menim din qardasim hal hazirda tevhid meselesi en genis movzudu ve ozlerini muselman sayan adamlar coxdu ki hansi ki tevhidin sertlerine Allahin istediyi kimi emel etmirler.bununla bele ozlerini muselman hesab edirler.bele insan ozlerine muselman deseler de Allahin qatinda muselman sayilmirlar.sayila da bilmezler.cunki onlar Allahi oldugi kimi birliye bilmemislerdi.
sozsuz ki tevhidi bilmeyen adam da tevhide yox ya namaza devet edecek ya da taguta insallah.ancaq biz peygambere s.a.s baxsaq o namaza deyil duz 13 il tevhide devet etmisdi.nece ki muaz bin cebeli r.a yemene gonderende dedi ki,sen kitab ehli olan bir qovme gedirsen onlari birinci le ilehe illellah muhammeden rasulallaha devet et eger qebul etseler,gundelik 5 vaxt namazin ferz oldugunu denen,eger onu da qebul etseler orucun ferz oldugunu denen.bax burdan anlasilir ki devet birinci tevhide olur eger tevhide emel olunsa sonra ikinci namaza.cunki islamin esasi tevhiddir.tevhidi olmayan insanin hec bir emili qebul olunmur.
bize peygamberden s.a.s gozel ornek kim ola biler.ele ise gelin en birinci tevhidi orgenek ve ona devet edek.
men bu bolumu acan qardasin fikrini destekliyirem ve sene bu bolumde mane olan butun fitnekarlara qarsi cixiram.senin de olara fikir vermemeyivi tovsiye edirem.salam aleykum va rahmatullahu va barakatuhu.
Salam aleykum Səlim qardaşım. Allah səndən razı olsun və snə kömək olsun. İnşaallah sevinirəm ki Azərbaycanda sənini kimi düşünən müsəlanlar var. Bu bizim borcumuzdur. İnşaallah bunlara Tövhədə olduğu kimi çatdırmaq bizim bocumuzdur. Çünki " ELM EHLİ" bu vəzifəyə boyun olsalar da lazımınca yerinə yetirmirlər. Təbii ki bunda artıq biz sorumluyuq.Cünki haqqı bılırık. və haqqı insanlara çatdırmalıyıq. Salam aleykum.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.