Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Allah Movcuddur
Səhifə Əvvəlki  1, 2
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Tövhid
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
ilkin



Daxil ol: Ç.a. Fev. 15, 2005 14:39
İsmarışlar: 80
Şəhər/ölkə: Azerbaycan, Baki

İsmarışGöndərilib: B.e. Mar. 14, 2005 12:38 pm    İsmarış mətni: Sitatla cavab ver

Duzdur, lakin ateist olanlara dalil garakdir ki, Allahin olmasina inansinlar. Masalan man 10cu sinifda instituta hazirlasanda biologiyadan hazirliga gedirdim, biologiya muallimi ateist idi. Man ona Qurandan bir neca dalil gatirdim ki, Allah var, va hala insanlarin min illar onca kasf etmadiklarini Allah Quranda yazib, muallim ilk onca shoka dusmus kimi oldu, yani ki, "hec man bunlari bilmirdim", va sair sozlar deyirdi. indi o namaz qilmasa da Allaha inanir, Ramazan ayinda oruc tutur. Sozumun cani bundadir ki, dalil hamisa garakdir, garakdir ki, subhalari olan insanlar inansinlar.
_________________
Dinindan va millatindan asili olmayaraq haminin arxadasliq va barisiq icinda yasamasini istayan ilkin Husein. Allaha inam hamida daha da saflassin va shirklardan uzaq olsun! Allahin salami uzariniza olsun! Amin.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
ATEIST
Qonaq





İsmarışGöndərilib: B.e. Mar. 14, 2005 10:06 pm    İsmarış mətni: Sitatla cavab ver

- Movzudan yainma hali bas verdiyi ucun silinmisdir.
Əvvələ qayıt
Həqiqətül-islam



Daxil ol: Ş. Fev. 12, 2005 01:16
İsmarışlar: 76

İsmarışGöndərilib: Ç.a. Mar. 15, 2005 7:45 pm    İsmarış mətni: Sitatla cavab ver

Din müхtəlifliyi və оnun həlli yоllаrı

Dinlər аrаsındа vəhdət və аyrı - sеçkilik məsələsi həmişə dinşünаslаrın diqqət-nəzərini özünə cəlb еtmişdir. Bu, həm dinlər аrаsındа, həm də din dахilində mövcud оlаn bir məsələdir. Əlbəttə din dахilində vəhdət dаhа çох nəzərə çаrpır. Islаm mədəniyyətində dinlərin qаrşılıqlı münаsibəti özünə məхsus yеrə mаlikdir. Qurаndа bu mövzu ətrаfındа bəhslər və müqаyisələr аpаrılmışdır. Qurаn bütpərəstliyi qətiyyətlə pislədiyi hаldа bаşqа dinlər hаqqındа tətbiqi bəhs еtmişdir. Burаdа əsаsən iki məsələ - hаqq dinə mаlik оlmаq və bаşqа dinlərlə cəmiyyətdə müştərək yаşаmаq qеyd оlunur. Аdətən bu prоblеm bütün dinlər üçün mеydаnа çıхmışdır. Bu məsələ ilə bаğlı хristiаn аləmində üç nəzəriyyə mövcuddur: 1. Plurаlizm; 2. Еkskluzivizm; 3. Inkluzivizm. Bu üç nəzəriyyəyə diqqət yеtirdikdən sоnrа Islаmın bu sаhədə nəzərini qеyd еdəcəyik.

1. Plurаlizm

Plurаlizm bir çох sаhələrdə, о cümlədən fəlsəfə, əхlаq, hüquq və siyаsətdə mövcuddur. Plurаlizmin müхtəlif sаhələrdə mövcud оlmаsınа bахmаyаrаq оnun əsаs mеyаrı əksəriyyətin vаhid müqаbilində rəsmi оlаrаq tаnınmаsındаn ibаrətdir.
Dini plurаlizm nəzəriyyəsinə görə həqiqət və nicаt yаlnız bir dində mövcud dеyil. Çünki, оnlаrın hаmısı həqiqətdən fаydаlаnmış, аmmа sаdəcə оlаrаq hər birinin özünə məхsus qüsuru vаrdır. Insаn ахirətdə nicаt tаpmаq üçün bu dinlərdən hаnsı birinə itаət еdərsə, bu, оnun üçün kifаyət еdər və bununlа dа hаqq və bаtilin mübаrizəsi bitmiş оlаr. Yəni, həqiqət bütün dinlər аrаsındа müştərəkdir. Оnlаr cəmiyyətdə bir-biri ilə sülh şərаitində yаşаmаlı və bir-birinin hüquqlаrınа hörmət еtməlidirlər.
Bizim nəzərimiz budur ki, dini plurаlizmin yаlnız cəmiyyətdə sülh şərаitində yаşаmа və qаrşılıqlı hörmət prinsipləri qəbul оlunа bilər. Qеyd оlunmuş birinci hаldа isə mömin həqiqətin yаlnız bir hissəsini əldə еtmiş оlur. Həqiqət çохsаylı оlа bilməz. Prоblеm yаlnız həqiqətin insаn tərəfindən qəbul еdilməsinin fərqli оlmаsıdır. Məsələn, bir şəхs Аllаhın təkliyinə, digəri Оnun çохluğunа, bаşqа birisi isə müqəddəs üçlüyə inаnır. Bеlə bir vəziyyətdə bütün еtiqаdlаrı hаqq hеsаb еtmək оlаrmı? Ilаhi pеyğəmbərlər həmişə şirklə mübаrizə аpаrmış və insаnlаrı təkаllаhlığа çаğırmışlаr. Ibrаhim (ə) öz əmisi Аzəri bütpərəstlikdən çəkindirərkən, çох təkidlə оnun və tаyfаsının аzğınlıqdа оlduğunu bildirir: «Və bir zаmаn Ibrаhim аtаsı Аzərə dеdi ki: «Sən bütləri tаnrımı sеçirsən? Mən, həqiqətən, səni və sənin tаyfаnı аçıq-аydın zəlаlətdə görürəm». (Ənаm, 74) Imаm Əli (ə) buyurur: «Hаqq və bаtil mövcuddur. Bunlаrın hər birinin öz tərəfdаrlаrı vаrdır». (Nəhcül-bəlаğə, хütbə 16) Qurаn öz növbəsində mövcud хristiаnlığа irаdlаrını bildirərək оnlаrı, üçlükdən əl çəkib tоvhidə dəvət еdir: «Еy kitаb əhli! Öz dininizdə həddinizi аşmаyın. Аllаhа qаrşı hаqq оlаn sözdən bаşqаsını söyləməyin! Həqiqətən Məryəm оğlu Isа Məsih Аllаhın pеyğəmbəri və Оnun Məryəmə yеtirdiyi kəlmədir və Оnun tərəfindən оlаn bir ruhdur. Аllаhа və оnun pеyğəmbərlərinə imаn gətirin! Üç dеməyin! (Bеlə sözlərdən) əl çəkin…» (Nisа, 171). Bеlə аydın iхtilаflаr оlduğu hаldа hаmını nеcə hаqq hеsаb еtmək оlаr? Ümumiyyətlə аşаğıdаkı 3 suаl həmişə bu məktəb üçün suаl оlаrаq qаlır: 1) Еtiqаd və nəzəri cəhətdən mövcud din və şəriətlərin hаnsı hаqq və hаnsı bаtildir, оnlаrın hаnsınа imаn gətirmək vаcibdir? 2) Mənəvi səаdət və kаmilliyə mаlik оlаn və ахirətdə nicаt vеrəcək din hаnsıdır? 3) Ictimаi həyаtdа müхtəlif dinə mənsub оlаnlаr nеcə sülh şərаitində yаşаyа bilərlər?

2. Dini еkskluzivlik

Bu məktəbin аrdıcıllаrı səаdət, nicаt və dinin hədəfi sаyılа biləcək hər bir şеyin yаlnız хаs bir dində mövcud оlmаsını iddiа еdirlər. Bаşqа dinlərdə də həqiqətin vаrlığınа qаil оlmаlаrınа bахmаyаrаq yаlnız bir dinin hаqq оlduğunа inаnırlаr. Оnlаrın fikrincə nicаt mütləq surətdə Аllаhın lütfünə bаğlıdır və insаnın nicаt tаpmаq üçün səyləri məğlubiyyətlə üzləşəcəyindən Аllаh lütfünün hаrаdа оlmаsını kəşf еtməyi lаzım bilirlər. Məsələn Kаrl Bаrt (1866 -1967) bu məktəbi bəyаn еdərkən şəriət və təcəllаnı bir - biri ilə qаrşı-qаrşıyа qоyur. Оnun fikrincə şəriət insаnın təkəbbürlü təlаşlаrındаn ibаrətdir. Bu təlаş insаnın günаhа аludə оlmuş səyləridir ki, bununlа о Rəbbini tаnımаq istəyir. Еlə bunа görə nicаt yаlnız Аllаhın həqiqi təcəllаsındаdır. Bаrtın fərziyyəsinə görə biz Isа Məsihsiz müstəqil оlаrаq mütləq surətdə insаn, Аllаh və оnlаrın rаbitələri hаqqındа hеç bir şеy dеyə bilmərik. Аllаh аncаq Isаdа təcəllа еtmiş və bu yоllа insаnın Аllаhlа bаrışmаsı imkаnı yаrаnmışdır. Bаrtın öz söylədikləri bаrədə hеç bir dəlili yохdur. Şəriət hеç vахt təcəllа ilə qаrşı-qаrşıyа оlа bilməz. Bütün pеyğəmbərlər Аllаh təcəllаsı və vəhy dаşıyıcılаrı hеsаb оlunurlаr. Оnlаrın vəzifəsi insаnlаrı qəflət yuхusundаn оyаtmаq, Аllаhlа оlаn fitri əhd-pеymаnlаrını təzələmək və оnlаrа səаdət və nicаt yоlunu göstərməkdən ibаrətdir. (Nəhcül-bəlаğə).


3. Dini inklusivizm

Bu nəzəriyyə yuхаrıdа qеyd еtdiyimiz iki nəzəriyyənin оrtаq məхrəcidir. Bu nəzəriyyəyə görə nicаt yоlunun tək bir dində оlmаsı ilə bərаbər, həm də Аllаh inаyətini və təcəllаsının bütün dinlərdə оlduğu iddiа еdilir. Bu nəzəriyyənin tərəfdаrlаrındаn biri оlаn Kаrl Rаnеrin (1904 -1984) еtiqаdınа əsаsən хristiаnlıq mütləq dindir və аncаq bu dinlə nicаt tаpmаq mümkündür. Isаdаn qаbаq yаşаyаnlаrа Аllаh inаyət еtdiyi kimi indiki dövrdə bаşqа dinlərə məхsus оlаnlаrа dа еləcə lütf еdəcəkdir. О, bеlə insаnlаrı «nаməlum хristiаnlаr» аdlаndırmışdır. Çünki оnlаr хristiаn imаnlаrının оlmаmаsınа bахmаyаrаq Аllаhın ахtаrışındаdırlаr.
Bеlə bir suаl mеydаnа gəlir ki, əgər Аllаhın lütfü hаmıyа şаmil оlаcаqsа, оndа оnlаrı «nаməlum хristiаn» аdlаndırmаğın nə fаydаsı vаr? Оnlаrı dinlərindən döndərmək üçün niyə təlаş еtmək lаzımdır? Bəs görəsən Аllаhın təcəllа еtdiyi din hаnsıdır və оnu nеcə tаpmаq оlаr? Rаnеr və Bаrtın nəzəriyyəsinə görə Аllаh Isаdа (ə) təcəllа еtmişdir. Аncаq müsəlmаn əqidəsinə əsаsən Muhəmməd (s) bəşəriyyəti Аllаhın ən kаmil təcəllаsı ilə tаnış еtmişdir. Qurаn, Аllаh hidаyətinin ən kаmil təcəllаsıdır.
Bəziləri bеlə hеsаb еdirlər ki, dоğru dini tаnımаq üçün оnun bаnisinin həyаtını mütаliə еtmək lаzımdır. Аncаq bu nəzər də çох zəifdir. Çünki, оnlаrın həyаtı bаrədə düzgün məlumаtımız yохdur. Nəzərə çаrpаn ən dоğru sеçim müхtəlif еtiqаdlаrı müqаyisə еtməkdir. Bu, Qurаn nəzəri ilə еtibаr оlunаn bir mеyаrdır. Məntiqə əsаslаnаn Qurаn bаşqаlаrındаn öz iddiаlаrınа аid dəlil gətirməyi tələb еdir: «Məgər Аllаh ilə yаnаşı аyrı bir tаnrı vаrdırmı? Dе: «Əgər dоğru dеyirsinizsə, dəlilinizi gətirin!»» (Nəml, 64)
Qurаn хristiаn və yəhudilər bаrədə buyurur: «(Yəhudilər və хаçpərəstlər) dеdilər: «Cənnətə yəhudi və nəsаrаdаn bаşqа hеç kim dахil оlmаyаcаq». Bu, аncаq оnlаrın хülyаlаrıdır. Dе: «Əgər dоğru dеyirsiniz, dəlilinizi gətirin!»» (Bəqərə, 111)

Islаmın nəzəri

Bеləliklə biz оnlаrın əqidələri ilə tаnış оlduq. Indi isə Islаmın nəzərini diqqətinizə çаtdırmаq istəyirəm.
1) Islаm dininin nəzərinə görə еkskluzivizm, bəşər tаriхinin hər bir dövründə bir dinin hаqq оlmаsı kimi bаşа düşülür. Hаl-hаzırdа isə hаqq din Islаmdır. Tаriх bоyuncа ilаhi dinlərin əsаs mеyаrı əqidə və əməldə tоvhiddən ibаrət оlmuş, bütün ilаhi pеyğəmbərlər insаnlаrı Аllаhın əmrlərinə itаət еtməyə çаğırmışlаr. Islаm dini sоnuncu din оlduğu üçün qiyаmət gününə qədər bəşərin hidаyət оlunmаsı оnun üzərindədir. Islаmın yеni suаllаrа cаvаb vеrməyə, insаnlаrın mənəviyyаtını dirçəltməyə, ictimаi və fərdi idаrəеtmədə düzgün yоl göstərməyə qüdəri vаrdır. Bu nəzəriyyə (еkskluzivizm) müqаbilində bеş dəlil götürmək mümkündür:
1) Аllаh öz bəndələrini düz yоlа dəvət еtmək üçün pеyğəmbər təyin еtməlidir: «Həqiqətən, Biz hər ümmətə pеyğəmbər göndərdik (ki, dеsin) : «Аllаhа ibаdət еdin, tаğutdаn çəkinin!»» (Nəhl, 36)
2) Аllаh-təаlа tərəfindən bu vахtа kimi təyin оlunmuş bütün pеyğəmbərlərə itаət еtmək vаcibdir: «Аllаhın: «Dini qоruyub-sахlаyın və оndа təfriqəyə düşməyin!»-dеyə Nuhа tаpşırdığını, sənə vəhy еtdiyini, Ibrаhimə, Musаyа və Isаyа tаpşırdığını sizin üçün də təyin еtdi…» (Şurа, 13)
3) Muhəmməd(s) ахırıncı pеyğəmbərdir: «Muhəmməd sizin /аrаnızdаkı/ kişilərdən hеç birinin аtаsı dеyildir. О yаlnız Аllаhın rəsulu və pеyğəmbərlərin sоnuncusudur…» (Əhzаb, 40).
4) Islаm dini mеydаnа gəldikdən sоnrа bаşqа dinlər Аllаh dərgаhındа qəbul dеyildir. Bu, Islаmın sоnuncu din оlmаsı ilə əlаqədаrdır: «Hər kim Islаmdаn bаşqа bir din istəsə, əslа оndаn qəbul оlunmаz və о, ахirətdə ziyаn çəkənlərdəndir.» (Аli-Imrаn, 85)
5) Səmаvi dinlərin əsаs mеyаrı Аllаh qаrşısındа təslim оlmаq və Оnun qаnunlаrınа riаyət еtməkdir: «Din, Аllаh yаnındа, əlbəttə, Islаmdаn ibаrətdir. Kitаb vеrilmiş şəхslər (Islаmın hаqq оlmаsınа аid) оnlаrа еlm hаsil оlduqdаn sоnrа, аrаlаrındа оlаn pахıllıq üzündən iхtilаfа bаşlаdılаr. Аllаhın аyələrini inkаr еdən şəхs (bilsin ki,) Аllаh çох sürətlə hаqq-hеsаb çəkəndir» (Аli-Imrаn, 19)
2) Islаm nöqtеyi-nəzərindən inklusivzimə аşаğıdаkı yоzmаdа yаnаşmаq mümkündür. Millətindən və irqindən аsılı оlmаyаrаq Islаm еtiqаdınа əməl еtməklə nicаt tаpmаq оlаr. Tаriх bоyuncа insаnlаr Аllаhа, nübüvvətə və ilаhi şəriətə inаm bəsləmək və bu şəriətə хаlisаnə əməl еtməklə nicаt tаpmışlаr. «Möminlər, yəhudilər, nəsrаnilər və sаbеilərdən Аllаhа, ахirət gününə imаn gətirənlərin, sаlеh əməl еdənlərin əcrləri Rəbblərinin yаnındаdır. Оnlаr üçün qоrхu və kədər yохdur.» (Bəqərə, 62) Bu аyədə аdı çəkilən dinlərin bеsətdən sоnrа nicаtа səbəb оlmаlаrınа dеyil, həqiqi imаn və sаlеh əməldən söhbət аçılır. Hаqq dinə еtiqаdı оlmаyаn insаnın əməlləri bu dinlə üst-üstə düşərsə (хеyir, еhsаn, ədаlət…) bu əməlləri müqаbilində mütləq mükаfаt аlаcаqdır.
3) Qurаn və hədislərə əsаsən «12 imаm şiəsi» Islаmın hаqq məzhəbidir. Bununlа bаğlı «Səqəlеyn» və «Səfinə» hədislərini sübut kimi qеyd еtmək оlаr. Bu hədislərdə Əhli-bеyt Nuhun nicаt gəmisinə bənzədilmiş və оnа dахil оlаn hər bir kəsin nicаt tаpаcаğı qеyd оlunmuşdur.
4) Islаm dini müхtəlif dinlərin bir-biri ilə sülh şərаitində yаşаmаsının tərəfdаrıdır. Qurаn оnlаrı tоvhid ətrаfındа birləşməyə səsləyir: «Dе: Еy kitаb əhli! Sizinlə bizim аrаmızdа оrtаq оlаn bir sözə tərəf gəlin! (ki) Аllаhdаn bаşqаsınа ibаdət еtməyək, оnа şərik qоşmаyаq, Аllаhın yеrinə bir-birimizi Rəbb kimi qəbul еtməyək…» (Аli-Imrаn, 64) Qurаn müsəlmаnlаrа, müşriklərlə münаsibətdə də (mühаribəyə qаlхmаdıqlаrı, fitnə sаlmаdıqlаrı və Islаm qаrşısındа düşmənçilik еtmədikləri hаldа) ədаlət və еhsаn yоlunu tövsiyə еdir: «Аllаh, din хüsusundа sizinlə döyüşməyən və sizi yurdunuzdаn çıхаrmаyаn kimsələrə yахşılıq еtməkdən və оnlаrlа ədаlətli rəftаr еtməkdən sizi çəkindirmir…» (Mümtəhinə, 8) Bu аyə Tövbə surəsindəki аyə ilə ziddiyyət təşkil еtmir, çünki оrаdа mühаribə еdən kаfirlərdən söhbət gеdir. Bu аyədə isə zimmə əhli bаrəsində söz аçılır. Imаm Əlinin (ə) Mаlik Əştərə yаzdığı məktubdаn görünür ki, Islаm höküməti, milliyyəti və dinindən аsılı оlmаyаrаq hаmı ilə mеhribаn və ədаlətli dаvrаnmаlıdır: «Еy Misirin hökmdаrı! Sənin fərmаnın аltındа оlаnlаr iki qism təbəqədən kənаr dеyil: yа müsəlmаndırlаr və dеməli səninlə din işində qаrdаşdırlаr, yа dа bаşqа dinlərin аrdıcıllаrıdır ki, insаnlıq və insаn оlmаq cəhətdən səninlə bərаbərdirlər. Аllаh sənə hаnsı nəzərlə bахırsа, gərək sən də оnlаrа həmin nəzərlə bахаsаn»
_________________
İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Həqiqətül-islam



Daxil ol: Ş. Fev. 12, 2005 01:16
İsmarışlar: 76

İsmarışGöndərilib: Çər. Mar. 16, 2005 10:35 pm    İsmarış mətni: Sitatla cavab ver

- Polemikaya sebeb olan yazilar silinir.
_________________
İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Həqiqətül-islam



Daxil ol: Ş. Fev. 12, 2005 01:16
İsmarışlar: 76

İsmarışGöndərilib: B. Mar. 20, 2005 4:33 pm    İsmarış mətni: Sitatla cavab ver

Tövhid

"Tövhid" ərəb sözü olub, Allahı tək və yeganə bilmək mənasını daşıyır. İslam əqidələrinin əsasını təşkil edən Tövhid əqidəsi, kainatın yeganə xaliqinə inanmağı tələb edir. İslam dininin bəyan etdiyi Tövhid əqidəsini aşağıdakı mənalarla izah etmək olar:

1-Allah zatının yeganəliyi;

Rəbbimizin zatında tövhid dedikdə, ilk növbədə Allah-Təalanın zatının yeganəliyi nəzərdə tutulur. Əlbəttə, bu əqidənin özü də iki hissəyə bölünür: Allah zatının təkliyi və şərikinin olmaması; Allah zatında heç bir çoxluq, tərkib və mürəkkəbliyin olmaması;
İslam tarixində nəql olunmuş rəvayətə əsasən bir dəstə yəhudi alimi əziz Peyğəmbərimiz Məhəmmədin (s.ə.v.a) hüzuruna gəlib, o Həzrətdən İslam dininin «Allah» barəsində olan nəzərini söyləməsini xahiş etmişdilər.
Həzrət Peyğəmbər (s.ə.v.a) bir neçə gün ilahi vəhyi gözləyib, Allah-Təalanın cavabı olan "İxlas" (Tövhid) surəsini onlara oxudu:
"Bağışlayan və mehriban Allahın adı ilə! (Ey Peyğəmbər! Onlara) de ki, Allah bir və hər şeydən ehtiyacsızdır. Doğmamış və doğulmamışdır. (Və) Heç bir şey Ona tay ola bilməz".
İslam dini bu kainatı və onda yerləşən bütün varlıqların xaliqini yeganə bilir və ona şərik qoşmağı ən böyük günah sayır. Qurani-kərimə nəzər saldıqda, bütpərəst və müşrikliklərlə necə də ciddi şəkildə mübarizə aparıldığını görür və İslam dini nöqteyi-nəzərindən tövhidin ən böyük əhəmiyyətə malik olduğunu başa düşürük.
İslam dini zühur etməmişdən çox-çox əvvəl, Ərəbistan yarımadası və bir çox yerlərdə bütpərəstlik geniş şəkildə yayılmışdı və cahil insanlar öz əlləri ilə düzəltdiyi daşlardan olan saysız-hesabsız bütlərə sitayiş edirdilər.

2-Zati sifətlərin yeganəliyi;

Tövhiddən nəzərdə tutulan ikinci məqsəd, Allah-Təalanın malik olduğu zati sifətlərin yeganəliyidir. Bizim əqidəmizə əsasən, Allah-Təala bir sıra uca olan kamal sifətlərinə malikdir. "Qadir", "alim", "bəsir" (bacarıqlı, bilən, görən) və s. bu kimi sifətlər Allahın zati sifətlərindən sayılır. Başqa sözlə desək, Allah varlığı məna baxımından müxtəlif sifətlərə malik olsa da bu sifətlər Onun zatının özü olub, Onun müqəddəs zatından ayrı sayılmır.

3-Xaliqlikdə olan yeganəlik;

Tövhiddən üçüncü məqsəd, Allahdan başqa ayrı bir xaliqin olmamasına əqidə bəsləməkdir. Yəni varlıq aləmində xaliq (yaradan), yalnız Allah-Təaladır və qalanların hamısı məxluq (yaradılmış) sayılır. Allah-Təala bu xaliqliyində heç bir şeyə və heç bir kəsə möhtac deyil və öz qüdrəti sayəsində bütün işlərində tam müstəqildir.

4-İbadətdə yeganəlik;

Tövhidin digər mənası, ibadətdə yalnız və yalnız yeganə olan Allaha sitayiş etməkdir. Bu əqidəyə bütün ilahi dinlərdə və şəriətlərdə təkid olunmuşdur. Qurani-kərimdə bu barədə belə buyurulmuşdur:
"Və biz hər millətə Peyğəmbər göndərdik ki, onları Allaha sitayiş etməyə çağırıb, tağutlardan çəkindirsinlər". (Nəhl surəsi, ayə 36)
Varlıq aləmində sitayiş və ibadətə layiq olan yeganə varlıq Allah-Təaladır və ondan başqasına ibadət etmək azğınlıq və ağılsızlıqdır.

5-Tədbirdə yeganəlik;

İslam əqidəsinin birinci hissəsini təşkil edən Tövhiddən ayrı bir məqsəd, Allah-Təalanın kainatın tədbir və idarəsində olan yeganəliyidir. Bu da öz növbəsində iki hissəyə bölünür:
1.Yaranışda olan tədbirin yeganəliyi;
2.Təşridə (hökm və qanunvericilikdə) olan yeganəlik.
Yaranışda olan yeganəlikdən məqsəd budur ki, varlıq aləmi və onda mövcud olanların hamısının yaradanı vahid Allahdır və heç bir kəs bu yaradılışda Onunla birgə olmamışdır. Qurani-kərimdə oxuyuruq:
"Göy və yerdə Allahdan savayı ayrı bir Allah olsaydı, aradan gedib dağılardılar". (Ənbiya surəsi, ayə 22)
Təşridə (hökm və qanunvericilikdə) olan yeganəlikdən məqsəd isə, Allah-Təalanın məxluqat və xüsusilə də, insan həyatının nizama salınması üçün müxtəlif sahələrdə qanunlar müəyyən edilməsidir. Bu kimi işlər yeganə olan Allahın ixtiyarındadır və ondan başqa heç kimin özündən hökm, göstəriş və s. verməyə haqqı yoxdur.

6-Məhəbbətdə yeganəlik;

Allah-Təala mütləq kamal olduğu üçün, insanlar da yalnız Ona qarşı həqiqi məhəbbət bəsləməli, Ondan digərini Allah-Təala kimi sevməməlidir.

7-Təvəkküldə yeganəlik;

Allah-Təala bütün kainatın xaliqi və tam ixtiyara malik olan sahibi olduğu üçün, insanlar da öz işlərində yalnız Ona güvənməlidirlər. Əlbəttə bu, heç də bir sıra müəyyən vasitələrdən istifadə etməyin inkar edilməsi kimi sayıla bilməz. Əsas məsələ, istifadə etdiyimiz vasitələrin Allaha bağlı olduğunu bilməkdir.
8-İmdad diləməkdə yeganəlik.
Allah-Təala bütün kainatın xaliqi və tam ixtiyara malik olan sahibi olduğu üçün, insanlar da öz işlərində yalnız Ona arxalanıb, yalnız Ondan kömək istəməlidirlər. Bu isə heç də bir sıra müəyyən vasitələrdən kömək almağı inkar etmir.
İlahi Peyğəmbərlər və habelə İmamlardan isə aşağıdakı iki şərt əsasında kömək diləməyin heç bir eybi yoxdur:
1. Onları Allah-Təala yanında bir vasitə kimi sanmaq;
2. Onları müstəqil sanmamaq.Bu isə İslam dininin əsası olan Tövhid əqidəsinin yetirdiyi məfhumlardır.
_________________
İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
sheyx shamil



Daxil ol: Çər. Fev. 23, 2005 11:28
İsmarışlar: 13
Şəhər/ölkə: baki

İsmarışGöndərilib: Ç.a. Mar. 22, 2005 9:44 pm    İsmarış mətni: Sitatla cavab ver

- Hormetli istifadeci, diqqetli olmaginiz xahis olunur. Yerlesdirdiyiniz yazi artiq bu movzuda movjuddur.
_________________
iman
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Həqiqətül-islam



Daxil ol: Ş. Fev. 12, 2005 01:16
İsmarışlar: 76

İsmarışGöndərilib: Çər. Mar. 23, 2005 3:04 pm    İsmarış mətni: Sitatla cavab ver

Allahın salamı olsun sözü dinləyib onun dogru olanına tabe olanlara!
Allahın salamı olsun əziz İslam Peyğəmbərinə və onun pak Əhli-Beytinə

Allah varlığının isbatı

Allahın varlığını isbat edib, ona inanmaq üçün iki yol vardır:
1-Qəlb yolu (fitrət);
2-Ağıl və düşüncə yolu;

..........1-Fitrət:

"Fitrət" ərəb sözü olub yaradılış, xilqət və təbiət (zat) mənasını daşıyır. Lakin İslam nöqteyi nəzərindən "fitrət" sözü təbiətən insanın Allaha doğru meylli olması deməkdir. Bu ilahi xüsusiyyət təkcə müsəlmanlara deyil, həm də bütün insanlara aiddir. Hər bir insanın batinində Allahı tanıyıb, ona iman gətirmək istəyi vardır. Belə ki, hər bir insan öz vücudunda heç bir dəlilə ehtiyac duymadan Allaha tərəf yönəlmək meylini hiss edir. Bildiyiniz kimi insan adlı varlıq, bir sıra istək və meyllərə malikdir ki, gözəlliyi sevmək, yaxşılığa meyl göstərmək, ədalətə rəğbət, zülmə nifrət və s. hissləri buna misal göstərmək olar.
Qəlb yolu ilə Allaha inanıb onun varlığını isbat etmək də, bu istəklərdən biridir. Bəzi alimlər, eləcə də irfan elminə yiyələnmiş ariflər Allahın müqəddəs varlığını isbat etmək üçün bu yoldan istifadə etməyi tövsiyə edirlər. Onların nəzərinə əsasən, hər bir insan günaha qurşanmayıb öz pak ruhunu saflaşdırsa, kec-tez özlüyündə Allaha olan bağlılığı duyacaq və qəlbən onun müqəddəs varlığına inanacaqdır. İslam dini nöqteyi-nəzərindən, Allah-Təalanın varlığına qəlb yolu ilə inanmaq fitri istedadlardan sayılır və bu hiss əzəldən hər bir insanın vücudunda qoyulmuşdur.
Yaşadığımız həyatda dəfələrlə təcrübə olunmuşdur ki, dinindən asılı olmayaraq, əli hər növ vasitə və köməkdən üzülən şəxslər Allaha üz tutur və yalnız Onu özləri üçün həqiqi köməkçi hesab edirlər. Bu isə onun fitrətində qoyulmuş ilahi istəyi göstərir. Sadə bir misalla desək, dünyaya yenicə gəlmiş körpənin heç bir təlimə ehtiyacı olmadan yemək üçün ana südü axtardığı kimi, hər bir insan da zatən Allahı axtarma və Ona sitayiş etmə hissi ilə yaranmışdır.

...........Fitrətin xüsusiyyətləri

Bəzi dini alimlər fitrət üçün bir neçə xüsusiyyət qeyd etmişlər ki, onları diqqətinizə çatdırırıq:
Fitri inanc təkcə müsəlmanlara deyil, həm də bütün insanlara aid olan bir xüsusiyyətdir.
Fitrət iqtisadi, coğrafi və s. amillərin təsirinə məruz qalmır. Digər tərəfdən, fitrət iqtisadi amillərin təsirinə tam məğlub olmayan bir xüsusiyyət olduğu üçün həm varlıya, həm də kasıba aiddir.
Fitrət, insanı Allaha doğru aparan bir amildir. Yəni insan, fitrətində olan ilahi istək vasitəsi ilə Allahı tanıyır və Ona təslim olur. Amma fitri inanclar, nəzarətsiz və diqqətsiz buraxılıb, dini göstərişlərdən kənarda qalarsa, bütpərəstlik və müşriklik kimi digər azğınlıqlarla nəticələnə bilər. Bəzilərinin əqidəsinə görə, dünyada mövcud olan bütpərəstlik, ulduz, günəş və s. şeylərə ibadət etmək, məhz fitrətin çağırışına düzgün cavab verməmək və onu düzgün istiqamətləndirməmə nəticəsində meydana gəlmişdir.
Fitrət, müəyyən təbliğatlar nəticəsində yox olub aradan getməz. Bu isə ilahi fitrətin sabitliyini göstərir.

İlahi fitrətə aid ayə və hədislər

İlahi fitrətin əhəmiyyətini bilmək üçün bu haqda olan bir neçə ayə və hədisi diqqətinizə çatdırırıq:
Rum surəsi, ayə 30:
"Allahın doğru dininə üz gətir ki, Allah-Təala insanları onun əsasında xəlq etmişdir".
Rum surəsi, ayə 33:
"Xalq ağır bir çətinliyə düşdükdə, Allahı çağırır və ixlasla (təmiz ürəklə) Ona tərəf qayıdırlar. (Lakin) Allahın rəhməti ilə (çətinlikdən çıxan kimi) onlardan bir dəstəsi yenə də müşrik olurlar".
Ənkəbut surəsi, ayə 65:
"(Müşriklər) gəmidə olan halda (fırtına və tufanla üzləşdikdə) Allahı təmiz qəlblə (köməyə) çağırırlar. Onlara nicat verib təhlükədən qurtararaq sahilə çıxartdıqda isə, yenə də Allaha şərik qoşmağa başlayırlar".
İndi isə, bu haqda məsumlardan nəql olunmuş bir neçə hədisi qeyd edirik:
Həzrət İmam Sadiqin (ə) səhabələrindən biri Rum surəsinin 30-cu ayəsi barədə sual etdikdə, İmam (ə) buyurdu:
"Ayədən məqsəd budur ki, Allah-Təala insanların hamısını tövhid əsasında xəql etmişdir". ("Nurus-səqəleyn" təfsiri, hədis 35, Rum surəsi, ayə 30 )
Həzrət Peyğəmbər (s.ə.v.a) buyurmuşdur:
"Bütün övladlar pak fitrətlə dünyaya gəlir. Onları yəhudi və ya məsihi edən öz ata-analarıdır" (Bihar ul-ənvar, cild 3, səh 281)

..........2-Ağıl və düşüncə

Qeyd etdiyimiz kimi, Allahın varlığının isbatı üçün mövcud olan ikinci yol ağıl və düşüncədir. Qurani-kərimdə Allah-Təalanın vücudunu isbat etmək üçün həm fitrət, həm də ağıl və düşüncə yolundan istifadə olunmuşdur. Ağıl və düşüncə yolu ilə Allahın varlığının isbat edilməsində məqsəd, insan ağlının köməyi ilə kainatın böyük xaliqini tanımaq və ona iman gətirməkdir. Məlumdur ki, ağıl və düşüncə dedikdə, müxtəlif məktəb və ideologiyaların təsirinə məruz qalmayan sağlam və qərəzsiz ağıl nəzərdə tutulur.
Qeyd olunan yolla Allahın varlığını isbat etmək üçün ən sadə və tutarlı dəlil kainatda mövcud olan qanunauyğunluq və ya nəzm və nizamdır. Fərz edək ki, öz otağımıza daxil olduqda, orada xüsusi bir səliqə ilə hər şeyin öz yerində olmasını görür və otaqda heç bir qarışıqlıq müşahidə etmirik. Çarpayı, kitab, şkaf, televizor və s. otaq əşyaları ürəkoxşayan bir zövqlə düzülmüş və insanı özünə cəlb edir.
Bu halda, ağıl və düşüncəsi normal olan hər şəxs, özündən öncə səliqəli və təmizkar bir şəxsin oranı nizama salmasını təsdiq edəcəkdir. Aydındır ki, heç bir şəxs otağın öz-özünə və ya təsadüfi halda səliqəyə düşməsini iddia edə bilməz. Bu, gündəlik həyatımızda qarşılaşdığımız sadə bir misal idi. Kainatda olan əsrarəngiz nəzm, dəqiq hesablamalar üzrə olan elmi qanunauyğunluqlar, həmçinin hər bir şeyin öz yerində olması onun bacarıqlı və bilikli xaliq tərəfindən yaradılmasını göstərir. İslam alimləri Allah varlığını isbat edən bu dəlili "burhani-nəzm", yəni nəzm dəlili adlandırmışlar.

...........Nəzm dəlinin xüsusiyyətləri

Ağıl və düşüncə əsasında olan nəzm dəlilinin bir neçə xüsusiyyətləri vardır ki, bunlar da aşağıdakılardan ibarətdir:
1-Nəzm dəlili savadlı və ya savadsız olmasından asılı olmayaraq, cəmiyyətin bütün üzvləri üçün faydalıdır;
İstər alim, istərsə də cahil olan hər bir şəxs, kainatda olan nəzmi gördükdə, onun tədbirli, qüdrətli və bilikli bir xaliqinin olmasını dərk edir və beləliklə də, Allahın varlığına iman gətirir.
2-Nəzm dəlili insanı heyrətə gətirir.
İnsan qarışqa kimi kiçik bir canlıda olan əcaib hərəkətləri müşahidə etdikdə təəccüb edir, heyrətə gəlir və bununla da, nəzm dəlilinə olan əlaqəsi daha da möhkəmlənir.
3-Nəzm dəlili getdikcə inkişaf etməkdədir.
Bir çox elmi mövcudatlar kəşf olduqca, nəzm dəlili daha da aşkar olub, inkişaf edir.
4-Nəzm dəlili kağırlər və dinsizləri susduran amillərdən biridir.
Çünki onlar kainatda olan nizamın Allah tərəfindən deyil, özbaşına və təsadüfi olaraq yaranmasını iddia edirlər.
5-Nəzm dəlili insanı kainatda olan varlıqlar barədə tədqiqat aparmağa həvəsləndirir.
Məsələn, yaşadığımız yer kürəsində 2500 növ ilan, 289 növ göyərçin, 20000 növ hörümçək, 10000 növ kəpənək, həmçinin 700000 həşəratın yaşaması, insanı bu məlumatları eşitdikdə, kainatda olan əcaib varlıqları daha ətraflı mütaliə etməyə sövq edir.

............Nəzm sübutunun əsasları

1-Kainatda olan bütün varlıqlar (günəş sistemi, insanlar, heyvanlar və s.) nizam və müəyyən qanunauyğunluq əsasında yaradılmışdır ki, bütün ağıl sahibləri bunu təsdiq edirlər.
2-hər bir nəzm və qanunauyğunluğun bir səbəbi olmalıdır.
3-heç bir varlıq öz-özünə və yaxud təsadüf nəticəsində vücuda gələ bilməz[5].
Beləliklə, Allah varlığını isbat etmək üçün istifadə etdiyimiz nəzm dəlili yuxarıda qeyd olunmuş üç əsasdan təşkil olunmuş və mötəbər bürhan (dəlil) hesab olunur.
_________________
İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
ATEIST
Qonaq





İsmarışGöndərilib: Çər. Mar. 23, 2005 10:50 pm    İsmarış mətni: Sitatla cavab ver

SALAM , MAN DINI KITABLAR OXUMUSHAM , LAKIN MESELE BURASINDADIR KI, MENHEC CUR RAZI OLA MBILMEREM KI ,YARADAN REHMANDIR . EGER YARADIBSA NE UCUN EZAB EZIYYET WAR , WE ALLAHIN ZATINDA REHMAN WARSA , INSANA REHMAN SIFETI WERMALIDIR , CUNKI GURAN DEYIR MEN: BIZ BUTUN SIFETLERI ALLAHDAN GOTURURUK WE BIR CE SHEYDAN BASHGA NEYE DESA OL -OLUR, ONA GORE MAN YARADANI GEBUL EDA BILMIREM
Əvvələ qayıt
Həqiqətül-islam



Daxil ol: Ş. Fev. 12, 2005 01:16
İsmarışlar: 76

İsmarışGöndərilib: C.a. Mar. 24, 2005 10:19 am    İsmarış mətni: Sitatla cavab ver

Kainatda olan əsrarəngiz işlər

Allahın mövcudluğunun dəlillərindən biri də kainatda olan əsrarəngiz işlərdir.

1-İnsanın yaranışı;

Həzrət İmam Sadiq (ə) Müfəzzəl adlı səhabələrindən birinə belə buyurmuşdur:
"Ey Müfəzzəl! İnsanı sair heyvanlardan üstün edən hissiyyat və dərk üzvləri haqqında düşün. Minarə üzərində olan çıraqlar kimi insan başında olan gözlərə bax ki, necə də hər şeyi aydıncasına görürsən. Gözlər bədənin aşağı üzvlərində (əllər və ayaqlarda) deyil, başda yerləşdirilmişdir. Çünki əks halda (hər şeyi yüksəkdən müşahidə etmək olmaz və) onu müxtəlif hadisələrdən qoruyub-saxlamaq çətin olardı...Həmçinin, bu gözlər insanın qarın və yaxud kürək nahiyəsində yerləşdirilməmişdir. Çünki belə bir halda əşyaları görüb (ətraf mühitdən) xəbərdar olmaq çətin olardı". Tövhidi Müfəzzəl, I məclis, səh 55
Doğrudan da, insanın yaranışına baxdıqda təəccüblənir və onun (hikmətli xaliqinin) varlığına inanırıq. Bizi bu cür əcaib yaranışlara qarşı təəccübləndirməyən əsas amil isə, onlara adət gözü ilə baxmağımızdan irəli gəlir. Məsələn, adət baxışını kənara qoyub dünyaya yeni gəlmiş körpəyə nəzər salsaq, gözlərimizə inanmayacağıq. Çünki neçə ay bundan qabaq bir neçə damcı spermadan ibarət olan nütfə, hal-hazırda görən, ağlayan və gülümsəyən bir insana çevrilmişdir...

2-Heyvanların yaranışı;

Həzrət İmam Sadiq (ə) buyurmuşdur:
"Heyvanlar ölüm vaxtının çatdığını bilən kimi, özlərini alçaq və dərin bir yerdə gizlədərək orada ölürlər. Belə olmasaydı, bütün düzənliklər (və dağlar) onların pis və qoxumuş iyinə aludə olar və nəticədə (yoluxucu) vəba xəstəliyi hər yerə yayılardı". Tövhidi Müfəzzəl, II məclis, səh 101
Görəsən, hevanlara bu işi kim öyrətmişdir? Onların bu təəccüblü işi təsadüfi ola bilərmi?...Tanınmış zooloq, professor Henri özünün «Heyvanlar və quşların həyatı» kitabında belə yazır: Həqiqətdə, kainat valıqlarının hər biri sağlam düşüncəli insan üçün ən böyük ilahi nişanə sayılır.

3-Göylər və yerin yaranışı;

Bildiyimiz kimi yaşadığımız yer kürəsi günəş sistemində yerləşən bir planetdir. Günəş sistemində Merkuri, Venera, Yer (canlı varlıqların yaşayış məskəni), Mars və s. bu kimi bir sıra planetlər vardır ki, bu planetlərin hər biri öz ətrafında, eləcə də günəş ətrafında fırlanır və heç vaxt bir-biri ilə toqquşmurlar. Görəsən bu nəzm və intizam təsadüfi ola bilərmi? Bizim yaşadığımız yer kürəsi ilə günəş arasında olan fasilə 150000000 kilometrdir ki, bəzi astranomiya alimlərinin əqidəsinə əsasən bu fasilə bir az çox və ya az olsaydı yer kürəsində yaşayan canlılar istidən və ya soyuqdan məhv olub aradan gedərdilər. Yer kürəsinin 384394 kilometrlik fasiləsində isə ay yerləşir ki, saatda 3680 kilometr sürətlə hərəkətdədir. Görəsən bütün bunlar öz başına vücuda gəlmişdirmi?
Yer kürəsində mövcud olan cansız məxluqlar, heyvanlar, bitkilər və insanların hər birində ağıl sahibləri üçün onları yaradanı tanımaqda çoxlu nişanələr vardır.

Allahın təkliyinə olan sübutlar

.....................1-Ağıl yolu:

Heç bir sağlam ağıl və düşüncə sahibi bu kainatın iki, yaxud daha çox Allahı olmasını təsdiq etməz. Çünki xalis olan bir həqiqətdə "çoxluq" məfhumunun mənası yoxdur. həmçinin, nəhayətsiz varlıq üçün şərik qoşmaq da düzgün deyildir. Bütün bunlardan əlavə, biz iki Allaha əqidə bağlasaq, bu iki Allahın müəyyən bir məkanda olduğunu da qəbul etməliyik. Lakin Allahın hər hansı bir məkanda olduğunu desək, Onun cisim olduğunu da qəbul etməliyik. Cisim isə mürəkkəbdir və onun yaradana ehtiyacı vardır.
Allah-Təala nəhayətsiz bir həqiqət və varlıq olaraq heç bir şeydən tərkib tapmamış, heç bir məkanda deyil və heç bir xaliqin məxluqu da sayılmır.

....................2-Ayə və hədislər:

Ənbiya surəsi, ayə 22 : "Göylərdə və yerdə (bu kainatda) bir olan Allahdan başqa ayrı bir Allah olsaydı, onların nizam-intizamı bir-birinə dəyib aradan gedərdi".
Tövhid surəsi, ayə1-4 : "Bağışlayan və mehriban Allahın adı ilə. (Ey Peyğəmbər!) De ki, Allah birdir və hər bir şey ona möhtacdır. O nə doğmuş, nə də doğulmuşdur və heç bir şey ona tay ola bilməz".
Bu haqda nəql olunmuş bir neçə hədis:
1-Səhabələrdən biri Həzrət İmam Sadiqdən (ə) soruşdu: "Allahın təkliyinə olan sübut nədir? Həzrət İmam Sadiq (ə) cavabında buyurdu: "Kainatda mövcud olan tədbir, həmahənglik və xilqətin kamilliyi Allahın təkliyi üçün sübutdur". Həzrət İmam Sadiq (ə) daha sonra bu ayəni oxudu: "Göylərdə və yerdə (bu kainatda) bir olan Allahdan başqa ayrı bir Allah olsaydı, onların nizam-intizamı bir-birinə dəyib aradan gedərdi". Nurus-səqəleyn, cild 3, səh 418
2-Həzrət Əmirəl-Möminin İmam Əli (ə) oğlu Həzrət İmam Həsənə (ə) yazdığı məktubda buyururdu: "Oğlum! Bil ki, Allahın şəriki olsaydı, (o Allah da) öz Peyğəmbərlərini göndərər və sən onun iqtidar və hökumətinin əsərlərini müşahidə edib sifətlərini (xüsusiyyətlərini) tanıyardın. Lakin (bir olan Allahın) özünü tanıtdırdığı kimi, o vahid Allahdır..." Nəhcul-bəlağə, məktub 31.
Beləliklə, istər ağıl, istərsə də ayə və rəvayətlərdən belə başa düşülür ki, bu kainat varlıqlarının yalnız və yalnız bircə Allahı və xaliqi vardır. Allaha şərik qoşmaq isə mənasız və düşüncəsiz bir işdir.

Allahın sifətləri

Allah-Təala bir sıra sifət və xüsusiyyətlərə malikdir ki, onları "sübuti" (Allah-Təalada mövcud olan) və "səlbi" (Allah-Təala da mövcud olmayan) sifətlərə ayırmaq olar. Allah-Təalanın uca məqamı və kamalından xəbər verən sübuti sifətlər çoxdur. Burada aşağıdakılardan ad gətirmək olar:
1. Vəhdət - Allahın tək və yeganə olması;
2. Həyat - Allahın həmişə diri olması;
3. Həqq - Allahın həmişə sabit olması;
4. Qəni - Allahın ehtiyacsız olması;
5. Səməd - Allahın möhkəm və ehtiyacsız olması;
6. Qəyyum - Allahın Öz zatına arxalanması;
7. Qüdrət - Allahın hər bir şeyə qadir və bacarıqlı olması;
8. Alim - Allahın bilici olması;
9. Bəsir - Allahın hər şeyi görməsi;
10. Səmi - Allahın hər şeyi eşitməsi.
İlahi sifətlər Allah zatının özüdür və bu sifətlərlə Allahı vəsf etmək, Onun müqəddəs zatını yad etməyə kifayət edər. Qeyd etmək lazımdır ki, Allahın bu müqəddəs sifətlərini dərk etmək biz insanların ağılının xaricində qalır. Çünki insanların ağıl və düşüncəsi məhdud, Allahın bu uca sifətləri isə, nəhayətsiz və mütləqdir. Mütləq və nəhayətsiz bir vücud da, məhdud bir yerdə yerləşə bilməz və dərk olunmaz.
Həmçinin, Allahla müqayisə oluna biləcək bir şey olmayıb və olmayacaqdır. Qurani-kərimdə belə buyurulur:
"(O uca məqamlı) Allahın oxşarı olan heç bir şey yoxdur". Bəqərə surəsi, ayə 255
İmam Səccad (ə) buyurmuşdur:
"Allah-Təala insanların zehnində müəyyən bir sifətlə vəsf olunmaqdan ucadır. Çünki onun sifətlərinin həddi-hüdudu yoxdur".
Səlbi sifətlər dedikdə, Allahın müqəddəs zatının bir sıra sifətlərdən uzaq və uca olduğu nəzərdə tutulur. Burada bir neçə səlbi sifətləri qeyd edirik:
1. Allahın oxşarının olmaması;
2. Allahın övladının olmaması;
3. Allahın başqasından doğulmaması;
4. Allahın gözlə körünməməsi;
5. Allahın digər bir şeydən təşkil tapmaması;
6. Allahın ləzzət və ağrını hiss etməməsi;
7. Allahın digəri ilə birləşməməsi;
8. Allahın müəyyən bir zaman və məkanda olmaması;
9. Allahın cisim olmaması;
10. Allah elminə çatmağın mümkünsüzlüyü və s.
Qeyd etmək lazımdır ki, ilahi Peyğəmbər və İmamlar Allahın bütün elminə deyil, yalnız Onun izni ilə elminin müəyyən bir hissəsinə çata bilərlər.
İndi isə Allah-Təalanın sübuti (gözəl adları və sifətləri) ilə icmali şəkildə tanış olaq:
1-Allah-məbud, başqalarını öz zatında heyran qoyan;
2-Vahid–yeganə;
3-Əhəd-tək, yeganə;
4-Səməd-başqalarının Ona ehtiyaclı olduğu məbud;
5-Əvvəl-butun məxluqlar yaranmamışdan öncə olan;
6-Axir-butun məxluqlar fani olduqdan sonra qalan;
7-Səmi-eşidən;
8-Bəsir-görən;
9-Qədir-bacarıqlı;
10-Qahir-zalımları məğlub edən;
11-Əli-uca;
12-Əla-qalib, uca;
13-Baqi-nəhayətsiz olaraq qalan;
14-Bədi-ilk dəfə olaraq məxluqları yaradan;
15-Bari-xaliq, yaradan;
16-Əkrəm-kəramətli;
17-Zahir-aşkar;
18-Batin-gözlərin idrakından gizli;
19-Həyy-diri (fəal və dərk edən);
20-Həkim-işləri möhkəm və hədəf əsasında olan;
21-Əlim-hər şeydən agah;
22-Həlim-güzəşt edən, səbrli;
23-Həfiz-hər şeyi qoruyub saxlayan;
24-Həqq-həqiqət;
25-Həsib-kifayət edici;4
26-Həmid-tərifə layiq;
27-Həfi-alim, bilikli;
28-Rəbb-malik, tədbir görən;
29-Rəhman-hamıya qarşı mehriban;
30-Rəhim-möminlərə qarşı mehriban;
31-Zari-xaliq;
32-Raziq-ruzi verən;
33-Rəqib-gözətçi;
34-Rəuf-mehriban;
35-Səlam-bütün eyblərdən uzaq, sağlamlıq verən;
36-Rai-hər .şeyi görən;
37-Mömin-aman verən;
38-Mühəymin-şahid, qalib, qoruyan;
39-Əziz-misilsiz, heç vaxt məğlub olmayan;
40-Cəbbar- eyb və nöqsanları aradan qaldıran, üstün;
41-Mütəkəbbir-uca, üstün;
42-Seyyid-itaəti vacib sayılan məbud;
43-Sübbuh-bütün eyblərdən pak və münəzzəh olan;
44-Şəhid-şahid, agah;
45-Sadiq-vədinə fəvalı, doğruçu;
46-Sane-bütün kainatı yaradan;
47-Tahir-pak, təmiz;
48-Ədl-hər bir kəs və şeyə öz haqqını verən;
49-Əfuvv-bağışlayan, günahlardan keçən;
50-Qəfur-əfv edən, bağışlayan;
51-Qəni-ehtiyacsız;
52-Qiyas-köməyə yetişən;
53-Fatir-xaliq, yaradan;
54-Fərd-tək, yeganə;
55-Fttah-bəndələrə ruzi verən, qəzavət edən;
56-Faliq-xaliq;
57-Qədim-hamıdan ilkin;
58-Məlik-malik, hökmran;
59-Qüddus-bütün eyblərdən pak və münəzzəh;
60-Qəvi-qadir, qüdrət sahibi;
61-Qərib-daha yaxın, cavab verən;
62-Qəyyum-öz zatına arxalanan;
63-Qabiz-hikmət əsasında əsirgəyən;
64-Basit- hikmət əsasında əta edən;
65-Qazi-haqq əsasında qəzavət edən, hökm verən;
66-Məcid-geniş kəramət sahibi;
67-Vəli-rəhbər, kömək edən, dost və s.
68-Mənnan-çoxlu bağışlayan, nemət verən;
69-Mühit-hər bir şeyə əhatəsi olan;
70-Mübin-aşkar;
71-Müqit-hər bir şeyi öz qüdrəti ilə qoruyan;
72-Müsəvvir-yaradan, xəlq edən;
73-Kərim-bəxşiş edən;
74-Kəbir-üstün, uca;
75-Kafi-kifayət edən;
76-Kaşifuz-zur-çətinlikləri aradan qaldıran;
77-Vitr-tək, yeganə;
78-Nur-başqalarını düzgün yola hidayət edən;
79-Vəhhab-çoxlu bəxşiş verən;
80-Nasir-yardım edən;
81-Vəfi-əhdinə vəfa edən;
82-Vase-əta edən, ehtiyacsız;
83-Vədud-yaxşı bəndələrini sevən;
84-Hadi-bütün məxluqları hidayət edən;
85-Nəsir-yardım edən;
86-Vəkil-etibarlı, bəndələrinin işini öhdəsinə alan;
87-Birr-bəndələrinə qarşı mehriban;
88-Bais-məxluqları öldükdən sonra dirildən;
89-Varis-hər bir şeyin maliki və sahibi;
90-Təvvab-bəndələrin tövbəsini çoxlu qəbul edən;
91-Cəlil-uca, böyük;
92-Cavad-nemət verən, bağışlayan;
93-Xaliq-məxluqları yaradan;
94-Cəmil-gözəl, bəyənilmiş;
95-Dəyyan-bəndələrə savab verən;
96-Şəkur-az ibadəti qəbul edib, ona çoxlu savab verən;
97-Əzim-əzəmətli, uca;
98-Lətif-bəndələrinə lütf və yaxşılıq edən;
99-Xəbir-hər şeydən agah;
100-Şafi-sağlamlıq və şəfa verən.
Qeyd etmək lazımdır ki, Allah-Təalanın atributları (sifət və xüsusiyyətləri) çox və müxtəlif olsa da Onun zatı vahid və yeganədir.
Bunu da qeyd etmk yerinə düşər ki, sadalanan sübuti və səlbi sifətlər sağlam ağıl və düşüncə ilə də isbat oluna bilər.
_________________
İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
kapitan



Daxil ol: C. İyun 18, 2004 15:44
İsmarışlar: 139

İsmarışGöndərilib: C.a. Mar. 24, 2005 3:41 pm    İsmarış mətni: Sitatla cavab ver

[quote="Həqiqətül-islam;
4. Allahın gözlə körünməməsi;
[/quote]
burda səhvin qiyamət günü möminlər Allahı görəcəklər

http://www.al-shia.com/html/ara/books/behar/behar08/a13.html
http://www.rafed.net/books/olom-quran/al-safi-04/14.html

" ص 249 - 250 " فس : أبي ، عن عثمان بن عيسى ، عن سماعة ، عن أبي بصير ، عن أبي عبدالله عليه السلام مثله .
( 1 ) " ص 444 - 445 " 27 - فس : أبي ، عن ابن أبي نجران ، عن عاصم بن حميد ، عن أبي عبدالله عليه السلام قال : ما من عمل حسن يعمله العبد إلا وله ثواب في القرآن إلا صلاة الليل ، فإن الله لم يبين ثوابها لعظيم خطرها عنده فقال : " تتجافي جنوبهم عن المضاجع يدعون ربهم خوفا وطمعا " إلى قوله : " يعملون " ثم قال : إن لله كرامة في عباده المؤمنين في كل يوم جمعة ، فإذا كان يوم الجمعة بعث الله إلى المؤمن ملكا معه حلة فينتهي إلى باب الجنة فيقول : استأذنوا لي على فلان ، فيقال له : هذارسول ربك على الباب ، فيقول : لازواجه أي شئ ترين علي أحسن ؟ فيقلن : يا سيدنا والذي أباحك الجنة مارأينا عليك شيئا أحسن من هذابعث إليك ربك ، فيتزر بواحدة ويتعطف بالاخرى فلا يمر بشئ إلا أضاء له حتى ينتهي إلى الموعد ، فإذا اجتمعوا تجلى لهم الرب تبارك و تعالى ، فإذا نظروا إليه خروا سجدا فيقول : عبادي ارفعوا رؤوسكم ليس هذا يوم سجود ولا يوم عبادة قد رفعت عنكم المؤونة ، فيقولون : يارب وأي شئ أفضل مما أعطيتنا ؟ أعطيتنا الجنة ، فيقول : لكم مثل مافي أيديكم سبعين ضعفا ، فيرجع المؤمن في كل جمة بسبعين ضعفا مثل مافي يديه ، وهو قوله : " ولدينا مزيد " وهو يوم الجمعة ، إن ليلها ليلة غراء ( 2 ) ويومها يوم أزهر ، فأكثروا فيها من التسبيح والتكبير والتهليل والثناء على الله والصلاة على محمد وآله ، ( 3 ) قال : فيمر المؤمن فلا يمر بشئ

Bihar Al-Anwar

…..and when it will be Friday, Allah will sent forth to the believers an Angel with a garment and he will end up on the door of Jannah and will say 'give me permission to meet so and so, it will said to him: 'It is Allah's messenger on (your) door. Then he will say to his wives, which one you see on me beautiful? They will say: O master, by the one who granted you the paradise, we have never seen anything more beautiful the one which your Lord sent forth for you…..he will not pass by a thing until it gets enlighten till he reaches the appointed place. And when all of them get gathered together Allah the most great appears infront of them, and when they will look at Him fall in prostration. Allah will say: Lift your heads up, for this day is not a day of prostration nor a day for worship…

Bihar Al-Anwar

..... və cümə günü olanda Allah möminlərin ardınca 1 mələk 1paltar ilə göndərəcək o cənnət qapısının qurtaracağında duracaq və deyəcək " icazə verin filankəs və filankəslə görüşüm" ona deyiləcək:" bu (sənin) qapındakı Allahın elçisidir elçsidir" və sonra o öz arvadlaına deyəcək :"hansınız məndən gözəlini görmüsünüz?" onlar deyəcəklər :"ey sahibimiz sənə cənnəti bəxşedənə and olsun ki rəbbinin sənin ardınca göndərdiyindən daha gözəlini görməmişik..... o nəzərdə tutulmuş yerə çatanacan heç bir şeyin yanında işıqlanma düşənəcən keçməyəcək və onların hamısı bir yerə yığılanda Allah taala onların qarşısında peyda olacaq və onlar Ona baxanda səcdə edəcəklər.Allah deyəcək: başlarınızı qaldırın bu gün nə səcdə nə də ibadət günüdür
_________________
http://islam.kz/modules.php?name=Forums&file=viewtopic&t=545
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
sheyx shamil



Daxil ol: Çər. Fev. 23, 2005 11:28
İsmarışlar: 13
Şəhər/ölkə: baki

İsmarışGöndərilib: Ş. Mar. 26, 2005 4:50 pm    İsmarış mətni: Sitatla cavab ver

- Polemika xarakterli yazilar silinir.
_________________
iman
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Həqiqətül-islam



Daxil ol: Ş. Fev. 12, 2005 01:16
İsmarışlar: 76

İsmarışGöndərilib: Ş. Mar. 26, 2005 5:10 pm    İsmarış mətni: Sitatla cavab ver

Allahı kim yaratmışdır?

Allahın varlığı haqda tədqiqat aparan şəxslər, həmçinin, Onun varlığında şübhə edən insanlar arasında, "Allahı kim yaratmışdır?" kimi sual meydana çıxır ki, bu suala bir neçə mərhələdə cavab vermək olar:
1-Allah-Təala başqasının məxluqu olsaydı, öz ilahi dəyərini əldən verər və biz, artıq bundan sonra ağıl və fitrətin hökmünə əsasən onun deyil, onu yaradanın ardınca gedib o (Allaha) sitayiş edərdik
2-"Allahı kim yaradıb?" sualı, "Duzun duzluğu haradandır?" və ya "Yağın yağlılığı kimdəndir?" suallarına bənzəyir. Hər bir şey duzlu və ya yağlı olsun deyə ona bu şeylərdən əlavə olunar, amma özlərinin duzlu və ya yağlı olması ayrı bir şeylə deyildir. Çünki Allah-Təala həqiqi varlıq olub, bütün valıqları yaradandır
3-İnsanın ağıl və dərrakəsinin məhdudluğuna görə, bu sualı soruşanların təqsirindən keçmək olar. Çünki belə bir məhdud ağıl Allahın zatı və yaranışı haqda fikirləşərsə, bundan başqa bir şeyi başa düşə bilməz. Həzrət Əmirəl-möminin İmam Əli (ə) bu barədə buyurmuşdur:
"Şübhəsiz Allah-Təala gözlərə körünmədiyi kimi (insan), ağının idrakından da xaricdir".
4-Allah-Təala cisim deyil və Onun yaradanı və xaliqi yoxdur. Allahın xaliqi olsaydı, ona deyil onun xaliqinə sitayiş etməli olardıq. Həmçinin O, bütün varlıqların yaradanı olaraq bəşəriyyətin ağıl və idrakından xaric bir varlıqdır. Bu haqda sözümüzü Həzrət İmam Sadiqin (ə) kəlamı ilə sona çatdırırıq ki, o Həzrət buyurmuşdur:
"Həqiqətən Allah Təbara və Təala zaman, məkan, hərəkət, intiqal, və sükun ilə vəsf olunmaz, əksinə O, zaman, məkan, hərəkət, sükun və intiqalın yaradanıdır. (Və) zalımlərın dediklərindən çox-çox ucadır” Səfinitül-bihar, cild 7, səh 548


- Polemika xarakterli yazilar silinir.
_________________
İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Həqiqətül-islam



Daxil ol: Ş. Fev. 12, 2005 01:16
İsmarışlar: 76

İsmarışGöndərilib: Ç.a. Mar. 29, 2005 4:02 pm    İsmarış mətni: Sitatla cavab ver

Quran ayələri, Əql, Məntiq isə aşağıdakıları irəli sürür.

İnsan iradə və ixtiyar sahibi olsa da heç vaxt Allah-Təala və Onun hakimiyyətindən kənar deyildir.
_________________
İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Tövhid Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2
2 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran