Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Sheytana nece qalib gelmeli?
Səhifə 1, 2  Sonrakı
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Ən qaynar məsələlər burada müzakirə olunur
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Mirqadir Furqani



Daxil ol: Ç.a. Noy. 02, 2004 14:27
İsmarışlar: 18

İsmarışGöndərilib: Çər. Dek. 22, 2004 12:47 pm    İsmarış mətni: Sheytana nece qalib gelmeli? Sitatla cavab ver

Ibadetler ile meshgul olarken chox vaxt sheytan insani vesvese edir sizce sheytana nece qalib gele bilerik?
_________________
Salam Aleykum. Elme dair fikriniz
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 443
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Ş. Dek. 25, 2004 10:07 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-
AsSalamu alaikum.

MashaAllah, gozel movzudur. Ibn al Jouzinin "Sheytanin hiyleleri" kitabini oxumagi meslehet gorurem. Olduqja faydalidir.

WasSalam.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Mirqadir Furqani



Daxil ol: Ç.a. Noy. 02, 2004 14:27
İsmarışlar: 18

İsmarışGöndərilib: Çər. Dek. 29, 2004 12:36 pm    İsmarış mətni: Sitatla cavab ver

Rolling Eyes O kitabi hardan almaq olar: Humeyra...........
Dostlar gelin ilk dushmenimiz olan Sheytana qalib gelmek planini hazirlayaq. Xahish edirem here oz semimi bir fikrini yazsin. Allah razi olsun.

_________________
Salam Aleykum. Elme dair fikriniz
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 443
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Çər. Dek. 29, 2004 12:50 pm    İsmarış mətni: Sitatla cavab ver


-b-
AsSalamu alaikum.

Gardaş, kitabı dini ədəbiyyat satan dükanlardan əldə etmək olar. Amma bir məsələ var ki, kitab türkcədir. Bu da oxucuların yəqin ki, çoxu üçün çətinlik törədəcək. İnşaAllah, çalışacam, qardaş və bacılarımıza kitabın bəzi hissələrini tərcümə edib, burda yerəşdirim ki, faydalı olsun.
"Şeytana qalib gəlmək planı" doğrudan da maraqlı səslənir, mashaAllah. Mən bu məqsədlə hər gün sübh namazından sonra minimum 15 dəqiqəmizi Quran oxumağa sərf etməyi təklif edirəm. Necə bilirsiniz? Siz də öz təkliflərinizi verin.

Salam.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Administrator
site-admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 358
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: C.a. Dek. 30, 2004 12:40 am    İsmarış mətni: Sitatla cavab ver

Assalamualeykum qardaş və bacılar.
Çoxdan bəri darıxdığım bu səmimi forum və din qardaş bacılarımla yenidən fikir mübadiləsi aparmaq üçün şox sevinirəm.
Forumçularımızın səmimiyyətinə çox inandığım üçün deyə bilərəm ki, artıq forum gözəl bir məcrada və səmimi bir şəkildə davam edir.
Ömrümüz çox qısadır. Bir də görəcəyik ki, ölüm bizi haqlayıb...
Məhz belə bir vaxtda gərək verilmiş bütün imkanladan maksimal dərəcədə istifadə edək ki, faydalana bilək.
Bu sırada forumumuz əvəzsiz vasitələrdəndir.
Ona görə də gəlin yazılarımızda diqqətli olaq və filankəs belə dedi, filan alim yalançıdır, sən şiyəsən, mən sünnüyəm, o vəhabidir kimi boş-boş fikirlərlə dinimizə parçalanma salmayaq.
Bax məhz bu fikirlər elə daimi düşmənimiz olan şeytanın hiylələrindən biridir.
Odur ki, gəlin öz adımızdan danışaq. Əgər danışmaga və deməyə həqiqətimiz varsa.
Biz çox istərdik ki, forumcular həqiqətən qardaş-bacı olsunlar, gələcəkdə forumumuzun görüşlərini təşkil edək və bu görüşlərdən faydalanaq.
Allah bizi açıq-aşkar düşmənimiz olan şeytandan qorusun. Amin!

_________________
İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
Mirqadir Furqani



Daxil ol: Ç.a. Noy. 02, 2004 14:27
İsmarışlar: 18

İsmarışGöndərilib: C. Dek. 31, 2004 10:52 am    İsmarış mətni: Sitatla cavab ver

Salam aleykum. Allah razi olsun. Men cox shad olaram ki, sizler hemin kitabi azerbaycan dilinde bize cardirasiniz. Xatirladim ki, bu hem menim ve hem de diger dostlarin elminin artmasina sebeb olar. La ilahe illellah. Razz
_________________
Salam Aleykum. Elme dair fikriniz
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 30

İsmarışGöndərilib: Çər. Yan. 05, 2005 5:31 pm    İsmarış mətni: Sitatla cavab ver

Kitabin 3-cu bolmesinden bezi hisseler:

Seytanin fitne ve fesadlarindan chekindirme.

Allah Taala insani yaratdigi zaman, onun fitretine xeyirli seylere maraq gostermesi ucun heva ve istek, zererli sheylerden chekinmek uchun gezeb yerlesdirmisdir. Hemcinin hemchinin istekleri ve cekindikleri arasinda edaleti berqerar etmek uchun ise terbiyechi rolunu oynayan agli vermisdir. Seytan ise insani hem isteklerde, hem de cekindiklerinde ifrata varmaga sovq etmek ucun yaradilmishdir. Bele oldugu tegdirde agli olan her kes Ademden(as) beri butun insanlarla dusmenchilik eden bu sheytandan ve onun fitne-fesadlarindan uzag olmaliyiq. Chunki sheytan nefsini ve omrunu insan oglunu yoldan chixartmaq ucun serf etmisdir. Gurani Kerimde Allah Taala bele buyurmusdur:

"Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər. "
(Guran/Begere/168,169)

"Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, "
(Guran/Begere/268)

"Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər "
(Guran/ Nisa/60)

Bu menada Guranda bir cox ayeler movcuddur.
Daim yeni oyunlar hazirlayan sheytanin ilk asiliyi Allahin secde emrine etiraz etmesile elaqedardir. O Adem(as) ile ozunu mugayise ederek, ozunun ustun oldugunu bildirmisdi:

"(Allah iblisə): "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu. (İblis: ) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" - dedi. "
(Guran/Eraf /12)

Sheytan insana her hansi 1 pis emeli gozel gostererse, hemin insan bu pislikden Allah siginmalidir. Bele bir veziyyetde olan insan qelbine girmis seytandan sorusmalidir:

"Nefsimin arzusuna yetmeim ucun mene "nesihetler" eleirsen? Amma ozune ozune nesihet etmeyenin mene elediyi nesihetin dogru olub-olmadigini kim bile biler? Insan oz dusmeninin nesihetine neje qulaq asa biler?"

Belelikle sheytani ozunden uzaglashdirar. Amma bu defe de lenetlenmis seytan insanin nefsinden ona komek etmesini xahis eder. Cunki nefs insana ele bir quvve verir ki, o isteyine halal-haram billmeden butun yollarla catmaga cehd edir. Ona gore de insan ilk ewel edejei gunahin ne netije verejeyini dusunmelidir, bu halda umid edilir ki, ezm ordusu insanin komeyine gelecek ve nefsin esgerleri meglub olajaqdir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Mirqadir Furqani



Daxil ol: Ç.a. Noy. 02, 2004 14:27
İsmarışlar: 18

İsmarışGöndərilib: C.a. Yan. 06, 2005 5:37 pm    İsmarış mətni: Sitatla cavab ver

Nəzarətçi qeydi:
Hörmətli istifadəçi, yazınızı müvafiq mövzuya köçürün. Internet linklərini göstərmək üçün müvafiq mövzu var.


Shahmar
_________________
Salam Aleykum. Elme dair fikriniz
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Muslim_79



Daxil ol: C. İyun 18, 2004 09:50
İsmarışlar: 6
Şəhər/ölkə: Baki

İsmarışGöndərilib: C. Yan. 14, 2005 11:19 am    İsmarış mətni: Sitatla cavab ver

Salam Aleykum ! Cox yaxsi movzudur qardash. Allah ozu bizi şeytanin və onun zürriyətini şərindən qorusun AMİN! Men burada Muhyeddin Arabini "Şeytannin hiylələri" kitabini azərbaycan diline tərcuməsini əlavş edirəm.
Allah cəminizdən razi olsun!

Muhyiddin Arabi

Şeytanın hiylələri


Aləmlərin Rəbbi olan Allaha həmd olsun...

Salat və Salam Onun əmin elçisi Əfəndimiz Məhəmməd Mustafaya (s.a.v) onun pak ailəsinə və əshabına olsun.

İbni Abbas (r.a) Həzrətlərindən nəqlən Muaz bin Cəbəl rəvayət edir:

- Bir gün Rəsulullah (s.a.v) ilə birlikdə ənsardan birinin evində toplanmışdıq. Tam bir camaat halında söhbət edirdik. Bu sırada bayırdan bir səs gəldi:
- Ay ev sahibi . Evə girməm üçün izn verərmisiniz? Mənim sizdən bir diləyim, görüləcək bir işim var.
Hamımız dönüb Rəsulullah (s.a.v) Əfəndimizin üzünə baxdıq. Orada və hər zaman böyük idi. İzni O verməliydi. Rəsulullah (s.a.v) Əfəndimiz duruma vaqif oldu və :
- Bu səslənən kimdir, bilirsinizmi - buyurdu. Hamımız bir ağızdan: Ən doğrusunu bilən Allah və Onun Rəsuludur- dedik.
Rəsulullah (s.a.v) Əfəndimiz buyurdu: O lənətlənmiş iblisdir-şeytandır; Allahın lənətinə gəlsin.....
Həzrəti Ömər dedi:- Ya Rəsulullah mənə izn verin onu öldürüm.
Rəsulullah (s.a.v) Əfəndimiz izni vermədi buyurdu ki,- Dayan ya Ömər . Məgər ona bəlli bir vaxta qədər möhlət verildiyini bilmirsənmi? Öldürməyi unut. Sonra Rəsulullah (s.a.v) Əfəndimiz buyurdu: - Qapını açın gəlsin. O buraya gəlmək üçün əmr almışdır. Deycəklərini anlamağa çalışın. Sizə anladacaqlarını diqqətlə dinləyin.
Bundan sonrasını ravidən dinləyək:
Qapını açdılar. İçəri girdi və bizə göründü. Onun zahiri görünüşü belə idi: ixtiyar bir adam , çaş, eyni zamanda kosa,çənəsində at qılı kimi altı və ya yeddi qıl, gözləri yuxarı doğru baxırdı, başı böyük bir fil başı kimi , dodaqları camış dodağına bənzəyirdi. Bizə salam verdi.- Salam ey Məhəmməd salam ey müsəlman camaatı.Onun bu sualına Rəsulullah (s.a.v) Əfəndimiz belə cavb verdi: - Salam Allahındır ey lənətlənmiş ... Bir iş üçün gəldiyini duydum, nədir o iş.
Şeytan dedi: - Mənim buraya gəlişim öz arzumla olmadı. Məcburam gəldim. Rəsulullah (s.a.v) Əfəndimiz sordu:- Nədir oməcburiyyət? Şeytan dedi ki, izzət sahibi Rəbbin qatından bir mələk gəldi və mənə dedi ki, Allah Təala (c.c) sənə əmr edir: Məhəmmmədin yanına gedəcəksən. Ancaq alçaq və zəlil bir halda, təvazö ilə gedəcəksən və adəm oğullarını necə aldatdığını anladacaqsan.Onları necə yoldan çıxardığını bir-bir söyləyəcəksən. Sonra o səndən nə sorarsa doğrusunu deyəcəksən.
Sonra Allah Təala (c.c) buyurdu ki; - Söylədiklərinə bir yalan qatarsansa, əgər olanı söyləməzsənsə, səni kül edərəm, rüzgarlar külünü sovurar. Düşmənlərin qarşısında sənirüsvay edərəm. Bax belə ya Məhəmməd o əmrinə görə gəldim. İstədiyini məndən sor. Əgər sorduqlarına doğru cavab verməzsəm, düşmənlərim mənə rişxənd edəcəklər. Bu da şübhəsizdir ki, düşmənlərimin rişxənd etməsindən betər bir şey yoxdur.

Bundan sonra Rəsulullah (s.a.v) Əfəndimiz sordu:- Mdam ki, sözlərində doğru olacaqsa, o halda mənə anlatgörüm, xalq arasında ən çox sevmədiyin kimdir?- Şeytan dedi ki, sənsən ya Məhəmməd ... Allahın xəlq etdikləri arasında səndən daha çox sevmədiyim kimsə yoxdur.Çünki sənin kimi heç kim ola bilməz. Rəsulullah (s.a.v) Əfəndimiz sordu:
- Məndən sonra ən çox kimlərə kin bəslərsən və sevməzsən ?
- Şübhəsiz ki bir gəncə ki, varlığını Allah yoluna vermişdir. Bundan sonra sual-cavab yeədə də davam etdi Rəsulullah (s.a.v) Əfəndimiz sordu:- Sonra kimi sevməzsən ? Şeytan dedi: - Şübhəli işlərdən çəkinən səbirli bildiyim alimi.; Təmizkarı ... yuduğu yeri üç dəfə yumağa davam edən kimsəni; səbirli olan fəqii ki, ehtiyacını heç kimsəyə anlatmaz, halından şikayət etməz.
Rəsulullah (s.a.v) Əfəndimiz sordu:
- Yaxşı bu fəqirin ehtiyaclı olduğunu haradan bilirsən ?
Ya Məhəmməd o ehtiyacını özü kimi olan birinə söyləməz. Hər kim ehtiyacını özü kimi birinə üç dəfə anladarsa, Allah onu səbr edənlərdən yazmaz. Səbirli kimsələrin işi buna bənzəməz. Bir sözlə onun səbrini halından, davranışından və şikayət etməsindən anlayıram.
Sonra kim?...
- Şükr edən zəngin
- Yaxşı o zənginin şükür edən olduğunu necə bilirsən?
- Əgər görsəm ki, aldığını halal yolla alır və lazım olan yerə xərcləyirsə, bilirəm ki, o şükr edən zəngindir.
Rəsulullah (s.a.v) Əfəndimiz bu dəfə mövzunu dəyişdi və başqa bir sual verdi:- Yaxşı ümmətim namaza qalxdıqca sənin halın necə olur?- Məni bir üşütmə tutar titrəyərm ya Məhəmməd.
- Niyə belə olursan ey lənətlənmiş ?
- Çünki bir qul Allah üçün səcdə edincə bir dərəcə yüksəlir.
- Yaxşı bəs oruc tutduqları zaman necə olursan ?
- O zaman onlar iftar edincəyə qədər əlim-qolum zəncirlənir.
- Yaxşı bəs həcc ibadəti etdikləri zaman necə olursan?
- O zaman da dəli kimi oluram.
- Yaxşı bəs Quran oxuduqları zaman necə olursan?
O zaman da əriyirəm . Atəşdə əriyən bir qurğuşun kimi əriyirəm.
- Yaxşı bəs sədəqə verdikləri zaman halın necədir?
- Həə... Bax, o zaman halım çox yaman olur. Sədəqə verən sanki əlinə bir mişar alıb, məni ikiyə bölür.
- Nə üçün mişarla ikiyə bölünürsən, ey Əbamürrə?
- Oru anladım çünki sədəqədə dörd gözəllik var- şeytan dedi. 1) Allah Təala (c.c.) sədəqə verənin malını artırar. 2) Cənabı Haqq sədəqə verəni xalqına sevdirər. 3) Allah Təala (c.c) onun verdiyi sədəqəni cəhənnəmlə onun arasında bir pərdə eylər. 4) Allah Təala (c.c) bəlanı , sıxıntını, və ahu -zarı ondan dəf edər.

Bundan sonra Rəsulullah (s.a.v) Əfəndimiz əshabı haqqında bəzi suallar verdi:
- Əbubəkir haqqında nə deyə bilərsən? - Omənə cahiliyyət dövründə belə itaət etmədi... İslama girdikdən sonra heç itatət edərmi?
- Yaxşı Ömər üçün nə deyə bilərsən?- Allah and olsun ki, hər onu gördüyüm yerdə ondan qaçdım.
- Yaxşı Osman üçün nə deyə bilərsən? - Ondan utanıram həm də çox....
- Yaxşı bəs Əli barədə nə deyə bilərsən.? - Ax... Kaş onun əlindən qurtara bilərdim. O özbaşına qalsa, və məndə özbaşına qalsam, O məndən əl çəkə məndən ondan əl çəkəm. Mən ondan əl çəkərəm , amma o məndən əl çəkməz.
Bu sual-cavabdan sonra Rəsulullah (s.a.v) Əfəndimiz buyurdu:
- Ümmətimə səadət ehsan edən səni də bəlli bir vaxta qədər hər çeşid rəzaləti edən bədbəxt bir məxluq olaraq yaradan Allaha həmd olsun.
- Heyhat, heyhat.... Ümmətinin səadəti haradadır? Mən o bəlli vaxta qədər diri qaldıqca, sən ümmətin üçün necə fərəh duya bilərsən?... Mən onların qan damarlarına girərəm, ətlərinə qarışaram. Amma onlar mənim bu halımı görə bilməz, hiss edə bilməzlər. Məni yaradan və bəəs (öldükdən sonra təkrar dirilmə) gününə qədər mənə möhlət verən Allaha and içirəm ki, ümmətinin hamısını azdıracam: cahil və alimlərini, savadsız və oxumuşlarını, haqdan dönənləri və ibadət əhli olanları. Bir sözlə bunlardan heç biri əlimdən qurtara bilməz. Fəqət Allahın xalis qulları istisna olmaqla ... Bəli onları azdıra bilmərəm.
Rəsulullah (s.a.v) Əfəndimiz sordu: - Sənə görə ixlas sahibi olan xalis qullar kimlərdir?
Şeytan dedi:- Ya Məhəmməd məgər bilməzmisən ki, bir kimsə dinar və dirhəmini sevər, o kimsə Allah üçün bir ixlas sahibi ola bilməz. Əgər görsəm ki, bir kimsə dirhəmini və dinarını sevməz, öyünməkdən , mədh edilməkdən xoşlanmaz, bilirəm ki, o ixlas sahibidir... Onu həmən buraxıb qaçaram. Bir qul dünya malını və öyünməyi sevdikcə, qəlbi və dünya istəklərinə bağlı qaldıqca o sizə tərif etdiyim kimsələr arasında mənə ən çox itatət edənlərdir. Bilməzmisən ki, Ya Məhəmməd hamıdan yuxarıda olmaq sevgisi yenə böyük günahların ən böyükləri arasındadır. Mənim yetmiş min ədəd övladım var. Bunların hər birini bir başqa yerə təyin etmişəm. Sonra.. hər övladımla birlikdə yenə yetmiş min ədəd şeytan vardır. Onların bir qismini alimlərə göndərdim, bir qismini gənclərə yolladım, bir qismini yaşlı kişilərə yolladım, digər bir qismini ixtiyar qadınlara musallat etdim. Gənclərə gəlincə aramızda heç bir anlaşılmazlıq yoxdur, onlarla çox gözəl keçinirik. Uşaqlarla da bizimkilər istədikləri kimi birlikdə oynarlar. Bizimkilərin bir qismini adillərin bir qismini də zahidlərin başına dərd etdim. Bizimkilər onların yanına girər, haldan-hala salarlar. Bir təpədən o birinə baz beləcə dolaşdırıb durarlar. Elə bir hal alarlar ki, səbəblərdən hər hansı birinə söyməyə başlarlar... Bax beləcə onlardan ixlası alaram. Onlar bu halları ilə etdikləri ibadətləri ixlassız yerinə yetirərlər. Amma bu halların fərqinə varmazlar.
İblis bundan sonra aldatdığı bir rahibin hekayəsini danışdı:
- Ya Məhəmməd, məgər bilməzmisən ki, rahib Barsisa tam 70 il ixlas ilə Allaha ibadət etdi? Bu ibadətlərin nəticəsində ona elə bir hal ehsan edilmişdir ki, hər dua etdiyi xəstə onun duası hörmətinə şəfa tapırdı. Ona musallat oldum, heç buraxmadım.. Zina etdi. Qatil oldu. Sonunda da küfrə düşdü. Bu, o kimsədir ki, Allah təala ziz kitabında onu belə anladır: « ... Şeytanın halı kimidir. O insana : « Kafir ol!» -deyər. Kafir olan kimi: « Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!» - deyər» (Əl-Həşr surəsi 16)
İblims bundan sonra insanda olan bəzi pis xasiyyətlər haqqında danışdı və onların hər birindən necə istifadə etdiyini anlatdı....

Yalan
- Ya Məhəmməd, bilməzmisisən ki, yalan məndəndir və ilk yalan söyləyən də mənəm. Hər kim yalan söylərsə, o mənim dostumdur. Hər kim yalan yerə and içərsə, o da mənim sevgilimdir. Ya Məhəmməd yəqin ki, bilirsən mən yalan yerə Adəm və Həvvaya yalan yerə Allaha and içdim: « Mən əlbəttə sizin xeyirxah məsləhətçilərinizdənəm» (Əl-Əraf : 21) dedim. Bunu mən edirəm. Çünki, yalan yerə and içmək könlümün əyləncəsidir.


Qiybət - Xəbərçilik
Qiybət və xəbərçiliyə cgəlincə... onlar da mənim törətdiklərim və sevinc mənbəyimdir.


Nigah üzərinə and içmək
- Hər kim talağa and içərsə, günahkar olacağından əndişə edir: istər bir dəfə olsun, istər doğru bir şey üçün olsun, fərq etməz. Hər kim talağı ağzına alaraq and içərsə, həqiqət bəlli oluncaya qədər arvadı ona haram olar. Bu halları ilə onların qiyamətə qədər dünyaya cgələcək olan uşqları, həmişə zina uşağı olar. Ağzına alınan talaq kəlməsi üzündən hamısı cəhənnəmə girər.

Namaz
Ya Məhəmməd indi də namazı vaxtında qılmayıb tərixə salanı sənə anladım. Bu şəxs nə zaman namaza qalxmaq istəsə, yapışıb ona vəsvəsə verərəm. Deyərəm: «Hələlik vaxt deyil. Sən də məşğulsan. Hələ indilik öz işinə baxÖ sonra qılarsan.» Beləliklə o vaxtında namazı qılmaz qəza edər və bu səbəbdən onun qıldığı namaz üzünə çırpılar. Əgər o kimsə məni məğlub edərsə, ona insan şeytanlarından birini göndərərəm... onu vaxtında namazqılmaqdan saxlayır. O şəxs bu işdə məni məğlub edərsə, bu səfər onun namazına mane olmağa başlaram. O namazda ikən : «sağa bax... sola bax.. -deyərəm.O da baxar... Əgər mən deyəni edərsə üzünü oxşar alnından öpərəm. Bundan sonra ona : - Sən əbədi yaramaz bir iş gördüm - deyərəm və beləcə onun rahatlığını pozaram. Ya Məhəmməd sən də bilirsən ki, hər kim namazda sağa sola baxarsa, Allah onun namazını qəbul etməz. Əgər burda da istəyimə çatmayıb ona məğlub olsam, təkbaşına namaz qılan vaxt yanına gedərəm və ona tələm-tələsik namaz qılmasını əmr edərəm.O da eynilə xoruzun dimdiyi ilə yerdən bir şeylər topladığı kimi namazını tez-tez qılmağa başlar. Bu işdə də məğlub olsam, bu səfər camaatla namaz qılarkən ona yaxınlaşaram. Orada onun başına bir cilov taxaram, başını imamdan əvvəl səgdədədn aə rukudan qaldıraram... imamdandan əvvəl də səcdə və ruku etdirərəm. Bax, o bu cür etdiyi üçün Qiyamət günü Allah onun başını eşşək başına çevirər. O kimsə bu işdə də mənə qalib gələrsə, bu dəfə ona namazda barmaqlarını çırtlatmağı əmr edərəm. Beləliklə o məni təsbih edənlərdən olar bir şərtlə ki, bu işi ona namazın içində gördürməyə müvəffəq ola biləm.Bunda da məğlub olsam, bu səfər ona yaxınlaşıb, namazın içində ikən onun burnuna üfürərəm. Mən üfürdükcə o əsnəməyə başlayar, o bu əsnəmə əsnasında əli ilə ağzını qapamazsa, onun içinə kiçik bir şeytan girər, dünya təmahını aə dünyəvi bağlarını artırar. Bax bundan sonra o kimsə bütünlükdə bizə itaət edər, sözümüzü dinlər, dediklərimizi yerinə yetirər. Şeytan bundan sonra söhbətini belə davam etdi: - Sən ümmətinin hansı səadətindən fərəh duyursan ki? Mən onlara elə tələlər quraram elə tələlər... Ümmətin miskinlərinə, çarəsizlərinə, və zavallılarına doğru gedərəm. Namazı tərk etmələrini əmr edərəm. Və onlara deyərəm: - Namaz sizə görə deyil o Allahın afiyət ehsan etdiyi və bolluq verdiyi kimsələr üçündür. Sonra da xəstələrin yanına gedərəm: - Namaz qılmağı burax Çünki Allah Təala (c.c) «Xəstəyə günah yoxdur» (Ən Nur : 61) buyurur. Yaxşılaşdığın zaman çoxlu namaz qılarsan - deyərəm. və beləliklə o namazını buraxar və hətta küfrə də düşə bilər. Əgər o xəstəliyi ərzində namazını tərk edərək ölüb gedərsə, Allahın hüzuruna çıxarkən Allah Təalanı qəzəbli halda tapar. - Ya Məhəmməd əgər bu sözlərimə yalan qatmışımsaÖ məni əqrəb çalsın... Və yenə də əgər yalan varsa ... Allahdan dilə məni kül eyləsin.
İblis bundan sonra sözünə davam edərək dedi: - Ya Məhəmməd sən ümmətin üçün fərəhmi duyursan? Halbuki, mən onların altıda birini dindən çıxartdım.
Bundan sonra Rəsulullah (s.a.v) Əfəndimiz iblisə qısa-qısa bəzi suallar verdi. O da bunlara cavab verdi.
- Ey Allahın lənətəgəlmiş oturub-durduğun yoldaşın kimdir?- Faiz yeyən
- Dostun kimdi ?- Zina edən
- Yataq yoldaşın kimdir ?- Sərxoş
- Müsafirin kimdir? - Oğru
- Elçin kimdir ?- Sehirbazlar
- Gözünün nuru nədir ?- Arvad boşamaq
- Sevgilin kimdir ?- Cüma namazını tərk edənlər
- Ey lənətə gəlmiş sənin qəlbini qıran nədir?- Allah yolunda cihada qaçan atların kişnəməsi
- Sənin cismini nə əridir ?- Gecə və gündüz Allaha edilən bol-bol istiğfar (tövbə)
-Üzünü nə büzüşdürür ?- Gizli sədəqə
-Gözlərini kor edən nədir ?- Gecə namazı
- Başını aşağı edən nədir?- Camaatla qılınan çoxluca namaz.
Rəsulullah (s.a.v) Əfəndimiz başqa bir mövzuya keçdi və sual verdi:
-Sənə görə insanların ən xoşbəxti kimdir ? - Namazlarını bilərəkdən buraxanlar
- Sənə görə insanların ən bədbəxti kimdir? Xəsislər
- Səni işindən ayıran nədir ? - Alimlərin məclisləri
- Yeməyini necə yeyirsən? - Sol əlimlə, barmaqlarımın ucu ilə
-Sam yeli (öldürücü rüzgar) əsdiyi zaman və ortalığı istilik bürüdüyü zaman uşaqlarını harada saxlayırsan?- İnsanların dırnaqları arasında
Rəsulullah (s.a.v) Əfəndimiz başqa bir mövzuya keçdi və sual verdi:
- Rəbbindən nələr tələb etdin ?- On şey tələb etdim.
- Nədir onlar ey lain? - Bunlardır : 1) Allahdan dilədim ki, məni adəmoğullarının malına və övladına ortaq eyləsin.. Bu tələbim yerinə yetirildi. Bu « mallarına və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver. Halbuki, şeytan (ona uyanlara) yalnız yalan vədlər verir!» ayəti cəliləsi ilə sabitdir. (Əl-İsra : 64)
Hər bismillah deyilmədən kəsilən heyvan ətindən yeyərəm.Faiz və haram qarışan yeməkdən də yeyərəm. Şeytandan Allaha sığınılmayan malın da ortağıyam. Cinsi münasibət anında Allaha şeytandan sığınmayan kimsə ilə birlikdə xanımı ilə mən də münasibətdə oluram... Və o birləşmədən hasil olan uşaq bizə itaət edər, sözümüzdən çıxmaz. Hər kim heyvana minərkən halal bir iş üçün yola çıxmayıb, əksini istəyərək minərsə, mən də onunla bərabər minərəm. Yol yoldaşı və minik yoldaşı olaram. Bu da ayəti kərimə ilə sabitdir: Allah Təala mənə bu əmri verdi: «atlı və piyadanı onlara qarşı səfərbər et...» (Əl -İsra :64)
2) Allah Təaladan dilədim ki, mənə bir ev versin.. Bu diləyimə görə hamamları mənə ev olaraq verdi.
3) Dilədim ki, mənə bir məscid versin.Bazar yerlərində mənə bir məscid tikdirdi.
4) Mənim üçün oxumağa bir kitab verməsini dilədim.Şerləri mənə oxumaq üçün kitab eylədi.
5) Mənim üçün bir əzan verilməsini dilədi, məzlumları (ilahi münacatları) verdi.
6) Bir yataq yoldaşı dilədim,sərxoşları verdi. Mənə qardaşlar verməsini dilədim. Mallarını boş yerə israf edənləri və günah işlərə pul xərcləyənləri verdi. Bunlar da aşağıdakı ayəti kərimə ilə sabitdir: «O kəslər ki, mallarını boş yerə xərcləyirlər,onlar şeytanın qardaşlarıdır...» (Əl-İsra : 27)
Rəsulullah (s.a.v) Əfəndimiz buyurdu: - Əgər söylədiklərini Allahın kitabındakı ayətlərldə isbat etməsəydin, səni təsdiq etməzdim. Bundan sonra iblis davam etdi. - Ya Məhəmməd Allahdan dilədim ki, adəmoğullarını mən görüm, ancaq onlar məni görməsinlər. Bu istəyim də yerinə yetirildi.
10)Adəmoğullarının qan damarlarında mənə yer etməsini istədim, bu da oldu. Beləliklə mən onların daxilində necə istərsəmsə eləcə də gəzib dolaşaram.
Allah Təala buyurdu: - «Bütün istəklərinin hamısı sənə verildi.»
Mən də bu hallarımla iftixar edirəm. Bunu da əlavə edim ki, mənim tərəfdarlarım sənin tərəfdarlarından daha çoxdur. Bax beləcə qiyamətə qədər adəmoğullarının əksəriyyəti mənim tərəfdarım olarlar. Bundan sonra iblis dedi: - mənim bir oğlum var... Adı Atəmədir. Bir qul yatsı namazını qılmadan yatarsa, gedib onun qulağına sidiyə çıxar...Əgər belə olmasaydı insanların namazları əda etmədən yatmaları mümkün deyildi. Mənim bir oğlum da var, adı Mütəqazidir. Onun da vəzifəsi gizli edilən əməlləri aşkara çıxarmaqdır. Məsələn6 Bir qul gizli bir ibadət edirsə və bu əməlinin də gizlətməyə çalışarsa, Mütəqazi onu dümsüklər, ən sonunda həmin gizli əməlin yayılmasına və aşkara çıxarmağı müvəffəq olar. Beləliklə Allah Təala o əməl sahibinin yüz savabından doxsan doqquzunu silər yalnız biri qalar. Çünki bir qulun işlədiyi gizli bir xeyirli əməl üçün tam yüz savab verilir. Sonra mənim bir oğlumda var adı Kühayldır. Onun da işi insanların gözlərinə sürmə çəkməkdir. Bu işi xüsusilə, alimlərin məclisində və hatib xütbə oxuyarkən görər. Onun çəkdiyi sürmə onların gözləriniə dəydiyi zaman yuxulamağa başlayarlar. Alimlərin sözlərini eşitməzlər və beləliklə də heç bir savab ala bilməzlər. Sonra iblis dedi: -Hansı qadın dursa onun qalxdığı yerə şeytan oturar. Hər bir qadının qucağında da mütləq bir şeytan oturar və onu baxanlara gözəl göstərər.Sonra o qadına bəzi əmrlər verər. Məsələn -əlini-qolunu bayıra çıxar, göstər -deyər.. Qadın da bu əmri yerinə yetirər. Əl-qolunu açıb göstərər. Bundan sonra şeytan o qadının həya pərdəsini dırnaqları ilə yırtar.
- Ya Məhəmməd bir kimsəni azdırmaq üçün əlimdə elə bir imkan,ixtiyar yoxdur. Mən ancaq vəsvəsə verirəm və bir şeyi gözəl göstərirəm. Yalnız bu qədər. Əgər insanları haqq yoldan azdırmaq əlimdə olsaydı, yer üzündə «Allahdan başqa ilah yoxdur və Məhəmməd Allahın Rəsuludur» -deyən hər kəsi, orug tutanı, namaz qılanı əldən verməzdim., Hamısını Allahın yolundan azdırardım. Eyniylə sənin əlində də hidayət etmək ixtiyarı yoxdu, ya Məhəmməd. Sən ancaq Allahın Rəsulusan və yalnız təbliğlə məmursan. Əgər hidayət etmək əlində olsaydı, yer üzündə tək bir kafir qoymazdın qala. Sən- Allahın insanlara göndərdiyi bir şahidsən mən də - o şəxslər üçün ki əzəldə bəla və zillətə düşmək yazılıb, onlar üçün bir səbəbəm. Said (Allahın (c.c) rizasını qazanmış) olan şəxs taa ana qarnında ikən saiddir, Şaki (hər çeşid rəzaləti işləyən bədbəxt) olan da yenə ana qarnında tkən şakidir.İnsanları səadət əhli qılan da Allahdır, bəla və zillət əhli qılan da ...Bundan sonra Rəsulullah (s.a.v) Əfəndimiz aşağıdakı bu iki ayəti kəriməni oxudu: « Allahın əmri əzəli hökmdür!» (Əl-Əhzab 38) .
Bundan sonra Rəsulullah (s.a.v) Əfəndimiz belə buyurdu:
- Ey Əbamürrə sənin bir tövbə etmən və Allahın yoluna dönmən mümkün deyilmi : cənnətə girmənə zamin duraram...
İblis dedi: - Ya Rəsulullah iş verilən hökmə görə olubdur... Qərarı yazan qələmin mürəkkəbi də quruyub... Artıq qiyamətə qədər təqdir olunmuş işlər olacaqdır. Səni peyğəmbərlərin əfəndisi qılan cənnət əhlinin natiqi eyləyən və səni ümməti içindən seçən və ümməti arasında ən əziz eyləyən, məni də rəzil və bədbəxtlərin əfəndisi qılan və cəhənnəm əhlinin natiqi eyləyən Allahdır. Və O, bütün nöqsan sifətlərdən münəzzəhdir. Bax belə ... Bu söylədiklərim sənə son sözümdür... Və bütün söylədiklərimi də doğru söylədim.
Əvvəl, Axır, Zahir, Batin, aləmlərin Rəbbi olan Allaha həmd olsun. Əfəedimiz Məhəmməd (s.a.v) Nəbiyə Allah salat eyləsin, həmçinin onun ailəsinə və əshabına... Amin!
Bütün Peyğəmbərlərə Allahın salamı... Aləmlərin Rəbbi olan Allaha dönə-dönə həmd olsun.
_________________
La ilahe illellah
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 30

İsmarışGöndərilib: B. Yan. 23, 2005 7:29 pm    İsmarış mətni: Sitatla cavab ver

Seytan her insanla birlikdedir. (seh.50)

Aisha(ra) revayet edir:
Bir gece ResulAllah yanimdan cixib getdi. Mene onun hereketi agir geldi ve kederlendirm. ResulAllah geri qayitdiqa menim kederli oldugumu gordu ve:
"Sene ne oldu? Meni qisqandinmi?" sorusdu. Men de ona bele dedim:
"Menim kimi biri senin kimi birisini nece qisqanmasin?!"
Onda ResulAllah menden sorusdu:
"Sheytanmi geldi?"
Men de:
"Ya ResulAllah, yanimda sheytanmi var?"
"He" deye cavab verdi.
"Yaxsi, sheytan her insanla birlikdedirmi?" deye sorusdum.
Yene "he" deye cavab verdi.
"Ele ise seninle de birlikdedir?"
"He, ancaq Rebbimin yardimi sayesinde onun sherinden(mene pislik etmesinden) qurtuldum" dedi."

(Muslim)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 30

İsmarışGöndərilib: B. Yan. 23, 2005 7:30 pm    İsmarış mətni: Sitatla cavab ver

Sheytan insanin daxilinde qan damarlarda hereket eden kimi hereket edir (seh.51)

ResulAllahin zovcelerinden Safiye bint Huyey revayet edir:
ResulAllah mescidde etikafdaydi. Bir gece onun yanina ziyarete geldimş Bir az sohbet etdikden sonra geri qayitmaq istedim. O vaxtlar men Usame b. Zeydin evinde yasayirdim. Ancaq ResulAllah meni evime oturmek istedi. Buna gore de mescidden cixdiq. Feqet ensardan 2 nefer ResulAllahi gorende addimlarini suretlendirdiler ve onun yanindan uzaqlasdilar. Bunun uzerine ResulAllah tezce onlarin dalinca getdi ve catib bele dedi:
"Yanimdaki zovcem Safiye bint Huyeydir" dedi.
O 2 nefer de cavabinda:
"SubhanAllah, ya ResulAllah! Biz senden basqa bir sey ummariq axi" dediler. Amma ResulAllah bele buyurdu:
"Seytan insanda qanin damarlarda hereket etdiyi kimi hereket edir. Ureyinize pis bir fikrin gelmeyinden qorxdum"

(Muslim)

Hattabi bu hedisi bele izah edir:
"Bu hedisden alinacaq ders ve ibret beledir: insan shubheli sheylerden ve yerlerden cekinmeli, uzaq olmalidir. Insan ozunu tohmet altindan qoyacaq butun her seyden uzaq olmalidir"
Imam Shafii ise hedis haqqinda bele bir fikir soyleyir:
" ResulAllah o 2 neferin ResulAllahin yaninda yad qadinin oldugunu dusunub kufre girmeklerinden qorxdugu ucun merhemetinden meselenin ne yerde oldugunu onlara izah etmek istemisdir"
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 30

İsmarışGöndərilib: Çər. Fev. 09, 2005 4:47 pm    İsmarış mətni: Sitatla cavab ver

Salam aleykum

Sheytanin insani dogru yoldan azdirmag metodlari.


BIRINCI METOD: Yalanin bezedilmesi.

Uca Allah buyurub:

"(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! "
(15:39)


Evvelce bezetmek, sonra da yoldan chixarmag. Sheytan insanlara butlere ibadet etmeyi, gohumlarla elageni kesmeyi, exlagsizligi gozel emel kimi gosterib evezinde Cennete gireceklerini soz verdi. Sheytan Allaha sherik qoshmagi hech de birbasha insana telgin elemir, eksine bunu hemin insana olan hormetin numunesi kimi gosterir. Hemchinin Peygemberin yolunu boyuk alimlere hormetde, onlara sozsuz sohbetsiz tabechilikde(bashga sozle teglidde) gosterir. Ichki, sigaret kimi haramlari "muasirleshmek" adi altinda tanidir. Yad qadin ve kishinin sarmash-dolash regsini ise bize medeniyyet kimi tanidir. Hemchinin ikiuzluluk ve yalanla meshgul olan adamlari bizim gozumuzde "talantli siyasetchi" , "boyuk diplomat" kimi gosterir.

IKINCI METOD: Gunahin gozel adlarla adlandirilmasi.

Sheytanin metodlarindan biri de gunahi gozel adlarla adlandirib onlarn menfi yonunu gizletmekdir. Sheytan adi agaci "heyat agaci" adi ile tanidandir. Uca Allah Guranda sheytanin Ademi dogru yoldan azdirmag uchun bele dediyini bildirir:

"Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: "Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?" "
(20:120)


Sheytanin terefdarlari da onu teglid ederek qadagan olunmush sheyleri gozel adlarla adlandirmaga bashladilar. Meslen, onlar sherabi "eynelncenin anasi", qadinin qeyri-Islami geyimini "serbestlik", qadinin kishi ile qadaga olunmush unsiyyetinin "proqress, inkishaf", exlaqsiz mugennini "senet adami" adlandirarag insanlari yoldan chixarmagi chalishirlar.

UCHUNCU METOD: Yaxshi emellere pis adlar qoymaq.

Allah insanin fitreten ele yaradib ki, o, hemishe tehrifi ve ifrati olmayan saf haqqa meyl edr. Ona gore de sheytan ilk novbete haggi tehrif ederek, insanlarda ona qarshi nifret oyatmaga chalishir. Bunun uchun sheytan hagg emeli pis, exlagsiz, iyrenc adlarla adlandirir ki, insanlari ondan uzaglashdirsin. Sheytan oz dostlari olan kafirlere Hud peygembere bele demeyi emr etmishdi:
" (Hud) tayfasının kafir başçıları ona:"Biz səni safehlik içində görür və yalançılardan (biri) hesab edirik!" - deyə cavab verdilər.""
(7:66)


Sheytan hemchinin Medyandan olan kairlere-dostlarina insanlara beleye demeyi emr etdi:

"(Şüeyb) tayfasının kafir ə’yanları (tabeliyində olanlara) dedilər: "Əgər (dininizi atıb) Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!"
(7:90)


Sheytan gureyshli mushrik dostlarina Peygemberi dinden chixmish, deli adlandirmagi emr etdi. Ve o gunden indiyedek de sheytan oz yolundan donmeyerek, eyni metodlarla insanlari aldadir. Lenetlenmish sheytan Guran ve Peygemberimizin Sunnesine esaslanan muselmanlari ekstremist ve fanatik adlandirmagi insanlara telgin edir. Hemin sheytan exlagsizlig mekanlarini "eylence merkezleri", muselman qadinin hicabini ise "geridegalmishlig" adlandirarag, insanlara Allahin goydugu ganunlara asi olmagi emr edir. Halbuki Allah hem Guran vasitesile, hem de Peygemberimiz vasitesile bizi temizliye, safliga cagirir.

DORDUNCU METOD: Insanin nefsini ozune dushmen olmasi.

Allahin dushmeni olan sheytanin en sevimli metdou bax budur, Sheytan insanin nefsini onun ozunun eleyhine chixmasina sebeb olur. Ve demek lazmdir ki, mehz bu metdola sheytan insanin ozunu oz elyhine chixarir.
Lenetlenmish sheytan insanin sevdiyi, en chox xoshuna geldiyi sheyleri oyrenir, bashga sozle zeif cehetlerini axtarib tapir, sonra ise mehz bu noqteden ona tesir edib azdirmaga chalishir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 30

İsmarışGöndərilib: Çər. Fev. 09, 2005 4:49 pm    İsmarış mətni: Sitatla cavab ver

Hemchinin:

Humeyra yazıb:
بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)

Azmağın dərəcələri


1. İnanmamaq(şirk). Kafirlik-Allaha və Onun elçisinə düşmənçilik və Allaha şərik qoşmaq. Şeytanın bəndədən istədiyi ən birinci kafirlikdir və buna nail olmayana qədər insanı rahat buraxmır. Əgər buna nail ola bilməsə, ikinci (2) dərəcədə ondan əl çəkmir.

2. Yenilik(bidət). Bidət şeytana günahlarından və şərəfsizliklərindən əzizdir, çünki onun zərəri dinə toxunur. Bidət bütpərəstliyə və kafirliyə açılan qapıdır. Şeytan buna da nail ola bilmədikdə üçüncü(3) dərəcəyə aşağı salmaq istəyir.

3. Böyük günahlar. Allahın qəzəbi, Peyğəmbərin həmin əmələ lə`nəti varsa, bu, böyük günah hesab olunur. Şeytan insanı bununla da yoldan çıxara bilmirsə, onda dördüncü(4) dərəcəyə keçir.

4. Kiçk günahlar. Bunlar çoxlu miqdarda yığıldıqda onu törədəni məhv edə bilər. Əgər şeytan buna da nail ola bilmirsə, növbəti dərəcədə (3) insandan əl çəkmir.

5. İcazə verilmiş işlər. Şeytan insanı icazə verilmiş işlərlə məşğul olmağa, davamlı yatmağa, bol yeməyə, içməyə, həmçinin geyinməyə və bunlarda israf və xeyirsiz vaxt sürməyə vadar etməyə çalışır. Əgər insanı bu dərcəyə də sala bilmirsə, onda şeytan onu növbəti dərəcəyə (2) ötürür.

6. İkinci dərəcəli işlər. Şeytan bəndəni əsas İslam əməllərindən yayındırmağa cəhd göstərərək, xeyirli ikinci dərəcəli işlərlə məşğul olmasına səy göstərir. Bunu çox az insan başa düşür. Kimsə bir yaxşı iş görməyə cəhd göstərəndə ağlına belə gəlmir ki, bu şeytandan ola bilər və o özü ozünə bunun Allahdan olduğunu deyir. Əgər o bilmirsə ki, şeytan bəndənin qarşısında 70 xeyir qapısı açır və yaxud onu 70 xeyir qapısını aşan xeyirdən uzaqlaşdırmaq istəyir.


Salam aleykum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Mirqadir Furqani



Daxil ol: Ç.a. Noy. 02, 2004 14:27
İsmarışlar: 18

İsmarışGöndərilib: C.a. Mar. 10, 2005 5:08 pm    İsmarış mətni: Sitatla cavab ver

Allahin salami olsun sizlere....... Sizler cox sag olun ki, Sheytana qalib gelmek yollarini muselmanlara catdirdiniz ve umid edirem ki, bu movzu daha da maraqli melumatlarla zenginleshecekdir..... @Afriya@ dost cekdiyin zehmetlere gore sag ol. Allah razi olsun. Wink
_________________
Salam Aleykum. Elme dair fikriniz
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 108
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: C. Mar. 11, 2005 1:08 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-
Bu mövzu açılandan mənim diqqətimi cəlb etmişdi. Ən birincisi ona görə ki, şeytan bizim açıq-aşkar düşmənimizdir və insanı küfrə və şirkə salmayınca ondan əl çəkən deyil. Hər halda o buna "söz verib". Təəccüblü də olsa şeytanın bu sözündən çıxmayacağı və Adəm oğlundan öz qisasını almağa çalışacağı yəqindir. Hətta Uca Allah bunun üçün şeytanların başçısı olan iblisə Qiyamətə qədər möhlət də vermişdir. Nə vaxtsa Qiyamətin qopacağını yəqin bilən və bu qədər məkrli olan bir varlığın Adəm oğlunu özü ilə Cəhənnəmə aparmaq üçün belə bir fürsəti əldən verə biləcəyini düşünmək ən azından sadəlövlük olardı. Necə ki, minlərlə insan bu cür "sadəlövlükləri" ucbatından artıq şeytanın tələsinə düşüblər və saysız hesabsız bir insan ordusu şeytanın yolunda olaraq özünə verilmiş yeganə fürsəti əldən buraxıb, bu dünyadan köçmüşdür. (Allah bizi qorusun!)
Onu da deyim ki, mövzunun adı məni bir az düşünməyə vadar etdi. Məncə "şeytana necə qalib gəlməli?" yox, "şeytana necə məğlub olmamalı" olsa həqiqətə daha yaxın olardı. Bu mənim subyektiv fikrim ola bilər, amma mənə belə gəlir ki, bizim məqsədimiz şeytana qalib gəlmək deyil, əksinə, ona məğlub olmamaq olmalıdır. Bunun da yollarını Allah və Onun Rəsulu (s) bizə öyrətmişlər və az bir qismini müsəlman bacı və qardaşlarımız bacardıqları qədər burada qeyd etmişlər. Allah onlardan razı olsun! Allah bizi şeytanın bizim üçün qurduğu tələlərdən qorusun! Allah bizə müsəlman kimi yaşayıb, müsəlman kimi ölməyi nəsib etsin! AMİN!

_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Afriya



Daxil ol: Ç.a. Dek. 28, 2004 10:11
İsmarışlar: 30

İsmarışGöndərilib: C. Mar. 11, 2005 4:37 pm    İsmarış mətni: Sitatla cavab ver

Mirqadir Furqani yazıb:
Allahin salami olsun sizlere....... Sizler cox sag olun ki, Sheytana qalib gelmek yollarini muselmanlara catdirdiniz ve umid edirem ki, bu movzu daha da maraqli melumatlarla zenginleshecekdir..... @Afriya@ dost cekdiyin zehmetlere gore sag ol. Allah razi olsun. Wink


Salam aleykum.
Allah sizden de razi olsun. İnshAllah, bu yaxinlarda bu movzu ile elagedar olan bashga melumatlarai da yerleshdirecem.


Sitat:
Allah bizi şeytanın bizim üçün qurduğu tələlərdən qorusun! Allah bizə müsəlman kimi yaşayıb, müsəlman kimi ölməyi nəsib etsin! AMİN!


Amin! Amin! Amin!

Salam aleykum.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
sheyx shamil



Daxil ol: Çər. Fev. 23, 2005 11:28
İsmarışlar: 13
Şəhər/ölkə: baki

İsmarışGöndərilib: B.e. Mar. 21, 2005 5:53 pm    İsmarış mətni: Sitatla cavab ver

assalamu aleykum.
Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi
Allah öz məxluqatını həddən artıq çox sevir. Ümumiyyətlə bütün sənətkarlar öz yaratdıqlarını çox sevirlər. Ona görə də Allah taala bəndələrin xeyrini nəzərə alıb bə᾽zi hökmləri vacib və müstəhəbb və bə᾽zi hökmlərin isə onların zərərinə olduğunu nəzərə alıb haram və məkruh hesab etmişdir. Nə günahkarın günahının Ona zərəri var, nə də müti (Allahın əmrindən itaət edən) adamın itaətinin Ona xeyri vardır.

Cümlə-aləm dönüb kafir olsa da Allahın şə᾽ninə bir toz belə qona bilməz”. Çünki Allah taala qüdrətlidir və heç nəyə ehtiyacı yoxdur. Onun məqsədi şəriət hökmlərini göndərməkdə dünya və axirətdə bəndələrin halını islah etmək, onları düz yola hidayət, zərəri onlardan uzaqlaşdırmaqdır. Belə olan surətdə onun hömklərinə fikir verməmək (bir halda ki, ne᾽mət verənə şükür və mövlasına itaət etməyi vacib bilən ağılın hökmü ilə müxalifət edir) səfehlikdir. Çünki bu, xeyiri tərk etmək, özünə zərər vurmaq və zülm etməkdir.

Ey insanlar, günah etməyin! Doğrudan da günah dünyada adamı xar, axirətdə isə əzaba düçar edər. Babamız Adəmin bir xəta ilə cənnətdən çıxarıldığı haqda düşünün.

Ey insanlar, tənbəllik, səfeh işlə və onlara səbəb olan şeylərdən uzaq olun. Deyilənə görə şeytan və nəfsi-əmmarə pis işləri gözəl, gözəl əməlləri pis cilvələndirməkdən aciz olduqda tənbəllik və bekarçılıq yaradan işlərə: ehtiyacdan artıq yemək, yatmaq, rahatlılıq, mal toplamaq, vaxtı görüşlərə, söhbətlərə, uzun-uzaq bəhslərə sərf etməyə üz tutarlar. Bəs onların hər birini insanın gözündə zinətləndirməklə onu bu işləri görməyə vadar edər və nəticədə qiymətli vaxtını itirməklə belə mənfi sifətlərin yaranmağına səbəb olar.

Ey insanlar, ömrünüzü boş və axirətə xeyiri olmayan işlərə sərf etməkdən gözləyin. Çünki ömrün hər anı gövhər kimidir, daha doğrusu ondan qiymətlidir. Ona görə ki, gövhəri hər hansı bir yolla əldə etmək olar, ömür isə daha ələ gəlməz. Əcəl gəlsə bir an belə gecikməz.

Ey insanlar, belə asanlıqla bu gövhəri hədərə verməyin.

Ey insanlar, yaşa dolmamış cavanlığın, xəstələnməmiş sağlamlığın, zəiflənməmiş qüvvətin, yalnız olmamış dövlətin, giriftar olmamış asudəliyin, ölməmiş isə həyatın qədrini bilin. Hədisdə var ki, cənnət əhli dünya işlərinin heç birinə deyil, yalnız Allahı zikr etmədikləri an üçün peşman olarlar.

Peyğəmbər (səlləllahu əleyhi və alih)dən rəvayət olunmuşdur: Hər kəs qiyamətdə özünü danlayacaq. Xeyir işlərin sahibi deyər: Əməllərimi bir az artırsaydım bundan da üstün məqam alardım. Pis işlərin sahibi isə deyər: -Ey kaş, o işləri görməsəydim əzab çəkməzdim.

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz hikmətli kalamlarında Əbuzərə belə buyurur: “Öz ömrünün qədrini bilməkdə dirhəm və dinar toplamaqdan çox həris ol.”

Hədislərdə deyilir ki, əməllərin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ın Əbuzərə etdiyi vəsiyyətlərdən. Ən gözəli vaxtı qorumaqdır və hər kəs əkin vaxtını əldən versə biçin vaxtı peşman olar.

Ey insanlar, nəbada ölümdən sonra sənə xeyir verməyən işlərə ömrünü sərf edəsən. Hədisdə var ki, aqil o kəsdir ki, fürsət var ikən sabahı (axirət) üçün iş görür və zirək o kəsdir ki, öz qədrini bilir və ölümdən sonrası üçün çalışır. Axmaq o kəsdir ki, öz nəfsinə tabe olur və Allahdanda məğfirət təmənnası var.”

Axirətdə faydasız olan işlərə ömrü sərf edən insan o şəxsə bənzəyir ki, yer üzünə tökülmüş qiymətli daş-qaşları qoyub yerin dərinliklərindən çox çətinliklə köhnə saxsı və daş parçaları çıxarır. Ey insanlar, ömrünüzün qədrini yaxşı bilin, onu sizə nicat verməyən işlərdə itirməyin və özünüzü barama qurdu kimi torun içinə salıb məhv etməyin.

Sizlərə ən gözəl əxlaqi sifətləri tövsiyə edirik. Bu sifətlər aşağıdakılardır:
_________________
iman
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Mirqadir Furqani



Daxil ol: Ç.a. Noy. 02, 2004 14:27
İsmarışlar: 18

İsmarışGöndərilib: B.e. Apr. 25, 2005 11:15 am    İsmarış mətni: Sitatla cavab ver

Dost, Allah razi olsun....sen bu melumatlari yazmaqla bir cox uselmanlara yaxshiliq etmish oldun.Elbette bele movzular saytlarda azdir, ona gore de fursetden istifade edib bu movzunu acdim ki, hec olmasa qoy momin ve momineler oz dushmenlerini tanisinlar.
_________________
Salam Aleykum. Elme dair fikriniz
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
zarkavi



Daxil ol: Ş. Apr. 30, 2005 21:04
İsmarışlar: 13
Şəhər/ölkə: baki

İsmarışGöndərilib: Ş. Apr. 30, 2005 9:30 pm    İsmarış mətni: Sitatla cavab ver

Hər gecə öz-özünüzlə hesab çəkin.

Ey insan, (Allah sənə hər iki dünyanın xeyrini ruzi etsin) səninlə hesab çəkilməmiş özün özünlə hesab çək. Müdir hər gecə öz işçisi ilə hesab çəkdiyi kimi sən də hər gecə yatmaqdan qabaq bu ötən gün ərzində etdiklərini saf-çürük et. Əgər o işlər arasında günahın varsa Allahdan o günahın bağışlanmağını istə və əgər yaxşı bir əməli tərk etmisənsə yerinə yetirməyi qərara al. Əgər süstlük, ğəflət, bekarçılıq, mal zay etmək kimi hallara düçar olmusansa, özünə moizə və nəsihət verməklə nəfsini ədəbləndir və onu itaət etməyə məcbur et. Tacir kimi dəqiq ol, vaxtını zay etmə, ömrü ucuz və ziyanlı qiymətə satma. Əgər vaxtını yaxşı işlərdə sərf etmisənsə buna görə Allaha şükr et və ondan bu işlərin çoxalmasını istə. İmamlardan rəvayət olunur ki, “Hər gün özü ilə hesab çəkməyən şəxs bizim şiələrimizdən deyil. Əgər gün ərzində xeyirli iş görübsə Allahdan bu işin çoxalmağını istəsin və əgər günah iş görübsə Allahdan bağışlanmağını istəyib tövbə etsin”

_________________
zarkavi
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Mirqadir Furqani



Daxil ol: Ç.a. Noy. 02, 2004 14:27
İsmarışlar: 18

İsmarışGöndərilib: Ç.a. May 10, 2005 9:20 am    İsmarış mətni: Sitatla cavab ver

Dostlar sizin mominlere faydali olan yazilarinizi oxudum.Ortaya bu movzu ile elaqedar bir sual cixir........Goresen biz sheytani aldada bilerik???......Aldada bilerikse,,,nece aldadaq.....
_________________
Salam Aleykum. Elme dair fikriniz
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Ən qaynar məsələlər burada müzakirə olunur Bütün saatlar GMT + 4 Saat
Səhifə 1, 2  Sonrakı
1 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran