"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Daxil ol: B. Fev. 29, 2004 00:27 İsmarışlar: 41 Şəhər/ölkə: Azərbaycan, Sumqayıt
Göndərilib: Ş. Avq. 14, 2004 12:14 pm İsmarış mətni:
Hanif yazıb:
بسم الله الرحمن الرحيم
Ereb dilini bilmek her bir muselmanin borcudur, lakin ereb dilini bilmekle bu cur qurrelenmek muselmana yarashmaz. Qardash doqru deyir biz muselman olmaqla yanashi hem de azerbaycanliyiq, bunda da Allahin bir hikmeti var. Allah bizi dillere ve irqlere ayirib ki, biri-birimizi taniyaq ve basha dushek. Ali-Allah onlardan razı olsun- deyib ki, eger isteyirsen insanlar seni basha dushsunler, onlarla onlarin basha dushdukleri dilde danish.
Henif qardas men seninle raziyam Cox isteyerdim ki ereb dilinde yazilan serlerin menasini basa dusum. Amma teesuf ki bu gozel dili oyrenmeye hec cur vaxt tapa bilmirem. Forumda unsiyyetde olan her bir insan qarsiliqli hormetle davranmalidir. Hec kimin ixtiyari yoxdur ki, kimise hansisa bir dili oyrenmemekde gunahlandirsin. _________________ ~~~ Yalnız Sənin rizan üçün! ~~~
Daxil ol: C.a. İyul 22, 2004 12:08 İsmarışlar: 95 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: Ş. Avq. 14, 2004 6:55 pm İsmarış mətni:
Hech kimin de ixtiyari yoxdur ki, kiminse Allahin muqeddes Qurani_Kerimi nazil etdiyi ereb dilinde yazilarina irad tutsun. Vessalam.
Zehmet olmasa movzuya aid bir-iki cumle de siz yazin. Hech olmasa bir she`r de sizden oxumaq sherefine nail olsun mubarek qedemli istifadechiler.
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 357 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: B. Avq. 15, 2004 2:43 am İsmarış mətni:
Ey Elif-Lam-Mim
Əvvəla yazdıqlarının tərcüməsini mütləq yaz.
Burada ərəb dili dərsi keçilmir. Forumçuların da əksəriyyəti ərəb dilində bilmirlər. Yazılanlarda söhbətin nədən getdiyini bilmək isə hər bir forumçunun haqqıdır.
Sizə heç kim demir ki, elə tərcümə edin ki, qafiyələr itsin.
Siz sadəcə olaraq şerin mənasını yazın. Yazmasanız yazılarınız silinəcək. Və ya kim isə sizin yazılarınızı təcümə edə bilər.
Forumçulara hörmətlə yanaşın.
Sabah biri də ingilis dilində bir ilahi yazacaq bura biri də urusca...
kef onda olacaq...
Öz dilinə hörmət edirsənsə tərcüməni də yaz.
Mirzə Cəlil demişkən: Hələ də "Ölülərimizlə ərəbcə, dirilərimizlə də urusca danışmağı" tərgitməmişik.
Yuxarıdaki dil bilginizi qabardmanız isə təbii ki, yaxşı hal deyil.
Untmayın ki, forumda yazan neçə-neçə forumçular başqa əcnəbi dillərlə bərabər Ərəb dilini də əla bilirlər.
Qaldı ki, mənim xeyli vaxt buralarda olmadığımdan istifadə edib əsassız hay-küy salmağınıza ki, Əhli-Beyt haqqında şerlər silinib... bu ağ yalandır.
Silinən meyxanalar olub.
Şerlər isə çoxdur. Axtar tap.
Şerlərin tərcümələrini gözləyirik. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Hech kimin de ixtiyari yoxdur ki, kiminse Allahin muqeddes Qurani_Kerimi nazil etdiyi ereb dilinde yazilarina irad tutsun. Vessalam.
Zehmet olmasa movzuya aid bir-iki cumle de siz yazin. Hech olmasa bir she`r de sizden oxumaq sherefine nail olsun mubarek qedemli istifadechiler.
Allah hidayet versin.
Hec kim ereb dilinde yazilara irad tutmur. Kim bilir belke o dili onu bilenlerden daha cox sevirem. Insallah Allah bizlere de nesib eder! sadece olaraq yazilanlari anlamaq butun forumcularin haqqidir.
Teessuf ki men sizin kimi ser yaza bilmirem (Yazdiqiniz serlerde muellif qeyd olunmadiqina gore sizin olduqunu hesab edirem) Amma onlai boyuk memuniyyetle oxuyuram. _________________ ~~~ Yalnız Sənin rizan üçün! ~~~
Nəzarətçi qeydi: Hörmətli istifadəçi mövzunun adi " İlahi şerlər"dir, "Haqsızlığa qarşı" deyil. Bu tip ismarıclarınızi forumun "İRAD VƏ TƏKLİFLƏRİNİZ" bölümünə yaza bilərsiniz. Növbəti mövzudan yayınma halında yazınız xəbərdarlıqsız silinəcək, İnşAllah.
Daxil ol: C.a. İyul 22, 2004 12:08 İsmarışlar: 95 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: C. Avq. 27, 2004 9:08 pm İsmarış mətni:
Bagishlayan ve mehriban Allahin adi ile
Ya Ilahi ve muciri
Men bisirril geybi ye`lem
Selli Ya Rebbi ve selli
Summe barik ve terehhem
Ve tereffeq bi Resuli
Tahiribbil xeyri muf`em
Zalikel mebu`su taha
Ve elel xelqi muqeddem
Vissema fissema huvel mueyyed
Selavat selavat E`la Muhammed (Allahumme selli e`la Muhammedin ve ali Muhammed)
Huve sirru fissemai
Endezil`ershi Te`ala
Zedehullahu Kemali
Ve behai ve Cemala
Lem yezel bilfezli yezhu
Ve e`lesh-shems-isTeala
Behru ehsenun vucudi
Vele eddunya nevala
Sirru geyb sirru geyb Vellahu yeshhed
Selavat selavat E`la Muhammed (Allahumme selli e`la Muhammedin ve ali Muhammed)
Tercumesi
Ey menim Allahim ve meni qoruyan
Ey o kes ki, qeybin sirrlerini bilir
Salavat (Rehmet) ve salam (eminlik) gonder
Sonra mubarek (bereketli) ve rehm et
Sonra dost ol xeyirle pak olan Peygembere
O Ta-Ha nazil olan ve butun yaranmishlardan qabaq olan Peygemberdir
Goylerde, goylerde Odur taninan
Allahin salami olsun Mehemmed Peygembere ve onun ailesine (Ehli-Beytine)
O malikiyyet sahibi olan Allahin yaninda goylerdeki sirrdir.
Allah ona kamillik, deyer ve gozellik artirib.
O feziletle parladi, bele ki, Guneshi otub kechdi
O yaxshiliq ve sexavet denizidir
Dunyani yaxshiliqlarla doldurub
Qeybin sirridir, qeybin sirridir
Allah buna shahiddir
Allahin salami olsun Mehemmed Peygembere ve onun ailesine (Ehli-Beytine)
Ilahi sen naqis olan bu tercumeni oz elmsiz bendenden qebul eyle.
Daxil ol: C.a. İyul 22, 2004 12:08 İsmarışlar: 95 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: B. Noy. 14, 2004 1:28 pm İsmarış mətni:
Edalet sahibinin adi ile
Münacat
Ey külli əmrə qadir, ey əvf edən günahı
Ey imtahan günündə, əhli-xəta pənahı
Aqillər ondan ötrü səslər səni, İlahi
Ehsan edən də sənsən, imdad edən də sənsən.
Yoxdan yaratmısan sən, hökmünlə kainatı,
Dərk eyləyən tapılmaz sən qurduğun büsatı,
Heç kəsdə yox o qüdrət, xəlq eyləsin həyatı
İmkan edən də sənsən, icad edən də sənsən.
Sən bir əmiri mütləq, sən kainata sərvər,
Azadə yolda, ya Rəbb, ol əhli-halə rəhbər,
Azadə olmaq, ancaq əmrinlədir müyəssər,
Fərman edən də sənsən, azad edən də sənsən.
Kim görsə qəhr səndən daim çəkər əziyyət,
Lütfün görən tapıbdır bir sönməyən səadət,
Qəhrində nari-duzəx, lütfündə baği-cənnət,
Divan edən də sənsən, dilşad edən də sənsən.
İstər bu dami-qəmdən azad olarsa könlüm,
İstər kəramətinlə abad olarsa könlüm,
Xoşdur əgər qəmindən bərbad olarsa könlüm,
Viran edən də sənsən, abad edən də sənsən.
Qaldın bu gün nədən sən, səhralar içrə tənha?
Ya tək səni çəkibdir ağuşinə bu səhra?
Sən tək bu çöldə, Mahir, yoxdurmu özgə şeyda?
Əfğan edən də sənsən, fəryad edən də sənsən.
Haci Elemdar Mahir _________________ "Selli ela Muhammed, ruhe Xomeyni amed!"
"Ma ehli Kufe nistim, Ali tenha bemaned!"
Ey qərib könlümüzün bircə pənahı, hər şeyin üstünü, Dahi, yaradan nurlu sabahı, həm ayı, həm də ki, mahı, ibadətə layiq məbudsan İlahi, bağışlayan hər günahı, bizə təkid edən İslamı, rifahı, xəlq edən bu kainatı, yeddi qatı, məxluqatı və həyatı, həmi qüdrət və kəramət və şəfaət, həmi izzət və mərhəmət və məhəbbət kanı Allahdır, O üstündür, O dərgahdır, O gizlindir, O agahdır, O Sübhandı və Sultandı, O Bürhandı və Rəhmandı, kainatı Yaradandı, yeganə ol sözuylə, möcüzüylə, insanı xəlq eləyən Sən, bizi nə varla, nə sərvətlə, nə şöhrətlə bircə təqva ilə fərq eləyən Sən, hər şeyi həyatda mütləq eləyən Sən, Sən Əhədsən və Səmədsən və bələdsən insanın etdiyi hər bir şeyə, həm taleyə, həmçinin ruh verənsən ürəyə sən, Sən Kərimsən və Əzimsən və Qədimsən və Həkimsən və mühimsən bu cahan mülkünə Ya Rəbb, Sənə şükr eyləyirəm çünki həyat vermisən mənə və buyurmusan ibadət edim Sənə, Quran Sənin haqq sözündür, nə buyurmusansa hamsı mənim öz xeyrim üçündür, sənin heç ehtiyacın yox, mən etdiyim ibadətə, itaətə və O kimsən ki, sənə üsyan edən mən, iblisə dost olunmuşam Sənə düşmən, ama ki, Sən yenə də lütfünü məndən, heç cürə əsirgəmirsən, Pərvərdigara, Xudaya, ey gözəllik verən ulduzlu səmaya, sadiq olan hər vəfaya, nur saçan ərşi əlaya, rizq verən şah ve gədaya, möhtacam Səndən olan ruhi qidaya düşmüşəm xeyli cəfaya, həm bəlaya, mən acizəm və zəliləm, cismən də olmasa gəl ruhən əliləm, axı mən məsum deyiləm, zənn eyləyirəm təmamən müstəqiləm, sənin eşqindən sailəm və qafiləm və cahiləm məni gəl əfv elə Allah, günahdan et məni islah, elədim hər şeyi izah, edirəm cəhd ki, olum əsl Həbibullah.
_________________ Haqqı deməyin zamana,məkana,şəraitə dəxli yoxdur!
Göndərilib: B. Fev. 13, 2005 10:44 pm İsmarış mətni:
Allahın salamı olsun müxlis bəndələrə, Peyğəmbər və Ali Peyğəmbərə
Ya Həzrəti Hüccət!!!
Hicrindədi dünya, bütün aləm, bəşəriyyət, ya Həzrəti Hüccət!
Çökmüşsə bəsirətlərə sənsiz qatı zülmət, ya Həzrəti Hüccət!
Sök dan yerini parla ki, ey şəmsi hidayət, ya Həzrəti Hüccət!
Yetsin başa ta qoy bu yalançi bəşəriyyət, ya Həzrəti Hüccət!
Çatsın sona bu məzhəkə, iyrənc zəlalət, ya Həzrəti Hüccət!
Sənsən bu qərib ümmətin aləmdə xilası, ən ülvi duası,
Sənsən elə bir şah ki, fəqət yoxdu qiyası, ey dinin əsası,
Ey vəhşətə meydan olunan kərbübəlası, gəl al bu qisası,
Görsün bütün aləm nədi Musanın əsası, Tur uzrə şüası,
Çıx zahirə bitsin bu sehrbazlara rəьbət, ya Həzrəti Hüccət!
Ey cümlə cahanın döyünən qəlbi, nicatı, rəhmət dolu zatı,
Məzlumların ahı tutub altı cəhatı, dondur bu həyatı,
Çıx zahirə gəz əzm ilə Kəbə, Ərəfatı, ver hökmi-cihatı,
Çıx təxti ədalətdə yarat həşr büsatı, aç püli siratı,
Ol sərvəri məhşər qala aləm sənə heyrət, ya Həzrəti Hüccət!
Məhbəsdədi din, gəl daha Quranı xilas et, bürhanı xilas et,
Zülmətdəki cəmiyyəti insanı xilas et, imanı xilas et,
Heysiyyəti təhqir olunan canı xilas et, vicdanı xilas et,
Qan ətrli viranə gülüstanı xilas et, bağbanı xilas et,
Səndən savayı kimdi o memari təriqət, ya Həzrəti Hüccət!
Sən tutqun üfüqlərdəki aydın səhərimsən, gerçək xəbərimsən,
Sənsiz sənə möhtac gecə hicran əsərimsən, məsum kədərimsən,
Sən ülvi könüllərdəki qaim hünərimsən, həsrət nəzərimsən,
Məbudi cahan cənginə kəskin kəsərimsən, şanlı zəfərimsən,
Çıx zahirə çatdır sona bu zülmü nəhayət, ya Həzrəti Hüccət!
Gəl gör necə dünya boьulur qanına qəltan, eyni qara zindan,
Yox taqətimiz dillər edibdir səni ünvan, dünya hamı xəndan,
Gəl xaneyi Dəccalı daьıt qoy onu viran, bayquş kimi viran,
Getdikcə tükəndi daha səbr etməyə iman, gəl səbrüvə qurban,
Çoxdur yaramız, gəl sona çatsın bu əsarət, ya Həzrəti Hüccət!
Ey müşkülə düşmüşlərin həsrətli pənahı, təskinli sabahı,
Ey hökmü cahan əhlinin islahi silahı, son ummidgahı,
Yetməzmi məgər ərşə çıxan məzlumun ahı, imandı günahı,
Dünya sənə möhtacdı, ya Həzrəti dahi, ey sirri Ilahi
Dünya deyir Asim kimi gəl canima minnət, ya Həzrəti Hüccət! _________________ İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Zəhrаnın (ə.s) ölüm аyаğındа həzrət Əliyə (ə) еtdiyi vəsiyyətinin iki bəndini qеyd еtmək kifаyət еdər:
Bu Hüsеyni kim, sənə tаpşırdım indi rubəru,
Diqqətilən bах, nеcə vеrsəm, еlə аllаm gеru,
Bаş bədəndə, bаrmаq əldə, əl biləkdə mubəmu,
Gör hаmı üzvün səlаmətdir, əmоğlu yа Əli.
Çох mükəddər оlsа, vаr bu sözdə dərdi-sər yеri,
Yахşı bах, sаlimdü bərgi-gül tək ахır hər yеri,
Nə bаşındа vаr qılınc, nə sinədə хəncər yеri,
Nə bədən yеksər cərаhətdür, əmоğlu yа Əli.
* * *
Bu çöldə bаcı möhnəti-hicrаn sənin оlsun,
Аğlаr göz ilə, zülfi-pərişаn sənin оlsun.
Хаnımın dilindən:
Bu diyаri-Kərbəlа, bu sən, хudаhаfiz Hüsеyn,
Kаrivаn yоllаndı Şаmə, mən хudаhаfiz Hüsеyn.
Qаrdаş-qаrdаşın (Imаm və Аbbаs) bir-birinə хitаblаrı.
Imаmın dilindən:
Dur еy dəvаlаr Аslаnı,
Əbülfəzlim, Ələmdаrım.
Ахаn su tək qızıl qаnım,
Əbülfəzlim, Ələmdаrım.
Sоndа Sərrаfın bir mərsiyəsindən bir nеçə bəndi nəzərinizə çаtdırırıq:
Hüsеyn, cövri-cəfаyi-еşqiyаdən, mən dеyim, yа sən?
Özün аgаhisən, hər mаcərаdən, mən dеyim, yа sən?
Səbаhi-vəsldür, əl vurаrаm kеyfiyyəti Şаmə,
Yəqinimdür dеsəm ахşаm оluncа yеtməz itmаmə,
Dеməm Şаm içrə gеtdim sən birоhnə məclisi-аmə,
Bахıb gördün Yəzidi-bihəyаdən mən dеyim, yа sən?
О gündən kim хəzаn оldu gülüm, gülşəndən аyrıldım,
Nеcə еymən yаtаrdım, dеdi - еyməndən аyrıldım,
Bu müddətdə uzаq yоldа nə mən bir səndən аyrıldım,
Nə sən оldun ədа hərgiz cüdаdən mən dеyim, yа sən?
Məhəbbət аləmində sən mənim аrаmımı аldun,
Əsiri - dəstgir еtdün, bеlə səhrаlərə sаldun,
Хərаbə Kufədə Хuli еvində sən qоnаq qаldun,
Еlə еvdən, еlə mətbəхsərаdən mən dеyim, yа sən?
Əgərçi növhə, Sərrаf, ərbəinə ilbəil yаzdun,
Dilün lаl оlmаsın əmmа, bu il bir özgə dil yаzdun,
Yаzаndа müttəsil göz yаşı tökdün, müttəsil yаzdun,
Bunun sirri suаl оlsа Rzаdən mən dеyim, yа sən? _________________ İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Sаdiqа, mən də nüfuz sаhibiyəm аləmdə
Nökərəm tа yаrаnаndаn bəri dünyа Həsənə _________________ İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.