"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Göndərilib: Çər. Fev. 09, 2005 5:32 pm İsmarış mətni: Tövbə edənlər üçün mühüm olan fətvalar.
Deyirsən: Tövbə etmək istəyirəm. Amma tövbənin hökmlərini bilmirəm. Bəzi günahlardan tövbə etmək, Allahın üzərimə qoyduğu haqqı, bəndələrdən aldığım haqqı geri qaytarmaq barədə beynimdə çoxsaylı suallar dolaşır. Bu suallara bir cva varmı?
Ey Allah yoluna qayiıdan, budur, bəzi fətvaları sənə çatdırıram. Az da olsa, kifayət edər, inşAllah.
Günah edirəm, tövbə də edirəm. Amma məni pisliklərə sürükləyən nəfsim mənə üstün gəlir, yenə günaha qayıdıram. Bu halda birinci tövbəm qüvvədə qalırmı? Yoxsa həm birinci əmələin günahı və ondan sonrakı günahlar üstümdə qalır?
Cavab : Əksər alimlərin fikrincə tövbənin doğruluğu bir daha günaha qayıtmamaqla şərtlənir. Tövbənin doğruluğu, həqiqiliyi adamın günah işdən təmamilə və birdəfəlik uzaq olmasından, günaha batmamaq əzmini və iradəsini nümayiş etdirməsindən asılıdır. Yenidən günaha qayıtmaq yeni günah işlətmək deməkdir. Bu da yeni bir tövbə tələb edir. Birinci tövbə öz yerində qalır və doğrudur.
Redaktə edən: Zəhra_H, son redaktə tarixi: B.e. Fev. 14, 2005 11:15 am, cəmi 1 dəfə
Əgər mən bir daha günah etmək əzmindəyəmsə, tövbə etməyə dəyərmi?
Cavab : Yeni bir günah etmək əzmində olsan da, hazırkı günaha görə tövbə etmək gərəkdir. Bu şərtlə ki, yeni günaha görə tövbə etmək gərəkdir. Bu şərtlə ki, yeni günah köhnəsi ilə bağlı olmasın, onunla eyni növdə olmasın. Məsələn, əgər bir adam sələmə görə tövbə edib, spritli içkiyə görə tövbə etməyibsə, onun birinci tövbəsi həqiqidir və ya əksinə. Əgər biri faiz tövbəsi edib kredit tövbəsi etmirsə, onda onun tövbəsi qəbul edilməz. Həmçinin narkotik maddədən tövbə edib içki içənin və ya əksinə edənin, habelə bir qadınla tövbə edib başqası ilə zinaya yol verənin də tövbəsi bu qəbildəndir. Bu tövbələr həqiqi deyillər, onların əməllərinin nəticəsi bu oldu ki, bu günahdan əl çəkib o birinə qurşandılar.
Redaktə edən: Zəhra_H, son redaktə tarixi: B.e. Fev. 14, 2005 10:59 am, cəmi 1 dəfə
Göndərilib: B.e. Fev. 14, 2005 10:57 am İsmarış mətni:
Pislik insanın haqqı barədə edilibsə, bunun tövbəsi necə olmalıdır?
Cavab: Bu suala cavabı Peyğəmbərin bu hədisilə verək:
" Qardaşına kim zülm etsə, onun malına, namusuna toxunsa, o, günahlandırılacaq günə qədər mütləq halallıq almalıdır. Buna gorə nə dinar, nə dirhəm alınır. Əgər zülm edən adamın saleh əməli varsa, etdiyi zülm qədər onun əməlindən çıxılır. Əgər onun saleh əməli yoxsa, qarşı tərəfin pisiyindən götürülüb onun üzərinə əlavə edilir." (əl-Buxari)
Tövbə edən bu zülmdən ya qarşı tərəfin haqqını ödəməklə, ya halallıq istəməklə çıxa bilər. Əziyyət çəkən zülm edəni bağışlaya da bilər, bağışlamaya da.
Göndərilib: C. Fev. 18, 2005 4:14 pm İsmarış mətni:
Bir və ya bir neçə adamın qeybətini etmişəm, başqalarının ünvanına onların layiq olmadlqlarını demişəm. Mənin onlara bu barədə məlumat verib üzr diləməyim şərtdirmi? Yox, əgər şərt deyilsə, onda necə tövbə etməliyəm?
Cavab: Məsələ bu halda qarşıya qoyulan məqsəd və mənafeyin qiymətləndirilməsindən asılıdır. Əgər qeybət etməsi, böhtan atması barədə qarşı tərəfə məlumat verirsə, bu tərəf qəzəblənmirsə,ona qarşı nifrət, güdurət hissi nümayiş etdirmirsə, bu adam açıq hər şeyi danışır, onlardan üzr istəyir, ola bilsin, ümumi sözlərilə deyir ki, bəs səhv etdim, keçmişdə sənin barəndə haqsızlıq etdim, yaxud sözlə haqqında pis fikir yaratdım. İndi Allaha tövbə ediəm, sən də məni bağışla. Etdiyi əməlin təfsilatına varmasa da olar.
Əgər qeybət qılması və böhtan atması xəbərini qarşı tərəfə çatdırarkən, o qeyzlənir, əsəbiləşir, deyənə qarşı çıxırsa – çox zaman belə də olur- və ya etiraf ən ümumi sözlərlə ifadə edildiyindən qarşı tərəf bununla razılaşmır və təfsilatı tələb edirsə, bu təfsilatı eşitdikdə onun nifrət və ikrah hissi daha da artırsa, bu halda qaşı tərəfə məlumat verilməlidir. Çünki şəriət, həmişə fitnə-fəsad odunu söndürməyə çalışmalıdır.
Bir şəxsə müəyyən bir şey barədə danışılır, o isə bunu eşidənə qədər rahat idi, amma bundan sonra əsəbiləşir, qəzəblənir. Bu isə şəriətin əsas qayəsinə ziddir. Şəriətin məqsədi insan qəlblərini hörmət və ülfət hissilə doldurmaq, müsəlmanlar arasında qarşılıqlı ehtirama nail olmaqdır. Ola bilsin ki, qarşı tərəfə verilən məlumat onlar arasında ədavətə səbəb olsun. Haqqında qeybət edilən heç vaxt qeybət edəni bağışlamasın, qəlbində ona qarşı düşmənçilik hissi davam etsin. Bu halda tövbə kifayətdir və tövbə edən bu işləri görməlidir:
1. Peşmançılıq, Allahdan məğrifət (bağışlanma)diləmək və bunlarla yanaşı törədilən cinayətin qəbahəti barədə fikirləşməli, onun haram olduğunu başa düşməlidir.
2. Kiminsə qeybət qıldığını və böhtan dediyini eşitdikdə, onu təkzib etməli, qarşı tərəfə haqq qazandırmalıdır.
3. Məclislərdə haqqında qeybət və böhtan deyilən, haqqı tapdanılan şəxsi müdafiə etməli, onun müsbət keyfiyyətlərini xatırlayıb tərifləməlidir.
4. Vaxtilə qeybətini qıldığı şəxsi müdafiə etməli, biri onun haqqında pis danışdıqda onun cavabını verməlidir.
5. Qeybin zahiri olanından (Allahdan) onun üçün bağışlanma diləməlidir.
Müsəlman qardaş, maddi hüquqlarla fiziki bədənin cinayətləri, qeybətlə böhtan arasında fərqi nəzərə al!
Maliyyə hüquqları barədə məlumat verildikdə, onun sahibi bundan faydalana bilər, bu hüquqlar sahibinə məlumat, məsələn, açılması öz sahibinə yalnız zərər və həyəcan gətirəcək namus və ismətlə bağlı məsələlərdən fərqli olaraq, aşkarlanmalıdır.
Göndərilib: B.e. Fev. 21, 2005 5:34 pm İsmarış mətni:
Bilə-bilə adam öldürən necə tövbə etməlidir?
Cavab: Bilə-bilə adam öldürən 3 haqqı ödəməlidir. Allahın haqql, öldürülən adamın haqqı və onun varislrinin haqqı. Allahın haqqı yalnız tövbə ilə ödənilir. Varislərin haqqını ödəmək üçün qatil özünü onlara təslim edir ki, onlar haqqını götürsünlər. Onlar bunu ya intiqam, ya qətlə yetirmək üçün qatil özünü onlara təslim edir ki, onlar haqqını götürsünlər. Onlar bunu ya intiqam, ya qətlə yetirmək üçün ödənc almaqla və yaxud onu bağışlamaqla edə bilərlər.
Qalır öldürülənin haqqı, onu da bu dünyada ödəmək olmaz. Elm adamları bu barədə deyirlər ki, əgər qatilin tövbəsi məqbul olsa, Alalh bu haqqı onun üzərindən götürür, qətlə yetirilənə Qiyamət günü xeyir bəxş edilir. Bu, ən gözəl kəlamdır. (əl-Mədaric, 1/299)
Göndərilib: B.e. Fev. 28, 2005 5:20 pm İsmarış mətni:
Oğru necə tövbə edir?
Cavab: Əgər oğurlanmış şey bu an ondadırsa, o dərhal qaytarılır. Əgər bu şey tələf olubsa, ya istifadə edilməklə və vaxtın ötməsilə qiyməti aşağı düşübsə, bütün bu çatışmamazlıqlar tam şəkildə ödənilməlidir. Qalır Allahın onu bağışlanmasına, şükr olsun Allahın mərhəmətinə!
Göndərilib: Ç.a. Mar. 01, 2005 5:55 pm İsmarış mətni:
Mən malını oğurladığım adamları görəndə xəcalət çəkir, narahat oluram. Həqiqqəti onlara deyə bilmirəm. Nə də onlardan üzr diləyə bilirəm. Bəs nə etməliym?
Cavab: Sənin dözə bilmədiyin bu gərgin vəziyyətdən çıxış yolu tapmaqda sən heç də narahat olmamalısan. Sən onların malını başqa bir adamla göndərə bilərsən, xahiş edərsən ki, adını çəkməsin. yaxud onu poçtla qaytara bilərsən, ya da gizlicə onların yanında qoyarsan, nəhayət özün malı onlara çatdırarsan, amma deyərsən ki, bunu bir adam veribdir, xahiş edib ki, adı çəkilməsin. Əsas budur ki, əmanət sahibinə qaytarılsın.
Göndərilib: Çər. Mar. 02, 2005 5:41 pm İsmarış mətni:
Gizlicə atamın cibindən pul oğurlamışam. İndi də tövbə etmək istəyirəm. Amma dəqiq nə qədər oğurladığımı bilmirəm. Mən onunla üz-üzə gələndə narahat oluram.
Cavab: Sən oğurladığın pulun miqdarını təxminən müəyyənləşdir, gümanına gələn ən böyük miqdarı götür, ondan da artıq miqdarda pulu atana qaytar. yaxşı olardı ki, pulu gizlicə götürdüyün kimi, gizlicə də qaytarasan.
Göndərilib: Çər. Mar. 02, 2005 6:01 pm İsmarış mətni:
Müxtəlif adamlardan mal-pul oğurlamışam. Sonra Allaha tövbə etdim. Amma həmin adamların ünvanını bilmirəm.
Başqa sual: Şirkətdən gizlincə mallar götürmüşəm. Amma şirkət işini bitirib ölkəni tərk etmişdir? Nə etməliyəm?
Üçüncü: Bir mağazadan mal oğurladım. Amma mağazanın yeri dəyişilibdir. Yeni ünvanısa bilmirəm?
Cavab: İmkan dairəsində və gücün çatana qədər onları axtar. Əgər tapsan, malları qaytar və Allaha şükr et. Əgər malın sahibi ölübsə, onu varisinə çatdır. Əgər ciddi axtarışlardan sonra bu adamları tapa bilməsən, onda onların əvəzinə malı sədəqə kimi payla. Bu sədəqəni hətta kafirlərə də dəvət məqsədilə verə bilərsən. Allah onlara bu dünyada nemətlər verir, amma axirətdə onlar hər hansı nemətdən məhrumdurlar.
Bu misal mərhum ibn əl-Qeyyimin qeyd etdiyim bu hadisə ilə eynidir:(əl-Mədaric 1/388):ƏMüsəlman ordusunun bir əsgəri qənimətdən oğurladı. Bir müddət keçəndən sonra tövbə etdi. Oğurladığı şeyi də götürüb ordu sərkərdəsinin yanına gəldi. Amma onu görə bilmədi. Ordu artıq dağılmışdı. Bu tövbə etmiş adam Həccac ibn Şairin yanına gəlib fətva istədi. Həccac ona dedi:
- Ey filankəs, Allah ordunu da taniyir, əsgərlərin adını da bilir, harda olduqlarından da xəbərdardır. Bu malın beşd birini xüms yığıana ver, qalanı da onların əvəzinə sədəqə edib, payla. Allah malı sahibinə çatdırır. Buna oxşar fətvalar mərhum Şeyx-ül-İslam ibn Teymiyyə tərəfindən də verilmişdir.
Göndərilib: C.a. Mar. 03, 2005 5:34 pm İsmarış mətni:
Yetimlərin malını ələ keçirtmişəm. Onu ticarətə qoydum və xeyir gördüm. Bu mal qat-qat artdı, Allahdan qorxdum, peşman oldum. Necə tövbə edim?
Cavab: Bu məsələdə alimlərin müxtəlif fikirləri vardır. Ən ağlabatanı və ədalətlsi budur ki, ilkin sərmayəni yetimlərə qaytarsan və gəlirin yarısını da ona əlavə edəsən. Bu halda sən və onlar şərik vəziyətdə olursunuz. Bura həm gəlr, həm də onlara qaytarılan ilkn sərmayə daxildir. Aşağıda İmam Əhmədn bir fikrini veririk. Şeyxül İslam ibn Teymiyyə və onun şagirdi mərhum ibn əl-Qeyyim də bu fikirdədirlər.(əl-Mədaric 1/392)
Əgər bir sürü otlayan dəvə və ya qoyun ələ keçirilibsə, və sonradan bunlar artıb çoxlaıbsa bu sürü və artımın yarısı əsil sahiblərə qaytarılır. Əgər sürünün heyvanları ölübsə, onların qiyməti və artımın yarısı ilkin sahiblərinə qaytarılmalıdır.
Göndərilib: C. Mar. 04, 2005 4:50 pm İsmarış mətni:
Bir kişi aviasiya yk daşımalarında işləyirdi. Bir dəfə yük onlarda qalır. Bu kişi gizlicə bir maqnitofon götürüş İllər keçir, kişi tövbə edir. Bu növ maqnitofonların artıq istehsal olunmadığını nəzərə alıb, özü, qoyməti, yoxsa bənzəri sahibinə qaytarılmalıdır?
Cavab: Maqnitofon özü qaytarılmalıdır. Üstünə də onun istifadəsi və vaxtın ötməsi müqabilində dəyərindən artıq qalan məbləğ əlavə edilməlidir. Onu özü yox, başqa münasib yolla qaytara bilər. Yaxud üzr istəyib maqnitofonun qiyməti qədər onun əsl sahibi əvəzinə sədəqə paylaya bilər.
Göndərilib: C. Mar. 04, 2005 4:54 pm İsmarış mətni:
Sələmdən gələn pulum var idi. lakin onu bütünlüklə xərclədim. Heç nə qalmadı. İndi tövbə etmişəm. Nə etməliyəm?
Cavab: Səmimi qəlbdən təmamilə Allaha tövbə etməlisən. Başqa heç nə. Sələm çox təhlükəli günahdır. Allah Quranda buyurur ki, sələmlə məşğul olanlardan başqa heç kəsə müharibə müsibəti düçar etmir. Madam ki, sələm pulu təmamilə xərclənib qurtarmışdır, indi onla sənə aid bir şey yoxdur.
Göndərilib: C.a. Mar. 17, 2005 5:48 pm İsmarış mətni:
Bir maşın almışam. Məbləğin bir hissəsi halal, qalanısa haram puldur. Maşın indi əlimdədir. Nə etməliyəm?
Cavab: Qiymətinin bir hissəsi halal, bir hissəsisə haram olan ev və ya maşın kimi bölünə bilməyən əşyaları olan şəxs onun haram hissəsi qədər məbləğ ayırıb xoş məqamla sədəqə kimi paylamalıdır. Əgər bu haram hissə başqalarının haqqıdırsa, onun miqdarı qədər məbləğ yuxarıda qeyd edildiyi kimi əvvəlki sahiblərinə qaytarılmalıdır.
Tütün məmulatlarının satşından əldə edilən gəlirlə nə etməli? Xüsusilə əgər bu başga halal gəlirlə garışıbsa?
Cavab: Oyun aparatları, haram yazıları olan kassetlər, lentlər, tütün və başga bu kimi haram şeylər satan şəxs bu günahın hökmünü öyrənib tövbə edirsə, haram ticarətdən əldə edilən gəliri bu günahdan xilas olmaq üçün xeyir işlərər sərf edir.
Bu haram gəlir başga halal gəlirlə garışdıgda, məsələn baggaliyə dükanında tütünlə birlikdə başga şəriətlə icazə verilmiş şeylət satanın gəliri barədə deməliyik ki, bu şəxs haram malın dəyərini çox dəgig şəkildə müyyənləşdirir, bu məbləğiayırıb xeyir məgsədlərə xərcləyir. Allah bunun əvəzinə ona xeyir bərəkət verir. Allah geniş kəramət və səxavət sahibidir.
Ümumiyyətlə haram maldan gəlir əldə edən şəxs tövbə etmək istəsə, bunları etməlidir:
1) Gəlir gazanan zaman bu adam kafir olubsa, tövbə vaxtı pay ayırmamalıdır. Belə ki, Allah Peyğəmbəri(s.ə.s.) səhabələrinin İslamı qəbul etmələrinə hörmət əlaməti olarag, onlara malik oldugları mallardan pay ayırmamag icazəsi vermişdir.
2) Gəlir gazanan zaman müsəlman olubsa v bu işin haram edildiyini bilibsə, malik olduğu maldan tövbə vaxtı pay ayırmalıdır.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.