"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Göndərilib: Ş. Dek. 25, 2004 10:57 pm İsmarış mətni: Hicab
-b-
AsSalamu alaikum.
Əziz bacilar!
Bildiyimiz kimi örtünən müsəlman qadınlarımızın (Allaha şükür!) günü-gündən çoxlamasına baxmayaraq, cəmyyətimizdə onlara münasibət hələ də birmənalı deyil. Çoxları hələ də hicabın nəyə lazım olduğunu anlamayaraq, "yəqin başə agrayır", "molladır, qoy deyim, mənə də dua yazsın", " yazıq qızın başı xarab olub" kimi fikirlər söyəyirlər. Bu bir tərərfdən həm gülməlidir, həm də ağlamalı...
Gəlin, bu bölmədə hicabla əlaqədar başınıza gələn maraqlı, gülməli, ağlamalı hadisələri yazaq. İnanıram ki, Allahın iznilə hamımız üçün maraqlı olacaq.
Men hcicabla elaqedar basima gelen ve netice cixarmagima sebeb olan bir hadiseni danismaq isteyirem.
Cox xosladigim bir magazaya tez-tez gedirdim. Satici qizlardan biri etrafimda firlanir, ne almaq istediyimi sorusur, sanki nese demek isteyirdi. Ozunuz bilirsiniz, bir cox magazalarda saticilar zehletoken davranislarla musteriden el cekmir, olmazin sisirdilmis sozlerle mallari terifleyib aliciya calamaga calisirlar. Bu ise insanin eseblerine toxunur.
Bu qizi da belelerinden hesab elediyimden, kobud sekilde bir sey istemediyimi deyib narazi halda magazadan cixdim. Hadise bir nece defe tekrar olunduqda muselman bacilardan biri uzumun halindan esebilesdiyimi gorub ne bas verdiyini sorusdu. Dedim. Baci ise hemin satici qizin namaz qildigini, hicab geyinmek istediyini, lakin tereddud etdiyini bildirdi. Meslehetlesmek, hicaba nece geldiklerini oyrenerek, ozune mueyyen menada menevi destek axtarmaq meqsedile deharda hicabli qiz gorermis tanis olmaga calisarmis.
Bunu esitdike olduqca utandim. Bir terefden de sevindim.
Utanmagima sebeb kobud cavabim idi. Qerara aldim ki, bundan sonra tekce muselmanlarla deyil, hamiyla xosreftar olacam.
Sevinmeyime sebeb ise hicabimin daha br musbet keyfiyyetini kesf etmeyim idi. Ozunuz dusunun, bacilar, eger hicabimiz olmasaydi, yaxinlarimizdan basqa xarici gorunusumuze gore kim Islamla maraqlandigimiz basa duse bilerdi. Bele olduqda ise kenar adamlarin suallarina cavab verib Allahin raziligini qazana bilmek shansimiz azalmazdimi? Bax ona gore de xoshbextem ki, hicab taxiram!
Sevinmeyime sebeb ise hicabimin daha br musbet keyfiyyetini kesf etmeyim idi. Ozunuz dusunun, bacilar, eger hicabimiz olmasaydi, yaxinlarimizdan basqa xarici gorunusumuze gore kim Islamla maraqlandigimiz basa duse bilerdi. Bele olduqda ise kenar adamlarin suallarina cavab verib Allahin raziligini qazana bilmek shansimiz azalmazdimi? Bax ona gore de xoshbextem ki, hicab taxiram!
-b-
Can bacı, Allah bu dünyada da, axirətdə də səni xoşbəxt olanlardan etsin! Amin!!!
Doğru deyirsən, bəzən insanlara münasibətdə səbirsizlik edib sonra da yanlış etdiyimizi dərk edirik. Allah şükr edək ki, bizim hicabimıza baxib ağızbüzənlərlə yanaşı onun arzusunda olan qızlarımız da var! Və əlhəmdulillah ki, günü-gündən artmaqdadirlar _________________ ...::Deyilən hər söz mənəviyyatın təsdiqidir!::...
Göndərilib: Ş. Yan. 22, 2005 10:01 pm İsmarış mətni:
Salam aleykum.
Mən də başıma gələn bir hekayəni yazmaq istəyiəm.
Bacımla həmişə hicab üstündə davamız olur. Gah onun mənim hansısa hicabım xoşuna gəlir, gah da mən onun təzə hicablarından birini geyinmək istəyirəm. Bir pis xasiyyətim var, görəndə ki, hicabını mənə vermir, gizlincə taxıb bayıra çıxıram. Günlərin birində Peyğəmbərimizin icazəsiz götürülən malın nə qədər günah olduğunu göstərən bir hədisini oxudum və birdən-birə canıma qorxu düşdü. Özümə söz verdim ki, bundan sonra icazəsiz heç kəsin heç nəyinə dəyməyəcəm. Ardan bir müddət keçmiş bacımın olduqca gözəl materialdan hazırlanmış, qara rəngli təzə hicabını geymək istədim. Bacımın bu hicabını çox xoşladığını bildiyimdən, əvvəlcə icazə almadan "istəsəm onsuz da verməyəcək, gizlincə taxsam xəbəri də olmaz" deyə fikirləşdim, birdən özümə verdiyim söz yadıma düşdü. Verməyəcəyinə əmin olduğum halda gedib hicabi taxmaq üçün icazə istədim. "Yox" dedi. Əvvəlcə ürəyimdən incimək keçdi. Sonra özümü danladım ki, heç səninki də sözdür. Bacın öz hicabını bircə dəfə də taxmayıb, amma sənin ürəyindən keçənə bax, əcəb müsəlmansan. Belə fikirləşib sakitcə "yaxşı" dedim və o birisi otağa keçdim. Bir az sonra bilirsiniz, nə oldu ? Bacım yanıma gəlib hicabını mənə hədiyyə etdiyini bildirdi. Elə sevindim ki. Demək ki, səmimi qəlbdən Allah üçün əsl müsəman olmağa çalışaraq, öz üzərində işləyirsənsə, əməllərin mükafatsız qalmır.
Hamınıza bunu arzulayıram.
Göndərilib: B. Fev. 13, 2005 10:39 pm İsmarış mətni:
Allahın salamı olsun Onun mömin bəndələrinə
Allahın salamı olsun Əziz islam Peyğəmbərinə və onun pak Əhli-Beytinə
Qərbin şayəsinə aldanmayın...
Müasir dövrün əsas və ümdə problemlərindən biri də ailə münasibətlərinin kəskin şəkildə pozulmasıdır. Sürətli artan boşanmalar və bunun nəticəsində sahibsiz qalaraq pis mühitə düşən uşaqların gələcəyi cəmiyyətin tarazlığının pozulma amillərindən biri və əsasıdır. Təkcə 2003-cü il ərzində Türkiyədən Azərbaycana qaytarılan boşanmış, aldadılaraq və s. yollarla aparılmış qadınların sayı, aparılan hesablamalara görə 2000-dən artıq bir say təşkil edirdi. Bu yalnız bir faktdır və bu cür faktlar dünyanın başqa ölkələrində bundan qat-qat çox və biabırçı şəkildə özünü göstərmiş və göstərməkdə davam edir. Məqsədim özümüzə sayın az olması ilə təsəlli vermək də deyil. Məqsədim bu halları yaradan səbəblərin nədən ibarət olması barəsində qısa da olsa həqiqəti deməkdir. Bu səbəblərin kökündə qadın azadlığı, qadın hüququ kimi məsələlər durur. Islamdan əvvəl də elə indiki qərb dövlətlərində olduğu kimi qadınları pulla alır, satır və qul kimi istifadə edirdilər. Qərb çılpaqlığını “qərb mədəniyyəti” adı ilə dünyaya sırımağa çalışan qüvvələr isə əslində əsl qadın azadlığı nümayiş etdirən və qadın hüquqlarını onlara olduğu kimi verən Islama hücum etmək məqsədindədirlər. Islamın qadınlara verdiyi maddi və mənəvi hüquqlarla tanış olan başqa dinə mənsub insanlar və xüsusən qadınlar islamı qəbul etməklə bunu bir daha sübut edirlər. Islama olan bu axın, təbii ki, həmin ölkələrin hakim dairələrini və din xadimlərini narahat etməyə bilməz. Təsadüfi deyil ki, Fransada artıq islama olan bu kütləvi axına qarşı dövlət tədbir görməyi qərara aldı və ilk addım olaraq qadınlara hicablı şəkildə məktəblərə getməyi qadağan etdi. Bu cür dövlətlər islam dininin qadın azadlığı və hüquqlarının, qadın ismət və iffətinin nişanələrindən biri olan hicaba -“geridə qalma” adını verməklə, insanların islama olan rəğbətini aradan aparmaq istəyirlər. Lakin hər bir islamdan məlumatlı insan bilir ki, qərbin bu siyasəti əslində heç bir ölçüyə sığmayan, heç bir gövhərlə müqayisə edilə bilməyən islam qadınının ismətinə sahib çıxmaq, bu isməti ayaqlar altına atmaq və alıb-satmaq istəyidir. Islam isə bu məhz cür çirkinliklərin baş alıb getdiyi vaxtda Ərəbistan yarımadasında zühur etdi və bu istəkləri haram və batil adlandıraraq yasaq buyurdu. Islam dini qadınların kölə kimi pul ilə alınıb satılmasına, şəxsi mənafelər üçün istifadə edilməsinə, xidmətçi kimi işlədilməsinə, döyülməsinə və s. bu kimi insaniyyətdən uzaq əməllərin icrasına qadağa qoydu. Əvəzində isə qadınlara dünyanın heç bir neməti ilə ölçülməyən azadlıq, maddi və mənəvi hüqüqlar verdi... _________________ İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Göndərilib: B.e. Apr. 11, 2005 12:45 pm İsmarış mətni:
Slam aleykum gardashlar ve bacilar.Men bashima gelen ve helede davam eden hadiseni danishmag lsterdim.Beleki men nisanliyam ve mende,gizda namaz gilirig ve ALLAHIN izni ile imanimizi guclendirmeye ve daha da artmasina var gucle calishirig.Bu ishde mende hec bir cetinlik yoxdur INSHALLAH,amma gizda veziyyet agirdi men her defe onlara gedende valideynleri bashlayirlar menle mubahise etmeye.Men deyirem ki hicab ferz ve ALLAHIN geti emrlerinden biridir.Ve ayeleride gosterirem.bizim ise ne geder iman guclenirse ""bala namazini gil besdir''''siz elediyiniz '''FANATIKLIKDIR'''bu geder derine gedmeyin.Bununlada giza hicabi gadagan edib goymurlar geyinmeye ve bu azmish kimi atasi deyirki EHLI SUNNE yolu gedirsense men sene bu evde namazi halal etmirem yeni gilma SUBHAALLAH. ALLAHIN ve mene bu ishde ancag sebr galir ve dua etmek galir,cunki sozune mehel goymirlar.Ve bu hadiseden cox kederlenirem indi bele aileler coxdur.Allah hamisina hidayet versin ve bu bacilarimiza ozu komek olsun INSHAALLAH (AMIN) _________________ Həqiqətən, mö’minlər nicat tapmışlar!
Göndərilib: Ç.a. Apr. 12, 2005 8:47 am İsmarış mətni:
-b-
AsSalamu alaikum.
V.AZER,
Qardaş, Allah kömək olsun! Allah nişanlınıza da, sizə də tam mənasıyla müsəlman olmağı qismət eləsin...Amin!
İlk əvvəl bildirmək istərdim ki, bütün bu dedikləriniz və hətta bundan daha da qorxunc çətinliklər praktiki olaraq, İslamı qəbul etmiş hər bir müsəlmanın başına gəlib və gəlir də. Bu normaldır. Bilmək lazımdır ki, Allah Subhanahu və Taalə bizi çətinliklərlə sınağa çəkərək, imanımızı, İslama nə qədər bağlı olduğumuzu, birinci çətinlikdə qorxub qaçıb-qaçmayacağımızı yoxlayır. Quranda "siz elə bilirsiniz imtahan edilməmiş Cənnətə girəcəksiniz?!" məzmununda bur çox ayəyə rast gəlmək olar. Bu da dediklərimin təsdiqidir.
O ki, praktik məsləhətə, məncə, yaxşı olardı ki, tez bir zamanda əgər kəbininiz yoxdursa, kəbn kəsdirəsiniz. Ondan sonra, qızın vəlisi artıq atası yox, siz olursunuz. Bundan sonra qızın ailəsinə, və həmçinin öz ailənizə İslamın fərzlərini bir də başa salın. Başa düşmədikləri halda, heç bir formal adətləri gözləməyərk, müsəlmana yaraşan şəkildə toy edin və şəxsi eviniz yoxdursa, Allahın köməyilə ev tutaraq, yaşayın. Beləliklə, həm bacımız rahat şəkildə örtünər, həm də siz namazlarınızı tam xüşu ilə qıla bilərsiniz. Maddi çətinliklərdən isə heç vaxt qorxmayın.
Və valideynlərinizin hidayəti üçün dua etməyi də unutmayın. Çünki Allah Eşidəndir, Biləndir.
Allah bütün valideynlərə müsəlman övladlarını başa düşmək üçün hidayət versin...Amin!
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.