Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Gündəlik qeydlər
Səhifə Əvvəlki  1, 2, 3
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İMAN
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 419
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C.a. Dek. 16, 2004 10:53 am    İsmarış mətni: Sitatla cavab ver

-b-

RəsuluLlah- səllAllahu aleyhi və səlləm -ın əxlaqı (3)

- Öz əleyhinə olsa belə haqqı söyləməkdən çəkinməmək

- Kimdən gəlməsindən asılı olmayaraq, həmişə verilən nəsihətlərdən fayda götürmək

- Ailə üzvlərinə və övladlarına qarşı ədalətli olmaq, qayğılarına qalan zaman ayrıseçkilik etməmək

- İnsanların verdiy əziyyətə qarşı səbrli ol, onları bağışla ki, Allah da səni bağışlasın

- Öz nəfsin üçün icazə verdiyin əməlləri başqalarına da icazə vermək

- Həmişə ədalətli olmağı şüar tutmaq

- Salamı qaydasınca (AsSalamu alaikum və RəhmatuLlahi və Bərəkətuhu) vermək, onun yerini "hər vaxtınız xeyir, gününüz aydın" kimi sözlərin tutmasına icazə verməmək

- Qohum-əqraba ilə görüşən zaman gülərüz olmaq, xoş sözlə, şirin dillə hər birinin könlünü almaq

- Ağarmış saçlarını qara rəngə boyamaqdan çəkinmək

- Dünyaya və dünya malına qarşı həris, tamahkar olmamaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 419
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C. Dek. 24, 2004 4:56 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

YALAN

Müsəlman yalnız 3 halda yalan danışa bilər.

1. Müharibə zamanı düşmənə;
2. Həyat yoldaşına alınan hədiyyənin qiymətini olduğundan çox deyərək, könlünü almaq;
3. İki müsəlmanın arasını düzəltmək məqsədilə.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 419
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Ş. Dek. 25, 2004 10:29 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

Musiqi

- Musiqi alətlərinin iştirakı ilə olan bütün mahnılar, hətta məzmunu xeyirli belə olsa dinlemek qadağandır
- Musiqi alətlərinin iştirakı olmasa da, naməhrəm qadın tərəfindən oxunan mahnıları dinləmək qadağandır
- Sözləri olmayan bütün musiqiləri dinlemek qadağandır
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 419
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B. Dek. 26, 2004 11:15 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

Hicab.

Əsl hicab yalnız aşağıdakı 8 qaydaya uyğun olarsa, hicabdır

1. Hicab bütün bədəni (əl və üz istisna olmaqla) örtməlidir.
2. Bəzəkli (daş-qaşlı, zər-zibalı, parıltılı və s.) olmamalıdır
3. Qalın parçadan olmalıdır, bədən üzvlərini göstərməməlidir.
4. Dar olub, bədən xətlərini bildirməməlidir.
5. Siqaret və ətir iyi gəlməməlidir.
6. Kişi geyiminə oxşamamalıdır.
7. Xristiyanların, yəhudilərin, müşriklərin paltarlarına oxşamamalıdır.
8. Ekstravaqant olub(müxtəlif formalı) olub başqalarının diqqətini cəlb etməməlidir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 419
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Çər. Dek. 29, 2004 2:48 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

Talaq (Boşanma).

Talaq kişinin əlindədir, qadın yalnız talaq tələb edə bilər. Talaq kişi tərəfindən narazı qaldığı zövcəsinə qarşı yalnız aşağıdakı mərhələlər kömək olmaqdıqda, ən son anda tətbiq oluna bilər.
1. Nəsihət eləmək,
2. Yataqdan ayırmaq (ayrı yataqlardada yatmaq yox, əlaqədə olmamaq nəzərdə tutulur),
3. Yüngülvari fiziki qüvvə tətbiq etmək- Bu artıq elə bir son həddir ki, qadın hadisələri buna gətirməməlidir.
4. Hər 2 tərəfdən yaxın kişi qohumları(ağsaqqalları) nəsihət üçün dəvət etmək. Kişi qohum yoxdursa, onda qadınlar da olar.
5. Əgər yuxarıda sadalanan mərhələlər nigahın bərpasına kömək etmirsə, boşanmaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 419
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Ç.a. Yan. 04, 2005 5:32 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

Azmağın dərəcələri


1. İnanmamaq(şirk). Kafirlik-Allaha və Onun elçisinə düşmənçilik və Allaha şərik qoşmaq. Şeytanın bəndədən istədiyi ən birinci kafirlikdir və buna nail olmayana qədər insanı rahat buraxmır. Əgər buna nail ola bilməsə, ikinci (2) dərəcədə ondan əl çəkmir.

2. Yenilik(bidət). Bidət şeytana günahlarından və şərəfsizliklərindən əzizdir, çünki onun zərəri dinə toxunur. Bidət bütpərəstliyə və kafirliyə açılan qapıdır. Şeytan buna da nail ola bilmədikdə üçüncü(3) dərəcəyə aşağı salmaq istəyir.

3. Böyük günahlar. Allahın qəzəbi, Peyğəmbərin həmin əmələ lə`nəti varsa, bu, böyük günah hesab olunur. Şeytan insanı bununla da yoldan çıxara bilmirsə, onda dördüncü(4) dərəcəyə keçir.

4. Kiçk günahlar. Bunlar çoxlu miqdarda yığıldıqda onu törədəni məhv edə bilər. Əgər şeytan buna da nail ola bilmirsə, növbəti dərəcədə (3) insandan əl çəkmir.

5. İcazə verilmiş işlər. Şeytan insanı icazə verilmiş işlərlə məşğul olmağa, davamlı yatmağa, bol yeməyə, içməyə, həmçinin geyinməyə və bunlarda israf və xeyirsiz vaxt sürməyə vadar etməyə çalışır. Əgər insanı bu dərcəyə də sala bilmirsə, onda şeytan onu növbəti dərəcəyə (2) ötürür.

6. İkinci dərəcəli işlər. Şeytan bəndəni əsas İslam əməllərindən yayındırmağa cəhd göstərərək, xeyirli ikinci dərəcəli işlərlə məşğul olmasına səy göstərir. Bunu çox az insan başa düşür. Kimsə bir yaxşı iş görməyə cəhd göstərəndə ağlına belə gəlmir ki, bu şeytandan ola bilər və o özü ozünə bunun Allahdan olduğunu deyir. Əgər o bilmirsə ki, şeytan bəndənin qarşısında 70 xeyir qapısı açır və yaxud onu 70 xeyir qapısını aşan xeyirdən uzaqlaşdırmaq istəyir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 419
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C.a. Yan. 27, 2005 8:59 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

Günahın zərərləri.

- Elmdən məhrum olmaq;
- Qəlbdə tənhalıq və narahatlıq hissi keçirmək;
- Zəiflik;
- İşlərin düyünə düşməsi;
- Xeyir-bərəkəin götürülməsi;
- Uğursuzluq;
- Təngnəfəs omaq;
- Pisliklərin meydana gəlməsi;
- Digər günah işlərə də qurşanmaq;
- Günahı Allah və insanlar üçün əhəmiyyətsiz sanmaq;
- Heyvanların lənəti;
- Murdar paltar geymək;
- Qəlbən günaha meyl eib lənətlənməyə layiq olmaq;
- Duanın qəbul edilməsinə mane olmaq;
- Quruda və dənizdə fitnə-fəsad törədi qeyrəti, həyanı itirmək;
- Nemətlərdən məhrumiyyət;
- Asi qəlbin qorxu hissi keçirməsi;
- Şeytanın əsirinə çevrilmək;
- Pis sonluq;
- Axirət əzabı.

(İbn əl-Qiyəm "Dərd və dərman", "Faydalar")
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 419
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Ş. Yan. 29, 2005 9:39 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

Bir günahdan əl çəkib yeni birinə meyl etməyin səbəbləri:

1. Günahın məsuliyyətinin yüngül olmasının zənn edilməsi;
2. Nəfsin daha çox günaha mail olması, ehtiras və şəhvət hislərinin güclənməsi;
3. Günaha yol vermək şəraitinin başqasından, səbəbləri hələ mövcud olmayan və hazırlanmağa möhtac olan günahdan daha əlverişli olması;
4. Yaxınlarının, qohum-əqrəbanın günah işlərlə bağlılığı üzündən insanın özünün də onlardan əl çəkə bilməməsi.
5. Günah işin bir adam üçün şan-şöhrət, dostlar arasında mövqeni itirmək üçün vasitə olması. Bu mövqeni itirmək qorxusu insanı asilikdə israr etməyə məcbur edir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 419
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C. Fev. 04, 2005 11:46 am    İsmarış mətni: Sitatla cavab ver

-b-

Müsəlmana aşağıdakı şəxsləri salam vermək yaraşmaz:

1. Tanış olmayan gənc qızlara, qadınlara;
2. Şahmat, nərd kimi oyunları oynayanlara;
3. Qumar oyunları oynayanlara;
4. Sərxoşlara;
5. Qeybətçilərə;
6. Müğənnilərə;
7. Utanmadan günah işlər görənlərə;
8. Kişilərə, hansı ki, həmin anda naməhrəm qız və qadınlara baxır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 419
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. Fev. 21, 2005 4:19 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

Insanlarla münasibətdə aşağıdakılara diqqət etmək gərəkdir:

1. Allaha münasibətini qaydaya sal ki, Allah da insanlarla münasibətlərini qaydaya salsın;
2. Səninlə necə davranılmasını istəyirsənsə, insanlarla o cür davran;
3. Ən çətin, sevincli və kədərli anları təbəssümlə qarşılamağa çalış;
4. Hətta səni məqsədyönlü şəkildə əsəbiləşdirməyə çalışsalar da, sakitliyini qoru;
5. Başqalarının istək, hüquq və tələblərini heç vaxt tapdalama;
6. Xüsusən də ilk görüşdə opponentlə ünsiyyətdə lazımi cümlələrin seçilməsinə, gülərüzlü olmağa səy göstər;
7. Pis atmosfer olan mühitdən mümkün qədər tez və etik qaydalara müvafiq şəkildə ayrılmağa çalış.
8. Həmsöhbətini çox yormamaq üçün aradabir əxlaq hüdudları daxilində zarafatlarla, yumorlarla dialoqunuzu bəzə;
9. Kiçik hədiyyələrlə qarşıdakının ürəyinə yol tapmağa çalış.
10. Görüşərkən və sağollaşarkən təbəssümü üzündən, gözəl sözləri dilindən əskik etmə;
11. Verdiyin sözə heç vaxt xilaf çıxma, həmişə sözün düzünü danışmağa səy göstər.
12. Əliaçıq ol, əlindəkini ehtiaycı olanlarla bölüş;
13. Təvazökar ol və bütün işlərini qaydada saxla;
14. Bədən, ağız, geyim, iş və yaşayış yerinin təmizliyinə diqqət elə.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İMAN Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2, 3
3 səhifə (Cəmi 3 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran