MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Yaralinin iniltisi

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 169

İsmarışGöndərilib: Çər. Fev. 02, 2005 10:35 pm    İsmarış mətni: Yaralinin iniltisi Sitatla cavab ver

Bismillahirrahmanirrahim

Yaralının iniltisi

Bu sözləri sənə, tam səmimi qəlbdən hədiyyə edirəm. Bu sözlər, o yaralının ağrısındandır, onun gözlərindən tökülən qan göz yaşlarındandır, buna səbəb isə sənsən.

Sənə, ey təhlükəli qəflət yuxusunun qoynunda olan, o yuxu ki, səni öz odu, alovu ilə yandırır. Sən bunu hiss etməyərək ondan ləzzət alırsan, o isə öz zəhərli oxunu sənə batırmaqda davam edir. Sən bunu, o gözəl sübhdən və sərin, yumşaq və ruhu qaytaran havadan üstün tutdun.

Sənədir bu ağrılı-acılı sözlər. Bu sözlər, sənə həyat bulağını qaytarmaq üçün, həmin həyatın damarlarına qan vuran ürək dıqqıltılarıdır.

Sənin üçün xatırladıram, sən onu itirirsən, halbuki o, sənin həyatında böyük yer tutur, sənə daim vəfalı qalır, sənə görə səbr edir, sənin qapının kəndarında darıxaraq, səbirsizliklə gözləyir, hər gün ağlayaraq gözləyir. Bilinmir, bu göz yaşları elə onun öz simasıdır, yoxsa sənə görə, sənə acıyaraq ağlıyır.

Onun göz yaşları ağrı ilə tökülür, o, sənin ruhundan çıxan bir ruhdur. Sən hiss etsəydin, o ruh, can yandıraraq sənin önündəki çətinlikləri əridərək, hasarları sındıraraq, yolunu işıqlandırır. Sən isə əksinə, onunla mübarizəyə girərək, hər dəfə onu söndürürsən, o da öz işığını sənin gözlərinin nurundan kəsir.

Ondan uzaq olduğuna və ondan ayrıldığına şikayət edir, amma görəsən bu şikayətlər sənin qulağına çatırdımı?!

Öz gözəlliyini, xislətini, fəzilətini, yaxşılığını sənə xatırladır, sənə hədiyyələr təqdim eləyir, amma mən görürəmki sən ondan üz döndərirsən, hər şeyi rədd edirsən, o öz nurunu sənə tərəf yönəltsə belə.

Sən ondan üz döndərsən də belə, o səndən bezmir və hər gün səni öz təbəssümü ilə qarşılayır, sənə öz xeyir əlini açmaqdan bezmir, sən ondan yorulub, narahat olsan belə.

Bilirsənmi kimdir o yaralı, sənə görə qan ağlayan, sən isə qəflət yuxusunda yataraq heç xəbərin olmayan???

Bilirsənmi kimdir o, hər gün sənə öz xeyir əlini açan, sən isə cahilliyinlə onu geri qaytaran???

Bu, Sabah (Fəcr) namazıdır. O, öz tənhalığından və hamıdan uzaq olmağından şikayət edir.

O namazki, sən onun yerini və həyatında olan mənzilini, qiymətini bilmədin, cahillik edərək onu itirdin.


Ardı var…
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> NAMAZ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.