Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Tövbə

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Ən qaynar məsələlər burada müzakirə olunur
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 35

İsmarışGöndərilib: Ş. Yan. 22, 2005 9:37 pm    İsmarış mətni: Tövbə Sitatla cavab ver

Müqəddimə


Tövbələri qəbul edən, insanlara hidayət verən, ən ağır günahları belə bağışlayan mərhəmətli və rəhmli Allaha həmd və səna olsun. Şəhadət verirəm ki, tək, şəriki olmayan, bəxş etdiyi mülk sahibi olan təvvab Allahdan başqa tanrı yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir, ona, ailəinə və səhabələrinə salavat və çoxsaylı salamlar olsun!
Allah Taala bütün möminlərə tövbə etməyi əmr edərək, buyurur :

"Ey mö’minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız"
(Nur, 31)


Allah Taala bəndələri tövbə edənlərə və zalımlara bölmüş, üçüncü 1 qrupun olmadıgını bildirərək, buyurmuşdur:

"Məhz tövbə etməyənlər zalımlardır! "
(Hücurat,11)


Bu, çox adamın Allahın dinindən uzaqlaşdığı, asiliyin və fitnə-fəsadın hər tərəfi bürüdüyü bir dövrdür. Elə bir dövrdür ki, Allahın günahdan uzaq saxladıqlarından başqa xəbis əməllərə bu və ya digər dərəcəd məruz qalmamış adam yoxdur.
Lakin Allah nurunun tamamlanmasını istəmişdir, çoxları qəflətdən və yuxudan oyanmış, Allahın haqqı barədə təqsirlərini hiss etmiş, ifrat və itaətsizlikdən mininkləini tövbə mayakına doğru yönəltmişlər. Başqalarısa ağır həyata düçar oldular, yaşayışları daha da pisləşdi. Budur, onlar zülmətdən nura çıxış yolu arayırlar.
Lakin həqiqət arayan bu kütlənin yolu çoxsaylı maneələrlə qarşılaşır. Elə zənn edirlər ki, məhz bunlar onların tövbə etməsinə mane olurlar. Bu maneələrin bəziləri onların daxilində, bəziləri onları əhatə edən gerçəklikdədir.
Bütün bunlara aydınlıq gətitmək baxımından mövzunun vacibliyi özünü təsdiq edir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 141

İsmarışGöndərilib: Ş. Yan. 22, 2005 10:36 pm    İsmarış mətni: Re: Tövbə Sitatla cavab ver

Bismillahirrahmanirrahim
Allah razı olsun Zəhra bacımızdan. Çox gözəl və bizə lazım olan mövzudur. Həqiqətən də, bütün müsəlmanlar demirəm, amma bəlkə də 90% müsəlmanlar etdikləri günahlardan tövbə etmək istəyirlər. Bir tərəfdən bu yaxşı göstəricidir ki, bəzi müsəlmanlar heç olmasa bilirlərki günah edirlər və buna daxilən pis olurlar, tövbə etmək istəyirlər. Amma çoxları tövbə edə bilmir. Buna da səbəb, Zəhra bacımızın göstərdiyi ən əsas iki amildir.

Zəhra_H yazıb:
..... Bu maneələrin bəziləri onların daxilində, bəziləri onları əhatə edən gerçəklikdədir.
Bütün bunlara aydınlıq gətitmək baxımından mövzunun vacibliyi özünü təsdiq edir.



Məncə ikinci amil daha əhəmiyyətlidir. Müsəlmanın və ya daha doğrusu hər bir insanın ətrafındakılar ona təsir göstərir. Gərək biz elə insanlarla ünsiyyət bağlayaqki, onlar bizə mənfi təsir göstərməsinlər.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İqra! Bismi Rebbike...
Qonaq





İsmarışGöndərilib: B. Yan. 23, 2005 1:56 pm    İsmarış mətni: Sitatla cavab ver

İqra! Bismi Rebbikel-lezine xeleq...
Oxu! Yaradan Rebbinin adi ile...


(Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsəndə, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz! (Tovbe suresi - aye 80)
Əvvələ qayıt
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 35

İsmarışGöndərilib: B. Yan. 23, 2005 7:22 pm    İsmarış mətni: Sitatla cavab ver

Günahlara biganəliyin təhlükəsi.

Günümüzdə insanların çoxunun faciəsi ondadır ki, onlar təkəbbür göstərib Allahdan bağışlanma istəmirlər, gecə-cündüz müxtəlif növ günahlara yol verirlər. Onlardan bəziləri öz günahlarını kiçiltmək bəlasına düçar olurlar. Görürsən ki, biri özlüyündə kiçik günahlara nifrət etsə də deyir:"Bir baxış, yaxud yad qadınla əllə görüşməyin nə zərərəri ola bilər ki?!"
Bunlar jurnallarda və kino-filmlərdə gözlərini naməhrəmlərə dikir, bəziləri bu işin haram edildiyini bilə-bilə ona yol verir.
Bu nə qədər pis bir işdir! Bu günah böyükdür, yoxsa kiçik? Belə bir hadisənin şahidi olsan, onları Buxarinin(Allah ona rəhmət eləsin) "Səhih" əsərindən götürülmüş 2 deyimin məzmunu ilə müqayisə et:
1. Ənəs(r.a.) demişdir"Siz bilməlisiniz ki, əməllər sizin gözünüzdə tükdən də incədirlər. Allah peyğəmbərinin(s) dövründə biz onların gətirə biləcəyi aqibəti hesaba alırdıq.
2. İbn Məsud(r.a.) demişdir:"Mömin öz günahlarını elə görür ki, elə bil o, dağın altında onun uçulacağından qorxa-qorxa oturmuşdur. Abırsız günahkar üçünsə günahları bir milçək kimidir, burnunun ucundan vızıltı ilə uçub keçir, o isə əli ilə onu qovur".
3. Bu adamlar Peyğəmbərin(s) aşağıdakı hədisini oxuduqda indi bu işin nə qədər təhlükəli olmasını nəzərə almırlarmı.Peyğəmbər(s) buyurur:"Siz və öz günahlarına biganə qalanlar. Öz günahlarına biganə qalanlar vadinin dibində yaşayan tayfa kimidir. Hərə çöp boyda bir günahla gəlsə, onları yığıb öz yeməklərini bişirirlər. Günah ona biganə qalan günahkarı məhv edir". Bu hədisin başqa bir rəvayətində deyilir:"Siz və günahlarına biganə qalanlar. Günahlar sahiblərinin başının üstünü alıb onları məhv edirlər."
4. Alimlər qeyd etmişlər ki, həyanın azlığı, biganəlik və Allahdan qorxmamaqdan doğan kiçik günah biganəlik üzündən böyük günah dərəcəsinə çatır, ona əlavə edilməsə də. Buna görə israr və inadkarlıq olan yerdə kiçik günah olmaz, bağışlanma dilənən yerdəsə böyük günah olmaz.
Bu halda olan şəxslərə üz tutub deyirirk: Günahin kiçikliyinə baxma, kimin günaha yol verdiyinə bax.
İnşaAllah, günah etdiklərini, təqsirkar olduqlarını hiss edən, özünü itirməyib batil əməldə israr etməyən sadiq adamlar bu sözlərdən faydaanacaqlar.
Bu sözlər Allahın aşağıdaki buyruğuna iman gətirənlər üçündür:
"Ya Məhəmməd! Qullarıma xəbər ver ki, tövbə edəcəkləri təqdirdə Mən, həqiqətən, bağışlayan və rəhm edənəm! Eyni zamanda əzabım da çox şiddətli əzabdır!"
(Hicr, 49-50)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 35

İsmarışGöndərilib: B.e. Yan. 24, 2005 11:23 pm    İsmarış mətni: Sitatla cavab ver

Tövbənin şərtləri.

Tövbə böyük sözdür, dərin mənaları vardır. Bu heç də bəzilərinin düşündüyü kimi dildə deyib, əməldə günah işlətməyə davam etmək deyildir. Allah Taalanın bu barədə olan kəlamı haqqında dərindən düşünmək lazımdır :

"Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin "
( Hud, 3)

Tövbənin aşağıdakı şərtləri mövcüddur :

1. Günahda əl çəkmək başqa heç bir şeyə görə deyil, yalnız Allahın xatirinə olmalıdır. Belə ki, günah işi görmək qüdrətinə malik olmamağa, onu bir daha təkrar etməyi bacarmamağa və yaxud adamların söz-zöhbətindən qorxuya görə ondan əl çəkmək düzgün deyildir. Bunun üçün peşmançılıq, asilik arzusundanəl çəkmək və ya olub keçənlərə təəssüf hissi keçirmək lazımdır. Məhz bu hala Peyğəmbərin "Peşmançılıq tövbə deməkdir" (İmam Əhməd, İbn Macə) sözləri aiddir.

2. Günahın qəbahətini və zərərrini unutmaq istəmədən tövbə etməzlər. Bu o deməkdir ki, həqiqi tövbə keçmiş günah yada düşəndə, ləzzət və sevinc hissi duymaq və ya gələcəkdə bir daha ona qayıtmaq istəyi ilə bir araya sığmaz.

3. Bəndə tövbə etməyə tələsməlidir. Çünki tövbənin gecikdirilməsinin özü də günahdır və yeni bir tövbəyə möhtacdır.

4. Tövbənin nöqsanlı olmasından qorxmaq. Adam tövbəsinin mütləq qəbul edildiyinə arxayın olmamalıdır, özünə inanmalı və özünü Allahın nifrətindən sığorta etməlidir.

5. Allahın itirilmiş haqqını başa düşmək. Məsələn, imkan varsa, əvvəllər mümkün olmamış zəkat ayırmaq, həmçinin kasıblara vacib olan yardımları etmək kimi işləri yerinə yetirmək.

6. Asilik olan yeri tərk etmək. Belə ki, bu yerdə olmaq adamı bir daha günaha sürükləyir.

7. Asilikdə yardımçıolan adamdan ayrılmaq. Allah Taala buyurur :

"Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!"
(Zuxruf, 67)

Qiyamət günü pis işlərdə həmkar olanlar bir-birini lənətləyəcəklər. Buna görə də O Gün gəlib çatana qədər bu cür adamlardan uzaqlaşmalı, onlarla əlaqəni kəsməli, onları tərk etməli və özünü onlardan qorumalısan. Onların çağırışları qarşısında aciz olsan, şeytan sənə yoldaş olar, bu çağırışlara uyub yenidən onlara qoşularsan.

8. Malik olduğu haram şeyləri məhv etmək. Bura spirtli içkilər, haram olan musiqi alətləri, abırsız kino-filmlər, romanlar və s. aiddir. Belə şeyləri sındırmaq, məhv etmək yaxud yandırmaq vacibdir. Haqq yolunun başlanğıcında bütün nadanlıq libasının atılması məsələsi də həll edilməlidir.

9. Özünə əməli saleh yoldaşlar, köməkçilər seçmək gərəkdir. Bunlar pis yoldaşları əvəz edir,zikr etmək, elm məclislərində iştirak kimi işlərlə məşğul olur, boş vaxtlarını faydalı şeylərə sərf edir və bununla da şeytana keçmişi onların yadına salmaq imkanı vermirlər.

10. Öz orqanizminə arxalanmaq. Adam öz bədənini yetişdirir ki, onun enerjisini Allaha itaət yolunda sərf etsin. Halallığa bağlı qalır ki,təmiz ətə və qana malik olsun.

11. Tövbə xırıltıya qədər, günəş Qərbdən çıxmamışdan qabaq baş verməlidir. Xırıltı ruh bədəni tərk edənə qədər boğazdan çıxan son səsdir. Peygəmbər bu barədə buyurur :
"Canını tapşırmazdan qabaq edilən tövbə qbuul edilir." (Əhməd, Tirmizi)
Həmçinin :
"Günəş Qəbdən çıxana qədər tövbə edənin tövbəsini Allah qəbul edər" (Muslim)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 35

İsmarışGöndərilib: Ç.a. Yan. 25, 2005 8:10 pm    İsmarış mətni: Sitatla cavab ver

Tövbə özündən əvvəl olanları silib təmizləyir.

Birisi deyir : Tövbə etmək istəyiəm, lakin kim zəmanət verir ki, Allah məni bağışlayar. Tutaq ki, tövbə etdim və doğru yola gəldim. Lakin tərəddüd hissi məni rahat qoymur. Bilsəydim ki, Allah məni bağışlayar, tövbə edərdim!
Bu adama deyirəm ki, sənin keçirtdiyin hissləri sənə qədər Allah Peyğəmbərinin səhabələri də yaşamışlar.
Aşağıda verilən 2 rəvayətin məzmunu barədə dərindən düşünsən, Allahın köməyilə məfsində olanlar ötüb keçəcəkdir :
Birincisi- Mərhum imam Muslim Əmr ibn Asın müsəlman olması hekayəsinin verir :"Allah Taala İslamı qəlbimə yeləşdirdikən sonra Peyğəmbərin yanına gəlib dedim :
- Sağ əlini mənə ver, sənə beyət edim.
Peyğəmbər sağ əlini uzadıb əlini tutdu və dedi :
- Nəyə şərt qoymaq istəyirsən
Dedim ki, məni bağışlasın. Dedi :
- Ya Əmr, bilmirsən ki, İslam özündən əvvəl olanları ləğv edir. Hicrət özündən əvvəl olanları ləğv edir. Həcc özündən əvvəl olanları ləğv edir.
İkincisi- İmam Muslim ibn Abbasın bu rəvayətini verir
"Şirk əhli olan bir dəstə adam çox qətllərə yol verdilər, çox zinalar etdilər və sonra Məhəmməd peyğəmbərin yanına gəlib dedilər :
- Sənin dəvət etdiyin və dediklərin yaxşıdır. Bizə desən biz kəffarət edərik.
Bu zaman Allahın aşağıdakı kəlamı nazil oldu :
"Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər."
(Furqan, 68)
Həmçinin :
"(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!"
( Zumər, 53)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 35

İsmarışGöndərilib: Çər. Yan. 26, 2005 11:11 pm    İsmarış mətni: Sitatla cavab ver

Allah məni bağışlayarmı ?

Deyirsən ki, tövbə etmək istəyirəm, amma günahlarım həddindən artıq çoxdur. Sənin təsəvvürünə gətirə biləcəyim və ya bilməyəcəyim elə bir abırsızlıq yoxdur ki, onu etməyim. Özü də o dərəcədə çoxdur ki, bilmirəm, Allah məni uzun illər ərzində etdiklərimə görə bağışlaya bilərmi ?!
Qardaşım, bu təkcə sənin yox, tövbə etmək istəyən çox adamın problemidir.
Bir müsəlman olaraq, prinsipimiz bu tip məsələlərdə Quran və Sünnəyə müraciət etmək olmalıdır. Kitaba müraciət etsək, Allah Taalanın bu mübarək kəlamına rast gələcəyik :

"Ya Peyğəmbər! Özlərinə zülm etməkdə ifrata varanlara de ki, Allahın mərhəmətindən ümidsiz olmasınlar. Allah bütün günahları bağışlayandır. Həqiqətən, O, Bağışlayan və Mərhəmət edəndir. Rəbbinizə tövbə edin və təslim olun!"
(Zumər, 53-54)


Göstərilən problemə dəqiq cavab budur. O çox aydındır və əlavə şərhə ehiyacı yoxdur. Günahların Allahın onları bağışlaya biləcəyindən artıq dərəcədə çox olmasının təsəvvürü aşağıdakı səbəblərdən irəli gəlir :

1. Rəbbimizin mərhəmət ölçüsü barədə bəndənin biliyinin yəqin olmamasından. Bu məsələni aydınlaşdırmaqda Allah Taalanın bu kəlamı kifayətdir :
"Mənim mərhəmətim hər şeyi əhatə edir"
(Əraf, 56)


2. Allahın bütün günahları bağışlamaq qüdrətinə inamın nöqsanlı omasından. Aşağıdakı səhih hədis bu məsələni aydınlaşdırmaqda köməyimizə gələcəkdir :
"Allah Taala buyurur ki, Mənim günahları bağışlamaq qüdrətinə malik olmağımı bilən şəxsin günahlarını bağışlayıram: bu Mənim üçün heç nədir, əgər Mənə şərik qoşmursa." (Təbarəni, əl-Hakim, səhihül Cami)
Bu, axirətdə bəndənin Rəbbilə görüş vaxtına aiddir.

3. Qəlbin ən mühüm əməllərindən biri olan rica etmək əməlinin zəifliyindən. Bu bəndin məzmununu aşağıdakı hədis aydınlaşdırır :
"Ey Adəm övladı! Məni çağırsa və rica etsən, səni bağışlaram, bu mənim üçün heç nədir. Ey Adəm övladı! Sənin günahların səmalar qədər olsa belə, sən Məndən bağışlanma diləsən, səni bağılaram, bu Mənim üçün heç nədir. Ey Adəm övladı! Sən yanıma yer boyda günahlarla gəlsən, Mənimlə görüşə Mənə şərik qoşmadan gəlsən, bir o qədər məğrifətlə səni bağışlaram"
(Tirmizi)


4. Günahların silinməsində tövbənin rolunu düzgün qiymələndirməmək. Bu bəndi izah edən hədis aşağıdakı kimidir :
"Peyğəmbər buyurur"Günahını tövbə edən, heç günah etməyən kimidir""
(İbn Macə)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 35

İsmarışGöndərilib: C.a. Yan. 27, 2005 8:35 pm    İsmarış mətni: Sitatla cavab ver

100 nəfəri öldürənin tövbəsi

Əbu Səid Sə`d ibn Malik ibn Sinan əl Xudri bu hədisi danışmışdır:
"Keçmiş zamanda bir kişi varmış. Onun qətlə yetirdiyi adamların sayı 99-a çatmışdı. O, yer üzünün ən bilikli adamı barədə sorşanda ona bir rahibi nişan verirlər. Qatil onun yanına gəlib deyir ki, 99 nəfər öldürmüşdür, tövbəsi qəbul olarmı? Rahib ona deyir ki, yox, olmaz. Qatil onu da qətlə yetirir və cinayətinin sayı 100 olur. Yenə də dünyanın ən müdrik adamı barədə soruşur, gəlib ona deyir ki, 100 adam öldürmüşdür, tövbə edə bilərəmmi? Alim deyir ki, bəli olar. Ona mane olan səbəb barədə deyir ki, elə bir yerə get ki, orda insanlar yalnız Allaha ibadət etsinlər. Sən də ibadətə qoşul və Allaha ibadət et. Öz vətəninə qayıtma, ora pis yerdir. Kişi yola düşdü, yolun yarısına çatanda ölüm onu haqladı, mərhəmət mələkləri və ölüm mələkləri onun barəsində mübahisə etdilər. Mərhəmət mələkləri dedilər ki, Allah Taalaya qəlbən tövbə edərək gəlmişdir. Əzab mələklərisə dedilər ki, o qətiyyən xeyir iş görməmişdir. Bir mələk adam simasında nazil olub onlar arasında hökm verdi və dedi ki, 2 yer arasındakı məsafəni ölçün, görün kişi hansına daha çox yaxınlaşmışdır. Ölçdülər və gördülər ki, kişi daha çox getmək istədyi yerə yaxındır. Mərhəmət mələkləri onu özlərilə apardılar."
İndi ey tövbə etmək istəyən, məgər sənin günahların Allahın tövbəsini qəbul etdiyi adamınkından daha çoxdur? Bu bədbinlik nə üçündür? Bil ki, Allah səmimi qəlbdən edilən bütün tövbələri qəbul edəcək qədər Mərhəmətlidir, Rəhmlidir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 35

İsmarışGöndərilib: Ş. Yan. 29, 2005 10:40 pm    İsmarış mətni: Sitatla cavab ver

Tövbə pisliyin yaxşılıqla əvəz olunması üçün şansdır.


Allah Taalanın bu kəlamı barədə dərindən düşünməliyik:

"Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.
Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! "
(Furqan, 70)


"Allah pis əməlləri yaxşı əməllərə çevirər" ayəsində əvəzetmə bu halda 2 növdədir:
1. Pis keyfiyyətlərin, sifətlərin yaxşları ilə əvəz edilməsi. Belə ki, adamların şirki imanla, zinakarlığı mətanət və dəyanətlə, yalanı doğruluqla, xəyanəti etibarla və i.a. əvəz edilir.
2. Qiyamət günündə qəbahətlərin yaxşılıqla əvəz edilməsi. Əlbəttə ayədə deyilmir ki, hər bir pislik yaxşılıqla əvəz edilir. Bu əvəzetmədə biri digərindən kəmiyyət və keyfiyyət baxımından az, bərabər və ya çox da ola bilər. Bu, tövbə edənin səmimiliyindən, tövbənin kamilliyindən asılıdır. Görəsən bundan da böyük bir kəramət varmı?
Bu ilahi kəramətin aşağıdakı hədisdə verilən şərhinə bax:

"Əbdürrəhman ibn Cübeyr Əbu Təvil Şətib əlMəmdudə istinadən rəvayət edir: "Bir gün o, Peyğəmbərin yanına gəlib deyir: (Başqa rəvayətdə deyilir ki, çox yaşlı, baş örtüyü gözlərinin üstünə düşmüş bir qoca əlindəki əsaya söykənə-söykənə Peyğəmbərin hüzuruna gəlib deyir):
- Elə bir adam tanıyirsanmı, bütün günahların sahibidir, heç nə qoymamışdır, nə böyük, nə də kiçik günah varsa, hamısını etmişdir. (Başqa rəvayətdə deyilir ki, sağ əli dəfələrlə andı pozmuşdur, onun tutub kəsmişlər, çox adam həlak etmişdir). Belə adamın tövbəsi qəbul edilərmi?
Peyğəmbər soruşur:
- Müsəlman olmusanmı?
Kişi deyir:
- Mən Allahdan başqa ibadət haqqı olan tanrının olmamasına və sənin də Allahın rəsulu olmağına şəhadət verirəm.
Allah peyğəmbəri deyir:
- Xeyir işlər gör, pislikdən əl çək. Onların hamısını Allah xeyirlə əvəz edəcəkdir.
Kişi soruşur:
- Xəyanətləri və abırsızlıqları da?!
Peyğəmbər deyir:
- Bəli.
Kişi:
- Allahu Əkbər!
Gözdən itənə qədər bunu deyirdi." (Təbərani, ibn Həcərə görə hədis səhihdir)


Görürsən ki, tövbə edən deyir: Mən yolumu azmışdım, namaz qılmırdım, İslamdan xaric olmuşdum. Amma bəzi yaxşı işlər də görmüşəm, bunlar tövbədən sonra hesaba alınarmı, yoxsa puş olub gedəcək?
Cavab belədir:

"Ürvə ibn Zubeyr Həkim ibn Hizama əsasən bu hədisi verir:"O, Allah peğəmbərindən soruşur:
- Ey Allah elçisi! Cahiliyyə dövründə etdiyim sədəqə vermək, qul azad etmək, qohumluğu qorumaq kimi əməllər üçün, görəsən mənə əcr çatırmı?
Allah peyğəmbəri(s) deyir:
- Sən öz bütün keçmiş xeyirxah əməllərinlə birlikdə müsəlman olmusan" (əl-Buxari)


Bu günahlar bağışlanır, o pisliklər yaxşılıqla əvəz ediir, Cahiliyyə dövrünün yaxşı işləri də hesaba alınır. Məgər Allahın bizə olan mərhəməti göz qabağında deyilmi?!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 35

İsmarışGöndərilib: B.e. Yan. 31, 2005 11:02 am    İsmarış mətni: Sitatla cavab ver

Günaha batsam nə etməliyəm?

Demək istəyirsən ki, günah iş görsəm, necə birbaşa tövbə etməliyəm? Günahdan sonra dərhal tövbə etmək üçün hansı işləri görməliyəm?
Cavab: Günah əməldən əl çəkəndən sonra bu 2 işi mütləq görmək vacibdir:
Birinci: Qəlbin işilə, yəni peşman olmalı, bir daha bu əmələ yol verməmək qərarına gəlmədi. Bunlar Allahdan qorxu nəticəsində baş verir.
İkinci: Əməli işə, yəni müxtəlif xeyir işlər görmək. O cümlədən aşağıda mətni verilən tövbə namazını qılmaq:
Əbu Bəkrin rəvayət etdiyinə görə Peyğəmbər belə demişdir:
- Hər hansı bir günah iş tutan adam təmizlənir, 2 rükət namaz qılır, bağışlanma diləyir və Allah onu bağışlayır. Sonra bu ayəni oxudu: (Səhiül tərcib vət tərhib)
"O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar."
(Aliİmran, 135)

Başqa rəvayətlərdə günahları təmizləyən 2 rükət namazın başqa keyfiyyətlərindən də söhbət açılır. Biz onları qısa şəkildə qeyd edək:
1) Dəstəmaz alan adamın günahları onun dəstəmaz suyu dəyən ızalarından su ilə və ya sonuncu su damcısı ilə birlikdə çıxır.
Ən yaxşı dəstəmaz odur ki, "bismiLLah" kəlmasilə başlasın və sonra aşağıdakı zikrlər edilsin: "Şəhadət edirəm ki, vahis Allahdan başqa ibadət haqqına malik tanrı yoxdur, Onun şəriki yoxdur. Pərvərdigara, məni tövbə edənlərdən bil. Məni pak olmuşlardan bil. Sübhanəkə! İlahi, Sənə həmdü-sənailə şəhadət edirəm ki, Səndən başqa tanrı yoxdur. Səndən məğrifət(bağışlanma) diləyir, Sənə tövbə edirəm". (Dəstəmazdan sonra oxunan bu zikrlərin hər birinin əcri böyükdür.)
2) İqaməni edir və 2 rükət namaz qılır.
3) Səhvə yol vermir.
4) Özü ilə danışçır. Özü ilə danışmamaq üçün diqqətini bir yerə toplayır.
5) Zikr və Allahdan qorxu namazı daha təsirli edir.
6) Sonra Allahdan məğrifət diləyir.
Nəticə:
1. Bütün keçmiş günahlar bağışlanır.
2. Cənnət bu adam üçün vacib olur.
Bundan sonra isə çoxsaylı xeyirxah əməllər və itaət gəlir. Xeyir əməllər günahkarı asilik məhbəsindən azad edir, onu gen-bol itaət dünyasına çıxarır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 35

İsmarışGöndərilib: Ç.a. Fev. 01, 2005 5:39 pm    İsmarış mətni: Sitatla cavab ver

Günahlarım bütün varlığımı zəhərləmişdir.

Deyirsən: Mən çox günahlar etdim, sonra Allaha tövbə etdim. Lakin günahlarım məndən əl çəkmir, etdiklərimi yadıma salır, bütün həyatımı zəhərləyir, rahatlığımı əlimdən alır. Gecələrimi yuxusuz etmiş, sakitliyimi pozmuşdur. Bir çıxış yolu görmürəm.
Deyirəm: Müsəlman qardaş! Bunlar həqiqi tövbəyə dəlalət edən hisslərdir, həqiq peşmançılıq əlamətləridir. Əgər keçmişlərə baxıb peşman olsan və buna rica gözü ilə yanaşsan, bunu özü elə tövbədir. Sən Allahdan rica edirsən ki, səni bağışlasın, Allahın bəxş etdiyi rahatlıq hissindən məyus olma, Allahın mərhəmətindən ümidini kəsmə. Allah Taala buyur:
"(İbrahim) dedi: "(Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?!""
(Hicr,56)

Mömin bəndə Allahın hüzuruna qorxu ilə rica arasında keşən bir yolla gedir. Bu hisslərdən hər biri müəyyən anda üstün gələ bilər. Belə k, günah etdiyi vaxt qorxu hissi keçirib tövbə etməlidir. Tövbə etdikdəə rica hissi üstün olub Allahdan bağışlanma diləməlidir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 35

İsmarışGöndərilib: C.a. Fev. 03, 2005 10:31 pm    İsmarış mətni: Sitatla cavab ver

Etiraf etməliyəmmi?

Sual: Tövbə etmək istəyirəm. Amma gedib öz günahlarımı etiraf etməyim vacibidrmi? Məgər tövbə etməyim üçün məhkəmədə qazinin qarşısında bütün etdiklərimi etiraf etməliyəm, şəriət qanunlarını mənə qarşı tətəbiq etməyi tələb etməliyəm?
Müsəlman qardaşım, sənə sualının cavabında belə deyirəm:
Bəndənin hər hansı aralıq vasitə olmadan Rəbbi ilə əlaqəsi ən böyük tövhiddir. Bunu Allah Taala da razılıqla qarşılayır:
"(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. "
(Bəqərə, 186)
Əgər tövbənin Allaha olduğuna əminiksə, onda etirafın da Allaha olduğunu qəbul etməliyik.
Allaha şükür ki, xristianlar kimi deyilik. Bir kürsüdə oturursan keçiçin qarşısında. Günahlarını etiraf edirsən. "Sən bağışlandın" deyir və sair bu kimi oyunlar...
Amma Allah buyurur:
"Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər"
(Tövbə, 104)

Yəni heç bir vasitəçi olmadan birbaşa bəndələrindən tövbəni qəbul edər.
Şəriət qanunlarının tətbiqinə gəlincə deməliyik ki, əgər günah imam, hakim və yaxud qazi üçün aşkar deyilsə, onda insanın gəlib onları etiraf etməsi gərək deyildir. O şeyi ki, Allah gizli saxlayır, onu insanın özü də gizli saxlaya bilər. Tpvbə ona bəs edər, onunla Allah arasında bu tövbə kifayətdir. Allahın gözəl adlarından biri də Sittirdir(Səttar-örtən, gizlədən, yəni eyibləri örtən, gizlədən- tərc.). O, bəndələrin eyiblərini gizlədir.
Buna görə etirafları rəsmi şəkildə qeyd etdirmək üçün heç də məhkəməyə getmək lazım deyildir. Həmçinin məscidin imamının qəbuluna gedib ondan şəriət qanunlarının tətbiqiqni tələb etmək də lazım deyildir. Bu işdə bəzilərinin güman etdiyi kimi həyat yoldaşından "heç nə gizlətməmək" prinsipi də yersizdir.
Bu halda bəzi nadan tövbə edənlərin aşağıda verilən hekayətdə qısaca təsvir edildiyi kimi necə abırsız vəziyyətə düşdüklərini öyrənə bilərsən:
Bir nəfər günahkar cahil bir məscidin imamının yanına gəlib günahlarını etiraf edir və ondan məsələyə həll tələb edir. Bu İmam deyir ki, əvvəlcə məhkəməyə gedib öz etiraflarını rəsmi şəkildə qeydiyyata salmalısan və sonra qanunlar tətbiq edilməklə sənin məsələnə baxılacaqdır. Yazıq görəndə ki, bütün bunları etmək imkan xaricindədir, o, tövbədən əl çəkir və əvvəlki pis əməllərinə qayıdır.
Odur ki, əziz müsəlman, tövbənin əsl mahiyyətini dərk edib bilməlisən ki, səmimi qəlbdən törətdiyin pis əməllərə görə peşmançılıq çəkmək və qətiyyən bir də o əmələ dönməmək deməkdir. Və bu peşmaçılıq yalnız və yalnız Allah xatirinə olmalı və təkcə ikinizin arasında vasitəsiz olmalıdır.

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Mirzə əmi
yazar


Daxil ol: Ç.a. May 18, 2004 00:07
İsmarışlar: 50

İsmarışGöndərilib: C. Fev. 04, 2005 1:57 pm    İsmarış mətni: Sitatla cavab ver

Zəhra_H yazıb:
Günahlarım bütün varlığımı zəhərləmişdir.

Deyirsən: Mən çox günahlar etdim, sonra Allaha tövbə etdim. Lakin günahlarım məndən əl çəkmir, etdiklərimi yadıma salır, bütün həyatımı zəhərləyir, rahatlığımı əlimdən alır. Gecələrimi yuxusuz etmiş, sakitliyimi pozmuşdur. Bir çıxış yolu görmürəm.
Deyirəm: Müsəlman qardaş! Bunlar həqiqi tövbəyə dəlalət edən hisslərdir, həqiq peşmançılıq əlamətləridir. Əgər keçmişlərə baxıb peşman olsan və buna rica gözü ilə yanaşsan, bunu özü elə tövbədir. Sən Allahdan rica edirsən ki, səni bağışlasın, Allahın bəxş etdiyi rahatlıq hissindən məyus olma, Allahın mərhəmətindən ümidini kəsmə. Allah Taala buyur:
"(İbrahim) dedi: "(Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?!""
(Hicr,56)

Mömin bəndə Allahın hüzuruna qorxu ilə rica arasında keşən bir yolla gedir. Bu hisslərdən hər biri müəyyən anda üstün gələ bilər. Belə k, günah etdiyi vaxt qorxu hissi keçirib tövbə etməlidir. Tövbə etdikdəə rica hissi üstün olub Allahdan bağışlanma diləməlidir.

Allah razi olsun a qızım, qəlbim rahatladı bir az...
_________________
Etdim nə yaman əsrə təsadüf, aman ey vah!
La hövlə və la qüvvətə illa və Billah!
(M.Ə.Sabir)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Ən qaynar məsələlər burada müzakirə olunur Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran