Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Amerikanlar ve Monqollar

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Sizin mövzu
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 138

İsmarışGöndərilib: C. Yan. 21, 2005 1:43 am    İsmarış mətni: Amerikanlar ve Monqollar Sitatla cavab ver

Bismillahirrahmanirrahim

Holako monğolları ilə, Buş monğolları arasındakı muqayisə

Monqol və Tatarların Bağdada hücumu haqqında olan tarixi mənbələri gözdən keçirdikdən sonra, Amerika və Britaniyanın Bağdada etdiyi hücumu ilə, Monqol və Tatarların Bağdada hücumu arasında bir çox qəribə oxşar cəhətlər tapdım. Beləki, Iraq – Bağdad bu iki hücumdan başqa heç bir dəhşətli və dağıdıcı hücum görməyib.

Amerika və Britaniya – Monqol və Tatarlar

1. Iraqa gelib çatmamış Amerikalılar Əfqanıstandan keçmişlər və oralara da basqın etmişlər.
Monqollar da, Bağdada gəlib çıxmamış Xəvarizm məmləkətindən keçmişlər və oralarda basqın etmişlər.

2. Iraqa hücum etmək üçün Amerika, Britaniya ilə əməkdaşlıq etmişdir.
Monqollar Bağdada hücum etmək üçün Tatarlarla əməkdaşlıq etmişlər.

3. Amerikanlar da Bağdadı şərqdən və qərbdən mühasirə etmişlər.
Monğollar da Bağdadı şərqdən və qərbdən mühasirə etmişlər.

4. Amerikanıyla Iraq savaşı (hücum) Məhərrəm ayının 16-da olmuşdur
O vaxtları da, Xilafət zamanı Bağdadda savaşı hicri tarixi ilə 656-cı ildə, Məhərrəm ayının 16-da olmuşdur.

5. Amerikanın etdiyi savaşda da Bağda Səfər ayının 7-də girmişlər.
O vaxtları da Bağda da giriş, Səfər ayının 7-də olmuşdu.

6. Bağdadın yıxılması (süqutu) çərşənbə axşamı olmuşdu.
Monqolların hücumu zamanı da Bağdadın süqutu çərşənbə axşamı olmuşdu.

7. Savaş 21 gün davam etdikdən sonra Bağdad yıxıldı (süqut oldu).
O vaxtları, Monqollarla savaş da 21 gün davam etdikdən sonra Bağdadın süqutu olmuşdu.

8. Tayfaların və qəbilələrin mübarizəsi dövləti zəiflətdi.
Monqolların zamanında sünnilərlə şiyələrin mübarizəsi xilafəti zəiflətmişdi.

9. Amerika, ona qoşulan ölkələrə və onunla əməkdaşlıq edən tərəfdarlarına, Iraqda istədiklərini etməyə icazə vermişdi. Dağıtmaq, yıxmaq, kitabxanaların, elmlərin, muzeylərin və müəssisələrin yandırılması, çoxlu qan tökülməsi, kişilərin, qocaların, qadın və uşaqların qətli.
Eləcə də Monqollar onlara qoşulan bə’zi tayfalara Bağdadda istədiklərini etməyə icazə vermişdi. Dağıtmaq, yıxmaq, kitabxanaların, elmlərin, muzeylərin və müəssisələrin yandırılması, çoxlu qan tökülməsi, kişilərin, qocaların, qadın və uşaqların qətli.

10. Iraqda yaşayan şiyələr, Amerikanı qıcıqlandırdılar və həvəsləndirdilər ki, Iraqa hücum etsin.
O vaxtı da, Ibnil-Əlqamiyy və onun yaxınları, Monqol və Tatarlarla birgə olmuşdular və Bağdada hücum etmək üçün onları həvəsləndirmişdilər.

11. Ilk cümə günü, müsəlmanlar qorxularından cümə namazını qılmamışdılar.
O vaxtı da ilk cümə günü müsəlmanlar qorxularından cümə namazını qılmamışdılar.

12. Amerika, Iraqda olan neft buruqlarına və Iraqın zəngin sərvətlərinə yiyə çıxdı.
Monqol və Tatarlar da (əl-xiləfəl abbasiyya) Abbas Xilafətindən qalan sərvətlərə yiyə çıxdılar.

13. Amerikanın Suriyaya da hücum etməsi ilə hədələməsi.
Monqol və Tatarlar da Şam ölkələrinə tərəf getməyə davam etmişlər.

14. Biz, müsəlman olaraq inanırıq və Allaha güvənirik ki, Allahu Təala bizə kömək olacaq, Amerika uduzacaq və Amerikaya bata bilən bir qoşun olacaq. Amerikanın Islam üzərində qələbə çalması üçün çızdığı plan da alınmayacaq. Bəs görəsən həmin o Ayn-Calut savaşı nə vaxt olacaq?

Monqol və Tatarların gücü və qüvvətinə baxmayaraq həmin savaşlardan sonra, hicrinin 658-ci ilində, Ramazan ayında, Ayn-Calut savaşında onlar hər şeyi itirdilər. Müsəlmanlar qələbə çaldılar.

Umid edirik ki, Allahu Təala bu ümmətə yenə də qələbə bəxş edəcək…



Mənbə: Bir yazıçıdan mənə gələn e-mail məktubdan. Ərəbcədən Azərbaycancaya tərcüməni özüm etmişəm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Sizin mövzu Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran