"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Göndərilib: C. Noy. 19, 2004 11:07 am İsmarış mətni:
-b-
Əzab 2 cür olur:
1. Allahın özü tərəfindən;
2. Allahın məxluqatı tərəfindən.
İlk əvvəl nemət üçün Allaha şükr etmək lazımdır, insanlara yox. Nemət verilməyibsə, narazı olub, insanları pisləmək olmaz. İnsanlar səbədir, Allah belə istəyib ki, belə olub. İnsan ruzi üçün Allaha dua etməlidir, Allahdan istəməlidir. Əsas olan Allahı razı salmaqdır.
Göndərilib: Ş. Noy. 20, 2004 9:37 pm İsmarış mətni:
-b-
Allaha (S.v.T) yalandan and içmək
Allaha (S.v.T) yalandan and içmək böyük günahdır And içib andını pozan ya 10 nəfəri yerdirməli, ya geydirməli, yaxud da əgər bunlara imkanı çatmrsa, 3 gün oruc tutmalıdır. Lakin bu halda oruc tutmaq 1 o qədər də bəyənilmir.
Göndərilib: B. Noy. 21, 2004 7:43 pm İsmarış mətni:
-b-
Məscid
Məscid Allah (SwT) evidir. Məscidin əsas funksiyası Allaha ibadət edən insanların bir yerə toplanması, ünsiyyət qurması, elm alması və ən başlıcası Allahı zikr etməkdir.
Məsciddə ibadətdən başqa aşağıdakıları etmək olar:
- Yemək;
- Yatmaq.
Məsciddə aşağıdakıları etmək olmaz ( ):
- Hansı məqsədlə olmağından asılı olmayaraq, qəbir tikmək;
- Ticarət söhbəti aparmaq.
Quranda da bildirildiyi kimi Allah (SwT) bütün yer üzünü insanlar üçün məscid qilib.
Məscidlər arasında ən üstünü Kə`bədir.
Göndərilib: B.e. Noy. 22, 2004 9:23 am İsmarış mətni:
-b-
Abu Hureyra- Əsl adı abdŞəms(günəşin qulu)dir. Onun çoxlu künyələrindən biri də AbdurRahman ibn Sahrdır.
Vəli - İmam və təqva əhlindən olur.
Hüccət - İslamla tanış olmayan adamın savadlı adam tərəfindən İslama də`vəti
Mürtəd - Dindən dönənə deyilir. Ölənə qədər onun yaxşı əməlləri batil olmur ki, bəlkə yenidən İslama döndü. Öldüsə, yaxşı əməlləri batil olur.
Göndərilib: Ç.a. Noy. 23, 2004 9:35 am İsmarış mətni:
-b-
Tövbə
Tövbə müsəlmana öz günahlarını yumaq üçün Uca Allah tərəfindən verilmiş şansdır. Tövbənin qəbul olunması üçün aşağıdakı şərtlər vacibdir. Bu şərtlər ilkin mənbələrər, yəni Quran və Sünnəyə (səhih hədislərə) əsaslanaraq, çıxarılan nəticələrdir:
1. Edilən günahın peşmançılığını cəkmək. Peyğəmbər(s)"Peşmançılıq tövbənin əsasıdır". İmam Ahmad;
2. Həmin günahı etməkdən imtina;
3. Edilən günaha bir daha qayıtmamaq haqqında niyyət;
4. Günah etməkl başqalarına toxunan ziyanı bərpa etmək (məsələn, əgər oğurluq edilbibsə, oğurlanan şeyi, yaxud həmin məbləğdə pulu geri qaytarmaq, əgər kiminsə xətrinə dəyilibsə, üzr vı halallıq istəmək və s.).
Göndərilib: Çər. Noy. 24, 2004 11:09 am İsmarış mətni:
-b-
Allaha ibadət
Alimlərdən biri bu barədə deyib:
1. Yalnız qorxuya görə ibadət edən həruri (qorxaq) adlanır;
2. Yalnız istəyə görə ibadət edən murci (məcburən) adlanır
3. Yalnız sevgiyə görə ibadət edən zindiq (kafir, yaxud təhqir mə`nasınl verir) adlanır
4. Bunların hamısının cəminə görə ibadət edən isə əhli Sünnə və Cəməa adlanır.
İslam dinində imanın əsasları aşağıdakılardır:
1. Allaha iman;
2. Mələklərə iman
3. Kitablara iman
4. Peyğəmbərlərə iman
5. Axirətə iman
6. Qəza və Qədərə iman
İmanın şöbələri 3 yerə bölünür:
1.Qəlbə aid olan əməllər;
2. Dilə aid olan əməllər;
3. Bədənə aid olan əməllər.
İman gozəl əxlaqla özünə təsdiq tapır.
İman qalxır və enir. İmanı yüksəltmək üçün Allahı zikr etmək, çoxlu Quran oxumaq, elm öyrənmək, dünyanın faniliyi barədə düşünmək gərəkdir.
1. Səhər yuxudan oyanmağı çətinləşdirə biləcək şeylər yeməməli, çoxlu su içməməli;
2. Lazımsız yerə güc sərf etməməli, lazımsız yerə idmanla məşğul olmalalı;
3. Günorta vaxt tapib heç olmazsa, 1-2 saat yatmalı;
4. Günahalara qarşı laqeyd olmamalı (böyük günahları tövbə ilə, kiçik günahları gözəl əməllərlə yumalı);
5. Qəlbi müsəlmanlara qarçı kin saxlamaqdan, bidətlərdən və dünya işlərinə ifrat aludəlikdən uzaq saxlamalı;
6. Allah üçün sevməli, Allah üçün nifrət etməli;
7. Yatmağa hazırlaşmazdan əvvəl az da olsa Quran oxumalı.
Göndərilib: C. Dek. 03, 2004 5:00 pm İsmarış mətni:
-b-
QEYD:Ən pis və ən fitnəli müharibə ideoloji müharibədir. Bu müharibə Kütləvi İnformasiya Vasitələri (KİV) ilə həyata keçirilir. Müxtəlif boş, mənasız seriallar, şou-biznes xəbərləri, qəzetlərdəki İslam əxlaqına yaraşmayan yazılar və şəkillər buna misal ola bilər. Odur ki, müsəlman bu məsələdə maksimum ehtiyatlı olmalıdır. Pislə yaxşın ayırd etmək üçün isə müsəlman mütləq elmlənməlidir.
Daxil ol: C. Dek. 03, 2004 20:06 İsmarışlar: 73 Şəhər/ölkə: Azer
Göndərilib: C. Dek. 03, 2004 9:16 pm İsmarış mətni:
Salamlar!
Haq yolunu tapa bilmeyen ve heqiqete cata bilmeyen shexsde iman sohbeti ola bilmez. Ve illa mushrikler de bute lazimi qeder iman qetirmishdiler. Amma Allah onlari nejis hesab etdi.
"Innemel mushriki nejisun" _________________ De ki: Sizlerden butun bu risaletimin muqabilinde Ehli-beytime mehebbetden bashqa bir shey istemirem. (Shura-23)
Göndərilib: B.e. Dek. 06, 2004 4:22 pm İsmarış mətni:
-b-
Gündəlik özünə verməli olduğun suallar.(1)
1. Məsciddə Cümə namazına riayət edirsənmi ?
2. Bu gün Allahın kitabından nə oxudun ?
3.Namaz başda olmaqla, bütün fərz ibadətlərə riayət edirsənmi ?
4.Allahı ardıcıl olaraq, zikr edirsənmi ?
5. Fərz namazları ilə yanaşı sünnət namazlarını da qılırsanmı ?
6. Namazda tam səmimi ola bilirsənmi ?
7. Namazda oxuduğun duaların mənasını başa düşürsənmi ?
8. Ölüm və qəbir həyatı barədə düşünürsənmi ?
9.Allahdan sənə Cənnət bəxş etməsini diləyirsənmi ?
10.Allahdan səni Cəhənnəm əzabından qorumasını diləyirsənmi ?
Redaktə edən: Humeyra, son redaktə tarixi: C.a. Dek. 09, 2004 5:20 pm, cəmi 4 dəfə
1. Yeməyində, içməyində, geyimində, qazancında haramdan uzaqsanmı ?
2. İslami elmini artırmaqda məqsədin özünü ?başqalarına göstərməkdir, yoxsa Allahın razılığını qazanmaq ?
3. Pis əməllərdən və günahlardan mümkün qədər tez, səmimi qəlbdən tövbə edirsənmi ?
4. Qohumlarla mütəmadi əlaqə saxlamağa çalışırsanmı ?
5. Müsəlman qardaş və bacılarına dua edirsənmi ?
6. Yoxsul və yardıma möhtac olanlara kömək edirsənmi ?
7. İmanını yüksəltmək üçün nələr edirsən ?
8.Pis, cahil insanlardan uzaqlaşmağa cəhd edirsənmi ?
9. Lovğalıq və təkəbbürdən, ikiüzlülük və riyadan, kin və küdurətdən, paxıllıq və həsəddən nə dərəcədə uzaqsan ?
10. Lazımsız qəhqəhədən qaçırsanmı ?
Batil əqidədə olan birinin haqqa tabe olmasına mane olan səbəblər aşağıdakılardır:
1. Haqqa tabe olan zaman əvvəlki batil əqidənin üzə çıxmasının nəfsə ağır gəlməsi;
2. Haqqa tane olan zaman haqqa dəvət edən kəsin bu məsələdə özündən daha üstün olduğunu etiraf etmək istəməmək- təkəbbür;
3. Batillə əldə olunan şan-şöhrətin var-dövlətin itirilmə qorxusu;
4. İllər boyu inandığı və güvəndiyi alim və şeyxlərin batil əqidədə olmasını qəbul etməklə yaranacaq mənəvi zərbəyə dözməmək qorxusu.
Bunun müalicəsi isə:
1. Haqqın uca, batilin rəzil olması fikrini hər şeydən üstün tutmaq;
2. Dünya malını, şan-şöhrəti Allahın razılığı və Axirətdə veriləcək mükafatla müqayisə etmək;
3. Nəfsə, şeytana tabe olmamaq, haqq olanı götürmək;
4. Araşdırmamış hər deyilənin arxasınca getməmək.
5. Hər işdə Allahda haqq yolunu göstərməsi üçün dua etmək.
Göndərilib: C.a. Dek. 16, 2004 12:10 am İsmarış mətni:
Ay Humeyra, a bala Allah senden razi olsun, o exlaqi oxuyandan sonra donub oz exlaqima baxdim ve cox pejmurde oldum...
Ela movzudur... _________________ Etdim nə yaman əsrə təsadüf, aman ey vah!
La hövlə və la qüvvətə illa və Billah!
(M.Ə.Sabir)
Göndərilib: C.a. Dek. 16, 2004 10:37 am İsmarış mətni:
[size=13-b-[/size]
Mirzə əmi yazıb:
Ay Humeyra, a bala Allah senden razi olsun, o exlaqi oxuyandan sonra donub oz exlaqima baxdim ve cox pejmurde oldum...
Ela movzudur...
Allah cüməlmizdən razı olsun, əmi.
Bu qeydlər İslama yeni-yeni gələndə özümçün tutduğum mavi cildli dəftərimdəndir. Kitablardan, xütbələrdən, internetdən, dərslərdən eşitdiyim, oxuduğum, gördüyüm məlumatları konspektləşdirib yazardım, beləliklə məlumatlar yadımdan heç çıxmazdı.
İndi isə Allahın verdiyi imkandan istifadə edərək bu yazıları qardaş və bacılarımla bölüşməyə çalışıram. Allah hamımızı oxyub faydalananlardan etsin...Amin!
Göndərilib: C.a. Dek. 16, 2004 10:53 am İsmarış mətni:
-b-
RəsuluLlah- səllAllahu aleyhi və səlləm -ın əxlaqı (3)
- Öz əleyhinə olsa belə haqqı söyləməkdən çəkinməmək
- Kimdən gəlməsindən asılı olmayaraq, həmişə verilən nəsihətlərdən fayda götürmək
- Ailə üzvlərinə və övladlarına qarşı ədalətli olmaq, qayğılarına qalan zaman ayrıseçkilik etməmək
- İnsanların verdiy əziyyətə qarşı səbrli ol, onları bağışla ki, Allah da səni bağışlasın
- Öz nəfsin üçün icazə verdiyin əməlləri başqalarına da icazə vermək
- Həmişə ədalətli olmağı şüar tutmaq
- Salamı qaydasınca (AsSalamu alaikum və RəhmatuLlahi və Bərəkətuhu) vermək, onun yerini "hər vaxtınız xeyir, gününüz aydın" kimi sözlərin tutmasına icazə verməmək
- Qohum-əqraba ilə görüşən zaman gülərüz olmaq, xoş sözlə, şirin dillə hər birinin könlünü almaq
- Ağarmış saçlarını qara rəngə boyamaqdan çəkinmək
- Dünyaya və dünya malına qarşı həris, tamahkar olmamaq.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.