"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Göndərilib: B.e. Dek. 06, 2004 11:28 am İsmarış mətni:
بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
GÖZƏLLİYİ NÜMAYİŞ ETDİRMƏK ŞƏR QAPILARINI DAHA DA GENİŞ AÇIR
Şəriət və tarixin dərslərini diqqətlə öyrənən, gözəlliyin nümayiş etdirlməsinin qüsurlu olduğuna, onun dinə və ümumiyyətlə bütün dünyaya ziyan verməsinə əmin olur. Bu, iki cinsin dəlicəsinə bir-birnə qovuşmasıyla müşayiət olunursa, vəziyyət daha ağır olur. Bunun acı nəticəsilərini belə əsaslandırmaq olar:
- işvəkarlar kişilərin nəzər və diqqətlərini özlərinə cəlb etmək üçün qadağan olunmuş zinətlərdən istifadə etməkdə bir-birini üstələmək istəyirlər. Bu isə mənəviyyatsızlığa və israfçılığa aparır. Nəticədə qadın hər kəsin istədiyi vaxt görə bilməsi üçün istənilənə təklif olunan dəyərsiz bir əşyaya ( əmtəəyə) çevrilir;
- kişilərin, xüsusilə gənclərin və ilk növbədə yeniyetmələrin mənəvi pozğunluğu, bunlar da onları əxlaqsızlığa və günah sayılan digər əməllərə sövq edir;
- ailə münasibətlərinin dağılması, ailədə qarşılıqlı inamın itməsi və boşanmaların sayının artması;
- kommersiya strukturlarında və s-da reklam predmeti və ya müştəriləri cəzb etmək vasitəsi kimi qadının alınıb-satılması;
- qadının hörmətdən düşməsi, onun bəd niyyətli və qaniçən elan edilməsi, bu da onu cinayətkarların və sırtıqların təcavüz obyektinə çevirir;
- xəstəliklərin yayılması, bu barədə Allahın elçisi ( s.ə.v) deyib: « Hər hansı bir qəbilədə əxlaqsızlıq yaranıb açıq-aşkar baş alıb gedərsə, onların arasına, heç əcdadlarının görmədiyi, vəba və digər xəstəliklər düşür»;
Belə bir şəraitdə Qüdrətli və Uca Allahın iltifatını qazanmaq üçün özgə qadınlara baxmamaq əmrinə əməl etmək çətinləşir.
Allahın bütün xalqı kütləvi şəkildə cəzalandırmaq qorxusu əmələ gələndə isə onun nəticələri atom silahından və zəlzələlərdən daha qorxuludur. Axı Allah- Təala deyib: « Biz bir məmləkəti məhv etmək istədikdə onun naz-nemət içində yaşayan başçılarına əmr edərik. Lakin onlar pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik» ( əl-İsra,16). Peyğəmbər ( s.ə.v) deyib: « Əgər insanlar haqsızlığı görüb, onun qarşısını almırlarsa, onda onlar Allahın onlara göndərdiyi ümumi cəzanın astanasında dururlar».
بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
LİBASIN ŞƏRİƏT TƏLƏBLƏRİNƏ CAVAB VERMƏSİ ÜÇÜN LAZIM OLAN ŞƏRTLƏR
1. Hicab qadının bütün bədənini örtməlidir.
2. Hicab öz-özlüyündə bəzək vasitəsi olmamalıdır, belə ki, Uca Allah deyib: « … Öz özlüyündə görünən istisna olmaqla zinətlərini göstərməsinlər» ( ən-Nur,31). O, həmçinin demişdir: « İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın» ( əl-Əhzab,33).
Allah Hicabı qanuniləşdirdi ki, o, qadının gözəlliyini gizlətsin, buna görə də onun özü-özlüyündə bəzək olması məntiqsizdir.
3. Hicab sıx və qalın parçadan düzəldilməli, baxış üçün şəffaf olmamalıdr, belə ki, qadının həqiqətən örtülməsinə yalnız bu cür nail olmaq olar. Şəffaf Hicab isə qadını yalnız nominal şəkildə örtür, faktiki isə o, çılpaqdır. Rəsulullah ( s.ə.v) deyib: « Axırda mənim Ümmətimdə başları dəvənin əyilmiş donqarına oxşar, geyimli, lakin çılpaq qadınlar olacaq. Onları lənətləyin, çünki onlar lənətlənmişlər». Başqa bir hədisdə deyilir: « Onlar Cənnətə düşməyəcəklər, hətta onun xoş qoxusu uzaqdan hiss olunduğu halda belə onlar onu duymayacaqlar». Göstərilən hədislər sübut edir ki, qadınların bədən cizgilərini gizlədə bilməyən nazik və şəffaf hicab geymək ən böyük günahlardan biridir.
4. Hicab dar və bədənə yapışan deyil, sadə və geniş olmalıdır, çünki onun məqsədi şəhvətin qarşısını almaqdır. Dar hicab isə qadının əzalarını göstərir və qadına baxarkən kişi onun qamətini tam təsəvvür edə bilir. Artıq bu fikirdə müəyyən əxlaq pozğunluğu var.
Usamə İbn Zeyd deyib: « Rəsulullah ( s.ə.v) Dihya əl-Qəlbinin ona bağışladığı çiyinliyi mənə verdi. Mən isə öz növbəmdə onu öz arvadıma bağışladım. Sonra Peyğəmbər ( s.ə.v ) məni görüb soruşdu: « Bəs çiyinliyi niyə geymirsən?». Mən cavab verdim: « Mən onu arvadıma vermişəm». Peyğəmbər ( s.ə.v ) dedi: « Onun yanına qayıdıb de ki, əzaları görsənməsin deyə çiyinliyin altından köynək geyinsin».
5.Hicabdan siqaret, ətir və s qoxusu gəlməməlidir. Rəsulullah (s.ə.v ) deyib: « Evindən özünə ətir vurub onun xoş qoxusunu kişilərə hiss etdirmək üçün çıxan qadın – zinakardır».
6.Hicab kişi geyiminə oxşamamalıdır. Rəsulullah (s.ə.v) deyib: « Özlərini kişilərə bənzədən qadınlar və qadınları bənzədən kişilər bizdən deyil».
Bu isə Əbu Hüreyranın sözləridir, o deyib: « Peyğəmbər ( s.ə.v ) kişi paltarı geyən qadınları və qadın paltarı geyən kişiləri lənətləyib».
Rəsulullah, həmçinin deyib: « Üç cür insan Cənnətə düşməyəcək və Qiyamət Günü Allah onlara baxmayacaq. Bu, valideynlərinə münasibətdə hörmətsiz olanlar, özünü kişilərə bənzədən qadınlar və öz qadınlarının namusunu qorumaqda laqeyd olan kişilər».
7. Hicab – müşrük qadınların paltarlarına oxşamamalıdır. Rəsulullah deyib: « Kimsə, özünü hər hansı bir xalqa oxşadarsa, o, onların biri olur».
Abdullah İbn Ömər deyib: « Bir dəfə Rəsulullah ( s.ə.v ) məni sarımtıl boyanmış zəfəran rəngli bir paltarda görüb dedi: « Bu, kafirlərin libasıdır, bir də bunu geyinmə».
8. Hicab seçilməməli və ətrafdakıların diqqətlərini cəlb etməməlidir. Rəsulullah ( s.ə.v ) deyib: « Allah bu dünyada diqqəti cəlb edən paltar geyənə Qiyamət Günü biabırçı bir libas geydirəcək, sonra isə onu yandıracaq».
Seçilən və nəzərləri cəlb edən paltar onu geyən üçün insanların diqqətini özünə yönəltmək vasitəsidir.Bu həm, insanlar arasında özünü yüksək tutan təkəbbürlü insanın dəbdəbəli və bahalı libası, həm hamıya özünün zahidliyini ( tərkidünyalığını) göstərmək istəyənin cındır paltarı, həm də təəccüb doğurub bununla öz əhəmiyyətliliyini qeyd edən və ətrafdakılar üçün qeyri-adi rəngə malik geyim ola bilər.
Göndərilib: C. Dek. 10, 2004 3:56 pm İsmarış mətni:
بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
PƏRDƏLƏNMİŞ İŞVƏKARLIQDAN QORUNUN
Ey mənim müsəlman bacım, əgər sən yuxarıda göstərilən şərtləri lazımınca anladınsa, hicablı sayılan qızların çoxunun həqiqi mənada bu cür olmadıqlarını da başa düşməlisən, belə ki, onlarda hicabdan əsər-əlamət qalmayıb. Onlar gözəlliyin nümayiş etdirilməsini hicab geymək, Allaha asiliyi isə itaət adlandıran yalançıdırlar.
İslam dirçəlişinin düşmənləri bunu hələ rüşeym halında ikən boğmaq üçün öz repressiv aparatlarının tam gücündən istifadə edirdilər. Amma Uca Allah onların arzularını puça çıxardı və mömin kişilər mömin qadınlarla birgə Böyük və Qüdrətli Allaha itaətdə sadiq qaldılar.
Açıq mübarizədə qalib gəlməyən İslam düşmənləri onun dirçəlişini yıxıb haqq yolundan döndərmək üçün ən qanlı və hiyləgər üsullardan istifadə edərək gizli hərəkət etmək qərarına gəldilər. Onlar böyük canfəşanlıqla elə özlərinin icad etdikləri hicabın bütpərəst formalarını yaymağa başladılar və bunu « kompramis» adlandırıb elan etdilər ki, guya bu, Allahı razı salacaq və eyni zamanda cəmiyyəti qane edib, qadın « zərifliyini» qoruyacaq.
Şəriət qaydalarına uyğun olan hicabların geniş yayılmasıyla əlaqədar və ticarətdə tələbatın yoxluğu ucbatından ciddi iqtisadi çətinliklərə məruz qalmış moda evləri, bazarları hicab məvhumunun mənasını təhrif edən və gözəllik nümayişinin pərdələnmiş forması olan saxta-hicab nümunələriylə doldurdular. Eyni zamanda bu saxta örtüklər gurultulu – « müasir hicab» adı aldılar ki, əvvəlcə onlar ittiham və narahatçılıqla qarşılandılar.
Şəriət hicabı işvəkarların müəyyən hissəsinin çətin vəziyyətə salmışdı, belə ki, hicabın geniş yayılması nəticəsində özləri üçün yaranmış sosial çətinlikləri aradan qaldırmaq istəyi onları «kompromis» hicaba daha çox sövq edir. Zaman keçdikcə «müasir hicab» adlanan «pərdələnmiş işvəkarlıq» daha geniş yayılır, bu üzdəniraq «hicabı» geyənlər isə özlərini nümunəvi qız və ya arvad hesab etməyə başladılar. Əgər bu cür qadınlar özlərini hicablı sayırlarsa - səhv edirlər.
Ey « müasir hicab» yiyəsi!
Öz hicabının Böyük və Qüdrətli Allahı və Onun Rəsulu (s.ə.v) razı saldığına kor-koranə inamından çəkin. Sənin bütün bu əməllərini tərifləyib xeyirli bir nəsihət verməyənlər tərəfindən aldadılmağından qorx. « Mənim vəziyyətim açıq-aşkar işvəkarlardan daha yaxşıdır, axı yaxşı işlərin də, pis işlərin də müəyyən hədləri var» - deməklə özünü azdırma. Sən gərək bilavasitə şəriətin hicaba qoyduğu qaydalara ciddi və şərtsiz riayət edən mömin bacılarından nümunə götürəsən.
Allahın Rəsulu ( s.ə.v) deyib: « Dünya işlərində sizdən aşağı, dində isə yuxarıda olana baxın. Və bu, Allahın sizə nazil etdiyi nemətə xor baxmamaq üçün ən xeyirlisidir».
Ömər İbn əl- Xəttab Böyük və Qüdrətli Allahın kəlamlarını oxuyub: « Şübhəsiz ki: « Rəbbiniz Allahdır!»- deyən, sonra da ( sözündə) düz olan kəslərə ( ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: « Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!» ( Fussilət,30).
Həsənin ( r.a.) belə dediyi rəvayət edilir: « Əgər şeytan baxıb görsə ki, sən Allaha itaətdə möhkəmsən, onda o səni yalnız bir-iki dəfə çağıracaq, sonra isə səndən əl çəkib bir daha narahat etməyəcək. Əgər ki, şeytan sənin Allaha itaət etməyib, ona tabe olduğunu görsə öz meylini sənə salıb, sənə ümid bəsləyəcək».
Elə isə Allaha itaətdə möhkəm və dəyanətli olun və haqq yolunda dönməz olun. Səmimi qəlblə tövbə edərək, zərrə qədər də itaətsizlik göstərməyin.
«… Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapdınız!» (ən-Nur,31).
Biz tabe oluruq və itaət edirik.
Böyük və Qüdrətli Allahın əmrini eşidən əsl müsəlman İslama məhəbbət və ehtiram, həmçinin Tanrının şəriətindən fərəh hissiylə aşıb-daşaraq, həmən an onu həyata keçirməyə başlayır. Bu zaman müsəlman, özlərini itirib yollarını azmış, real vəziyyətlərini qiymətləndirə bilməyən və gələcəkdə onları gözləyən talelərini inkar edən kütlələrə heç cür fikir vermədən insanların ən yaxşısının ( s.ə .v.) Sünnəsinə tabe olub, ona əməl edir.
Böyük və Qüdrətli Allah Özünün və Rəsulunun ( s.ə.v) əmrlərindən yayılanların ibadətini ( imanlarını) qəbul etmir.
Uca Allah deyib: « ( Münafiqlər): « Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!» - deyər bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz döndərər. Belələri mömin deyillər. ( Münafiqlər) aralarında hökm etmək üçün Allahın ( Allahın kitabının) və Peyğəmbərin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib onun yanına gələrlər. Onların qəlblərində xəstəlikmi vardır? Yaxud Allahın və Peyğəmbərin Onlara cövr, haqsızlıq edəcəyindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar! Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: « Eşitdik və itaət etdik!» - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır. (ən-Nur, 47-52).
Safiyyə bint Şeybə deyib: « Biz Aişənin ( r.a.) yanında olarkən Qureyşin qadınları və onların ləyaqəti haqda söhbət edirdik. Aişə ( r.a.) dedi: « Qureyş qadınlarının ləyaqəti var, amma Allaha and olsun ki, ənsarların qadınlarından yaxşılarını görməmişəm. Allahın Kitabına və ilahi vəyhlərə onlardan çox inanan yoxdur».
Ən-Nur surəsində deyilir: « baş örtüklərini yaxalarının üstünə çəksinlər…» ( ən-Nur,31).
Bu ayə nazil olandan sonra kişi ənsarlar öz arvadlarının yanına qayıdıb Allahın göndərdiyini onlara oxuyurlar. Hər bir ənsar kişi bu ayəni öz zövcəsinə, qızına, bacısına və bütün qadın qohumlarına oxuyurdu. Bunu eşidən hər bir qadın Allahın vəyhinə iman gətirib Onun hökmünə tabe olaraq, öz baş və üzlərini çarşaba bürüdülər. Çarşablara bürünərək onlar Rəsulullahın ( s.ə.v) arxasında durdular. Onların başlarında sanki qarğa yuvaları var idi.
Beləliklə, Allahın əmrlərinə heç bir alternativ yoxdur və Onun hökmünü zərrə qədər tərəddüd etmədən yerinə yetirmək vacibdir. Ey mənim müsəlman bacım, elə isə tövbə et! « Nə vaxtsa tövbə edib, namaz qılıb, hicab geyəcəm» sözlərindən çəkin. Tövbəni təxirə salmaq özü də bir günahdır ki, o da tövbə tələb edir. Elə isə Musanın dediklərini təkrar et: « Onlar arxamca gəlirlər. Pərvərdigara! Məndən razı qalasan deyə hüzuruna tələsdim!» ( Taha,84).
«Biz Onun Peyğəmbərləri arasında fərq qoymuruq. ( Allahın hökmlərini) eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, ( axırda) Sənin dərgahına qayıdacağıq!» ( əl-Bəqərə,285).
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.