Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

HİCAB NƏYƏ LAZIMDIR?
Səhifə 1, 2  Sonrakı
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Ç.a. Noy. 16, 2004 9:55 pm    İsmarış mətni: HİCAB NƏYƏ LAZIMDIR? Sitatla cavab ver

-b-

HİCAB NƏYƏ LAZIMDIR?

ÖN SÖZ

Həmd olsun Allaha, aləmlərin Rəbbinə, Rəhimli və Mərhəmətli olana, Qiyamət Gününün Sahibinə. Möminlərin sonu xeyirlidir, təcavüz isə yalnız haqsızlara qarşıdır.
Ey Allah! Öz qulun və Rəsulun Məhəmmədi ( s.ə.v), onun ailəsini və bütün əshabələrini əfv et və onlara xeyir-dua ver.
Şəriət qanunları müsəlman qadına böyük qayğı göstərərək onu toxunulmaz edib, ismətinin qorunmasına təminat verir və (cəmiyyətdə) ona yüksək yer ayırır. Şəriətin qadın libasına tətbiq etdiyi qadağaların məqsədi qadınların gözəlliyini nümayiş etdirməsinin səbəb olacağı istənilən alçaqlıq və əxlaqsızlığın qarşısını almaqdır. İslamın bu mövzuya aid qayda-qanunları qadın azadlığını zərrə qədər də məhdudlaşdırmır, əksinə, onu əxlaqsızlıq və avaraçılıq çirkabına batmaqdan qoruyur. Bununla bərabər İslam qadını özgə ( naməhrəm) baxışlardan qoruyur.
Ey müsəlman bacılarım, bu məqalədə biz sizə hicabın fəziləti haqqında danışacaq, hicab geyənlərin xoş həyatlarından və qadın gözəlliyini nümayiş etdirilməsinin ziyanlarından bəhs edəcəyik ki, insanlar belə mənəviyyatsızlıqdan çəkinib həm bu, həm də gələcək həyatda bunun ağır nəticələrindən ağah olsunlar. Uca Allah, Ona həmd olsun, niyyətləri biləndir və O, ən yaxşı Qoruyandır. Allah bizə kifayət edər. Allahdan başqa heç kəsə ehtiyacımız yoxdur.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Çər. Noy. 17, 2004 9:24 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

HİCABIN FƏZİLƏTİ

Örtünmək ( hicab geymək ) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.ə.v) itaət deməkdir.
Uca Allah Özünə və Rəsuluna (s.ə.v) itaət etməyi hamıya buyurmuşdur: « Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək ( ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab,36).
Uca və Qüdrətli Allah deyib: « Amma xeyr! ( Ya Məhəmməd!) Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim ( münsüf ) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə ( həqiqi surətdə ) iman gətirmiş olmazlar» (ən-Nisa,65).
Uca Allah qadınlara hicab geyməyi əmr edib: « Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər ( naməhrəmə baxmasınlar), ayıb yerlərini ( zinadan ) qorusunlar ( və ya örtülü saxlasınlar) : öz-özlüyündə görünən ( əl, uz) istisna olmaqla, zinətlərini ( zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər…» ( ən-Nur,31).
Uca Allah həmçinin deyib: « Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın! ( Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) ( əl-Əhzab,33).
Allah-təala deyib: « Onlardan ( Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun.Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər…» ( əl-Əhzab,53).
Qadir Allah həmçinin deyib: « Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, ( cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) çarşablarını örtsünlər…» ( əl-Əhzab,59).
Allah Rəsulu deyib: « Qadın- övrətdir». Bu, o deməkdir ki, onun üstünü örtmək lazımdır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C.a. Noy. 18, 2004 10:11 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

HİCAB – İSMƏTDİR

Uca Allah hicabı qadınlar üçün paklıq simvolu etmişdir: «… Bu, onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir…» (əl-Əhzab,59).
Uca və xeyirxah Allah yaşlarının çoxluğuna görə şəhvət hissi doğura bilməyən ahıl qadınlara örtüklərini çıxarmağa, üzlərini və əllərini açmağa izn vermişdir. Uca Allah deyib: « Ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinət yerlərini ( nəməhrəmə) göstərmədən üst paltarlarını ( çarşab,niqab və s) çıxarmasında günah yoxdur…»
Sonra Allah-təala onlar üçün daha xeyirlisini dəqiq göstərir: « Bununla belə, (həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün daha yaxşıdır. Allah ( hər şeyi) eşidən və biləndir! ( ən-Nur,60).
Beləliklə Allah- təala hicabın ismət rəmzi olduğunu elan edir və onu hətta yaşlı qadınlara da məsləhət görür. Əgər belədirsə, cavanlar haqqında nə demək olar?
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C. Noy. 19, 2004 11:11 am    İsmarış mətni: Sitatla cavab ver

-b-

HİCAB – TƏMİZLİKDİR

Uca Allah deyib: «… Onlardan ( Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arasından soruşun ( evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər…» ( əl-Əhzab,53).
Allah-təala hicabı mömin kişilərin və mömin qadınların qəlblərinin təmizliyi kimi təsvir etmişdir, belə ki, göz görməsə könül istəməz. Əgər göz nəyi isə görürsə, könül istəyə də bilər, istəməyə də. Belə çıxır ki, nə qədər az görsən qəlbin bir o qədər təmiz olar. Hicab da qəlblərində mərəz olanların şəhvətlərinin qarşısını alır: « Yad kişilərlə yumşaq ( əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər” ( əl-Əhzab,32).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Ş. Noy. 20, 2004 7:54 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

HİCAB – ÖRTÜKDÜR

Peyğəmbər (s.ə.v) deyib: « Uca Allah həyalı, örtülüdür və O, həyalı və örtülüləri sevir». O həmçinin demişdir: « Uca və Qüdrətli Allah paltarlarını öz evlərindən başqa yerdə soyunan qadınları lənətləmişdir».

HİCAB – TƏQVADIR

Uca Allah deyib: « Ey Adəm övladları ! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli bir libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız» ( əl- Əraf,26).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B. Noy. 21, 2004 8:30 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

HİCAB – İMANDIR

Qüdrətli və Uca Allah hicab haqda buyurarkən yalnız mömin qadınlara müraciət edirdi. O deyib: « Mömin qadınlara de ki…» ( ən-Nur,31). « və möminlərin övrətlərinə de ki…» (əl-Əhzab,59).
Bəni Tamim qəbiləsindən olan qadınlar möminlərin anası Aişənin ( r.a.) yanına nazik paltarda gəldikdə Aişə onlara dedi: « Əgər siz möminsinizsə bu paltar möminlər üçün deyil. Yox əgər siz mömin deyilsinizsə onda onlardan həzz alın».
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. Noy. 22, 2004 9:50 am    İsmarış mətni: Sitatla cavab ver

-b-

HİCAB – HƏYADIR

Rəsulullah ( s.ə.v) deyib: « Hər bir dinin öz xüsusiyyəti var. İslamın xüsusiyyəti – həyadır» O, həmçinin deyib: « Həya imandandır, iman isə Cənnətdədir…»
Peyğəmbər (s.ə.v) deyib: « Həya ilə iman bir-biri ilə qırılmaz əlaqədədir əgər bunların birini yox etsən, o birisi özbaşına yox olar».
Möminlərin anası Aişə (r.a.) belə rəvayət edirdi: « Mən Pəsulullahın (s.ə.v) və atamın dəfn olunduqları evə girəndə öz üst paltarımı çıxarıb deyərdim: « Bunlar mənim ərim və atamdır». Amma Ömər də burada dəfn edildikdən sonra mən evə çarşabla girirdim, çünki Ömərdən utanırdım». Bu onu göstərir ki, hicab qadın xilqətində olan utancaqlıqla uzlaşır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Ç.a. Noy. 23, 2004 9:41 am    İsmarış mətni: Sitatla cavab ver

-b-

HİCAB QADININ NAMUSUNU QORUYUR

Hicab həmçinin, arvadına və ya qızına dikəlmiş günahkar baxışları qəbul etməyən normal, sağlam düşüncəli kişinin qadının namusunu qorumaq kimi təbii hissləri ilə də tamamilə uzlaşır. Qadın namusunun qorunması və onun toxunulmazlığı cahiliyyət dövründə də, İslam dövründə də neçə-neçə qanlı konfliktlərin səbəbi olmuşdur! Əli ( r.a.) demişdir: « Mən eşitmişəm ki, sizin arvadlarınız topa-topa xaricdən gəlmiş gənc kafir tacirlərin yanına gedir və bazarlarda onlarla sürtüşürlər. Məgər bu sizi heç utandırmır?». Öz arvadının namusunu qorumayan nakişidir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Çər. Noy. 24, 2004 10:11 am    İsmarış mətni: Sitatla cavab ver

-b-

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏYİN ZİYANLARI

Özünü nümayüş etdirmə Allaha və Onun Rəsuluna ( s.ə.v) asi olmaq deməkdir. Həqiqətən, Allaha və Onun Rəsuluna ( s.ə.v) tabe olmayan yalnız özünə zərər vurur, bunun Allaha heç bir ziyanı yoxdur. Rəsulullah ( s.ə.v) demişdir: « Mənim bütün ümmətim Cənnətə düşəcək, yalnız bundan imtina edənlərdən başqa».
Ondan soruşurlar: « Ya Peyğəmbər! Bundan kim imtina edəcək ki?» Allahın Rəsulu ( s.ə.v) belə cavab verir: « Kim mənə tabe oldusa Cənnətə düşəcək, kim ki, itaət etmədi – Cəhənnəmlikdir».
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C. Noy. 26, 2004 8:04 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK BÖYÜK GÜNAHDIR


Uməymə bint Ruqəyqə şəhadət gətirmək üçün Rəsulullahın ( s.ə.v) yanına gəlir. Peyğəmbər ( s.ə.v) deyir: « Mən sənin Allaha heç bir şərik qoşmayacağına, oğruluq etməyəcəyinə, zinakar olmayacağına, qeybət etməyəcəyinə, qəbrlərin üzərində ağı deməyəcəyinə və özünü nümayüş etdirməyəcəyinə görə gətirdiyin şəhadəti qəbul edirəm».
Bununla Peyğəmbər ( s.ə.v) özünü nümayüş etdirməyi ən böyük günahlara aid etdi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Ş. Noy. 27, 2004 9:59 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-
AsSalamu alaikum.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRƏNİ Allah ÖZ MƏRHƏMƏTİNDƏN MƏHRUM EDİB LƏNƏTLƏYİR


Rəsulullah (s.ə.v) deyib: « Axırda ( qiyamət yaxınlaşanda) mənim ümmətimdə başları dəvənin əyilmiş donqarlarına oxşar geyimli və eyni zamanda geyinmiş çılpaq qadınlar olacaq. Onları lənətləyin, çünki onlar lənətlənmişlər».


ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK CƏHƏNNƏM ƏHLİNİN XÜSUSİYYƏTİDİR

Allahın Rəsulu (s.ə.v) deyib: « Mənim görmədiyim iki cür cəhənnəm əhli var: əllərində inəyin quyruğuna oxşayan qamçı ilə insanları vuran kişilər və başları dəvənin əyilmiş donqarına oxşar süslənmiş geyimli, lakin çılpaq qadınlardır ki, başqalarını da bu işə dəvət edirlər. Onlar Cənnətə düşməyəcəklər və hətta onun xoş qoxusu uzaqdan hiss olundüğu halda onlar onu duymayacaqlar».
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B. Noy. 28, 2004 8:19 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK AXİRƏT GÜNÜ QARANLIQ VƏ ZÜLMƏT DEMƏKDİR


Peyğəmbər (s.ə.v) demişdir: « Öz gözəlliyini özgələrinə göstərən qadın Axirət günü işıq üzü görməyən vahiməli zülmətə bənzəyir».
Hədisin mənası budur ki, həyasız və paltarını təkəbbürlə geyinən qadının Axirət günü siması qara olacaq, sanki o vahiməli zülmətdən yaranmış kimi onu təcəssüm etdirəcək. Bu hədis səhihliyinə görə zəif olsa da, onun mənası tamamilə düzgündür. İş burasındadır ki, günahlı ləzzətin əvəzi zülm, rahatlığın-əziyyət, bolluğun-aclıq, firavanlığın-məhrumiyyət, ətrin-çürümə ( leş iyi), işığın isə,- zülmətdir. Və əksinə, oruc saxlayanın ağzından gələn xoşagəlməz qoxu və şəhid qanı Axirətdə müşk iyindən üstün tutulacaq
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. Noy. 29, 2004 10:19 am    İsmarış mətni: Sitatla cavab ver

-b-

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK RİYAKARLIQDİR

Rəsulullah (s.ə.v) deyib: « Sizin qadınlarınızdan ən yaxşıları – sevənlər, gülərüzlülər, doğanlar, yumşaq xasiyyətlilər və dərdə şərik olanlardır, əgər Allahdan qorxandırlarsa, Qadınlarınızdan ən pisləri isə özlərini nümayiş etdirənlər və təkəbbürlü yalançılardır və Cənnətə onlar ağ qarğalar tək düşə bilərlər».
Ağ qarğa ifadəsini Peyğəmbər (s.ə.v) məcazi mənada ona görə işlədib ki, belə qadınların Cənnətə nadir hallarda düşə biləcəyini vurğulasın, çünki təbiətdə ağ qarğalar – albinoslar tək-tükdür.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Ç.a. Noy. 30, 2004 4:00 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-


ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK NAMUSSÜZLUQ VƏ RÜSVAYÇILIQDİ

Peyğəmbər ( s.ə.v) deyib: « Öz paltarını ərinin evindən digər yerdə çıxaran qadın özü ilə Allah arasında olan pərdəni götürmüş olur. Allah Uca və Qüdrətlidir».


ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ƏDƏBSİZLİKDİR

Yuxarıda dediyimiz kimi qadınlar-övrətdir, övrəti isə açıb göstərmək alçaq və iyrənc bir işdir. Uca Allah deyib: « Ədəbsizlik etdikləri zaman: « Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir»- deyərlər. De ki, Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?» ( əl-əraf,28).
İnsanı alçaq işlərə sövq edən məhz şeytandır: « Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər…» ( əl-Bəqərə,268).
Özünü nümayiş etdirən qadın islam cəmiyyətində ədəbsizlik toxumu səpən qorxulu və ziyanverici bir virus daşıyıcısıdır. Uca Allah deyib: « Möminlər arasında pisliyi yaymaq istəyənləri dünyada və axirətdə şiddətli əzab gözləyir. Allah bilir siz bilməzsiniz!» ( ən-Nur,19).
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Çər. Dek. 01, 2004 11:05 am    İsmarış mətni: Sitatla cavab ver

-b-

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ŞEYTANIN YOLUDUR

Adəmlə Həvvanın şeytana münasibətləri tarixi, bizə Allahın düşməni olan İblisin ayıb yerləri açmaq, geyimləri çıxartmaq və hər yerdə ziyankarlıq etmək kimi niyyətlərini açıb göstərir. Qüdrətli Allah deyib: « Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarınızı soyundurub valideynlərinizi ( Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, şeytan sizi də aldadıb yoldan çıxartmasın» ( əl-Əraf,27 ).
Beləliklə, özünü nümayiş etdirmək və libası soyunmaq çağırışının banisi İblisdir. Məhz o, indi « azad qadın» adlandırılan hərəkatın rəhbəridir. Şeytan Rəhimli Allaha asi olmaqda ona tabe olanların hamısının başçısıdır. Bu, ilk növbədə özünü nümayiş etdirən, müsəlmanlara ziyan vuran və onların gənclərini yoldan çıxaran əxlaqsız qadınlardır. Peyğəmbər ( s.ə.v) deyib: « Mən özümdən sonra kişiləri yollarından azdıra bilən qorxulu bir şey saxlamamışam- qadınlardan başqa».
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C.a. Dek. 02, 2004 11:21 am    İsmarış mətni: Sitatla cavab ver

-b-

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK YƏHUDİLƏRİN METODUDUR

Yəhudilər xalqların dağıdılmasında qadın gözəlliyində istifadə etməkdə böyük təcrübələri var. Bütün dünyaya səpələnmiş çoxsaylı yəhudi təşkilatlarının ən etibarlı silahlarından biri də qadın cazibədarlığıdır. Axı, hələ Peyğəmbər ( s.ə.v) deyib: « Fani dünyaya və qadınlara münasibətdə ehtiyatlı olun, belə ki, israil övladlarının arasında ilk fitnəyə səbəb qadınlar olmuşdu».
Onların kitablarında göstərilir ki, Qüdrətli Allah Sionun qızlarını nazlanmaqlarına və öz gözəlliklərini nümayiş etdirdiklərinə görə cəzalandırmışdı. İsayi ( vi) kitabının üçüncü bölməsində deyilir: « Həqiqətən Allah Sionun qızlarını nazlandıqlarına, ayaqlarındakı halqaları və bilərziklərini təkəbbürlə cingildətdiyinə görə cəzalandıracaq. Allah onların bütün halqalarını və bilərziklərini qoparıb, hörüklərini və saç düzümlərini açaraq sırğalarını, boyunbağlarını, örtüklərini, zolaq və sarğılarını çıxaracaq».
Rəsulullahın ( s.ə.v) kafirlərə ( müşrüklərə) oxşamamaq və qadınlara münasibətdə onların qaydalarıyla getməmək nəsihətinə baxmayaraq, müsəlmanların çoxu bu xəbərdarlığa fikir vermədi. Beləliklə, Rəsulullahın (s.ə.v) dediyi həyata keçdi: « Siz öz sələflərinizin yolunu ciddi-cəhdlə davam edəcəksiniz. Hətta, onlar kərtənkələ yuvasına girsələr belə siz onların ardınca gedəcəksiniz». Camaat soruşur: « Bu, yəhudilər və xaçpərəstlərdir?». Peyğəmbər (s.ə.v) cavab verir: « Başqa kim olacaq?».
Allaha və Onun Rəsuluna ( s.ə.v) asi olub, yəhudilərin və xaçpərəstlərin yoluyla gedən qadınlar, Allahın hökmünü « Eşidirik və itaət etmirik» sözləriylə qarşılayaraq Allahın qəzəbinə tuş gəlmiş qadınlara necə də oxşayırlar! Onlar Allahın əmrini eşidərək « Eşidirik və itaət edirik» deyən əsl müsəlman qadınlardan necə də uzaqdırlar!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C. Dek. 03, 2004 2:21 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK CAHİLLİYYƏTİN ÜFUNƏTİDİR

Uca Allah deyib: « Evlərinizdə qərar tutun. İlkin Cahilliyyət dövründəki kimi açıq-saçıq olmayın» ( əl-Əhzab,33).
Peyğəmbər ( s.ə.v) Cahilliyyət dövrünün imdad haraylarını ( Cahilliyyət dövrındə təhqir olunmuş adam öz tayfasını və ya müttəfiqlərini ( şüvən salıb) uca səslə köməyə çağırırdı, onlar isə səsə hay verib onun müdafiəsinə qalxırdılar ki, bu da qəbilələr arasında uzun müddətli müharibələrə səbəb olurdu) murdar və iyrənc adlandırmış və bizə bu dövrü rədd etməyi əmr etmişdi. Quranda Rəsulullah ( s.ə.v) barədə deyilir: « onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər…» ( əl-Əraf,157).
Buna uyğun olaraq, ilkin Cahiliyyət dövründə adi bir şey sayılan özünü nümayiş iyrənclik və murdarçılıqdır. Peyğəmbər (s.ə.v) bunu bizə qadağan edərək deyib: « Mən Cahiliyyətdən qalan hər şeyi məhv etmişəm»
Bura Cahiliyyət dövründəki kimi özünü nümayiş etdirmə, imdad harayları, mülahizə və fikirlər, təkəbbürlük və israfçılıq aiddir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
shef2004



Daxil ol: C. Dek. 03, 2004 20:06
İsmarışlar: 73
Şəhər/ölkə: Azer

İsmarışGöndərilib: C. Dek. 03, 2004 9:31 pm    İsmarış mətni: Sitatla cavab ver

- Movzudan yainma hali bas verdiyi ucun silinmisdir.
_________________
De ki: Sizlerden butun bu risaletimin muqabilinde Ehli-beytime mehebbetden bashqa bir shey istemirem. (Shura-23)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
shef2004



Daxil ol: C. Dek. 03, 2004 20:06
İsmarışlar: 73
Şəhər/ölkə: Azer

İsmarışGöndərilib: Ş. Dek. 04, 2004 10:35 pm    İsmarış mətni: Sitatla cavab ver

- Movzudan yainma hali bas verdiyi ucun silinmisdir.

QEYD: Hormetli istifadeci, Peygember- səllallahu aleyhi və səlləm -imizin qizlarinin ve umumiyyetle gozel exlaqli muselman xanimlardan behs eden movzunu Sizin Movzu bolmesinde acaraq, bajilarimiza faydali ola bilersiniz.
Lakin bu movzda kimin kimden neye gore injidiyinden, munaqise ve narazicilqlardan behs eden yazilar yerlesdirilejekse, bilin ki, konflikte sebeb ola bilejek bu tip yazilar silinejekdir.
Cunki, bu tip yazilar Islama yeni gelen baji ve qardaslarimizin gozel dinimizden uz dondermesine sebeb ola biler. Odur ki, gelin daha diqqetli olaq.

_________________
De ki: Sizlerden butun bu risaletimin muqabilinde Ehli-beytime mehebbetden bashqa bir shey istemirem. (Shura-23)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 466
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Ş. Dek. 04, 2004 11:12 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ALÇAQLIQ, GERİLİK VƏ POZĞUNLUQDUR

Açıq-saçıq və çılpaq olmaq istəyi yalnız heyvanlara məxsus təbii xüsusiyyətdir. İnsanlar arasında isə buna aludəçilik yalnız Allahın xilqətinə, hicaba və paklığa məhəbbət xüsusiyyəti əta etmək şərəfinə nail olanlardan inkişaf səviyyəsinə görə çox geridə olan alçaq adamda ola bilər. Özünü nümayiş etdirməyin, əxlaqsızlıq və namussuzluğun gözəllik sayılması insanın təbii xüsusiyyətlərinin pozulması, zövqsüzlük, gerilik əlaməti və pozğunluqdan başqa bir şey deyil. İnsanın mənəvi yüksəlişi onun bədən örtüyünün inkişafı ilə sıx əlaqəlidir. İnsanın örtünmək istəyi həmişə inkişafın nəticəsi olub, qadınların hicabla örtünməsi isə, gücünü insan mənəviyyatından alan namus qorumaq instinktindən başqa bir şey deyil. Bədənin örtülməsindən azad olmağa gəldikdə isə, bu, gücünü şəhvətdən alan instinqtdir ki, gözəlliyi nümayiş etdirməyə və iki cinsi qovuşmağa sövq edir. Kim ki, ikinciyə əmin olub, ona can atırsa o, öz qəlbindəki namus qorumaq hissini boğmaq üçün birincini mütləq qurban verməlidir. Belə çıxır ki, özünü nümayiş etdirmək və əzilib-büzülmək insanın anadangəlmə xüsusiyyətlərinin – həyasızlığın, laqeydliyin, hissiyatın kütləşməsinin və ölüm hissinin pozulmasının əlamətidir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri Bütün saatlar GMT + 4 Saat
Səhifə 1, 2  Sonrakı
1 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran