Forumun ana səhifəsi
''Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək
oruc tutan kimsənin keçmiş günahları bağışlanır''

(əl-Buxarı, 1901)
 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Ad-gunleri...Movludlar...Bayramlar
Səhifə Əvvəlki  1, 2, 3
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Ən qaynar məsələlər burada müzakirə olunur
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
nəzarətçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. Okt. 04, 2004 7:08 pm    İsmarış mətni: Sitatla cavab ver

AsSalamu alaikum wa RahmatuLlah...
Sitat:
Bidət xüsusi ibadətlərə yenilik əlavə edilməsinə deyilir.

Xususi ibadetlere, deil, her jur ibadete.
Sitat:
Bu mərasimlər isə ən azından mübah bir əməldir.

Sozlerinizi Quran ve hedislerden konkret deliller getirmekle subut etmeinizi xahis ederdem, ki, heqiqeten fiqhde bele 1 anlais movjuddur.
Sitat:
Həcc surəsində bu barədə
ayə keçir ki Həcc mövsümü vaxtı adı qurbanlıq dəvələr "ŞəairAllah"-dan hesab
olunur.

Ayenin konkret nomresini vermeiniz xahis olunur.
Sitat:
Quranda buyurur:"kim ilahi mərasimlərə "şəairAllah"-a təzim etsə (o günləri
xüsusi əzəmətləyad etsə,)bu qəlblərin təqvasındandır.

Sitat:
Məgər hədislərdə rast gəlməmisiniz ki:"Bizim sevincli günlərimizdə sevinin,
kədərli günlərimizdə isə kədərlənin"!!!

Sitat:
Quranda Allah peyğəmbərə göstəriş verir :(mö`minlərə)Allahın günlərini
xatırlat!!!

Konkret sehih isnadlar gosterilmeyinjeye qeder yazdiqlariniz shubhe altinda qalajaqdir.
Salam
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Elif-lam-mim



Daxil ol: C.a. İyul 22, 2004 12:08
İsmarışlar: 105
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: B.e. Okt. 04, 2004 8:17 pm    İsmarış mətni: Sitatla cavab ver

Edlaetli Allahin adi ile

Meger sizler bu movludlarin qeyd edilmesinin Islama zidd oldugunu hansisa delillerle subut elemisiniz? Ona gore de sizin de iddialariniz shubhe altinda qalacaqdir Humeyra xanim.
_________________
http://www.cihadnet.net/vahset_resimleri_1_2/vahset2.htm
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
nəzarətçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. Okt. 04, 2004 9:46 pm    İsmarış mətni: Sitatla cavab ver

بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
AsSalamu alaikum wa RahmatuLlah...
Sitat:
Meger sizler bu movludlarin qeyd edilmesinin Islama zidd oldugunu hansisa delillerle subut elemisiniz? Ona gore de sizin de iddialariniz shubhe altinda qalacaqdir Humeyra xanim.

Xristian dinin Islam dininden ewel yarandigi ve Isanin(a.s.) movludunun-ad gununun (Rojdestvo) xristianlar terefinden qeyd olundugu hamimiza me`lumdur.
Peygemberin- səllallahu aleyhi və səlləm - ne oz ad gununu, ne ozunden ewelki peygemberlerin, ne de yaxinlarinin ad gunlerini qeyd etmesine dair hec 1 tarixi fakt, hedis bize gelib catmaib. Eksine, Allah(Swt) Maida suresinda buyurur ki:
Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.
Qur`an, al_Maida, 3)
Ele ise, Islamda olmayan 1 sheyi dinimize elave etmek ne derejede duzgundur?!
Ele ise, niye xristianlara, yehudilere, butperestlere, yaxud qeyrilerine benzemeliyik?! Allah(SwT) ki, bunu bizlere-muselmanlara qadagan edib:
Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.
Qur`an, ali_Imran,118)
Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın
(Quran, al_Maida, 56)
Hemcinin:
Rasool- səllallahu aleyhi və səlləm -:"Kim hansi qovme benzemeye calisarsa, onlardandir"
abuDawud
ve:
Rasool- səllallahu aleyhi və səlləm -:" Basqasinin yolu ile geden bizden deil"
Sahibul Jami
Salam
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Administrator
site-admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 279
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: Ç.a. Okt. 05, 2004 8:17 am    İsmarış mətni: Sitatla cavab ver

بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
Saleh ibn Fouzan əl Fouzan

Biz Peyğəmbərin ad gününü keçirməliyikmi?

Kitab və Sünnədə (Peyğəmbər - səllallahu aleyhi və səlləm --dən varid olan səhih hədislərdə) Allahın və Rəsulunun şəriətinə tabe olan işləri n əmr olunması və dində yeniliyin qadağan olunması gizli deyil. Uca Allah belə buyurur : «(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!"» (Ali İmran surəsi, 31) Başqa bir ayədə: «Rəbbinizdən sizə nazil edilənə (Qur’ana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!» (Əraf surəsi, 3) və belə buyurur : «Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!"» (Əl-Ənam surəsi, 153) Peyğəmbər - səllallahu aleyhi və səlləm - belə buyurur: «Ən doru söz Allahın Kitabıdır, yolların doğrusu Məhəmmədin - səllallahu aleyhi və səlləm - yoludur, işlərin ən pisi yeni olanıdır» və başqa hədisdə : «Bizim etmədiyimiz bir əməli kim edərsə o rədd olunmuşdur.» Bu hədisləri Buxari rəvayət etmişdir.
İsanların münkər bidətlərindən biri də Rəbiəl Əvvəl ayında Peyğəmbər - səllallahu aleyhi və səlləm --in doğum gününü keçirmək bidətidir. Bu günü bir neçə cür keçirən var. Onlar aşağıdakılardır:

Bəziləri bu gün münasibətilə yığışıb mövlud hekayələri, xütbə və qəsidələr deyirlər.

Bəzilər bu gün münasibətilə yemək və şirniyyat bişirib gələnlərə verirlər.

Bəziləri bu günü məscidlərdə, bəziləri də evlərdə keçirirlər.

Bəziləri yuxarıda sadaladığımızla kifayətlənməyib buna haram və qadağalar qataraq qadınlarla kişilərin bir yerə yığışıb, rəqs edib mahnı oxumasını təşkil edirlər və Allahın Rəsulu - səllallahu aleyhi və səlləm --dən şirk edərək kömək istəyirlər, onu çağırırlar və dinin düşmənlərinə qarşı ondan kömək istəyirlər.
O bütün növləri ilə, dəyişik şəkilləri və dəyişik qəsdləri ilə şəksiz və şübhəsiz haram yenilik olan bidət olduğu və Fatimi şiələrin 3-cü əsrdə müsəlmanların dinini ifsad etmək üçün çıxardmışlar. İbn Xulkan və başqalarının dedikləri kimi onu onlardan sonra ən birinci yayan padşah Müzəffər Abu Səid Koukəburi İrbil şahın hicri ilinin 6-cı əsrinin sonu, yeddinci əsrinin əvvəlində etmişlər.

Əbu Şamə demişdir: «Bunu ən birinci edən məşhur salihlərdən olan Şeyx Ömər ibn Məhəmməd etmişdir.»
Müsəlmana qalan isə Sünnəni dirildmə və bidəti öldürmədir.

Peyğəmbər - səllallahu aleyhi və səlləm --in ad gününü keçirmənin hökmü

Peyğəmbər - səllallahu aleyhi və səlləm --in ad gününü xüsusi münasibətlə keçirmək bir neçə şərtə görə qadağan və rədd olunmuşdur. O şərtlərin bəziləri aşağıdakılardır.

1. Bu nə RəsulAllah - səllallahu aleyhi və səlləm --in, nə də onun Xəlifələrinin sünnəsindən (yolundan) deyil. Bunlardan olmayan hər şey qadağan olunmuş bidətlərdən sayılır. Çünki Peyğəmbər - səllallahu aleyhi və səlləm - belə buyurur : «Sizin üzərinizə mənim sünnətim və məndə sonra düz yolda olan Raşidi Xəlifələrin sünnəsidir. Ondan bərk yapışın, hətta azı dişlərinizlə, sizin üzərinizə yeni işlər də düşür, həqiqətən hər yenilik bidətdir, hər bidət dəlalətdir.»

Ad günü keçirmə müsəlmanları ifsad etmək üçün onu Fəzilətli qövmdən sonra şiə Fatimiilərin çıxartdğı bidətdir. Allaha yaxınlaşdıracaq və lakin RəsulAllah - səllallahu aleyhi və səlləm --in eləmədiyi və onun əmr etmədiyi, ondan sonra Raşidi xəlifələrin etmədiyi bir şeyi etmək, RəsulAllah - səllallahu aleyhi və səlləm --ə insanlara dinlərini öyrətməməkdə ittiham etmək və Allahın bu sözünü yalanlamaqdır: «bu gün Mən sizini dininizi kamil etdim» (Maidə surəsi, 3) Çünki o əlavə ilə gəlib onun dindən olduğunu, Rəsulun - səllallahu aleyhi və səlləm - isə gətirmədiyi bir şeyi demişdir.

2. Peyğəmbər - səllallahu aleyhi və səlləm --in ad gününü keçirmək bidət olub nəsranilərə oxşamaqdır. Hər ikisi (bidət olmağı, nəsranilərə oxşamağı) haramdır. Bununla onu şişirdib, hətta Allahın əvəzinə ondan nəisə istəməyə gətirib çıxardır. Necə ki, indi bunu (Allahdan başqa rəsulundan istəməyi), ad günü keiçirənlərin çoxusu edir. Onu mədh etmək üçün şirk qəsidələr qoşurlar. Halbuki RəsulAllah - səllallahu aleyhi və səlləm - onu mədh etməyi qadağan etmişdir: «Məni, nəsranilərin Məryəmin oğlunu böyütdükləri kimi böyüdməyin. Mən ancaq Allahın quluyam, ona görə Allahın qulu və rəsulu deyin.» (Buxari ) Nəsranilərin Məryəm oğlu İsa (ə.s)-ı mədh edərək şişirdib axırda onu Allahın oğlu (SübhanAllah! – Allah bundan uzaqdır!) hesab etdiyi kimi şişirdməyin. Allah bunu onlara qadağan edərək buyurmuşdur: «Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) "üçdür" deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!» (Nisa surəsi, 171)

3. Mövlud bidəti başqa bidətlərə də qapı açır. Və ona görə bidətçilərin bidətləri artıraraq sünnədən uzaq durduqlarını görürsən. Hətta sonra onların bütün dinləri mövlud bidətləri ilə dolur. Öz aralarında firqələrə bölünürlər. Hər firqə öz aliminin mövludunu keçirməyə başlayır. Və nəticə olaraq bu ölüləri şişirdərək onlardan istəmə, Allahdan başqa onlara dua etmə olur. Və etiqad edirlər ki, onlar eşidib onlara xeyir və zərər verə bilirlər. Və bununla Allahın dinindən çıxırlar. Və cahiliyə dininə qayıdırlar. Onlar haqqında Allah Təala belə buyurur: «Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər. De: "Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!"» (Yunis surəsi, 18) başqa ayədə isə : «Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!» (Əz-Zumər surəsi, 3)

Bu barədə şübhələr

Onların bu bidəti diriltmələrində gətirdikləri dəlillər hörümçək toru kimi zəif dəlillərdir. Onlar aşağıdakı kimi ola bilər.

1. onlar iddia edirlər ki, bununla Peyğəmbər - səllallahu aleyhi və səlləm --ə təzim var.
Cavab olaraq biz deyirik ki: «Peyğəmbər - səllallahu aleyhi və səlləm --ə təzim ona itaət edib, onun əmrinə tabe olub, onun nəhy etdiyi şeylərdən uzaq durub, onu sevərək olur, ona təzim etmək bidət, xurafatlar, asilik, ad günü keçirməklə olmur. İnsanların Peyğəmbər - səllallahu aleyhi və səlləm --ə ən çox təzim edənləri səhabələr (Allah onlardan razı olsun) olublar. Necə ki, İbn Məsud -Allah onlardan razı olsun- Qureyş üçün deyir: «Ey qövm, VAllahi mən padşahlara elçi göndərildim, Qeysərə, Kisraya, Nəcaşiyə elçi göndərildim. Məhəmmədin - səllallahu aleyhi və səlləm - əshabələrinin ona təzim etdiyi kimi onların tərəfdarlarının onlara təzim etdiyini görmədim... (Buxari) » Bu təzimlə yanaşı onlar (Allah onlardan razı olsun) Onun - səllallahu aleyhi və səlləm - ad gününü bayram və şənlik kimi keçirmirdilər. Əgər bu şərən vacib olsaydı onu tərk etməzdilər.»

2. Sübut ki, guya bu müxtəlif ölkələrin müxtəlif insanlarının etdiyi bir işdir.

Cavab olaraq biz də deyirik ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm --dən gələn dəlil odur ki, bidətlər ümumi qadağan olunub, bu da o deməkdir ki, əgər insanların etdikləri dəlilə qarşı olursa bu bir dəlil deyil. Əgər çox olsalar belə. «Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!» (əl-Ənam surəsi, 116)Allaha şükrlər olsun ki, hər əsr bu bidətləri inkar edirlər və onun batil olduğunu bildirirlər. Haqq bəyan olandan sonra münkər bir əməli davam etməyə heç bir dəlil yoxdur.

Belə ad günü keçirməyi inkar edənlərdən şeyxulislam ibn Teymiyyə «iktida əssiratəl mustəqim» əsərində, imam Şatibi «İtisam» əsərində, şey Tacəddin Əli ibn Ömər bunu inkar edən xüsusi yazdığı kitabında, hörmətli şeyx ibn Baz kimi alimlər hər il qəzet və jurnal səhifələrində bu bidətləri inkar etmək üçün məqalələr yazırlar.

3. Deyirlər ki, mövlud gününü keçirməklə Peyğmbər - səllallahu aleyhi və səlləm --i yada salırıq.

Cavab olaraq deyirik: Peyğmbər - səllallahu aleyhi və səlləm --i zikr etməyi müsəlman daima edir. Müsəlman Peyğmbər - səllallahu aleyhi və səlləm --in adını azanda, iqamədə, xütbələrdə, dəstəmazdan sonra gətirdiyi şəhadətdə, namazlarında zikr edir, və ya hər dəfə müsəlman Peyğəmbər - səllallahu aleyhi və səlləm --in əmr etdiyi bir saleh vacib və ya bəyənilən bir əməl işlətdikdə o bununla Peyğmbər - səllallahu aleyhi və səlləm --i yada salır. Beləliklə Allahın buyurduğu kimi gecə və gündüz, bütün həyatı boyu, yalnız mövlud günü deyil (bu bidət olub sünnəyə ziddir) bu bidət insanı Peyğmbər - səllallahu aleyhi və səlləm --dən uzaqlaşdırır.

Peyğmbər - səllallahu aleyhi və səlləm - bu bidətdən uzaqdır. Allahın onu ucaldması bundan üstündür. Necə ki, Uca Allah belə buyurur : «Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər)» (Şərh surəsi, 4) Azanda, iqamədə, xütbələrdə Allahın adı çəkilməklə yanaşı Peyğmbər - səllallahu aleyhi və səlləm --in də adı çəkilir. Bundan da böyük əzəmətləndirmə olarmı? Onu əzəmətləndirmək, onu yada salmağı yeniləmək üçün bu kifayətdir.

4. Deyirlər ki, mövludu keçirmək yaxşı bidətdir. Bununla Allaha Peyğmbər - səllallahu aleyhi və səlləm --i bizə verdiyinə görə şükr edirik.

Cavab olaraq deyirik ki: «Bidətdə yaxşı şey yoxdur. Peyğmbər - səllallahu aleyhi və səlləm - demişdir : «kim bizim etmədiyimiz bir şeyi etsə o rədd olunmuşdur» (Buxari 2697)» başqa bir hədisdə Peyğmbər - səllallahu aleyhi və səlləm - demişdir : «Hər bidət zəlalətdir.» (Əhməd 126/4) bütün bidətlərin hökmü odur ki, o zəlalətdir. O isə deyir ki, hər bidət zəlalət deyil, yaxşı bidətlər də var. Hafiz ibn Rəcəb Ərbəin Nəvəvini şərh edərkən belə deyir : «Peyğəmbər - səllallahu aleyhi və səlləm --in «hər bidət zəlalətdir» sözü bütün sözlərə aiddir, ondan heç bir şley istisna olmur. O, dinin üsullarından olan əzəmətli üsuldur. Bu Peyğəmbər - səllallahu aleyhi və səlləm --in «Kim bizim etmədiyimiz bir şeyi etsə o rədd olunmuşdur» sözünə bənzəyir. Kim ki, dinə heç bir əsli olmayan yeni bir şey çıxardıb onu dinə nisbət etsə, ona söykənsə, bu zəlalətdir, və din bunlardan uzaqdır. Etiqad, əməl, zahiri və batini sözə aid olan məsələrdə də bu eynidir.» (Cami əl Ulum vəlhukum əsəri, s.233)

Onlara heç Ömər -Allah onlardan razı olsun--nun təravih namazı üçün dediyi : «Bu necə də gözəl bidətdir» sözü də dəlil deyil.

Onlar deyirlər ki, onlar sələfin inkar etmədikləri şeyləri də ediblər. Məsələn Quranı cəm halda bir kitaba yığıblar, hədisləri yazıb nəşr ediblər. Cavab da odur ki, bunların hamısının dində əsli vardır.

Ömər -Allah onlardan razı olsun--nun «bu nə gözəl bidətdir» sözündə o «şəri bidət yox, lüğəvi bidəti nəzərdə tutur.» bunun da şəriətlə heç bir əlaqəsi yoxdur. Əgər deyilsə ki, bu bidətdir, bu şəri bidət olmayıb lüğəvi bidət sayılır. (yəni Ömər -Allah onlardan razı olsun--nun dediyi bidət)
Quranın bir kitab olmasının da şəriətdə əsli var. Necə ki, Peyğmbər - səllallahu aleyhi və səlləm - Quranın yazılmasını əmr edirdi. O isə, ayrı-ayrı yazılmış formada idi. Səhabələr də onu bir kitab halına gətirdilər. (toplayıb yığdılar)

Təravih namazlarına gəldikdə isə, Peyğmbər - səllallahu aleyhi və səlləm - onu iki gecə səhabələri ilə qılıb, sonra səhabələrin onu fərz hesab edə biləcəklərinə görə camaatla qılmağı tərk edib. Səhabələr də Peyğəmbər - səllallahu aleyhi və səlləm --in həyatında, ondan sonra onu ayrı-ayrı qılıblar. Sonra Ömər -Allah onlardan razı olsun- səhabələrin o namazı Peyğəmbər - səllallahu aleyhi və səlləm --in arxasında qıldıqları kimi, yenə də onu camaat halında bir imamın arxasında qılmaqlarını istəyib. Bu da dində bidət deyil.

Hədislərin yazılmasının da şəriətdə əsli var. Peyğmbər - səllallahu aleyhi və səlləm - bəzi səhabələrə bəzi hədisləri yazmağa icazə verib. Sonra hədislərin Quranla qarışıq düşməsindən qorxularaq onun yazılışı dayandırılıb. Peyğmbər - səllallahu aleyhi və səlləm - rəhmətə gedəndən sonra isə Quran tam toplanıb qətiyyən bilindiyinə görə onun Quranla qarışma təhlükəsi olmayıb və yenidən yazılmağa başlanıb. Sonra müsəlmanlar Peyğəmbər - səllallahu aleyhi və səlləm --in sünnəsini qoruyub ona zərərin düşməməsi üçün yazmağa başlayıblar. Onların Allahın kitabını və Peyğmbər - səllallahu aleyhi və səlləm --in hədislərini belə yığıb yazdıqlarına görə Allah onlardan razı olsun.

Onlardan soruşulur : «nəyə görə ən yaxşı əsrlər hesab edilən Peyğəmbər - səllallahu aleyhi və səlləm --in səhabələrinin, tabiinlərinin, təbəəttabiinlərinin dövründə etməyiblər, halbuki onlar Peyğəmbər - səllallahu aleyhi və səlləm --i ən çox sevənlər və yaxşı əməllər etməkdə ən çox həris olanlardır və şükrü daha çox edənlərdir»

5. Onlar deyirlər ki, Peyğmbər - səllallahu aleyhi və səlləm --in ad gününü keçirmək onun məhəbbətindən irəli gəlir. Bu da məhəbbətdən irəli gəlir, Peyğəmbər - səllallahu aleyhi və səlləm -- ə itaətdir.

Cavab olaraq biz deyirik ki: «Peyğəmbər - səllallahu aleyhi və səlləm --i öz nəfsindən, öz övladlarından, öz valideynlərindən və bütün insanlardan daha çox sevmək hər bir müsəlmana vacib olan bir əməldir.» ancaq bu o demək deyil ki, bununla hər hansı bir bidət edək. Əslində ona məhəbbət bəsləmək ona itaət etmək deməkdir.

Peyğəmbər - səllallahu aleyhi və səlləm --ə qarşı məhəbbət onun sünnəsini yaşatmaqdır, onun sözlərinə və əməllərinə qarşı bir şey etmək isə ona asilikdir. Və bu aydındır ki, onun sünnəsinə zidd olan hər şey bidətdir və açıq-aydın asilikdir. Buna da misal olaraq onun ad gününü keçirmək və başqa bidətlər. Niyyətin yaxşı olması dində bidətə icazə vermir. Din iki əsl üzərində qurulub: «İxlas və itaət» Uca Allah buyurur : «Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər» (əl Bəqərə surəsi, 112)

6. onların şübhələrindən biri də onlar belə deyirlər : «Biz o gündə Peyğəmbər - səllallahu aleyhi və səlləm --in həyatını oxuyuruq və onunla rahatlıq tapırıq»

biz də deyirik : «Peyğəmbər - səllallahu aleyhi və səlləm --in həyatını oxumaq və ondan qidalanmaq hər bir müsəlmanın üzərinə düşən borcudur. Və o bu borcu bütün il boyu, bütün həyatı boyu etməlidir. Ancaq bunun üçün heç bir dəlilsiz xüsusi bir gün müəyyənləşdirmək bidətdir. «Və hər bidət zəlalətdir.» və bidət də şərrdən və Peyğəmbər - səllallahu aleyhi və səlləm --dən uzaqlaşmaqdan başqa bir şey hasil etmir»

Sözün xülasəsi olaraq isə deyirik: «Peyğəmbər - səllallahu aleyhi və səlləm - mövludunu keçirmək bütün növləri və şəkillərinin fərqliliyi ilə bidətdir. Müsəlmanlara vacibdir ki, onun və başqa bu cür bidətlərin qarşısını alsın, sünnəni diriltməklə məşğul olmalıdır. Bu bidətləri çıxaranlar sünnələri diriltməkdənsə bidətləri çoxaldırlar. Bəlkə də əslən sünnələrlə heç məşğul olmurlar. Kimin ki, niyyəti belədirsə onu izləmək olmaz. Hətta əgər bu insanlar sayca çox olsa. Əksinə insanlar sələf salihin sünnəsindən yapışmalı və onu sayları az olsalar belə izləməlidirlər. Haqq insanlara görə tanınmır, isnanlar haqqa görə tanınırlar. »

Peyğəmbər - səllallahu aleyhi və səlləm - belə deyir : «Sizdən çox yaşayanlar çoxlu ixtilaflar görəcəklər. Sizin üzərinizə düşən mənim sünnəmdən (yolumdan), məndən sonra düz yolda olan Raşidi xəlifələrin yolundan arxa dişlərinizlə tutmaqdır. Sizin üzərinizə yeni bidətlər(i məhv etmək) düşür. Hər bidət zəlalətdir.» (Əhməd 126/4) bu hədis şərifdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - bizə ixtilafları görəcəiyimizi deyir və sözdə və əməldə sünnəyə müxalif olan hər şeyin bidət olduğunu deyir. Və hər bidət zəlalətdir.

Biz əgər Peyğəmbər - səllallahu aleyhi və səlləm --in mövluduna baxsaq, onun əslinin Peyğəmbər - səllallahu aleyhi və səlləm --in sünnəsində, Raşidi xəlifələrin sünnəsində görmərik. Demək ki, o yeni çıxan zəlalət bidətlərdən hesab olunur. Buna dəlil olaraq bu ayəni də misal gətirə bilərik. «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə e’tibarilə daha yaxşıdır.» (ən Nisa surəsi, 59)

Allaha qayıtma Onun kitabına qayıtmaqdır. Peyğəmbər - səllallahu aleyhi və səlləm --ə qayıtmaq onun sünnəsinə qayıtmaqdır. Kitab və sünnədə Peyğəmbər - səllallahu aleyhi və səlləm --in mövludunu keçiməyə dəlil haradadır? Bunu edibonu yaxşı görən isə bu və başqa bu kimi bidətlərdən əməllərdən tövbə etməlidir. Əsl mömin haqqa can atır, ancaq ona dəlil göstəriləndən sonra kibirlənən insanın işi isə Allaha qalır.

Bununla biz Allahı görəcəyimiz günə qədər Allahdan Onun Kitabına və Peyğəmbər - səllallahu aleyhi və səlləm --in sünnəsinə sarılmaq neməti ilə riziqləndirməsini istəyirik.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
Elif-lam-mim



Daxil ol: C.a. İyul 22, 2004 12:08
İsmarışlar: 105
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: Ç.a. Okt. 05, 2004 7:39 pm    İsmarış mətni: Sitatla cavab ver

Gozegorunmez Allahin adi ile

Humeyra xanim yazdiginiz ayelerin Quranda oldugunu men de bilirem. Amma bu syelerin bizim movzuya hech dexli yoxdur.
Amma indi menim yazacagim ayelerin bu metlebe chox boyuk yaxinligi var.
Allah Teala Qurani Mecidde buyurur: "(Ya Mehemmed!) De ki, men bunun (risaleti teblig etmeyimin) evezinde sizden qohumlarima mehebbetden bashqa bir shey istemirem"
Bir insanin ad gununu sevincle qeyd etmek meger mehebbetden ireli gelmir? Siz buna ne deyirsiniz? Bu Allah kelamindan yaxshi subut isteyirsiniz yene? Burda Islama zidd olan hech bir shey yoxdur. Yoxsa GOZEGORUNMEYEN Allah bu boyda ayeleri niye yazirdi? Sonra da buyururdu ki: "Biz oz ayelerimizi agilli insanlar uchun nazil etdik ki, belke onun haqqinda dushuneler"

Adminstrator vaxtim az oldugundan sizin cavabiniz inshaAllah sabah olacaq. Yeri gelmishken kapitanin yazisi movzudan kenar oldugu uchun zehmet olmasa onu silin. Bu Tovhid adli movzunun materialidir. Onu basha salin.
_________________
http://www.cihadnet.net/vahset_resimleri_1_2/vahset2.htm
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
nəzarətçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: Ç.a. Okt. 05, 2004 8:32 pm    İsmarış mətni: Sitatla cavab ver

AsSalamu alaikum.

Sitat:
Humeyra xanim yazdiginiz ayelerin Quranda oldugunu men de bilirem. Amma bu syelerin bizim movzuya hech dexli yoxdur.

Hec 1 dexli olmadigini kim deir?
Alimlermi? Ele ise onlardan konkret deliller getirin ki, axtarib arasdiraq, inchaAllah...
Siz? Siz ki, alim deilsiniz...Ele ise sozlerinizin shexsen menimcun hec 1 qiymeti yohdur...
Sitat:
"(Ya Mehemmed!) De ki, men bunun (risaleti teblig etmeyimin) evezinde sizden qohumlarima mehebbetden bashqa bir shey istemirem"

Elsen qadasa dediyimi yeniden tekrarlairam: Gosterdiyiniz ayenin nomresini ve hansi sureden oldugunu demeinje muzakireye dawam etmek fikrinde deilem.
Salam.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Elif-lam-mim



Daxil ol: C.a. İyul 22, 2004 12:08
İsmarışlar: 105
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: B. Noy. 07, 2004 6:10 pm    İsmarış mətni: Sitatla cavab ver

Edalet sahibinin adi ile

Shura suresinin 23-cu ayesi

Allah iman gtirib yaxshı emeleər eden bendelərine bununla mujde verir. (Ya Peygember!) De: "Men sizden bunun (risaleti teblig etmeyimin) muqabilinde qohumlarima mehebbetden (ehli-beyte sevgiden) bashqa bir şey istemirem.

Humeyra xanim yeqin bundan sonra daha Peygember qohumlarinin tevelludlerini yad etmeyi bizlere irad tutmazsiniz. Chunki bunu Allah vacib buyurur. Vessalam.

Yeri gelmishken gec de olsa Ramazan ayinin 15-cu gunu muselmanlarin 3-cu Imami Imam Hesen eleyhissalamin mubarek movlud gunu munasibetile sizleri tebrik edir ve sizlere o Hezretin yolunu davam etdirmeyi Allahdan arzu edirem.
_________________
http://www.cihadnet.net/vahset_resimleri_1_2/vahset2.htm
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
nəzarətçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 139
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: B.e. Noy. 08, 2004 11:32 am    İsmarış mətni: Sitatla cavab ver

بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
AsSalamu alaikum.
Ayede konkret ad gunlerinden sohbet getdiyini zenn etmirem.
Meger nesranileri-xristianlari gormedinizmi?! Hz. Isa (as)nin Movludunu kecire-kecire neje zelalete dusduler?
Ehli-beyt sevgisine geldikde ise, qelblerdeki sevgini acib gostermek olsaydi, Allah(SwT) ve Peygember- səllallahu aleyhi və səlləm -in yoluyla gedenlere olan sevgimin ne qeder cox olsaydugunu gorerdiniz...Amma men bu sevgini Peygember- səllallahu aleyhi və səlləm -in yolu ile getmekle ifade etmeye calsiram...
https://www.azerislam.com/meqaleler/ehli_beyt.html
WasSalam
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Elif-lam-mim



Daxil ol: C.a. İyul 22, 2004 12:08
İsmarışlar: 105
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: B.e. Noy. 08, 2004 1:37 pm    İsmarış mətni: Sitatla cavab ver

Allahin adi ile

Sitat:
Ayede konkret ad gunlerinden sohbet getdiyini zenn etmirem.

Men de demirem ki, ayede ad gunlerinden sohbet gedir. Ayede Peygemberin qohumlarina olan mehebbetden sohbet gedir. Men ise size achiqlamaga chalishiram ki, shielerin Imamlarin ve Islam dahilerinin ad gunlerini qeyd etmeleri onlara olan mehebbbetden ireli gelir. Sadece bu sizin forumda bashqa cur qeleme verilir. Siz ozunuz fikirleshseniz gorersiniz ki, sizin de kiminse (meselen atanizin) ad gununu qeyd etmeyiniz ona (ataniza) olan mehebbetden bashqa bir shey deyil. Burda bidet deyilen bir shey yoxdur. InshaAllah men bidetin esl menasinin ne oldugunu delillerle birge gelen yazilarda yazaram.

Hormetlerimle...
_________________
http://www.cihadnet.net/vahset_resimleri_1_2/vahset2.htm
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Hənif
nəzarətçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 47

İsmarışGöndərilib: B.e. Noy. 08, 2004 2:30 pm    İsmarış mətni: Sitatla cavab ver

بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
Mənim sizə bir neçə sualım var. Xahiş edirəm bu suallara səmimi cavab veresiniz. Suallara ardıcıllıqla cavab verin və sonda nəticə çıxarın.
1. Siz daha ağıllısınız, yoxsa Həzrəti Əli-Allah onlardan razı olsun-?
2. Peyğəmbər- səllallahu aleyhi və səlləm - daha şərəflidir, yoxsa sizin ad günlərini qeyd etdiyiniz digər insanlar?
3. İndi isə mənə istənilən mənbədən bir dəlil gətirin ki, Həzrəti Əli-Allah onlardan razı olsun- Peyğəmbərin- səllallahu aleyhi və səlləm - ad gününü keçirib. Əgər ocür ağıllı insan o cür şərəfli bir insanın ad gününü keçirməyibsə, siz hansı ağılla bunu edirsiniz və bunun yaxşı əməl olduğunu deyirsiniz.
_________________
Allaha çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
kapitan



Daxil ol: C. İyun 18, 2004 15:44
İsmarışlar: 105

İsmarışGöndərilib: B.e. Noy. 08, 2004 4:24 pm    İsmarış mətni: Sitatla cavab ver

Elif-lam-mim yazıb:
Edalet sahibinin adi ile

Shura suresinin 23-cu ayesi

Allah iman gtirib yaxshı emeleər eden bendelərine bununla mujde verir. (Ya Peygember!) De: "Men sizden bunun (risaleti teblig etmeyimin) muqabilinde qohumlarima mehebbetden (ehli-beyte sevgiden) bashqa bir şey istemirem.

Humeyra xanim yeqin bundan sonra daha Peygember qohumlarinin tevelludlerini yad etmeyi bizlere irad tutmazsiniz. Chunki bunu Allah vacib buyurur. Vessalam..

heç orda deyilir ki gedin əhli beytin ad gününü qeyd edin ? əllbətdəki deyilmir
siz sadəcə bu məsələdə xristianlara oxşayırsız

Yeri gelmishken gec de olsa Ramazan ayinin 15-cu gunu muselmanlarin 3-cu Imami Imam Hesen eleyhissalamin mubarek movlud gunu munasibetile sizleri tebrik edir ve sizlere o Hezretin yolunu davam etdirmeyi Allahdan arzu edirem

indi ise gorun shieler imamlara nece hormet edirler
Şie alimi Mühsin el-Emin deyir ki: ‘’İraq ehlinden iyirmi min adam Hüseyne -Allah onlardan razı olsun- beyet etmişdi. Sonra onlar xeyanet edib ona qarşı çıxaraq onu öldürdüler’’ (Eyan eş-şie 1, 34). Onlar Hüseyni öldürmemişden qabaq Hüseyn onlara demişdi: ‘’Siz mene meyvelerin yetişdiyini ve döyüşe hazır olduğunuzu yazmamışdınızmı? Bizi çağırdığınıza, elimizde olan qılıncı bizim üstümüze qaldırdığınıza, sizin ve bizim düşmenlere od vurmaq üçün od topladığınıza, sonra ise yaxınlarınızın etrafına toplaşıb elinizi düşmenlerinizin eline qoyduğunuz size yzıqlar olsun! Siz bize beyet etmek üçün teleserek milçek ve kepenek kimi uçdunuz, sonra ise ehdinizi pozdunuz. Bu ümmetin tağutlarına lenet olsun (el-İhticec, et-Tabersi).
Sonra Hüseynin dostlarından biri – Hurr bin Yezid Kerbalada duraraq İraqlılara müraciet ederek dedi: ‘’Siz Allahın bu saleh qulunu İraqa devet etdiniz. Sonra onu teslim ederek üzerine hücum ederek öldürdünüz. O sizin elinizde esire oxşayırdı. Susuzluq gün Allah size su içmeyi qismet etmesin (‘’el-İrşad, Mufid, 241, ‘’İlem el-Vafa Bi-Elem el-Hude, 2440). Hemin vaxt Hüseyn -Allah onlardan razı olsun- öz terefdarlarının eleyhine dua ederek demişdi: ‘’Allahım eger onlara ömür versen, onları firqe-firqe et. Onlardan heç birini vali olmağına razı olma. Onlar bize kömek etmek üçün bizi çağırdılar. Sonra bize hücum ederek bizi öldürdüler (İlem el-Vara, Tebersi949. Keşf el-Ğumme 2-18,38).
Şie tarixçisi el-Yequbi qeyd edir ki, Eli bin Hüsyn -Allah onlardan razı olsun- Küsfeye daxil olarke qadınların ağladığını görür ve deyir: ‘’Bunalr bizim üçün ağlayırlar? Bes onda bizi kim öldürüb? Bu-onlardan başqa bizi kimi öldürüb?’’-demekdir. (Tarix el-Yequbi 1-235). İmam Hesen -Allah onlardan razı olsun- geri çekilerek Müaviyye ile sülh bağladığı zaman Hüseyne xeyanet edib onu öldüren terefdarlarına müraciet ederek demişdi: ‘’Ey Kufe ehli! Men sizden üç şeye göre incidim: ‘’Atamı öldürdüyümüze, var-yoxumu elimden aldığınıza ve meni vurduğunuza göre. Eşidin ve itaet edin! Men Müaviyyetye beyet etdim’’. Bu vaxt Beni Esed qebilesinden bir adam nizeni sümüye çatana qeder onun dizine sancdı (Keşif el-Ğümme, 540, el-İrşad Müfid 190, el-Füsul el-muhimme, 162)
Göründüyü kimi sehifelerin reqemlerini qeyd ederek hetta şie kitablarında özlerinin Hüseyni ve onun terefdarlarını öldürdüyünü, sonra göz yaşı tökdüklerini bildirdiklerini görürük. Onlar hele de öldürdükleri insanın cenazesinde iştirak edirler. Eger bu Ehli-beyte mehebbetden ireli gelirse ne üçün onlar peyğemberin - səllAllahu aleyhi və səlləm - emisi Hemzeni qetl üçün ağlamırlar? Onun qarnı öldürülmesi zaman edilen hereket hüseyninkinden daha ağır idi. Onun qarnı cırılmış ve böyreyi çıxarılmışdı. Neüçün onlar peyğemberin - səllAllahu aleyhi və səlləm - öldüyü üçün ağlamırlar? Bu daha böyük müsibet deyilmi? Yoxsa Hüsyn -Allah onlardan razı olsun- babasından Kisranın (fars imperatoru) qızı ile evlendiyi üçün dah yaxşıdır?
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Ən qaynar məsələlər burada müzakirə olunur Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2, 3
3 səhifə (Cəmi 3 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Democraty Azerbaijan
Waytoquran