"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 130
Göndərilib: C. Okt. 08, 2004 7:01 pm İsmarış mətni: Ramazan ayının fəzilətləri
Bismillahirrahmanirrahim
Hörmətli müsəlman qardaşlar və bacılar. Çoxumuz bilirik ki, Ramazan ayı ən xeyirli və fəzilətli aylardandır. Bu ayın başqa aylara müqayisədə bəzi fəzilətləri və üstünlükləri vardır. Bunlar çoxdur amma ən əsaslarından isə;
1. Bu ayda Qurani Kərim (bütün müsəlmanların hökm edə biləcək, yeganə nicat yolu tapa biləcəkləri qüsursuz kitab) nazil olmuşdur.
2. Məhz bu ayda, Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - peyğəmbərlik (elçilik) almışdır.
3. Bu ayda, ən məşhur sayılan Bədr döyüşündə müsəlmanlar məhz Allahu Təalanın köməyi ilə müşrikləri yenmişdilər.
4. Bu ayda Məkkənin fəthi olmuşdur.
5. Bu ayda elə bir gecə varki, həmin gecədə olunan ibadət, 1000 ayda olunan ibadətdən üstün və xeyirlidir. Bu, Qədr gecəsidir.
6. Bu ayda cənnətin qapıları açılır və cəhənnəmin qapıları bağlanır.
7. Bu ayda, şeytanlar qandallanırlar (bağlanırlar).
Bu ayın fəzilətlərindən çoxunu saymaq olar. InşAllah bu ay boyunca, bu müqəddəs ayın fəzilətlərindən və bu ayda edə biləcəyimiz ibadətlər haqqında yazaq.
Bismillahirrahmanirrahim
Hörmetli müsəlman qardaş və bacılarım!
Ramazan ayının daxil olması münasibəti ilə sizləri təbrik edirəm və sizə bir neçə nəsihət yazmaq istərdim. Allahdan diləyirəmki, bizə, bunlara riayət etməkdə kömək olsun.
Hər bir müsəlman, Allaha etdiyi ibadətdən çəkinməli deyil, bunu səmimi qəlbdən və ixlasla etməlidir. Eləcə də ibadət mövsümlərindən fürsəti əldən verməli deyil. Müsəlman, belə mövsümlərə hazırlıq və necə deyərlər planlı olmalıdır. Xeyir və savab işlərə can atmalıdır, belə əməllər etməyə tələsməlidir, sanki yarışırlar kimi. Allahu Təala, möminləri xeyirli əmələ tələsməyə çağırır və Əl-Mutəffifun surəsinin 26-cı ayəsində belə buyurulur:
((…Qoy yarışanlar, onun üçün yarışsınlar!))
Ona görə də, əziz müsəlman qardaş və bacılarım, xeyirli əməlləri etməkdə yarışaq və Ramazan ayına hazır olmaq üçün belə edək;
1. Dua edək ki, Ramazan ayında Allah bizə sağlamlıq və qüvvət versin. Ibadətləri yerinə yetirməkdə çətinlik çəkməyək deyə və Allah bizə, bu müqəddəs ayı xeyirli bitirməyi nəsib etsin. Rəvayətə görə Peygəmbərimiz - səllallahu aleyhi və səlləm -, Rəcəb ayı girərkən belə deyərdi: “Allahım, Rəcəb və Şaban ayını bizə bərəkətli et və bizi Ramazan ayına yetişdir!)) – Əhməd və Təbərani rəvayət etmişdir. Ramazan ayı girərkən isə belə dua edin: ((Allahu Əkbər, bu ayı bizə əmin-amanlıqla və imanla gətir, salamatçılıq və Islamla gətir, sənin sevdiyin və razı qaldığın əməlləri etməyə bizi muvəffəq et))
2. Ramazan ayının daxil olmasına və bizlərə hələ də sağ-salamat bu ayı qarşılamaq nəsib olduğuna şükr və həmd etməliyik. Müsəlman şəxs, xeyir iş olduqda və ya bədbəxtçilik aradan qalxdıqda Allaha şükür etməlidir. Bu mübarək aya yetişməyimiz isə Allahın bizə nəsib etdiyi böyük nemətdir və buna layiq olaraq Allaha şükr etməliyik.
3. Bu müqəddəs ayın daxil olmasına sevinməliyik və bir-birimizi təbrik etməliyik. Peygəmbərimiz - səllallahu aleyhi və səlləm - ramazan ayı daxil olarkən səhabələrini müjdələyərək belə deyərdi: “Ramazan ayı gəldi sizin üçün, Ramazan ayı mübarəkdir, Allah sizə oruc tutmağı əmr etdi, bu ayda cənnətin qapıları açılır və Cəhənnəmin qapıları bağlanır” – Əhməd rəvayət etmişdir.
4. Bu aya möhkəm iradəylə, ruh yüksəkliyi və tam hazırlıqla başlamalıyıq. Bizlərdən çoxumuz, dünyada görəcəyimiz işlər üçün qabaqcadan əməlli hazırlaşırıq, dəqiq plan qururuq, amma heyifslər olsunki, ibadət üçün və bu müqəddəs mövsümlər üçün düzgün plan qurmuruq. Ibadətləri düzgün etmək üçün dəqiq hazırlaşmırıq. Müsəlman bu ayda özünü tərbiyə etmək üçün və təmizləmək üçün yaxşı hazırlaşmalıdır, axirəti üçün dəqiq plan qurmalıdır. Bu müqəddəs ay, sanki Allahu Təala ilə müsəlman arasında hazırlanmış görüş kimidir və biz buna necə hazırlıqsız ola bilərik?! Bu ayda namazları vaxtında qılmağı, gecə namazlarını, Quran oxumaği və sair kimi ibadətləri davam etdirməliyik.
5. Bu aya, sidq ürəkdən və ixlasla başlamalıyıq ki, Allahu Təala da bizə kömək olsun.
6. Bu ayı necə qarşılamağı, ibadətləri necə düzgün etməyi və orucun necə düzgün olmağını qabaqcadan öyrənməliyik. Müsəlman belə əməllərdə səhv etməmək üçün bunları öyrənməlidir və buna görə ya lazımı kitablardan oxumalı, ya da elm sahiblərində soruşub tam dəqiqliyi ilə öyrənməlidir. Əməli və ya ibadəti tam başa düşərək və qüsursuz etməliyik ki, Allahu Təala da bizdən onu qəbul etsin.
7. Eləcə də, bu aya tövbə ilə başlamalıyıq. Bütün pis əməllərdən və günahlarımızdan Allaha tövbə etməliyik. Bu aya başlamaqla pis və çirkin əməllərdən uzaq olmağa qərar verməliyik.
8. Bu ay boyunca, hər gün özümüzü sabahkı ibadətlərə hazırlamalıyıq. Elə etməliyik ki, ibadətlərimizi eyni şəkildə davam etdirək, Ramazan ayı bitincə ruhdan düşməyək, yorulmayaq, tənbəllik etməyək.
Sonun da isə, əziz müsəlmanlar, bu ayı təzə ağ vərəq açmış kimi başlayın. Pis əməllərinizdən tövbə edərək, onlardan əl çəkin. Allaha layiqincə ibadət etməyə hazır olun və hər zaman xeyirli işlər görməyə çalışın.
- Valideynlərə, evdəkilərlə, həyat yoldaşı və uşaqlarla gözəl davranın.
- Ətrafınızdakılarla, qonşularla, işdəkilərlə gözəl davranın, həmişə kömək etməyə can atın.
- Pis iş edən gördükdə onu çəkindirik, nəsihət verin. Oruc və ibadət etməyi başqalarına anladın. Belə kitablarınız varsa başqalarına və bilməyənlərə oxumağa verin.
- Oruc tutanlara iftar verin, yeməyə dəvət edin.
- Kimsəsiz və imkanzıslara sədəqə verin, əl tutun… və sairə…
Allah sizdən razı olsun və Allah ibadətlərimizi qəbul etsin. Amin!
Daxil ol: C.a. İyul 22, 2004 12:08 İsmarışlar: 96 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: Ş. Okt. 16, 2004 6:06 pm İsmarış mətni:
Allah ziyafeti
“Ey iman getirenler! Oruc tutmaq sizden evvelki ummetlere vacib oldugu kimi size de vacib edildi. Belke pis emellerden chekinesiniz”. (Beqere suresi 183)
Allah Teala Qurani Kerimde bu emri ile butun muselmanlara, Ona iman getirmish butun insanlara oruc tutmagi vacib buyurur. Ancaq derhal sonra ara bele vermeden bu mubarek emeli ne uchun vacib etdiyinin sebebini – orucun felsefesini achiqlayir. “Belke pis emellerden chekinesiniz”. Demeli orucun esl felsefesi insanlari pis emellerden chekindirmekdir. (Nehy ez munker) Nece ki, Allah Teala Adem (e)-dan Mehemmed - səllallahu aleyhi və səlləm --a qeder butun peygemberleri insanlari pis emellerden chekindirmek, onlara hidayet yolunu gostermek uchun gondermishdir.
Ramazan ayinin orucu vacib oruc olub, boyuk felsefe ve yuksek ehemiyyete malikdir. Hezreti Peygember - səllallahu aleyhi və səlləm - buyurur: “En boyuk cihad insanin oz nefsi ile etdiyi mubarizedir”. Oruc tutan her bir shexs ilk novbede oz nefsi ile cihad edir. Eger bu mubarizede qalib gelerse, o shexs Allahin sonsuz mehebbet ve lutfune layiq olur ve o kes ki, Allahla mehebbet yaratdi, o, dunya ve axiret seadetine yetishmishdir. Bes bu cihadin shertleri nedir? Hansi emellerdir ki, insani bele bir yuksek meqama chatdirir?
Hezreti Peygember - səllallahu aleyhi və səlləm - Ramazan ayinin gelishi ile bagli soylediyi xutbesinde buyurur: “ Ey cammat, dogurdan da Allah Tealanin bu ayi, merhemet ve bereketi ile size uz getirib. Bu ele bir aydir ki, gunleri en gozel gunler, geceleri en gozel geceler, saatlari en gozel saatlar ve ozu de aylarin en gozelidir. Bu ayda siz Allah qonaqligina devet olunub, keramet sahibine chevrilmisiniz. Bu ayda emelleriniz qebul, etdiyiniz dualar musteceb olur. Allahdan saf niyyet ve sidq ile isteyin ki, bu ayda sizin gunah ve pis emellerinizden kechib, size bu ayda oruc tutmagi ve Quran oxumagi nesib elesin. Bu ayda ac-susuz qalmaqla Qiyamet gununun susuzlugunu xatirlayin, yoxsullariniza sedeqe vermekle komek edin, qocalariniza hormet, ushaqlariniza rehm, qohum - eqrebalariniza yaxshiliq edin. Yalan danishmayin, haram olan sheylere baxmayin, eshidilmesi lazim olmayan sheylerden qulaqlarinizi gozleyin. Gunahlardan Allaha teref qayidib ellerinizi dua etmek uchun namaz vaxti goylere qaldirin. Allah bu anlarda Onu chagiran bendelerine “lebbeyk” – deye cavab verir ve dualarini qebul edir”.
Oruc tutmaqla her bir insan susuzluga, acliga, nefsani isteklerine qalib gelerek oz exlaqini kamil shekilde saflashdirir ve iradesini mohkemlendirir. Sebr ederek Allahin haram buyurdugu sheylerden uzaq olub, Allaha daha da yaxinlashir. CHunki sebr etmek İslamin en chox beyendiyi keyfiyyetlerden biridir ki, Allah Teala sebr edenlerle birlikde oldugunu Qurani Kerimde defelerle tekrar shekilde buyurur. Sebr edib chetinlik ve musibete dozmeyen cemiyyet hech vaxt oz dushmenine qalib gele bilmez. Yalniz sebr ve dozumle zulmkara qarshi mubarize aparmaq olar.
Oruc tutmagin aydin neticelerinden biri de yoxsul ve kasiblarla munasibet ve hemderdlik hissinin yaranmasidir. Rahat heyat terzi kechirib acliq ve susuzlugun dadini bilmeyen ve yoxsulluq zulmunu gormeyenler kasiblarin veziyyetini basha dushmezler. Oruc belelerini qefletden oyatmaq, onlara yoxsulluq acisini daddirmaq ve onlarin derdine sherik chixmaq uchun de bir vasitedir. Varli insanlar bu ayda yoxsullara yardim ve komek etmekle beraber hem de onlarla daha chox yaxinlashir ve unsiyyet qururlar.
Ramazan ayi tovbe, bagishlanmaq, dua, Allaha donush ve qayidish ayidir. Gerekdir ki, insan Allahdan dua edib gunahina gore uzr istesin ki, Allah da onu bagishlasin. İmam Sadiq (e) buyurur:”Oruc tutan oz yataginda olsa da ibadet halindadir, amma bu shertle ki, muselmanchiliqdan uzaqlashmaya”.
Ramazan ayinda oruc tutan mominlere ve kasiblara iftar vermek boyuk savablardan sayilir. İmam Sadiq (e)-dan neql edilir ki, İmam Seccad (e) oruc tutmushdu ve emr etmishdi ki, qoyun kesib qazanlara doldursunlar. Ele ki, yemek hazir oldu, Hezret kasalari dolduraraq hami uchun yemek gonderdi. Ozu ise iftarini xurma ve chorek ile achdi. Hezret sehabesi Sedre buyurdu: Her gece İsrail ovladlarindan 10 kole azad etmek isteyirsenmi? Sedr dedi: Atam-anam sene feda olsun menim buna imkanim yoxdur. Hezret buyurdu: Her gece bir muselman qardashina iftar vere bilersenmi? Sedr cavab verdi: 10 nefere de vere bilerem. Hezret buyurdu: Muselman qardashina iftar vermek israil ovladlarini azad etmek demekdir”.
Orucun esl felsefesi ruhun paklanmasi olsa da onun tibbi cehetden de boyuk ehemiyyeti vardir. Tibb alimleri pehriz etmeyin insan bedenine olan musbetyonlu tesirini defelerle qeyd etmishler. Hazirda qerbin tibb merkezlerinde pehriz etmekle mualice usulundan genish istifade olunur ki, İslam on dord esr bundan evvel bu mualice usulunu Oruc sheklinde bizlere chatdirmishdir.
Ramazan ayinin ustunluklerinden biri de butun semavi kitablarin – Suhuf, Zebur, Tovrat, İncil ve Quranin bu ayda nazil olmasidir. İmam Sadiq (e) buyurur:”Tovrat Ramazan ayinin 6-da, İncil 12-de, Zebur 18-de, Quran ise Qedr gecesinde nazil olub”. Demek Ramazan ayi hem de semavi kitablarin nazil olma ve insanlarin hidayet ayidir ki, Allah teala butun emr ve gozterishlerinii mehs bu ayda xususi telim proqrami sheklinde gondermishdir..
Hedislere esasen bele ehtimal edilir ki, Ramazan ayinin 19, 21 ve 23-cu gecelerinden biri Qedr gecesidir. Qedr gecesi muqeddes Qurani Kerimin nazil oldugu gecedir. Allah teala Qurani Kerimde bu barede bele buyurur:”Heqiqeten de biz Onu (Qurani) Qedr gecesi nazil etdik”. (Qedr suresi 1)
Daha sonra Beqere suresinin 185-ci ayesinde buyurur:”(Mubarek) Ramazan ayi ele bir aydir ki, Quran bu ayda nazil olub”. Qedr gecesi feziletli, bashqa gecelerden ustun ehemiyyete malik olan bir gecedir. Allah Qedr gecesinin fezileti barede buyurur:”(Ya Peygember!)Sen ne bilirsen Qedr gecesi nedir? Qedr gecesi min aydan daha xeyirlidir (feziletlidir, bereketlidir)”. (Qedr suresi 2, 3) Demeli eger bir shexs Qedr gecesi ibadetle meshgul olsa, onun bu gecedeki ibadeti min ayin (teqriben 84 il) ibadetinden ustundur.
Bir gun Hz. Peygember- səllallahu aleyhi və səlləm --in sehabeleri Beni-İsrailin oz uzunomurlulukleri sayesinde chox ibadet etmelerine qibte ederek deyirdiler:”İlahi ne olardi bize de uzun omur eta edeydin ki, biz de Beni-İsrail kimi butun omrumuzu Sene ibadet ve itaete serf ederdik”. Bu zaman Allah Peygember- səllallahu aleyhi və səlləm --e bu ayeni nazil etdi:”Qedr gecesi min aydan daha xeyirlidir”.
Qedr sozu “qeder” kokunden olub “tale” menasindadir. Surenin bele adlanmasi hemin gece melekler ve Cebrail(e)in yere enmesi ve il erzinde insanlarin etdiyi butun emelleri tehvil alib ve novbeti ilde aqibetlerini hell etmeleri ile elaqedardir. ”O gece melekler ve Ruh (Cebrail) Rebbin izni ile yere enerler”. (Qedr suresi 4) Hz. Peygember buyurur:”Qedr gecesi melekler ve Cebrail(e) goyden yere enib meni ziyaret edirler. Menden sonra onlar Elini, Eliden sonra onun on bir ovladini ziyaret edecekler”. Qedr gecesi shubhesiz ki, Qiyamete qeder davam edeceyinden melekler ve Cebrail (e) da bu gece Allahin yer uzerinde hocceti olan İmam Zaman(e.c) agani da ziyaret etmek uchun yere enecekler.
“O gece dan yeri sokulene kimi salamatliqdir (emin-amanliqdir)”. (Qedr suresi 5) Allah Teala bu gecede merhemet, saglamliq ve emin-amanliq nazil edir.
İmam Sadiq(e) buyurur:”Allah buyurub ki, Orucluq mene aiddir ve onun mukafatini da men verecem”. Allah Teala mubarek Ramazan ayinda butun insanlari oz İlahi ziyafetine devet edir ve bu ziyafetde onlara Oz hediyyesini ve mukafatini verir. Ele ise bu ziyafetden boyun qachirib Allahin mukafatindan, rehmet ve bereketlerinden mehrum olan insan yalniz ozune ziyan etmish olar.
Allah Teala bu mubarek Ramazan ayinda orucunuzu, itaet ve ibadetlerinizi qebul, ishgal olunmush torpaqlarimizi, esir dushmush qardash-bacilarimizi azad gormeyi bize nesib elesin. Amin!!! _________________ "Selli ela Muhammed, ruhe Xomeyni amed!"
"Ma ehli Kufe nistim, Ali tenha bemaned!"
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.