Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 356 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: C. Avq. 20, 2004 11:51 am İsmarış mətni: CÜMƏ NAMAZI
-b-
CÜMƏ NAMAZININ ÜSTÜNLÜKLƏRI
:!: Bu gün Ərəfat və Qurban bayramı günündən başqa bütün günlərdən ən yaxşısıdır;
:!: Bu gündə Allah Adəm əleyhissəlamı xəlq etmişdir;
:!: Bu gündə Allah onu Cənnətə daxil etmişdir;
:!: Bu gündə Allah onu oradan xaric etmişdir (Müslimin rəvayətinə görə);
:!: Bu gündə Allah onu Yeri onun zürriyyəti ilə məskunlaşdırıb insan məskəninə çevirməkdən ötrü Yerə endirmişdir;
:!: Bu gündə Allah onun tövbəsini qəbul etmişdir;
:!: Bu gün Axirət həyatında Artma (çoxalma) günü adlanır, çünki bu gündə Cənnətdə özlərinin Rəbbinin kəramətli üzünü görməklə mö'minlərin xoşbəxtliyi artacaq (Təbəraninin rəvayətinə görə);
:!: Bu gün öz bərəkətinə, xeyirliliyinə, günahların bağışlanmasına və duaların qəbul olunmasına görə günlərin şahı və ən əzəmətlisidir;
:!: Bu gündə elə bir saat vardır ki, həmin saatda namaz üstündə olub Allaha dua edən və Allahdan özü üçün xeyir diləyən hər bir müsəlman bəndə öz arzusuna çatar (Buxarinin və Müslimin bu barədə etdikləri rəvayətə görə);
:!: Insanlardan və cinlərdən başqa yerdəki və göylərdəki bütün məxluqlar cümə günlərindən qorxurlar, çünki bu gündə, xəlq olunmuşlar dəhşətli göy gurultusu, sur səsi eşidir, dirilmə və həşr kimi Qiyamət gününün əlamətlərini görürlər;
:!: Allah müsəlmanları yalnız bu günün xatirinə doğru yola salmış, onları Qiyamət günü haqq-hesabları kəsiləcək və Cənnətə daxil olacaq ilk adamlar etmiş, şənbə və bazar günləri cümə günündən sonra gəldikləri kimi, başqa adamlar da onlardan sonraya keçirilmişlər;
:!: Kim Cümə namazını onun bütün ehkamını və ədəb-ərkanını qoruyub saxlamaq şərtilə qılsa, Allah, böyük günahlar istisna olmaqla, onun bir həftə ərzində işlədiyi günahları və əlavə olaraq üç günün günahlarını bağışlar (Müslimin rəvayətinə görə);
:!: Bu gündə kim Məhəmmədə və onun ailəsinə salavat çevirsə, Allah onun salavatını Öz Peyğəmbərinə çatdırar, başqa günlərin salavatını isə Allah-təala Özü qeyd edib Öz Peyğəmbərinə çatdırmaz (Nəsainin rəvayəti);
:!: Müşrik olmayan adamın cümə günü, yaxud cümə axşamı ölməsi, inşaallah, onun sonunun yaxşı olacağından xəbər verən bir müjdədir.
Göndərilib: C. Avq. 20, 2004 8:19 pm İsmarış mətni:
Hamınızı Allahın salamı ilə salamlayaraq Əssəlamualeykum va rahmatullahi va barakatuhu deyirəm.
Mən bu gün cümə namazına gedərkən başıma gələn bir qısa hadisə hakda danışmaq istəyirəm.
Cümə namazına getmək üçün yolun kənarında dayanıb avtobusu gözləyirdim.
Bərk isti olduğundan Allaha yalvarırdım ki, nə olardı bir rahat nəqliyyat vasitəsi gələrdi tez gedərdim məscidə. Çünki vaxta az qalmışdı.
Cümə məscidində oxunacaq xütbələrə hər həftə bir çox müsəlmanlar kimi mən də səbrsizliklə qulaq asmaqdan ötəri darıxmışdım.
Bir iki avtobusun dolu keçməsindən mən hələ də gözləməkdəydim.
Elə qəlbimdə Allaha yalvarırdım ki, birdən yolun tən ortasında dayanmış Mersedes markalı mikroavtobusun konduktoru məni çağıraraq "Cüməyə gedirsən?" dedi.
Ani olaraq dondum. Sonra gedirəm deyib avtobusa qaçdım.
İçəri daxil olanda sevindim. MaşAllah hamısı müsəlmanlar idilər və onlar da mənim kimi cümə namazına gedirdilər. Sən demə qardaşlar ticarətlə məşğul olurlar və hər həftənin cümə günü Qurani-Kərimdə deyildiyi kimi -Alış-verişi bir kənara buraxıb- dükanlarını da bağlayıb ibadətə tələsirlər.
Haşiyə: Yadıma Molla-Nəsrəddinin nömrələrinin birində təsvir olunan "Nuxada Cümə günü" adlı bir rəsm əsəri düşdü. Orada bir küçə təsvir olunmuşdu və küçənin bir tərəfində qapıları bağlı tacir dükanları, digər tərəfində isə şıdırğı alver gedən tacir dükanları görünürdü. Məhz bununla Mirzə Cəlil Məmmədquluzadə cümə namazının fəzilətini adını müsəlman qoymuş, lakin başı alverdən ayrılmayan coğrafi müsəlmanlara çatdırmaq istəyirdi.
Nə isə... Mövzudan yayınmayım.
Hələ arxadan da 2 dolu maşın tacir müsəlmanlar namaza tələsirdilər. MaşAllah.
İnanın ki, sevincimin həddi-hüdudu yox idi. Allahım mənə, Ona ibadət etmək üçün duama qarşılıq verərək minik yolladı həm də Allahın dinini olduğu kimi yaşayan və onu yaşadan müsəlman toplumu ilə birlikdə...
Bir sözlə desəm bunu mən Allahımın mənə verdiyi bu gözəl dinimin bir neməti kimi qəbul etdim.
Amma bir məsələ qaldı...
O avtobusdakıların heç biri məni tanımırdı...
Bəs necə oldu ki, mənim yol kənarında dayandığım halda cümə namazına gedəcəyimi bildilər?
... indi bildim...
Bacardığım qədər Peyğəmbərimizin yoluna əməl edərək saxladığım saqqalım mənim kimliyimdən xəbər verdi...
Allaha sonsuz həmd-sənalar olsun. _________________ Qorxun o atəşdən ki, onun yanacağı insanlar və daşlar olacaq...
Heqiqeten de cume gunu muselmanlarin heyatinda chox mubarek bir gundur. Ve bu cume gunleri boyuk ve mohteshem hadiseler bash vermekdedir. Onlari sadalamaq istemirem chunki ekseriyyet bunu bilir. Inshallah bu cumelerin birinde de Hezreti Mehdi (e.t.f.sh) zuhur edecek. Ilahi sen o Hezretin zuhurunda tecil ele. Amin ya Rebbil alemin.
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 356 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: C. Avq. 27, 2004 9:58 am İsmarış mətni:
-b-
Assalamualeykum
Doğrudan da Peyğəmbərimiz (s) dən sonraki dövr axırzaman adlanır.
Hətta səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərdən (s) sonra hər cümə çox qorxardılar ki, ola bilsin Qiyamət qopdu.
Bəli, Muhsin çox doğru buyurur. Amma bir səhabənin (r.a) Peyğəmbərimizdən (s) "Qiyamət nə zaman qopacaq?" -deməsinə Allah rəsulunun cavabı da qəribə oldu.
-Sən Qiyamətə nə hazırladın?
Bəli, indi hansımız Qiyamətə nə hazırlmışıq :?:
P.S. İnşAllah bu mövzunu yaxınlarda açacağımız Qiyamətin əlamətləri bölümündə davam etdirərik. Mövzudan yayınmayaq. :arrow: _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Redaktə edən: Administrator, son redaktə tarixi: C. Sen. 03, 2004 8:49 am, cəmi 1 dəfə
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 356 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: C. Sen. 03, 2004 8:46 am İsmarış mətni:
Cümə namazı
:!: «Cümə»- Hicri tarixində həftənin 7-ci (istirahət) gününə, miladi tarixində isə həftənin 5-ci gününə deyilir. Bu gün həmçinin «Cumu'ə» və «Cumə'ə» də adlanır.( «əl-Mu'cəmu-l-Vasit» səh: 135)
:!: Bu gün camaatın məsciddə toplanıb birgə qıldıqları namaz da belə adlanır.( Bax: «əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi» 5/5)
:!: Cümə namazı iki xütbə və iki rək'ət səslə qılınan namazdan ibarətdir. Bu namazdan yalnız sonra (daima) iki və ya dörd (iki-iki) rək'ət sünnə namazı qılmaq olar.
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - (cüm'ə günü) iki xütbə verər və onların arasında oturardı»( Səhihu-l-Buxari, 920; Səhih Müslim, 1992)
Abdullah ibn Abbas (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - Cümə günü Fəcr namazının birinci rək'ətində «əs-Səcdə», ikinci rək'ətində isə «əl-İnsan»- surələrini, Cümə namazının birinci rək'ətində «əl-Cumu'ə»-ikinci rək'ətində isə «əl-Munafiqun»-surələrini oxuyardı.( Səhih Müslim, 2028)
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Mən Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bir yerdə Zöhrdən əvvəl və sonra, həmçinin Cümə, Məğrib və İşa namazlarından sonra da iki rək'ət namaz qıldım».( Səhihu-l-Buxari, 937)
Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Sizdən biriniz Cümə namazını qıldıqdan sonra dörd rək'ət namaz qılsın!»( Səhih Müslim, 2033)
Burada dörd rək'ət namaz deyildikdə Cümədən sonra Zöhr namazını qılmaq qəsd olunmur. Bu dörd rək'ətin sünnə namazı olduğuna Muslimin başqa rəvayəti dəlalət edir:
Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Sizdən biriniz Cümə namazından sonra namaz qılmaq istəsə, dörd rək'ət namaz qılsın!» (Səhih Müslim, 2035)
Cümə namazının fəziləti:
Uca Allah buyurur:
«Ey iman gətirənlər! Cümə günü namaza çağrıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!»( əl-Cumuə surəsi, 9-cu ayə)
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Cənabət qüslü (kimi qüsl) edib, cümə gününün ilk saatında(Bu əlavə imam Malikin «Muvatta» əsərindən götürülüb) məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən isə bir yumurta qurban etmiş(Sədəqə vermiş) kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər"»( Səhihu-l-Buxari, 881; Səhih Müslim, 1961)
"Cümə namazını qılmaq yalnız aşağıdakı sifətlərə malik olan şəxsə vacibdir: (: «əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi» 5/7-16)
:!: Kişi olmalı (qadın müstəsnadır);
:!: Azad insan olmalı (qul, dustaq və s. azad olmayan müstəsna- dır və yalnız icazə verildiyi zaman onlara Cümə namazına getmək vacibdir);
:!: Mükəlləf - həddi-büluğa çatmış, ağıllı-olmalı (Uşaq və ruhi xəstə müstəsnadır);
:!: Müsəlman olmalı (kafir müstəsnadır);
:!: Yaşadığı yerin vətəndaşı olmalı (müsafir və müvəqqəti qeydiyyatda olan sakin müstəsnadır);
Müstəsna olan şəxslərin (kafir və ruhi xəstədən başqa) Cümə namazına getməsi müstəhəbdir."
:idea: Xütbəni qısa etmək, uca səslə vermək Peyğəmbər - səllallahu aleyhi və səlləm - sünnəsindəndir.
Ammar (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Namazı uzatmaq, xütbəni qısa etmək xətibin (xütbə verənin) fəqih olmasının (şəriət elmlərini başa düşməsinin) əlamətlərindəndir!» (Səhih Müslim, 2006)
Cabir ibn Abdulluh(r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - xütbə verdiyi zaman qoşuna öyüd-nəsihət verən sərkərdə kimi gözləri qızarar, səsini qaldırar və qəzəblənərdi…» (Səhih Müslim, 2002)
Cümə namazının vaxtı:
"İslam alimləri Cümə namazının əvvəl vaxtı barəsində ixtilaf etmişlər. Lakin qeyd etmək lazımdır ki, bu namazı Zöhr namazının başlandığı vaxt qılmaq əfzəl (Çünki Peyğəmbər - səllallahu aleyhi və səlləm - daima belə edərdi), günəş səmanın ortasına (zenitə) yüksəlməmişdən bir saat əvvəldən Zöhr namazının axır vaxtına qədər qılmaq caizdir (Çünki Peyğəmbər - səllallahu aleyhi və səlləm - hərdən belə edərdi)." (Bax: «əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi» 5/41-42)
Sələmətu ibn əl-Əkva (r.a) – ağacın altında beyət (Peyğəmbərin - səllallahu aleyhi və səlləm - yanında sədaqət andı içmək. Bu beyət Hudeybiyyə sülhü ərəfəsində olub və orada 1400 və ya bir az çox səhabə iştirak edib.) etmiş səhabələrdəndir – rəvayət edir ki, «Biz Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bərabər Cümə namazını, divarların kölgələnə biləcəyimiz kölgəsi olmadığı bir zamanda qılıb qurtarardıq» (Səhihu-l-Buxari, 4168; Səhih Müslim, 1990.)
Başqa rəvayətdə: «Biz Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bərabər, günəş zeniti keçdikdən sonra Cümə namazını qılar, sonra da kölgələnmək üçün yer axtarardıq» (Səhih Müslim, 1989)
Cümə namazında olanların sayı üç və daha çox olmalıdır. Üç nəfərdən az Cümə namazı qılmaq olmaz. (Bax: «əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi» 5/51-53.)
Cümə namazının ikinci rək'ətinin rükusuna və ondan əvvəl namaza yetişən şəxs Cümə namazını qılmış sayılır, ikinci rək'ətin rükusundan sonra namaza yetişən şəxs isə Cümə namazına gecikmiş hesab olunur və o Zöhr namazını qılmalıdır. (Bax: «əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi» 5/43-44.)
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 356 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: C. Sen. 24, 2004 12:51 am İsmarış mətni:
-b-
Bir dəfə mscidlərimizin birində cümə namazı qılmağa getmişdim. Yanımda oturan müsəlmanlar gündəlik ticarət işlərindən o qədər danışdılar ki, bir də özlərinə gələndə artıq imamın xütbəni bitirdiyini gördülər.
Təəssüflər olsun ki, bu hal son vaxtlar bir cox məscidlərdə baş alıb gedir.
Görəsən onlar bilirlərmi ki, cümə namazında danışanın savabı getmiş olur???
Allah hidayət verisn o qardaşlara. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Göndərilib: C. Sen. 24, 2004 1:21 am İsmarış mətni:
Bu gun de cumedir. Allahin bize nesib etdiyi daha bir gozel gun. Kim bilir novbeti cumeni yashamaq bizim qismetimizdir ya, yox? Odur ki, bolluca savab emeller etmeye telesek ezizlerim :-)
Allah cume namazlarimizi ve dualarimiz; qebul etsin! _________________ Üzünüzdən təbəssüm, gözünüzdən nur, qəlbinizdən iman əskik olmasın! Sevgilərlə: Mən ;)
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 356 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: C. Okt. 01, 2004 7:59 am İsmarış mətni:
-b-
Əziz müsəlmanlar bu cümə də dualarınızda Azərbaycanımızın dünyada baş verən bu bəlalardan uzaq olmasını Allahdan istəməyi unutmayın. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.