Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

HƏDİSLƏRİN (sünnənin) şəriətdə rolu

 
Yeni mövzu aç   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> HƏDİS
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 138

İsmarışGöndərilib: B.e. Mar. 01, 2004 9:36 pm    İsmarış mətni: HƏDİSLƏRİN (sünnənin) şəriətdə rolu Sitatla cavab ver

Təbii ki, Peyĝəmbərimiz (S.A.S) dedikləri və etdikləri, şəriətdə böyük rol oynayır. Amma bunun nə dərəcədə əhəmiyyətli və önəmli olmasını çoxlarımız yaxşı bilmir.
Aşaĝıda yazılanlar sünnənin, yə’ni Peyĝəmbərimiz (S.A.S) dediklərinin və etdiklərinin nə qədər əhəmiyyətli olduĝunu göstərəcək.

P.S. MUSLIM-in aşaĝıda yazdıqları Şeyx Albaninin sözlərindən və yazılarından götürülüb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
MUSLIM
yazar


Daxil ol: Ç.a. Fev. 03, 2004 16:46
İsmarışlar: 14

İsmarışGöndərilib: B.e. Mar. 01, 2004 9:37 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismillahirrahmanirrahim
Səlat və səlam olsun seyyidimiz Muhəmməd (S.A.S)-ə
Əziz müsəlman qardaş və bacılarım, ilk olaraq Allahu Təalanın buyurduĝu ayəni nəzərinizə yetirmək istərdim. Beləki, əz-Zariyat surəsinin 55-ci ayəsində Allahu Təala belə buyurur: “Sən [onlara Qur’anla] oyüd-nəsihət ver. Çünki öyüd- nəsihət möminlərə fayda verər.” Bilirsinizmiki, Qur’ani Kərimi, Peyĝəmbərimiz (S.A.S)-in hədisləri açıqlayır. Qur’ani Kərimi tam olaraq başa düşmək hər adamın işi deyil, gizli və böyük mə’naları isə Peyĝəmbərimiz (S.A.S)-in hədisləri aydınlaşdırır. Allahu Təala ən-Nəhl surəsində 44-cü ayədə belə buyurur: “Sənə də Qur’anı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edərlər!” Deməli ayədən də göründüyü kimi, Allahu Təala Qur’ani Kərimi nazil etməyibki hər insan istədiyi kimi onu götürsün və daxilində olanları istədiyi şəkildə özünə şəriət və qanun etsin. Ayədə açıq-aydın görünürki, Qur’ani Kərimdə göndərilən hökmləri Peyĝəmbərimiz (S.A.S) izah etməlidir. Peyĝəmbərimiz (S.A.S) izahları və dedikləri, etdikləri hamısı sünnət sayılır. Bundan da belə başa düşürük ki, şəriətimizi, dinimizi, hökmlərimizi, qanunlarımızı bilmək üçün tək Qur’ani Kərimi oxumaq yetərli deyil. Yetərli deyil deyəndə, elə başa düşülməsinki, Qur’ani Kərimdə əksiklər və çatışmamazlıqlar var. Xeyir, bu o deməkdirki, Qur’ani Kərimdə olan hökmləri biz ancaq, Peyĝəmbərimiz (S.A.S) hədisləri ilə tam şəkildə anlaya bilərik.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 138

İsmarışGöndərilib: B.e. Mar. 01, 2004 9:39 pm    İsmarış mətni: Sitatla cavab ver

ARDI VAR
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
MUSLIM
yazar


Daxil ol: Ç.a. Fev. 03, 2004 16:46
İsmarışlar: 14

İsmarışGöndərilib: Çər. Mar. 03, 2004 5:58 pm    İsmarış mətni: Sitatla cavab ver

Yuxarıda, ən-Nəhl surəsinin 44-cü ayəsində (izah edəsən) iki cür olur, yə’ni Peyĝəmbərimiz (S.A.S) iki cür onu izah edə bilər:
1.Qur’anki Kərimi tam nazil olduĝu kimi bəyan etmək, onu, tələffüzü, nitqi, sözləri və hərfləri ilə tam şəkildə çatdırmaq. Çünki Allahu Təala əl-Maidə surəsinin 67-ci ayəsində buyururki: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Qur’anı) təbliğ et.” Peyĝəmbər (S.A.S) Allahu Təala tərəfindən vəhy olunan Qur’ani Kərimdə olanların hamısını çatdırıb və heç bir şey gizlətməyib. Gizlətmək istəsəydi, heç bu ayəni bizlərə çatdırmazdı: “(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) ne’mət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) ne’mət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” –deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların – Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır.” əl-Əhzab:37

2.Bir də, Qur’ani Kərimdə olan ayələrin, cümlələrin, sözlərin mə’nasını çatdırmaq. Orda olan hökmləri aydınlatmaq. Peyĝəmbərimiz (S.A.S)-in sünnəsi, yə’ni hədisləri isə həmin ayələri açıqlayır.

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 138

İsmarışGöndərilib: Çər. Mar. 03, 2004 6:08 pm    İsmarış mətni: Sitatla cavab ver

ARDI VAR
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
MUSLIM
yazar


Daxil ol: Ç.a. Fev. 03, 2004 16:46
İsmarışlar: 14

İsmarışGöndərilib: B. Mar. 07, 2004 1:11 am    İsmarış mətni: Sitatla cavab ver

Peyĝəmbərimiz (S.A.S)-in hədislərinin və sünnənin, Qur’anı açıqlamaqda nə qədər əhəmiyyətli olduĝunu görmək üçün, bu misallara nəzər yetirək:
“Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” əl-Maidə surəsi 38-ci ayə.
Bu ayədən görürük ki, Allahu Təala, oĝurluq edənin əlinin kəsilməsini əmr edib və bu, şər’i bir hökmdür. Amma biz bu hökmü nə dərəcədə və hansı səviyyədə anladıq? Şərtlərini və yönünü bildikmi? Əl dedikdə, əlin hansı hissəsi nəzərdə tutulur, necə kəsilir? Bəs yaxşı, oĝurlanmış malın dəyəri nə qədər olmalıdır və sairə kimi çox mühüm məsələlər varki, onları nəzərə almaq lazımdır. Oĝrunun əli kəsilməlidir buyurulubsa, oĝurluq edən hər bir kəsin əlini kəsməli deyilik axı. Buna görə də, Peyĝəmbərimiz (S.A.S)-in vəzifələrindən də biri, Qur’ani Kərimi insanlara lazım olan və Allah buyurduĝu şəkildə açıqlamaq idi. Unutmayınki, Peyĝəmbərimiz (S.A.S)-in açıqlamaları və izahları da Allah Təala tərəfindən ona vəhy olunurdu, O özündən heç nə demirdi, danışdıqlari və anlatdıqları hamısı ona vəhy olunurdu.
Peyĝəmbərimiz (S.A.S) buyurubki: “Oĝurluq mal, bir dinarın dörddə bir dəyərində və ondan çox olarsa, o zaman əl kəsilməlidir.” Eləcə də Peyĝəmbərimiz (S.A.S)-in etdiyi və səhabələrinin etdiyi haqqında rəvayətlərdə deyilirki, oĝrunun əli biləkdən kəsilirdi.
Əgər Peyĝəmbərimiz (S.A.S) bu ayəyə müvafiq açıqlama verməsəydi və səhabələrini necə etməyi öyrətməsəydi, biz bu ayəni tam anlaya bilməzdik.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Shahmar
idarəçi


Daxil ol: B.e. Fev. 02, 2004 03:18
İsmarışlar: 138

İsmarışGöndərilib: B.e. Mar. 08, 2004 11:11 am    İsmarış mətni: Sitatla cavab ver

ARDI VAR
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
MUSLIM
yazar


Daxil ol: Ç.a. Fev. 03, 2004 16:46
İsmarışlar: 14

İsmarışGöndərilib: B.e. Mar. 08, 2004 11:13 am    İsmarış mətni: Sitatla cavab ver

Çox təəssüfki, indiki zamanda bə’zi alimlər varki, onlar ancaq Qur’andan istifadə edirlər. Yə’ni sübut, dəlil və istinad üçün yalnız Qur’ani Kərimdən istifadə edirlər, kitablarında isə sünnəyə (Peyĝəmbərimiz (S.A.S)-in hədislərinə) rast gəlmək olmur. Guya insanlara demək istəyirki, ən düzgün olan kitabdan istifadə edib və onun səhvləri olmaz. Qur’ani Kərimdən istifadə edərək də, bə’zi alimlər, haram olan şeyləri halal ediblər. Məsələn; kişilərə qızıl və ipək geyməyi halal ediblər, halbuki bunları Peyĝəmbərimiz (S.A.S) hədisdə haram buyurub kişilərə. Axı Peyĝəmbərimiz (S.A.S) hədislərini oxuyub, ordakılara əməl etmək də elə Allaha itaət etməkdir. Məgər onlar Qur’ani Kərimdə bu ayələrə rast gəlməyiblər;
“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur.” Ən-Nisa: 80

“Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə’yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.” Ən-Nisa: 65

“Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö’min kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!” Əl-Əhzab: 36

“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin.” Əl-Həşr: 7

Buna əlavə olaraq bir şeyi də nəzərinizə çatdırımki, ərəb dilini sərbəst, mükəmməl bilən adam da Qur’ani Kərimi təfsir edə bilməz. Bə’zan görürsənki, xüsusilə də ərəb ölkələrində, ərəb dili müəllimi, ərəb dili qrammatikasını sərbəst bilən bir alim gəlib Qur’anki Kərimi təfsir edir. Amma bilmirki, o qədər səhvlərə yol verir.
Peyĝəmbərimiz (S.A.S) hədislərindən istifadə etməyincə Qur’ani Kərimi təfsir etmək mümkün deyil.

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> HƏDİS Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran