"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Daxil ol: C.a. İyul 22, 2004 12:08 İsmarışlar: 95 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: B. Sen. 19, 2004 3:07 pm İsmarış mətni: Ad-gunleri...Movludlar...Bayramlar
Bagishlayan ve mehriban Allahin adi ile
Eziz islamseverler men bu forumda teklif eledim ki, Peygemberin(sellallahu aleyhi və alihi ve sellem ), Ehli-Beytin (e) ve islam dahilerinin movludlarini qeyd etmek uchun movzu achilsin. Amma bir reaksiya olmadigini gorerek qerara aldim ki, bu movzunu ozum achim. Inshallah ki, adminler movzumu baglamazlar. Bu movzu ixtilafa da sebeb olacaq adda deyil. Ixtilafin olmasini da guman elemirem.
Ve ilk olaraq bu mubarek gunu sizlerin diqqetine chatdirmaq isteyirem. Bu gun Islam dunyasina - besheriyyete haqq olaraq gonderilen bir dahi shexsin, mesum Imamin movlududur. Bu gun Islam xilaskari, muselmanlarin 3-cu imami Imam Huseynin (e) ad gunudur. Bu munasibetle butun islam dunyasini, butun muselmanlari, butun Imam Huseyn ashiqlerini tebrik edirem. Allah sizlere Imam Huseyn yolu ile getmeyi nesib elesin ve sizleri o Hezretin ardicillarindan qerar versin. Amin ya Rebbil alemin.
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 167
Göndərilib: B. Sen. 19, 2004 4:32 pm İsmarış mətni:
Əslində kim deyirki başqa mövzular ixtilafa gətirib çıxarır? O mövzularınki məzmunu əslində Allahu Təalanın buyurmadığı və Peyğəmbərimiz (S.A.S)-in buyurmadığı kimi və dində yeni bir şey yaradırsa, bu ixtilaf deyil, sadəcə səhvi aradan qaldırmaq sayılır.
Hörmətli qardaş, sən indi bizə dəlil və sübut gətirki, Peyğəmbərimiz (S.A.S) Hüseynin ad gününü keçirib və ya başqa bir dəlil.
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 359 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: B.e. Sen. 20, 2004 11:21 am İsmarış mətni:
Shahmar yazıb:
......Hörmətli qardaş, sən indi bizə dəlil və sübut gətirki, Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - Hüseynin ad gününü keçirib və ya başqa bir dəlil.
Hörmətli Elif-lam-mim. Sənə nə olub ki, yenidən forumda qərəzli mövqedən çıxış edirsən. Yaxşı olar ki, sənə verilən sualın cavabını verəsən.
Xatırladım ki, hələ ki, burada mövzudan yayınma halları baş vermir. Olanda isə xəbərdarlıq olacaq. Sən heç narahat olma. Yeri gəlmişkən sən hay-küy salmışdın ki, ip-in bağlıdır yaza bilmirsən. İndi nə oldu bəs....? _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Daxil ol: C.a. İyul 22, 2004 12:08 İsmarışlar: 95 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: B.e. Sen. 20, 2004 4:57 pm İsmarış mətni:
Bagishlayan ve mehriban Allahin adi ile
O Allah ki, gizlinde ve ashkarda olanlardan xeberdardir
Adminstrator movzunun adini diqqetinize bir daha chatdiriram. Ad gunleri, Movludlar, Bayramlar.
And olsun Allaha ki, her ikiniz movzudan yainirsiniz. Siz de bunun eksine and iche bilersinizmi? Movzu ad gunlerinin muzakiresi deyil. Ixtilaf yaratmayin Islam ummetinin arasinda. Bele suallari shexsi ismarishla hell edirler ya da ayri movzu achirlar vessalam.
Yeri gelmishken bu gun Kerbela qehremanlarindan daha birinin movlududur. Hezret Ebulfezl Abbas (e)in movludu munasibetile butun dunya muselmanlarini tebrik edirem. Bir eli kesien zaman diger eli ile qilinc tutub Allah dininin mudafiesi ugrunda vurushan qehramanin movludu sizlere mubarek olsun ey Ehli-Beytin layiqli ardicilllari.
Daxil ol: C.a. İyul 22, 2004 12:08 İsmarışlar: 95 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: Ç.a. Sen. 21, 2004 7:52 pm İsmarış mətni:
Bagishlayan ve mehriban Allahin adi ile
Eziz islamseverler ve Ehli-Beyt ardicillari. Sizleri bu gun muselmanlarin 4-cu Imami, Imam Huseyn (e)in oglu ve canishini, butun dunya muselmanlarinin rehberi olan Imam Zeynel-Abidin (Zeynel-abidin - ibadet edenlerin agasi demekdir) eleyhissalamin mubarek movlud gunu munasibetile urekden tebrik edir ve sizlere Allahdan kamil iman, teqva ve Allah mehebbeti arzulayiram. Allah cumlemizi o Hezretin ardicillarindan ve davamchilarindan etsin. Allah bizlere o Hezretin shefaetini Qiyamet gunu nesib elesin. Amin ya Rebbil alemin. _________________ "Selli ela Muhammed, ruhe Xomeyni amed!"
"Ma ehli Kufe nistim, Ali tenha bemaned!"
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 359 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: Ç.a. Sen. 21, 2004 9:36 pm İsmarış mətni:
Hər gün kiminsə ad günü olduğunu o qədər dəqiqliklə qeyd edirsən ki, sanki 14 əsr bundan əvvəl kimin hansı gün ayın neçəsində anadan olduğunu dəqiq bilirsən.
Hər şeyin doğrusunu bilən Allahdır.
Sualdan yayındın.
Sən de görək bu ad günlərini qeyd etmək Peyğəmbərin (s) yolundandır yoxsa yox.
Ümumiyyətlə bunu etmək olarmı. Əgər olarsa dəlil-sübut gətir və bu boyda islam ümməti də bilsin ki belə bir savab əməl var və onlar da bu savabdan məhrum olmasınlar. Yox əgər yoxdursa onda hansı əsasa və hansı inadla bu mövzunu yazırsan. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Göndərilib: Çər. Sen. 22, 2004 10:53 am İsmarış mətni:
sheler Imam Zeynel-Abidi bele chox isteyirdilerse onda niye onun oqlunu doyush meydaninda ebu bekri ve omari teriflediyine gore onu terk etdiler?
axi o demishdi ki ebu bekr ve omar haqqinda ailesinden hech 1 pis soz eshitmeyib
Daxil ol: C.a. İyul 22, 2004 12:08 İsmarışlar: 95 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: Çər. Sen. 22, 2004 12:18 pm İsmarış mətni:
Edalet sahibi olan Allahin adi ile
O Allah ki, gizlinde ve ashkarda olanlardan xeberdardir.
Adminstrator Allah peygemberlerinin ve Imamlarinin ad gunlerini bayram etmekde meger Islama zidd nese var? Varsa delil subutnuzu getirin. Unutmayin ki, bunu bidet adlandiraraq sehv iddia etdiyiniz uchun delili siz getirmelisiniz. Buyurun gorek hansi menbeedir o? Xatirdadim ki, peygemberin movludunu ehli-sunne qardashlarimiz da qeyd edir. Sizi bilmirem.
kapitan sen ise hele de ozunu apara bilmediyin ve movzudan yayindigin uchun sene cavab verilmir. Ozunu ele al. _________________ "Selli ela Muhammed, ruhe Xomeyni amed!"
"Ma ehli Kufe nistim, Ali tenha bemaned!"
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 359 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: Çər. Sen. 22, 2004 1:42 pm İsmarış mətni:
Ehli sunne qardaslari yox sufiler ve saire firqeler desen daha dogru olar.
Men Peygemberin (s) yolunu cammat sekilinde davam etdiren muselmanlarda sen dediyin hala rast gelmemishem.
Mende delil yoxdur ki, Peygemberimiz (s) kiminse ad gununu xususilesdirerek qeyd edib.
Sen de gorek sen hansi esasa bunu etmeyi tovsiyye edirsen.
Esl muselman Peygemberimizin etdiyini etmeli, etmediklerinden ise cekinmelidir. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Göndərilib: C.a. Sen. 23, 2004 3:23 pm İsmarış mətni:
Elif-lam-mim yazıb:
Allah peygemberlerinin ve Imamlarinin ad gunlerini bayram etmekde meger Islama zidd nese var? Varsa delil subutnuzu getirin. Unutmayin ki, bunu bidet adlandiraraq sehv iddia etdiyiniz uchun delili siz getirmelisiniz. Buyurun gorek hansi menbeedir o? Xatirdadim ki, peygemberin movludunu ehli-sunne qardashlarimiz da qeyd edir. Sizi bilmirem..
biz delil getirdik sen de cavab vere bilmedin peygemberin movludunu ehli-sunne qeyd etmir sufiler qeyd edir
Sitat:
kapitan sen ise hele de ozunu apara bilmediyin ve movzudan yayindigin uchun sene cavab verilmir. Ozunu ele al.
senin bu cavabin meni qetiyyen teeccublendirmir cavab vere blilseydin choxdan cavab vererdin daha mene bohtan atmazdin
sen bu suala da cavab vere bilmeyeceksen neye gore siz ashaqidaki adamlarin ad gunlerini qeyd etmirsiz?
Kerbalada Hüseynle beraber qetle yetirilen insanlar bunlardır:
Eli bin Ebu Talibin övladlarından: Ebu Bekr, Mühemmed, Osman,
Hüseynin övladlarından: Ebu Bekr, Ömer, Osman,
Hesenin övladlarından: Cefer, Abdullah, Abdu-rrehman, Abdullah bin Müslim binUceyl.
Allah onlardan razı olsun.
Daxil ol: C.a. İyul 22, 2004 12:08 İsmarışlar: 95 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: C.a. Sen. 23, 2004 9:03 pm İsmarış mətni:
Bagishlayan Allahin adi ile
Allahin salami olsun Islam Peygemberine ve onun Ehli-Beytine
Adminstrator
Sitat:
Ehli sunne qardaslari yox sufiler ve saire firqeler desen daha dogru olar.
Men Peygemberin - səllallahu aleyhi və səlləm - yolunu cammat sekilinde davam etdiren muselmanlarda sen dediyin hala rast gelmemishem.
Adminstrator ozun de yaxshi bilirsen ki, yalan deyirsen. Ehli-sunne qardashlarimiz Peyugemberin movlud gununu ezemetli shekilde qeyd edirler. Inanmasan men sene bu barede video-lent de gostere bilerem. Sen gorersen ki, Turkiyede ehli-sunne qardashlarimiz nece de ezemetli ve temteraqla shekilde Peygemberin movludunu qeyd edirler. Sizin deyesen dunyadan xeberiniz yoxdur. Siz Peygember movludunu qeyd eden hemin ehli-sunne qardashlarimizi da bidet ehli hesab edirsiniz? Sene bir meseleni de deyim. Men senden subut istemishdim ki, movludu qeyd etmek haramdir. Amma sen delil getire bilmedin. Niye?
Kapitan
Sitat:
biz delil getirdik sen de cavab vere bilmedin peygemberin movludunu ehli-sunne qeyd etmir sufiler qeyd edir
Kapitan men senin delillerini gormedim axi. Sen hansi ayeye ve hedise esalanirsan demedin. Sene de adminstratora dediyim video-lenti gostere bilerem. Sen olmaya mentiqle delil getirmek fikrindesen. Buna inanmasam da mentiqle bunu deyecem sene. "Senin ovladin dunyaya gelende sevinmirsenmi? Elece de Peygember ailesininde de ushaq dunyaya gelende Peygemberimiz (s)sevinib. Hemchinin mesum Imamlar da (e) o cur. Peygemberin (s) ve Imamlarin sevincine qoshulub bayram etmek qebahetdirmi? Kim bundan kederlense demeli sheytanin destesindendir!". Biz shieler butun dunyada olan muselmanlarin movludunu qeyd etmek fikrinde de deyilik. Amma Peygember kimi Eli kimi Huseyn kimi shexslerinmovludunu qeyd etmemek onlara qarshi en azi dushmenchilikdir. _________________ "Selli ela Muhammed, ruhe Xomeyni amed!"
"Ma ehli Kufe nistim, Ali tenha bemaned!"
Göndərilib: C. Sen. 24, 2004 3:06 pm İsmarış mətni:
Sitat:
Sen gorersen ki, Turkiyede ehli-sunne qardashlarimiz nece de ezemetli ve temteraqla shekilde Peygemberin movludunu qeyd edirler.
turkiyede o qeder sufi var ki ozlerini ehli sunne hesab edirler onlarin emeli bizim uchun numune deyil
peyqamberimiz buyurub islam 73 firqeye bolunecek
menim ve sahabelirimin yolu ile geden firqe cennete gedecek
peyqamberimiz buyurub chekinin dine elave etmekden her yenilik bidetdir her bidet zelaletdir her zelalet isani cehenneme aparir
Sitat:
Kapitan men senin delillerini gormedim axi. Sen hansi ayeye ve hedise esalanirsan demedin.
men sene delil getirdim ki peyqamberimizin sunnasinda movlud yoxdur
bunu sen de bilirsen sufiler de axi sen meger aye ,hedis getirmishdinki?
Sitat:
Buna inanmasam da mentiqle bunu deyecem sene. "Senin ovladin dunyaya gelende sevinmirsenmi? Elece de Peygember ailesininde de ushaq dunyaya gelende Peygemberimiz - səllallahu aleyhi və səlləm -sevinib.
get aqilli insanlarin mentiqini oyren
Sitat:
Amma Peygember kimi Eli kimi Huseyn kimi shexslerinmovludunu qeyd etmemek onlara qarshi en azi dushmenchilikdir.
aydindir sen demek isteyirsen ki onlar 1-1-lerinin dushmeni olublar chunki
onlar 1-1-lerinin ad gununu qeyd etmeyibler
Sitat:
Biz shieler butun dunyada olan muselmanlarin movludunu qeyd etmek fikrinde de deyilik.
siz yuxarida adlarini chekdiyib adamlari qebul edirsiz ki hele bir movludlarini qeyd eleyesiz?
sen mene de gorum hz elini kurekeni hz omarin niye movludunu qeyd elemirsiz eli ona oz qizini ere verib qohum olub
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 359 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: Ş. Sen. 25, 2004 12:48 pm İsmarış mətni:
Elif_LAm_MIm yəqin ki, sənin Peyğəmbərə(s) olan sevgin onun yanında dinin ucalması üçün canlarını fəda edən səhabələrin (Allah onlardan razi olsun) sevgisi qədər ola bilməz. Bunu sən də təstiq edərsən.
Boş-boş mübahisələrə yer verməkdənsə və məntiq axtarmaqdansa konkret dəlil gətir ki, Peyğəmbərdən sonra xəlifələr (r.a) və ya səhabələr (r.a) onun mövludunu və ya digər səhabələrin ad gününü qey ediblər. Əgər bu doğrudan da olubsa onda sən niyə narahat olursan gətir dəlilini biz də dəlilə əsaslnıb dediyin günləri qeyd edək. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Daxil ol: C.a. İyul 22, 2004 12:08 İsmarışlar: 95 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: Ş. Sen. 25, 2004 4:50 pm İsmarış mətni:
Bagishlayan Allahin adi ile
Hormetli Adminstrator men movludlari bayram kimi qeyd eleyirem. Elece de butun ehli-shieler. Ve ehli-sunne qardashlarimiz da. Kapitan ehli-sunnenin movlud qeyd etmelerini delil saymasa da.
Siz ise menim movlud bayram etmeyimin duzgun olmadigini adlandirdiniz. Men de deyirem ki, siz Quran ve ya hedisle subut edin ki, movludu bayram etmek islama ziddir. Burda hech bir Islamdan kenar emel yoxdur. Biz Peygember ve onun Ehli-beytini sevirik onlarin ad gunlerini oz dogma adamlarimiz, yaxinlarimiz kimi shadliqla qeyd edirik. Eger siz onlarin ad gununu qeyd etmirsinizse daha bize niye irad tutursunuz? Elemirsiniz elemeyin de. Ya da delil getirin ki, bu haramdir... _________________ "Selli ela Muhammed, ruhe Xomeyni amed!"
"Ma ehli Kufe nistim, Ali tenha bemaned!"
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 359 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: Ş. Sen. 25, 2004 11:50 pm İsmarış mətni:
Elif-lam-mim yazıb:
Bagishlayan Allahin adi ile
Hormetli Adminstrator men movludlari bayram kimi qeyd eleyirem. Elece de butun ehli-shieler. Ve ehli-sunne qardashlarimiz da. Kapitan ehli-sunnenin movlud qeyd etmelerini delil saymasa da.
Siz ise menim movlud bayram etmeyimin duzgun olmadigini adlandirdiniz. Men de deyirem ki, siz Quran ve ya hedisle subut edin ki, movludu bayram etmek islama ziddir. Burda hech bir Islamdan kenar emel yoxdur. Biz Peygember ve onun Ehli-beytini sevirik onlarin ad gunlerini oz dogma adamlarimiz, yaxinlarimiz kimi shadliqla qeyd edirik. Eger siz onlarin ad gununu qeyd etmirsinizse daha bize niye irad tutursunuz? Elemirsiniz elemeyin de. Ya da delil getirin ki, bu haramdir...
Elif_Lam_Mim ya sən bilməməzdiyindən bu cür boş-boş mübahisə edirsən ya da bilə-bilə haqqı qəbul etmək istəmirsən.
Əvvəla sənə kim ixtiyar verib ki, sən bütün şiyələrin və sünnülərin adından danışırsan.
Deyirsən ki, mövludları bayram hesab edib qeyd edirsən. Dinimizdə 2 bayram var.
Ramazan və Qurban. Hər ikisinin də bayram namazı var və qılınır.
Daha sonra biləsən ki, müsəlman üçün örnək nə sənin şiyə nə də əhli sünnə qardaşlarındır.
Bizim üçün örnək Allah Rəsuludur (s). Biz müsəlmanlar onun etdiyini etməli etmədiklərindən, qarağan etdiklərindən isə çəkinməliyik.
Unutma ki, dəlili iddiaçı tərəf gətirməlidir. Sən iddia edirsən ki, Peyğəmbərin və əhli beytin doğum günlərini bayram kimi qeyd etmək lazımdır. Mən də sadəcə bir müsəlman kimi sənə dedim ki, dəlil gətir ki, bunu etmək olar və ya Peyğəmbər (s) ya da səhabələr sənin dediklərini ediblər biz də bilib buna əməl edək. Sən isə başlamısan ki, sən dəlil gətir. Görünür israr etdiyin əməlin heç yerdə əsasını tapmamısan. Sadəcə olaraq inadkarlığından da dönmürsən.
Bax qardaş ötən dəfə dedim ki, sənin əhli-sünnə kimi təqdim etdiyin müsəlmanlar çoxdur. Onlardan bir qrupu ibadətdə ifrata vararaq bir zikri 1000 dəfə təkrarlamağı iddia edir və belə də edirlər. Onlar da sənin kimi deyirlər ki, burada heç bir pis iş yoxdur. Amma bəşəriyyətin şərəflisi olan Rəsulullahın (s) bir zikri 100 dəfədən artıq etməməsi məlumdur. Maidə surəsinin 3 cü ayəsində Allahın bizim dinimizi tamam etməsi deyilir. Biz də buna iman edirik. Yəni din tamam olamsı o deməkdir ki, hər bir yaxşı və pis barəsində bizlərə məlumat verilib. Sadəcə olaraq kim isə bunu araşdırıb tapmaq istəmirsə özü bilər.
Peyğəmbərimiz (s) isə dəfələrlə bizə ondan sonra dinə hər hansı bir yaxşı və pis əməlin uydurulub əlavə olunacaqını bidət, hər bidətin sonunun isə atəşlə nəticələnəcəyinin təhlükəsi haqda dedi.
Sənin inadkarlığın ona bənzəyir ki, mən durub bir mövzu açım və deyim ki, zöhr namazı 4 deyil 6 rükət qılınmalıdır. Burada pis bir şey yoxdur və əksinə Allaha daha çox səcdə edəcəm. Əstəğfirullah. Və ya Nəriman Qasımoğlu kimi deyim ki, namazı azərbaycanca qılaq. Sonra da bir firqə əmələ gəlsin deyilsin ibrahimilər. Yalançı peyğəmbərlərinə də Əmircana zəng edib hərdən salam ya rəsulullah desinlər...
Sübhanallah.
Onda bir ağıllı müsəlman da mənə deyə bilər ki, qardaşım nə ozündən din icad edirsən. Axı dinimizdə hər şey məlumdur.
Mən də başalyım sənin kimi boş-boş mübahisəyə ki, siz Allahı sevmirsiniz ona görə də artıq namaz qılmaq istəmirsiniz. Bu yerdə sənin məntiq elmin artıq işləmir...
İndi bildin heç olmasa bir az da olsa ki, sənin dediyin məsələnin təhlükəsinin sonunda nələr ola bilər?
Sabah kim zəmanət verə bilər ki, sənin mövlud dediyin dində olmayan bu əməli edən bir şəxs gedib iran malları satılan dükandan Peygəmbərin uşaqlıq portretini (əslində bu bir qrup fırıldaqçıların şəhərimizdə alver etdikləri və din deyib camaata sıradıqları əməldir) alıb evində qoyub ətrafında da bir iki şam yandırıb (bəzi məscidlərimizdə hələ də davam edən xristianlıq adətləri) dizini yerə vurub o şəkilə yalvararaq şirk etməyəcək.
Sənin deməyindən belə çıxır ki, kim bu dediyin “mövludları” qeyd etmirsə onlar nə Peyğəmbəri nə də onun əhli-beytini sevirlər. Vay-vay vay... Yazıqlar olsun...
Qardaşım əhli-beyt sevgisində də ifrata varmaq olmaz. Bir az açın gözlərinizi baxın ki, kənar ölkələrin təbliğatə sizi hansı vəziyyətə salıb.
Deyirsiniz qadını 1 saatlıq kirayə vermək olar, Peyğəmbərin və əhli-beytin ad gün günlərini qeyd etmək olar... Bəsdirin daha bu cür məsələlərlə insanları çaşdırdınız. Sizin bu dediklərinizə din deyilmir axı.
Metrolara girirsən asıblar 12 kişinin təsvirini birinin də üzündən qan axır. Soruşursan satıcıdan ki, bu adam kimdir və üzü niyə qanayıb, deyir o Əlidir onu o hala sünnülər qoyub.
Budur islam dediyiniz?
Bir qız gedir pirə qayadan yıxılıb ölür, deyirlər pir onu qəbul etmədi.
Birinin həyətinə baxırsan sındırıb yumurtaları sancıb çəpərin başına, yanına da yekə bir it və ya inək kəllə sümüyü. Deyir göz dəyməsin deyə belə edirəm.
Hansı nəqliyyat vasitəsinə minirsən yuxarıdan birinci 3-4 seyid bildiyi adamların şəklini asır, ondan aşağıda isə foto modellərin. Meyxananın səsindən isə qulaq tutulur. Vay-vay...
Bir baxın ki, avropa bizim Qurandan öyrəndikləri ilə dünyaya hakim olmaq istəyir, bizdə isə avropanın çılpaqlıqlarını dəb deyib evimizə gətirirlər.
Əziz müsəlmanlar bu gün cəmiyyətimizə dini savad lazımdır. Bu cür əsassız məsələlərin müzakirəsi yox.
Nə isə. Bütün bunlar haqqında inşAllah vaxtı gəldikcə müzakirələr açarıq.
İndi sən de görək ay Əlif, əgər mən bir müsəlman kimi sənin ikiəlli yapışdığın bu “mövludları” ömrümün sonuna qədər qeyd etməsəm günahamı batacam, yoxsa buna görə məni qiyaməttə cəza gözləyir? _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Daxil ol: Ç.a. İyun 29, 2004 15:50 İsmarışlar: 8 Şəhər/ölkə: Azerbaycan
Göndərilib: B. Sen. 26, 2004 2:36 pm İsmarış mətni: Ad-gunleri...Movludlar...Bayramlar
SALAM ALEYKUM Elif-lam-mim.elecede muselmanlar
Adminstrator o eceb edirbutun shiyyelerin adindan danishir. cunki shiyyeliknedi bilir,eqidesinide bilir.
duz deyir shiyyelerde,elecede 4sunni mezhebide movludlari bayram kimi qeyd
edir yerde qalanlar ozleri biler . bizim mubarek ishlerimize qatishmayin
Adminstrator Dinimizdə 2 bayram var yalan danishirsan ele en azi cume gunleri bayram sayilir. gettovbe ele.
3 eger bir sheyki qeyd edilir hemin gunlerde ehsanlar verilirse xestelere qan bagishlanilirsa en esasi dualar quran oxunursa ve s olursa burda pis ne var dine ne ziyani var?
Adminstrator senin qeyd etdiyin siyge ve movludlardan bashqa hecbir shey shjiyyelerde yoxdu shiyyelerdebunucavabini her zaman veribler verirlerde
qaldi kiinsanlar edir? SIYYELER ne elesin?
camaatxiristianligin ateshperestliyin adetleriniedirlersebizene
bohtan atmisan get tovbe ele Allah amaninda elif ve diger muselmanlar
SAvaddan danishirsan , get dini derinden oxu inaniramkihaqqa gelecen
iddiaci terefolaraq qeyd edirem yeterli qeder delil var. oki qaldi senin gunaha batib batmamagiva Allah bilir?
AMMA biz savabdan el ceken deyilik. BIRDE MESUMLARKIMSE deyilonlarmuselmanlarin rehberleridir. senozuve rehber saymirsansamuselman deyilsen ki
o ki qaldi subut gelen yazimda tam goreceksiniz helelik size mohlet belke ozuvuz taparsiniz deye
axirdada qeyd edirem men yeqinen eminem sizlere ne qeder subut getirsek bele siz oz fikrinizden donmeyeceksiniz _________________ Salam aleykum Islam ehli
Allah bizi Quranve Ehli-beytdenayri salmasin
AMIN!
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 359 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: B.e. Sen. 27, 2004 12:38 am İsmarış mətni:
Assalamualeykum!
Səni bura kim dəvət etdi ay müsəlman?
Aydındır, Elif deməyə bir söz tapmır səni köməyə çağırır.
Mənim sizlərlə heç bir düşmənçiliyim yoxdur. Sadəcə mən sizlərlə sakitcə və mədəni formada diskusiya aparmaq istəyirəm. Görünür sizlər isə bunu bacarmırsınız. Başqa cahil forumlarında danışdığın kimi burada da nə isə demək istəmisən amma danışdıqlarından bi məna kəsb olunmur. Əvvəl doğma və gözəl Azərbaycan dilində danışmağı öyrənmək lazımdır. Bunu sənə o biri forumlarda da deyiblər.
Sən növbəti dəfə də bu cür cahil danışıqlarınla gəlsən bura gəldiyin kimin də gedəcəksən, buna əmin ol.
Mədəni danışa bilirsənsə buyur.
Mən dəlil gözləyirəm sizdən. Cahil danışığı yox.
Bir az da gözlərinizi açıb ətrafa baxın. Azərbaycan daha əvvəlki, dini savadsızlığı üzündən iranın təsirinə düşən məmləkət deyil. Allaha şükürlər olsun ki, İslamı olduğu kimi insanlara çatdırmaq üçün dövlətimiz hamıya imkan verib.
İndi isə buyurun sadəcə bizə göstərin ki, Allah Rəsulu (s) kiminsə və ya ondan sonra gələn və onu, indi bizim sevdiyimizdən də qat-qat artıq sevən həm də o sevgidə ifrata varmayan səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərin ad gününü nə vaxtsa qeyd ediblər.
Yəqin ki, bu əməli etmək lazım olsaydı səndən məndən əvvəl də yaşamışlar bunu edərdilər. Amma unutma, mən dəfələrlə dedim ki, 4 məzhəb, əhli sünnə dediyin adamların nə etməsinin mənə aidiyyatı yoxdur. Mənə lazımdır ki, bu əməli Peyğəmbərin və ya onun ardıcıllarının edib, etməməsi.
Buyur dəilinizi gətir. Gözləyirik.
Allah millətimizə elm və hidayət versin. Amin! _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Daxil ol: C.a. İyul 22, 2004 12:08 İsmarışlar: 95 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: B.e. Sen. 27, 2004 7:24 pm İsmarış mətni:
Edalet sahibi olan Allahin adi ile
Adminstratora cavab:
Sitat:
Aydındır, Elif deməyə bir söz tapmır səni köməyə çağırır
Evvela siz gerek bu bohtaniniza ve yalaniniza gore tovbe eleyesiniz. And olsun Allah ki, siz yalan dediniz. Men hech kimi komeye chagirmamisham Allahdan bashqa.
Sitat:
Elif_Lam_Mim ya sən bilməməzdiyindən bu cür boş-boş mübahisə edirsən ya da bilə-bilə haqqı qəbul etmək istəmirsən
Siz idarechi olmaginizdan sui istifade edib istifadechilerle istediyiniz kimi danishmayin. Unutmayin ki, menim size hormet etdiyim kimi siz de mene hormet etmeye borclusunuz. Siz iddia elemisiniz ve iddianizi subut eleye bilmirsiniz.
Sitat:
Unutma ki, dəlili iddiaçı tərəf gətirməlidir. Sən iddia edirsən ki, Peyğəmbərin və əhli beytin doğum günlərini bayram kimi qeyd etmək lazımdır.
Adminstrator axi men bele bir iddia elememishem. Siz yene bohtan atirsiniz. Men demishem ki, men bu movludlari bayram edirem, dememishem ki, mutleq hami etmelidir.
Bir iddiaya ki, deliliniz yoxdur onu elemeyin.
Allah Teala Qurani Kerimde buyurur: "(Ya Mehemmed) De ki:Men bunun (risaleti teblig etmeyimin) evezinde sizden qohumlarima mehebbetden bashqa bir shey istemirem"
Meger Imam Huseyn, Imam Zeynelabidin ve s... Peygemberin qohumlari deyil? Bilirik ki, qohumlaridir. Bes onda onlara mehebbet gostererek onlarin movludlarini qeyd etmek niye Islama zidd olur? Axi Allah buyurur ki, onlara mehebbet edin.Meger biz oz sevdiyimiz shexslerin, yaxin adamlarimizin ad gunlerini onlara olan mehebbetimizden qeyd elemirik? Tebii ki, mehebbetdendir.
Bes sizi narahat eleyen nedir? Bu deliller size kifayet elemir? Allah kelamindan da guclu delil isteyirsiniz? _________________ "Selli ela Muhammed, ruhe Xomeyni amed!"
"Ma ehli Kufe nistim, Ali tenha bemaned!"
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 359 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: Ç.a. Sen. 28, 2004 12:10 am İsmarış mətni:
-b-
Bu başqa məsələ. Demək sən bunu sadəcə fərdi olaraq qeyd etməyini deyirsən.
Bax qardaşım, əvvəla mən heç bir imkanımdan sui istifadə etməmişəm.
Yersiz olaraq hay-küyünə dəyməz.
Mən sadəcə olaraq sakit və mədəni diskusiya tərəfdarıyam.
Əgər mən sən dediyin kimi forumdaki imkanlarımdan sui istifadə etsəydim onda bu mövzudaki yazılardan hər hansı birinə müdaxilə edətdim. Təbii ki, bu ədalətli olmazdı.
Buna görə də tam arxayın ola bilərsiniz ki, forumun şərtlərinə düz gəlməyən yazılardan başqa heç bir yazıya toxunulmur.
O ki, qaldı sənin fərdi fikrinə, bu sənin fərdi fikrindir və sənin daxili işlərinə heç kim qarışmır. Amma unutma ki, sənin mənim fərdi fikrimizin və ya nə istəsək etməyimizin dinlə heç bir əlaqəsi yoxdur. Din ağıla tabe deyil, əksinə, ağıl dinə tabedir. Əgər belə olmasa idi onda hərə ağlına nə gəldisə edərdi və etdiyinə də din deyərdi. Necə ki, hal-hazırda bəzi adamlar edirlər. Allah onlara hidayət versin.
Mən bir daha sualıma cavab axtarıram. Bu mövlud dediyin günləri Allah Rəsulu (s) və onun ardınca gedən Rəşidi xəlifələr, Əhli-beyt, səhabələr (Allah onlardan razı olsun) qeyd ediblərmi?
Burada çətin bir şey yoxdur. Sadəcə deyilən suala dolğun cavab verilsin kifayət edər.
O ki, qaldı yuxarıda qeyd etdiyin Quran ayəsinə, izah edin görək bu ayəni necə təfsir etmişlər və bu ayə necə başa düşülməlidir?
Yəni hər Quran ayəsini istənilən mövzuya yazmaqda da ehtiyatlı olmaq lazımdır.
Hem de Ayəni və Surəni yazmağı da unutmayın.
Allah millətimizə faydalı elm və hidayət versin. Amin! _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Bütün saatlar GMT + 4 Saat Səhifə 1, 2, 3, 4Sonrakı
1 səhifə (Cəmi 4 səhifə)
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.