"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Daxil ol: B.e. Fev. 02, 2004 03:18 İsmarışlar: 130
Göndərilib: B.e. Mar. 01, 2004 9:36 pm İsmarış mətni: HƏDİSLƏRİN (sünnənin) şəriətdə rolu
Təbii ki, Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - dedikləri və etdikləri, şəriətdə böyük rol oynayır. Amma bunun nə dərəcədə əhəmiyyətli və önəmli olmasını çoxlarımız yaxşı bilmir.
Aşaĝıda yazılanlar sünnənin, yə’ni Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - dediklərinin və etdiklərinin nə qədər əhəmiyyətli olduĝunu göstərəcək.
P.S. MUSLIM-in aşaĝıda yazdıqları Şeyx Albaninin sözlərindən və yazılarından götürülüb.
Göndərilib: B.e. Mar. 01, 2004 9:37 pm İsmarış mətni:
Bismillahirrahmanirrahim
Səlat və səlam olsun seyyidimiz Muhəmməd - səllallahu aleyhi və səlləm --ə
Əziz müsəlman qardaş və bacılarım, ilk olaraq Allahu Təalanın buyurduĝu ayəni nəzərinizə yetirmək istərdim. Beləki, əz-Zariyat surəsinin 55-ci ayəsində Allahu Təala belə buyurur: “Sən [onlara Qur’anla] oyüd-nəsihət ver. Çünki öyüd- nəsihət möminlərə fayda verər.” Bilirsinizmiki, Qur’ani Kərimi, Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm --in hədisləri açıqlayır. Qur’ani Kərimi tam olaraq başa düşmək hər adamın işi deyil, gizli və böyük mə’naları isə Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm --in hədisləri aydınlaşdırır. Allahu Təala ən-Nəhl surəsində 44-cü ayədə belə buyurur: “Sənə də Qur’anı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edərlər!” Deməli ayədən də göründüyü kimi, Allahu Təala Qur’ani Kərimi nazil etməyibki hər insan istədiyi kimi onu götürsün və daxilində olanları istədiyi şəkildə özünə şəriət və qanun etsin. Ayədə açıq-aydın görünürki, Qur’ani Kərimdə göndərilən hökmləri Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - izah etməlidir. Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - izahları və dedikləri, etdikləri hamısı sünnət sayılır. Bundan da belə başa düşürük ki, şəriətimizi, dinimizi, hökmlərimizi, qanunlarımızı bilmək üçün tək Qur’ani Kərimi oxumaq yetərli deyil. Yetərli deyil deyəndə, elə başa düşülməsinki, Qur’ani Kərimdə əksiklər və çatışmamazlıqlar var. Xeyir, bu o deməkdirki, Qur’ani Kərimdə olan hökmləri biz ancaq, Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - hədisləri ilə tam şəkildə anlaya bilərik.
Göndərilib: Çər. Mar. 03, 2004 5:58 pm İsmarış mətni:
Yuxarıda, ən-Nəhl surəsinin 44-cü ayəsində (izah edəsən) iki cür olur, yə’ni Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - iki cür onu izah edə bilər:
1.Qur’anki Kərimi tam nazil olduĝu kimi bəyan etmək, onu, tələffüzü, nitqi, sözləri və hərfləri ilə tam şəkildə çatdırmaq. Çünki Allahu Təala əl-Maidə surəsinin 67-ci ayəsində buyururki: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Qur’anı) təbliğ et.” Peyĝəmbər - səllallahu aleyhi və səlləm - Allahu Təala tərəfindən vəhy olunan Qur’ani Kərimdə olanların hamısını çatdırıb və heç bir şey gizlətməyib. Gizlətmək istəsəydi, heç bu ayəni bizlərə çatdırmazdı: “(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) ne’mət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) ne’mət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” –deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların – Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır.” əl-Əhzab:37
2.Bir də, Qur’ani Kərimdə olan ayələrin, cümlələrin, sözlərin mə’nasını çatdırmaq. Orda olan hökmləri aydınlatmaq. Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm --in sünnəsi, yə’ni hədisləri isə həmin ayələri açıqlayır.
Göndərilib: B. Mar. 07, 2004 1:11 am İsmarış mətni:
Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm --in hədislərinin və sünnənin, Qur’anı açıqlamaqda nə qədər əhəmiyyətli olduĝunu görmək üçün, bu misallara nəzər yetirək:
“Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” əl-Maidə surəsi 38-ci ayə.
Bu ayədən görürük ki, Allahu Təala, oĝurluq edənin əlinin kəsilməsini əmr edib və bu, şər’i bir hökmdür. Amma biz bu hökmü nə dərəcədə və hansı səviyyədə anladıq? Şərtlərini və yönünü bildikmi? Əl dedikdə, əlin hansı hissəsi nəzərdə tutulur, necə kəsilir? Bəs yaxşı, oĝurlanmış malın dəyəri nə qədər olmalıdır və sairə kimi çox mühüm məsələlər varki, onları nəzərə almaq lazımdır. Oĝrunun əli kəsilməlidir buyurulubsa, oĝurluq edən hər bir kəsin əlini kəsməli deyilik axı. Buna görə də, Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm --in vəzifələrindən də biri, Qur’ani Kərimi insanlara lazım olan və Allah buyurduĝu şəkildə açıqlamaq idi. Unutmayınki, Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm --in açıqlamaları və izahları da Allah Təala tərəfindən ona vəhy olunurdu, O özündən heç nə demirdi, danışdıqlari və anlatdıqları hamısı ona vəhy olunurdu.
Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - buyurubki: “Oĝurluq mal, bir dinarın dörddə bir dəyərində və ondan çox olarsa, o zaman əl kəsilməlidir.” Eləcə də Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm --in etdiyi və səhabələrinin etdiyi haqqında rəvayətlərdə deyilirki, oĝrunun əli biləkdən kəsilirdi.
Əgər Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - bu ayəyə müvafiq açıqlama verməsəydi və səhabələrini necə etməyi öyrətməsəydi, biz bu ayəni tam anlaya bilməzdik.
Göndərilib: B.e. Mar. 08, 2004 11:13 am İsmarış mətni:
Çox təəssüfki, indiki zamanda bə’zi alimlər varki, onlar ancaq Qur’andan istifadə edirlər. Yə’ni sübut, dəlil və istinad üçün yalnız Qur’ani Kərimdən istifadə edirlər, kitablarında isə sünnəyə (Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm --in hədislərinə) rast gəlmək olmur. Guya insanlara demək istəyirki, ən düzgün olan kitabdan istifadə edib və onun səhvləri olmaz. Qur’ani Kərimdən istifadə edərək də, bə’zi alimlər, haram olan şeyləri halal ediblər. Məsələn; kişilərə qızıl və ipək geyməyi halal ediblər, halbuki bunları Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - hədisdə haram buyurub kişilərə. Axı Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - hədislərini oxuyub, ordakılara əməl etmək də elə Allaha itaət etməkdir. Məgər onlar Qur’ani Kərimdə bu ayələrə rast gəlməyiblər;
“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur.” Ən-Nisa: 80
“Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə’yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.” Ən-Nisa: 65
“Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö’min kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!” Əl-Əhzab: 36
“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin.” Əl-Həşr: 7
Buna əlavə olaraq bir şeyi də nəzərinizə çatdırımki, ərəb dilini sərbəst, mükəmməl bilən adam da Qur’ani Kərimi təfsir edə bilməz. Bə’zan görürsənki, xüsusilə də ərəb ölkələrində, ərəb dili müəllimi, ərəb dili qrammatikasını sərbəst bilən bir alim gəlib Qur’anki Kərimi təfsir edir. Amma bilmirki, o qədər səhvlərə yol verir.
Peyĝəmbərimiz - səllallahu aleyhi və səlləm - hədislərindən istifadə etməyincə Qur’ani Kərimi təfsir etmək mümkün deyil.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.