"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Daxil ol: Ş. Yan. 31, 2004 01:55 İsmarışlar: 353 Şəhər/ölkə: Bakı, Azərbaycan
Göndərilib: Çər. Apr. 21, 2004 12:56 am İsmarış mətni: Yalançı və uydurma hədislər
بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
Assalamualeykum!
Əziz forumçular, istərdim bu bölümdə son dövrdə Azərbaycanda geniş yayılmış lakin heç bir ravisi (rəvayət edəni) və heç bir əsası olmayan yalançı həm də uydurma hədislərdən danışaq.
Bunlardan biri.
Səhərimizdəki nəqlliyyat vasitələrinin birində Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - adından yalandan uydurulub ki "Ey Fatimə, Qiyamət günü Hüseynə ağlayan gözlərdən başqa bütün gözlər ağlayacaq".
Xatırladaq ki, bu hədisə heç bir səhih mənbəələrdə rast gəlinməyib. _________________ İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
AsSalamu alaikum wa RahmatulLahi wa Barakatu!
Yaxud da Allah(SwT)in kainati Mohammad(saaws)a gore yaratmasina dair hedis...
Umumietle her hansi hedisi oxuduqda yaxud kimdense esidende chalishmaq lazimdir menbelerini teleb etmek, daha da shubhe varsa, hemin hedisin senedini arasdirmayinja, 1 basqasina bunu chatdirmamaq lazimdir...Cunki Qiamat gunu hetta en xirda emelimize gore de sorgu-sual olunajaiq...Odur ki, her emelimize, sozumuze, catdirdigimiz informasianin dogruluguna/yanlisligina gore mesuliet dasiyiriq...
WasSalam...
Göndərilib: C.a. May 20, 2004 3:37 am İsmarış mətni:
بسم الله الرحمن الرحيم (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
"Yalan və uydurma" hədislərə cavab
Məhəmməd səllAllahu əleyhi və əla alihi və səlləmin davamçısı
Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Peyğəmbər səllAllahu əleyhi və əla alihi və səlləm demişdir: «Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, göyləri və yeri Yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! Sən qullarının arasındakı ixtilafın hökmünü verirsən, məni Öz izninlə baş vermiş ixtilafdan haqqa yönəlt. Həqiqətən, Sən istədiyini doğru yola yönəldirsən». (Əbu Davudun "Sunən" əsəri, 763.)
Mənim yazdığıma cavab yazmamışdan əvvəl yuxarıdakı duanı oxu!
Sənin dediyin şiyələrin, sünnilərin və bütün məxluqatın Yaradanı Allahdır. "Mənim Allahım, sizin Allahınız" ifadəsini heç ağılsız Məkkə müşrikləri istifadə etmirdilər. Qaldı ki Allahın əli, barmaqları, üzü və s. olmasına, yalnız Qiyamət günü Allahı görməyə, bunun da özünə məxsus dəlilləri vardır ki, sən bunlardan qafilsən. Budur bax!
Allahın heç bir bənzəri olmayan, necə-nəcürlüyü yaradılanlara məlum olmayan, başqa mənaya yozumu barədə heç bir dəlil olmayan, həqiqi əlinin, barmaqlarının və üzünün olmasına dair Qurandan, yaxud mötəbər hədislərdən dəlillər. «Xeyr, Allahın hər iki əli açıqdır, istədiyi kimi (Öz lütfündən) sərf edir». (əl-Maidə, 64); «Allah dedi: "Ey İblis, Mənim iki əlimlə xəlq etdiyimə sənin səcdə etməyinə nə mane oldu? Sən təkəbbür göstərirsən, yoxsa yüksək məqamlılardan olmusan?"» (Sad, 75); «Şübhəsiz ki, lütf Allahın əlindədir!» (Ali-İmran, 73); [Etiqad etmirəm, lakin dərs olsun deyə oxu! Guya "Allah Hüseynin (Allah ondan razı olsun) qəbrini ziyarət edir onunla əl ilə görüşür və onunla çarpayıda oturur. («Səhih fəthul əbrar» 2 cild səhf 140; «Dəvətül İmamə» səhf 78; «Mədinətul Məaciz» 3 cild səhf 460 bab 25 rəvayət 980)]
Peyğəmbər səllAllahu əleyhi və əla alihi və səlləm demişdir: «Həqiqətən, bəndələrin qəlbləri Rəhmanın barmaqları arasındadır, onları istədiyi kimi çevirər». (Səhih Muslim, 4/2045);
«Hansı səmtə yönəlsəniz Allahın Üzü oradadır». (əl-Bəqərə, 115); «Sərf etdiyiniz hər bir xeyir [sədəqə], özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü istədiyinizə görə sərf edirsiniz». (əl-Bəqərə, 272);
Əgər sən əl, barmaq, üz və s. Allaha xas olan sifətləri başqa mənaya yozursansa sənə üç sual verirəm – ya hə de ya da yox.
1. Sən bildiyin yozumu Peyğəmbər səllAllahu əleyhi və əla alihi və səlləm də bilirdimi? Yox desən küfr etmiş olursan, hə desən ikinci sual;
2. Sən verdiyin izahı Peyğəmbər səllAllahu əleyhi və əla alihi və səlləm də verməyə qadir idimi? Yox desən küfr etmiş olursan, hə desən üçüncü sual;
3. İzah edibmi? Yox desən küfr etmiş olursan, hə desən göstər görüm hansı hədisdə izah verib, deyib ki, "əl – qüdrət və qüvvətdir, nemətdir və s". Yadında saxla Allahın isim və sifətlərini olduğu kimi qəbul edən şəxs heç nə itirmir, əksinə, əsassız olaraq yozum verənlər mütləq soruşulacaqlar? Qiyamət günü nə cavab verəcəyini düşün!
Möminlərin Allahı görmək məsələsinə gəlincə, onlar Allahı bu dünyada görməzlər. Yalnız axirətdə möminlər Allahı görəcəklər. Buna dəlil həm Quranda, həm də Peyğəmbərin səllAllahu əleyhi və əla alihi və səlləm hədislərində çoxdur: Uca Allah buyurur: «O gün [neçə-neçə] üzlər parlayacaq, öz Rəbbinə baxacaqdır». (Qiyamə, 22,23) Bu ayədə olan altı kəlmədən beşi Allahı görməyə dəlalət edir.
1. «O gün»-ün xüsusən qeyd olunması; Bəsirətlə görməyə gəlincə, onsuzda insanlar hər zaman Allahı görürlər. Bəs onda bunu o günlə xüsusiləşdirməkdə hikmət nədir? Sözsüz ki, bu gözlə görməyə işarədir.
2. «üzlər» - məlumdur ki, gözlər üzdədir və bəsirətin üzlə ifadə olunmasına lüzum yoxdur. Deməli bu kəlmə də gözlə görməyə işarədir.
3. «parlayacaq» - bu ifadə möminlərə aiddir və məlumdur ki, kafirlər də bəsirətlə Allahı görür lakin inadkarlıqlarından dillərilə Onu inkar edirlər. Qiyamət günü isə onlar Allahı gözlə görməkdən məhrum olacaqlar. Uca Allah buyurur: «Xeyr! O gün onlar Rəbbindən [örtüklə] ayrılacaqlar [Onu görməyəcəklər]!» (əl-Mutaffifin, 15) Məgər kafirlər qiyamət günü Allahın varlığıqını, onları sorğu-sual edəcəyini bəsirətləri ilə görməyəcəklər? Bəs onda örtük onların harasına çəkiləcəkdir?
4. إلي" " – ön qoşması istiqamət bildirir. Məlumdur ki, istiqamət yalnız göz üçündür, bəsirət üçün isə istiqamətin olmasına lüzum yoxdur.
5. «baxacaq» - bəsirət olsa idi başqa ifadə olardı məsələn: «dərk edəcək» və ya «hiss edəcək».
Ənam surəsi 103-cü ayədə Allah buyurur: «Gözlər onu dərk etməz».
Dərk etməklə görməyin fərqi yoxdurmu? Gözlər görür sonra dərk edir, həmçinin qulaqlar eşidir sonra dərk edir, əl toxunur sonra nəyə toxunduğunu dərk edir və s. Bəli Allahı dərk etmək Onun varlığını başa düşmək mümkün deyil. Lakin Qiyamət günü Onun camalına tamaşa etmək – keyfiyyəti bizə məlum olmayan şəkildə – mümkündür.
Əraf surəsi 143-cü ayəsində Allah Musa əleyhissəlama buyurur: «Sən məni görə bilməzsən». Bu ayə Allahı yalnız bu dünyada görməməyə dəlalət edir.
1. Musa əleyhissəlama yaraşmaz ki, mümkün olmayan bir şeyi, yaxud Allah üçün naqis olanı Ondan diləsin.
2. Allah Musa əleyhissəlamı bu suala görə qınamadı. Lakin Nuh əleyhissəlam oğlunun xilas olması üçün dua etdikdə onu qınadı, İbrahim əleyhissəlam atasının bağışlanmasını istədikdə onu qınadı və Məhəmməd səllAllahu əleyhi və əla alihi və səlləm münafiq üçün cənazə namazı qılmaq istədikdə onu qınadı. Musa əleyhissəlama isə Tur dağına baxmağı əmr etdi və onu qınamadı.
3. Allah demədi ki, Mən gözə görünməzəm, yaxud sən özündən uydurduğun kimi " MENI HECH VAXT GORMEYECEKSEINIZ " O buyurur: «Sən məni görə bilməzsən». Yəni bu dünyada. Ayədə qeyd olunan "لن" ön qoşması yalnız bu dünyanın sonuna qədər inkarı bildirir. Bax: «onlar əbədi olaraq ölüm arzulamayacaqlar» (əl-Bəqərə, 95) ayəsində də "لن" ön qoşması vardır, sonra da bax Qiyamətdə onlar necə ölüm arzulayırlar: «Onlar (Cəhənnəm gözətçisinə): "Ey Malik! Qoy Rəbbin bizi öldürsün!" » (əz-Zuxruf, 77)
Bu ixtilafsiz məsələ sənin şiə adlandırdığın alimlərin də etiqadinda var: «Biharül Ənvar» cild 8, 204,215 səhf, 205, bab: «Cənnət və onun nemətləri», «Biharül Ənvar» cild 48, səhf 263, hədis 17; 27-ci cild, səhf 90,hədis 42; cild 89 səhf 266, hədis 3, bab: «Cümə günunun və saatının fəziləti».
Həmçinin imamlar öz dualarinda Qiyamət günu Allahi gorməyı dua ediblər: «Bihar», cild 86, səhf 2, hədis 2; 90 cild, səhf 133 «Cümə gününün duasi» «Bihar», cild 93, səhf 262; cild 97, 363. «Kafiyə» cild 2, 547-548 səhf, hədis 6. «Mən lə yəhdürül fəqih» ibn Bağabeyn 1 cild, səhf 315, hədis 12, bab: «Fittagib»
İndidə inkar edəcəksən? Yoxsa Qiyamət günü Allahın hüzurunda "Məni başa salan olmayıb!" – deyəcəksən?
"Allah güldürsün səni ..." deməyi sənə kim öyrədib? Sən Allahı nə sayırsan, yaxud kimlərə bənzədirsən? Nə bir ayə, nə bir hədis, nə bir imamın sözü, nə də bir alimin belə bir sözü yoxdur. Yoxsa sən onlardan da ağıllı və məlumatlısan? On dörd əsr müsəlmanlardan kimsənin belə bir söz dediyi mənə məlum deyil. Yaxşı olar ki, tövbə edəsən.
Kərbəla ziyarətinə gəlincə məlumun olsun ki, hər hansı ziyarət vacib, yaxud müstəhəb olsaydı, onu Quran və ya hədislər bizə açıqlayardı. Amma buna dair nə Quranda, nə də hədislərdə bir dəlil tapmaq olar. Əksinə, demək olar ki, bu yaxşı əməl sayılsaydı səhabələr belə edər, hansısa qəbri ziyarətgaha çevirərdilər. Səncə Peyğəmbər səllAllahu əleyhi və əla alihi və səlləm daha şərəfli, daha hörmətli şəxsiyyətdir, yoxsa Hüseyn -Allah onlardan razı olsun-? Cavab; əlbəttə ki, Peyğəmbər səllAllahu əleyhi və əla alihi və səlləm! Səncə Əli -Allah onlardan razı olsun- və s. onun kimi səhabələr ağıllıdır yoxsa sən və sənin kimilər? Cavab; əlbəttə, onlar! İndi de görək, məgər şəriətə müvafiq qayda üzrə qəbri ziyarət etdikdə, hal-hazırki insanların etdiyi bidətləri (uydurmaları) onlar da ediblərmi? Allahın vacib buyurmadığı bir şeyi vacib bilmək necə də böyük günahdır!
Sən nə üçün özünü şiə adlandırırsan, axı Allah bizə gözəl ad verib: «O sizə bundan əvvəl də, bunda (Quranda) da müsəlman adını verdi...» (əl-Həcc, 78), Ad götürmək yaxşı olsaydı, başda raşidi xəlifələr olmaqla səhabələr özlərinə, "biz Məhəmmədilərik" yaxud "Məhəmməd şiələriyik"- deyərdilər.
On iki əsrdir ki, Buxari və Muslimi gözdən salmağa çalışanlar heç bir şeyə nail olmayıblar, indi sən nəyə isə nail olmaq istəyirsən? Allah səni niyyətinə görə Öz istədiyinə nail etsin! Qaldı ki, Buxari və Muslimin rəvayət etdiyi hədisə, onun mətni aşağıdakı kimidir:
Əbu Hüreyrə -Allah onlardan razı olsun- rəvayət edir ki, «Peyğəmbər səllAllahu əleyhi və əla alihi və səlləm bizə iki rəkət namaz qıldırıb salam verdikdən sonra sanki qəzəbli halda məsciddəki ağac parçasına söykəndi. Sonra sağ əlinin barmaqlarını sol əlinin barmaqlarına keçirtdi və sağ yanağını sol əlinin arxası üzərinə qoydu. Bir neçə nəfər "Namaz qısaldı?" deyib, məsciddən bayıra çıxdı. Əbu Bəkr -Allah onlardan razı olsun- və Ömər -Allah onlardan razı olsun- Peyğəmbər səllAllahu əleyhi və əla alihi və səlləmə söz deməyə cürət etmədilər. Səhabələrdən Zul-Yədəyn-Allah onlardan razı olsun- adlı, qolları uzun olan birisi -Allah onlardan razı olsun- Peyğəmbər səllAllahu əleyhi və əla alihi və səlləmdən "Unutdun, yoxsa namaz qısaldı?" – deyə soruşduqda, o: "Unutmadım və namaz da qısalmadı" – dedi, sonra üzünü səhabələrə tutub: "Zul-Yədəyn dediyi düzdür?" – deyə soruşdu. Onlar: "Bəli" – deyə cavab verdilər. Peyğəmbər səllAllahu əleyhi və əla alihi və səlləm qalxıb tərk etdiyi iki rəkəti camaata qıldırdı və salam verdi. Sonra təkbir edib səcdə etdi, yenə təkbir edib səcdədən qalxdı, sonra yenə təkbir edib səcdə etdi, daha sonra təkbir edib səcdədən qalxdı və salam verdi» (əl-Buxari, 482; Müslim, 1288).
Əvvəla sənin: «Gorun Islam Peygemberine ne bohtan atirlar. Guya heyatini Islam yolunda, Allaha itaet ve ibadet yolunda xercleyen peygember namazda xeyallara dalirmiş»- deməyinin özü elə böhtandır. Göstər görüm hədisin harasında deyilir ki, Peyğəmbər səllAllahu əleyhi və əla alihi və səlləm xəyallara dalmışdı. İkincisi bu hədisin zəif və ya uydurma olduğunu hansı alim deyib? Üçüncüsü bu hədis olmasaydı, namaz qıldıqda yol verilən xətanı necə düzəldərdin? Belə ki, bu və bu kimi hədislər ümməti öyrətmək üçün Allahın izni ilə baş verirdi. _________________ Haqq kişilərə görə tanınmır.
Kişilər haqqa görə tanınır!
Haqqı bil, ona əməl edənləri də tanıyacaqsan.
Göndərilib: Çər. May 26, 2004 1:45 am İsmarış mətni:
SƏLƏF
Qardaş Allah razı olsun senden bezilerinin getirdikleri hedislere layiqince cavab verdin. Doğurdanda Sələflər danışıq ve yaxud yazma qabiliyyətinə baxarkən seçilirler. Yazdıqların açıq-aşkar ibret dersidir. Allah seni cennet ehlinden etsin.AMİN _________________ "Yoxdan yaradan Rebbinin adı ile oxu!
O, insanı laxtalanmış qandan yaratdı.
Oxu! Rebbin en böyük kerem sahibidir!
O Rebbin ki, qelemle yazmağı öyretdi.
İnsana bilmediklerini öyretdi"
Göndərilib: Çər. May 26, 2004 1:57 am İsmarış mətni:
Ashiqi_Huseyn yazıb:
HOKM VERIN EY MUSELMANLAR: Gorun Islam Peygemberine ne bohtan atirlar. Guya heyatini Islam yolunda, Allaha itaet ve ibadet yolunda xercleyen peygember namazda xeyallara dalirmish... Vay olsun size ey Buxari ey Muslim...
Vay olsun size ey Buxarinin bu hedislerini qebul eden alimler... Vay olsun size...
Sene men demishdim hedisin nomresini getir sene ereb dilindede bu hedisi yazacam bura amma sen getirmedin indi ise senin yalanci oldugunu ozune subut etdirmek ucun Buxarinin hedisini sene erebce bura yerleshdireceyem Buxarinin öz kitabından.Mömin haqdan başqa söz demez bu sözü diline bele getirme getirsende cahillerin yanında getir bilmesinler düz deyirsen yoxsa yox
Göndərilib: Ç.a. İyun 01, 2004 6:19 am İsmarış mətni:
Salam Aleykkum, huseyn ashiq ele danishr ki, quya onlarda hedislerin hamisi eladir meselem sen, peyqamber - səllallahu aleyhi və səlləm - aisheni imam Ali ile bir yataqda qoyub gedmesi haqqda hedise ne deyirsen??? (Bihar alvar)
sonra guya peyqamber s.a.s (Kuleynin kitabinda) yazilib ki, peyqamber - səllallahu aleyhi və səlləm - Abu Talibin doshlerinden sud emib, sonra Huseyn hec bir qadindan hetta Fatimadanda sud emeyib, acidiqda peyqamberin - səllallahu aleyhi və səlləm - yanina getiridiler oda ya dilini uzadardi, yadaki bash barmaqini vererdi, o da sovurardi.
rafizi şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh.159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.
“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Adbullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yə'ni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mö'min imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar?
«Allah Hüseynin -Allah onlardan razı olsun- qəbrini ziyarət edir, onunla əl ilə görüşür və onunla çarpayıda oturur» «Səhihul fəthul abrar cild 2, səh.140».....«Dəvətül imamə, səh.78».....«Mədinətul Məaciz cild 3, səh460, bab 25, rəvayət 980"»
«Peyğəmbərin (s.ə.v) uzunqulağı "Ufeyr" ona deyir: «Atam anam sənə qurban ya Rasulullah (s.ə.v)! Atam mənə dedi, o da öz atasından, o da babasından, o da öz atasından eşitdi ki, o Nuh (ə.) peyğəmbər ilə birlikdə gəmidə idi və Nuh (ə.) əlini onun belinə çəkib dedi: - Bu uzunqulağın belindən bir uzunqulaq gələcək, sonuncu peyğəmbər onu minəcək . "Ufeyr" dedi: - Allaha həmd olsun ki, məni o uzunqulaqdan etdi» «Üsulu Kafi, cild 1, səh.237»
Qeyd: Lakin təəccüblü bundadı ki, "Ufeyrin" beşinci babası Nuhun (ə.) uzunqulağı olub. Yaxşı olardı ki, "Ufeyr" desin ki: babalarımdan eşitdim. Həmçinin, "Ufeyr" dediyi sənədi (uzunqulaq ravilərini) yoxlamaq lazımdı. Bəlkə onun babalarından biri yalançıdır.
sonra "badimcanin imam Aliye shehadeti" bareside hedis (menbeyini yazacam)-eger istesen!
sen gulursense bunlara gulde niye gulmursen sizin en moteber kitablarnizda bunlar movcudur sen evelce get onlara gul
umumiyetle bunlar ne delil getirirlerse bundan dahada pis oz kitablarinda movcutdur, ve yaxud oz kitablarinda ocur hedisler movcutdur, sadece olarq bunlr oz kitbalarini oxumurlar, sadece olar (yalanci Ticani, Bekri) kimi insanlarin kitablarini oxuyurlar sonra dushurler ortaya amma oz kitablarindan xeberleri yoxdur!!!!!!!!!!! _________________ Vəhabilər (uzun saqqal)book66 book37book38
Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri
DİNDE AXTARISH
418–Peygemberi-ekrem (s.e.v.v.) buyurur: Muselmanin heftede (hech olmasa) bir gun dini meseleleri, halal-harami oyrenmemesi nece de boyuk qebahetdir, teessuf edirem bele shexslere!...
Biharul-envar /1/176
***
419–Peygemberi-ekrem (s.e.v.v) buyurur: Her kim dinshunasliqla meshgul olsa, Allah onun yashayishini sahmana salar, gozlemediyi, aglina gelmediyi yerden ruzisini yetirer.
Meheccetul-beyza /1/15.
***
420–İmam Sadiq eleyhissalam buyurur: SHie cavanlari din oyrenmeyi qarshilarina meqsed qoymalidirlar. Eger bir cavanin bu ehemiyyetli ishe meshgul olmadigini gorsem onu edeblendirerem.
Biharul-envar /1/214.
***
421–İmam Baqir eleyhissalam buyurur: SHielerimize xeber ver, eger onlara emr olunanlara emel etseler, qiyamet gunu nicat tapacaqlar.
Biharul-envar /2/29.
***
422–Peygemberi-ekrem (s.e.v.v.) buyurur: Her kim xalqin dinde ehtiyacli oldugu qirx hedisi bashqalarina oyretse, Allah onu qiyamet gunu feqih ve alim kimi heshre getirecek.
Biharul-envar /2/153.
Daxil ol: Çər. Mar. 17, 2004 23:41 İsmarışlar: 85 Şəhər/ölkə: Azerbaycan,Baki
Göndərilib: C. İyun 04, 2004 3:52 pm İsmarış mətni:
Ashiqi_Huseyn yazıb:
Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri
DİNDE AXTARISH
418–Peygemberi-ekrem (s.e.v.v.) buyurur: Muselmanin heftede (hech olmasa) bir gun dini meseleleri, halal-harami oyrenmemesi nece de boyuk qebahetdir, teessuf edirem bele shexslere!...
Biharul-envar /1/176
***
419–Peygemberi-ekrem (s.e.v.v) buyurur: Her kim dinshunasliqla meshgul olsa, Allah onun yashayishini sahmana salar, gozlemediyi, aglina gelmediyi yerden ruzisini yetirer.
Meheccetul-beyza /1/15.
***
420–İmam Sadiq eleyhissalam buyurur: SHie cavanlari din oyrenmeyi qarshilarina meqsed qoymalidirlar. Eger bir cavanin bu ehemiyyetli ishe meshgul olmadigini gorsem onu edeblendirerem.
Biharul-envar /1/214.
***
421–İmam Baqir eleyhissalam buyurur: SHielerimize xeber ver, eger onlara emr olunanlara emel etseler, qiyamet gunu nicat tapacaqlar.
Biharul-envar /2/29.
***
422–Peygemberi-ekrem (s.e.v.v.) buyurur: Her kim xalqin dinde ehtiyacli oldugu qirx hedisi bashqalarina oyretse, Allah onu qiyamet gunu feqih ve alim kimi heshre getirecek.
Biharul-envar /2/153.
Essalamaleykum.Qardash sence bu hedisler zeyif deyil?
Göndərilib: C. İyun 04, 2004 9:43 pm İsmarış mətni:
Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri
Qardash bu hedisler niye zeif hedis olsun ki? Meger bunlarda Qurana zidd bir mesele gordun??? Mence burda Quranla ziddiyyet teshkil eden ve agilla qebul edilmeyen bir shey yoxdur...Eger varsa zehmet olsa yaz bilek...
Göndərilib: Ş. İyun 05, 2004 8:50 am İsmarış mətni:
Salam ASHIQ. sen zeif hedisleri yazmisan, cunki bu hedisler zeif olmasaydi sen bura "Yalançı və uydurma hədislər" bolmesine yazmazdin, sen evelce yaxshi-yaxshi bax gor hara yazirsan sonra yaz. _________________ Vəhabilər (uzun saqqal)book66 book37book38
Göndərilib: B. İyun 06, 2004 5:12 am İsmarış mətni:
Ashiqi_Huseyn yazıb:
Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri
Men bura Buxari ve Muslimden n.. qeder hedis yazmisham. Sen onlari da zeif hesab eleyirsense halaldir sene. Amma men onlari zeif yox, peygembere bohtan hesab edirem. Chunki sen de onlari oxusan gorersen ki, Peygembere ve onun arvadlarina qarshi nece bohtan atirlar...
Men yazdigim hedislerin zeif olmasini ise sen subut ede bilmezsen. Chunki onlarin senedleri e`tibarli menbeelerdendir, Quranla zidd deyil (varsa goster) ve eql ve mentiqle uygun gelir...(elbette ki, saglam eql ve dushunce ile)
ASHIQ hani men "Yalançı və uydurma hədislər" bolmesine Buxariden hedis yamisham? amma sen oz hedislervi yazmisan . yoxsa cetin veziyete dushmusen ona gore sohbetden qacirsan? ve hemcinin men harda yazmisham ki, Buxarideki hedis zeifdir? amma o ki, qaldi Buxarideki hedise o hedisi oz istediyin kimi yozma. hemcinin bu hedisden dahada pisdirmi?
Əlidən rəvayət olunur ki, o dedi: “Peyğəmbərlə birlikdə səfərə çıxdım.Ona xidmət etmək üçün yalnız mən var idim.Aişədə onunla idi.Amma bizim üçümüzə yalnız bir yorğan var idi.Buna görədə üstümüzə bu yorğanı atdıq, Peyğəmbər də bizim ikimizin (Əli və Aişənin) arasında yatdı.Peyğəmbər gecə namazına qalxarkən, əli ilə yorğanın ortasından döşəyə çatana kimi əydi.(yəni sərhəd çəkdi)”. (“Biharu-l-ənvar”, cild 40, səh. 2)
Elə yazıblar ki, sanki Peyğəmbər namusuna qısqanmır.
indi danishanda bax gor oz kitablarnizda bele hedisler var?! sonra dansih helem o biri hedis alib sene yazacam inshAllah gorum onda ne deyirsen! _________________ Vəhabilər (uzun saqqal)book66 book37book38
Göndərilib: B. İyun 27, 2004 9:32 am İsmarış mətni:
Salam As Sadr sen mursel hedisin ne olduqunu bilirsenmi? (birinci hedis)
hemcinin Musanin yaanina gelen melek insan sheklinde gelmesine tecub edirsen? _________________ Vəhabilər (uzun saqqal)book66 book37book38
Daxil ol: B.e. İyun 07, 2004 00:57 İsmarışlar: 2 Şəhər/ölkə: Azerbaycan/Baki
Göndərilib: B. İyun 27, 2004 11:29 am İsmarış mətni:
aleyka salam
man Musa(a) yanina insan shaklinda galan malaka tacub elamiram!
sadaca Musa(a) unvanina bela sharafsiz hadislar uydurmasina tacub elayiram!
Bas san Musa(a) malaka silla vuraraq Allah(c.c.) davatina labbeyk demamasina inanirsanmi? _________________ Allahumma salli ala Muhammad va ali Muhammad
Göndərilib: B. İyun 27, 2004 11:37 pm İsmarış mətni:
as-Sadr yazıb:
aleyka salam
man Musa(a) yanina insan shaklinda galan malaka tacub elamiram!
sadaca Musa(a) unvanina bela sharafsiz hadislar uydurmasina tacub elayiram!
Bas san Musa(a) malaka silla vuraraq Allah(c.c.) davatina labbeyk demamasina inanirsanmi?
1.senin demeyinle biz onda Necul balaqani atmaliyiq, cunki Nehcul bAlaq imam Aliden 300- sonra yazilib. amma Musanin hedisine sherefsiz demeyin gosterir ki, sen lap cahilimsihsen! Burda hedisde sohbet Musa meleyi tanimamisndan gedir, yoxsa sen buna tecub edirsen, bax el-ali kitabi cild 1 seh91 sehife bu hedisi Cafari sadiq revayet edir. gorsenir sen imami sherefsizlikde ihtiham edirsen. hemcinin bu hedisi Hematullah Cezaride oz kitabinda qeyd edib. hemcinin Muhsin Kahsani oz kitabinda qeyd edib, ay cahil danishanda bimediyin sheyde danishma sen imamlari sherefsizlikde ihtiham etdin. helem vaxt var terk ele bu eqidevi sonra gec olacaq. indi gorek ne deyeceksen! _________________ Vəhabilər (uzun saqqal)book66 book37book38
Göndərilib: Ş. İyul 03, 2004 7:17 am İsmarış mətni:
Salam. sualim var. "Mücir" duasi ve "Əhd" duasi haqqinda ne deye bilersiniz, fezileti haqqda! (Sadr ve ya nadaran qadash siz cavab verseniz lap yaxshi olar!)
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.