Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Hədis alimləri

 
Yeni mövzu aç   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> HƏDİS
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Administrator
site-admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 357
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: Ç.a. İyun 01, 2004 8:42 am    İsmarış mətni: Hədis alimləri Sitatla cavab ver

əl-Buxarinin tərcümeyi-halı

MƏLUMATLAR «SƏHIHU-L-BUXARI»NIN ŞƏRHININ MÜQƏDDIMƏSINDƏN GÖTÜRÜLMÜŞDÜR

Adı: Məhəmməd ibn İsmail ibn İbrahim ibni-l-Muğirə ibn Bərdizbə əl-Cufi.
Künyəsı: Əbu Abdullah.
Təvəllüdü: hicrətin 194-cü ilində şəvval ayının 13-ü Buxara şəhərində anadan olmuşdur.

O, uşaq ikən kor olur. Anası gecə-gündüz oğlu üçün dua edir və Uca Allah onun görmə qabiliyyətini qaytarır. Anası hicrətin 210-cu ilində onu və qardaşı Əhmədi Həccə aparır və hədis elminə olan həvəsinə görə onu Məkkə şəhərində qoyub gedir. Tarixçilər qeyd edirlər ki, o zaman əl-Buxari artıq yetmiş min hədis əzbər bilirdi.
Artıq 18 yaşında o «Tarix» kitabını yazır. Sonralar hədisləri toplamaq üçün o Şam, Misir, Bəsrə, Hicaz, Kufə, Bağdad və bir çox başqa yerlərə səyahət edir.

Onun haqqında deyilənlərdən:

İbn Kəsir demişdir: «O, bir dəfə kitaba baxmaqla (oxumaqla) onu əzbərləyərdi».
İbn Mücahid demişdir: «Məhəmməd ibn Səlləmin yanında idim. O mənə dedi: – Bir az əvvəl gəlmiş olsaydın, sənə yetmiş min hədis əzbər bilən uşağı göstərərdim».
Quteybə ibn Səid demişdir: «Fəqihlərlə, zahidlərlə və abidlərlə oldum, lakin Məhəmməd ibn İsmail kimisini görmədim. O, öz zamanında Ömər (r.a.) kimi idi».
Tirmizi demişdir: «Sənəd (Hədisin mətninə qədər sadalanan ravilərin (yəni hədisi rəvayət edən kəslərin) silsiləsinin araşdırılması) və iləl (Hədisin sənədində və ya mətnində olan və onu zəiflədə biləcək amillərin araşdırılması)
elmində Məhəmməd ibn İsmail kimisini görmədim».

Əsərləri:

1. «əs-Səhih». Kitabın tam adı: «əl-Cəmiu-s-səhih əl-musnəd min hədisi rasulilləhi sallallahu aleyhi və səlləmə və sunənihi və əyyamihi».
2. «Əsami-s-səhabə»
3. «ət-Tarixu-l-kəbir»
4. «ət-Tarixu-l-əvsat»
5. «ət-Tarixu-s-sağir»
6. «Qadayə-s-səhabə və-t-tabiin»
7. «əl-İləl»
8. «əl-Kunə»
9. «Birru-l-valideyn»
10. «əl-Məbsut»
11. «ət-Təfsiru-l-kəbir»
12. «əl-Musnədu-l-kəbir»
13. «Cuzu rafu-l-yədeyn fi-s-saləti»
14. «Cuzu-l-qiraəti xalfə-l-iməmi»
15. «Xalqu əfali-l-ibəd».

Vəfatı: Hicrətin 256-cı ilində şəvval ayının 1-i, Fitrə bayramının gecəsi Səmərqənddə vəfat etmişdir.

Buxari «əs-Səhih» əsərini iki əsas səbəbə görə yazmışdır:
– O rəvayət edir ki, biz İshaq ibn Rəhavyanın yanında idik. O bizə dedi: «Yaxşı olardı ki, Peyğəmbərin (s.ə.s) sünnəsi barəsində səhih kitab tərtib edəsiniz». Onun təklifi çox xoşuma gəldi və «əl-Cəmiu-s-səhih» kitabını tərtib etməyə başladım.
– O rəvayət edir ki, bir dəfə mən Peyğəmbəri (s.ə.s) yuxuda gördüm. Əlimdəki yelpiklə onu yelpikləyir və üzərinə qonan milçəkləri ondan uzaqlaşdırırdım. Alimlərdən gördüyüm yuxu barəsində soruşduqda onlar mənə dedi ki, sən Peyğəmbərin (s.ə.s) adından istifadə olunaraq uydurulan rəvayətləri ondan uzaqlaşdıracaqsan. Bu da mötəbər hədisləri cəm etməyim üçün bir səbəb oldu.

Kitabı tərtib etdiyi üsul:

Əl-Buxari demişdir: «Mən "əl-Cami" əsərində olan hədisləri on altı il ərzində, altı yüz min hədisin içərisindən seçib tərtib etdim».
O həmçinin demişdir: «Mən hər bir hədisi bu kitaba yazmamışdan əvvəl yuyunub iki rükət namaz qılardım».

Hədisin mötəbərliyini təsdiq etmək üçün qoyduğu şərtlər:

1. Sənəddə olan bağlılıq. Yəni sənədin əvvəlindən (hədisi rəvayət edən şəxsdən) axırına (səhabələrə) qədər olan ravilər hədisi biri-birindən (hər biri hədisi ona rəvayət edən şəxsdən bilavasitə) eşitməlidir.
2. Ravilərin ədalətli olması. Yəni hər bir ravi həddi-büluğa çatmış, şüurlu, Allah və Onun elçisinə müti olan, əxlaqlı müsəlman olmalıdır.
3. Ravilərin mühafizəkarlığı. Yəni hər bir ravi eşitdiyi hədisi olduğu kimi qəlbində (əzbərdən) və ya yazılı şəkildə (dəyişdirilməməsi üçün) mühafizə etməlidir.
4. Rəvayətlər arasında ziddiyyətin olmaması. Yəni hər hansı bir ravinin rəvayət etdiyi hədis başqa ravilərin və ya ondan da üstün olan ravinin rəvayət etdiyi hədisə zidd olmamalıdır.
5. Rəvayətdə illənin olmaması. Yəni hədisin mətnində və ya sənədində onu zəiflədən amil olmamalıdır.
6. Eyni əsrdə yaşamaq. Yəni hər bir ravi hədisi ona rəvayət edən şəxslə eyni əsrdə yaşamalıdır.
7. Rastlaşma. Yəni hər bir ravi hədisi ona rəvayət edən şəxslə bir dəfə də olsa belə rastlaşmalıdır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
Administrator
site-admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 357
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: Ç.a. İyun 01, 2004 8:56 am    İsmarış mətni: Sitatla cavab ver

Müslimin tərcümeyi-halı

Məlumatlar «Səhih Müslim»in şərhinin müqəddiməsindən götürülmüşdür

Adı: Müslim ibnu-l-Həccac ibn Müslim ibn Vard əl-Quşeyri ən-Nisaburi.
Künyəsı: Əbu-l-Hüseyn.
Təvəllüdü: Müslim hicrətin 204-cü ilində Nisabur şəhərində anadan olmuşdur.

Uşaq ikən hədis elmini çox sevirdi. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən mənimsəmişdir. Sonralar o, Peyğəmbərin (s.ə.s) hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir.

Onun haqqında deyilənlərdən:

Əbu-l-Fadl Əhməd ibn Sələmə demişdir: «Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibnu-l-Həccacı əsrinin alimlərindən üstün sayırdılar».
Əbu Qüreyş demişdir: «Dörd hafiz mövcuddur: bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və Müslimdir».
Məsləmə ibn Qasim demişdir: «O, mötəbər hafizlərdən olub, hədis elmindən çox anlayışı var idi».
Xəlili demişdir: «Onun fəzilətlərini qeyd etməyə ehtiyac yoxdur. Çünki, o, bundan da artıq məşhurdur».

Əsərləri:

1. «əs-Səhih». Kitabın tam adı: «əl-Musnədu-s-Səhih»dir.
2. «ət-Tabəqat».
3. «əl-Əsma va-l-kunə».
4. «ət-Təmyiz».
5. «əl-Münfəridətu-l-vihdən».
6. «Suələtu-l-imam Əhməd».
7. «Əvhami-l-muhəddisin».
8. «Əvlədi-s-sahəbə».
9. «Əfradi-ş-şamiyyin».
10. «əl-Əqran».
11. «Məşəyix Malik».
12. «Məşəyix Şöbə».
13. «Məşəyixu-s-Səuri».
14. «əl-Muxadramin».
15. «əl-İntifa bi uhubi-s-siba».

Vəfatı: Müslim hicrətin 261-ci ilində Rəcəb ayının 2-si Nisabur şəhərində vəfat etmişdir.

O, bu kitabı bir əsas səbəbə görə yazmışdır. Belə ki, tələbələrindən biri (Xətib əl-Bağdadi «Tarixu-l-Bağdad» əsərində (4-cü cild, 186-cı səhifə) bu tələbənin Əhməd ibn Sələmə ən-Nisaburi olduğunu qeyd etmişdir) ondan səhih hədisləri bir kitabda cəm etməsini xahiş edir. Müslim onun bu xahişini nəzərə alıb «əl-Musnədu-s-Səhih» əsərini tərtib edir.

Hədisin mötəbərliyini təsdiq etmək üçün qoyduğu şərtlər:

1. Sənəddə olan bağlılıq. Yəni sənədin əvvəlindən (hədisi rəvayət edən şəxsdən) axırına (səhabələrə) qədər olan ravilər biri-birindən (hər biri hədisi ona rəvayət edən şəxsdən bilavasitə) eşitməlidir.
2. Ravilərin ədalətli olması. Yəni hər bir ravi həddi-büluğa çatmış, şüurlu, Allah və Onun elçisinə müti olan, əxlaqlı müsəlman olmalıdır.
3. Ravilərin mühafizəkarlığı. Yəni hər bir ravi eşitdiyi hədisi olduğu kimi qəlbində (əzbərdən) və ya yazılı şəkildə (dəyişdirilməməsi üçün) mühafizə etməlidir.
4. Rəvayətlər arasında ziddiyyətin olmaması. Yəni hər hansı bir ravinin rəvayət etdiyi hədis başqa ravilərin və ya ondan da üstün olan ravinin rəvayət etdiyi hədisə zidd olmamalıdır.
5. Rəvayətdə illənin olmaması. Yəni hədisin mətnində və ya sənədində onu zəiflədən amil olmamalıdır.
6. Eyni əsrdə yaşamaq. Yəni hər bir ravi hədisi ona rəvayət edən şəxslə eyni əsrdə yaşamalıdır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> HƏDİS Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran