Forumun ana səhifəsi
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur!
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!"
(Qaf, 17-18) 
 MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Müvəqqəti nigah və ya siğə nədir
Səhifə Əvvəlki  1, 2, 3, 4  Sonrakı
 
Bu forum bağlanmışdır, yeni mövzu aça, cavab göndərə və ismarışları redaktə edə bilməzsiniz.   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> Müzakirəsi başa çatmış və bağlı mövzular
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Faiza.
yazar

Daxil ol: B.e. Mar. 15, 2004 11:55
İsmarışlar: 32
Şəhər/ölkə: Baki.Azerbaijan.

İsmarışGöndərilib: Ç.a. May 25, 2004 4:10 pm    İsmarış mətni: Sitatla cavab ver

Uca Allahin adi uzerinizde olsun!
Gardashlar seherden oxuyuram-oxuyuram sizin mubahiselerinizi, here oz fikrini yazib. Bu ne sohbetlerdi, sen, men? sen elesen, men beleyem? Meger yaddan cixardiniz ki, biz hamimiz muselmanig ??? Hamimiz Bir Allah terefinden yaranmishig ve ona itaet edirik !!! Bele mubahiseler etmek, ayri-seckilik etmek eyibdi, bizlere yarashmaz. Shie sunnelere bir soz deyir,naraziligini bildirir, sunni de shiyeye. Ne vaxta kimi bu sohbetler gedecek? olmazmi ki,esl muselmanlar kimi bir-birimize yanashag, bir-birimizin fikirlerine hormet edek.Hemfikir, gardash olmag evezine burada soz-fikir dueli gedir, kim galib gelejek? mene maraglidir bunun axiri ne olacag? here ele oz dediyini deyecek de, yaxshisi budur ki, deyerli subutlar, deliller getirin sige baresinde. Camaat da bilsin ne olar, ne olmaz???
Sert sozlerime, cixishima gore evvelceden Sizden uzr isteyirem.
Allah amaninda................................
_________________
Allah Taala hamimiza komek etsin, gunahlarimizi bize bagishlasin ve pis emellerden ve pis insanlardan gorusun,. Amin!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Ashiqi_Huseyn
Forumdan xaric olunmuş

Daxil ol: C. Mar. 05, 2004 23:25
İsmarışlar: 160
Şəhər/ölkə: Baku

İsmarışGöndərilib: Çər. May 26, 2004 12:26 am    İsmarış mətni: Sitatla cavab ver

Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri

Selef adli istifadechi hele ki, sebr edib sene cavab vermirem. Senin sonda yazdigin suali nezerde tuturam. Ele bilme ki, men sene cavab tapmiram. Yox. Sadece olaraq men cavab yazsam senin hech xoshuna gelmeyecek. Mene bu suali verdiler de cavab aldilar da. Sen de hemin cavabi almaq istesen buyur sualini tekrar ver. Ancaq yadindan chixarma. Nece sual versen o cur de cavab alacaqsan...Meslehetim ise budur ki, sualini geri goturesen...

bid`ete qarshi sen ise eziyyet chekib yazma yazmaq istesen mene shexsi ismarishla yaz men de sene cavab verim. Burda sene cavab verende silirler. (...............................Silinib..................................) Sen exlqini duzgun formalashdira bilmemisen hele...Ne vaxt sebr exlaq ve temkinle yazarsan onda cavab alarsan. Amma exlaqsizliq elesen sene de gozel bir cavab yazacam. Hele ki, meslehet bilmedim ve buna gore de yazmadim... Fikirlesh...

Men Ashiqi_Huseyn ise bu movzunun yigishdirilmasini meslehet bilirem. Amma qalsa, mene ve menim mezhebime tehqir ishletseler cavab alacaqlar... Esl Huseyn Ashiqinin cavabini...

Sebr ve exlaqla : Ashiqi_Huseyn

Nəzarətçi qeydi: Hörmətli istifadəçi, yazdıĝınız yazıda, nəlayiq, müsəlmana yaraşmayan söz işlətmisiniz. Buna görə də, həmin cümlə silinmişdir.
_________________
Momin haqqdan bashqa soz demez...

(Deməsinə baxamayraq nahaq sözlərinə görə forumdan xaric olunmuş istifadəçi)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
bidete-qarshi
yazar

Daxil ol: Ç.a. May 11, 2004 06:59
İsmarışlar: 149

İsmarışGöndərilib: Çər. May 26, 2004 2:52 am    İsmarış mətni: Sitatla cavab ver

Faiza. yazıb:
Uca Allahin adi uzerinizde olsun!
Gardashlar seherden oxuyuram-oxuyuram sizin mubahiselerinizi, here oz fikrini yazib. Bu ne sohbetlerdi, sen, men? sen elesen, men beleyem? Meger yaddan cixardiniz ki, biz hamimiz muselmanig ??? Hamimiz Bir Allah terefinden yaranmishig ve ona itaet edirik !!! Bele mubahiseler etmek, ayri-seckilik etmek eyibdi, bizlere yarashmaz. Shie sunnelere bir soz deyir,naraziligini bildirir, sunni de shiyeye. Ne vaxta kimi bu sohbetler gedecek? olmazmi ki,esl muselmanlar kimi bir-birimize yanashag, bir-birimizin fikirlerine hormet edek.Hemfikir, gardash olmag evezine burada soz-fikir dueli gedir, kim galib gelejek? mene maraglidir bunun axiri ne olacag? here ele oz dediyini deyecek de, yaxshisi budur ki, deyerli subutlar, deliller getirin sige baresinde. Camaat da bilsin ne olar, ne olmaz???
Sert sozlerime, cixishima gore evvelceden Sizden uzr isteyirem.
Allah amaninda................................

Salam Aleykum, Qurana inanmayan shex hacandan muselman olub????????

burda ele insanlar var ki, Qurana inanmirlar (muveqqeti inanirlar onlarin asobi qurani gelenden sonra deyishecekler) onlardi muselman?

men deyerdim ki, burda Ahli Baeyt ashiqlerinden cox zelalet+bidet ashiqi var
_________________
Vəhabilər (uzun saqqal) book66
book37 book38
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax
Ashiqi_Huseyn
Forumdan xaric olunmuş

Daxil ol: C. Mar. 05, 2004 23:25
İsmarışlar: 160
Şəhər/ölkə: Baku

İsmarışGöndərilib: Çər. May 26, 2004 7:45 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri

Sitat:
Burda Ehli-Beyt ashiqlerinden chox zelalet+bid`et ashiqleri var...

And olsun Allaha ki, bu sozun heqiqeten duzdur. Heqiqeten de foruma nezer saldiqda goruruk ki, burda Ehli-Beyt ashiqleri tek-tukdur . Bid`et ve zelalet ashiqleri ise choxdur, lap chox. Cehennem Cehennem Cehennem Cehennem Cehennem ... Bu heqiqeti dediyine gore sene xususi teshekkur...
_________________
Momin haqqdan bashqa soz demez...

(Deməsinə baxamayraq nahaq sözlərinə görə forumdan xaric olunmuş istifadəçi)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Mirzə əmi
yazar

Daxil ol: Ç.a. May 18, 2004 00:07
İsmarışlar: 26

İsmarışGöndərilib: C.a. May 27, 2004 12:23 am    İsmarış mətni: Sitatla cavab ver

Görürəm, ay uşaxlar, bu siğə məsələsini yaman çək-çevir edirsiz. Elə cavan yaşlarında Mirzə əminizi də çox araşdırmalara vadar eləmişdi bu mövzu. (Bizi haqq yola salan Rəbbimə şükürlər olsun! ) Yadıma o vaxtlar oxuduğum bir hekayə düşdü. Müəllifin yazmıram. Kim tapsa Mirzə əmidən priz qazanacaq.

…Hovuzun kənarında duran qadın mərsiyəxanı görər-görməz arxasınca getmıyə başladı. Mərsiyəxan dar və eyri küçələri birər-birər keçərkən qadın da onu təqib etdi. Tənha bir küçədə qadın mərsiyəxana yanaşıb durdu. Mərsiyəxan da ayaq saxladı.
-Bacı mənə görə qulluq?-dedi.
Qadın titrək və narın bir səslə:
-Ağa qulluq deyil, şəriəti-peyğəmbərdir. Məni özünə siğə etməni xahiş edirəm.
Təklif mərsiyəxanı heyretləndirmədi. Siğə və mütə İranda kök atmış ən adi bir dini adətdir. Buna baxmayaraq mərsiyəxan bir az düşündü.
Qadın bir az cəsarətli:
-Ağa, məni Xorasanın başqa qadınları kimi gündə neçə kişiyə mütə olan qadınlardan bilmə. Xeyr! Mən bu gün səni minbərdə ağlayan gördüm. Məhz imam yolunda kirpiklərindən axan yaşların məftunu olaraq sənə siğə olmaq istədim. Bəlkə bunun səbəbinə Allah-təala günahımı bağışlaya…

Onsuz da itirilməli çox az zadımız qalıb. Allah rizasına heç olmasa onları qoruyaq!!!
_________________
Etdim nə yaman əsrə təsadüf, aman ey vah!
La hövlə və la qüvvətə illa və Billah!
(M.Ə.Sabir)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
nəzarətçi

Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 286
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C.a. May 27, 2004 10:46 pm    İsmarış mətni: Sitatla cavab ver

AsSalamu alaikum wa Rahmatullahi wa Barakatu!
Sehv etmiremse, hekae Cemenzeminlinindir.
WasSalam.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
Ashiqi_Huseyn
Forumdan xaric olunmuş

Daxil ol: C. Mar. 05, 2004 23:25
İsmarışlar: 160
Şəhər/ölkə: Baku

İsmarışGöndərilib: C.a. May 27, 2004 10:47 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri

Heee. Mirze emi sen qocalib elden dushduyune gore be`zi kitablari oxuya bilmemisen. Ve deyesen ele cavan vaxti da sigeni emelli-bashli arashdirmaga vaxtin olmayib. Odur ki, sen Mirze emi bir balaca qulaq as....
1. Daimi eqdde olan butun shertler muveqqeti eqdde de vacibdir Ferq yalniz vaxtin te`yin olunmasindadir.
2. Ve muveqqeti eqd edilen qadinin eqd muddeti kechdikden sonra daimi eqdde oldugu kimi 3 ay 10 gun gozlemelidir. (idde) Daha senin yazdigin kimi gunde olan shey deyil haaaaa bu. Idde muddeti olmalidir...
Sen agsaqqal adam olduguna gore sene hormet ederek yalan demisen demedim...Boyuklere hormet borcumuzdur.

Exlaq ve edeble : Ashiqi_Huseyn
_________________
Momin haqqdan bashqa soz demez...

(Deməsinə baxamayraq nahaq sözlərinə görə forumdan xaric olunmuş istifadəçi)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
nəzarətçi

Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 286
Şəhər/ölkə: Baku, Azerbaijan

İsmarışGöndərilib: C.a. May 27, 2004 10:47 pm    İsmarış mətni: Sitatla cavab ver

AsSalamu alaikum wa Rahmatullahi wa Barakatu!
Sehv etmiremse, hekae Yusif Vezir Cemenzeminlinindir.
WasSalam.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər Yahoo MSN
bidete-qarshi
yazar

Daxil ol: Ç.a. May 11, 2004 06:59
İsmarışlar: 149

İsmarışGöndərilib: C. May 28, 2004 4:38 am    İsmarış mətni: Sitatla cavab ver

Ashiqi_Huseyn yazıb:
Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri

Sitat:
Burda Ehli-Beyt ashiqlerinden chox zelalet+bid`et ashiqleri var...

And olsun Allaha ki, bu sozun heqiqeten duzdur. Heqiqeten de foruma nezer saldiqda goruruk ki, burda Ehli-Beyt ashiqleri tek-tukdur . Bid`et ve zelalet ashiqleri ise choxdur, lap chox. Cehennem Cehennem Cehennem Cehennem Cehennem ... Bu heqiqeti dediyine gore sene xususi teshekkur...

salam huseyn Ashiqi men birincisi bura Iranin qum sherinden giren senin qardashlarivi nezerde tuturam, Allah razi olsun ki, senden sen mene onlara bidet ashiqi dediyim ucun mene teshekur etdin, cunki senin Iranli qardashlarin bu forumu yamanca izleyirler. o ki qaldi kimin bidet ashiqi, kiminse ahli beyt ashiqi olduqu goz qabaqindadir. Bunu sadalamaq ehtiyac yoxdur.
_________________
Vəhabilər (uzun saqqal) book66
book37 book38
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax
Ashiqi_Huseyn
Forumdan xaric olunmuş

Daxil ol: C. Mar. 05, 2004 23:25
İsmarışlar: 160
Şəhər/ölkə: Baku

İsmarışGöndərilib: C. May 28, 2004 12:40 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri

Heqiqeten de Ehli-Beyti sevmek nece de gozeldir. Allahin her nov chirkinlikden temizleyib pak etdiyi Ehli-Beyti sevmek ne gozeldir...Peygember- səllallahu aleyhi və səlləm -in : Menim Ehli-Beytim Beni Israilin Hitte qapisina benzeyir. Kim ona teref gelse nicat tapar...
Teessuf sene bu qapi baglidir chox teessuf...Allah sene de qismet elesin Ehli-Beyti sevmeyi...Amin ya Rebbil Alemin...Semimi qelbden deyirem...
_________________
Momin haqqdan bashqa soz demez...

(Deməsinə baxamayraq nahaq sözlərinə görə forumdan xaric olunmuş istifadəçi)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Abdullah
yazar

Daxil ol: Çər. Mar. 17, 2004 23:41
İsmarışlar: 85
Şəhər/ölkə: Azerbaycan,Baki

İsmarışGöndərilib: C. May 28, 2004 5:22 pm    İsmarış mətni: Sitatla cavab ver

Ashiqi_Huseyn yazıb:
Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri

Heqiqeten de Ehli-Beyti sevmek nece de gozeldir. Allahin her nov chirkinlikden temizleyib pak etdiyi Ehli-Beyti sevmek ne gozeldir...Peygember- səllAllahu aleyhi və səlləm -in : Menim Ehli-Beytim Beni Israilin Hitte qapisina benzeyir. Kim ona teref gelse nicat tapar...
Teessuf sene bu qapi baglidir chox teessuf...Allah sene de qismet elesin Ehli-Beyti sevmeyi...Amin ya Rebbil Alemin...Semimi qelbden deyirem...
Essalamaleykum.qardash kim deyir ki,bizler Ehli beyiti sevmirik kim ki,deyir bizler onlari sevmirik delillerin getirsinler.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Ashiqi_Huseyn
Forumdan xaric olunmuş

Daxil ol: C. Mar. 05, 2004 23:25
İsmarışlar: 160
Şəhər/ölkə: Baku

İsmarışGöndərilib: C. May 28, 2004 7:10 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri

Abdulla adli istifadechi bununla 2-ci defedir ki, menim yazimi yanlish basha dushursen bir az diqqetli ol.
1. Men siz yox sen sozu ishletmishem. Bu da tekliyi bildirir. Ye`ni bu konkret bir shexse aiddir.
2. Bu sene yox bid`et adli istifadechiye unvanlanib.

Haqqi oldugu kimi qebul eden Haqq ashiqi: Ashiqi_Huseyn
_________________
Momin haqqdan bashqa soz demez...

(Deməsinə baxamayraq nahaq sözlərinə görə forumdan xaric olunmuş istifadəçi)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Atəş
yazar

Daxil ol: B.e. Mar. 29, 2004 17:35
İsmarışlar: 24

İsmarışGöndərilib: C. May 28, 2004 10:35 pm    İsmarış mətni: Sitatla cavab ver

Salamun aleykuma.
Ashiqi_Huseyn deyesen snin sozun dogrudan coxdan gurtarib. Biz senden mudafie etdiyin sigenin senin terefinden "haqq" oldugunu tesdiglemeyini nevaxtdandir gozleyirik amma sen girib bos-bos sozler yazirsan. Sen nece bir terefi temsil edirsen ki, orada sigenin halal olamsina delil yoxdur. Eger yoxdursa onda boynuna al ki, sen de bir sehvdir etmisen ve burada zinaligi mudafie etmisen.
Men Administratordan xahis edirem ki, eger bu movzuda deyilecek basqa bir soz yoxdursa onda bu movzunu bagli elan etsinler. Cox adam bilirdi ki, bu zinaligdir ve haramdir. Burada yazilan coxlu delillerden de bu belli oldu. Daha bu meseleni saqqiz kimi uzatmaga deymez.
Mence bu mesele haqqinda forumcular oz fikirlerini desinler ve movzu da bagli elan olunsun. Bele daha yaxsi olar.
He Ashiqi_Huseyn sen menim adimin solunda olan sekile baxib ne demek isteyerdin. Ve ya bu sekili bura vurmagin olub, olmadigini da mene izah ederdin.
SAdece olaraq senin fikrini bilmek maraqli oladi.
Bir de bey muellim sen de gorek dogrudan Qur'anin tam olmasina inanmirsan. Diger yerlerde sene verilen bu sualdan nedense yayinirsan.
amma teqiyye etmeden. Seyidler teqiyye etmez axi :wink:
_________________
Qorxun o atəşdən ki, onun yanacağı insanlar və daşlar olacaq...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
bidete-qarshi
yazar

Daxil ol: Ç.a. May 11, 2004 06:59
İsmarışlar: 149

İsmarışGöndərilib: Ş. May 29, 2004 6:59 am    İsmarış mətni: Sitatla cavab ver

QURAN VƏ SÜNNƏDƏ HÖKMÜ

Müvəqqəti nigah

Rəhmli və Mərhəmətli Allahın adı ilə!

Həmd olsun Allaha - aləmlərin Rəbbinə! Yerə, nuru Qiyamətə qədər sönməyəcək haqq bir tə'lim gətirən Məhəmməd Peyğəmbərə, həmçinin onun ailəsinə və mö'min əshabələrinə Allahın salamı və salavatı olsun!

Ailə - müsəlman cəmiyyətinin vacib hissəsidir və buna görə Allahın şəriətində ona xüsusi yer ayrılıb. İnsan şəriətə uyğun nigah sayəsində öz təbii ehtiyaclarını ən gözəl şəkildə ödəmək imkanı qazanaraq sakitlik və əminamanlıq əldə edir, nəslini davam etdirib Allahın mükafatına sahib olur, öz həyatını nizamlayır, onda öz ailəsinə və uşaqlarının tərbiyəsinə görə mə'suliyyət hissi oyanır. Amma öz həyatını başqa insanın həyatı ilə bağlayarkən gərək bunu ömürlük edəsən.

Bütün dünyada müsəlmanlar müvəqqəti nigahı qəbuledilməz hesab edirlər. Bununla yalnız rafizilər (cəfərilər) razılaşmır.

İXTİLAFLARIN SƏBƏBİ NƏDƏDİR?

Rafizi alimlər öz baxışlarına Məhəmməd Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- nəslinə, bə'zi imamların adına yazılan hədislərlə bəraət qazandırırlar. Onlardan yalnız bir misal göstərək:

Əhməd bin İsa rəvayət edir ki, Əbu Basır imam Əbu Cəfərdən -radıyAllahu anhu- müvəqqəti nigah barədə soruşduqda o deyib: “Qur' anda ayə var: «… İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımı qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!» (ən-Nisa, 24).

Bu hədisi əl-Kuleyni “əl-Kafi”də 5/448, ət-Tusi “Təhzib əl-Əhkam”da 2/186, əl-Məclisi “Bihar əl-Ənvar”da 103/315 təqribən 20 hədis və bir çox başqa rafizi alimlər bildirmişlər.

Rafizi ədəbiyyatında belə hədislər çoxdur, amma isnad - yə'ni bu hədisi bir nəsildən o birisinə ötürən alimlər zəncirinin heç biri Allahın Rəsuluna -səllAllahu aleyhi və alihi və səlləm-, hətta onun əshabələrinə belə gedib çatmır. Buna görə də əhli-sünnə fəqihləri bu cür hədisləri qəbul etmir, səhih hesab etmir, hətta çox vaxt onları sadəcə uydurma hesab edirlər. Ona görə ki, müsəlman icmasında Uca Allahdan vəhy alan və Onun şəriətini yerdə bərqərar edən yeganə insan Məhəmməd Peyğəmbər -səllAllahu aleyhi və alihi və səlləm- idi. Onun tə'limini onun öz dilindən qəbul edib Allahın Qur'anda təsdiq edilmiş razılığını qazanan insanlar isə Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- mö'min əshabələridir. Əhli-sünnə hədis alimləri yalnız Qur'ana və Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- özünün dediklərinə əsaslanırlar. Buna bir neçə misal çəkək:
1) Məhəmməd bin Əli Əli bin Əbu Talibdən -radıyAllahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllAllahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996).

2) Ər-Rabi bin Subra əl-Cuhani atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- Məkkə fəth olunan il müvəqqəti nigahı qadağan etdi” (Müslim 4/133; Əbu Davud 2072-2073; ən-Nəsai “əl-Kubra”da 3809; Əhməd 3/404; əd-Darimi 2202).

3) Ər-Rabi bin Subra əl-Cuhani rəvayət edir ki, onun atası Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- belə dediyini eşidib: “Camaat, mən sizə qadınlarla müvəqqəti nigah balamağa icazə vermişdim. Həqiqətən, indi Allah Qiyamət gününə qədər bunu qadağan etdi. Əgər sizlərdən kimsə bu cür nigahdadırsa, o qadını buraxsın və ona verdiyini geri almasın” (Müslim və İbn Macə rəvayət ediblər. Bax, “Müxtəsər Müslim”, 813 və şeyx əl-Albani “Səhih əl-Cami əs-Saqir”, 7887).

4) İyas bin Sələmə atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- döyüş illərində üç dəfə müvəqqəti nigaha icazə verdi, sonra isə bunu qadağan etdi” (Müslim, 4/131 və Əhməd, 4/55).

5) Bir dəfə Ömər bin əl-Xəttab -radıyAllahu anhu- xəlifə olarkən xütbə zamanı deyib: “Həqiqətən, Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- bizə üç dəfə müvəqqəti nigaha icazə vermişdi, amma sonra o, bunu qadağan etdi. Allaha and olsun ki, kim evli olaraq müvəqqəti nigah bağlayıb Rəsulullahın -səllAllahu aleyhi və alihi və səlləm- bunu qadağan etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən dörd şahid gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm” (İbn Macə, 1963).

6) Səlim bin Abdullahın rəvayətinə görə Abdullah bin Ömərə -radıyAllahu anhu- deyiblər ki, İbn Abbas -radıyAllahu anhu- müvəqqəti nigaha icazə verir. İbn Ömər -radıyAllahu anhu- deyir: “SubhənAllah! Güman etmirəm ki, İbn Abbas belə edə”. Adamlar bunu təsdiq edirlər. Onda İbn Ömər -radıyAllahu anhu- deyir: “Rəsulullahın -səllAllahu aleyhi və alihi və səlləm- sağlığında İbn Abbas hələ uşaq idi. Allahın Rəsulu -səllAllahu aleyhi və alihi və səlləm- bunu qadağan etdi və biz zinakar olmadıq” (Abdur-Rəzzaq, “əl-Müsənnəf”, 7/502).

7) Cüveyra Malikin ona Əli bin Əbu Talibin -radıyAllahu anhu- İbn Abbasa -radıyAllahu anhu- belə dediyini rəvayət edib: “…Allahın Rəsulu Xeybər günü bizə müvəqqəti nigahı və eşşək ətini haram buyurdu” (Müslim, “əl-Cami əs-Səhih”,1407).

Rafizilər bu hədislərlə razılaşmır və öz növbəsində bunun əksini göstərən çoxlu hədis gətirirlər. Onlar böyük əshabə və imam Əli bin Əbu Talibə -radıyAllahu anhu- əsaslanırlar. Amma gəlin görək bu hədislər elə onların özlərində qəbul olunmuş hədis elminə əsasən səhih sayıla bilərmi?

Əl-Kuleyni “əl-Kafi”də İbn Miskənin Abdullah bin Süleymandan nəql olunan belə bir hədisini rəvayət edir ki, imam Cəfər deyib: “Əli deyib: “Əgər məni İbn Xəttab qabaqlamasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi”.

Hətta rafizilərə (cəfərilərə) görə bu, qondarma hədisdir. Əl-Məclisi kitablarında bunu namə'lum adlandırıb (Əl-Məclisi, “Mulaz əl-Əhyar” 12/29, hədis 5; və “Mirat əl-Uqul”, 20/227, hədis 2).

Əl-Məclisi “Bihar əl-Ənvar” kitabında Mufaddal bin Ömərdən imam Cəfərin belə dediyini göstərən uzun bir hədis rəvayət edir:
“ … Bəli. Mö'minlərin əmiri Əli deyib: “İbn əl-Xəttaba lə'nət olsun! Əgər o olmasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi, axı müsəlmanlarda böyük ne'mət - müvəqqəti nigah var idi». Bu, qondarma hədisdir (Əl-Məclisi, “Bihar əl-Ənvar”, 103/105).

Şiə alimi ən-Nəcaşi hədisləri rəvayət edənlər haqqında “Ər-Rical” kitabında əl-Mufaddal (yuxarıdakı hədisin rəvayətçisi) haqqında yazır: “Onun baxışları qüsurlu, hədisləri isə dolaşıqdır, onlara əhəmiyyət vermək lazım deyil” (ən-Nəcaşi,“Ər-Rical”, 2/359-360).

Əl-Kahbai “Məcmuə ər-Rical” kitabında onun barəsində yazır: “O, hədislərə çox şeylər əlavə edir və həddini aşır. Onun hədislərini rəvayət etmək olmaz” (Əl-Kahbai, “Məcmuə ər-Rical”, 6/131).

Əl-Ərdəbili “Cami ər-Ruvat”, əl-Hulyi “ər-Rical” və başqaları da onun barəsində elə bu fikirdədirlər (Əl-Ərdəbili, “Cami ər-Ruvat”, 2/258-259; əl-Hulyi, “ər-Rical”, səh. 258).

Beləliklə, rafizi alimlərinin özləri, imam Əlinin -radıyAllahu anhu- müvəqqəti nigaha icazə verildiyini göstərən hədislərini inkar edirlər.

Bundan əlavə, onların ədəbiyyatında imam Əli bin Əbu Talibin -radıyAllahu anhu- bu cur nigaha baxışlarını aydın şəkildə əks etdirən hədislərə rast gəlmək olar.

Qazi əl-Məqribi (Şiə-ismaili) kitabında Əli bin Əbu Talibin -radıyAllahu anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu - əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858).

Şeyx Məhəmməd ət-Tusi (cəfəri-şiə) özünün kitablarında, həmçinin rafizi (cəfəri) alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin -radıyAllahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).

Zeydi şiələrin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki, burada onun atasından və babasından imam Əlinin -radıyAllahu anhu- belə dediyini göstərən hədis verilir: “Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi, “ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23).

Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- İbn əl-Hənəfiyə, imam Baqir, imam Zeyd, imam Cəfər kimi digər ailə üzvlərinin (əhli-Beyt) -radıyAllahu anhum- baxışlarına gəldikdə isə, onlar da müvəqqəti nigahı qadağan edirdilər. Bu barədə əhli sünnə və şiə alimlərinin kitablarından bir neçə misal gətirək.

İmam əl-Beyhəqi (əhli sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən onun imam Cəfərdən müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207).

Əs-Siyaqi (zeydi-şiə), “Raud ən-Nadir” kitabında yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir ki, Rəsulullahın -səllAllahu aleyhi və alihi və səlləm- ailə üzvləri (əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər” (Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26)

Rafizi (cəfəri) şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam Cəfərin müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”.

İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam Cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.

Əl-Məğribi (ismaili-şiə) “Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir: “Bu - zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər” (Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859).

Buna görə bütün mö'min müsəlman alimlər müvəqqəti nigahın Qiyamətə qədər qadağan edilməsində yekdildirlər.

Əl-Məzari yazırdı: “Müsəlman alimlər ittifaq etdilər ki, müvəqqəti nigah şəriətlə qadağan olunub. Bununla yalnız Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- sonradan ləğv etdiyi hədislərə əsaslanan bə'zi yolunu azmışlar razılaşmır. Bu hədislər dəlil ola bilməz” (Bax. “əl-Muallam”, 2/131).

Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə -radıyAllahu anhu- və Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, imam Əli bin Əbu Talibin -radıyAllahu anhu- müvəqqəti nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur. Bundan əlavə, əl-Beyhəqi imam Cəfərin müvəqqəti nigahı əsil zinakarlıq adlandırdığı sözləri rəvayət edib”.

Qazi İbn İyad deyib: “Rafizilərdən (yə'ni cəfəri-şiələrdən) başqa bütün müsəlman alimlər müvəqqəti nigahın qadağan olunmasında yekdildirlər” ( İmam ən-Nəvəvi, “Şərh əs-Səhih Müslim”, 9/181 və s.).

Amma gəlin ədalətli olaq. Yalnız rafizi ədəbiyyatı oxumuş və bu baxışlara şərik olmayanlara münasibətdə qərəzçilik ruhunda tərbəyə olunan və ümumiyyətlə, “Sünnə” (Məhəmməd Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- yolu) sözünə qarşı ikrah hissi keçirən insana öz alimlərinin istinad etdikləri hədislərin səhih olmadığını təsəvvür etmək çox çətindir.

Hədis elminin əsaslarını bilməyən müsəlman onların yalan olmasına sərbəst əmin olmaq iqtidarında deyil. Belə hallarda bir qayda olaraq, İslamın ilk mənbəyinə - Müqəddəs Qur'ana müraciət etmək lazımdır ki, Uca Allahın hər hansı bir məsələ barədə çıxardığı qərarı öyrənə biləsən.

Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- hədislərinin mövcudluğuna və onların Axirətə qədər qorunub qalacağına baxmayaraq, gafirlər onun və əshabələrinin kəlamlarına çoxlu yalanlar əlavə ediblər. Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- əsil davamçılarının müvəqqəti nigah haqqında qondarma hədisləri rədd etmələrində göründüyü kimi, müsəlman ilahiyyatçıları üçün onların qeyri-səhih olmasını başa düşmək heç də çətin deyil.

Amma nabələd adam yolunu aza bilər. Hədisləri qərəzlə araşdıranları rafizi alimlərin başına gələn məhz belə bir bədbəxtçilik gözləyir.

Əgər siz hələ də Allahın müvəqqəti nigahı icazə verməsinə inanırsınızsa, Qur'anın bu barədə nə dediyini öyrənin. Axı Allahın axırıncı vəhyini heç kəs təhrif edə bilməz. Buna qərəzli yanaşmayın, axı həqiqətdən qiymətli heç nə ola bilməz.

QUR'AN MÜVƏQQƏTİ NİGAH BARƏDƏ NƏ DEYİR

Müqəddəs Qur'an kişiyə yalnız öz arvadı və cariyələri ilə cinsi əlaqəyə girməyi icazə verir:

«O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə gördükləri bu işdən ötrü) qınanmazlar» (əl-Muminun, 5-6).
«Sizdən azad mö'min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən (kənizlərdən) alsınlar…» (ən-Nisa, 25).

Müvəqqəti nigah bağlayan qadın nə zövcə, nə də cariyə adlanmır. Ona icarəyə götürülən qadın (“musta'cirə”) deyilir.

Zurara rəvayət edir ki, o, imam Cəfər əs-Sadiqdən müvəqqəti nigah bağlanılan qadınların icazə verilmiş dörd qadına aid olub-olmamasını soruşduqda, o belə cavab verib: “İstəyirsən lap mini ilə evlən, axı bunlar icarəyə götürülən qadınlardır” (“Vəsail əş-Şiə”, 14/446-447).

Rafizi alim Məhəmməd Həsən ən-Nəcəfi izah edir ki, müvəqqəti nigah bağlanılan qadın -icarəyə götürülən qadındır, ona görə ki, kişi öz ehtirasını ödəmək üçün onun bədənini icarəyə götürür. O deyir: “Şübhəsiz ki bu cür icarəyə icazə verilir” (“Cəvahir əl-Kəlam”, 30/192 və 202-203).

Cariyə - cihad zamanı əsir götürülən qul qadındır. İcarə edilən qadın isə azad da ola bilər. Təkcə bu fakt onu cariyələr sırasından xaric edir.

Barələrində Qur'anda danışılan zövcələrə gəldikdə isə, Allahın onlara aid etdiyi çoxsaylı qanunlar sübut edir ki, icarə edilən qadınlar istənilən halda onlara adi deyil.

Əgər Tanrı övrət yerlərini zövcələrdən və cariyələrdən başqa bütün qadınlardan qorumağı buyurursa, bu o deməkdir ki, cinsi əlaqəyə görə qadını icarə etmək olmaz.

Qur'an arvadlar üçün mirasdan pay tə'yin edir:

«(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dördə biri sizə çatır. Əgər sizin uşaqlarınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladınız olduqda isə mirasın səkkizdə biri onlara çatır…» (ən-Nisa, 12).

İcarə edilən qadın vərəsəlik hüququndan məhrumdur:

Əhməd bin Məhəmməd rəvayət edir ki, imam Əbu əl-Həsən Rza deyib: “Müvəqqəti nigahı əvvəlcədən kəsilmiş şərtdən asılı olaraq, həm vərəsəlik hüququ ilə, həm də onsuz bağlamaq olar”.

Məhəmməd bin Müslim rəvayət edir ki, o, imam Cəfərdən müvəqqəti nigah zamanı veriləcək mehrin qədəri haqqında soruşanda o, deyib: “Öz aralarında danışdıqları qədər… Əgər onlar vərəsəlik barədə razılığa gəlsələr, buna də əməl etməlidirlər”.
Səid bin Yasər rəvayət edir ki, o, imam Cəfərdən müvəqqəti nigah bağlayarkən qadınla vərəsəlik haqqında heç nə şərtləşməyən kişi haqqında soruşur. İmam deyir: “Danışılıb, ya yox- onların buna ixtiyarları çatmır” (əl-Hur əl-Amili, “Vəsail əş-Şiə”, fəsil 18, müvəqqəti nigah və şərtləri barədə; əl-Xomeyni,“Zubdat əl-Əhkam”, səh. 248; Mirzə ən-Nuri, “Cəvahir əl-Kəlam”, 30/190; əl-Həsən əl-Hulyi, “Təbsira əl-Mutəallimin fi Əhkam”,səh.258).

Diqqət yetirin ki, rafizilərin sözlərini nöqsansız və düzgün saydıqları imam Rza və Cəfər arasında ziddiyət var. Bundan başqa, imam Cəfərin özünün iki müxtəlif fikri olub.

Qur'an nigaha boşanma ilə son qoyulmasını tələb edib (eyni qadınla) üç dəfə boşandıqdan sonra yenidən evlənməyi qadağan edir:

«(Ya Peyğəmbər!) Örvətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın… » (ət-Talaq,1).
«Talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir… Əgər kişi övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman qadın başqa ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz…» (əl-Bəqərə, 229-230).

Müvəqqəti nigaha boşanmadan son qoyulur:

Zurarə rəvayət edir ki, Əbu Cəfər müvəqqəti nigah barədə deyib: “Onun müddəti bitdikdə boşanmadan ayrılmaq lazımdır” (Bax. Şeyx Mirzə əl-Nuri, “Müstədrak əl-Vəsail”, 14/473, hədis 2).

Əli bin Cəfər rəvayət edir ki, qardaşı imam Musadan kişinin bir qadınla neçə dəfə müvəqqəti nigaha girə bilməsi haqda soruşduqda o deyib: “Nə qədər istəsən” (Bax: “Vəsail əş-Şiə”, 14/480, hədis 3,14/466-470; ət-Tusi, “Təhzib əl-Əhkam”, 8/33-34; Abdullah Niam, “Ruh ət-Təşəyyu”).

Bütün bunlar sübut edir ki, müvəqqəti nigah bağlanılan qadınların Allahın Kitabında barələrində danışılan qadınlara aidiyyatı yoxdur.

Qur'an arvadı ilə cinsi əlaqədə olmuş kişiyə boşanarkən onu kəbin haqqından məhrum etməyi icazə vermir. Əgər onlar buna qədər boşansalar onda qadına haqqın yarısı çatır:

«Kəbin haqlarını tə'yin etmiş qadınları yaxınlıq etmədən əvvəl boşarsınızsa, tə'yin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz!...» (əl-Bəqərə, 237).

«Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız?!» (ən-Nisa, 20).

Kişi qadına verəcəyi haqqın bir hissəsini verməyə bilər:

Ömər bin Xanzələ imam Cəfərdən soruşur: “Mən qadınla bir aylıq evlənmişdim. O, mənim yanıma bu ayın yalnız müəyyən hissəsini gəlirdi”. O dedi: “O səndən nə qədər kəsibsə, sən də onun haqqından bir o qədər kəs, ancaq qanaxma günlərini sayma. Onlar ona bağışlanır” (“Vəsail əş-Şiə”, 14/481-482, fəsil 27).

Qur'an boşanmış ər-arvada, əgər arvad bundan sonra başqa kişiyə ərə gedib boşanıbsa, yenidən həmin kişi ilə evlənməyə icazə verir:

«Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hökmlərini yerinə yetirəcəklərinə inamları olduğu tədqirdə, (həmin qadının əvvəlki əri ilə) təkrar evlənmsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hökmlərdir...» (əl-Bəqərə, 230).
Müvəqqəti nigahın müddəti qurtardıqdan sonra qadın daimi nigahda olduğu əvvəlki ərinin yanına qayıda bilməz.

Məhəmməd bin Müslim rəvayət edir ki, ya imam Cəfərdən, ya da imam Baqirdən soruşurlar: “Kişi öz arvadından üç dəfə boşanıb. Sonra başqa kişi onunla müvəqqəti nigah bağlayır. Əvvəlki əri onunla yenidən evlənə bilər?” O, cavab verir: “Yox” (Əl-Küleyni, “əl-Kafi”, 5/425, hədis 2).

Qur'an ər-arvada məhəbbət və anlaşma şəraitində yaşamağı tövsiyə edir:

«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir…» (ər-Rum, 21).

İcarə edilmiş qadına ehtram bəsləmək vacib deyil.

Əl-Qasım bin Məhəmməd deyir ki, kimsə (!) ona imam Cəfərdən bir cinsi akt müddətinə nigah bağlamağın mümkünlüyü barədə soruşduqda onun belə cavab verdiyini rəvayət edib: “Olar. Amma kişi, cinsi əlaqədən sonra üzünü qadından çevirməlidir ki, onu görməsin” (“Vəsail əş-Şiə”, 14/479-480, fəsil 25).

Qur'ana əsasən kişi qadını evlə tə'min etməlidir:

«Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin…» (ət-Talaq, 6).

İcarə edilmiş qadın öz evində yaşayır.

İshaq bin Əmmar imam Rzadan soruşur: “Qadın müvəqqəti nigaha girərkən öhdəlik götürür ki, o hər gün gəlib öz vəzifəsini yernə yetirəcək… Kişi, qadının onun yanına gəlmədiyi günlərə görə onun haqqını kəsə bilərmi?” O cavab verir: “Bəli” (“Vəsail əş-Şiə”, 14/481-482, fəsil 27).

Qur'an dörddən artıq qadınla evlənməyi qadağan edir:

«… o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfərlə nigah bağlayın!…» (ən-Nisa, 3).

Müvəqqəti nigahı isə eyni zamanda istnənilən sayda qadınla bağlamaq olar.

Əbu Basır rəvayət edir ki, imam Cəfərdən dörd qadınla kifayətlənməyin vacibliyi bərədə soruşublar. O deyib: “Nə dörd, hətta yetmişlə” (“Vəsail əş-Şiə”, fəsil 4).

Qur'an tə'yin edilmiş İDDƏ müddəti bitdikdən sonra boşanmağa icazə verir.

«Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər - başqa ərə getməyib) gözləməlidirlər» (əl-Bəqərə, 228);

«Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur» (əl-Əhzab, 49);

«Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər» (əl-Bəqərə, 234).

Müvəqqəti nigahlarda İDDƏ müddəti şəriətə uyğun nigahlardakından iki dəfə qısadır.

İmam Rza rəvayət edir ki, Əbu Cəfər deyib: “Müvəqqəti nigah zamanı İDDƏ müddəti 45 gündür. Ehtiyat üçün 45 gecə gözləmək olar”.

Zurara rəvayət edir ki, Əbu Cəfər deyib: “Əgər onda aybaşı olursa, o zaman İDDƏ - bir aybaşı müddəti, olmursa - 45 gündür”.

Əli bin Yaktın rəvayət edir ki, imam Rza deyib: “Əgər qadınla müvəqqəti nigah bağlamış kişi ölübsə, o zaman qadın 45 gün gözləməlidir”.

Əli bin Ubeydullah rəvayət edib ki, onun atası kimdənsə (!) imam Cəfərin müvəqqəti nigahda olan, əri ölmüş qadının nə qədər gözləməli olduğu haqda soruşduqda onun belə cavab verdiyini eşidib: “65 gün” (“Vəsail əş-Şiə” 14/473, fəsil 22).

Qur'an ərdə olan qadınla evlənməyi qadağan edir.

«(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi) (ən-Nisa, 24).
Kişi ərdə olduğunu gizlədən qadınla müvəqqəti nigah bağladığına görə mə'suliyyət daşımır.

Məysar rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Əgər mən kimsəsiz bir səhrada qadın görüb ondan ərdə olub-olmadığını soruşsam və o mənə “yox” cavabını versə, mən onunla evlənə bilərəm? (Mətndən hiss olunur ki, söhbət müvəqqəti nigahdan gedir). O, cavab verir: “Bəli. Belə ki, sən ona inanmalısan” (“Vəsail əş-Şiə”, 14/456-457).

Fazil imam Cəfərə deyib: “Mən, qadınla müvəqqəti nigah bağladım və mənə elə gəldi ki, onun əri var. Mən onun haqqında öyrəndim və aydın oldu ki, həqiqətən, onun əri var”. O dedi: “Sən onun barəsində niyə öyrənirdin ki?”

Mehran bin Məhəmməd rəvayət edir ki, kimlərsə (!) ona imam Cəfərə- “Bir kişi müvəqqəti nigah bağlayarkən qadından ərinin olub-olmadığını soruşur”- deyəndə, onun belə dediyini çatdırıblar: “O, bunu niyə soruşurdu ki?” (“Vəsail əş-Şiə”, 14/456-457; əl-Məclisi, “Bihar əl-Ənvar”, 100 və ya 103/10).

Diqqət yetirin ki, rafizi (cəfəri) toplularında göstərilən hədislərin çoxu «hansısa adamlardan» rəvayət olunur. Bu, o deməkdir ki, onları danışan mə'lum deyil. O, yalançı, hətta İslamın düşməni də ola bilər. Sünnü alimlər bu cür hədisləri qətiyyən qəbul etmirlər.

Qur'ana əsasən arvadını xəyanətdə günahlandıran kişi, bu barədə dörd dəfə and içməli və haqlı olduğunu təsdiq etmək üçün bir dəfə yalan danışına lə'nət deməlidir.

«Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri sözünün doğru olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billəhi - Allahı şahid gətirirəm, deyə şəhadət verməlidir). Beşinci dəfə: “Əgər yalan deyirsə, Allah ona lə'nət eləsin!” (- deməlidir). Qadının da (hakimin hüzürunda) ərinin yalan deməsi barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər. Beşinci dəfə: “Əgər yalan deyirsə, Allah ona lə'nət eləsin!” (- deməlidir)» (ən-Nur, 6-9).

Bunlar müvəqqəti nigaha aid deyil.

İbn Əbi Yafur rəvayət edir ki, imam Cəfər deyib: “Müvəqqəti nigahda olan kişi və qadın günahsız olduqlarını təsdiq etmək üçün xüsusi and içməməlidirlər” (əl-Hulyi, “Şərai əl-İslam”, səh 2/306; “Cəvahir əl-Kəlam”, 30/189 və s.)

Qur'an arvadlarını analarına oxşadaraq bununla onlardan imtina edən şəxslər bərədə bə'zi qaydalar müəyyən edib.

«Sizdən öz qadınları ilə zihar (qanuni nigahlarını özlərinə haram edib) edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır…» (əl-Mücadələ, 2).

Ayədə ondan danışılır ki, kişi öz arvadını özü üçün anası kimi toxunulmaz e'lan edir. İslama qədər bütpərəstlər məhz belə boşanırdılar. Uca Allah deyib ki, bu cür hərəkət edən hər kəs, arvadıyla qovuşmazdan qabaq, bir qul azad etməli və ya iki ay fasiləsiz oruc saxlamalıdır və ya əgər bunu bacarmasa, 60 kasıbı yedizdirməlidir.

Bu da, həmçinin müvəqqəti nigaha aid deyil.

Əl-Fudalın dediyinə görə kimsə (!) ona agah edib ki, imam Cəfər belə deyib: “Öz arvadını anasına oxşadan ondan boşanmış olur”. “Vəsail əş-Şiə” kitabının 16-cı fəslində deyilir: “Öz arvadlarını analarına bənzədənlər haqqında olan qərar müvəqqəti nigaha şamil edilmir” (“Vəsail əş-Şiə”, 19 və 20-ci fəsillər; “Cəvahir əl-Kəlam”, 30/189; Abdullah Niam, “Ruh ət-Təşəyyu”, səh. 460).

Qur'an kişinin üzərinə arvadıyla yaşadığı müddətdə və boşandıqdan sonra gözləmə müddətində onu saxlamaq mə'suliyyətini qoyur.

«Kişilər qadınlar üzərində ixtiyar sahibləridirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir…» (ən-Nisa, 34);

«Varlı-karlı olan öz varına görə (südd haqqı) versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin…» (ət-Talaq, 7).

Kişi icarəyə götürdüyü qadının qayğısını çəkməyə məcbur deyil.

Hişam bin Səlim rəvayət edir ki, imam Cəfər müvəqqəti nigah haqqında deyib: “Sən onun saxlanılmasına heç nə xərcləməməli və İDDƏ-ni gözləməməlisən” (“Vəsail əş-Şiə”, 14/495-496, hədis 1; “Cəvahir əl-Kəlam”, 30/303).

Qur'an cinsi münasibətləri yalnız cinsi orqanlar vasitəsilə qurmağa icazə verir.

«Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!…”» (əl-Bəqərə, 222).

İcarə edilmiş qadın intim münasibətdən imtina edə bilər.

Əmmar bin Mərvan rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah bağlayarkən qadının ona belə dediyi kişi haqqında soruşurlar: “Mən, yalnız o şərtlə sənə gedərəm ki, sən istədiyin yerə toxuna və baxa bilər, kişilərin öz arvadlarından aldıqları istənilən həzzi məndən ala bilərsən, yalnız bir şeydən başqa,- sən mənim uşaqlıq yoluma toxunmamalısan, mən biabırçılıqdan qorxuram». İmam deyir: “Sənə yalnız şərtləşdiyiniz şeylərə icazə verilir” (“Vəsail-əş Şiə”,15/45; Yusif əl-Bəhrani, “əl-Hədaiq ən-Nadıra fi Əhkam əl-İtra ət-Tahira”, 24/197).

Qur'an bütün insanlara öz ismətlərini gözləməyi tövsiyyə edir.

«Sizdən azad mö'min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən alsınlar…» (ən-Nisa, 25);

«Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah Öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar…» (ən-Nur, 33).

İcarəyə götürülmüş qadın, hətta o müvəqqəti nigahda olsa belə, istədiyi kişi ilə yata bilər.

Həfs əl-Buxtari rəvayət edir ki, kimsə (!) ona imam Cəfərdən qadının müvəqqəti nigahda ikən ismətini qorumasının (yə'ni ərinə xəyanət etməməyin) vacibliyi haqda soruşarkən onun belə cavab verdiyini deyib: “Yox. Bu yalnız daimi nigaha aiddir” (“Vəsail əş-Şiə”, 18/351-355).

Qur'an çoxAllahlılarla evlənməyi qadağan edir.

«Allaha şərik qərar verən qadınlar imana gəlməyincə onlarla evlənməyin!…» (əl-Bəqərə, 221).
Onlara görə hətta atəşpərəstlə də müvəqqəti nigah bağlamq olar.

İbn Sənan rəvayət edir ki, Mansur əs-Seykaldan imam Cəfərin belə dediyi rəvayət olunuır: “Kişi, atəşpərəst qadınla müvəqqəti nigah bağlaya bilər” (“Vəsail əş-Şiə”, 14/462, hədis 5).

Rafizi şeyx Cəfər bin əl-Həsən əl-Hulyi, “Şərai əl-İslam fi əl-Həlal və əl-Həram” kitabında yazır: “Müvəqqəti nigahın şərtlərindən biri də budur ki, gərək qadın müsəlman və ya Kitab əhlindən - yə'ni yəhudi, xaçpərəst və ya atəşpərəst (!) olsun” (“Şərai əl-İslam fi əl-Həlal və əl-Həram”, 2/303).

Atəşpərəstlər çoxAllahlılar kimi, heç vaxt Kitab əhlinə aid edilməyiblər. Alimin belə deməsi çox təəccüblüdür. Görəsən o harda oxuyub ki, atəşpərəstlər Kitab əhlindəndir? Güman ki, onun niyyəti öz xalqından olan atəşpərəstləri yüksəltmək olub. Axı mə'lumdur ki, İslama qədər farslar atəşpərəst olublar.

Qur'an zinakar qadınla evlənməyi qadağan edir.
«Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadən da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə birər. Bu (belə bir evlənmə), mö'minlərə haram edilmişdir» (ən-Nur, 3).
Amma onlarla müvəqqəti nigah bağlamaq olar.

İshaq rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Bizim Kufədə bir əxlaqsız qadın yaşayır. Mən onunla evlənə bilərəmmi?”. O soruşur: “O, bayraq asıb (özünün zina ilə məşğul olduğunu bəyan etmək üçün)?”. Mən dedim: “Yox. Əgər o bayraq assaydı sultan onu həbs edərdi”. Bu zaman imam dedi: “Onda onunla müvəqqəti evlən”. Sonra o nökərinə tərəf əyilib ona nə isə dedi. Sonralar mən o nökəri görüb ondan soruşdum: “O sənə nə demişdi?”. Nökər dedi: “O, mənə dedi ki, əgər qadın bayraq assa da, onunla evlənməkdə günah yoxdur. Axı sən bununla onu haramdan qurtarıb halala təhrik edirsən” (“Vəsail əş-Şiə”, 14/454-455, fəsil 9).

Bu fətvanı təsdiq edən cəfəri alimlər çoxdur (“Hədaiq ən-Nadıra”, 24/133; “Cəvahir əl-Kəlam”, 30/159-160; əl-Məclisi, “Mulaz əl-Əhyar”, 20/35; əl-Xomeyni, “Təhrir əl-Vəsilə”, 2/261; İbn İdris əl-Hulyi, “əs-Sərir əl-Hava li təhrir əl-Fətava”, 2/621).

Şəriət qadına vəli və iki şahid olmadan nigaha girməyi qadağan edir.

Allahın Rəsulu -səllAllahu aleyhi və alihi və səlləm- edib: “Qadının vəlisi olmadan kəbin kəsdirmək olmaz. Vəlisi olmayan gəlinə isə əmir vəlidir”. Bu səhih hədisi İbn Abbasdan və Əbu Musa əl-Əşaridən -radıyAllahu anhum- Əhməd rəvayət edib. (Bax: Həmçinin şeyx əl-Albani, “İrvə əl-Qəlil”, 1839).

Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- həmçinin deyib: “Qadının vəlisi və iki ədalətli şahid olmadan kəbin olmaz”. Bu səhih hədisi Beyhəqi “əs-Sünən”də rəvayət edib (Bax: Həmçinin şeyx əl-Albani, “İrvə əl-Qəlil”, 1839, 1858, 1860).

Qadın hətta o bakirə olsa belə, atasının razılığı və iki şahidi olmasa da müvəqqəti nigaha girə bilər.

Əbu Səid əl-Qulam rəvayət edir ki, kimsə (!) ona imam Cəfərdən belə soruşulduğunu deyib: “Əgər kişi tanımayan qız, valideynlərindən gizli məni öz yanına çağırırsa, mən onun yanına gedə bilərəmmi?” (Müvəqqəti nigah nəzərdə tutulur). O deyib: “Bəli, amma cinsi əlaqədən çəkin”. Ondan soruşurlar: “Əgər o razıdırsa?”. İmam deyir: “O razıdırsa, bu - qız üçün biabırçılıqdır” (“Şərai əl-İslam fi əl-Halal və əl-Haram”, 2/306, “Cəvahir əl-Kəlam”, 30/186; Şeyx Məhəmməd bin əl-Həsən ət-Tusi, “ən-Nəhayə”, səh. 490).

Məysar rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Əgər mən kimsəsiz bir səhrada qadın görüb ondan ərdə olub-olmadığını soruşsam və o mənə “yox” cavabını versə, mən onunla evlənə bilərəm? (Mətndən hiss olunur ki, söhbət müvəqqəti nigahdan gedir). O, cavab verir: “Bəli. Belə ki, sən ona inanmalısan” (“Vəsail əş-Şiə”, 14/456-457).

Bütün bunlardan ancaq bir nəticə çıxarmaq olar:

- müvəqqəti kəbinli qadın nə cariyə, nə də daimi arvaddır.

Uca Allah deyib: «O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)...» (əl-Muminun, 5-7).

Beləliklə, müqəddəs Qur'an müvəqqəti nigahı müsəlmanlara qadağan edir, ona görə ki, bununla insan Tanrının icazə verdiklərinin həddini aşmış olur.

SƏHV TƏSƏVVÜRLƏRİN TƏKZİBİ

Bütün bu sübutlara baxmayaraq rafizi (cəfəri) alimlər hesab edirlər ki, müvəqqəti nigah Qiyamət gününə qədər icazə verilib. Onlar Uca Allahın bu sözlərinə əsaslanırlar: «… İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz…» (ən-Nisa, 24).
Rafizi ədəbiyyatı bu ayənin müvəqqəti nigaha aid olduğunu göstərən hədislərlə doludur. Rafizilər əmindirlər ki, bu cür təfsir düzgündür. Amma gəlin ilk qaynaqlara mürəciət edib sünni və cəfəri alimlərinin bu ayəyə nə cür təfsir verdiklərinə baxaq.

Sünni təfsirçilərin çoxu bu ayənin müvəqqəti nigaha deyil, daimi nigaha aid olmasında yekdildirlər. İbn əl Cauzi yazır: “İki fikir mövcuddur. Birincisi odur ki, söhbət daimi nigah zamanı verilən mehrdən gedir. İbn Abbas, əl-Həsən əl-Basri, Mücahid -radıyAllahu anhum- və bir çox başqa təfsirçilərin fikri belədir. İkincisi odur ki, burada söhbət müvəqqəti nigahdan gedir. Mə'lumdur ki, İbn Abbas -radıyAllahu anhu- bir vaxt buna icazə vermişdi, amma sonra o öz baxışlarından imtina etdi” (İbn əl Cauzi, “Zad əl-Masir”, 2/52).

Eyni fikri əl-Məvaridi Qurana verdiyi təfsirində (2/471) söyləyir.

Nizam əd-Din ən-Nisaburi bu ayə haqqında yazır: “Söhbət daimi kəbindən gedir. Amma bəziləri Hesab edir ki, bu müvəqqəti nigahdır. İslamın erkən çağlarında ona icazə verilməsi haqqında alimlər həmfikirdirlər. Müsəlmanların əksər çoxluğu müvəqqəti nigahın sonradan qadağan olduğuna inanırlar” (Nizam əd-Din ən- Naysaburi, “Qaraib əl-Quran və Raqaib əl-Furqan”, 4/15).

Əş-Şinqiti yazır: “Bu ayə daimi nigaha aiddir, müvəqqəti nigaha yox. Onun mənasını başa düşməyənlər o cür bilirlər” (əş-Şinqiti, “Ədva əl-Bəyan”, 1/134).

Məhəmməd əs-Seyid ət-Tantavi yazır: “Onun təfsiri belədir: “Qadınlarınızı onlarla daimi nigahdan aldığınız məmnunluğa görə mehrlə mükafatlandırın” (Məhəmməd əs-Seyid ət-Tantavi “əl-Vasit”, 3/144).

Ən-Nuhus yazır: “Alimlər hesab edirlər ki, söhbət daimi nigahdan gedir. Beləki, Allah ümumiyətlə Quranda müvəqqəti nigaha icazə verməyib” (ən-Nuhus, “ən-Nəsxh və əl-Mənsux”, səh. 102).

Bu fikri ət-Təbəri, əl-Bəydəvi, İbn Kəsir və s. sünni təfsirçiləri təsdiqləyirlər.

O ki, qaldı rafizi təfsirçilərinə, onlarda ayənin hər iki təfsirini deyirlər.

Ət-Təbrisi bu ayə haqqında yazmışdır: “Əl-Həsən, Mücahid, İbn Zeyd, əs-Suddi deyiblər ki, ayənin mənası odur ki, kişi qadınından daimi nigah və ona mehr hədiyyə etməsinə görə zövq alır. İbn Abbas, əs-Suddi, İbn Səid və tabiinlər qrupu hesab ediblər ki, bu müvəqqəti nigahdır və bu imami şiələrin fikridir” (ət-Təbrisi, “Məcmu əl-Bəyan”, 5/71).

Ət-Tusi yazır: “Əl-Həsən, Mücahid və İbn Zeyd deyiblər ki, bu daimi nigahdır. İbn Abbas və əs-Suddi hesab ediblər ki bu müvəqqəti nigahdır, və bizim tərəfdarlarımız da belə hesab edirlər” (ət-Tusi, “ət-Tibyan”, 3/165).

Abdullah Şibar (“əl-Cauhar əs-Səmin”, 2/31), MəHəmməd əl-Məşhədi də (“Kənz əd-Dəqaiq”, 2/414) iki cür fikir irəli sürürlər ki, onların hamısı Quranın tanınmış rafizi təfsirçiləridir.

Buradan görünür ki, rafizi alimlər ayənin daimi nigahla əlaqədar nazil olmasını inkar etmirlər, lakin, əslində Abdullah bin Abbas -radıyAllahu anhu- tərəfindən irəli sürülməyən, sonralar isə rədd etdiyi digər rəyə üstünlük verirlər.

İbn Abbasın -radıyAllahu anhu- «ən-Nisa» surəsinin 24-cü ayəsi haqqında dedikləri də bunu sübut edir: “Bu ayə ləğv edilməyib, amma o müvəqqəti nigah barəsində nazil olunmayıb”. Bu hədisi əl-Qeysi “əl-İidah li nasix əl-Qur'an və mənsuxih” əsərində səh. 221-də rəvayət edib.

Amma gəlin bu surədə nədən bəhs edildiyini anlamaq üçün onun mətnini birlikdə araşdıraq. «ən-Nisa» surəsinin 23-25-ci ayələrində Uca Allah deyir: «Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınların himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınların qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Cihad vaxtı əsir alaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə siz (haram edildi). Bunlardan başqalar isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir. Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən alsınlar….».

Rafizilərin istinad etdikləri ayələrin altından xətt çəkilmişdir. Sünni alimlər hesab edirlər ki, onlar daimi nigaha aiddir. Diqqət yetirin ki, buna qədər söhbət daimi nigahdan gedirdi. Bu yalnız qeyd edilən parçadan- «Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mö'min cariyələrdən alsınlar» sözlərindən sonra qurtarır. Bu parça müvəqqəti nigaha aid deyil, çünki buna qədər də, bundan sonra da söhbət yalnız daimi nigahdan gedir.

Bə'zi adamları ayədə istifadə olunun “istəmtə'a” fe'li çaşdırır ki, mə'nası - “həzz almaq, istifadə etmək” deməkdir. Bu söz “təmattə'a” (müvəqqəti nigah bağlamaq) fe'li ilə eyniköklüdür. Rafizilər hesab edirlər ki, bu, müvəqqəti nigahı bildirən şəriət terminidir. Amma bu belə deyil. “İstəmtə'a” fe'li Qur'anda başqa mə'nalarda da işlədilib. Uca Allah xəbər verir ki, kafirlər ona bu sözlərlə müraciət edəcəklər: «Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (“istəmtə'a”) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!» (əl-Ənam, 128). Bu sözə həmçinin «ət-Tövbə» 69-da və «əl-Əhqaf» 20-də rast gəlmək olar və burada da bunlar müvəqqəti nigah mə'nasında deyil.

«Ən-Nisa» surəsində istifadə olunan bu fel həm də onu göstərir ki, kişi öz qadını ilə birgə həyat sürdüyü müddətdə ondan zövq alır. Cəfəri məzhəbinə mənsub olan əs-Səbzəvari və Məhəmməd əl-Məşhədi, uyğun olaraq “əl-Cədid fi təfsir əl-Quran əl-Məcid” və “Kənz əd-Dəqaiq” əsərlərində məhz bu haqda yazırlar. Beləliklə, bu ayədə “istəmtə'a” felinin sevinc, zövq, həzz ifadə etdiyi görünür ki, bunu da insana daimi nigah verir və heç kimin haqqı yoxdur ki, uyğun həzzin müvəqqəti nigahla alınması iddiasında olsun.
Rafizilər “istəmtə'a” felinin təfsirini qadına mükafatın kişinin həzz almasından sonra verilməsi kimi Allahın xatırlatması ilə əsaslandırırlar. Axı müvəqqəti nigah zamanı göstərdiyi xidmətin sonunda qadına haqqı ödənilir. Amma daimi nigah zamanı isə qadına ailə həyatından əvvəl mehr verilir. Bu heç də tutarlı sübut deyil. Bundan əlavə, bu ümumiyyətlə dəlil sayılmır. Çünki Uca Allah buyurur: «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun…» (əl-Maidə, 6). Bu vaxta qədər heç kim bəyan etməyib ki, dəstəmazı namaz qılan şəxs məhz namaza başlayarkən almalıdır. İş orasındadır ki, ərəb diləndə belə ifadə tərzi mövcuddur.

Rafizilər həm də onu dəlil gətirirlər ki, ayədə mənası “mükafat”, “əvəz” olan “əcr” (“ucur”) sözündən istifadə olunub. Məlumdur ki, daimi nigah zamanı qadın mükafat deyil, mehr alır. Onlar unudurlar ki, Uca Allah Quranda bir neçə yerdə mehri “əcr” (“ucur”) adlandırıb:

«…Namusunu qoruyan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada verin! …» (ən-Nisa, 24);

«… Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə sizə halaldır…» (əl-Maidə, 5);

«Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri…» (əl-Əhzab, 50);

«… Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin…» (əl-Mumtəhinə, 50).

Məşhur şiə alimi ət-Təbrisi Allahın «Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri…» (əl-Əhzab, 50) ayəsini təfsir edərək yazır: “Bu mehrdir. Çünki mehr intim yaxınlığın mükafatıdır.”
Ərəb dilini və Quranın stilistik xüsusiyyətlərini bilmək, qətiyyətlə bəyan etməyə imkan verir ki, bu ayənin müvəqqəti nigahla heç bir əlaqəsi yoxdur. Odur ki, müqəddəs Quranda müvəqqəti nigaha aid Peyğəmbər -səllAllahu aleyhi və alihi və səlləm- onu qadağan edənə qədər və ondan sonra icazə verən heç bir ayə yoxdur.

Hətta müqəddəs ayələri təhrif etməklə, - insan öz əməllərinə haqq qazandırmaq üçün nələr etməz -rafizilər sonuncuya əsaslanırlar.

Dahi sünni alimlərinin hədis toplularında İslamın ilk dövrlərində bəzi müsəlmanların müvəqqəti nigah bağladıqlarını bildirən hədislər verilir.

İmam Müslim bu barədə bir çox hədis rəvayət edib. Belə ki, Cabir bin Abdullah və Sələmə bin əl-Əqva -radıyAllahu anhum- rəvayət ediblər ki, Allah Rəsulunun -səllAllahu aleyhi və alihi və səlləm- carçısı onların qarşısına çıxaraq xəbər verib ki, Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- müvəqqəti nigaha icazə verdi (Müslim, “əl-Cəmi'i əs-Səhih”, 1405). Lakin onlar bu toplularda icazənin sonralar qadağan edildiyini bildirən bir çox səhih hədislərin olmasının üstündən sükutla keçirlər.

Onlar “təməttə'a” felinin həmçinin “ümrədən sonra həcc etmək” (“təməttə'a”- həccin bir növüdür- tərc.) mənasını bildirdiyini iddia edirlər.

Əl-Buxarinin “əs-Səhih” əsərində İmran bin əl-Hüseynin, onların Rəsulullahın -səllAllahu aleyhi və alihi və səlləm- vaxtında ümrədən sonra həcc (“təməttə'a”) etdiyini bildirən hədisi verilir. Onun söylədiyi başqa hədis də vardır: “Allahın kitabında “mut'a” (“mut'a”- həm ümrədən sonra həcc, həm də müvəqqəti nigah kimi tərcümə olunur- tərc.) haqqında ayə nazil olub. Biz bunu (həcci-tərc.) Allahın Rəsulu -səllAllahu aleyhi və alihi və səlləm- ilə yerinə yetirirdik. Bundan sonra nə Quranda, nə də Peyğəmbər -səllAllahu aleyhi və alihi və səlləm- tərəfindən ölümünə qədər qadağan olunmadı…” (əl-Buxari, “əs-Səhih”, “Ümrədən sonra həcc” fəsli).

Oxşar hədis imam Əhmədin “əl-Müsnəd” əsərində də verilir. Orada söhbət «…(Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs…» (əl-Bəqərə, 196) ayəsindən gedir. Amma rafizilər onu hədisin mətnindən özlərinə uyğun hissənin “təməttə'a” sözü ilə əlaqələndirib başqa məna verərək təfsir edirlər. Bu isə onların alimlərinin öz kitablarında istifadə etdikləri hiyləgər üsullarındandır. Bunun təsdiqi üçün onların adları çəkilən kitablarına baxmaq kifayətdir:

Muhsin əl-Əmin, “Naqd əl-vaşiə”, səh. 273; Məhəmməd əl-Husən, “Asl əş-Şiə və usuluhu”, səh. 94-100; ət-Təbrisi, “Məcmuə əl-Bəyan”, 5/71-72; ət-Tusi, “ət-Tibyən”, 5/71-72; və s.
Onların sözlərini “Fəth əl-Bari şərh səhih əl-Buxari”, 3/505; “Səhih Muslim bi şərh ən-Nəvəvi”, 9/208; “Səhih Sunən ən-Nəsai”, 2/76; “Səhih Sunən İbn Macə, 2/166 hədis toplularındakı faktlarla müqayisə etsəniz əmin olacaqsınız ki, tanınmış rafizi alimləri faktları qəsdən təhrif etməkdən heç utanmayıblar.

Daha bir misal.

Abdul-Hüseyn əl-Musəvi (Heç kimi Hüseynin qulu adlandırmaq olmaz, çünki bütün insanlar yalnız Allahın quludurlar!- tərc.) öz kitabında yazır: “Ömərin oğlu Abdullahdan -radıyAllahu anhu- müvəqqəti nigah haqqında soruşdular. O cavab verib ki, - bu haqda “əs-Səhih ət-Tirmizi”də deyilir - “Buna icazə verilir”. Ona: “Sənin atan bunu qadağan edib”- deyiləndə, o cavab verib: “Allahın Peyğəmbərinin yerinə yetirdiyi bir şeyi, əgər onu mənim atam qadağan etsədə necə ola bilər ki, biz Peyğəmbərin sünnəsini tərk edərək, atamın sözünə əməl edək?” (Abdul-Hüseyn əl-Musəvi, “Məsəil Fiqhiyyə”, “Ömərin fikrini kimlər rədd etdi” fəsli, səh.84 ).

İbn əl-Mutahhirə əl-Hulyinin “Nəhc əl-Haqq və Kəşf əs-Sıdq” əsərində səh. 283-də, Məhəmməd Camal əd-Dinin “ər-Rauda əl-Bəhiyə” əsərində 5/283-də və s. ət-Tirmizinin toplusuna istinad edən oxşar məzmunlu hədislər verilib.

“Səhih ət-Tirmizi” əsərində səh.190-da həqiqətən belə məzmunlu hədis var. Lakin orada söhbət müvəqqəti nigahdan deyil, ümrədən sonra həcc etməkdən gedir. Bu barədə həmçinin Əhməd bin Hənbəlin “əl-Musnəd”, 2/95; İbn Qudamənin “əl-Muğni”, 3/281 əsərlərinə baxmaq olar.

Abdullah bin Ömərdən -radıyAllahu anhu- müvəqqəti nigah barədə soruşulanda cavab verib: “Bu əxlaqsızlıqdan başqa bir şey deyildir” (İbn Əbi Şeybə, “əl-Musənnəf”, 4/292-293, səhih hədis).

Beləliklə, biz xəlifə Ömər bin əl-Xəttabın -radıyAllahu anhu- öz xəlifəliyi dövründə ümrədən sonra həcc etməni qadağan etməsi mövzusuna toxunduq. Həqiqətən o, “təməttə'a”-nı qadağan edib. Lakin bu sözlə zəvvarın bir ümrəni yerinə yetirməklə dayandırılan həcc və ya həcc ziyarəti üçün nəzərdə tutulan üç aydan birində edilən ümrədən sonrakı həcc nəzərdə tutulur.

Cabirin -radıyAllahu anhu- rəvayət etdiyi hədisdə deyilir: “Peyğəmbər -səllAllahu aleyhi və alihi və səlləm- vida həcci zamanı qurbanlıq heyvanları olmayan əshabələrə buyurdu ki, həcc əvəzinə ümrə ziyarətini etsinlər” (Müslim, “əs-Səhih”).
İmam Əhməd və bir çox zahirilər hesab ediblər ki, buna Qiyamət gününə qədər icazə verilir. Əbu Hənifə, Malik və əş-Şafii deyiblər ki, Peyğəmbər -səllAllahu aleyhi və alihi və səlləm- bu cür edib ki, insanlar bilsinlər ki, belə etmək olar. Axı cahiliyyə zamanı ərəblər həcc aylarında ümrə etməzdilər. Bu alimlər Əbu Zərrin Müslimin “əs-Səhih”ində rəvayət olunan “ümrəni etmək üçün həccin dayandırılması göstərişi” peyğəmbərin əshabələrinə aiddir hədisinə əsaslanıblar. Əgər xəlifənin etdiyi qadağanı bu cür başa düşsək, şəriətə zidd heç bir hərəkət yoxdur.

Bununla belə bəzi alimlər hesab edirlər ki, o ümrədən sonra həcc etməyi qadağan edib və bu haqda «əl-Bəqərə» surəsindəki ayə nazil olub. İş orasındadır ki, Əbu Bəkrin və Ömərin -radıyAllahu anhumə- zamanında müsəlmanlar Məkkəyə həccin əvvəlində gəlirdilər. Bu asan olduğu üçün bir çoxları əlavə çətinliklərlə özlərini əziyyətə salmaq istəməmişlər. Ömər -radıyAllahu anhu- onlara həcc ihramına ümrədən dərhal sonra girməyi qadağan etmişdir ki, onlar Məkkəyə qabaqcadan gəlsinlər və Allahın evində canlanma olsun. Öz hərəkəti ilə o, insanlara günah işləməyi əmr etməyib, amma şəriətlə seçimdə sərbəst olanı (mübahı) qadağan edib ki, onlar daha çox savab qazana bilsinlər.

Ömərin bu hərəkətini qiymətləndirən Yusif bin Məhiq deyir: “Ömər ümrəni həcc aylarında qadağan etdi ki, başqa şəhərlərin sakinləri il boyu ümrə etməklə Məkkəlilər bundan gəlir əldə etsinlər.”

Urva bin Zubeyr deyir: “Başqa aylarda Kəbənin boş olmaması üçün Ömər həcc aylarında ümrəni bəyənmirdi.”

İbn Kəsir yazır: “Əvvəldə dediyimiz kimi bu şəriət adından edilən qadağan deyildi, insanlar üçün öhdəlik də sayılmırdı. Onun məqsədi insanları ziyarət münasibəti ilə Məkkəyə cəlb etmək idi ki, zəvvarlar Allahın Evini tez-tez ziyarət etsinlər” (İbn Kəsir, “əl-Bidayə və ən-Nihayə”).
İbn Abbas Ömərin -radıyAllahu anhu- belə dediyini rəvayət edir: “Allaha and olsun, mən sizə ümrədən sonra həcci qadağan edirəm, amma bu Quranda nazil olub və Peyğəmbər -səllAllahu aleyhi və alihi və səlləm- belə edib” (ən-Nəsai, 5/153).

Əl-Beyhəqinin rəvayət etdiyi Ubeyd bin Umeyrin hədisində Əli bin Əbu Talibin -radıyAllahu anhu- Ömərə -radıyAllahu anhu- belə dediyi bildirilir: “Sən həccdən sonra ümrəni qadağan etmisən?” O cavab verdi: “Xeyr, amma mən istəyirəm ki, insanlar Allahın Evini ziyarət etsinlər.” Bu zaman Əli -radıyAllahu anhu- dedi: “Kim ancaq həcc edərsə, o, düz etmiş olur, və kim ümrədən sonra həcc edərsə, o, Allahın Kitabına və Onun Peyğəmbərinin Sünnəsinə əməl etmiş olur.”

Ömərin ümrədən sonra həcci qadağan etməsi, müvəqqəti nigahı qadağan etməsindən kəskin fərqlənir. Birinci halda əshabələr onun hərəkətini bəyənmədilər. Əli bin Əbu Talib, Abdullah bin Ömər, İbn Abbas, İmran bin əl-huseyn -radıyAllahu anhum- və bir çox başqaları bununla razılaşmamışlar. Ömər isə onları bu qərarla razı olmağa məcbur da etmirdi.

Əbu Səid rəvayət edir: “Ömər moizə edərək demişdir: Uca və qüdrətli Allah Öz Peyğəmbərinə istədiyini icazə verdi və Allahın Peyğəmbəri -səllAllahu aleyhi və alihi və səlləm- bu yolla getdi. Allah rizası üçün Uca və Qüdrətli Allahın buyurduğu kimi həcc və ümrə edin, amma cinsiyyət üzvlərinizi bu qadınlardan qoruyun” (müvəqqəti nigah nəzərdə tutulur- tərc.) (Əhməd, 1/17 (104)).

Müvəqqəti nigahla əlaqəli qadağana gəldikdə isə əshabələr -radıyAllahu anhum- onu müdafiə etmişlər. Çünki o insanlara Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- nəyi gətirdiyini xatırlatdı (Əhməd bin Teymiyyə, “Məcmuə əl-Fətava”, 33/96 ).

Bütün bu deyilənlərdən görünür ki, bəzilərinin müvəqqəti nigahı qadağan etməsinə görə Öməri -radıyAllahu anhu- təqsirkar bilmələri əsassızdır. Bu eyni ilə ümrədən sonra həcc məsələsindəki qərara da aiddir. Bunlar onun Quran və Peyğəmbər hədislərinə əsasən etdiyi şəxsi ictihadları idi. Peyğəmbər -səllAllahu aleyhi və alihi və səlləm- isə bu haqda buyurub: “Əgər hakim sərbəst olaraq hökm verərsə və haqlı olarsa, ikiqat savab qazanar. Əgər səhv edərsə, bir savab qazanar” (Müslim, 1716 və əl-Buxari).

SAĞLAM DÜŞÜNCƏ BİZƏ NƏ DEYİR?

Biz, müəyyən bir müddətə bağlanan nigahın həm Qur'anda, həm də Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- hədislərində qadağan olunmasına dair çoxlu dəlil gətirdik.

İslam - Allahın kamil dinidir. Başqa dinlərdən o, bununla fərqlənir. Qur'an və Sünnənin ehkamları məntiqə və sağlam təfəkkürə uyğun gəlir. Buna görə də müvəqqəti nigah məsələsini bu nöqtəyi-nəzərdən araşdırmaq məqsədə uyğun olardı.

Uca Allah nigahı insanlara öz heyvani ehtiraslarını ödəmək üçün deyil, mə'nəvi, sosial və iqtisadi ne'mətlər naminə vacib bilmişdir. Buna görə də İslam sağlam müsəlman ailəsinə sağlam müsəlman cəmiyyətinin özəyi (rəhni) kimi baxır.

Əgər kişi yalnız öz cinsi istəyini ödəmək naminə qadınla əlaqə yaradırsa, o öz mə'nəvi simasını itirir. Qadın isə bu zaman onun üzərinə qoyulmuş ən böyük vəzifəni yerinə yetirə bilməyib, öz ailəsinin qayğısına qala bilmir. O, yalnız əldən-ələ ötürülərək, pulla alınıb-satılan bir alətə çevrilir. Belə əlaqələr nəticəsində doğulan uşaqlar normal ailədən, valideyn məhəbbətindən və düzgün tərbiyədən məhrum olurlar.

Tanrı istəyir ki, ailə ər-arvad üçün sülh və əmin-amanlıq məkanı olmaqla, uşaqların ruhunu özünə cəlb edən bir yer olsun. Hörümçəyin yuvası kimi müvəqqəti olan nigahda birləşən insanlar isə bundan məhrumdurlar. Axı yalnız bir cinsi akt na'minə «öz bədənlərini birləşdirib», sonra ola bilər ki, pulu çatmadığına görə üzünü qadından çevirməli olan kişidən və qadından nə gözləmək olar?

Əgər belə bir «nigah» zinakarlıq deyilsə bəs nədir? Məgər kişi qadına onunla cinsi əlaqəyə girməyi təklif edərkən ona pul təklif etmir? Məgər bu cür nikah zinakarlıq qədər ziyan gətirmir? İnsanlar öz atalarını və uşaqlarını görəsən necə tanımalıdırlar?

İranın “əş-Şira” jurnalında (N 684, səh. 4) deyilirdi: «Rəfsancani qeyd etmişdir ki, müvəqqəti nigahlar ucbatından bu gün İranda 1/4 milyon atılmış uşaq var».

Görəsən uşaq, özünün belə biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı hansı hisslər keçirə bilər? Hər hansı müvəqqəti nigah həvəskarı özünün həyata bu cür gəlməsi ilə razılaşa bilərmi? Bəs kim razı olar ki, öz anası və ya bacısı kiməsə müvəqqəti arvadlıq etsin? Kim əmin ola bilər ki, anası ilə bir çox illər qabaq müvəqqəti nigahından doğulan və anasının yolunu tumuş öz doğma qızıyla «nigah» bağlamayacaq? Nə vaxtsa öz atasıyla ola bilən qadını bəs kim almaq istər?

Qulaq asın görün ki, rafizi şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh.159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.

“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Adbullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yə'ni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mö'min imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar? Məgər mö'min, özünə qıymadığını qardaşına arzu edə bilərmi? Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- deyib: “Özünə istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq” (Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”, 24; “Silsilə əl-əhadis əs-Səhihə”, 73).

Həqiqətən, bu və digər suallara cavab yoxdur və ola da bilməz. Bu şər yol - müsəlmanın mə'nəvi simasını dağıdır. Müvəqqəti nigahla əxlaqsızlıq arasında heç olmasa bircə fərqli cəhət göstərə bilərsinizmi?

İslama qədər ərəblər günah və namussuzluq çirkabında çapalayırdılar. Bununla əlaqədar Müdrik Allah öz şəriətini tədricən, pis şeyləri bir-bir qadağan edə-edə göndərirdi. O zaman insanların imanı hələ o qədər güclü deyildi ki, bütün günahlardan birdən-birə əl çəksinlər. Məhz buna görə şəriət qanunlarının çoxu Mədinədə, Məhəmmədə -səllAllahu aleyhi və alihi və səlləm- peyğəmbərlik veriləndən 13 il sonra, öz əshabələri ilə birlikdə köçdüyü şəhərdə nazil edilmişdir. Bu, Cahiliyyə dövrüdə geniş yayılmış müvəqqəti nigaha da adiddir. Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- bu pozğun əlaqəni İlahidən hökm gəlməyincə qadağan etmirdi. Bu, Xeybər günü baş verdi. Peyğəmbər -səllAllahu aleyhi və alihi və səlləm- bundan sonra bir dəfə də- Məkkənin fəthi günü- bunun Allahın iradəsiylə Qiyamətə qədər qadağan edildiyini e'lan etdi. Amma bu əməl içki kimi geniş yayılmamışdı və buna görə də bunun qadağan edilməsi haqda xəbər bütün insanlara çatmamışdı, çünki əshabələr bu barədə az-az danışırdılar. Bə'zi müsəlmanlar Əbu Bəkrin və Ömərin -radıyAllahu anhum- dövrlərində də bilməyərək müvəqqəti nigah bağlayırdılar. Bu barədə Müslümin (1405) «Əs-Səhih»ində xəbər verilir. Amma bu xəlifə Ömərin -radıyAllahu anhu- vaxtı kütləvi hal aldıqda, xəlifənin özü və Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- Əli bin Əbu Talib, Abdullah bin Ömər, Abdaullah bin Zübeyr -radıyAllahu anhum- kimi böyük əshabələri bunun icazə verildiyini deyənlərə qarşı kəskin mübarizəyə qalxaraq müsəlmanları bu cür dərin yanlışdan qurtardılar.

Beləliklə, biz qeyd etdik ki, müvəqqəti nigah müqəddəs Qur'ana, Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- hədislərinə, onun əsahabələrini, o cümlədən Əli bin Əbu Talibin -radıyAllahu anhu- yekdil fikirlərinə, mö'min müsəlman alimlərin baxışlarına və sağlam insan təfəkkürünə ziddir.

Bəs onda rafizi alimlərini Allaha və Onun Peyğəmbərinə -səlla
_________________
Vəhabilər (uzun saqqal) book66
book37 book38
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax
bidete-qarshi
yazar

Daxil ol: Ç.a. May 11, 2004 06:59
İsmarışlar: 149

İsmarışGöndərilib: Ş. May 29, 2004 7:21 am    İsmarış mətni: Sitatla cavab ver

Huseyn Ashiqi eger yuxardakini oxumaq istemesen bunu oxu kifayet eder!

Qulaq asın görün ki, rafizi şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh.159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.

İranın “əş-Şira” jurnalında (N 684, səh. 4) deyilirdi: «Rəfsancani qeyd etmişdir ki, müvəqqəti nigahlar ucbatından bu gün İranda 1/4 milyon atılmış uşaq var».

“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Adbullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yə'ni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mö'min imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar? Məgər mö'min, özünə qıymadığını qardaşına arzu edə bilərmi? Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- deyib: “Özünə istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq” (Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”, 24; “Silsilə əl-əhadis əs-Səhihə”, 73).

Zurara rəvayət edir ki, o, imam Cəfər əs-Sadiqdən müvəqqəti nigah bağlanılan qadınların icazə verilmiş dörd qadına aid olub-olmamasını soruşduqda, o belə cavab verib: “İstəyirsən lap mini ilə evlən, axı bunlar icarəyə götürülən qadınlardır” (“Vəsail əş-Şiə”, 14/446-447).

Rafizi alim Məhəmməd Həsən ən-Nəcəfi izah edir ki, müvəqqəti nigah bağlanılan qadın -icarəyə götürülən qadındır, ona görə ki, kişi öz ehtirasını ödəmək üçün onun bədənini icarəyə götürür. O deyir: “Şübhəsiz ki bu cür icarəyə icazə verilir” (“Cəvahir əl-Kəlam”, 30/192 və 202-203).

Əl-Qasım bin Məhəmməd deyir ki, kimsə (!) ona imam Cəfərdən bir cinsi akt müddətinə nigah bağlamağın mümkünlüyü barədə soruşduqda onun belə cavab verdiyini rəvayət edib: “Olar. Amma kişi, cinsi əlaqədən sonra üzünü qadından çevirməlidir ki, onu görməsin” (“Vəsail əş-Şiə”, 14/479-480, fəsil 25).

Əbu Basır rəvayət edir ki, imam Cəfərdən dörd qadınla kifayətlənməyin vacibliyi bərədə soruşublar. O deyib: “Nə dörd, hətta yetmişlə” (“Vəsail əş-Şiə”, fəsil 4).

Məysar rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Əgər mən kimsəsiz bir səhrada qadın görüb ondan ərdə olub-olmadığını soruşsam və o mənə “yox” cavabını versə, mən onunla evlənə bilərəm? (Mətndən hiss olunur ki, söhbət müvəqqəti nigahdan gedir). O, cavab verir: “Bəli. Belə ki, sən ona inanmalısan” (“Vəsail əş-Şiə”, 14/456-457).

Mehran bin Məhəmməd rəvayət edir ki, kimlərsə (!) ona imam Cəfərə- “Bir kişi müvəqqəti nigah bağlayarkən qadından ərinin olub-olmadığını soruşur”- deyəndə, onun belə dediyini çatdırıblar: “O, bunu niyə soruşurdu ki?” (“Vəsail əş-Şiə”, 14/456-457; əl-Məclisi, “Bihar əl-Ənvar”, 100 və ya 103/10).

Əl-Fudalın dediyinə görə kimsə (!) ona agah edib ki, imam Cəfər belə deyib: “Öz arvadını anasına oxşadan ondan boşanmış olur”. “Vəsail əş-Şiə” kitabının 16-cı fəslində deyilir: “Öz arvadlarını analarına bənzədənlər haqqında olan qərar müvəqqəti nigaha şamil edilmir” (“Vəsail əş-Şiə”, 19 və 20-ci fəsillər; “Cəvahir əl-Kəlam”, 30/189; Abdullah Niam, “Ruh ət-Təşəyyu”, səh. 460).

Əmmar bin Mərvan rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah bağlayarkən qadının ona belə dediyi kişi haqqında soruşurlar: “Mən, yalnız o şərtlə sənə gedərəm ki, sən istədiyin yerə toxuna və baxa bilər, kişilərin öz arvadlarından aldıqları istənilən həzzi məndən ala bilərsən, yalnız bir şeydən başqa,- sən mənim uşaqlıq yoluma toxunmamalısan, mən biabırçılıqdan qorxuram». İmam deyir: “Sənə yalnız şərtləşdiyiniz şeylərə icazə verilir” (“Vəsail-əş Şiə”,15/45; Yusif əl-Bəhrani, “əl-Hədaiq ən-Nadıra fi Əhkam əl-İtra ət-Tahira”, 24/197).

İshaq rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Bizim Kufədə bir əxlaqsız qadın yaşayır. Mən onunla evlənə bilərəmmi?”. O soruşur: “O, bayraq asıb (özünün zina ilə məşğul olduğunu bəyan etmək üçün)?”. Mən dedim: “Yox. Əgər o bayraq assaydı sultan onu həbs edərdi”. Bu zaman imam dedi: “Onda onunla müvəqqəti evlən”. Sonra o nökərinə tərəf əyilib ona nə isə dedi. Sonralar mən o nökəri görüb ondan soruşdum: “O sənə nə demişdi?”. Nökər dedi: “O, mənə dedi ki, əgər qadın bayraq assa da, onunla evlənməkdə günah yoxdur. Axı sən bununla onu haramdan qurtarıb halala təhrik edirsən” (“Vəsail əş-Şiə”, 14/454-455, fəsil 9).

Bu fətvanı təsdiq edən cəfəri alimlər çoxdur (“Hədaiq ən-Nadıra”, 24/133; “Cəvahir əl-Kəlam”, 30/159-160; əl-Məclisi, “Mulaz əl-Əhyar”, 20/35; əl-Xomeyni, “Təhrir əl-Vəsilə”, 2/261; İbn İdris əl-Hulyi, “əs-Sərir əl-Hava li təhrir əl-Fətava”, 2/621).

Qazi əl-Məqribi (Şiə-ismaili) kitabında Əli bin Əbu Talibin -radıyAllahu anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu - əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858).

Şeyx Məhəmməd ət-Tusi (cəfəri-şiə) özünün kitablarında, həmçinin rafizi (cəfəri) alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin -radıyAllahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).

Zeydi şiələrin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki, burada onun atasından və babasından imam Əlinin -radıyAllahu anhu- belə dediyini göstərən hədis verilir: “Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi, “ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23).

İmam əl-Beyhəqi (əhli sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən onun imam Cəfərdən müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207).

Əs-Siyaqi (zeydi-şiə), “Raud ən-Nadir” kitabında yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir ki, Rəsulullahın -səllAllahu aleyhi və alihi və səlləm- ailə üzvləri (əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər” (Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26)

Rafizi (cəfəri) şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam Cəfərin müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”.

İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam Cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.

Əl-Məğribi (ismaili-şiə) “Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir: “Bu - zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər” (Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859).

Buna görə bütün mö'min müsəlman alimlər müvəqqəti nigahın Qiyamətə qədər qadağan edilməsində yekdildirlər.

Əl-Məzari yazırdı: “Müsəlman alimlər ittifaq etdilər ki, müvəqqəti nigah şəriətlə qadağan olunub. Bununla yalnız Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- sonradan ləğv etdiyi hədislərə əsaslanan bə'zi yolunu azmışlar razılaşmır. Bu hədislər dəlil ola bilməz” (Bax. “əl-Muallam”, 2/131).

Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə -radıyAllahu anhu- və Peyğəmbərin -səllAllahu aleyhi və alihi və səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, imam Əli bin Əbu Talibin -radıyAllahu anhu- müvəqqəti nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur. Bundan əlavə, əl-Beyhəqi imam Cəfərin müvəqqəti nigahı əsil zinakarlıq adlandırdığı sözləri rəvayət edib”.

Qazi İbn İyad deyib: “Rafizilərdən (yə'ni cəfəri-şiələrdən) başqa bütün müsəlman alimlər müvəqqəti nigahın qadağan olunmasında yekdildirlər” ( İmam ən-Nəvəvi, “Şərh əs-Səhih Müslim”, 9/181 və s.).

Men helem Ahli Sunneden delil getirmirem bunlar yalniz sizin kitablarnizdandir.

Artiq Admin qardashdan xaish edim ki bunu "siqe meselesini baqlasin" cunki artiq hershey deyildi, kim istese netice cixarda biler.

ve hecbir qeyretli insan istemez ki, onun aile uzvunden kimse bir-iki gunluk, veya bir nece saatliq bir kishi ile evlensin, goresen nefsine uyan insanlar niye oz fitretlerine qarshi geliler, (yeni oz qeyretlerine qarshi)?

onlar yoxsa bashqasinin ailesine ozune halal gorub ozunkune qeldiyi zaman bunu haram bilirler?!

burda iki varyant var

ya siqe halaldir
yadaki yox.

Eger he deyene sual olunsa ki, senin ailedeki qadinlarla siqe etseler sen buna razi olarsanmi?!,

eger o he dese o artiq oz qeyretsizliyini gosterer, cunki muselmanin qeyreti buna yol vermez!

eger yox dese ona bele bir sual ortaya cixr yaxshi bashqasinin ailesini hAllah bilirsen ozun kunu yox?

..Mence artiq hecne demeye qalmir (eger Bu yazdiqim sozlerede "XETAM VARSA" buna gore Allahdan baqishlanma dileyirem!)

Allah bizi doqru yola yoneltsin!
_________________
Vəhabilər (uzun saqqal) book66
book37 book38
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax
Ashiqi_Huseyn
Forumdan xaric olunmuş

Daxil ol: C. Mar. 05, 2004 23:25
İsmarışlar: 160
Şəhər/ölkə: Baku

İsmarışGöndərilib: Ş. May 29, 2004 11:08 pm    İsmarış mətni: Sitatla cavab ver

Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri

Men yazmishdim, amma adminler yazimi posdular nayaliq soz adi ile. Men yazmishdim ki, sene bu movzuda hech ne demeyecem artiq lap ozunu .....da. Noqtelerin yerinde ele bir soz yoxdur. Sadece olaraq adminler - nalayiq adi ile silerler deye yazmadim...........

Bu movzu onsuz da qapanacaq...Chunki men sene cavab vermeyecem bu movzuda. Yoxsa sen tamam ozunu itirersen. Adminler de gunahi mende gorerler yene...

Oz aramizdi yaman yapishmisan haaaaaaa bu movzudan... Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy Very Happy
Sene bu movzuda ugurlar... Very Happy Very Happy Very Happy
_________________
Momin haqqdan bashqa soz demez...

(Deməsinə baxamayraq nahaq sözlərinə görə forumdan xaric olunmuş istifadəçi)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
bidete-qarshi
yazar

Daxil ol: Ç.a. May 11, 2004 06:59
İsmarışlar: 149

İsmarışGöndərilib: Ş. May 29, 2004 11:30 pm    İsmarış mətni: Sitatla cavab ver

Niye gulursen? oz Alimlervin dediyine gulursen, onsuzda size xeyri yoxdu sizin kitablarvizdan dedlil getirsekde, cunki sizi sadece olaraq qelbi baqlisiniz. daha men senen danishmaq ehtiyac gormurem, cunki size xeyri yoxdur!!!!!!!!!!!!!!

Allah hidayet versin!!!!!!!!!!!!
_________________
Vəhabilər (uzun saqqal) book66
book37 book38
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax
Ashiqi_Huseyn
Forumdan xaric olunmuş

Daxil ol: C. Mar. 05, 2004 23:25
İsmarışlar: 160
Şəhər/ölkə: Baku

İsmarışGöndərilib: B. May 30, 2004 10:17 am    İsmarış mətni: Sitatla cavab ver

Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri

Senin shieler haqqindaki yalanlarina gulurem. Sen camaati avam hesab edirseeen? Bu nedir???
Sitat:
Müvəqqəti nigahı isə eyni zamanda istnənilən sayda qadınla bağlamaq olar.

Ay bineva get oxu gor shieler hansi hedis qebul edir hansilari yox. Very Happy Very Happy Very Happy
Qadinlarin sayi muveqqeti eqdde daimi eqdde oldugu kimidir. Bu biz Shielerin eqidesidir. Bohtan atma . Ay bid`et...ay bid`et . Very Happy Very Happy Very Happy
Allah guldursun seni...Sen saytinda da yazmisan bunlari??? Ozu de gor kime qarshi...Ticani kimi alimlere...Eshitseler ay gulecekler haaa sene...

Allah hidayet elesin. Semimi qelbden deyirem...
_________________
Momin haqqdan bashqa soz demez...

(Deməsinə baxamayraq nahaq sözlərinə görə forumdan xaric olunmuş istifadəçi)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
bidete-qarshi
yazar

Daxil ol: Ç.a. May 11, 2004 06:59
İsmarışlar: 149

İsmarışGöndərilib: B.e. May 31, 2004 6:10 am    İsmarış mətni: Sitatla cavab ver

Ashiqi_Huseyn yazıb:
Bismillahir-rehmanir-rehim
Assalamu aleykum ya Ehli-Beyt ashiqleri

Senin shieler haqqindaki yalanlarina gulurem. Sen camaati avam hesab edirseeen? Bu nedir???
Sitat:
Müvəqqəti nigahı isə eyni zamanda istnənilən sayda qadınla bağlamaq olar.

Ay bineva get oxu gor shieler hansi hedis qebul edir hansilari yox. Very Happy Very Happy Very Happy
Qadinlarin sayi muveqqeti eqdde daimi eqdde oldugu kimidir. Bu biz Shielerin eqidesidir. Bohtan atma . Ay bid`et...ay bid`et . Very Happy Very Happy Very Happy
Allah guldursun seni...Sen saytinda da yazmisan bunlari??? Ozu de gor kime qarshi...Ticani kimi alimlere...Eshitseler ay gulecekler haaa sene...

Allah hidayet elesin. Semimi qelbden deyirem...

ay huseyn ashiqi bu dgulduyun hedisler sizin kitablarnizdan movcutdur. yeqin ki, oz kitablarniza gulursen, sonra sen yalan danishirsan men sayita bele bir shey yazmamisham, sen yenede yalan danishirsan cunki siqe baresindekiler hazir olsada men helem ora hecne qoymamisham.

hec orda (sayitda) qadinlar baresinde (nece qadinla evlenmek olar) sohbet getmir axi?! amma o ki qaldi, onu sizin qebul etmemeyiniz gerek alimlernizin bidetlerini necese ustunu ort bastir etmek lazimdir axi, ona gore deyirsen ki, bunu biz qebul etmirik, amma sen delil getir ki, bu hedis zeyifdir!

umumiyetle size gore eger imamlardan gelirse bu kifayetdir.
senin artiq nece defe yalan danishdiqina burda hammi gore biler! egr birde yalan danishsan xaish edecem ki, sene bana qoyacaqlar

yeri qelmishken bes sen deyirdin ki, mende java script yoxdur ona gorede senin sayitva gire bilmirem, bes nece girdin (orda delil getirdin). sen kompyuterle meshqul olursan, bes sen bilmirsen ki, java scriptin sayta kirmeye hec vaxt problem yaratmir, hemcinin mende orda hec bir sehifeye girmeye qadaqan eden java script yoxdur! (yalan danishma). Subahn Allah bu insan neqeder yalan danishir!
_________________
Vəhabilər (uzun saqqal) book66
book37 book38
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax
Mirzə əmi
yazar

Daxil ol: Ç.a. May 18, 2004 00:07
İsmarışlar: 26

İsmarışGöndərilib: B.e. May 31, 2004 2:15 pm    İsmarış mətni: Sitatla cavab ver

Ay bidətə qarşı cıxan igid və Hüseynin aşiqi deyişmələrinizdən bir cox mətləblər agah olur. Mirzə əmi kimi forumdaşlarım da bilmədiklərini öyrənirlər. Deyirlər öyrənmək heç vaxt gec deyil. Bir-birinizi təhqir etmədən açın elm sandıqlarınızı tökün ortaya bizdən narahat olmayın düzü-doğrunu secməkdə pərgarıq.
Humeyra yazıb:
AsSalamu alaikum wa Rahmatullahi wa Barakatu!
Sehv etmiremse, hekae Yusif Vezir Cemenzeminlinindir.
WasSalam.

Humeyra, düzdü hekayə mənim deyil Çəmənzəminlinindir. Allah razı olsun! duasını qazandın. Allah gənclərimizi hekayənin qəhrəmanının günündən qorusun. Bilmək istəyirsiz başına nə gəlir? Yox-yox mən yazmayacam, zəhmət çəkin oxuyun. (əgər oxumağı zəhmət hesab edirsinizsə).
Ashiqi_Huseyn yazıb:

Heee. Mirze emi sen qocalib elden dushduyune gore be`zi kitablari oxuya bilmemisen. Ve deyesen ele cavan vaxti da sigeni emelli-bashli arashdirmaga vaxtin olmayib. Odur ki, sen Mirze emi bir balaca qulaq as....
1. Daimi eqdde olan butun shertler muveqqeti eqdde de vacibdir Ferq yalniz vaxtin te`yin olunmasindadir.
2. Ve muveqqeti eqd edilen qadinin eqd muddeti kechdikden sonra daimi eqdde oldugu kimi 3 ay 10 gun gozlemelidir. (idde) Daha senin yazdigin kimi gunde olan shey deyil haaaaa bu. Idde muddeti olmalidir...
Sen agsaqqal adam olduguna gore sene hormet ederek yalan demisen demedim...Boyuklere hormet borcumuzdur.

Exlaq ve edeble : Ashiqi_Huseyn

1.Bizim vaxtımızda qocalığı üzə vurmaq əxlaq və ədəb cərçivələrinə sığmazdı. İndi deyəsən o çərçivələr cooox genişlənib.
2. Bala, sən hec mənə yalan demisən deyə də bilməzsən çünki O hekayəni Mirzə əmi yox, Çəmənzəminli əmi yazıb. O isə coxdan bərzaxdadı...

Qocalıb,amma Əlhəmdulillah hələ ki əldən düşməyən Mirzə əmi.
_________________
Etdim nə yaman əsrə təsadüf, aman ey vah!
La hövlə və la qüvvətə illa və Billah!
(M.Ə.Sabir)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
İsmarışları göstər:   
Bu forum bağlanmışdır, yeni mövzu aça, cavab göndərə və ismarışları redaktə edə bilməzsiniz.   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> Müzakirəsi başa çatmış və bağlı mövzular Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2, 3, 4  Sonrakı
3 səhifə (Cəmi 4 səhifə)

Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Azerislam.com

Azerbaijan<!--Iravan-end>
Azerislam
Azerislam
Waytoquran