MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Uşaqları necə tərbiyyə etməli?

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Aisha



Daxil ol: B. Fev. 29, 2004 00:27
İsmarışlar: 39
Şəhər/ölkə: Azərbaycan, Sumqayıt

İsmarışGöndərilib: C.a. Apr. 01, 2004 11:31 pm    İsmarış mətni: Uşaqları necə tərbiyyə etməli? Sitatla cavab ver

Salamaleykum muselman baci ve qardaslarim!
Geleceyimiz olan usaqlarin terbiyyesini dinimiz qadina hevale edib. Sizce muasir analarin terbiyye metodlari duzdurmu? Umumiyyetle Islamda bu haqda ne deyilir ve s. Gelin bir az da bunlardan danisaq. :roll:
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Ammar_Yasir



Daxil ol: C.a. Fev. 12, 2004 10:52
İsmarışlar: 54
Şəhər/ölkə: Baki,Azerbaycan

İsmarışGöndərilib: C. Apr. 02, 2004 7:48 pm    İsmarış mətni: Sitatla cavab ver

Assalamu aleykum....Mence indi hec bir aile duzgun terbiye metodunu sechmeyibdir....Chuki her ailenin islamdan xeberi olmur.Meselen men islam terbiyesi almamisham....Yeni men namazin vacib oldugunu anamdan atamdan yox cevremdeki insanlardan oyrenmishem...Amma anam atam da mene gozel sheyleri tovsiye edibler....Yaxshiliq etmeyi ,ogrulugun pis bir shey oldugunu oyredibler amma mence bu kifayet deyil....Meselen men ichkinin haram oldugunu bilmirdim ve evveller ichki ichirdim...Elhemdulillah indi ise islamdayam ve bundan qurur duyuram....Allah meni ve butun muselmanlari dogru yolda qerar versin...Amin
_________________
"Namaz insanlari chirikin emellerden uzaqlashdirir"
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Administrator
Site Admin


Daxil ol: Ş. Yan. 31, 2004 01:55
İsmarışlar: 356
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: Ş. Apr. 03, 2004 7:36 pm    İsmarış mətni: Sitatla cavab ver

SAlamalykum!
Mövzu gözəl mövzudur. Hərdən bura baş vurub nə isə yazmağa sözümüz olacaq.
İndi siə uşaqlardan... :cry:
Qardaşımız döğru buyurdu. Mən də dində olandan sonra ata-anamı qınadım. Qınadım ki, nəyə görə mənə bu gözəl və təmiz yolu vaxtında göstərməyiblər. Amma indi düşünürəm ki, hardasa onları qınamaq da düzgün deyil. Ateizm quruluşu dinimizi bizə elə unutdurmuşdu ki, çox adamın öz dinindən heç xəbəri yox idi. Mən uşaqlıqdan ucqar bir dağ kəndində babamgildə yaşamışam. Müellim ailesinde olduğumdan terbiyeye çox ciddi fikir verilirdi. Bununla bərabər nənəm yeməyə əlimizi uzatmamışdan öncə Bismillah deməyi xatırladırdı hamımıza. Demək olar ki, uşaqlıqda olan dini söhbətlərin hamısını əla xatırlayıram. O vaxt babam mənə siqaret cəkməyin zərərindən danışanda günlərin birində kömür peçinin hisli borusunu silkələyib ağ qarın üzərinə tökdü vəsiqaret çəkənlərin də nəfəs borularının bu cür olduğunu mənə dedi. Bax o vaxtdan siqaret deyilən bir şeyə nifrət etdim.
Və yaxud içkili vəziyyətdə ailəsinin üzvlərini döyən qonşumuzun vəziyyətini mənə başa salıb deyərdi ki, əgər sən də böyüyəndə içki içsən bax belə olacaqsan. Odur ki, içki aləmində olan insanları həyatı dərk edənə qədər o cür təsəvvür edirdim. Deməyim odur ki, bu cür tərbiyə metodları uşaqlara çox gözəl təsir edir. Yəni bacardıqca günah olan şeylər barəsində övladlarımıza danışıb onları indidən agah etməliyik ki, böyüyəndə o günahlara getməsinlər.
Ən əsası isə indidən uşaqlara tövhidi, Allahın təkliyini, yalnız Ondan yardım istəməni öyrətməliyik.
Uşaq beyni yenicə inşa olunmağa başlyan, özülü yenicə qoyulan bir binadır. Özül əyri və keyfiyyətsiz materiallardan ibarət olarsa gec-tez o bina dağılacaq.
Elə isə gəlin uşaqlarımızın tərbiyəsi mövzusunda daha çox düşünək.
Onları necə tərbiyələndirməyimiz barədə də sorğu-sual olunacağıq.
Bir seyi də nəzərə alaq ki, indinin uşaqıarı da MaşAllah bizim keçmişimiz kimi deyil ha...
Onlar son dərəcə bilikli və bacarıqlı olurlar...
Allahdan istəyim odur ki, bütün gül balalarımızı imanla böyüyənlərdən etsin. Və onları vətənlərinə, dinlərinə, ata-analarına sadiq olanlardan etsin. Amin.

_________________
İbrət naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax
Ammar_Yasir



Daxil ol: C.a. Fev. 12, 2004 10:52
İsmarışlar: 54
Şəhər/ölkə: Baki,Azerbaycan

İsmarışGöndərilib: B. Apr. 04, 2004 2:44 pm    İsmarış mətni: Sitatla cavab ver

Administrator yazıb:
SAlamalykum!
Mövzu gözəl mövzudur. Hərdən bura baş vurub nə isə yazmağa sözümüz olacaq.
İndi siə uşaqlardan... :cry:
Qardaşımız döğru buyurdu. Mən də dində olandan sonra ata-anamı qınadım. Qınadım ki, nəyə görə mənə bu gözəl və təmiz yolu vaxtında göstərməyiblər. Amma indi düşünürəm ki, hardasa onları qınamaq da düzgün deyil. Ateizm quruluşu dinimizi bizə elə unutdurmuşdu ki, çox adamın öz dinindən heç xəbəri yox idi. Mən uşaqlıqdan ucqar bir dağ kəndində babamgildə yaşamışam. Müellim ailesinde olduğumdan terbiyeye çox ciddi fikir verilirdi. Bununla bərabər nənəm yeməyə əlimizi uzatmamışdan öncə Bismillah deməyi xatırladırdı hamımıza. Demək olar ki, uşaqlıqda olan dini söhbətlərin hamısını əla xatırlayıram. O vaxt babam mənə siqaret cəkməyin zərərindən danışanda günlərin birində kömür peçinin hisli borusunu silkələyib ağ qarın üzərinə tökdü vəsiqaret çəkənlərin də nəfəs borularının bu cür olduğunu mənə dedi. Bax o vaxtdan siqaret deyilən bir şeyə nifrət etdim.
Və yaxud içkili vəziyyətdə ailəsinin üzvlərini döyən qonşumuzun vəziyyətini mənə başa salıb deyərdi ki, əgər sən də böyüyəndə içki içsən bax belə olacaqsan. Odur ki, içki aləmində olan insanları həyatı dərk edənə qədər o cür təsəvvür edirdim. Deməyim odur ki, bu cür tərbiyə metodları uşaqlara çox gözəl təsir edir. Yəni bacardıqca günah olan şeylər barəsində övladlarımıza danışıb onları indidən agah etməliyik ki, böyüyəndə o günahlara getməsinlər.
Ən əsası isə indidən uşaqlara tövhidi, Allahın təkliyini, yalnız Ondan yardım istəməni öyrətməliyik.
Uşaq beyni yenicə inşa olunmağa başlyan, özülü yenicə qoyulan bir binadır. Özül əyri və keyfiyyətsiz materiallardan ibarət olarsa gec-tez o bina dağılacaq.
Elə isə gəlin uşaqlarımızın tərbiyəsi mövzusunda daha çox düşünək.
Onları necə tərbiyələndirməyimiz barədə də sorğu-sual olunacağıq.
Bir seyi də nəzərə alaq ki, indinin uşaqıarı da MaşAllah bizim keçmişimiz kimi deyil ha...
Onlar son dərəcə bilikli və bacarıqlı olurlar...
Allahdan istəyim odur ki, bütün gül balalarımızı imanla böyüyənlərdən etsin. Və onları vətənlərinə, dinlərinə, ata-analarına sadiq olanlardan etsin. Amin.

Men de seninle raziyam....Amma namaz ehli olan bir aile gizli de olsa dini oyredirler ushaqlara
_________________
"Namaz insanlari chirikin emellerden uzaqlashdirir"
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Muslima
nəzarətçi


Daxil ol: B. Fev. 01, 2004 15:10
İsmarışlar: 45
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: C. Apr. 16, 2004 11:52 pm    İsmarış mətni: Sitatla cavab ver

Essalamaleykum və rəhmətullah!
Eslinde cox vaxt hec bir sey anlamir, o basa düşmür deyə yanaşdığımız uşaqlar bizlərdən daha həssasdırlar və cox şeyi hətta biz böyüklərdən daha tez duyurlar. Buna gorə də onlarin tərbiyyə etmək üçün bəzən həyata onların gözü ilə baxmağımız gərəkdir. Allah bu məsuliyyətli vəzifə ilə məhz biz qadınları şərəfləndirib. Şahidi olduğum bəzi ailələrdə uşaqlara dinimizi cox yanliş yanaşmalarla anladirlar. Məsələn Allaha daha cox qorxu təlqin edirlər və ya onlarin qavraya bilməyəcəkləri şeylər haqqında məlumat verirlər və. s.
Mənim fikrimcə, ilk olaraq uşaqlara Allahı sevməyi, nə üçün ibadət etdiyimizi, töhvidi başa salmalıyıq. Elə etməliyik ki, onların tərbiyyəsində İslam xurafat kimi deyil amal kimi yer alsın.

_________________
...::Deyilən hər söz mənəviyyatın təsdiqidir!::...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax
orxan bey



Daxil ol: Ç.a. Fev. 03, 2004 20:26
İsmarışlar: 46
Şəhər/ölkə: Azerbaycan,Sumqayit

İsmarışGöndərilib: C. May 14, 2004 8:58 pm    İsmarış mətni: Sitatla cavab ver

ESSALAMU-ELEYKUM.BIRINCI ONU QEYD ETMEK ISTERDIM KI,USAQI TERBIYE EDERKEN HEM DINI,HEM ETNIK,HEM DE MENTOLITET BAXIMDAN TERBIYE ETMEK LAZIMDI.COX YAXIN TANIDIGIM BIR GENC AILE USAQI RUS ESTRADA MUGENNISI "QLYUKOZA"NIN MAHNISI ILE BOYUDURLER.MEN ETIRAZ EDENDE ISE "USAQIN XOSU GELIR"ADI ALTINDA MENE ETIRAZ EDIRLER.GELECEYDE BU USAQ YA DEGENERAT YA DA NESLI QIRIQ BOYUYECEK.

GELIN NESLIMIZI QORUYAQ!!! :lol:
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Mirzə əmi



Daxil ol: Ç.a. May 18, 2004 00:07
İsmarışlar: 47

İsmarışGöndərilib: C.a. May 20, 2004 1:55 am    İsmarış mətni: Sitatla cavab ver

orxan bey yazıb:
NESLIMIZI QORUYAQ!!! :lol:

Nəslimizi qoruyaq ki, nəslimiz də sabah bizləri cöllərə atmasın. Xəbəriniz varmı ki, hər il ahıllar evinə nə qədər qoca atılır :?: Mirzə əminiz sizə desin da: O qədər ki, körpələr evinə körpə atılır. Görən ata-ata hara gedir bu millət :roll:
_________________
Etdim nə yaman əsrə təsadüf, aman ey vah!
La hövlə və la qüvvətə illa və Billah!
(M.Ə.Sabir)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
orxan bey



Daxil ol: Ç.a. Fev. 03, 2004 20:26
İsmarışlar: 46
Şəhər/ölkə: Azerbaycan,Sumqayit

İsmarışGöndərilib: C. May 21, 2004 6:59 pm    İsmarış mətni: Sitatla cavab ver

ESSALAMU-ELEYKUM.MIRZE EMI BIR SEYI QEYD ETMEK ISTEYIREM KI,BU "NESLI QIRIQ"USAQLARI BOYUDENDE BIZIK.ODUR KI,BIRINCI OZUMUZU SONRA NESLIMIZI DUZELDEK. :oops: COX AILELERIMIZDE HEC AZERBAYCAN DILINDE BELE DANISMIRLAR VE YAXUD ECNEBI DILLERIN MUDAXILE ETMESI ILE YARI RUS YARI TURK YARI INGILIS YARIDA AZERBAYCAN DILINDE DANISIRLAR.GOREN BU USAQ BOYUYENDE NE DILDE DANISACAQ.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1205

İsmarışGöndərilib: C.a. Noy. 18, 2004 2:34 pm    İsmarış mətni: Sitatla cavab ver

-b-
AsSalamu alaikum...
Dogrudan da valideynlerden cox sey asilidir...
Anamin 5-6 yasimiz olanda kicik usaq she`rleri, hekayelerile yanasi "Fatihe", "ixlas" surelerini her gun 1 aye olmaqla, oyretdiyini xatirlairam..
Ilk defe ortunerek derse getdiyim gun butun dunya mene dushmen olanda atamin alnimdan operek, xeir-dua vermesi hele de gozumun qabagindadir...Allah ona rehmet elesin, Jennet ehlinden elesin...Ameen! :-(
Shukur Allaha ki, muselmaniq ve ovladlarimiza esl Islam terbiesi verib, xeirli ovlad kimi bouderek Jenneti qazanmaq shansimiz var...
Sehih hedisde Peygemberimizin barmaqlarini bir-birine yaxinlasdirib dediyi kimi:"2 qiz usagini Islam terbiesile boudenle Jennet bax bele olajaiq"...InchaAllah...WaLLahi bu hedisi oxuduqdan sonra oglan ovladi qiz ovladindan ustun tutan valideynleri basa duse bilmirem,,.
WasSalamu alaikum


Redaktə edən: Humeyra, son redaktə tarixi: Ç.a. Apr. 12, 2005 9:55 am, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Qonaq






İsmarışGöndərilib: B.e. Apr. 11, 2005 2:23 pm    İsmarış mətni: Sitatla cavab ver

Tarbiya ilk onca valideynlarin har ikisindan, sonra kanar faktorlardan- usagin dost- tanislarindan, maktabdan va sair asilidir. Man adam taniyiram ki, ailasi tam madaniyyatli insanlardan ibaratdir, ozu da az-cox madaniyyatlidir, amma siqaret cakir, bazan zina edir. Bax bu son keyfiyyatlar ona camiyyatdaki manfi insanlarin- dost-tanislarinin tasirindan yaranib. Aslinda bunun gunahi da yena ana-ataya- hamin madaniyyatsiz insanlarin ana-atalarina aid olur ki, usaqlarini tarbiya eda bilmayiblar...
Əvvələ qayıt
Qonaq






İsmarışGöndərilib: B.e. Apr. 11, 2005 2:27 pm    İsmarış mətni: Sitatla cavab ver

Bazan insanin oz agli da rol oynayir, yani artiq agli basinda olan yeniyetma bilir ki, filan harakati etmak gunahdir, filan harakat ziyanla naticalanir. Agar ovlad bilarakdan gunah is yaxud ziyanli harakat edirsa, bu zaman artiq valideyn na etsin?
Əvvələ qayıt
mumina



Daxil ol: Çər. İyun 29, 2005 16:52
İsmarışlar: 52

İsmarışGöndərilib: Çər. Sen. 28, 2005 7:16 am    İsmarış mətni: Sitatla cavab ver

Assalamu aleykum.Tərcümədəki səhvlərimə görə əvvəlcədən üzr istəyirəm.

Uşaqlarımıza Rasulullah (s.a.s.) sevgisini necə aşılayaq...

Rasulullah (s.a.s.) sevgisini uşaqlarımızın qəlbində yerləşdirməyin bir neçə yolu var. Belə ki:
1.Valideynlər uşaqlarına səhabələrin uşaqlarından rəvayət olunan hekayələri (hədisləri)danışa bilərlər.Yəni məsələn onlar Rasulullaha(s.a.s.) qarşı çıxanlarla necə mübarizə aparırdılar, Rasulullahın (s.a.s) sözlərinə necə əməl edirdilər, əmrlərinə necə tabe olurdular və necə həvəslə Rasulullahın (s.a.s) hədislərini yadlarında saxlayırdılar.
2.Valideynlər uşaqlarına bacardıqca çox hədis öyrətməlidirlər və bunu onlar üçün maraqlı etməlidirlər. Məsələn, hər hədisə görə mükafatlandırmalıdırlar. Zubeyridən rəvayətə görə Malik b.Ənəsin bir qızı var idi və o, Malikin bildiyi hər şeyi əzbər öyrənmişdi.Bu qız qapının ağzında durub tələbələri izləyirdi və əgər tələbələr hər hansı bir səhv etsə idi, o, qapını döyərək Malikə xəbər verirdi və Maəlik də həmin tələbənin səhvini düzəldirdi.
3.Həmçinin onlar uşaqlarına qavrama qabiliyyətinə uyğun olaraq Rasulullahın (s.a.s.) və həm qadın həm də kişi səhabələrin həyatını öyrətməlidirlər.Beləliklə (insha`Allah) onlar belə üstün insanları sevməklə böyüyəcəklər və bu onların davranışlarına təsir edəcək.Çox ciddi bir şəkildə özlərini düzəltməyə çalışacaq, təvazökar olacaq və dinlərinin qayğısına qalacaqlar.
4.Səhabələr və Sələflər çox ciddi bir şəkildə uşaqlarına Rasulullahın (s.a.s) həyatını öyrədirdilər.Eyni zamanda onlar bunu Quranı öyrətməklə birgə edirdilər. Çünki bununla uşaqlar Quranın mənasını daha yaxşı başa düşürlər, həmçinin bu onların hisslərinə də təsir edir. Rasulullahın (s.a.s) həyatını Quranla birgə öyrənmək bütünlüklə İslamı təşkil edir və bu mütləq onların qəlblərinə xüsusi təsir göstərər. Eyni zamanda SEVGİ və CİHAD (sülh) anlamlarının daşıyıcısıdır, Bəşəriyyəti passivlikdən aktivliyə, yalançılıqdan doğruluğa, cahiliyyətin zülmətindən islamın işığına aparır.
5.Valideynlər uşaqlara Rasulullahın (s.a.s.) və səhabələrin həyatını danışmaqla bərabər onlara onların özlərinin edə biləcəyi şeyləri deməlidirlər.
Uşaqlıqda Muhammədi (s.a.s) Həlimə öz himayəsinə götürəndə baş verən əzi hadisələri danışmaq olar; necə Allah( təbərakə və təalə) həliməni qoruyurdu, çətinliklərdən necə xilas edirdi, evində olan bərəkət və s. hamısı Rasulullaha (s.a.s) görə idi. İnşa`Allah həmin uşağın qəlbi Allah (s.v.t.) və Rasulunun(s.a.s.) sevgisi ilə dolub daşar.Əli (r.a.)`dan rəvayətə görə Rasulullah (s.a.s) belə demişdi :”Uşaqlarınızı üç şeyi aşılamaqla tərbiyə edin: Peyğəmbərə (s.a.s) məhəbbət, ailəsinə məhəbbət və Quran oxumaq.Quranın daşıyıcıları (bilənləri) Qiyamət günü Allahın (s.v.t) kölgəsi altında olacaq.O gün ki, Allahdan, Rasulundan və Onun (s.v.t.) seçdiklərindən başqa heç kəsin şəfaəti qəbul olunmayacaq.”Əgər valideynlər Rasulullahın (s.a.s) həyatını öyrətmək üçün gündəlik ailə dərslərində xüsusi vaxt ayırsaydılar bu çox faydalı olardı.Onların yaş səviyyələrinə uyğun olan hərəkətlərlə müxtəlif hekayələr danışmaq onlar üçün həm də maraqlı olar.

Ardı var...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
MÜVAHHİD



Daxil ol: Ç.a. Sen. 27, 2005 23:27
İsmarışlar: 8

İsmarışGöndərilib: C.a. Sen. 29, 2005 12:47 am    İsmarış mətni: Sitatla cavab ver

Allahın salamı Müselmanların üzerine olsun.
Mövzuyla baglı cavabları oxudugumda cox meyus oluram. Önemli olan bu ailelerin özlerinin İslam eqidesi terbiyesi altında böyüyüb böyümemesidir. Her kes Aileden uşaqdan ve onlara verilen İslamı ve ya qeyri İslami terbiyeden danışır. Eqidenin olmadıgı bir ailede İslam terbiyesisnin ne faydası ola biler ki.
Mence önemli olan bu uşaqların eqidesinin terbiye olunmasıdır. Eqidesi olmayan bir uşagın zina etmemesi soyus soymemesi exlaq ve terbiyeli olması hec de müsbet hal deyil. Cünki Tevhidsiz ne exlaqın ne de ki gözel terbiyenin Allah qatında qiymeti var. Mence biz evvelce bu uşaqların ve onların ailelerinin eqidesini düzeltmeye calışmalıyıq. Eqide olduqdan sonra ister istemez exlaq da terbiye de teqva da öz yerini tutacaq. Önemli olan insanlari İslam eqidesinde terbiyelendirmekdir.
Mence EXLAQSIZ BİR MÜSELMAN EXLAQLI KAFİR VE YA MÜŞRİKDEN ALLLAH QATINDA DAHA QİYMETLİDİR.
Gelin ailemize ve uşaqlarımıza evvelce İslam eqidesini öyredek ve onları bu istiqametde terbiyelendirek. Müselmanın terbiyesi onun eqidesinden qaynaqlanır. Allah müselmanlara gözel exlaq ve zefer nesib etsin Amin!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Hənif
idarəçi


Daxil ol: Ç.a. May 18, 2004 19:27
İsmarışlar: 127
Şəhər/ölkə: Azərbaycan. Bakı

İsmarışGöndərilib: C.a. Sen. 29, 2005 10:04 am    İsmarış mətni: Sitatla cavab ver

Bismilləhir-Rahmənir-Rahim!
Qardaşım Muvahhid.
Açığını deyim ki, sizin üslubunuzu başa düşə bilmirəm. Siz Mumina bacının yazısının harasından anladınız ki, bu nəsihətlər kafirlər və onların övladları üçündür. Məndə belə bir təsəvvür yaranır ki, siz ya bəzi firqələr kimi həmişə mövzunu müəyyən istiqamətə yönəltməyə çalışırsınız, ya da sadəcə olaraq hər kəsdə nöqsan axtarırsınız (halbu ki, bu da müsəlmana yaraşmayan sifətdir). Tövhidin mühümlüyünü və onun fəzilətini heç kəs inkar etmir. Əgər biz dəvətçiyiksə və dəvətimizi də Peyğəmbərin (s) dəvətinə müvafiq tərzdə aparmağa çalışırıqsa, onda Peyğəmbərin (s) də etdiyi kimi cəmiyyəti əhatə edən hər bir məsələyə münasibət bildirməliyik. Bu istər ailə olsun, istər ticarət, istər namaz, istər cihad, istər həcc, istər hər hansı ibadət və s. Unutmayın ki, saydığım bu məsələlər barəsində Peyğəmbərimizdən (s) yüzlərlə, hətta minlərlə hədis varid olmuşdur. Bunlar da öyrənilməli və öyrədilməlidir. Odur ki, sizin xoşunuza gəlməsə də belə müsəlmanın öz övladlarını necə tərbiyə etməsindən danışan adama irad tutmaqdansa ona dəstək olub bir neçə hədis də siz qeyd etsəniz zənnimcə daha məqsədəuyğun olardı. Yenə xatırladıram söhbət müsəlmanlardan gedir. Burda o müsəlmanların keyfiyyətindən bəhs edilmir.
Allah sizi elmi eşidib, ondan faydalananlardan etsin!

_________________
Allaha tərəf çağıran, saleh iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
(Fussilət-33)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
MÜVAHHİD



Daxil ol: Ç.a. Sen. 27, 2005 23:27
İsmarışlar: 8

İsmarışGöndərilib: C.a. Sen. 29, 2005 1:38 pm    İsmarış mətni: Sitatla cavab ver

Henif sız menı ınsanlarda ırad tutmaqda ve meselenı basqa ıstıqamete yoneltmekde ıttıham edırsınız. Amma ene ele gelır kı ıstıqametı basqa yere yonelden ele sızsınız. Cunkı men bu movzu ıle baglı oz fıkrımı her kesın yazdıgı umumı fıkre gore demısem sız ıse hemen yozursunuz kı Mumınanın yazdıgının harasından cıxardınız bunlar ? Nese bu onemli deyil. Önemli olan yazılan o hedıslerı Müselmanların uzerınde tedbıq etmekdır. Henıf bıırsen menı narahat eden odur kı Sen ve senın kımı dusunenler Resulullahın s.e.s müselmanlarla baglı soyledıyı hedıslerı her kese samıl edırsınız. Sen evvelce cemıyyetın bu terbıye problemıne munasıbbetden danısırsan sonra da deyırsen kı tebıı kı sohbet muselmanlardan gedır. Sen hele de goru bu cemıyyet ne vaxtan İslam cemıyyetı oldu ? Bu cemıyyet Tevhıdı oyrendımı kı onların terbıyesınden exlaqından danısaq he? Sızın sozlerınızde hemıse celıskı olub. Gah deyırsız beı Tevhıd onemlıdır amma baxırsankı bu Musrıklerın terbıyesı ve exlaqı sızı yaman narahat edır. Demek kı semımı deyılsınız. Semımı olsanınz evvelce bu ınsanları srkden qurtarmaga calsardınız terbıye ve exlaqa cagırmazdınız.
Allah sene ve senın kımılere once Iman sonra ıse gozel exlaq nesıb etsın.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
mumina



Daxil ol: Çər. İyun 29, 2005 16:52
İsmarışlar: 52

İsmarışGöndərilib: Ş. Okt. 01, 2005 6:50 am    İsmarış mətni: Sitatla cavab ver


Assalamu aleykum wa rahmatullah.
Pis xasiyyətli uşaqlarla rəftar.
Şeyx Salman al-Oadah (bunun oxunuşunu bilmirəm : ))
Mən həmişə təəccüblənirəm ki, insanların çoxu daima uşaqlarının pis xasiyyətli olmasından şikayət edir və uşaqları hirslənəndə nə edəcəkləri barədə ən adi bir fikirləri də olmur.Çox vaxt uşaqlarımız əsəbiləşəndə onlardan bizi təəccübləndirən və yaralayan sözlər eşidirik.Əllərini sinələrinin üstünə qoyaraq belə deyirlər: “Mən sənə nifrət edirəm” və ya “Mən səni istəmirəm” və ya “Mən bir də səni sevməyəcəm”.Uşaqlar beləı sözləri hirslənəndə deyirlər və belə olduqda valideynlər çox vaxt özlərini itirirlər və bilmirlər onlara acı, kobud sözlər desinlər, söysünlər yoxsa alqışlasınlar.Çoxları bilmir ki, uşaqlarını pis xasiyyətlərinə görə necə tərbiyə etsinlər.Həqiqətdə uşaqlara vurmaq və ya söymək tələsik reaksiyadan başqa heç bir şey deyil.Həmçinin uşaqları bununla başa salmaq olmur.Aşağıda vəziiyətdən asılı olaraq valideynlərin uşaqlarına necə təsir etmələri barədə bəzi məlumatlar var:
*Əgər biz Rasulullahın həyatına nəzər salsaq görərik ki, O (s.a.s) heç zaman zövcələrinə və qulluqçularına qarşı kobud olmayıb.Mən “vurmaq və ya vurmamaq” məsələsini müzakirə etmirəm. Sadəcə demək istəyirəım ki, uşaqları tez-tez vurmaq problemin həlli deyil, əksinə həllindən çox-çox uzaqlaşmaqdir.
Çox valideynlər uşaqları əsəbiləşəndə nə etməli olduqlarını səhv salırlar: “fikirlərini əsəbiləşdikləri şeyəmi yönəltməlidirlər yoxsa əsəbiləşmələrinəmi. Mənim fikrimcə əsəbiləşmənin səbəbini araşdirmaq, fikri əsəbiliyin özünə yönəltməkdən daha faydalıdır.Çünki bununla problem daha tez həll olunar.
*Biz yetgin bir insan olduğumuz halda hirslənəndə özümüzü idarə edə bilmiriksə,bunu uşaqlarımızdan necə gözləyə bilərik? Bu bizim üçün çox vacibdir ki, uşaqlarımıza sakit olmağı, təmkinli olmağı və hirslənəndə özünü idarə etməyi və ətrafdakılarla necə rəftar etməyi öyrədək. Əgər biz özümüz bunu bacarmırıqsa, onda uşaqlarımızı tərbiyə etmək cəhdində heç bir nailiyyətimiz olmaz və biz onların pis xasiyyətləri ilə mübarizə apara bilmərik. Köhnə bir ərəb məsəlində belə deyilir:” Sən səndə olmayan bir şeyi verə bilməzsən”.Bu doğrudur.Əgər valideynin özünün pis xarakteri varsa və o hirslənəndə özünü idarə edə bilmirsə, o bu günaha görə necə uşağını təqsirləndirə biləı? Valideynlər numunədirlər və uşaqlar valideynlərində nə görürlərsə onu edirlər. Niyə də biz uşaqlar əsəbiləşəndə, onun nəyə hirsləndiyini müzakirə etməyək? Şübhəsiz ki, bu uşaqların üstünə qışqırıb onların əsəbləri ilə oynamaqdan daha yaxşıdır.Uşaqlarla oturub belə məsələləri müzakirə etmək qətiyyən çətin deyil, həmçinin problem də deyil. Quranda da dəfələrlə rast gəlmişik ki, Aləmlərin Rabbi olan Allah (s.v.t) öz mələkləri və peyğəmbərləri ilə belə müzakirələr aparır. Hətta Süleyman (a.s) quşlarla bu barədə danışırdı.Onda niyə qanımızdan, canımızdan olan uşaqlarımızla səmimi bir söhbət etməyək?
Bəzi valideynlər isə öz uşaqlarını “qanmır” , “başa düşməz”, “ağlı yoxdur”, “süuru çatmır”, “hələ uşadır” və s. kimi qələmə verirlər və fikirləşirlər ki, onlarla ciddi söhbət etmək vaxtı hələ çatmayıb. Mən fikirləşirəm ki, bu, çox geniş yayılmış böyük bir xətadır. Əgər biz rasulullahın həyatına nəzər salsaq görərik ki, o uşaqların fikirlərinə çox diqqətli və ciddi yanaşırdı.
*Biz uşaqlarla ünsiyyətdə olanda səbrlə davranmalıyıq. Uşaq mənliyi arzularla əhatələnmiş, sonsuz təxəyyülləri ilə təəssüratlarla doludur.Buna görə də onlarla öz yaşıdlarımız kimi rəftar edə bilmərik.Onalr hələ nəyin yaxşı, xeyirli, nəyin isə pis olduğunu ayıra bilmirlər.
Uşaqların valideynləri tərəfindən sevilmədiklərini hiss etməsi valideynləri üçün böyük xətadır. Belə olduqda cəzalananda da bu onlar üçün adi bir hadisə olur. Sevgini hiss etmək həmişə mövcud olmalıdır.Hətta çox acı dərman verəndə də. Bu da qeyd edilməlidir ki, uşaqlar bizim qəlbimizdə xüsusi bir yerə hakimdirlər və nə qədər ki, onlar hələ uşaqdırlar, bizim üzərimizdə təsirləri var.
*Valideynlər uşaqlarına öz hisslarini deməyi öyrətməlidirlər və elə etməlidirlər ki, keyfləri pis olanda və ya hirslənəndə qışqırıb-bağırmaq əvəzinə sadəcə dərdlərini onlara desinlər.
Uşaqlarımızı nəyin əsbiləşdirdiyini öyrənmək istədikdə bu barədə onların öz dillərində danışmalıyıq və nəyisə başa salanda bunu onların anlayacağı tərzdə etməliyik. Problemin nə qədər ciddi hətta bəzən təhlükəli olmasına baxmayaraq biz onlarla öz yaşıdlarımız kimi davrana bilmərik. Onların uşaq olduqlarını heç vaxt unutmamalıyıq.Balaca bir qız Rasulullahın (s.a.s) əlindən tutmuşdu və həmin qız Rasulullahı (s.a.s) hara aparırdısa, Rasulullah (s.a.s) də ora gedirdi. (qızın xətrinə dəymirdi). Uşağın azadlıq içərisində yaşadığını hiss etməyə ehtiyacı var. Onun hər qüsuru ətrafdakılar tərəfindən tənbeh edinilməməlidir. O, artıq olduğunu hiss etməməlidir.Yoxsa daima öz hisslərini, sıxıntılarını gizlətməyə çalışacaq.
*Uşaqlarınıza məsləhət verin, onları idarə etməyin. Sadəcə özlərini idarə etməkdə onlara kömək edə bilərsiniz.
*Biz uşaqlarımıza öz əsəblərini idarə etməyin yolunu öyrətməliyik. Bunu etməyi bacarsa, əsəbləri sakitləşər və öz hisslərini daima nəzarət altında saxlaya bilər.Uşağın özünü sakit aparanda onu mükafatlandırmağı da unutma. Qoy o sizin xoş sözləriniz və iltifatlarınızla anlasın ki, onun bu hərəkəti sizin nəzərinizdən qaçmayıb. Əməyinin nəticəsi kimi ona nə isə verin.Heç nə olmasa cibinizdən bir qələm çıxarıb verin.
*Uşaqla oyna.Sən hirslənmiş bir adam ol və qoy uçaq səni sakitləşdirməyə çalışsın.qoy bu cəhd ilə öz hisslərini biruzə versin.
*Uşağı belə deməyə “Mən filan şeyə görə hirslənmişəm”təhrik etmək, qışqırıb üsyan etməsindən daha xeyirlidir.
*Uşağa qarşı monarxiya heç də həmişə düzgün deyil. Biz uşaqlara “Kəs səsini”, “Rədd ol yanimdan”,
“Əgər əlimi qaldırsam başını əzərəm”, “Mənlə bu tonda danışma” kimi ifadələri işlətməkdən çəkinməliyik.Bu cür anlarda biz belə sözlər işlədə bilərik: “Əzizim mən sənin atanam/ ananam və səni sevirəm. Sən hirslənəndə mən pis oluram, ona görə belə eləmə”. Uşağın sənin hislərini başa düşməsi muhum məsələlərdəndir.Bugünün uşağı sabahın gənci olacaq və əgər biz uşağımıza az yaşlarında anlayış göstərməsək gələcəkdə buna görə təəssüf edəcəyik.
Biz bütün işlərimizdə Rasulullaha (s.a.s) tabe olmalıyıq. Ənəs (r.a.) Onun (s.a.s) haqqında deyirdi: “Allaha and olsun ki, Allahın Rasulu (s.a.s) kimi öz ailəsinə mərhəmət göstərən başqa birini görmədim.(Səhih Muslim 2316)
Rasulullah (s.a.s) uşaqları sevirdi. O(s.a.s) oğlu İbrahim öləndə ağlamışdı.Səhabələrin uşaqları anadan olanda onu Rasulullahın (s.a.s) yanına gətirərdilər və Rasulullah (s.a.s) onlara adlar təklif edərdi. Bəzən isə uşaqların adlarını daha yaxşı adlarla dəyişdirərdi. O(s.a.s) uşaqlarla oynayardı və onları güldürərdi. Rasulullahın (s.a.s) nəvəsi Həsən (r.a.) Rasulullahın (s.a.s) otağına girdi və başladı onun yanında atılıb –düşməyə.Rasulullah (s.a.s.) də onu öpdü və dedi:” Ey Rabbim! Onu sev və onu sevənləri də sev.”( Sahih əl-Buxari(2122) və Sahih Muslim (2421))
O (s.a.s) məscidə Həsəni və ya Hüseyni çiyinlərində daşıyaraq gedərdi.Bir dəfə O (s.a.s) Umaməh binti Zeynəbi qucağında tutaraq namaz qılmışdı. Hətta Rasulullah (s.a.s.) sağ tərəfində oturan kiçik bir uşaqdan suyu birinci sol tərəfində oturan böyüyün içməsi üçün icazə istəmişdi.Uşaq buna etiraz edəndə Rasulullah (s.a.s) suyu birinci ona verdi.
Amr bin Salamah öz əhlinə (qəbiləsinə) 6 yaşı olmasına baxmayaraq imam olmuşdu. Çünki qəbiləsi arasında qurandan ən çox ayə bilən o idi.
Belə nümunələr çoxdur və bu nümunələrə hörmət etsək, Rasulullahın (s.a.s) şəxsiyyətinin böyüklüyü bizə daha aydın olar. Ümumiyyətlə Şərqdə və Qərbdə ən yaxşı təhsil ocaqları və dərsliklər Rasulullahdan nümunələrə ehtiyac duyur. www.islamtoday.com
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Abu Turab



Daxil ol: C.a. Okt. 06, 2005 13:58
İsmarışlar: 72
Şəhər/ölkə: Sumqayit

İsmarışGöndərilib: Ç.a. Okt. 11, 2005 12:51 pm    İsmarış mətni: Sitatla cavab ver

Assalamu Aleykum eziz Muselman baci ve qardashlar

Gozel movzudur. Ve mende oz fikirlerimle bolushmek isterdim InshaAllah

Evvela Mumina bacimiza gozel melumatlara gore teshekkur edirem. Allah Razi olsun.

Ancag eyni zamanda dushunurem ki, ushagla boyukler arasinda bir sheyde eynilik var. Yeni ushaglar da boyukler de mueyyen bir meseleye fundamental yanashmagi xoshlayir.. Chox qeliz olmasin deye misal deyeceyem. Meselen ushaglar da boyukler de mueyyen mesele hagda eshidende ve ya dushunende birinci sual ve ya dushunce "Hardan oldu bu?", "Kim etdi bunu?", "Neden bashladi bu?" kimi suallarla maraglanirlar.. Ferg yalniz ondadir ki, boyukler bu suallara ozleri mueyyen mentiqe uygun cavab tapa bilirler, ushaqlar ise bu barede chetinlik chekirler. Ve mene ele gelir ki, bu meseleden istifade edib ushaglarin dushuncesine birinci novbede kainatda, heyatda, her yerde ve her sheyde Ulu Yaradanin - Allahin sebebkar ve her sheye qadir olan bir varlig oldugunu yeritmek lazimdir. Yeni ushag en evvel derk elediyi her sheyin Allahdan, Allahin istediyi kimi ve Allahin emri ile oldugunu derk elemelidir. Allahin insani nece gozel bichimde yaratdigini ona heyatda nece gozel nemetler bexsh etdiyini derk eletdirmek lazimdir. Yeni ushag derk etdiyi her bir sheyin Allahla bagli oldugunu bilmelidir.. Valideyn de ushagi buna inandirmalidir. Artig bundan sonra mene ele gelir ki, Mumina bacimizin dediyi shekilde ushaglarla reftar etmek olar. Yeni Allahin kim oldugunu hech olmasa umumi shekilde bilmeyen ushag Peygember ve onun sehabeleri hagda olan hekayelere nagildan bashga bir shey kimi baxmayacag. Buna gore de men mueyen menada MUVAHHID qardashin dedikleri ile raziyam. Evvelce Tovhid sonra ise qalan sheyler

_________________
ALLAHU AKBAR
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
mumina



Daxil ol: Çər. İyun 29, 2005 16:52
İsmarışlar: 52

İsmarışGöndərilib: B.e. Fev. 06, 2006 9:14 pm    İsmarış mətni: Sitatla cavab ver


Assalamu aleykum
Uşaqları namaza həvəsləndirmək Uşaqların namaz qılması və namazdan zövq alması üçün praktiki yöntəmlər.
Abdullah ibn-i Qartdan (r.a) rəvayət olunan hədisdə Rasulullah (s.a.s) belə deyir:” Allahın (s.v.t.) qullarının qiyamət günü sorğulanacağı ilk əməl namazdır.Əgər bu yaxşı olsa, onda onun yerdə qalan əməlləri də yaxşı olacaq.Əgər bu pis olsa, onda yerdə qalanları da pis olacaq.”(Təbərani)
Həmçinin namaz Allahın (s.v.t.) fərz buyurduğu ilk ibadətdir.Buna görə də bu, möminlər üçün çox mühümdür.Namaz valideynlərin uşaqlarına öyrətməli olduğu ən birinci öhdəlikdir.”Uşaqlara namazı necə öyrətməliyik” məsələsini müzkirə edəndə. Valideynlər adətən buna nə vaxt başlamalı olduqlarıını soruşurlar.Gəlin bir az realist olaq, uşaqlar və bir sıra gənclər üşün namazı öyrənmək asan deyil.Bəzən namazın ən adi hərəkətini izah etmək çox çətin olur.
Namazı öyrənən ən birinci yadında müxtəlif duaları və qurandan ayələr saxlamalıdır-diqqəti namaz üçün zəruri olan digər hərəkətlərə yönəltməyərək.Beləliklə düzgün tələffüzü və namazı nəyin, nə vaxt və necə səhih,tam etdiyini öyrənməlidir.Bütün bunlar elə də qısa olmayan vaxt əhatə edir.Ona görə də bizdə belə bir sual oyanır: Uşaqlar nə vaxt namazı öyrənməlidirlər? Abdullah ibn Amr ibn əl-As`dan (r.a.) rəvayət olunan hədisdə Allahın Rasulu (s.a.s.) belə deyir:”Uşaqlara 7 yaşında namazı öyrədin,qılmasalar, onları döyün və onların yataqlarını ayırın.(Əbu Davud) Bu o demək deyil ki, valideynlər uşaqlarına namaz qılmağı ancaq və ancaq 7 yaşına çatanda öyrətməlidirlər.Qeyri-rəsmi məlumatlara görə daha doğrusu uşaqlara namazı onların buna həvəsi yaranan vaxt öyrətmək lazımdır.Hansı ki, bu çox vaxt uşaqların 2-3 yaşlarına təsadüf edir.Bu insani qayda-qanundur ki, uşaqlar bu yaşlarında valideynlərini təqlid etməyi sevirlər.Əslində bu metod Allahın (s.v.t.) bizə olan nemətidir ki, bununla uşaqlarımızı öyrədə bilirik.Buna görə də balaca uşaqların valideynləri öz övladlarına onların yanında durub “namaz qılmağa” icazə verməlidirlər.Bunun 2 faydası var; Birinci-bu uşaqlara öyrədir ki, hər bir müsəlman gündə 5 dəfə namaz qılmalıdır.İkinci-uşaqların namazın hərəkətlərini yadlarında saxlamasına kömək edir.
Çox təəccüblüdür ki, valideynlkərin yanında namaz qıla-qıla 2 yaşlı uşaq Allahu Əkbər kəliməsini öyrənir.
Ikinci cəhd uşağa fatihəni öyrətməkdir.Bunu isə 3-4 yaşlarında etmək olar.Uşaqlar hər hansı surəni və ya namazın hərəkətlərini öyrənəndə bunu yadlarında saxlamalıdırlar.Buna görə onlara ən əvvəl daha tez yadda qalan surələr (ayələr) və qısa dualar öyrətmək lazımdır.Həmçinin əvvəlcədən öyrənilmiş yeniöyrənilənlə birlikdə təkrar olunmalıdır.Bütün bunlar hər gün 5-15 dəq çəkməlidir.Bu yaşda praktikanın nə qədər müddət davam etməsi elə də mühüm deyil, yəni ardıcıl olmaya da bilər. Bunu da qeyd etmək lazımdır ki, uşağın hər gün yeni material öyrənməsi vacib deyil.Valideylərin maraqlandığı ikinci sual isə budur:”Surələri təcvidlə öyrətmək lazımdır?”Əslində bəzi valideynlər bunu məqsədəuyğun hesab edirlər.Uşaqlar uşaq mahnılarını çox asanlıqla yadlarında saxlayırlar.Uşaqların çoxu üçün ifa ilə qavramaq asan olur.Ümumiyyətlə bu yaşda diqqəti uşaqların qayda-qanunu təkrarlamasına yox, onları razı salmağa yönəltməliyik.
Uşaqlara nəyi isə öyrədəndə xüsusi rejim çox uğursuz vasitədir.Maraqlı üsullar seçmək daha uyğun olardı.Məsələn:rəngli kitablarla, hekayə kitabları ilə, video, audio kasetlərlə və ya kompyuter proqramları ilə.Materialın öyrədilməsində üsullar müxtəlif olanda,uşaqlar məlumatı asan qavrayırlar.Bunlar uşaq üçün təkcə əyləncə olmayacaq , eyni zamanda öyrənmənin sürətini və keyfiyyətini artıracaq.Ən sonda, uşaqlarınöyrənməsini asanlaşdıran ən mühüm şeylərdən biri tərif və dəstəkdir.Unutma ki, uşaqlar valideynlərini razı salmağı çox sevirlər.Uşaqların uğurlarına görə tərif olunması və təbrik edilməsi də mühümdür.xüsusi ilə də namazı öyrənib qurtaranda.Tərif uşaqları öyrənməyə davam etməyə və yeni məqsədlər üçün çalışmağa təhrik edir. www.zawaj.com
wassalam
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: B.e. Sen. 11, 2006 12:56 am    İsmarış mətni: Sitatla cavab ver

Assalamu aleykum.

Uşaqların tərbiyəsi ilə əlaqəli bəzi hökmlər.
10 yaşına çatmış oğlan və qız uşaqlarının yataqlarını ayırmaq lazımdır.
Anadan olan oğlan uşağı üçün iki, qız üşağı üçün isə bir qoç kəsmək Peyğəmbərin (s.ə.s) sünnəsindəndir. Bu əməl uşağın anadan olduğu gündən yeddi gün sonra olmalıdır.
Uşaqların birini o birindən üstün tutmaq olmaz. Peyğəmbər (s.əs.) demişdir:"Allahdan qorxun və övladlarınıza qarşı ədalətli olun"
Qız uşağına yeddi yaşından həddi büluğa çatana qəzər hicab geydirmək müstəhəbdir. Bu uşağın həddi-büluğa çatdıqdan sonra müntəzəm hicab geyməsinə müsbət təsir göstərir.
Uşaqları məscidə aparmaq caizdir.
Qəzəbləndikdə uşaqları lənətləmək və ya onların bəd dua etmək haramdır. Bu halda onları söymək (eşşək, heyvan və s.) bəyənilmir. Çünki bu onların tərbiyəsinə məbfi təsir göstərir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Zəhra_H



Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09
İsmarışlar: 499

İsmarışGöndərilib: Çər. Okt. 25, 2006 9:06 pm    İsmarış mətni: Sitatla cavab ver

Uşaq tərbiyəsində xüsusi diqqət yetirilməli nüanslar:

1. Uşaqlara "Lə ilahə illəllah və Mühəmmədən Rəsulullah" şəhadət kəlməsini öyrətmək və uşaq böyüdükcə bu şəhadətin mənasını ona izah etmək;
2. Uşağa Allahın yeganə Xaliq- Yaradan olmasını, ibadətlərin və əməllərin yalnız vahid Allaha aid olmasını təlqin etmək;
3. Uşaqları yeddi yaşa çatdıqda namaza həvəsləndirmək, on yaşa çatdıqda isə əgər biganə münasibət bəsləyirlərsə, başqa metod kar etmədikdə hətta onları döymək;
4. 10 yaşına çatmış uşaqların yataqlarını ayırmaq;
5. Allaha çoxlu dua etməyi, Cənnət arzulamağı, yalan danışmamağı, ata-anaya hörməti təlqin etmək;
6. Qız uşaqların kiçik yaşlarından hicaba və İslami libaslara vərdiş etdirmək, bayıra çıxarkən qısa, dar paltarlara icazə verməmək.
7. Uşaqlara bir iş gördükdə, məsələn, bir əşyanı bir nəfərə verdikdə və ya ondan aldıqda, yemək yedikdə və içdikdə sağ əldən istifadə etməyi öyrətmək;
8. Hər hansı bir işə başladıqda uşağı, məsələn yemək yedikdə "Bismilləh" deməyə öyrəşdirmək.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> İslamda qadının yeri Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


© Azerislam.com - Müstəqil İslam saytı.
Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.