Daxil ol: Ş. May 12, 2007 22:43 İsmarışlar: 53 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: C. İyun 08, 2007 7:51 pm İsmarış mətni: " Dünyanın Möcüzəli Yerləri "
ÖN SÖZ
Bir qrup mütəxəssislər dünya möcüzələrinin çox yüksək səviyyəli bilik və texnologiyanın köməyi ilə yer üzündən yox olmuş sivilizasiyalar tərəfindən inşa edildiyini bildirirlər.
Digər bir qrup alimlər isə yer kürəsinə həyatın göylərdən yerə təşrif etmiş qədim astronavtlar yüksək səviyyəli sivilizasiya tərəfindən gətirildiyini təxmin edirlər.
Alimlərin çoxu isə bu fikirləri bütövlükdə qəbul etmir və dinlərə əsaslanaraq müəmmalı tikililəri araşdırmağa çalışırlar.
Bu bölmədə biz sizə yer kürəsində dünyanın möcüzəsi kimi məlum olan yerlər haqqında məlumatlar dərc etməklə bunları elmi aspektlərdən izah etməyə çalışacayıq.
Ancaq bu möcüzələrin ən yaxşı açıqlaması Müqəddəs Kitabımız Qurani Kərimdə gözəl açıqlanmışdır:
"Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğu görmürlərmi? Onlar bunlardan daha qüvvətli idilər. Onlar torpağı qazıb altına üstünə çevirmiş və yer üzünü bunlardan daha çox abad etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər. (Rum, 9) "
"Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlardan bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan qoruyan bir kimsə tapılmadı. (Mumin, 21) " _________________ “Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Daxil ol: Ş. May 12, 2007 22:43 İsmarışlar: 53 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: C. İyun 08, 2007 7:56 pm İsmarış mətni:
NAZKA (NAZCA) CİZGİLƏRİNİN SİRRİ
Zaman: e.ə. 100 – e.s. 700 Məkan: Cənubi Peru
Perunun cənub sahillərinin Nazka xalqı kiçik krallıqlar federasiyası idi. Kəndlilər, balıqçılar və mütəxəssis toxucular. Bunlar həssas bir Cizgi lövhəsi potensialına malik bir səhra olan Pampa de Ingenio-nun kənarlarında yaşayırdılar.
Burada nazik qum və xırda daşlardan ibarət torpaq təbəqəsini qaldırmış və ağ alluvinin üzərinə yerdən əsla görünməyəcək qədər böyük qarmaqarışıq cizgilər və fiqurlar toru hörmüşdülər. Səhranın yuxarısından bir təyyarədən baxdıqda bəziləri bir təyyarənin enmə zolağı qədər geniş olan bu cizgilərin vadilər və alçaq təpələr boyunca kilometrlərlə uzandığı müşahidə edilir. Digərləri mərkəzlərdən yayılır. Bəzi cizgilər nəhəng quşlar, meymunlar, balina, hörümçəklər və hətta bitkilər formasında birləşir, ancaq bunları çəkənlər bu nəsnələri əsla bütün şəkildə görə bilməzdi. Bəs onda təyyarələri olmayan insanlar bu cizgi və şəkilləri niyə çəkmişlər?
Cizgilərin Araşdırılması
Almaniyalı riyaziyyatçı Mariya Reiche, 1939-cu ildə Faşist Almaniyasından Peruya qaçmış və Nazkada müəllimliyə başlamışdı. Reiche, çox keçmədən qeyd etməyi və qorunmağı öz işi hesab etdi və uzun illər boyu onları ölçdü. Bu cizgilərin üfüqdəki səmavi hadisələri göstərdiyinə və heyvanların da göydəki ulduz qruplarını təmsil etdiyinə inanırdı.
Reiche 1963-cü ilə qədər iyirmi ildən çox demək olar ki, tək çalışdı. Ancaq bir müddətdən sonra, sirli və gizli hadisələrlə məşğul olan insanlar Pampaya axın etməyə başladı. Hətta arxeoloq Erich von Daniken, yazdığı populyar arxeologiya (və ya kosmos) kitablarında cizgilərin qədim astronavtların kosmik gəmiləri üçün hazırlanmış enmə zolaqları olduğunu da bildirdi.
1970-ci illərin axırında elm adamları, Nazka Cizgilərinin Peru sahillərinin böyük qismində olan və “geoqlif” (geo-çalalar) adlandırılan yer şəkillərinin oxşarı olduğunu anladılar. Antoni Aveni və Gary Urton, 62 dənə şüanı xatırladan mərkəzin şəklini çəkdilər və Nazka yaxınından bəzən 13 kilometr uzanan 762 uzun cizginin düşülüşünü çəkdilər. Aveni bunları kompüterə yüklədikdə çoxunun, illik yağış sularının And dağlarından sahil çaylarına axmağa başladığı Noyabr əvvəllərindəki çətin günlərdə üfüqdə günəşin çıxdığı nöqtə ilə toqquşduqlarını təsbit etdi.
Arxeoloq Persis Klarkson 1600 kilometrlik cizgilərdə mədəni qalıqlar axtardı. Cizgilər boyu gedən insanların düşərgə yerləri ola biləcək kobud sığınaqlar və gil qab-qacaq hissələri tapdı. Aveni ilə yoldaşları, Nazka cizgilərinin Pampaya su gəlişi əsnasındakı, ayın fəaliyyətinin önəmli bir qismi kimi yerli qohum qrupları tərəfindən qorunan, təmizlənən və süpürülən yollar olduğuna inanmışdılar.
Şüa mərkəzləri suyun Pampaya birləşən çay vadilərinə gəldiyi yerlərə yaxın sahələrdə toplanmışdı. Maili çalalar qədim kiçik çay yataqları arasındakı yüksək ərazi hissələrində idi. Bəlkə də bunlar suyun axma istiqamətinə işarə edirdi.
Cizgilərin Mənası
Cizgilərin qədim Nazka həyatında əhəmiyyətli bir simvolik rol oynadığını qəbul etsək də, Nazka inancları haqqında bir məlumat olmadığı üçün heyvan və bitki “geoqlif”lərinin mənasını bilmirik. And dağlarında dağ tanrılarının insanları qoruyub havaya nəzarət etdiyinə inanılırdı. Bunlar göllərlə, çaylarla və Sakit Okeanla əlaqələndirilir. Nazka yağış yağdırma ayinlərində, suvarma kanalları üçün su qaynağı olan yerli dağlar vacibdir.
Arxeoloq Yohan Reynhard, indiki Boliviyada bəzi kənd kilsələrinin uzun yer cizgilərinin ucunda yerləşdiyini göstərmişdir.
Bəlkə də bu cizgilər yerli dünyaya kök salmış siyasi, ictimai və dini fenomenlər idi. Bu cizgilərdə yeriyərək axıra kimi gedənlər ritual varlıqlara çevrilirdi və bu da müxtəlif rəqs, bəzəkli geyimlər, maskalar və şamanist translarla mümkün olurdu.
Əsrarəngiz Nazka Cizgiləri həmişə müzakirə mövzusu olacaq. Ancaq son araşdırmalar, səhradakı cizgilərlə Sakit okean boyu yaşayan insanlar və kənd təsərrüfatı məhsulları üçün həyat olan su arasında yaxın bir əlaqəyə işarə edir. _________________ “Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Daxil ol: Ş. May 12, 2007 22:43 İsmarışlar: 53 Şəhər/ölkə: Baki, Azerbaycan
Göndərilib: B.e. İyun 25, 2007 8:57 pm İsmarış mətni:
NƏHƏNG PİRAMİDALAR
Zaman: e.ə. 2551-100 Məkan: Misir
Piramida nərdivan pillələri kimi sıra ilə inşa edilmişdi. Bu şəkildə tamamladıqdan sonra taşları yerlərinə qısa taxta kötüklərindən düzəldilmiş makinalarla qaldırdılar. – Herodot / e.ə. təqribən 430.
Herodotun yaşadığı illərdən bəri Misirlilərin piramidaları necə inşa etdikləri və daşları necə qaldırdıqları haqqında bir çox müzakirə aparılmışdır. Heyif ki, Misirlilərdən dövrümüzə bu mövzuları izah edən çox sənəd olmadığına görə meydana atılan bütün fərziyyələr ancaq təcrübi arxeologiya ilə sınanaraq inanmağa çalışılmışdır.
Daşların xam olaraq daş ocaqlarından çıxarılması, yonulması və yonulmuş bu daş blokların və dik daşların nəqli mövzularında bir çox cavabı olmayan suallar olsa da, bəlkə də ən böyük sirr, piramidaların və dik daşların həqiqətdə hansı texnika ilə tikilməsidir.
Piramidaları necə o qədər düzgün inşa edə bildilər?
Misirdə müasir arxeologiyanın mübahisəsiz banisi sayılan Flinders Petri 1880-82-ci illərdə hamısı 13-cü yüzilliyin ortalarında yaşamış 4-cü xanədan hökmdarlarından Xeops, Kerfen və Mikerinosun piramidalarının olduğu əl-Giza platformasında çox dəqiq bir araşdırmaya başlamışdı. Tapıntılar, ərazinin çoxlu xəndəklər qazıb bunları su ilə dolduraraq və sonra da ətrafdakı “daş adaları” istənilən səviyyəyə endirərək düzəldildıyini xatırladırdı.
Yüz ildən sonra Amerikalı Mark Lehner, əl-Giza piramidalarının ətrafındakı qaya təbəqəsində olan müxtəlif dəlik və xəndəklərin sxemini çəkdi və bu həssas işlərin ərazinin hər yerində deyil, piramidanın ən alt daşlarının yerləşdiriləcəyi yerin kənarında dar yollarda düzəldildiyi fərziyyəsini irəli sürdü.
Giza piramidalarının hər birinin ortasında massiv bir qaya kütləsi var. Bunları piramidaların içində bir neçə yerdə görmək olar. Bu təbii qayacıqlar, inşaatçıların tam bir dördbucaq əldə etmək üçün küncləri ölçməklərinə mane olmuş ola bilər.
Dövrümüzə gəlib çatan alətlərdən anladığımıza görə Misirli memarlar və inşaatçılar xüsusilə iki alətdən istifadə edirdilər. Düz cigiləri və dik bucaqları düzəltmək və tikintilərin künc və kənarlarını astronomik nizama görə yerləşdirmək üçün merkhet və bay.
İngilis alim E.S. Eduards, doğru şimalın, hər halda qərbdə və şərqdə müəyyən bir ulduzun doğması və batması nöqtəsini ölçüb sonra bu iki nöqtə arasındakı bucağı iki bərabər hissəyə bölərək tapıldığını iddia etmişdir.
Daha yaxın zamanlarda Keyt Spenser, Böyük Piramidanın memarlarının, şimal qütbü ətrafında fırlanan iki ulduzun (Böyük Ayı ilə Kiçik Ayı) Xeops piramidasının inşa edildiyi zənn edilən e.ə. 2467-ci ildə bir xətdə olduqlarını görə biləcəklərini irəli sürən qəbul edilə bilən bir fərziyyə ilə çıxış etmişdir. Daha əvvəlki və sonrakı piramidaların istiqamətlərindəki xətaların, bu xəttin doğru şimaldan kənara çıxma dərəcəsi ilə əlaqəli olması da bu fərziyyəni dəstəkləməkdədir.
Piramidalar Necə İnşa Edildi?
Saxaradakı və Gizadakı günümüzə qalan dəlillər (xüsusilə də tamamlanmamış piramidalardan) daş blokları piramidalar üzərindəki axır yerinə qoymaq üçün ən az beş fərqli yoxuş sisteminin istifadə edildiyini göstərməkdədir. Ən asan və ən aşkar metod birbaşa yoxuş sistemidir. Ancaq ümumiyyətlə bu yoxuşlar üçün lazım olan genişlik, bunların seyrək istifadə edilmiş olduğu mənasına gəlir.
Piramidanın bir tərəfində dar pilləkənlərdən ibarət olan nərdivan yoxuşu isə digərlərindən daha dik bucaq olmalıdır. Bu tipin izləri Sinki, Meidum, Giza, Əbu Qurob və Liştdə tapılmışdır. Piramidanın bir tərəfində dolambaclı bir pilləkən piramidaların inşasında ən yaxşı yol olsa da, Saxara, Sinki və Meidum pilləkənli piramidalarında bunun istifadə edildiyinə dair bir iz tapılmamışdır.
Yoxuş növləri ilə yanaşı digər mübahisəli məsələ daş blokları üçün istifadə edilən qaldırıcılardır. Misirlilər kran və palanqadan istifadə etmədikləri üçün, blokları yerinə yerləşdirməkdə taxta və mis qaldırıcılardan istifadə edildiyi qəbul edilməkdədir.
Dik Daşların Sirri Nə İdi?
Qədim Misir mədəniyyətinin ən görkəmli ikonlarından biri iynəni xatırladan və nazikləşərək yüksələn, təpəsində kiçik bir piramida nümunəsi olan (buna piramidion ya da benben daşı da deyilir) dik daşdır. İlk dik daşların Qədim Krallıq zamanında (2575-2134) Heliopolisdə günəş tanrısı məbədinə yerləşdirildiyi məlumdur. Yeni Krallıq dövründə (1550-1070) böyük monolitik nümunələr, ümumiyyətlə Karnak və Luksorda olduğu kimi məbədlərin qarşısına iki-iki tikilirdi.
Yeni Krallıq dövründən qaldığı sayılan tamamlanmamış bir qranit dik daş, Assuanın şimal daş ocaqlarında hələ yatmaqdadır. 41,75 m hündürlüyü və təxminən 1150 ton ağırlığı ilə bu dik daş, çox gec mərhələdə təhlükəli geoloji qüsuru olmadan çıxarıla bilsəydi, dünyanın bir daş ocağından çıxarılan ən böyük daş olacaqdı.
Assuan dik daşını ilk dəfə tədqiq edən İngilis alim Reqinald Enqelbaxın apardığı təcrübələr, bir insanın kəsici bir alət istifadə edərək xam dik daşın üstündən yarım metr enindən və beş millimetr qalınlığında bir hissə yonmaq üçün bir saat çalışmalı olacağını göstərdi.
Alim və mühəndislərin Misirlilərin bu texnoloji müvəffəqiyyəti haqqında görüşləri müxtəlifdir.
Sonrakı dövrlərdə dik daşların düzəldilməsi üçün müxtəlif təcrübələr uğursuz alınsa da, Enqelbax qum çuxuru təcrübəsi ilə Boston yaxınlığında belə bir daşın tikilməsinə müvəffəq olmuşdur.
Dik daşların nəqli və tikilməsi, dövrümüzdə elm və texnologiyanın bu qədər inkişafı zamanında belə böyük çətinlikləri meydana gətirmişdir. Dövrümüzün ən məşhur dik daşı 1884-cü ildə Vaşinqtonda inşa edilən Corc Vaşinqton abidəsidir. 169 metr olan bu dik daşın başına liftlə çıxılır və oradakı seyr yerindən ətrafa baxmaq mümkün olur. _________________ “Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.