Sübh namazının qılınmasına kömək edən səbəblər - yaranın şəfa tapması
Müqəddimə Tək olan Allaha, və onun seçilmiş elçilərinə salam olsun! Mən "Yaranın şəfa tapması" məqaləsini oxudum və mənim fikrimcə o dindarlar üçün ç…
surə 107/114
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ 1
(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?
فَذَٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ 2
O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ 3
Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).
فَوَيْلٌۭ لِّلْمُصَلِّينَ 4
Vay halına o namaz qılanların ki,
ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ 5
Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);
ٱلَّذِينَ هُمْ يُرَآءُونَ 6
Onlar (namazlarında) riyakarlıq edər,
وَيَمْنَعُونَ ٱلْمَاعُونَ 7
Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).
Ərəb mətn: Tanzil Uthmani. Azərbaycan dilinə tərcümə: Vasim Məmmədəliyev və Ziya Bünyadov. Mətnlər Tanzil Layihəsindən götürülüb.
Müqəddimə Tək olan Allaha, və onun seçilmiş elçilərinə salam olsun! Mən "Yaranın şəfa tapması" məqaləsini oxudum və mənim fikrimcə o dindarlar üçün ç…