Hədis elmi

Yoldaşının mal-dövləti və övladı çoxalsın deyə onun üçün dua etmək


عن أنس قال ثم دخلت على النبي صلى الله عليه وسلم يوما وما هو إلا أنا وأمى وأم حرام خالتى إذ دخل علينا فقال لنا ألا أصلى بكم وذاك في غير وقت صلاة فقال رجل من القوم فأين جعل أنسا منه فقال جعله عن يمينه ثم صلى بنا ثم دعا لنا أهل البيت بكل خير من خير الدنيا والآخرة فقالت أمى يا رسول الله خويدمك ادع الله له فدعا لي بكل خير كان في آخر دعائه أن قال اللهم أكثر ماله وولده وبارك له

88. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, bir gün mən anamla və xalam Ummu Həramla birgə Peyğəmbərin (s.a.s) yanına gəldik. O, bizim yanımıza gəlib dedi: “Sizə namaz qıldırımmı?” O bunu deyəndə namaz vaxtı deyildi. Səhabələrdən biri soruşdu: “O, Ənəsi hansı tərəfində saxladı?” (Ənəs (r.a) ona): “Onu sağ tərəfində saxladı”- deyə cavab verdi. Sonra dedi: “Peyğəmbər (s.a.s) bizə namaz qıldırdı, (Allahdan) bizim üçün – yəni ev əhlindən ötrü, dünya və Axirətdə olan hər cür xeyirdən dilədi. Anam dedi: “Ey Allahın elçisi! Xidmətçinə diqqət yetir. Onun üçün Allaha dua et!” O da (Allahdan) mənim üçün hər cür xeyirdən dilədi. Duasının sonunda isə belə dedi: “Allahım! Onun varını və övladını çoxalt, ona bərəkət ver!”
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 853
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 086

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz