Yetimi olan kimsəyə baxanın fəziləti
أن عائشة زوج النبي صلى الله عليه وسلم قالت جاءتنى امرأة معها ابنتان لها فسألتنى فلم تجد عندي إلا تمرة واحدة فأعطيتها فقسمتها بين ابنتيها ثم قامت فخرجت فدخل النبي صلى الله عليه وسلم فحدثته فقال من يلي من هذه البنات شيئا فأحسن اليهن كن له سترا من النار"
132. Peyğəmbərin (s.a.s) zövcəsi Aişə (r.a) rəvayət edir ki, bir qadın iki qızı ilə birgə yanıma gəlib məndən (yeməyə bir şey) istədi. Məndə yalnız bircə xurma tapıldı. Mən xurmanı ona verdim. O da onu qızları arasında bölüşdürdü. Sonra qalxıb bayıra çıxdı. Peyğəmbər (s.a.s) içəri daxil olduqda mən ona bu haqda xəbər verdim. O dedi: “Kim bu qızlara böyüklük edib onların qeydinə qalsa, qızlar onu Oddan qoruyan bir sipər olar”.
[ Səhihdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz